Məhkəmə qərarları › İş №1(062)-57/2025

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-57/2025

22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-57/2025 22.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakları ilə 22 aprel 2025-ci il tarixdə Tovuz şəhərində xx.xx.1994-cü ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, orta təhsilli, himayəsində bir azyaşlı uşağı olan, Tovuz şəhəri Məhəmməd ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs– Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, bir ədəd kibrit qutusunda təmiz çəkisi 7.20 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib əynində olan ağ rəngli qış gödəkçəsinin sol iç yan cibində saxlamış, 31 yanvar 2025-ci il tarixdə, saat 20:38-də Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Tovuz şəhəri Nəriman Nərimanov küçəsində yolun kənarı ilə piyada olmaqla hərəkətdə olarkən saxlanılaraq həmin tarixdə saat 20:38 dəqiqədən saat 20:50 dəqiqəyədək olan müddət ərzində üzərinə keçirilmiş baxış zamanı bir ədəd kibrit qutusunun içərisində, təmiz çəkisi 7.20 qram kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana onun əynində olan qara rəngli qış gödəkçəsinin sol iç yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, narkotik maddə hesab edilən qurudulmuş marixuanadan əvvəllər ara-sıra istifadə etmişdir. Təxminən 2-3 ay əvvəl dəqiq xatırlamadığı ayda və gündə balıq tutmaq üçün tək Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində olan zaman orada yabanı halda bitmiş çətənə kollarını görmüş və həmin kolları qurutmaq sonradan isə şəxsi istifadə etmək üçün qoparmışdır. O, həmin koldan qopardığı hissələri qurudub kibrit qutusuna qoyaraq həmin kibrit qutusunu üzərində saxlamışdır. O, fasilələrlə həmin qurudulmuş halda saxladığı marixuanadan istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Tovuz rayonu Abulbəyli kəndinə gedən zaman həmin kibrit qutusunda olan qurudulmuş marixuananı götürüb üzərində olan ağ rəngli qış gödəkçəsinin sol iç yan cibində saxlamışdır. Həmin gün yəni xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Tovuz rayonu Abulbəyli kəndi ərazisində yolun kənarı ilə piyada hərəkətdə olarkən bir nəfər şəxsin onu əlində tutmuş olduğu mobil telefonla video çəkilişlə qeydə aldığını görmüşdür. Eyni zamanda iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmıış və özlərini polis əməkdaşı kimi təqdim edib ondan şübhələndiklərini bildirərək üzərinə baxış keçirmək istədiklərini bildirmişlər. O, polis əməkdaşlarına heç bir etirazının olmadığını demişdir. Baxış keçirməzdən əvvəl onlar ondan üzərində əldə edilməsi, daşınması, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığı soruşulmuşdur. O, üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya olduğunu deyərək əynində olan ağ rəngli qış gödəkçənin sol iç yan cibindən bir ədəd kibrit qutusunun içərisində olan kütləni yəni çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı saxladığı bir ədəd kibrit qutusu ilə birliktə çıxarıb təqdim etmişdir. Həmin bir ədəd kibrit qutusunda olan kütləyə baxış keçirilmişdir. Baxış zamanı bir ədəd kibrit qutusunda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra onun təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütlə bir ədəd elektron tərəzidə çəkilmiş çəkisi bir ədəd kibrit qutusu ilə birlikdə 10.23 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd bir ədəd kibrit qutusunda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bir daha belə hərəkətlərə yol verməyəcək. Hazırda əməlindən səmimi peşman olmasını, bir azyaşlı uşağının olmasını nəzərə alaraq yüngül cəza verilməsini xahiş edir. Cinayət işi üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Tovuz RPŞ CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ona görə də həmin şəxslə heç bir ədavəti və qohumluq əlaqəsi olmamışdır. 31 yanvar 2025-ci il tarixində Tovuz şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda, gəzdirməkdə şübhəli olması və hal-hazırda yaşadığı Tovuz rayonu Abulbəyli kəndi ərazisində olması barədə məlumat alıb bu barədə raportla Tovuz RPŞ-nin rəhbərliyinə məruzə etmiş və rəhbərlik tərəfindən ona həmin şəxsin ifşa edilməsi ilə bağlı göstəriş verilmişdir. Ondan sonra o, Tovuz RPŞ-si, CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və Tovuz RPŞ-si PPXB-nun polis nəfəri polis serjantı X1 birlikdə Təqsirləndirilən şəxs saxlanılaraq Tovuz RPŞ-yə gətirilməsi, yəni əməliyyat-axtarış tədbirində onlarla birlikdə iştirak etməkləri göstərişi verilmişdir. Beləliklə də Tovuz RPŞ-si, CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və Tovuz RPŞ-si PPXB-nun polis nəfəri polis serjantı X1 ilə o, həmin gün saat 20 radələrində avtomobilə əyləşib Tovuz rayonu, Abulbəyli kəndinə gəlmişdir. Onlar həmin əraziyə çatanda görmüşlər ki, Tovuz rayonu, Abulbəyli kənd sakini Təqsirləndirilən şəxs Tovuz rayonu, Abulbəyli kəndində yavaş-yavaş piyada yeriyərək kənd ərazisində hərəkətdədir. Bundan sonra onlar vaxt itirmədən avtomobil vasitəsi ilə Tovuz rayonu Abulbəyli kənd ərazisində piyada hərəkət edən zaman Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Ardı ilə xidməti vəsiqələrini Təqsirləndirilən şəxs göstərib polis əməkdaşı olduqlarını bildirərək özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər. Bundan sonra isə onlar Təqsirləndirilən şəxs hansı səbəblə bağlı şübhəli olduğunu izah etmişlər. Üzərində narkotik vasitə olduğundan şübhələndiklərini bu səbəbdən onun üzərində yașadığı evin həyətində baxış keçirəcəklərini demişlər. Həmçinin, Təqsirləndirilən şəxs Tovuz rayonu Abulbəyli kənd ərazisində yolun kənarında üzərində baxış keçirməklərinə etirazının olub-olmadığını sorușmuşlar. Təqsirləndirilən şəxs bizə heç bir etirazının olmadığını dedi. Baxış keçirməzdən əvvəl ondan üzərində əldə edilməsi, daşınması saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuș hər hansı əșya olub-olmadığını sorușmuşlar. Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və dașınması qanunla qadağan edilmiş əșya olduğunu deyərək əynində olan ağ rəngli qış gödəkçənin sol iç yan cibindən bir ədəd kibrit qutusunun içərisində narkotik maddə hesab edilən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanaya bənzəyən kütləni çıxarıb təqdim etmişdir. Həmin bir ədəd kibrit qutusu açılaraq baxış keçirilmişdir. Baxıș zamanı bir ədəd kibrit kutusunun içərisində, narkotik maddə marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütlə bir ədəd elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin kibrit qutusu ilə birlikdə 10,23 qram təşkil etmiş, daha sonra aşkar edilmiş bir ədəd kibrit qutusunda narkotik maddə hesab edilən marixuanaya bənzər kütlə, həmin narkotik maddə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı - Azərbaycan Respublikası DiN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hər hansı şəxs və ya şəxslərə satması və ya digər formada verməsi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmamışdır. İş üzrə Şahid2 və Şahid3 ifadəsi Şahid1 verdiyi ifadə ilə eyni məzmunludur. İşin 37-ci vərəqəsində olan 01 fevral 2025-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertizanın dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik təşkil edir. Cinayət işinin 38-ci vərəqəsində olan 01 fevral 2025-ci il tarixli 16/90 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlə” yazı və imzalar olan kağız paketdəki, bir ədəd kibrit qutusunda olan təmiz çəkisi 7,20 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İşin 63-cü vərəqəsində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs həkim-psixiatrın və həkim narkoloqun dispanser qeydiyyatında dayanmır. Cinayət işinin 79-cu vərəqəsində olan tələbnamədən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmadığı müəyyən olunur. İşin 84-cü vərəqəsində olan xasiyyətnamədən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən edilir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il təvəllüdlü Hikmət adlı uşağı vardır. Cinayət işinin 81-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin verdiyi 13 fevral 2025-ci il tarixli 211 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iclasında araşdırılmış bir-birini tamamlayan sübutların cəminə obyektiv qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl tam sübuta yetirilir, onun bu əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət işinin 14-cü vərəqəsində olan 31 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 54-cü vərəqəsində olan 02 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2025-ci il tarixdə Tovuz RPŞ-nin MSY-dən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayətini etiraf edib, əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs 31 yanvar 2025-ci il tarixdən 02 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlağın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifəlri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər. 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. Alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə-narkoloji ekspertizasının 13 fevral 2025-ci il tarixli 211 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin olunmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması vəzifəsi qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Tovuz Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş, tədqiqata sərf edildikdən sonra qalan 7.15 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Cinayət işi üzrə çəklmiş 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək tərk etməsinə və yaşadığı Tovuz rayon ərazisi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə çəkilmiş 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilsin. Azərbaycan Respublikası CM-nin 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması vəzifəsi qoyulsun. İş üzrə maddi sübut olan Tovuz Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tədiqiqata sərf edildikdən sonra qalmış 7,15 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Hökmün icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar