Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-59/2024 17.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsnn, müdafiəçisi X2 və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Kəlbəcər rayonu, Qılınclı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olan, Kəlbəcər rayonu, Qılınclı kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncə şəhəri 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə Tovuz rayonu Azaflı kəndində yaşayan Zərərçəkmiş şəxs əlillik dərəcəsi və veteranlıq statusu düzəldəcəyi barədə yalan vəd edib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə istifadəsində olan "xxxx" ASC-nə məxsus 4169 7385 7794 6795 nömrəli plastik kart hesabına sonuncu tərəfindən Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən Tovuz ASAN xidmət mərkəzində yerləşən ödəmə terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə, saat 12:50-də 3000 manat və xx.xx.2023-cü il tarixdə, saat 11:11-də 500 manat olmaqla, cəmi 3500 manat məbləğində pulun köçürülməsinə nail olduqdan sonra həmin məbləğdə pulu nağdlaşdırıb ələ keçirərək dələduzluq yolu ilə, yəni zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 3500 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, Şahid ilə 2021-ci ilin iyun ayının əvvəllərində Bakı şəhərində yerləşən Beynəlxalq Avtovağzalda tanış olmuş, bir-birilərinə mobil telefon nömrələrini vermiş və aralarında dostluq münasibətləri yaranmışdır. O, həbs olunanadək Şahidla 3-4 dəfə görüşmüş, lakin Şahid Sosial Müdafiə Fondunda işləməsi barədə heç bir məlumat verməmişdir. 2023-cü ilin mart ayının axırlarında Bakı şəhərində yerləşən Beynəlxalq Avtovağzal ərazisində Şahidla görüşmüş və ondan 3500 manat məbləğində borc istəmişdir. Şahid etiraz etməmiş və görüşdüyü gündən təxminən 7 gün sonra onun istifadəsində olan Kapital Bank ASC-yə aid 4169 7385 1104 5084 nömrəli plastik kart hesabına 3000 manat pul köçürmüşdür. Həmin gündən yəni ona 3000 manat məbləğində pulun köçürüldükdən təxminən 30 gün sonra, yəni 2023-cü ilin aprel ayının axırlarında Abbas təkrar onun həmin kart hesabına 250 manat pul köçürmüşdür. 2023-cü ilin avqust ayının axırlarından 2023-cü ilin sentyabr ayının əvvəllərinədək olan müddətdə müxtəlif günlərdə yadında qalmayan məbləğlərdə istifadəsində olan Kapital Bank ASC-yə aid 4169 7385 1104 5084 və ya nömrəsini xatırlamadığı UNİBANK ASC-yə aid plastik kart hesabından həmin vaxt istifadəsində olan mobil telefonuna yüklədiyi “Bir Bank” və ya “LEO” kart mobil tətbiqi vasitəsi ilə Şahid istifadəsində olan nömrəsini xatırlamadığı UNİBANK kartına hissə hissə olmaqla cəmi 3250 manat köçürməklə ona olan borcunu qaytarmışdır. Bundan başqa Tovuz rayonu Azaflı kəndində yaşayan Zərərçəkmiş şəxs Şahid vasitəsi ilə tanımışdır. 10 iyun 2023-cü il tarixdə günorta saatlarında Tovuz rayonu Aşağı-Quşçu kəndi ərazisində yerləşən kafedə Şahid və Zərərçəkmiş şəxs ilə görüşüb söhbət etmişdir. Orada aralarında Zərərçəkmiş şəxs əlllik və veteranlıq statusu düzəldəcəyi barədə söhbət olmamışdır. Həmin gündən sonra Zərərçəkmiş şəxslə istifadəsində olan ***-***-**-** nömrəsi ilə danışmış, lakin telefon danışığı zamanı Zərərçəkmiş şəxs veteranlıq və əlillik statusu düzəltmək barədə olmamışdır. O, Zərərçəkmiş şəxs heç bir məbləğdə pul almamış, yalnız Şahid 3250 manat borc pul almış və sonra qaytarmışdır. Lakin bunu sübut edə bilmir. Ona görə qeyd edir ki, həmin pulu zərərçəkmiş şəxsə qaytaracaqdır. Sadəcə zamana ehtiyac vardır. Mövcud durumda vurduğu maddi ziyanı ödəyə bilmir. Əməlindən peşmandır. Odur ki, haqqında həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Tovuz rayonu Azaflı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Tovuz rayonu Bayramlı kəndində yaşayan tanışı Şahid ilə əvvəllər aralarında münasibətlər normal olmuş, düşmənçilik və ədavəti olmamışdır. O, 1994-cü ildə birinci Qarbağ müharibəsi zamanı gedən döyüşlərdə yaralanmışdır. 2023-cü ilin iyun ayının əvvəllərində Tovuz rayonu Bayramlı kəndi ərazisində vəfat etmiş Şəmistan adlı şəxsin yas mərasimində Şahid ilə bir yerdə olan zaman ona demişdir ki, müharibədə yaralanmasına baxmayaraq əlillik və veteran statusu ala bilmir. Söhbət zamanı Abbas ona demişdir ki, onun qadın tanışı var, o, bu iş üçün ona köməklik edə bilər. Abbas ona Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsini vermişdir. Sonra o həmin nömrə ilə Təqsirləndirilən şəxs ilə danışmış, sonuncu ona veteranlıq və əlillik statusu ala biləcəyini demişdir. 10 iyun 2023-cü il tarixdə günorta saatlarında Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində yerləşən çayxanada Təqsirləndirilən şəxs və Şahid ilə görüşmüş, söhbət zamanı Aynurə ona Bakı şəhərində Sosial Təminat İdarəsində işlədiyini və onun əlilliyinə və veteran kartına köməklik edəcəyini demişdir. Aynurə ona işini düzəltmək üçün hər hansı bir vəzifəli şəxsin adını deməmiş və həmin işin kiminlə görəcəyi barədə məlumat verməmişdir. Aynurə bildirmişdir ki, bunun üçün 3500 manat pul verilməlidir. O həmin məbləğin hansı hesaba və ya hansı şəxs və ya şəxslərə ödənilməli olması barədə heç bir məlumat verməmişdir. Aynurə bildirmişdir ki, həmin məbləğdə pul verildikdən sonra 4 ay ərzində ona veteranlıq və əlillik statusu veriləcəkdir. O, Təqsirləndirilən şəxs dediklərinə inanmış və o xx.xx.2023-cü il tarixdə saat 12-50-də Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən Tovuz ASAN şöbəsində VÖEN ********** nömrə ilə fəaliyyət göstərən "xxxx" ASC-nin K0100206 nömrəli, «Tovuz ASAN şöbəsi» terminalından İD ********* əməliyyat, 23760 qəbz və K0100206 nömrəli, kart hesabının artırılması təyinatlı xidmət vasitəsi ilə Kapital Bank ASC-nə məxsus olan 416973******6795 nömrəli Z***** A***** Y***** qızı yazılmış plastik karta ******************** Account nömrə ilə 3000 (üç min) manat, həmçinin xx.xx.2023-cü il tarixdə saat 11-11-də Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən Tovuz ASAN şöbəsində VÖEN ********** nömrə ilə fəaliyyət göstərən "xxxx" ASC-nin K0100206 nömrəli «Tovuz ASAN şöbəsi» terminalından İD ********* əməliyyat, 13734 qəbz və K0100206 nömrəli kart hesabının artırılması təyinatlı xidmət vasitəsi ilə Kapital Bank ASCnə məxsus olan 416973******6795 nömrəli Z***** A***** Y***** qızı yazılmış plastik karta ******************** Account nömrə ilə 500 (beş yüz) manat ödəmişdir. Lakin Təqsirləndirilən şəxs vədinə əməl etməyərək onun ümumilikdə 3500 ( üç min beş yüz) manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan sonra onu görməmiş, arabir mobil telefonda danışmış və hər danışıqda Təqsirləndirilən şəxs onu arxayın etmişdir ki, narahat olmasın işini düzəldəcəkdir. Sonra Tovuz rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan ödənilmədiyi üçün ondan şikayətçidir. Odur ki, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid ifadəsində göstərdi ki, o, Tovuz rayonu Bayramlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. X3 onun yaşadığı kənd ilə qonşuluqda yerləşən Azaflı kəndində yaşayır, aralarında tanışlıq münasibətləri olmuş, düşmənçilik və ədavəti olmamışdır. 2023-cü ilin mart ayının axırlarında Bakı şəhəri Beynəlxalq Avtovağzal ərazisindən sürücüsünü və dövlət nömrə qeydiyyat nişanını xatırlmadığı qara rəngli “Mersedes E class” markalı taksi avtomobili ilə Tovuz rayonu ərazisinə gəlmişdir. Həmin vaxt həmin taksi avtomobilinin qabaq sağ oturacağında tanımadığı şəxs, arxa oturacaqda isə o özü və Təqsirləndirilən şəxs əyləşmişdir. Yolda olarkən Təqsirləndirilən şəxs özünün Kəlbəcər rayon sakini olmasını, Tovuz rayon sakini ilə evli olmasını və Bakı şəhərində Dövlət Sosial Müdafiə Fondunda işləməsini bildirmişdir. O, Kəlbəcər rayonunun hansı kəndindən olması, Tovuz rayonunun hansı ərazisində evli olması, əri barədə, ünvanı barədə və Bakı şəhərində hansı Dövlət Sosial Müdafiə Fondunda hansı vəzifədə işləməsi barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxs istifadə etdiyi 070 501 98 16 və 050 247 07 14 saylı mobil nömrələrini avtomobildə olan şəxslərə verib bildirmişdir ki, hər hansı bir şəxsə təqaüd, veteranlıq və əlillik dərəcəsi almaqda köməklik edə bilər. O, hər hansı bir şəxsə təqaüd, veteranlıq və əlillik dərəcəsi almaqda hər hansı bir vəzifəli şəxs vasitəsi ilə düzəldəcəyi barədə heç bir məlumat verməmişdir. Özünün təqaüd, əlilik, veteranlıq statusuna gərək olmadığı üçün o Təqsirləndirilən şəxs bunları hansı yolla, hansı vasitə ilə və ya hansı məbləğdə düzəldə biləcəyi barədə heç nə soruşmamışdır. Təqsirləndirilən şəxs da bu barədə məlumat verməmişdir. 2023-cü ilin iyun ayının əvvələrində Zərərçəkmiş şəxs ilə kəndin ərazisində yas mərasimində olan zaman Oruc ona 1994-cü ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmasını, həmin vaxtdan bu günə kimi əlillik və veteranlıq statusu ala bilmədiyini demişdir. Həmin vaxt o Oruca demişdir ki, Təqsirləndirilən şəxs adlı qadın tanışı vardır, o, əlillik və veteranlıq statusu düzəldəcəyi barədə ona bildirmişdir. Həmin vaxt Aynurənin 070 501 98 16 və 050 247 07 14 saylı mobil telefon nömrələrini Oruca vermiş və Oruc özü onun vasitəçiliyi olmadan Təqsirləndirilən şəxs ilə telefonla əlaqə saxlayıb danışmışdır. 10 iyun 2023-cü il tarixdə günorta saatlarında Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində yerləşən çayxanada Təqsirləndirilən şəxs, o və Zərərçəkmiş şəxs görüşmüşlər, söhbət zamanı Aynurə Oruca demişdir ki, o Bakı şəhərində Sosial Təminat idarəsində işləyir və onun əlilliyinə və veteran kartına köməkdarlıq edəcəkdir. O, Orucun həmin işini düzəltmək üçün hər hansı bir vəzifəli şəxsin adını deməmiş və həmin işi kiminlə görəcəyi barədə məlumat verməmişdir. Aynurə bildirmişdir ki, bunun üçün 3500 manat pul verilməlidir. O həmin məbləğin hansı hesaba və ya hansı şəxs və ya şəxslərə ödənilməli olması barədə heç bir məlumat verməmişdir. Aynurə bildirmişdir ki, həmin məbləğdə pul verildikdən sonra 4 ay ərzində ona veteranlıq və əlillik statusu veriləcəkdir. Oruc onun dediklərinə inanmış və Oruc onunla birlikdə xx.xx.2023-cü il tarixdə saat 12-50-də Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən Tovuz ASAN şöbəsində VÖEN ********** nömrə ilə fəaliyyət göstərən "xxxx" ASC-nin K0100206 nömrəli, «Tovuz ASAN şöbəsi» terminalından İD ********* əməliyyat, 23760 qəbz və K0100206 nömrəli, kart hesabının artırılması təyinatlı xidmət vasitəsi ilə Kapital Bank ASC-nə məxsus olan 416973******6795 nömrəli Z***** A***** Y***** qızı yazılmış plastik karta ******************** Account nömrə ilə 3000 (üç min) manat, həmçinin xx.xx.2023-cü il tarixdə saat 11-11-də Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən Tovuz ASAN şöbəsində VÖEN ********** nömrə ilə fəaliyyət göstərən "xxxx" ASC-nin K0100206 nömrəli «Tovuz ASAN şöbəsi» terminalından İD ********* əməliyyat, 13734 qəbz və K0100206 nömrəli kart hesabının artırılması təyinatlı xidmət vasitəsi ilə Kapital Bank ASC-nə məxsus olan 416973******6795 nömrəli Z***** A***** Y***** qızı yazılmış plastik karta ******************** Account nömrə ilə 500 (beş yüz) manat ödəmişdir. Lakin Təqsirləndirilən şəxs vədinə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə 3500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Zərərçəkmiş şəxs həmin məbləğdə pulu göndərdikdən bir neçə gün sonra Aynurə ilə mobil telefonda danışmış və ona xəbərdarlıq etmişdir ki, Zərərçəkmiş şəxs onunla özü tanış etmişdir, birdən onun işi alınmaz onun pulunu qaytarsın, çünki Orucla qonşu kənddəndir, tez-tez qarşılaşırlar, ayıb olar sonra onun özünü günahkar bilər. Aynurə isə ona demişdir ki, narahat olmasın, heç nə olmaz və Zərərçəkmiş şəxs veteranlıq və əlillik dərəcəsi almasına köməklik edəcəkdir. Bundan sonra o Aynurəni görməmiş, arabir mobil telefonda danışmışlar və hər danışıqda Aynurə onu arxayın etmişdir ki, narahat olmasın, Orucun işini düzəldəcəkdir. X6 Cəfərquliyevi aldatmasına görə Zərərçəkmiş şəxs Tovuz rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı dələduzluq etməsində onun hər hansı bir iştirakı olmamışdır. Bu işdə onun heç bir əlbirliyi olmamışdır. Təqsirləndirilən şəxs Oruc Cəfəçrquliyevdən aldığı 3500 manat puldan ona heç bir məbləğdə pul verməmiş, həmçinin həmin puldan ona hər hansı bir məbləğdə pul verəcəyi barədə vəd verməmişdir. Aynurənin pulu ondan borc alması barədə dedikləri yalandır. Əgər belə hal olsa təqsirləndirilən şəxs hər hansı sübut təqdim edərdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə fakta görə ********* nömrəli cinayət işi başlanmışdır. Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş zərər çəkmiş şəxsin istifadəsində olan mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə saat 21:06-da, xx.xx.2023-cü il saat 16:38-də, xx.xx.2023-cü il tarixdə 16:38-də, xx.xx.2023-cü il tarixdə, saat 17:29-da, xx.xx.2023-cü il tarixdə saat 09:26-da və xx.xx.2023-cü il tarixdə, saat 09:53-də zənglər edilmiş və həmin nömrələrin “Wathsapp” proqramında Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə aid 4169 7385 7794 6795 nömrəli plastik kartın fotoşəkili, həmin karta köçürmənin əks edildiyi foto qeydiyyatlar olması müəyyən edilmişdir. Azercell Telekom MMC-dən xx.xx.2024-cü il tarixli, 2569 nömrəli və Azerfon MMC-dən xx.xx.2024-cü il tarixli, AZF/LGL -186/24 nömrəli məktublarla daxil olmuş mobil telefon danışıqlarına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə və Şahid istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında müxtəlif vaxtlarda telefon danışıqları aparılmış, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə, saat 09.37 dəqiqədə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xəstəxana arayışının alınması ilə bağlı sms göndərilmiş, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə, saat 16.05 Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə arayışın hazır olması barədə sms göndərilmişdir. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə üzrə ittiham elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 01 il, 11 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə hökm dəyişdirilərək Təqsirləndirilən şəxs 02 il, 11 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində göstərilmişdir ki, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 178..1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 7 saylı Qərarının 1-ci bəndində göstərilmişdir ki, Qeyd edilsin ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Təsvir edilən maddi hüquq normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalıdır. Həmin normada təsbit edilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz (Cinayət Məcəlləsinin 66.1 və 66.2-ci maddələri). Həmçinin o da qeyd olunmalıdır ki, cəzanın əvvəli təqsirləndirilən şəxsin həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi hazırki hökm üzrə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 27 sentyabr 2023-cü il tarixdən hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-59/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-59/2024
17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver