Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-53/2025 26.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədov Samir Zöhrab oğlunun katibliyi ilə, X18 və X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 xüsusi ittiham qaydasında şikayətinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X14 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək , X19 və X15 barəsində CM-in 147-ci maddələrinə əsasən cinayət təqibinin həyata keçirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Qovlar şəhərində yaşayan"FİNOKО" ВОКТ "xxxx" filialının müdiri X19 və BOKT ASC-nin Tovuz şöbəsinin müdiri X15 Тovuz rayonu Qovlar şəhərində yaşayan X21, Tovuz rayonunda yaşayan X11, Tovuz rayonu Düz qırılı kəndində yaşayan X12, Tovuz rayonu Yanıqlı kəndində yaşayan X16, Tovuz rayonunda yaşayan X13, Tovuz şəhərində yaşayan X6 onun barəsində yalan olduğunu bilə-bilə həqiqətə uyğun olmayan, şərəf və ləyaqətimi alçaldan, işgüzar nüfuzuma xələl gətirən məlumatlar vermişdir. Belə ki, "xxxx" BOKT ASC-nin şöbəsinin Tovuz filialının müdiri X19 və "xxxx" BOKT ASC-nin Tovuz müdiri X1 Ruslan Ramiz oğluna onun həmin filiala xx.xx.2024-cü il tarixli kreditinə görə xx.xx.2024-cü il tarixdə ona məxsus kredit **********220506 borcuna nömrəli karta ödənilmiş, onun tərəfindən isə qeyd edilən şəxsin aylıq ödəniş kimi ödənilməsi barədə məlumatı təhrif edərək Ruslan Ramiz barədə oğlu İsmayılova həqiqətə həmin pulun tərəfindən məsimsənilməsi, ödəniş çekinin saxta olması uyğun olmadığını bilə-bilə işgüzar nüfuzuna xələl gətirəcək məlumat vermişlər. Məltəm Şahniyar və həmin şəxsdən bu qaydada izahat almışlar. Eyni məzmunlu məlumat Miyani Miyani qızına da verilmiş, ondan da eyni məzmunlu izahat alınmışdır. Belə ki, X2 qızı xx.xx.2025-ci il tarixdə X19 və Əsgərov tərəfindən filiala dəvət edilərək onun FİNOKO" BOKT ASC-nin Tovuz filialına olan xx.xx.2024-cü il tarixli kreditinə görə ona məxsus olan **********220506 nömrəli karta ödənilmiş, onun tərəfindən isə şəxsin qeyd edilən aylıq kredit borcunun tərəfindən ödənişi kimi ödənilmiş 67 manat pulun onun tərəfindən mənimsənilməsi, ödəniş çekinin gətirən saxtalaşdırılması barədə həqiqətə uyğun olmayan işgüzar nüfuzuna xələl gətirən məlumatlar vermiş, bu məzmunlu izahat almışlar. X31 Qarayeva il tarixdə, X12 xx.xx.2025-ci il tarixdə X13 isə xx.xx.2025-ci il tarixdə onların "xxxx" BOKT ASC-nin Tovuz filialına olan kreditlərinə görə ona məxsus olan **********220506 nömrəli karta kimi ödənilmiş, onun tərəfindən isə şəxsin qeyd edilən aylıq kredit borcunun ödənişi pul vəsaitinin onun tərəfindən mənimsənilməsi, ödəniş çekinin tərəfimdən saxtalaşdırılması məlumatlar vermiş, barədə həqiqətə uyğun olmayan işgüzar nüfuzuna xələl gətirən izahat almışlar. Ayrı-ayrı tarixlərdə X19 və X23 bildikləri oğlu tərəfindən adları qeyd edilən şəxslərə barəsində həqiqətə uyğun olmayan, şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən qərəzli məlumatlar verilmişdir. Bu məlumatlar ona mənəvi ziyan vurmaqla mənəvi sarsıntı, iztirablar prinsiplər, keçirməyinə səbəb olmuş, gələcəyə olan inamının azalmasına səbəbdir, əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidməti və ictimai fəaliyyəti ilə əlaqədar həmin videolar ilə tanış olan şəxslər arasında ona qarşı mənfi rəy yaratmışdır. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X14 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək şikayətin məhkəmənin icraatına qəbul edilməsini və məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin AR CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması qənaətinə gəlir. Belə ki, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsinin tərtibatı zamanı AR CPM-nin 293.3.1-ci maddəsinin tələblərinə riayət etməyərək şikayət ərizəsində özünün məşğuliyyət növünü və vəzifəsini göstərməmişdir. Bununla yanaşı, AR CPM-nin 293.3.2-ci maddəsinin tələblərinə riayət edilməyərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği aydın və konkret şəkildə əks etdirilməmişdir. Bununla yanaşı, AR CPM-nin 293.3.3-cü maddəsinin tələblərinə riayət edilməyərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) göstərilməmişdir. Bununla yanaşı, AR CPM-nin 293.3.5-ci maddəsinin tələblərinə riayət edilməyərək cinayəti törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş aydın ifadə olunmamışdır. Şikayətin nəticə hissəsində şəxsin hansı əməlinə görə cinayət məsuliyyətinə cəlb edilməli olması konkret olaraq göstərilməmişdir. Halbuki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində verilmiş ittiham dəqiq və aydın ifadə olunmalıdır. Həmçinin, xüsusi ittiham qaydasında şikayət ərizəsində X20 və X8 AR CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş olunsa da, onların AR CM-nin 147-ci maddəsinin hansı bəndi ilə cinayət məsuliyyətinə cəlb edilməli olması göstərilməmişdir ki, bu da şəxsə qarşı irəli sürülmüş ittihamın aydın olmamasına və onların əməllərinə düzgün qiymət verilməməsinə dəlalət edir. Bununla yanaşı, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsinin tərtibatı zamanı AR CPM-nin 293.3.6-cı maddəsinin tələblərinə riayət etməyərək xüsusi ittiham qaydasında şikayətin verildiyi yeri göstərməmişdir. Həmçinin müraciətin adı “xüsusi ittiham qaydasında şikayət” deyil, “ərizə” olaraq göstərilməsini də məhkəmə pozuntu kimi nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X19 və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №1(062)-53/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-53/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver