Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-54/2023 06.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə 05 iyun 2023-cü il tarixdə Tovuz şəhərində xx.xx.1979-cu ildə Tovuz rayonu Düz Qırıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, orta təhsilli, Tovuz rayonu Düz Qırıqlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs– Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 50 (əlli) qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibində 1 (bir) ədəd göy rəngli üzərində qadın şəkili olan sellofan torbada saxlamış, 18 yanvar 2023-cü il tarixdə Tovuz rayon polis şöbəsinə dəvət edilərək həmin tarixdə saat 13:00-dan 13:15-dək olan müddət ərzində ünvan 1 ünvanda yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında onun üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli qış gödəkçəsinin sol iç cibindən bir ədəd göy rəngli üzərində qadın şəkli olan sellofan paketin içərisində olan digər bir ədəd qara rəngli sellofan paketə bükülmüş təmiz çəkisi 50 (əlli) qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, hazırda Tovuz rayonu Düz Qırıqlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. O, narkotik vasitə aludəçisidir, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. O, istifadə etdiyi narkotik vasitələri adətən yabanı halda bitən çətənə bitkilərinin yarpaqlarını toplayaraq qurudub əldə etmişdir. Qeyd olunan bu işlə bağlı onu bildirmək istəyir ki, həmin narkotik vasitə ona aid olmamışdır. 2023-cü ilin yanvar ayının 17-də kəndlərində sahə polisləri kimi işləyən Roman və Abbas adlı polislər onun yaşadığı evə gəlmişlər. Polis əməkdaşları onun Gəncə Ağır Cinayətlər Məhkəməsindən çağırıldığını bildirib getmişlər. Növbəti gün həmin polis əməkdaşları onun yaşadığı evə gələrək onu çağırmışlar. O küçəyə ev geyimində çıxaraq polislərlə söhbət etməyə başlamışdır. Polislərlə söhbət zamanı ona bildirilmişdir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsindən onu axtarırlar. Polislər ona bildirmişlər ki, onlarla birlikdə polis şöbəsinə getsin orada nəsə yazılacaq ona qol çək qayıdarsan. Onun əynini dəyişməsinə belə imkan verməmişlər. O isə onlarla birlikdə maşına minib getmişdir. Həmin vaxt küçədə qonşusu Nürəddin və evdə isə arvadı Ülkər onu görmüşdür. Kəndin çıxışına polislərlə gəldikdə həmin maşından onu düşürərək başqa maşına mindirmişlər. O digər polis işçiləri ilə polisə gəldikdə onun üzərinə adı çəkilən marixuananı qoyaraq, həmin işi görmüşlər. Çəkiliş zamanı ona təzyiq göstərməsələr də çəkilişdən və vəkil gəlməmişdən öncə qeyd olunan narkotikin onun olmasını boynuna almasını bildirmişlər. Hərəkətlərindən peşmandır. Çəkiliş zamanı polisdən qorxduğu üçün boynuna almışdır. Hazırda əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyətinə cəlb olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Cinayət işi üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Tovuz RPŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Tovuz rayonu Düz Qırıqlı kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi faktına dair daxil olmuş əməliyyat məlumatının yoxlanılması və realizə edilməsi məqsədilə o, Tovuz RPŞ-nin Qovlar PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Elçin oğlu və Tovuz RPŞ-nin PPXBnin polis nəfəri Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisində müəyyən edib ona yaxınlaşaraq özlərini polis əməkdaşı olaraq təqdim edib, sonuncuya qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Tovuz rayon polis şöbəsinə dəvət etmiş, Tovuz rayon polis şöbəsinə gəldikdən sonra hüquqları izah olunaraq hüquqlarının müdafiəsi üçün vəkillər siyahısını təqdim edilmiş, Təqsirləndirilən şəxs təqdim edilmiş siyahı üzrə hüquqlarının müdafiəsi üçün özünə vəkil seçdikdən sonra vəkilin, iştirakçılarla birlikdə Tovuz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla istifadəsi və saxlanması qadağan olunan hər hansı əşyanın olub-olmaması barədə soruşulmuş, sonuncu isə həmin vaxt üzərində narkotik vasitə olduğunu etiraf edərək geyinmiş olduğu qara rəngli qış gödəkçəsinin sol iç cibindən 1 (bir) ədəd göy rəngli sellofan torbanı çıxararaq təqdim etmişdir. Bundan sonra həmin sellofan torbanın içərisinə baxış keçirilmiş və torbanın içərisində 1 (bir) ədəd qara rəngli sellofana bükülmüş vəziyyətdə olan kütlənin ilkin görünüşdən yaşıl rəngli, kəskin iyli, qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotik vasitəni, yəni qurudulmuş marixuananı yaşadığı Düz Qırıqlı kəndi ərazisində çöl-əkin sahəsində təxminən 15 gün əvvəl yabanı şəkildə bitən çətənə bitkisindən yığaraq öz istifadəsi üçün qurutduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı videoçəkiliş aparılmış, aşkar olunmuş narkotik vasitələr bir ədəd kağız zərfə qoyularaq qablaşdırılıb ağzı bağlanaraq möhürlənmiş və zərfin üzəri Təqsirləndirilən şəxs, vəkilin iştirakı, polis əməkdaşları Şahid3, Şahid2 və onun tərəfdən imzalandıqdan sonra Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Vüsal İsmayılov tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitələri yaşadığı Düz Qırıqlı kəndi ərazisində çöl-əkin sahəsində təxminən 15 gün əvvəl yabanı şəkildə bitən çətənə bitkisinin yarpaqlarını qoparıb yığaraq öz istifadəsi üçün qurudub saxlamaq yolu ilə əldə etdiyini bildirmişdir. İş üzrə Şahid2 Elçin oğlu və Şahid3 məhkəmə iclasında Şahid1 verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. Cinayət işi üzrə əlavə şahid qismində dindirilmiş şahid X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Tovuz rayonu Qovlar PB-də polis sahə nəfəri işləyir. Düz Qırıqlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə bir dəfə Roman Mirzəyev ilə birlikdə getmişlər. Dəqiq tarixi xatırlamasa da 2023-cü ilin yanvar ayında Gəncə Ağır Cinayətlər Məhkəməsindən Təqsirləndirilən şəxs məhkəməyə çağırışının olduğunu bildirmək məqsədilə getmişlər. Təqsirləndirilən şəxs evdən çağıraraq küçədə məhkəmədən onun çağırışının olmasını bildirmişlər. Bundan sonra çıxıb getmişlər. Təqsirləndirilən şəxs məhkəməyə gedib-getmədiyini bilməmişlər. İş üzrə əlavə şahid qismində dindirilmiş X5 məhkəmə iclasında verdiyi ifadəsi X2 ifadəsi ilə eyni məzmunludur. Cinayət işi üzrə əlavə şahid qismində dindirilmiş X6 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. Yanvar ayının ya 17-i olardı polislər gəlib onu həyətdən çağıraraq küçəyə çıxarmışlar. Polislər onların evinə bir dəfə gəlmişdir. Həmin vaxt evin 2-ci mərtəbəsindən pəncərədən gördüyü üçün polislərin nə dediyindən xəbəri olmamışdır. Evdən çıxarkən ev paltarında olmuşdur. İş üzrə əlavə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla qonşudurlar. Evləri üzbəüz yerləşir. Ayı və günü xatırlamasa da səhər tezdən olması yadındadır ki, 2 polis serjantının gəlib Təqsirləndirilən şəxsla söhbət etməsini görmüşdür. Tezdən siqaret çəkmək üçün küçəyə çıxanda polislərlə Təqsirləndirilən şəxs yolda söhbətini görmüşdür. Yolun digər tərəfində olduğundan polislərin və Təqsirləndirilən şəxs nə danışdığını bilməmişdir. Təqsirləndirilən şəxs əynində hansı paltarın olmasını da xatırlamır. Polis serjantlarını görsə də onları da tanımır. İş materiallarına əlavə olunmuş video diskə baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, o üzərində olan göy rəngli paketi təqdim etmiş, açıldıqda içərisində olan maddənin nə olduğu soruşulduqda “marixuana” olduğunu bildirmiş və Tovuz rayonu ərazisində yığaraq topladığını bildirmişdir. İşin 33-cü vərəqəsində olan 19 yanvar 2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertizanın dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik təşkil edir. Cinayət işinin 34-cü vərəqəsində olan 19 yanvar 2023-cü il tarixli 16/91 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd mavi rəngli sellofan paketdə olan digər bir ədəd qara rəngli sellofan paketdə təmiz çəkisi 50 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayət işinin 74-cü vərəqəsində olan tələbnamədən Təqsirləndirilən şəxs məhkumluğunun olmaması müəyyən edilir. İşin 69-cu vərəqəsində olan xasiyyətnamədən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən edilir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2016-cı il təvəllüdlü Vüsal və 31 iyul 2019-cu il təvəllüdlü Türkan adlı iki azyaşlı uşağı vardır. İşin 81-ci vərəqəsində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2019-cu ildən narkoloji kabinetdə dispanser qeydiyyatda dayanır, həkimpsixiatrın dispanser qeydiyyatında isə dayanmır. Cinayət işinin 91-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin verdiyi 28 fevral 2023-cü il tarixli 357 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iclasında araşdırılmış bir-birini tamamlayan sübutların cəminə obyektiv qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl tam sübuta yetirilir, onun bu əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs üzərində narkotik maddə olmaması və üzərinə polislər tərəfindən qoyulması məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadı. Həmçinin polislərin həmin gün onu gəlib evlərindən aparması barədə göstərdikləri təkzib olundu. Belə ki, məhkəmə iclasında dindirilən polislər yanvar ayında onun Gəncə Ağır Cinayətlər Məhkəməsinə getməsi üçün getdiklərini bildiyi zaman Təqsirləndirilən şəxs həqiqətən yanvar ayının 17-də onlara gələn polislərin Gəncə Ağır Cinayətlər Məhkəməsinə getməli olduğunu bildirdiyi zaman Təqsirləndirilən şəxs həqiqətən yanvar ayının 17-də onlara gələn polislərin Gəncə Ağır Cinayətlər Məhkəməsinə getməli olduğunu bildirdiyini bildirmiş, lakin onun işi olduğuna görə getməmişdir. Eyni zamanda arvadı Ülkər Qəzənfərova da ərinin yanvarın 17-də polislərlə aparılanda söhbət etdiyini gördüyünü bldirmişdir. Belə olan halda onun məhkmə iclasında göstərdikləri məhkəmə istintaqı zamanı təsdiq olunmadı. Cinayət işinin 8-ci vərəqəsində olan 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 62-ci vərəqəsində olan 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2023-cü il tarixdə Tovuz RPŞ-nin MSY-dən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayətini etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təqsirini nəzərə alıb Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdən 20 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlağın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifəlri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər. 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. Alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Tovuz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş, tədqiqata sərf edildikdən sonra qalan 49,98 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Cinayət işi üzrə çəkilmiş 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək tərk etməsinə və yaşadığı Tovuz rayon ərazisi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan Tovuz Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tədiqiqata sərf edildikdən sonra qalmış 49.98 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə çəkilmiş 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №1(062)-54/2023
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-54/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver