Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-58/2023 05.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakları ilə xx.xx.1985-ci ildə Sabirabad rayonu Aleksandrovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 (üç) nəfər azyaşlı uşaqları olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Sabirabad rayonu Şəhriyar kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 442,04 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək həmin narkotik vasitənin 2,04 qram çəkidə hissəsini 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə əynindəki qara rəngli cins şalvarın ön sol cibində saxlamış, həmin narkotik vasitənin 440 (dörd yüz qırx) qram çəkidə hissəsini 01 (bir) ədəd ağ rəngli sellofan paketdə və 01 (bir) ədəd sarı rəngli sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri müvafiq olaraq 180 (bir yüz səksən) və 260 (iki yüz altmış) qram olmaqla tanışı Şahid5 idarə etdiyi “VAZ-2107” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 21 yanvar 2023-cü il tarixdə Tovuz rayonu Dondar Quşçu kəndi inzibati ərazisində saxlanılaraq rayon polis şöbəsinə dəvət olunmuş, 21 yanvar 2023-cü il tarixdə saat 20:25-dən 21:00-dək olan müddət ərzində ünvan 1 ünvanda yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında onun üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın ön sol cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə 2,04 qram çəkidə və həmin tarixdə saat 21:10-dan 21:50-dək olan müddət ərzində Tovuz rayon polis şöbəsinin duracağında Şahid5 məxsus “VAZ-2107” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobildə keçirilmiş axtarış və götürmə istintaq hərəkəti zamanı avtomobilin salonunun arxa ayaqaltı hissəsindən 01 (bir) ədəd ağ rəngli sellofan paketdə və 01 (bir) ədəd sarı rəngli sellofan paketdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri müvafiq olaraq 180 (bir yüz səksən) və 260 (iki yüz altmış) qram, ümumi təmiz çəkisi 442,04 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Sabirabad rayonu Şəhriyar kəndində qeydiyyatda olmaqla hazırda həmin kənddə yaşayır, himayəsində xx.xx.2022-ci il təvəllüdlü, xx.xx.2015-ci il təvəllüdlü və xx.xx.2013-cü il təvəllüdlü 3 (üç) azyaşlı uşaqları vardır. O, şəxsi axtarış zamanı üzərindən, həmçinin tanışı Şahid5 məxsus “VAZ-2107” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan aşkar edilmiş narkotik vasitələri Tovuz rayonu Dondar Quşçu kəndi ərazisindən tapmış və narkotik vasitə istifadəçisi olduğu üçün öz şəxsi istifadəsi üçün bir hissəsini üzərində, digər hissəsini isə tanışı Şahid5 məxsus “VAZ-2107” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda arxa ayaqaltı hissəsində gizlədərək saxlamışdır. Belə ki, o, 21 yanvar 2023-cü il tarixdə saat təxminən 02 radələrində qayını Şahid6 və dostu Şahid5la birlikdə sonuncuya məxsus “VAZ 2107” markalı **-XD-*** qeydiyyat nişanlı avtomobillə Tovuz rayonuna gəlmişlər. xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində onlar Tovuz rayonuna çatmışlar. Bundan sonra ilk öncə yeməkxanaların birində yemək yeməyi, sonra isə gecəni yatmağa yer tapıb səhər Tovuz rayonundan kartof və digər kənd təsərrüfatı məhsulları alıb Sabirabad rayonuna geri qayıtmağı qərara almışlar. Bu məqsədlə Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən “Yaşıl Bağ” adlı kafeyə daxil olub yemək sifariş vermiş və masaların birində əyləşib çay içmişlər. Daha sonra o, kafenin bayır hissəsində yerləşən sanitar qovşağına getmişdir. Sanitar qovşağından geri qayıdarkən sanitar qovşağından bir qədər aralıda işıq düşən hissədə göy rəngli sellofan torbanın olduğunu görmüşdür. O, həmin torbanın bir qədər qabarıq vəziyyətdə olmasını görüb içərisində nə olduğunu bilmək üçün həmin sellofan torbanı yerdən götürmüş, bundan sonra göy rəngli sellofan torbaya açıb baxarkən içərisində nəşə olaraq bildiyi qurudulmuş marixuanaya bənzər kütlə olduğunu görmüşdür. O, həmin vaxt ətrafda onu görə biləcək hər hansı bir şəxsin olmadığına əmin olduqdan sonra həmin sellofan torbanı götürmüş və tez tanışı Şahid5 məxsus “VAZ-2107” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışdır. Daha sonra cəld şəkildə sellofan torbadakı kütlənin kiçik bir hissəsini götürərək cibindəki şəffaf sellofan parçasına bükərək çəkmək məqsədilə əynindəki qara rəngli cins şalvarın ön sol cibinə yerləşdirmişdir, digər hissəsini isə torba ilə birlikdə avtomobilin salonunda arxa ayaqaltı hissədə gizlətmişdir. O, özü narkotik vasitə istifadəçisi olduğu üçün həmin narkotik vasitələri şəxsi istifadəsi üçün saxlamış, daha sonra kafeyə daxil olmuşdur, lakin baş verənlər barədə nə Kamilə, nə də Rahilə bildirməmişdir. Onlar birlikdə kafedə yemək yeyərkən saat 20:00-da mülki geyimdə dörd nəfər ona yaxınlaşmış, tanımadığı həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirmişlər. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra ona üzərində qanunsuz narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu demişlər. Həmin vaxt onun əynindəki qara rəngli cins şalvarın ön sol cibində bir neçə dəqiqə əvvəl tapmış olduğu qurudulmuş marixuanaya bənzər narkotik vasitə olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının dəvəti ilə Tovuz rayon polis şöbəsinə getmiş və orada onun hüquqlarını izah edib hüquqlarını müdafiə etmək üçün ona vəkillər siyahası təqdim etmişlər. O, Müdafiəçi hüquqlarının müdafiəsi üçün özünə vəkil seçmiş, daha sonra vəkil və iştirakçılarla birlikdə onun üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı onun əynindəki qara rəngli cins şalvarın ön sol cibində şəffaf rəngli sellefona bükülmüş narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanmışdır. Şəxsi axtarış zamanı o, tanışı Şahid5 idarə etdiyi “VAZ 2107” markalı, **-XD-*** qeydiyyat nişanlı avtomobilin salonunda da narkotik vasitə olduğunu bildirmiş, bundan sonra polis əməkdaşları Şahid5 razılığı ilə “VAZ 2107” markalı, **- XD-*** qeydiyyat nişanlı avtomobildə axtarış aparmışlar. Axtarış zamanı avtomobilin salonunda arxa ayaqaltı hissədən 01 (bir) ədəd göy rəngli sellefon torbada olan qurudulmuş marixuana aşkar olunmuşdur. O, həmin vaxt qorxduğu üçün guya üzərində və tanışı Şahid5 idarə etdiyi “VAZ 2107” markalı, **-XD-*** qeydiyyat nişanlı avtomobilin salonunda aşkarlanmış həmin narkotik vasitələri xx.xx.2023-cü il tarixdə Tovuz rayonu Dondar Quşçu kənd ərazisində tanımadığı şəxsdən 500 (beş yüz) manat müqabilində satın aldığını bildirmişdir, lakin həqiqətdə o, həmin narkotik vasitələri xx.xx.2023-cü il tarixdə Tovuz rayonu Dondar Quşçu kəndi ərazisində “Yaşıl Bağ” adlı kafenin yaxınlığındakı ərazidən tapmış və öz istifadəsi üçün saxlamışdır. O, ilk əvvəl qorxduğu üçün reallığı gizlətməyə çalışmış və şəxsi axtarış zamanı üzərindən, həmçinin tanışı Şahid5 məxsus “VAZ-2107” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan aşkar edilmiş narkotik vasitələri guya pul qarşılığında tanımadığı şəxsdən qanunsuz olaraq satın aldığını uyduraraq bilərəkdən yalan danışmışdır. Hazırda əməlindən səmimi peşman olmasını və himayəsində 3 (üç) nəfər azyaşlı uşaqlarının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Tovuz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi faktına dair daxil olmuş əməliyyat məlumatının yoxlanılması və realizə edilməsi üçün 22 yanvar 2023-cü il tarixdə saat 20 radələrində Tovuz RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid1, RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis leytenantı X3 ilə birlikdə Təqsirləndirilən şəxs Tovuz rayonu Dondar Quşçu kəndi ərazisində fəaliyyət göstərən “Yaşıl bağ” adlı kafedə sonuncunun tanışları Şahid6 və Şahid5 ilə birlikdə sonuncunun idarə etdiyi “VAZ-2107” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində müəyyən edib yaxınlaşaraq özlərini polis əməkdaşı olaraq təqdim edib Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması və daşımasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs tanışları Şahid6 və Şahid5 ilə birlikdə Tovuz RPŞ-nə dəvət etmişlər. Tovuz RPŞ-nin inzibati binasının həyətində Təqsirləndirilən şəxs təhqiqat bölməsinin əməkdaşı tərəfindən hüquqları izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün vəkillərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs təqdim edilmiş siyahı üzrə vəkil Müdafiəçi hüquqlarının müdafiəsi üçün özünə vəkil seçdikdən sonra vəkil Müdafiəçi və iştirakçılarla birlikdə Tovuz RPŞ-nin inzibati binasında şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın ön sol cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə, 2,22 qram çəkidə kütlə aşkar edilmişdir. Həmin kütləyə baxış nəticəsində kütlənin yaşıl rəngli, kəskin iyli ilkin görünüşdən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitənin bir hissəsini tanışı Şahid5 idarə etdiyi “VAZ-2107” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin salonunda yerləşdirdiyini bildirmişdir. Şəxsi axtarış apardıqdan sonra Şahid5 razılığı ilə sonuncuya məxsus “VAZ-2107” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı minik avtomobildə axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. İdarə etdiyi avtomobildə axtarış aparılmazdan əvvəl Şahid5 avtomobilində qanunla saxlanılması və istifadəsi qadağan olunmuş əşya(lar)ın olubolmamasını soruşmuş, sonuncu isə idarə etdiyi avtomobildə qanunla saxlanılması və istifadəsi qadağan olunmuş hər hansı bir əşya(lar)ın olmadığını bildirmişdir. Daha sonra Şahid5 razılığı ilə sonuncuya məxsus “VAZ-2107” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı minik avtomobildə axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Axtarış zamanı avtomobilin arxa ayaqaltı hissəsində içərisində şəffaf və sarı rəngli olmaqla 02 (iki) ədəd torbalar olan 1 ədəd göy rəngli sellofan torba aşkar olunmuşdur. Həmin 2 ədəd torbalara ayrı-ayrılıqda açılaraq baxış keçirilmiş və baxış zamanı torbaların içərisində yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzədiyi müəyyən edilmişdir. Şahid5 idarə etdiyi avtomobildən aşkar olunmuş narkotik vasitələrdən məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və tanışı Şahid5 məxsus “VAZ-2107” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində axtarış aparılması zamanı videoçəkiliş aparılmışdır. Bundan sonra aşkar olunmuş narkotik vasitələr kağız zərflərə qoyularaq qablaşdırılmış, zərflərin ağızı bağlanaraq Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənmiş və zərfin üzəri imzalandıqdan sonra Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Elmar Rüstəmov tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs ilə aparılan danışıq zamanı o, üzərindən şəxsi axtarış zamanı və tanışı Şahid5 məxsus “VAZ- 2107” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində axtarış zamanı aşkar edilmiş narkotik vasitələri öz istifadəsi üçün saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 İnqilab oğlu, Şahid2 və Şahid3 Şahid4 ifadəsi ilə eyni məzmunda ifadələr verərək, Şahid4 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun kürəkənidir. xx.xx.2023-cü il tarixdə saat təxminən 14 radələrində yeznəsi Təqsirləndirilən şəxs ona topdan kənd təsərrüfatı malları almaq üçün birlikdə Tovuz rayonuna getməyi təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tanışı Şahid5 idarə etdiyi, sonuncuya məxsus olan “VAZ-2107” markalı, **-XD-*** qeydiyyat nişanlı minik avtomobili ilə 21 yanvar 2023-cü il tarixdə, saat təxminən 19 radələrində Tovuz rayonuna gəlmişlər. Tovuz rayonu ərazisinə çatdıqda ilk öncə kafelərin birində yemək yeyib gecəni yatmağa yer tapmağı, növbəti gün isə Təqsirləndirilən şəxsla lazım olan kənd təsrrüfatı mallarını alıb Sabirabad rayonuna geri qayıtmağı qərara almışlar. Bu məqsədlə onlar Tovuz rayonu Dondar Quşçu kəndində “Yaşıl Bağ” adlı yeməkxanaya getmişlər. Orada yemək sifarişi vermiş və masaların birində əyləşib çay içmişlər. Kafedə olarkən Təqsirləndirilən şəxs telefonuna zəng gəlmiş və sonuncu masadan durub çölə çıxmış, təxminən 30-35 dəqiqədən sonra geri qayıtmışdır. O və Şahid5 Elvindən hara getməsi barədə heç nə soruşmamışlar. Bir neçə dəqiqə sonra onların masasına 4 (dörd) nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşı olaraq təqdim edib Təqsirləndirilən şəxs üzərində qanunsuz narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu demişlər. Daha sonra polis əməkdaşlarının dəvəti ilə Tovuz RPŞ-nə getmişlər. Tovuz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində tanımadığı bir nəfər vəkilin iştirakı ilə şəxsi axtarış aparılmış və nəticədə Təqsirləndirilən şəxs geyinmiş olduğu qara rəngli cins şalvarın cibindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Bundan sonra həmkəndlisi Şahid5 icazəsi ilə sonuncuya məxsus “VAZ-2107” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin salonunda axtarış və götürmə istintaq hərəkəti aparılmış, nəticədə arxa oturacaqda ayaq altı hissəsində göy rəngli sellofana bükülmüş halda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri xx.xx.2023-cü il tarixdə Tovuz rayonu Dondar Quşçu kəndi ərazisində “Yaşıl Bağ” adlı kafenin yaxınlığındakı ərazidən tapdığını və öz istifadəsi üçün saxladığını bildirmişdir. O, Təqsirləndirilən şəxs üzərində və Şahid5 məxsus avtomobildə narkotik vasitə olmasından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid6 ifadəsi ilə eyni məzmunda ifadə verərək, Şahid6 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdi. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsi tərəfindən verilmiş 22 yanvar 2023-cü il tarixli 16/108 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə.” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,04 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində “vət. Şahid5 məxsus “VAZ 2107” markalı **-XD-*** qeydiyyat nişanlı avtomobildən aşkar olunaraq götürülmüş kütlələr.” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd göy rəngli sellofan paketdə olan, 1 (bir) ədəd ağ sellofan paketdə və 1 (bir) ədəd sarı sellofan paketdə, ayrı-ayrılıqda təmiz çəkiləri 180 qram, 260 qram, ümumi təmiz çəkisi 440 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza rəyinin qeyd hissəsində marixuanın ümumi təmiz çəkisi – 442,04 qram, tədqiqata sərf edildi – 0,06 (hər birindən 0,02 qram), qalıq – 441,98 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Nazrkoloji Dispanserinin 22 fevral 2023-cü il tarixli 318 nömrəli ekspert rəyindən görünür ki, narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad Rayon İHB-nin Şəhriyar kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Alışanov X1 Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 il nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəza müddəti başa çatdığına görə cəzadan azad olunmuş və hazırda məhkumluğu yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013cü ildə anadan olmuş Təyyar, xx.xx.2015-ci ildə anadan olmuş Alışan və xx.xx.2022-ci ildə anadan olmuş Malik adlı 3 (üç) nəfər azyaşlı uşaqları var. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində əlavə olaraq göstərdi ki, o, ibtidai istintaqda verdiyi ifadəsində qorxduğu üçün narkotik maddəni tanımadığı şəxsdən 500 manat müqabilində aldığını bildirsə də, məhkəmə istintaqı zamanı həmin ifadəsini təkzib edərək qeyd olunan narkotik maddəni xx.xx.2023-cü il tarixdə Tovuz rayonu Dondar Quşçu kəndi ərazisində “Yaşıl Bağ” adlı kafenin yaxınlığındakı ərazidən tapdığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı dövründə verdiyi ifadəsini mötəbər sübut növü kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, cəmiyyətdə müsbət xarakterizə olunmasını və himayəsində 3 (üç) nəfər azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi onun özü ilə yanaşı 3 az yaşlı uşaqlarının da həyat şəraitinə də təsir edəcəkdir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2023cü il tarixdən 23 yanvar 2023-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində saxlanılmışdır. Ona görə də Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, həmin müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 07:00-dək yaşadığı Sabirabad rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 441,98 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İşdə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dən saat 07:00-dək və yaşadığı Sabirabad rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 441,98 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-58/2023
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-58/2023
05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver