Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-59/2023 31.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə 31 may 2023-cü il tarixdə Tovuz şəhərində xx.xx.1967-ci ildə Qazax rayonu, Dağkəsəmən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Ağstafa rayonu, Dağkəsəmən kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 15 dekabr 2022-ci il tarixdə saat 07 radələrində B1, B, C1, C kateqoriyalı sürücülük hüququ əsasında idarə etdiyi “Qaz 24” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində yerləşən ev heyvanlarının və ev quşlarının satışının həyata keçirildiyi bazarın ərazisində enişli, yaş və palçıqlı torpaq yolda üzü aşağıya doğru hərəkətdə olarkən “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu”nun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozaraq, həmin tələbə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmin tələblərə əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda öz hərəkətini davam etdirərək yolun sağ kənarında dayanmış piyadalar X10, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Şahid1 və X11 vurmuş, nəticədə ehtiyatsızlıqdan həmin piyadalardan X5 qaraciyərin cırılmış yaraları, döş sümüyünün sınığı, sağ tərəfli V, Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların yerdəyişməli sınığı, alt dodaq nahiyəsinin selikli qişasına olan qansızma, burun nahiyəsinin, döş qəfəsinin ön səthinin onurğa sütununun bel şöbəsinin, sağ said nahiyəsinin, sağ mil-bilək oynağının, sağ əlin arxa səthinin, sağ əlin üçüncü barmağının sıyrıqları, sağ bazu nahiyəsi-sağ dirsək oynağının qançır və sıyrığı kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almaqla həmin gün saat 08:40da Tovuz rayon X7 Hüquqi Şəxsin reanimasiya şöbəsində ölümünə, piyada Zərərçəkmiş şəxs2 sağ baldır sümüklərinin açıq yerdəyişməli sınığı, sol diz oynağının əzilmiş-cırılmış yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına ağır zərər vurulmasına, piyada Zərərçəkmiş şəxs3 sol mil sümüyünün tipik nahiyəsinin yerdəyişməli sınığı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına, piyada Şahid1 sol əlin əzilmişcırılmış yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurulmasına və piyada X8 isə qonartroz, yəni diz oynağının artrozu kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, təxminən 4 il bundan əvvəl Şəmkir rayon sakini X4 Qaz 24 minik markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobili almışdır. Həmin avtomobili alsa da öz adına sənədləşdirməmiş, həmçinin həmin avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi olsa da, etibarnaməsi yoxdur. O, həmin avtomobillə heyvan alıb satır və qazancını bu cür təmin edir. 15 dekabr 2022ci il tarixdə saat 06 radələrində idarə etdiyi Qaz 24 minik markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobillə Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən heyvan bazarına getmək üçün Ağstafa rayonu, Dağkəsəmən kəndindən Tovuz rayonu Aşağı Quşçu kəndi istiqamətində hərəkətə başlamışdır. Tovuz rayonu, Aşağı Quşçu kəndinə çatıb bazar yoluna daxil olmuşdur. Bazara enən yolda hərəkətdə olarkən avtomobilin əyləcinin işləmədiyini görmüşdür. Bu vaxt yolda xeyli sayda adamlar olmuşdur. O, əyləcin tutmadığını gördükdə avtomobilin sol ön qapısını açıb yolun üzərində olan şəxslərə qışqırmış və onlara yoldan çəkilmələrini bildirmişdir. Lakin heç kəs yoldan çəkilməmişdir. O, avtomobili saxlaya bilməmiş və yolun orta hissəsində dayanmış və dönüb onun hərəkət istiqamətində qayıtmaq istəyən nömrəsini bilmədiyi Qazel markalı avtomobilin arxa sol hissəsindən vurmuş və bir qədər irəli hərəkət edib yolun sağ hissəsində hərəkət edən 5 nəfər piyadanı vurmuşdur. Həmin vaxt avtomobil dayanmışdır. O, bundan sonra avtomobildən düşüb həmin şəxslərə yaxınlaşmış və adının sonradan X10 olduğunu bildiyi şəxsin avtomobilin ön alt hissəsində qaldığını görmüşdür. O, ətrafda olan şəxslərlə birlikdə Hümməti avtomobilin ön alt hissəsindən çıxarıb Hümməti və digər yaralanmış şəxsləri təcili tibbi yardım avtomobili ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada xəsarət almış şəxslərə ilkin tibbi yardım göstərilmişdir. X10 isə təxminən 2 saat sonra xəstəxanada ölmüşdür. Hadisədən əvvəl avtomobildə hər hansı texniki nasazlıq olmamışdır. Hadisənin baş verdiyi yol torpaq yoldur və hadisə zamanı həmin yol yaş vəziyyətdə olmuşdur. O, həmin avtomobili aldığı vaxtdan bu günədək, yəni təxminən 4 ildir ki, texniki baxışdan keçirməmişdir. O, bazarın enişli yoluna daxil olduğu vaxt əyləci sıxmış və həmin vaxt əyləcin tutmadığını bilmişdir. Həmin yerdən onun piyadaları vurduğu yerə qədər təxminən 50 metr məsafədir. O, bazar yoluna çatıb dönərkən avtomobilin sürət həddi saatda təxminən 10 kilometr olmuşdur. Hadisə zamanı hava qaranlıq və yağmurlu olmuşdur. Yer yaş və palçıqlı olmuşdur. Avtomobilin yük yerində hadisə zamanı 2 baş, hər biri təxminən 40 kiloqram çəkidə erkək quzu olmuşdur. Avtomobildə ondan başqa Şahid3 adında 1 nəfər sərnişin olmuşdur. Hazırda törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə köməklik etməklə onunla barışmasını, zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəməklə onlarla barışıq əldə etməsini nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin prosessual hüquqi varisi X1 məhkəmə iclasında iştirak etməmiş, keçirilmiş əvvəlki məhkəmə iclasında göstərmişdir ki, X10 onun oğludur. 15 dekabr 2022-ci il tarixədək o, Tovuz rayonu, Dondar Quşçu kəndində oğlu Hümmətlə birlikdə yaşamışdır. 15 dekabr 2022-ci il tarixdə saat 07 radələrində ona zəng gəlmiş və ona bildirmişlər ki, oğlu Hümmət Tovuz rayonu, Aşağı Quşçu kəndində heyvan bazarında olarkən onu avtomaşın vurmuş və xəsarət almışdır. Bundan sonra o, heyvan bazarına getmişdir. O, heyvan bazarına çatdıqda oğlu Hümmətin təcili tibbi yardım avtomobilinə mindirildiyini görmüşdür. O, təcili tibbi yardım avtomobilinin arxası ilə Tovuz rayon mərkəzi xəstəxanasına getmişdir. Orada oğlu Hümmətə ilkin tibbi yardım göstərilməsi üçün xəstəxananın cərrahiyə şöbəsinə aparılmışdır. Xəstəxanada oğlu Hümmətin vəziyyəti pisləşmişdir. Həkimlərin müdaxiləsinə baxmayaraq Hümmət xəstəxanada ölmüşdür. Daha sonra o, hadisə barədə maraqlandıqda oğlu Hümmətin heyvan bazarında olarkən Qaz 24 markalı avtomobilin bazara düşərkən oğlunu vurduğunu öyrənmişdir. Maraqlandıqda avtomobilin sürücüsünün adının Asim olduğunu öyrənmişdir. O, hadisədən əvvəl Təqsirləndirilən şəxs tanımamışdır. Onunla oğlu Hümmətlə o cümlədən digər ailə üzvləri ilə Təqsirləndirilən şəxs arasında düşmənçilik və ədavətləri olmamışdır. Oğlu Hümmətin hadisədən əvvəl şikayətləndiyi hər hansı xəstəliyi və ağrısı olmamışdır. X9rşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs2 sonuncu məhkəmə iclasında iştirak etməmiş, əvvəlki məhkəmə iclasında göstərmişdir ki, 15 dekabr 2022-ci il tarixdə səhər saat 05 radələrində heyvan satmaq üçün Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən heyvan bazarına heyvan almaq üçün getmişdir. O, heyvan seçib almaq üçün bazarda yolun kənarında dayanmışdır. Bu vaxt bazara daxil olan Qaz 24 markalı avtomobilin sürücüsünün kənara çəkilin deyə qışqırdığını görmüşdür. Bu vaxt o və ətrafda olan şəxslər kənara çəkilmək istəmişlər. Lakin avtomobil həmin vaxt üzərlərinə gəlmiş və dayanmadığı üçün saxlaya bilməyib onu və onlardan kənarda olan 4 nəfəri vurmuşdur. Avtomobil onları vurduqdan sonra dayanmışdır. Onlar həmin vaxt əvvəllər tanımadığı, lakin adının sonradan Hümmət olduğunu bildiyi şəxsin avtomobilin ön tərəfində altında qaldığını görmüşdür. Avtomobil onları vurub dayandıqda avtomobilin sürücüsü adının sonradan Asim olduğunu bildiyi şəxs avtomobildən düşüb onlara yaxınlaşmış və təcili tibbi yardım çağırıb onları Tovuz mərkəzi rayon xəstəxanasına aparmışdır. Xəstəxanada onlara ilkin tibbi yardım göstərilmişdir. Avtomobilin altında qalmış Hümmət isə xəstəxanada aldığı xəsarətlərdən ölmüşdür. Hadisə zamanı hava qaranlıq olmuşdur. Həmin vaxt sulu qar yağmışdır. Yol örtüyü torpaq olduğu üçün sulu qarın yağmasına görə palçıq olmuş və avtomobillər həmin vaxt sürüşmüşdür. Onun hadisə zamanı sol ayağı avtomobilə dəydiyi üçün sol ayağından xəsarət almışdır. Hadisə zamanı sol ayağının baldır hissəsi sınmışdır. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və onunla barışıq əldə etmişlər. Bunları nəzərə alaraq Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs3 sonuncu məhkəmə iclasında iştirak etməmiş, əvvəlki məhkəmə iclasında göstərmişdir ki, Tovuz rayonu Aşağı Öysüzlü kəndində yaşayır. 15 dekabr 2022-ci il tarixdə səhər saat 05 radələrində heyvan satmaq üçün oğlu Şahid1 ilə birlikdə Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən heyvan bazarına getmişlər. Onlar heyvanları bazarda düşürüb keçilərin ayaqlarını açmaq istəmişlər. Bu vaxt bazara daxil olan Qaz 24 markalı avtomobilin sürücüsünün kənara çəkilin deyə qışqırdığını görmüşdür. Bu vaxt o və oğlu Ramil kənara çəkilmək istəmişlər. Lakin avtomobil həmin vaxt üzərilərinə gəlmiş və dayanmadığı üçün saxlaya bilməyib onu, Ramili və onlardan kənarda olan 3 nəfəri vurmuşdur. Avtomobil onları vurduqdan sonra dayanmışdır. Onlar həmin vaxt əvvəllər tanımadığı, lakin adının sonradan Hümmət olduğunu bildiyi şəxsin avtomobilin ön tərəfində altında qaldığını görmüşdür. Avtomobil onları vurub dayandıqda avtomobilin sürücüsü adının sonradan Asim olduğunu bildiyi şəxs avtomobildən düşüb onlara yaxınlaşmış və təcili tibbi yardım çağırıb onları Tovuz mərkəzi rayon xəstəxanasına aparmışdır. Xəstəxanada onlara ilkin tibbi yardım göstərilmişdir. Avtomobilin altında qalmış Hümmət isə xəstəxanda aldığı xəsarətlərdən ölmüşdür. Hadisə zamanı hava qaranlıq olmuşdur. Həmin vaxt sulu qar yağmışdır. Yol örtüyü torpaq olduğu üçün sulu qarın yağmasına görə palçıq olmuş və avtomobillər həmin vaxt sürüşmüşdür. Onun hadisə zamanı sol qolu avtomobilə dəydiyi üçün sol qolundan xəsarət almışdır. Hazırda Təqsirləndirilən şəxs ona vurmuş olduğu zərəri tamamilə aradan qaldırmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Dediklərinin nəzərə alınmasını xahiş etdi. Cinayət işi üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yaşayır. 15 dekabr 2022-ci il tarixdə səhər saat 05 radələrində heyvan satmaq üçün anası Zərərçəkmiş şəxs3 ilə birlikdə Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən heyvan bazarına getmişlər. Onlar heyvanları bazarda düşürüb keçilərin ayaqlarını açmaq istəmişdir. Bu vaxt bazara daxil olan Qaz 24 markalı avtomobilin sürücüsünün kənara çəkilin deyə qışqırdığını görmüşdür. Bu vaxt o və anası Göyçək kənara çəkilmək istəmişlər. Lakin avtomobil həmin vaxt üzərilərinə gəlmiş və dayanmadığı üçün saxlaya bilməyib onu, anası və onlardan kənarda olan 3 nəfəri vurmuşdur. Avtomobil onları vurduqdan sonra dayanmışdır. Onlar həmin vaxt əvvəllər tanımadığı, lakin adının sonradan Hümmət olduğunu bildiyi şəxsin avtomobilin ön tərəfində altında qaldığını görmüşdür. Avtomobil onları vurub dayandıqda avtomobilin sürücüsü adının sonradan Asim olduğunu bildiyi şəxs avtomobildən düşüb onlara yaxınlaşmış və təcili tibbi yardım çağırıb onları Tovuz mərkəzi rayon xəstəxanasına aparmışdır. Xəstəxanada onlara ilkin tibbi yardım göstərilmişdir. Avtomobilin altında qalmış Hümmət isə xəstəxanda aldığı xəsarətlərdən ölmüşdür. Hadisə zamanı hava qaranlıq olmuşdur. Həmin vaxt sulu qar yağmışdır. Yol örtüyü torpaq olduğu üçün sulu qarın yağmasına görə palçıq olmuş və avtomobillər həmin vaxt sürüşmüşdür. Onun hadisə zamanı sol əli avtomobilə dəydiyi üçün sol əlindən xəsarət almışdır. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Tovuz rayonu Dondar Quşçu kəndində yaşayır. 15 dekabr 2022-ci il tarixdə səhər saat 05 radələrində heyvan almaq üçün Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən heyvan bazarına getmişdir. O, heyvan seçib almaq üçün bazarda yolun kənarında dayanmışdır. Bu vaxt bazara daxil olan Qaz 24 markalı avtomobilin sürücüsünün kənara çəkilin deyə qışqırdığını görmüşdür. Bu vaxt o və ətrafda olan şəxslər kənara çəkilmək istəmişlər. Lakin avtomobil həmin vaxt üzərilərinə gəlmiş və dayanmadığı üçün saxlaya bilməyib onu və onlardan kənarda olan 4 nəfəri vurmuşdur. Avtomobil onları vurduqdan sonra dayanmışdır. Onlar həmin vaxt əvvəllər tanımadığı, lakin adının sonradan Hümmət olduğunu bildiyi şəxsin avtomobilin ön tərəfində altında qaldığını görmüşdür. Avtomobil onları vurub dayandıqda avtomobilin sürücüsü adının sonradan Asim olduğunu bildiyi şəxs avtomobildən düşüb onlara yaxınlaşmış və təcili tibbi yardım çağırıb onları Tovuz mərkəzi rayon xəstəxanasına aparmışdır. Xəstəxanada onlara ilkin tibbi yardım göstərilmişdir. Avtomobilin altında qalmış Hümmət isə xəstəxanda aldığı xəsarətlərdən ölmüşdür. Hadisə zamanı hava qaranlıq olmuşdur. Həmin vaxt sulu qar yağmışdır. Yol örtüyü torpaq olduğu üçün sulu qarın yağmasına görə palçıq olmuş və avtomobillər həmin vaxt sürüşmüşdür. Onun hadisə zamanı hər iki ayağı avtomobilə dəydiyi üçün ayaqlarından xəsarət almışdır. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. O, Asimi uşaqlıqdan tanıyır. Asim heyvan bazarına özünə məxsus Qaz 24 minik markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobillə heyvan daşıyıb pul qazanır. 15 dekabr 2022-ci il tarixdə saat 06 radələrində o Asimin idarə etdiyi Qaz 24 minik markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobillə Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən heyvan bazarına getmək üçün Ağstafa rayonu, Dağkəsəmən kəndindən Tovuz rayonu Aşağı Quşçu kəndi istiqamətində hərəkətə başlamışlar. Həmin vaxt o, iki baş, hər birinin diri çəkisi 40 kiloqram olan quzuları Tovuz rayonunda yerləşən heyvan bazarına satmağa aparmış. Onlar Tovuz rayonu, Aşağı Quşçu kəndinə çatıb bazar yoluna daxil olmuşlar. Həmin vaxt yolda xeyli sayda adamlar olmuşdur. Asim həmin vaxt əyləci sıxıb tormoz etsə də avtomobil dayanmamış və sürüşüb adamların üzərinə getmişdir. Bu vaxt Asim avtomobilin sol ön qapısını açıb yolun üzərində olan şəxslərə qışqırmış və həmin şəxslərə yoldan çəkilmələrini bildirmişdir. Lakin heç kəs yoldan çəkilməmişdir. Asim avtomobili saxlaya bilməmiş və yolun orta hissəsində dayanmış və dönüb onların hərəkət istiqamətində geriyə qayıtmaq istəyən nömrəsini bilmədiyi Qazel markalı avtomobilin arxa sol hissəsindən vurmuş və bir qədər irəli hərəkət edib yolun sağ hissəsində hərəkət edən 5 nəfər piyadanı vurmuşdur. Həmin vaxt avtomobil dayanmışdır. Onlar bundan sonra avtomobildən düşüb həmin şəxslərə yaxınlaşmış və adının sonradan X10 olduğunu bildikləri şəxsin avtomobilin ön alt hissəsində qaldığını görmüşlər. Onlar ətrafda olan şəxslərlə birlikdə Hümməti avtomobilin ön alt hissəsindən çıxarıb Hümməti və digər yaralanmış şəxsləri təcili tibbi yardım avtomobili ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına getmişlər. Xəstəxanada xəsarət almış şəxslərə ilkin tibbi yardım göstərilmişdir. X10 isə təxminən 2 saat sonra xəstəxanada ölmüşdür. Hadisədən əvvəl avtomobilində hər hansı texniki nasazlıq olmamışdır. Hadisənin baş verdiyi yol torpaq yoldur. Hadisə zamanı həmin yol yaş vəziyyətdə olmuş və avtomobilə tormoz verdikdə avtomobil sürüşmüşdür. Onlar bazarın enişli yoluna daxil olduğu vaxt Asim əyləci sıxmışdır. Lakin həmin vaxt əyləcin sıxılmasına baxmayaraq yol sürüşkən olduğu üçün avtomobil dayanmamışdır. Həmin yerdən avtomobilin piyadaları vurduğu yerə qədər təxminən 50 metr məsafədir. Onlar bazar yoluna çatıb dönərkən avtomobilin sürət həddi saatda təxminən 10 kilometr olmuşdur. Hadisə zamanı hava qaranlıq və yağmurlu olmuşdur. Avtomobilin yük yerində hadisə zamanı 2 baş, hər biri təxminən 40 kiloqram çəkidə erkək quzu olmuşdur. İşin 17-ci vərəqəsində olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 15 dekabr 2022-ci il tarixli müayinə protokolunda görünür ki, Təqsirləndirilən şəxs 15 dekabr 2022-ci il tarixdə saat 07:20-də ayıq olmuşdur. Cinayət işinin 20-ci vərəqəsində olan sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə “BC” dərəcəli AC 620851 saylı sürücülük vəsiqəsi verilmiş və həmin sürücülük vəsiqəsi xx.xx.2026-cı il tarixədək etibarlıdır. İşin 126-cı vərəqəsində olan Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına AC 620851 saylı “BC” dərəcəli sürücülük vəsiqəsi verilmişdir və şəxsin adı sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İşin 144-cü vərəqəsində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 115-117-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi- Təcrübi və Tədris Birliyinin 15 dekabr 2022-ci il tarixli 42 saylı ekspert rəyindən görünür ki, mərhum X6 meyitində qaraciyərin cırılmış yaraları, döş sümüyünün sınığı, Sağ tərəfli V, Vİ, , Vİİ, Vİİİ, İX, X qabırğaların yerdəyişməli sınığı, alt dodaq nahiyyəsinin selikli qişasına olan qansızma, burun nahiyyəsinin, döş qəfəsinin ön səthinin onurğa sütünunun bel şöbəsinin, sağ said nahiyyəsinin, sağ mil-bilək oynağının, sağ əlin arxa səthinin, sağ əlin üçüncü barmağının sıyrıqları, sağ bazu nahiyyəsi-sağ dirsək oynağının qançır və sıyrığı xəsarətləri aşkar edilmişdir. X5 meyitində qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl, yəni qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdir, həyatidir, ölümlə bir-başa səbəbli əlaqələri vardır və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Cinayət işinin 138-139-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrüvi və Tədris Birliyinin 13 fevral 2023-cü il tarixli 90 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədən səthindəş aşkar edilmiş xəsarət-sol mil sümüyünün tipik nahiyyəsinin yerdəyişməli sınığı küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin 140-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi- Təcrüvi və Tədris Birliyinin 13 fevral 2023-cü il tarixli 89 saylı ekspert rəyindən görünür ki, Şahid1 bədən səthində aşkar edilmiş xəsarət-sol əlin əzilmiş-cırılmış yarası küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin 141-142-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrüvi və Tədris Birliyinin 13 fevral 2023-cü il tarixli 91 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər-sağ baldır sümüklərinin açıq yerdəyişməli sınığı, sol diz oynağının əzilmiş-cırılmış yarasından sonrakı çapığı küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İşin 143-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrüvi və Tədris Birliyinin 13 fevral 2023-cü il tarixli 88 saylı ekspert rəyindən görünür ki, “Qonartroz. Diz oynağının artrozu” diaqnozuna əsasən belə nəticəyə gəlmək olar ki, həmin xəsarət küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin 146-cı vərəqəsində olan 07 mart 2023-cü il tarixli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manatdır. İşin 147-148-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 mart 2023-cü il tarixli 8/543 ekspert saylı rəyindən görünür ki, Qaz 24” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış bir-birini tamamlayan sübutların cəminə obyektiv qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl iş materialları, zərərçəkmiş və şahid ifadələri və özünün etiraf edici ifadəsi ilə tam sübuta yetirilir, onun bu əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib həmin maddənin sanksiyası daxilində cəzalandırılmalıdır. İşin 136-cı vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 özünün yazıb imzaladığı və məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını və bunun nəzərə alınmasını xahiş etmişdir. İşə əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını və bunun nəzərə alınmasını xahiş etmişdir. İşə əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını və bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-ci maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməklə sonuncunun ailəsinə maddi yardım göstərməsini, dəfn və yas mərasimlərində yaxından iştirak etməsini, digər zərərçəkmiş şəxslərə vurduğu zərəri aradan qaldırmaqla onlarla barışmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və cəzanın məqsədlərinə uyğun hesab edir. İş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 62-ci və 70-ci maddələrinin tətbiq olunmasına əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs daimi yaşayış yeri olmasını, Azərbaycan Respublikasının CPM-nin 155.1-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq, barəsində olan qətimkan tədbirinin dəyişdirilməsini məqsədə müvafiq hesab etmir. Ona görə də Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilməlidir. İş üzrə mülkü iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 343- 347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli hökm icraya yönəldiyi vaxtdan, yəni onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilsin. Hökmün icrası Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti və şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №1(062)-59/2023
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-59/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver