Məhkəmə qərarları › İş №1(062)-56/2025

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-56/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-56/2025 11.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə xx.xx.2024-cü ildə, saat 03:15 radələrində Tovuz şəhəri, Həzi Aslanov küçəsində fəaliyyət göstərən "xxxx" şirkətinə məxsus satış mağazasının şüşə qapısından asılmış bir ədəd asma qıfılı sındırmaq yolu ilə mağazaya qanunsuz daxil olub saxlanc yeri hesab edilən sərgi stendinin üzərindən 01 ədəd 1699,99 (bir min altı yüz doxsan doqquz manat, doxsan doqquz qəpik) manat dəyərində “HONOR” markalı, “ELP-NX9” modelli, 2024-cü il buraxılışlı, arxa örtük hissəsi açıq yaşıl rəngli, ön şüşə örtük hissəsi qara rəngli, istifadə edilməmiş, sınığı, zədəsi olmayan mobil telefonu, 01 ədəd 1249,99 (bir min iki yüz qırx doqquz manat, doxsan doqquz qəpik) manat dəyərində “HONOR” markalı, “ELİ- NX9” modelli, 2024-cü il buraxılışlı, arxa örtük hissəsi ağ rəngli, ön şüşə örtük hissəsi qara rəngli, istifadə edilməmiş, sınığı, zədəsi olmayan mobil telefonu, 01 ədəd 2249,99 (iki min iki yüz qırx doqquz manat, doxsan doqquz qəpik) manat dəyərində “HONOR Magic6 Pro” markalı, “BVL-N49” modelli, 2024-cü il buraxılışlı, ramı 12GB, daxili yaddaşı 512GB olan, arxa örtük hissəsi açıq yaşıl rəngli, ön şüşə örtük hissəsi qara rəngli, istifadə edilməmiş, sınığı, zədəsi olmayan mobil telefonu, 01 ədədi 499,99 (dörd yüz doxsan doqquz manat, doxsan doqquz qəpik) manat dəyərində “HONOR” markalı, “LLY-NX1” modelli, 2024-cü il buraxılışlı, arxa örtük hissəsi qara rəngli, ön şüşə örtük hissəsi qara rəngli, istifadə edilməmiş, sınığı, zədəsi olmayan mobil telefonu oğurlamış, zərərçəkmiş hüquqi şəxs "xxxx" şirkətinə məxsus ümumilikdə 5699,96 (beş min altı yüz doxsan doqquz manat, doxsan altı qəpik) manat dəyərində mobil telefonları saxlanc yerinə qanunsuz daxil olub gizli olaraq talamaqla xeyli miqdarda ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində o, tək yaşadığı evdə araq spirtli içkisi içməyə başlamışdır. Həmin vaxt yaşadığı evdə hər hansı şəxs olmamışdır. O, tək araq içə-içə yaşadığı evdə bir neçə saat vaxt keçirdikdən sonra təxminən 02 (iki) il əvvəl yaşadığı evin yaxınlığında, yəni Tovuz şəhəri, Həzi Aslanov küçəsi ərazisində fəaliyyət göstərən “İrşad” elektronika mağazasına getdiyini, orada telefon bəyəndiyini və həmin mobil telefonu kredit şəklində almaq istədikdə ona satmadıqlarını xatırlayıb qərara gəlmişdir ki, gedib həmin mağazanın qapısını sındırsın və mağazadan mobil telefon oğurlasın. Beləliklə də, heyfini çıxsın. Bu məqsədlə o, xx.xx.2024-cü il tarixdə, saat 03 radələrində yaşadığı evin həyətyanı sahəsindən təxminən bir metr uzunluğunda bir qədər əyri formalı armatur parçası da özü ilə götürüb yaşadığı evdən tək və piyada üzü İrşad mağazasına doğru getmişdir. O, armatur parçasını yalnız mağazanın qapısının kilidini açmaq niyyəti ilə özü ilə birlikdə götürmüşdür. Beləliklə, xx.xx.2024-cü ildə saat 03:15 dəqiqədə İrşad mağazasın ön giriş qapısına yaxınlaşıb qapının üzərində bir ədəd asma qıfıl olduğunu görmüş və həmin qıfılın kilidini əlindəki armatur parçası ilə sındırmağa çalışmışdır. Bir neçə dəqiqə sonra sındırmağa nail olub mağazanın içərisinə daxil olmuşdur. Mağazanın giriş qapısına ən yaxın olan mobil telefon vitrininə yaxınlaşıb həmin vitrində yerləşdirilmiş 04 ədəd müxtəlif modelli və qiymətli Honor markalı smartfon tipli mobil telefonları vitrindən ayırıb əynindəki pencəyin cibinə yerləşdirmişdir. O, mobil telefonları oğurladıqdan sonra birbaşa yaşadığı evə getmiş və İrşad mağazasından oğurladığı 04 ədəd müxtəlif modelli və qiymətli Honor markalı smartfon tipli mobil telefonları yaşadığı evin yataq otağında olan güzgülü komodun süyürməsinə yerləşdirmişdir. Daha sonra o, siqareti qurtardığı üçün Tovuz bazarına getmişdir. O, Tovuz şəhəri, Musa Musayev küçəsi ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşıb "xxxx" şirkətinin Tovuz şəhəri, Həzi Aslanov küçəsində fəaliyyət göstərən mağazasında oğurluq cinayəti törədildiyini və həmin cinayəti törətməkdə onun şübhəli olduğunu, mağazada quraşdırılmış müşahidə kameraları vasitəsilə onun görüntüləndiyini bildirib onu Tovuz RPŞ-yə dəvət etmişlər. O, artıq törətdiyi cinayət əməlini gizlətməyin faydasız olacağını düşünüb hər şeyi etiraf edib xx.xx.2024-cü il tarixdə, saat 03:17 dəqiqədə "xxxx" şirkətinin Tovuz şəhəri, Həzi Aslanov küçəsində fəaliyyət göstərən mağazasından mobil telefonları oğurladığını bildirmişdir. Bundan sonra o, könüllü istəyi ilə Tovuz RPŞ-yə getmişdir. Tovuz RPŞ-də polis əməkdaşı tərəfindən izahatı alınmış və izahatında xx.xx.2024cü il tarixdə saat 03:17 dəqiqədə "xxxx" şirkətinin Tovuz şəhəri, Həzi Aslanov küçəsində fəaliyyət göstərən mağazasından oğurladığı mobil telefonları hazırda ünvan 2 ünvanında yerləşən yaşadığı evdə saxladığını etiraf etmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə ünvan 2 ünvanında yerləşən yaşadığı evə getmişlər və yaşadığı evin yataq otağında olan güzgülü komodun süyürməsindən 04 (dörd) ədəd mobil telefonu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra həmin mobil telefonlar qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. O, "xxxx" şirkətinin Tovuz şəhəri, Həzi Aslanov küçəsində fəaliyyət göstərən mağazasından 4 ədəd mobil telefonu tək oğurlamışdır. Bu barədə əvvəlcədən, yaxud sonradan hər hansı şəxsə bildirməmişdir. Mağazanın giriş qapısından asılmış asma qıfılı sındırmaqdan ötrü istifadə etdiyi bir ədəd armatur parçasını isə öz yaşadığı evin həyətindən götürüb aparmışdır. Oğurladığı 4 ədəd mobil telefonlara gəldikdə isə, o, həmin mobil telefonları oğurladıqdan sonra birbaşa ünvan 2 ünvanında yerləşən yaşadığı evə getmiş və 04 ədəd müxtəlif modelli və qiymətli Honor markalı smartfon tipli mobil telefonları yaşadığı polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir. Hazırda etdiyi əməldən peşmandır. Qardaşı şəhiddir özü isə birinci Qarabağ müharibəsi iştirakçısıdır. Habelə, zərərçəkmiş şəxsin ondan hər hansı şikayət və tələbi yoxdur. Odur ki, bu kimi halların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayından Tovuz şəhərində fəaliyyətə başlamış "xxxx" MMCnin Tovuz rayonu filialında müdir vəzifəsində işləyir. Sözügedən mağaza Tovuz şəhəri, Həzi Aslanov küçəsində yerləşir və mağazanın mühafizəsi həm şirkət tərəfindən daxili və xarici müşahidə kameraları quraşdırılmaqla, həm də şirkət tərəfindən mağazanın mühafizə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi ilə bağlanılmış müqaviləyə əsasən mühafizə polis əməkdaşları tərəfindən həyata keçirilir. Həmin mağaza 02 (iki) mərtəbəli olmaqla 01 (bir) ədəd açılıb-örtülən qalın şüşədən hazırlanmış qapısı vardır. 29 noyabr 2024-cü il tarixdə saat 20:00 dəqiqədə "xxxx" MMC-nin Tovuz rayonu filialı sayılan mağazada iş vaxtı qurtardığı üçün o, mağazanın giriş qapısını gümüşü rəngli dəmir asma qıfılla bağlayıb yaşadığı evə getmişdir. 30 noyabr 2024-cü il tarixdə gecə saatlarında yaşadığı evdə yatan zaman istifadəsində olan mobil telefonuna mesaj gəldiyini bilib həmin mesaja baxdıqda Mühafizə polisindən gəldiyini və mesajda "xxxx" MMC-nin Tovuz rayonu filialında oğurluq hadisəsi törədilməsi barədə məlumatın göstərildiyini görmüşdür. O, mesajı oxuduqdan dərhal sonra yaşadığı evdən çıxıb mağazaya gəlmişdir. Mağazanın önünə çatdıqda mağazanın giriş qapısında olan bir ədəd asma qıfılın sındırıldığını və mağazadan bayırda yerdə olduğunu, həmçinin qıfılın yanında bir ədəd əyilmiş formada armatur parçasını görmüşdür. Mağazanın pəncərələri və ya şüşə qapısına hər hansı fiziki təsir olunmadığından sındırılmamışdır. Mağazaya daxil olduqda mobil telefon cihazları qoyulan vitrində telefonların dağınıq vəziyyətdə olduğunu görmüşdür. Mağazanın daxilində digər məişət texnikası satılan hissələrə baxdıqda səliqəsizlik olmadığını görmüşdür. O, mağazanın giriş hissəsində yerləşdirilmiş smartfon tipli mobil telefonlar satılan hissəyə, yəni vitrinə baxdıqda oradan 01 (bir) ədəd “HONOR” markalı, “ELP-NX9” modelli, 2024-cü il buraxılışlı, arxa örtük hissəsi açıq yaşıl rəngli, ön şüşə örtük hissəsi qara rəngli, yeni vəziyyətdə olan, istifadə edilməmiş, sınığı, zədəsi olmayan 01 ədəd mobil telefon, 01 (bir) ədəd “HONOR” markalı, “ELİ-NX9” modelli, 2024-cü il buraxılışlı, arxa örtük hissəsi ağ rəngli, ön şüşə örtük hissəsi qara rəngli, yeni vəziyyətdə olan, istifadə edilməmiş, sınığı, zədəsi olmayan 01 ədəd mobil telefon, 01 (bir) ədəd “HONOR Magic6 Pro” markalı, “BVL-N49” modelli, 2024-cü il buraxılışlı, ramı 12GB, daxili yaddaşı 512GB olan, arxa örtük hissəsi açıq yaşıl rəngli, ön şüşə örtük hissəsi qara rəngli, yeni vəziyyətdə olan, istifadə edilməmiş, sınığı, zədəsi olmayan 01 ədəd mobil telefon və 01 (bir) ədəd “HONOR” markalı, “LLY-NX1” modelli, 2024-cü il buraxılışlı, arxa örtük hissəsi qara rəngli, ön şüşə örtük hissəsi qara rəngli, yeni vəziyyətdə olan, istifadə edilməmiş, sınığı, zədəsi olmayan 04 (dörd) ədəd “Honor” markalı, smartfon tipli mobil telefonların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını müəyyən etmişdir. Həmin ərəfədə artıq polis əməkdaşları oğurluq hadisəsinin törədildiyi mağazada olmuşlar və zəruri hərəkətlər etmişlər. Polis əməkdaşları tərəfindən mağazada quraşdırılmış müşahidə kameralarına baxış keçirilən zaman "xxxx" MMC-nin Tovuz rayonu filialında oğurluq hadisəsi törətmiş şəxsin ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Hazırda dəymiş maddi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hazırda Tovuz rayonu, Aşağı Öysüzlü kəndi ərazisində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Hazırda X5 Şöbəsinin tağım komandiri vəzifəsində çalışır. Polis leytenantı xüsusi rütbəsi daşıyır. xx.xx.2024-cü il tarixdə saat 03:30 dəqiqədə o yaşadığı evdə olarkən istifadəsində olan mobil nömrəyə X5 Şöbəsinin tutucu qrupunun qrup rəhbəri tərəfindən zəng edilmiş və X5 Şöbəsinin mərkəzi mühafizə məntəqəsinə qoşulu olan, Tovuz şəhəri ərazisində yerləşən "xxxx" MMC-dən həyəcan siqnalı daxil olduğunu bildirmişdir. O, dərhal yaşadığı evdən çıxıb hadisə yerinə gəlmiş və Tovuz şəhəri ərazisində yerləşən "xxxx" MMC-yə naməlum şəxs(lər) tərəfindən qapını sındırma yolu ilə qanunsuz daxil olunduğunu və mağazadan smartfon tipli mobil telefonlar oğurlandığını görüb bu barədə həm X5 Şöbəsinin, həm də Tovuz RPŞ-nin növbətçi hissələrinə məlumat vermişdir. Bundan sonra X5 Şöbəsi və Tovuz RPŞ-nin əməkdaşları da hadisə yerinə cəlb olunmuşlar. Beləliklə, hadisə yerində isti izlərlə keçirilmiş əməliyyat-axtarış və istintaq hərəkətləri ilə "xxxx" MMC-nin Tovuz şəhəri ərazisində yerləşən filialına qanunsuz daxil olaraq oğurluq cinayəti törətmiş şəxsin şəxsiyyəti müəyyən edilmişdir. Belə ki, polis əməkdaşları tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2024cü il tarixdə "xxxx" MMC-nin Tovuz şəhəri ərazisində yerləşən filialına qanunsuz daxil olaraq oğurluq cinayəti törətmiş şəxs Tovuz şəhəri, R.Məmmədov küçəsində yaşayan Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda Tovuz RPŞ-nin tağım komandiri vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə saat 04:00 dəqiqədə o, Tovuz şəhəri, Musa Musayev küçəsi ərazisində xidmətdə olarkən xidməti telefonuna zəng gəlmiş və Tovuz şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMCnin Tovuz şəhəri, Həzi Aslanov küçəsi ərazisində yerləşən mağazadan oğurluq cinayəti törədildiyini və sonuncunun yerinin müəyyən olunaraq Tovuz RPŞ-yə dəvət olunmağına dair göstəriş verilmişdir. Bundan sonra o, xidməti ərazisində olan zaman Tovuz şəhəri, Musa Musayev küçəsi ərazisində Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşmış və "xxxx" şirkətinin Tovuz şəhəri, Həzi Aslanov küçəsində fəaliyyət göstərən mağazasında oğurluq cinayəti törədildiyini və həmin cinayəti törətməkdə şübhəli olduğunu, mağazada quraşdırılmış müşahidə kameraları vasitəsilə onun görüntüləndiyini bildirib onu Tovuz RPŞ-yə dəvət etmişdir. Təqsirləndirilən şəxs onun dəvətinə etiraz etməyərək törətdiyi cinayət əməlini etiraf edib Tovuz RPŞ-yə gəlmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. «Videogörüntülərə baxış keçirilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 03:16 dəqiqədə Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məxsus, Tovuz şəhəri, H. Aslanov küçəsi ərazisində yerləşən mağazanın giriş qapısından asılmış bir ədəd asma kilidi 01 (bir) ədəd büzməli formada, uc hissəsi əyilmiş metal çubuq, yəni armatur ilə sındıraraq qanunsuz olaraq mağazaya daxil olmuş və mağazanın içərisində yerləşən stendin üzərindən mobil telefonları oğurlayıb oradan uzaqlaşmışdır. «Baxış aparılması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə saat 03:17 dəqiqədə "xxxx" MMC-yə məxsus, Tovuz şəhəri, H.Aslanov küçəsi ərazisində yerləşən mağazadan oğurlanmış 01 (bir) ədəd “HONOR” markalı, “ELP-NX9” modelli, 2024-cü il buraxılışlı, arxa örtük hissəsi açıq yaşıl rəngli, ön şüşə örtük hissəsi qara rəngli, yeni vəziyyətdə olan, istifadə edilməmiş, sınığı, zədəsi olmayan 01 ədəd mobil telefon, 01 (bir) ədəd “HONOR” markalı, “ELİ-NX9” modelli, 2024-cü il buraxılışlı, arxa örtük hissəsi ağ rəngli, ön şüşə örtük hissəsi qara rəngli, yeni vəziyyətdə olan, istifadə edilməmiş, sınığı, zədəsi olmayan 01 ədəd mobil telefon, 01 (bir) ədəd “HONOR Magic6 Pro” markalı, “BVL-N49” modelli, 2024-cü il buraxılışlı, ramı 12GB, daxili yaddaşı 512GB olan, arxa örtük hissəsi açıq yaşıl rəngli, ön şüşə örtük hissəsi qara rəngli, yeni vəziyyətdə olan, istifadə edilməmiş, sınığı, zədəsi olmayan 01 ədəd mobil telefon, 01 (bir) ədəd “HONOR” markalı, “LLY-NX1” modelli, 2024-cü il buraxılışlı, arxa örtük hissəsi qara rəngli, ön şüşə örtük hissəsi qara rəngli, yeni vəziyyətdə olan, istifadə edilməmiş, sınığı, zədəsi olmayan 01 ədəd mobil telefonlar cinayət hadisəsi törədildikdən sonra Təqsirləndirilən şəxs tərəfindən sonuncunun yaşadığı, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında olan əşya dolabının içərisində saxlanılmışdır. Aşkar olunmuş mobil telefonlar qablaşdırılaraq götürülmüşdür. «Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. «Təqsirləndirilən şəxsin X3 azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi» haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və haqqında «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı məhkumluğu yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025ci il tarixli, 9/10255 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən mobil telefonların yeni vəziyyətdə 2024-cü ilin noyabr ayına orta bazar qiyməti aşağıdakı kimi müəyyən edilir: 1) 01 ədəd “HONOR” markalı, “ELP-NX9” modelli, 2024-cü il buraxılışlı, arxa örtük hissəsi açıq yaşıl rəngli, ön şüşə örtük hissəsi qara rəngli, istifadə edilməmiş, sınığı, zədəsi olmayan mobil telefon 1699,99 (bir min altı yüz doxsan doqquz manat, doxsan doqquz qəpik) manat dəyərində; 2) 01 ədəd “HONOR” markalı, “ELİ-NX9” modelli, 2024-cü il buraxılışlı, arxa örtük hissəsi ağ rəngli, ön şüşə örtük hissəsi qara rəngli, istifadə edilməmiş, sınığı, zədəsi olmayan mobil telefon 1249,99 (bir min iki yüz qırx doqquz manat, doxsan doqquz qəpik) manat dəyərində; 3) 01 ədəd “HONOR Magic6 Pro” markalı, “BVL-N49” modelli, 2024-cü il buraxılışlı, ramı 12GB, daxili yaddaşı 512GB olan, arxa örtük hissəsi açıq yaşıl rəngli, ön şüşə örtük hissəsi qara rəngli, istifadə edilməmiş, sınığı, zədəsi olmayan mobil telefon 2249,99 (iki min iki yüz qırx doqquz manat, doxsan doqquz qəpik) manat dəyərində; 4) 01 ədəd “HONOR” markalı, “LLY-NX1” modelli, 2024-cü il buraxılışlı, arxa örtük hissəsi qara rəngli, ön şüşə örtük hissəsi qara rəngli, istifadə edilməmiş, sınığı, zədəsi olmayan mobil telefon 499,99 (dörd yüz doxsan doqquz manat, doxsan doqquz qəpik) manat dəyərində; Beləliklə, ekspertiza təyini haqqında qərarda göstərilən mobil telefonların yeni vəziyyətdə 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 5699,96 manat müəyyən edilir. «Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə» haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yeni ittiham elan edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, Məmmədli X2, X1 Vəziyyyəti XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F20.0 xəstəliyindən əziyyət çəkir. Məmmədli X2, X1 Vəziyyyəti XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F20.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri remissiya (davamlı yaxşılaşma) vəziyyətində olması səbəbindən o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Məmmədli X2, X1 Vəziyyyəti XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F20.0 xəstəliyi keçirməsi səbəbindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsində göstərilmişdir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin Qeyd hissəsinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189- 1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 01 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, habelə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və qardaşının şəhid olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətlərinin xarakterini, həmin əməllərə görə cəzasını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə diqqətə çatdırır ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı xx.xx.2024 -cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi müvəqqəti saxlama yerində saxlanıldığı müddət, habelə məhkəmə baxışı zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi həbsdə saxlanıldığı müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Maddi sübut kimi tanınmış mobil telefonların qanuni sahibinə qaytarılması nəzərə alınmalı, 01 (bir) ədəd video görüntülərin qeydə alındığı disk cinayət işinin materiallarında saxlanılmalı, 01 (bir) ədəd asma kilid və 01 (bir) ədəd metal armatur hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli, təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməklə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində olan «həbs» qətimkan tədbiri ləğv edilsin və o məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və qətimkan tədbiri qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı 01 (bir) ay 13 (on üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 2 (iki) ay 26 (iyirmi altı) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Maddi sübut kimi tanınmış mobil telefonların zərərçəkmiş hüquqi şəxsə qaytarılması və maddi ziyanın tam ödənilməsi nəzərə alınsın. Maddi sübut kimi tanınmış və Tovuz Rayon Polis Şöbəsində saxlanılan asma kilid və metal armatur hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işi materiallarında saxlanılsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar