Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-55/2024 09.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1965-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs – Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 09 aprel 2024-cü il tarixdə, Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, xeyli miqdarda, yəni 1 (bir) ədəd göy rəngli polietilen torbanın içərisində olan digər 1 (bir) ədəd qara rəngli polietilen torbada 430 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib əynində olan qəhvəyi rəngli gödəkçəsinin içərisində saxlamış, 29 yanvar 2024-cü il tarixdə, saat 12:15-də Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz şəhəri, Əhməd Cavad küçəsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında həmin tarixdə, saat 12:30-dan saat 12:48-dək olan müddət ərzində üzərində keçirilmiş şəxsi axtarış zamanı qanunsuz olaraq əldə edib üzərində saxladığı 1 (bir) ədəd göy rəngli polietilen torbanın içərisində olan digər 1 (bir) ədəd qara rəngli polietilen torbada 430 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan qəhvəyi rəngli gödəkçəsinin içərisindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, uzun müddətdir ki, narkotik vasitə aludəçisidir və narkotik vasitə olan marixuanadan istifadə edir. O, keçən il yay aylarında Tovuz rayonu Dondar Quşçu kəndi ərazisində bir qədər marixuana toplayıb özü istifadə etmək üçün evin yaxınlığında gizlətmişdir. Arasıra həmin narkotik vasitədən istifadə etmişdir. O, həmin narkotik vasitənin yerini dəyişmək qərarına gəlmiş, həmin narkotik vasitə olan qurudulmuş marixuananı bir ədəd qara rəngli sellofana qoyub onu da bir də göy rəngli sellofana qoyaraq saxlamışdır. xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində o, gizlətdiyi göy rəngli sellofanı götürüb Tovuz şəhəri Əhməd Cavad küçəsi ilə piyada hərəkət etmişdir. Bu zaman üç nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib ondan şübhələndiklərini bildirərək onu Tovuz rayon polis şöbəsinə gətirmişlər. Daha sonra o, bir otağa daxil olmuşdur. Polis əməkdaşları onu nə üçün şöbəyə gətirdiklərini demişlər və ona hüquqlarını izah etmişlər. Sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkillərin siyahısı təqdim edilmişdir. O, da həmin siyahının içərisindən Müdafiəçi seçmişdir. Müdafiəçisi Müdafiəçi iştirakı ilə onun üzərində şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış aparmazdan əvvəl ondan üzərində əldə edilməsi, daşınması, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya olduğunu deyərək əynində olan qəhvəyi rəngli gödəkçəsinin içərisindən bir ədəd göy rəngli sellofanı çıxarıb təqdim etmişdir. Onun təqdim etdiyi göy rəngli sellofana açılaraq baxış keçirilmişdir. Göy rəngli sellofanı açan zaman içərisində qara rəngli sellofan aşkar edilmişdir. Qara rəngli sellofana açılaraq baxış keçirilmişdir. Qara rəngli sellofana açılaraq baxış keçirilən zaman içərisində yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə olan marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra onun təqdim etdiyi bir ədəd göy rəngli sellofanın içərisindəki qara rəngli sellofanda olan kütlə elektron tərəzidə çəkilmişdir. Onun təqdim etdiyi bir ədəd göy rəngli sellofanın içərisindəki qara rəngli sellofanda olan kütlənin çəkisi sellofanla birlikdə 460 qram təşkil etmişdir. Daha sonra onun təqdim etdiyi bir ədəd göy rəngli sellofanın içərisindəki qara rəngli sellofanda olan kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı möhürlənərək zərfin üzəri o və iştirakçılar tərəfindən imzalanmışdır. O, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı 2023-cü ilin yay aylarında tapan zaman təklikdə olmuş, həmin vaxt ətrafda heç kim olmamışıdır. O, üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı gələcəkdə özü istifadə edər deyə üzərində saxlamışdır. Belə ki, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı heç vaxt satmaq fikri və məqsədi olmamışdır. Narkotik vasitəni yalnız özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Hazırda əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Tovuz rayon polis şöbəsinin narkotiklərə qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Tovuz rayonu, Abulbəyli kəndində yaşayan X2 əvvəllər tanımamış, ona görədə həmin şəxslə heç bir ədavəti və qohumluq əlaqəsi yoxdur. 29 yanvar 2024-cü il tarixində Abulbəyli kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda, gəzdirməkdə şübhəli olması və hal-hazırda Tovuz şəhəri Ə.Cavad küçəsi yaxınlığında olması barədə məlumat alıb bu barədə raportla Tovuz RPŞ-nin rəhbərliyinə məruzə etmiş və rəhbərlik tərəfindən ona həmin şəxsin ifşa edilməsi ilə bağlı göstəriş verilmişdir. Ondan sonra o, Tovuz RPŞ-si, NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 İnqilab oğlu və Tovuz RPŞ-si, PPXB-nün polis nəfəri, polis baş serjantı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs saxlanılaraq Tovuz RPŞ-yə gətirilməsi, yəni əməliyyat-axtarış tədbirində onların birlikdə iştirak etməkləri barədə göstəriş verilmişdir. Beləliklə də Tovuz RPŞ-si, NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 İnqilab oğlu və Tovuz RPŞ-si, PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid3 ilə o, həmin gün saat 12 radələrində avtomobilə əyləşib Tovuz şəhəri, Ə.Cavad küçəsinə gəlmişlər. Onlar həmin əraziyə çatanda görmüşlər ki, Tovuz rayonu, Abulbəyli kənd sakini Təqsirləndirilən şəxs Tovuz şəhəri, Ə.Cavad küçəsində yavaş-yavaş piyada yeriyərək üzü Tovuz rayon avtomobil keçidinə doğru gedir. Bundan sonra onlar vaxt itirmədən avtomobili saxlamış və Tovuz şəhəri, Ə.Cavad küçəsində piyada hərəkət edən zaman Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Xidməti vəsiqələrini Təqsirləndirilən şəxs göstərib polis əməkdaşı olduqlarını bildirərək özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər. Bundan sonra isə onlar Təqsirləndirilən şəxs hansı səbəblə bağlı şübhəli olduqlarını izah etmişlər. Belə ki, ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi və saxlaması ilə bağlı şübhəli olduğuna görə onlarla birlikdə Tovuz RPŞ-yə getməli olduğunu bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs onlarla birlikdə Tovuz RPŞ-yə getməyə etiraz etməyərək könüllü razılıq vermişdir. Nəticədə onlar Təqsirləndirilən şəxs öz avtomobilləri ilə Tovuz RPŞ-yə gətirmişlər. Tovuz RPŞ-yə gəldikdən sonra o, bu barədə şöbə rəhbərliyinə müvafiq raportlarla məruzə etmişdir. Rəhbərliyin göstərişi ilə Tovuz rayonu, Abulbəyli kənd sakini Təqsirləndirilən şəxs barəsində yazmış olduğu raportun icrası şəxsi axtarış aparılması üçün Tovuz RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X1 həvalə edilmişdir. Bundan sonra təhqiqatçı Məhərrəm Məmmədov özünü Tovuz RPŞ-yə gətirdikləri Təqsirləndirilən şəxs təqdim etmiş və Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, eyni zamanda da hansı səbəblə şübhəli olduğunu izah edərək barəsində şəxsi axtarış aparılmazdan əvvəl müdafiəçiyə malik olmaq hüququnun olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı X9 rayon vəkillər Bürosunun vəkillərinin siyahısını Təqsirləndirilən şəxs tədqim etmişdir. Bu zaman Təqsirləndirilən şəxs İmsayıl oğlu həmin siyahıdan vəkil Müdafiəçi özünə müdafiəçi qismində seçmişdir. Müdafiəçi dəvət əsasında Tovuz RPŞ-yə gəldikdən sonra isə o, təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkil Müdafiəçi ilə tanış olduqdan sonra vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra istintaq hərəkətinin iştirakçılarının hamısına elan edilmişdir ki, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılması həyata keçiriləcəkdir. Şəxsi axtarış istintaq hərəkəti aparılmazdan əvvəl, təhqiqatçı Məhərrəm Məmmədov Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub olmamasını soruşub, varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşya olduğunu deyərək əynində olan qəhvəyi rəngli gödəkçənin içərisindən bir ədəd göy rəngli sellofanı çıxarıb təqdim etmişdir. Təqdim edilmiş göy rəngli sellofana açılaraq baxış keçirilmişdir. Göy rəngli sellofanı açan zaman içərisində yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə olan marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan qəhvəyi rəngli gödəkçənin içərisindən çıxarıb təqdim etdiyi bir ədəd göy rəngli sellofanın içərisində qara rəngli sellofanda olan kütlə marixuanadır və həmin kütləni 2023-cü ilin yay aylarında Tovuz rayonu, Dondar Quşçu kəndi ərazisindən toplayaraq özü istifadə etmək üçün üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd göy rəngli sellofanın içərisində qara rəngli sellofanda olan kütlə eleftron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd göy rəngli sellofanın içərisində qara rəngli sellofanda olan kütlənin çəkisi sellofanla birlikdə 460 qram təşkil etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd göy rəngli sellofanın içərisində qara rəngli sellofanda olan kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlənin narkotik vasitə olub-olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X8 Bölməsinə göndərilməsindən ötrü təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən götürülmüşdür. Daha sonra onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərində təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən ətraflı şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində başqa əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı əşya və maddə aşkar edilməmişdir. O, həmçinin bildirmişdir ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilərkən bir ədəd göy rəngli sellofanın içərisində bükülü olduğu qara rəngli sellofanda olan kütlə ilə birlikdə tərəzi üzərinə qoyulub çəkilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hər hansı şəxs və ya şəxslərə satması və ya digər formada verməsi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 İnqilab oğlu və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İşin 35-ci vərəqəsində olan 29 yanvar 2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza xərci 32 (otuz iki) manat 40 (qırx) qəpik müəyyən olunur. Cinayət işinin 36-cı vərəqəsində olan 29 yanvar 2024-cü il tarixli 16/157 nömrəli ekspert rəyi ilə müəyyən edimişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülüb tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki 1 ədəd (bir) ədəd göy rəngli polietilen torbada olan digər 1 (bir) ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 430 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata 0,2 qram sərf edildikdən sonra qalıq çəki 429,8 qram təşkil edir. İşin 104-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin verdiyi 17 fevral 2024-cü il tarixli 262 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 67-ci vərəqəsində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs həkim-psixiatrın və həkim narkoloqun dispanser qeydiyyatında dayanmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl kifayət qədər sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalıdır və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət işinin 7-ci vərəqəsində olan 29 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 55-56-cı vərəqəsində olan 31 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixdə Tovuz RPŞ-nin MSY-dən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 89-91-ci vərəqəsində olan tələbnamədən Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı müəyyən olunur. Cinayət işinin 88-ci vərəqəsində olan xasiyyətnamədən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respubliksaı CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və cəzanın məqsədlərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bərabər hesablanmaqla onun cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası CM-nin 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması vəzifəsi qoyulmalıdır. İş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci və 70-ci maddələrinin tətbiq olunmasına əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli və həbs qətimkan tədbiri seçilərək məhkəmə zalından həbsə alınmalıdır. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı tarixdən, yəni 09 aprel 2024cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 429,8 qram olan tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuana məhv edilməlidir. Cinayət işi üzrə çəkilmiş 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 343-347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün onun cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbsə alınsın. Cəzaçəkmə müddətinin əvvəli 09 aprel 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 429,8 qram olan tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Azərbaycan Respublikası CM-nin 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə çəkilmiş 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti və şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №1(062)-55/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-55/2024
09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver