Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-58/2025 06.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Tovuz Rayon Vəkil Bürosunun vəkili X8, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Tovuz rayonu, Qovlar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində saxlanc yerinə qanunsuz daxil olaraq təkrar özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 2023-cü ilin iyul ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Tovuz rayonu, Qovlar şəhəri ərazisində yerləşən "Gillik" adlanan otlaq sahəsindən ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus bir baş, erkək və yerli cins, 42 kiloqram diri çəkiyə malik, boz rəngli, bir yaş beş aylıq, sağlam, 370 (üç yüz yemiş) manat dəyərində xırdabuynuzlu və bir baş, erkək və yerli cins, 45 kiloqram diri çəkiyə malik, boz rəngli, bir yaş beş aylıq, sağlam, 390 (üç yüz doxsan) manat dəyərində xırdabuynuzlu heyvanı oğurlamış, yəni Zərərçəkmiş şəxs2 məxsus cəmi 760 (yeddi yüz altmış) manat dəyərində iki baş xırdabuynuzlu heyvanları gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək xx.xx.2024-cü il tarixdə gecə saatlarında Tovuz rayonu, Qovlar şəhəri ərazisində yerləşən "Gillik" adlanan sahədə yerləşən X4 məxsus fermanın saxlanc yeri hesab olunan xalxal hissəsindən həmin fermada çoban işləyən Tovuz rayonu, Aşağı Quşçu kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus bir baş, dişi və yerli cins, 38 kiloqram diri çəkiyə malik, boz rəngli, bir illik, sağlam, 340 (üç yüz qırx) manat dəyərində xırdabuynuzlu, bir baş, erkək və yerli cins, 38 kiloqram diri çəkiyə malik, qara rəngli, bir illik, sağlam, 350 (üç yüz əlli) manat dəyərində xırdabuynuzlu, bir baş, dişi və yerli cins, 85 kiloqram diri çəkiyə malik, boz rəngli, iki illik, sağlam, 700 (yeddi yüz) manat dəyərində xırdabuynuzlu və bir baş, dişi və yerli cins, 85 kiloqram diri çəkiyə malik, sarı rəngli, iki illik, sağlam, 700 (yeddi yüz) manat dəyərində xırdabuynuzlu heyvanları oğurlamış, yəni Zərərçəkmiş şəxs1 məxsus cəmi 2090 (iki min doxsan) manat dəyərində dörd baş xırdabuynuzlu heyvanları gizli olaraq talamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X3 tanıyır. Tovuz rayonu, Qovlar şəhər sakini Samir Həsənovla əvvəllər birlikdə bir neçə dəfə oğurluq cinayət əməlləri törətmişlər. Belə ki, 2023-cü ilin iyul ayında hazırda dəqiq xatırlamadığı tarixdə saat 06 radələrində tanışı Samir Həsənov onunla görüşərək ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus sürüdən 1 (bir) baş erkək və yerli cins, diri çəkisi təxminən 42 (qırx iki) kiloqram olan, boz rəngli, 01 yaş 05 aylıq sağlam quzu, 1 (bir) baş erkək və yerli cins, diri çəkisi təxminən 45 (qırx beş) kiloqram olan, boz rəngli, 01 yaş 05 aylıq sağlam quzu oğurladığını ona deyib birlikdə həmin oğurladığı quzuları satmağı təklif etmiş, o, da razılaşmışdır. Samir Həsənovla aralarında olan razılığıa görə o. Samir Həsənova oğurladığı quzuları satmaqda kömək etdikdən sonra sonuncu əldə edəcəyi qazancın yarı hissəsini ona verəcəkdir. Beləliklə, onlar öz aralarında danışıb razılaşdıqdan sonra X10 Quliyevaya məxsus sürüdən oğurladığı 02 baş quzunu özünə məxsus Niva markalı avtomobilin baqaj hissəsinə yerləşdirib onunls birlikdə saat 07 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən Zəyəm bazarına getmişlər. Onlar birlikdə həmin gün X9 Quliyevanın sürüsüdən oğurladığı 2 (iki) baş quzunu Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən Zəyəm bazarında tanımadığı bir şəxsə 580 (beş yüz səksən) manata satmışlar. Bundan sonra Samir Həsənov həmin pulun yarı hissəsini, yəni 290 (iki yüz dosxan) manat hissəsini ona vermişdir. Bundan başqa növbəti dəfə xx.xx.2024-cü il tarixdə axşam saatlarında tanışı X13 rayonu, Qovlar şəhər sakini Şahin adlı şəxsə məxsus fermadan quzu oğurlamaq istədiyini deyib, onunla birlikdə oğurluq etməyi ona təklif etmişdir. O, da öz növbəsində razılaşmışdır. Bundan sonra Samır Həsənovla birlikdə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə keçən gecə saat 03 radələrində atlarına minərək Qovlar şəhər sakini Şahinin fermasına getmişlər. O, öz atını, Samir Həsənov da öz atını minmişdir. Onlar Şahinin fermasına yaxınlaşdıqda itlər hürmüş, lakin itlər bağlı və xalxaldan aralı olduğu üçün onlara yaxın gələ bilməmişlər. Onlar xal-xalın tor hasarından (setka) aşaraq içəri daxil olmuşlar. Bu zaman Samir Həsənov 01 (bir) baş erkək və yerli eins, diri çəkisi təxminən 38 (otuz səkkiz) kiloqram olan, qara rəngli, 01 illik sağlam quzu qucağına götürüb xal-xalın hasarından bayıra çıxmışdır. O, da 1 (bir) baş və yerli cins, diri çəkisi təxminən 38 (otuz səkkiz) kiloqram olan, boz rəngli, 01 illik sağlam qoyun götürüb xal-xaldan bayıra çıxarmışdır. Daha sonra Samir Həsənov öz atının belinə çıxmış, o. da yerdən bir-bir quzuları ona vermişdir. Samir Həsənov hər iki quzunu atının yəhərinə qoymuşdur. Sonra isə o, da öz atına minmişdir. Onlar atları yanaşı saxlamışlar. Yolda onlar hərəsi bir quzunu atın belinə qoyub Samir Həsənovun fermasına gəlmişlər. Onlar hər iki quzunu fermaya qoyub təkrar Şahinin fermasından oğurluq etmək məqsədilə geri, fermaya qayıtmışlar. Onlar yenidən Şahinin fermasına gəlib qoyunlar saxlanılan xal-xala yaxınlaşmışlar. O, tor hasarın (setka) üstündən aşıb xal-xala daxil olmuş və xal-xalda olan sürüdən 1 (bir) baş dişi və yerli cins, diri çəkisi təxminən 85 (səksən beş) kiloqram olan, boz rəngli, 02 illik sağlam qoyun. İ (bir) baş dişi və yerli cins, diri çəkisi təxminən 85 (səksən beş) kiloqram olan, sarı rəngli, 02 illik sağlam qoyun olmaqla 02 (baş) qoyun götürüb Samir Həsənova vermişdir. Həmin vaxt itlər hürmüş və çoban Zərərçəkmiş şəxs1 yuxudan oyanıb fermanın işığını yandırmışdır. Bu zaman Namiqin səsə oyandığını başa düşüb xal-xaldan çıxardıqları quzuları tez atlarının belinə qoymuşlar. Onlar oradan tələsik uzaqlaşan zaman onlar Namiqin fermanın qapısını açıb bayıra boylandığını görmüşlər. Hava qaranlıq olduğu üçün, eyni zamanda ferma ilə xal-xalın arası təxminən yüz metr olduğu üçün Namiq onları görməmişdir. Daha sonra onlar oğurladıqları sonuncu 02 (iki) baş quzunu da Samir Həsənovun fermasına gətirmişlər və sürüyə qatmışlar. Həmin gecə yəni xx.xx.2024-cü il tarixdə saat 06 radələrində Samir Həsənovla o, Şahinin fermasından oğurladıqları 02 (iki) baş quzunu Samir Həsənova məxsus Niva markalı **-BU-*** dövlət nömrə nişanlı avtomobilin yük yerinə qoyub Şəmkir şəhəri, Zəyəm qəsəbəsinə getmişlər. 02 (iki) baş quzu isə fermasında qalmışdır. Onlar Zəyəm qəsəbəsində dəmiryol keçidinin yanında Buğday adlı qəssabın ət mağazasının yanında dayanıb onu gözləməyə başlamışlar. Onlar orada gözləyən zaman Tofaş markalı, hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil onların yanında dayanmış və avtomobildən tanımadığı 35-40 yaşlı, orta boylu, kök bədən quruluşlu kişi düşmüşdür. Həmin kişi Buğdaydan ət almağa gəlmişdir. Həmin vaxt Buğday hələ qəssabxananı açmamışdır. Söhpət əsnasında tanımadığı həmin şəxs onların Buğdaya satmaq üçün quzu gətirdiyini görüb quzuları satıbsatmadığını soruşmuş. Samir Həsənov da quzuları satdığını demişdir. Həmin şəxs onların avtomobilin yük yerində olan erkək quzunu bəyənib həmin erkək quzunu satın almağı onlara təklif etmişdir. Onlar erkək quzunu həmin şəxsə 250 (iki yüz əlli) manata satımışlar. Həmin şəxs quzunu öz Tofaş avtomobilinin yük yerinə qoyub Buğdayı gözləməyə başlamışdır. Bir qədər sonra Buğday gəlib qəssabxananı açmışdır. Həmin şəxs Buğdaydan bir neçə kiloqram dana ati alıb getmişdir. Bundan sonra onlar Buğdaya satmaq üçün quzu gətirdiklərini demişlər. X14 markalı avtomobilinin yük yerində olan quzuya baxıb bir yaşlı dişi cinsli təxminən 16 kiloqramlıq dişi quzunu bəyənmişdir. Onlar Şahinin fermasından oğurladıqları bir yaşlı dişi cinsli təxminən 16 kiloqramlıq dişi quzunu Buğdaya 300 (üç yüz) manat satmışlar. Bundan sonra onlar oradan geri, Qovlar şəhərinə qayıtmışlar. O, tanışı X7 fermasından oğurlayıb satdıqları 02 (iki) baş quzudan ümumilikdə 550 (beş yüz əlli) manat gəlir ələd etmişlər. Həmin pulun yarısını yəni 275 (iki yüz yetmiş baş) manat pulu Samir Həsənov ona vermişdir Qalan 275 (iki yüz yetmiş baş) manat pulu isə özü götürmüşdür. O, oğurluq nəticəsində əldə etdiyi həmin pul vəsaitilərini öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Oğurluq cinayətləri törətməkdə onlara başqa heç kim kömək etməmişdir. O, başqa hər hansı bir ünvandan oğurluq və ya başqa bir cinayət əməli törətməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, hazırda Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olsa da Tovuz rayonu, Qovlar şəhər sakini Şahin adlı şəxsin Qovlar şəhər ərazisində "Yataq dərəsi" adlanan ərazidə yerləşən fermasında həm işləyir. həm də ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində o, bir baş quzunu axtarmağa başlamış, lakin quzunun sürüdə olmadığını görmüşdür. O, quzunun sürüdə olmadığını gördükdə sürüdə olan qoyun və quzuları saymışdır. Sayıb qurtardıqdan sonra dörd baş quzunun özümə məxsus sürüdə olmadığını müəyyən etmişdir. Sürüsündə həmin vaxt 275 (iki yüz yetmiş beş) baş xırdabuynuzlu heyvan olmuşdur. O. saydıqdan sonra özünə məxsus sürüdə 271 (iki yüz yetmiş bir) baş quzu olduğunu müəyyən etmişdir. Həmin gündən əvvəl tanışı X6 onun sürüsünə yaxınlaşıb ondan damazlıq bir baş quzu istəmişdir. Belə ki, ona bir baş quzu verib əvəzində damazlıq bir baş dişi quzu almaq istədiyini demişdir. O, da elə bir heyvanı olmadığını deyib Samir Həsənovla razılaşmamışdır. Növbəti gün yəni xx.xx.2024-cü il tarixdə ona məxsus sürüdə 1 (bir) baş dişi və yerli eins, diri çəkisi təxminən 38 (otuz səkkiz) kiloqram olan, boz rəngli, 01 illik sağlam qoyun. 1 (bir) baş erkək və yerli cins, diri çəkisi təxminən 38 (otuz səkkiz) kiloqram olan, qara rəngli, 01 illik sağlam quzu, 1 (bir) baş dişi və yerli cins, diri çəkisi təxminən 85 (səksən beş) kiloqram olan, boz rəngli, 02 illik sağlam qoyun, İ (bir) baş dişi və yerli cins, diri çəkisi təxminən 85 (səksən beş) kiloqram olan, sarı rəngli, 02 illik sağlam qoyununun sürüdə olmadığını müəyyən edib bir gün səhərdən axşama heyvanlarını axtarmağa başlamışdır. O, heyvanlarını tapmadıqda isə növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Ona oğurluq cinayəti nəticəsində ümumilikdə 1800 (bir min səkkiz yüz) manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsi elan edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, qəssab fəaliyyəti ilə məşğuldur. Onun qəssab mağazası Şəmkir rayonu, Sabirkənd kəndində yaşadığı evinə bitişik yerləşir. O, Tovuz rayonu, Qovlar şəhər sakini X3 əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 07:30 radələrində o, qassab mağazasında olan zaman mağazasının qarşısında ağ rəngli Niva markalı avtomobilin dayandığını görmüşdür. Avtomobildən 02 (iki) nəfər şəxs düşüb onun mağazasına daxil olmuşlar. Əvvəllər tanımadığı, adının sonradan Samir olduğunu bildiyi şəxs ona yaxınlaşaraq 01 (bir) baş dişi cinsli quzu olduğunu deyib ondan quzu alıbalmadığını soruşmuşdur. O, quzunun harada olmasını soruşmuşdur. Samir ona demişdir ki, quzu Niva avtomobilinin yük yerinədir. O, mağazadan çıxıb yol kənarında dayanmış ağ rənli, Niva markalı avtomobilə yaxınlaşmışdır. Samir avtomobilin yük yerini açmışdır. O, yük yerində ayaqları kəndirlə bağlanmış 1 (bir) baş dişi və yerli cins, diri çəkisi təxminən 38 (otuz səkkiz) kiloqram olan, boz rəngli quzu görmüşdür. O. quzunu ayağında olan kəndiri açıb quzunu hərəkət etdirib sağlam olub-olmamasını yoxlamışdır. O, quzunun sağlam quzu olduğunu görüb, Samirdən quzunu neçə manata satdığını soruşmuşdur. Samir ona quzunun diri çəkisni 9 (doqquz) manata satdığını demişdir. O, quzunu diri şəkildə tərizəyə çıxarmışdır. Quzunun diri çəkisi 31 (otuz bir) kiloqram, qiyməti isə 284 (iki yüz səksən dörd) manat etmişdir. O, həmin quzunu Samirdən 280 (iki yüz səksən) manat satın almışdır. Samir ondan dörd manat kəsiri istəməmişdir. Bundan sonra Samir və yanında gələn şəxs Niva markalı avtomobilə əyləşib getmişlər. O, Samirdən quzunu bazar qiymətinə almışdır. Yəni Samirdən quzunu ucuz almamışdır. Belə ki, bazarada diri quzunun satış qiyməti 9 (doqquz) manatdır. Samir quzunu ona ucuz satsa idi o, quzunun oğurluq quzu olmasından şübhə edər, lakin Samir ona quzunu hazırkı bazar qiymətinə satdığı üçün o, quzunun oğurluq quzu olmasından şübhələnməmiş və həmin quzunun oğurluq quzu olmasını bilməmişdir. O, yalnız polis əməkaşları xx.xx.2024-cü il tarixdə onun evinə gələn zaman Samirin ona oğurluq quzu satmasını bilmişdir. Həsənov Samir yalan danışır. O, qəssab mağazasını hər gün saat 06 radələrində açır. Həsənov Samir onun qəssab mağazasına gələn zaman, yəni xx.xx.2024-cü il tarixdə saat 06 radələrində o, qəssab mağazamı açmışdır. Samir Həsənov onun qəssab mağazasına gələn zaman saat 07:30 radələri olmuş və həmin vaxt o, mağazada olmuşdur. O, orada həmin gün Tofaş markalı avtomobil görməmiş və həmin gün Tofaş markalı avtomobil ilə heç kim gəlib ondan mal əti almamışdır. Həsənov Samir yalan danışır. O, Həsənov Samirdən aldığı bir baş dişi cinsli quzunu öz evinə digər quzuların yanına salmış və həmin quzunu sonradan polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 25 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus heyvanların saxlanıldığı ferma Tovuz rayonu, Qovlar şəhəri ərazisində, "Gillik" adlandırılan otlaq sahəsində yerləşir. Həmin fermanın ərazisində bir-birindən ayrı şəkildə olmaqla üç tikili vardır. Həmin tikililərdən biri yaşayış təyinatlı, digərləri isə heyvanların saxlanılması üçün nəzərdə tutulmuşdur. Baxış zamanı Zərərçəkmiş şəxs1 ona məxsus 04 (dörd) baş heyvanların həmin fermanın xalxal hissəsindən oğurlandığını bildirmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Baxış keçirilməsi haqqında 25 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəmkir rayonu, Sabirkənd kənd sakini Şahid yaşadığı evin həyətində könüllü olaraq bir baş dişi cinsli, sağ ayağı və bel hissəsində qırmızı rəngli dairəvi nişanı olan, baş hissəsi qara, digər hissələri isə sarı rəngli qoyunu təqdim edərək həmin qoyunu xx.xx.2024-cü il tarixdə saat 07:30 radələrində Şəmkir rayonu, Sabirkənd kəndində, yaşadığı evə bitişik olan qəssab dükanının qarşısında X2 280 manat pul vəsaiti qarşılığında satın almışdır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən bir baş dişi cinsli, sağ ayağı və bel hissəsində qırmızı rəngli dairəvi nişanı olan, baş hissəsi qara, digər hissələri isə sarı rəngli xırdabuynuzlu heyvan Şahid təhvil alınmışdır. Baxış keçirilməsi haqqında 25 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəmkir rayonu, Sabirkənd kənd sakini Şahid tərəfindən könüllü olaraq təqdim edilmiş bir baş dişi cinsli, sağ ayağı və bel hissəsində qırmızı rəngli dairəvi nişanı olan, baş hissəsi qara, digər hissələri isə sarı rəngli qoyun Tovuz RPŞ-si Qovlar polis bölməsinin həyətində Zərərçəkmiş şəxs1 təqdim edilmiş, sonuncunun tanımasından sonra bir baş dişi cinsli, sağ ayağı və bel hissəsində qırmızı rəngli dairəvi nişanı olan, baş hissəsi qara, digər hissələri isə sarı rəngli qoyun sahibinə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 noyabr 2024-cü il tarixli, 9/8358 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: Zərərçəkmiş şəxs1 məxsus xırdabuynuz heyvanlar 2024-cü ilin sentyabr ayına olan tarixə-2090,00 manat; X1 məxsus xırdabuynuzlu heyvan 2023-cü ilin iyul ayına olan tarixǝ-760,00 manat. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsinə əsasən, oğurluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən (177.2.1), yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla (177.2.3) təkrar (177.2.2) törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda göstərilən sübutlara əsaslanaraq ittihamda qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlmiş, rədd edilməli olan digər sübutlar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət törətməkdə öz təqsirini etiraf etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilmişdir. Təqsirləndirilən şəxs ona istinad edilən əməlin törədilməsində iştirak etməməsini, əməlin başqa şəxs (şəxslər) tərəfindən törədilə bilməsini ehtiva edən heç bir hal müəyyən edilməmiş, onun cinayətin törədilməsinə aidiyyəti sübuta yetirilmişdir. Beləliklə, cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmiş, onun əməli Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İş materiallarında olan: “Qətimkan tədbirinin seçilməsi və şəxsin azad edilməsi haqqında” 25 yanvar 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Tovuz Rayon Məhkəməsinin 1(062)-58/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs bаrəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkаn tədbiri ilə əvəz edilməklə аxtаrışa elаn edilmiş, xx.xx.2026-cı il tarixdə tutulmuşdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur Tovuz rayon İcra Hakimiyyətinin Qovlar şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsi, əməlindən səmimi peşman olması, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci kimi aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 114 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 07 ay 18 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 01 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini, axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün Tovuz rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından azad edilsin. İş üzrə məhkəmə xərci kimi aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №1(062)-58/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-58/2025
06.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver