Məhkəmə qərarları › İş №1(062)-6/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-6/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-6/2023 27.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X2 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Tovuz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci ildə Tovuz rayonu Abulbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin(bundan sonra mətn üzrə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs istintaqa dəqiqliklə məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni iki ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 2,45 qram, 2,55 qram, ümumi təmiz çəkisi 5 qram olan, iki ədəd də “kazbek” papirosu dənəsində, tütündən ayrıldıqdan sonra ayrı-ayrılıqda təmiz çəkiləri 0,19 qram, 0,18 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 09 mart 2022-ci il tarixində saat 15 radələrində doğma övladı X7 məxsus olmaqla özünün idarə etdiyi “Hyundai Accent” markalı, **-RE-*** dövlət qeydiyyat nişanı avtomobildə saxlamış, eyni zamanda bir ədəd sellofan bükümdə təmiz çəkisi 7,22 qram təşkil edən, bir ədəd də “kazbek” papirosu dənəsində tütündən ayrıldıqdan sonra təmiz çəkisi 0,19 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı isə qanunsuz olaraq əldə edib 09 mart 2022-ci il tarixində yaşadığı, Tovuz rayon Abulbəyli kəndində yerləşən fərdi yaşayış evinin zirzəmisində qanunsuz olaraq saxlamış, bununla da,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki,o Tovuz rayonu Abulbəyli kəndində atası Şahid3 Möhsüm oğlu, arvadı X4 ilə birlikdə yaşayır. Özü əvvəllər narkotik vasitədən istifadə etsə də, son zamanlar narkotikadan uzaq qalmış və daha heç zaman ondan istifadə etmək niyyətində olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində mülkiyyətçisi oğlu Emin Qasımov olan, lakin onun sahibliyində olan “Hyundai Accent” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz şəhər Ə.Cavad küçəsi ilə hərəkətdə olarkən iki nəfər mülki geyimli şəxs işarə edərək onun avtomobilini saxladıb, özlərini Tovuz RPŞ-nin polis işçiləri kimi təqdim edərək, xidməti vəsiqələrini göstərmişlər. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, avtomobili ilə birlikdə Tovuz RPŞ-yə gətirmişlər. Tovuz RPŞ-nin inzibati binasında üzərində şəxsi axtarış aparılmış, lakin üzərində hər hansı narkotik vasitə aşkar ediməmişdir. Həmin vaxtı onun maşının qapısı açıq olmuş, maşın polis şöbəsinin həyətində saxlanılmışdı. Üzərinə baxış keçiriləndən sonra onun polis şöbəsinin həyətindəki avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı maşından çıxan narkotik vasitənin ona məxsus olmadığını, maşınına polis əməkdaşları tərəfindən qoyulduğunu, bu halları aşkar etmək üçün polis şöbəsinin inzibati binasında avtomobilə doğru nişanlanmış video kameradan görüntülərin əldə edilməsinin vacibliyini bildirmişdir. Onun maşının baqaj yeri pultla açılsa da, digər qapılar açar və yaxud pult vasitəsilə açılıb-bağlanmır. Maşının qapıları hər zaman açıq vəziyətdə qalır. Ondan sonra polis əməkdaşları onun yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı evdə olan hər kəsi evin ikinci mərtəbəsinə qaldırmışlar. Hətta evində olan video müşahidə kamerasının aparatını belə polis əməkdaşları söküb aparmışlar. Evin zirzəmisində axtarış apararkən də guya ona məxsus olan narkotik vasitə aşkar edilmişdir. Halbu ki, onların heç biri ona məxsus olmamış, o uzun müddət narkotik vasitədən istifadə etməmiş və ümumiyyətlə etmək fikrindən uzaq durmuşdur. Odur ki, təqsiri sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o Tovuz RPŞ-nin Cinayət axtarış bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantıdır. Tovuz rayon Abulbəyli kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır.Aralarında heç bir qohumluq münasibəti, ədavət və düşmənçilik yoxdur. 09 mart 2022-ci il tarixdə Tovuz RPŞ-də xidməti iş otağında olan zaman Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlayıb gəzdirməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə Tovuz RPŞ-nin rəhbərliyinə raportla məruzə etmiş,şöbə rəhbərliyi tərəfindən həmin məlumatın yoxlanılması və realizə edilməsi üçün ona göstəriş-icazə verilmişdir. Əməliyyat-axtarış tədbirini keçirmək üçün Tovuz RPŞnin RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə əməliyyat-axtarış tədbiri keçirilməsində iştirak etmişdir. Həmin gün saat 16 radələrində Tovuz şəhər Əhməd Cavad küçəsində Təqsirləndirilən şəxs idarə etdiyi “Hyunday Aksent” markalı **-RE-*** qeydiyyat nişanlı avtomobil saxlanılmışdır.Həmin şəxsə yaxınlaşdıqdan sonra qanunun tələbinə riayət edərək xidməti vəsiqələri Təqsirləndirilən şəxs göstərilib təqdim edərək polis əməkdaşı olduğunu bildirib üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi, saxlaması ilə bağlı şübhəli olduğuna görə Tovuz RPŞ-nə getməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən avtomobilə əyləşmiş, saat təxminən 16 radələrində Tovuz RPŞ-yə gətirmişlər. Bu barədə Tovuz rayon polis şöbəsinin rəhbərliyinə Təqsirləndirilən şəxs oğliunun üzərinə şəxsi axtarış keçirilməsi,idarə etdiyi avtomobilə və yaşadığı evə baxış keçirilməsinə icazə verilməsi üçün raportla məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxsun üzərinə şəxsi axtarış keçirilməsi həmin gün Tovuz RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı polis kapitanı X10 həvalə edilmişdir. Onun üzərində hər hansı narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra onun maşınına, daha sonra isə yaşadığı evə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi **-RE-*** dövlət qeydiyyat nişanlı “Hunday Akcent” markalı avtomobilə baş təhqiqatçı polis kapitanı X11 tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qoltuq altının üstündə olan parçaya bükülmüş vəziyyətdə iki ədəd kibrit qutusunda olan yaşlı rəngli, bitki mənşəli kütlə aşkar edilmişdir. Həmin iki ədəd kibrit qutusunda olan kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlə kibrit qutusu ilə birlikdə 10.3 qram olmuşdur. Daha sonra vət. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qoltuq altına baxış keçirilmişdir.Baxış zamanı avtomobilin qoltuq altından iki ədəd “Kazbek”siqareti dənəsinə doldurulmuş yaşıl rəngli, bitki mənşəli kütlə aşkar edilmişdir.Həmin siqaret dənəsinə doldurulmuş kütlə əçzaçı tərəzəsində çəkilmiş və siqaret dənəsi ilə birlikdə çəkisi 2.8 qram olmuşdur. Daha sonra təqdim aşkar edilmiş “Kazbek”siqaret dənələrində və kibrit qutularında olan kütlələr bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış və zərf Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək, üzəri iştirakçılar tərəfindən imzalanmış, qablaşdırılmış kütlələrin narkotik vasitə və psixotrop maddə olub olmaması və dəqiq çəkisini müəyyən edib, rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinə göndərilməsindən ötrü götürülmüşdür. Baxış zamanı avtomobildən başqa əldə edilməsi, daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya və yaxud maddə aşkar edilməmişdir. Bundan sonra elə həmin günü Təqsirləndirilən şəxs oğunun ərizəsi əsasında saat 18:15 dəqiqədə Təqsirləndirilən şəxs və Tovuz rayonu Vəkil bürosunun vəkili X5, polis əməkdaşlarının iştirakları ilə baş təhqiqatçı polis kapitanı X11 tərəfindən Təqsirləndirilən şəxs Tovuz rayonu Abulbəyli kəndində evinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl baş təhqiqatçı polis kapitanı X11 tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə əldə edilməsi, daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya və yaxud maddənin olub-olmadığını soruşub, əgər varsa təqdim etməyi təklif edildikdə Təqsirləndirilən şəxs yaşadığı evdə əldə edilməsi, daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşyanın olmadığını bildirmişdir. Daha sonra adları çəkilən şəxslərin iştirakı ilə vət.Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Ev 1 mərtəbəli, alt hissəsi zirzəmidən ibarətdir. Ev 4 otaqdan və 1 mətbəxdən ibarətdir. Evin alt hissəsi isə zirzəmidir. Evin otaqlarına baxış zamanı əldə edilməsi, daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya və yaxud maddə aşkar edilməmişdir. Evin zirzəmisinə baxış keçirlərkən ikinci otaqda girişdən sol tərəfdə yerləşən pəncərənin qabağından bir ədəd dəmir qutunun içərisindən “Kazbek”dənəsinə doldurulmuş, yaşıl rəngli, bitki mənşəli kütlə aşkar edilmişdir. Həmin ”Kazbek”dənəsinə doldurulmuş kütlə əçzaçı tərəzisində çəkildi və həmin kütlə “Kazbek” dənəsi ilə birlikdə 1.1 qram olmuşdur. Həmçinin həmin dəmir qutudan bir ədəd selofan torbada olan yaşıl rəngli, bitki mənşəli kütlə aşkar edilmişdir. Həmin selofan torbada olan kütlədə əçzaçı tərəzisində çəkilmiş,həmin kütlə əçzaçı tərəzisi ilə birlikdə 8.4 qram çəkidə olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisində özü üçün düzəltdiyi otağa baş təhqiqatçı polis kapitanı X11 tərəfindən proses iştirakçıları ilə birlikdə baxış keçirilmişdir. Baxış zamanı həmin otaqdan iki ədəd daş tərəzisi, bir ədədi isə içərisində bitki mənşəli kütlənin qalıqları qalan tərəzi aşkar edilmişdir. Həmin otaqdan tütün və marixuana doldurmaq üçün 9 ədəd boş kazbek qabı, bir ədəd sarı rəngli, tütün doldurmaq üçün aparat, bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş toxum, bir ədəd kağızın üzərində olan yaşıl rəngli bitki mənşəli kütlənin qalıqları aşkar edildi. Aşkar edilmiş bitki qalıqları olan kütlə bir ədəd kağıza tökülüb, elektron tərəzidə çəkildi və kağız parçası ilə birlikdə 4.1 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş kütlələrin ona məxsus olmamasını bildirmişdir. Aşkar edilmiş kütlələr bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış və zərf Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlələrin narkotik vasitə olub olmaması və dəqiq çəkisini müəyyən edib, rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinə göndərilməsindən ötrü təhqiqatçı tərəfindən götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Əlizadə X3 Orxan Arzu oğlunun ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 09 mart 2022-ci il tarixdə saat 19 radələrində o Abulbəyli kəndindəki evində olan zaman Təqsirləndirilən şəxs ilə Tovuz rayon polis şöbəsinin əməkdaşları evinə gəlmişlər. Həmin şəxsər oğlunun və onun iştirakı ilə evə baxış keçirmişlər. Baxışda onun özü də iştirak etmişdir. Baxış zamanı gəlini Ülviyyə və arvadı Nazilə də olmuşdur. Polis əməkdaşları onları evin ikinci mərtəbəsində, daha doğrusu zirzəminin üstündəki otağa qoyaraq, onların hərəkət etmələrinə mane olurdular. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o Taryelin arvadıdır. 09 mart 2022-ci ildə polis əməkdaşları evə gəlmiş, ondan bunun səbəblərini soruşanda evə baxış keçiriləndə gəlişlərinin məqsədlərinin nə olduğunu biləcəklərini qeyd etmişlər. Onu, atasını, mərhum oğlunu, qaynanasını evin yuxarı hissəsindəki otağa aparmışlar. 2-3 saat onu dərman içməyə, hətta əl-üzünü yumağa getməyə qoymadılar. Polis əməkdaşlarından biri ondan həyətdəki kameranın işləyibişləmədiyini soruşur. O da kameranın işlədiyini bildirdi. Kameranın naqilini kəsdilər. Sonra Taryeli əli qandallı gətirdilər. Taryel kül qabının içərisinə narkotik qoya bilməzdi. Atasının bu vəziyyətinə görə maşını fikirli idarə edib oğlu da vəfat etmişdir. Evə baxış keçirilməzdən qabaq 6-7 polis gəldi. Orxan adlı polis onları yuxarı otağa qaldırmışdı. Başlarının üstünə də iki polis nəfəri təhkim edilmişdi. Evdəki video müşahidə kamerasının aparatını da polis əməkdaşları aparıb getdilər. Çünki artıq əmin oldular ki, evdəki kamera hər şeyi çəkmişdi. Sonradan isə aparatı gətirib qaytardılar. Polis əməkdaşlarının əksəriyyəti axtarış başlamazdan əvvəl çıxıb getdilər. Təkcə Orxan adlı polis qaldı. Axtarış keçirilməzdən öncə hər hansı polis əməkdaşlarının sexə, evin zirzəmisinə girdiyini görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o Taryelin analığıdır. O Taryelin evindən ayrı yaşayır. Ancaq polis əməkdaşları gələndə o Taryel gildə olmuşdu. Gəlini Ülviyyə, Məzahirin qardaşı arvadı Mərhəmət də orada idi. 09 mart 2022-ci ildə polis əməkdaşları evə gəlmiş, ondan bunun səbəblərini soruşanda evə baxış keçiriləndə gəlişlərinin məqsədlərinin nə olduğunu biləcəklərini qeyd etmişlər. Evdə olanların hamısını ikinci mərtəbədəki otağa yığdılar ki, evdə axtarış aparılacaq. Polis əməkdaşlarından biri video kameran ın naqili kəsdi. Sanki axtarış üçün gələn şəxslərə hazırlıq işləri görürdülər. Polis əməkdaşı kameranın naqilini kəsdi. Sonra Taryeli əli qandallı gətirdilər. Axtarış qutarandan sonra evdəki video müşahidə kamerasının aparatını da polis əməkdaşları aparıb getdilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirimiş Tovuz Rayon Polis X1 baş təhqiqatçısı X11 ifadəsində göstərdi ki, təhqiqatçı kimi Təqsirləndirilən şəxs üzərində, nəqliyyat vasitəsində və yaşadığı evdə axtarışı o aparmışdır. Nəqliyat vasitəsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs Tovuz rayon Polis Şöbəsinin binasına yerləşdirilmiş video kameradakı görüntülərin əldə edilməsi ilə bağlı xahişini eşitməmiş, ola bilsin ki, diqqətsizlik göstərmişdir. Taryelin evindəki axtarışa gəlincə isə onu qeyd edir ki, həqiqətən də əvvəlcə baxdığı mavi rəngli qabın içərisində heç nə yox idi. Əgər nə isə olsa idi o onu götürərdi. Sonradan eyni qaba baxış keçirəndə isə onun içərisindən narkotik vasitə çıxdı.Eyni qaba bir neçə dəqiqə əvvəl baxış keçirmiş, hər hansı narkotik vasitə aşkar edilməmişdi, sonradan həmin qaba baxış keçirən zaman narkotik vasitənin ora necə düşməsini izah edə bilməkdə çətinlik çəkir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 10 mart 2022-ci il tarixli 16/297 saylı ekspert rəyindən görünür ki,tədqiqata təqdim edilmiş, üzərində ”Vət. Təqsirləndirilən şəxs idarə etdiyi” yazı və imzalar olan kağız paketdəki 2(iki) ədəd kibrit qutusunda,ayrı-ayrılıqda təmiz çəkiləri 2,45qram, 2,55 qram, ümumi təmiz çəkisi 5qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır.Həmin kağız paketdəki 2 (iki) ədəd “kazbek” dənəsində tütünlə birlikdə, ayrıayrılqda ümumi təmiz çəkiləri 0,96 qram, 0,88 qram tütündən ayrıldıqdan sonra ayrıayrılıqda təmiz çəkiləri -0,19 qram, 0,18 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində ”Vət.Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 7,22 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin kağız paketdəki 1 (bir) ədəd “kazbek” dənəsində tütünlə birlikdə , ümumi təmiz çəkisi 0,95 qram, tütündən ayrıldıqdan sonra təmiz çəkisi -0,19 qram, olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin kağız paketdəki 1 (bir) ədəd ağ kağız bükümdə tütünlə birlikdə ümumi təmiz çəkisi 0,03 qram, tütündən ayrıldıqdan sonra təmiz çəkisi 0,02 qram olan yaşıl rəngli bitki mənşəli kütlənin təmiz çəkisi, tədqiqat aparmaq üçün yetərli olmadığından tədqiqatı aparılmadı. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd gümüşü kağız bükümdə, təmiz çəkisi 0,15 qram olan bitki toxumları narkotik tərkibli çətənə(kannabis) bitkisinin toxumlarıdır və tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserin 16 may 2022-ci il tarixli 657 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannonbionoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburu müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. 09 mart 2022-ci il tarixdə Tovuz rayon X14 Bölməsinin baş təhqiqatçısı polis kapitanı X11 tərəfindən Təqsirləndirilən şəxs barəsində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış, o cümlədən onun iştirakı ilə idarə etdiyi avtomobilə və yaşadığı evə baxış keçirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparılan zaman onun üzərindən bir ədəd avtomobil açarı, bir ədəd “Palmal” markalı siqaret (qutusu), 2 ədəd 20 manatlıq əsginas, 3 ədəd 10 manatlıq əsginas, 3 ədəd 5 manatlıq əsginas, 4 ədəd 1 manatlıq əsginas halında olmaqla ümumilikdə 89 manat məbləğində nağd pul, o cümlədən 5 ədəd 100 manatlıq əsginas halında olmaqla 500 manat məbləğində nağd pul, 6 ədəd plastik kartı və bir ədəd pul kisəsi (pul qabı) aşkar edildi. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman isə onun yaşadığı evin mətbəxindən 32 ədəd güllə, həmin evdən eyni zamanda tütün doldurmaq üçün istifadə olunan aparat, evin zirzəimisindən isə 1,1 qram ümumi çəkidəki (kazbek ilə birlikdəki çəkisi) kazbek papirosu dənəsinə doldurulmuş bitki mənşəli kütlə, bükülü olduğu sellofanla birlikdə ümumi çəkisi 8.4 qram təşkil edən bitki mənşəli kütlə, bir ədəd dövlət qeydiyyat nişanı və iki ədəd daş tərəzisi, 9 ədəd boş kazbek qabı, bir ədəd sarı rəngli tütün doldurmaq üçün aparat, bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş toxum, bir ədəd kağızın üzərində olan yaşıl rəngli bitki mənşəli kütlənin qalıqları aşkar edildi. Təqsirləndirilən şəxs istifadəsində olan “hyundai Accent markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman isə, həmin avtomobilin qoltuq altı hissəsinin üstündən iki ədəd, içlərində yaşıl rəngli bitki mənşəli kütlə olan kibrit qutuları aşkar edildi. Həmin qoltuq altının daxilindən isə, iki ədəd kazbekə doldurulmuş yaşıl rəngli bitki mənşəli kütlə aşkar edildi. Bu barədə protokollar tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Hunday Aksent “ markalı **-RE-*** qeydiyyat nişanlı minik avtomobilə baxış zamanı aşkar olunaraq götürülmüş parçaya bükülmüş vəziyyətdə iki ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 2,45 qram və 2,55 qram, qoltuq altından iki ədəd ”Kazbek” dənələrində ayrı-ayrılıqda təmiz çəkiləri 0,19 qram, 0,18 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, habelə, Tovuz rayon Abulbəyli kəndinki evinə baxış zamanı zirzəminin 2-ci otağında pəncərənin qabağında bir ədəd dəmir qutudan bir ədəd ”Kazbek” dənəsində təmiz çəkisi 0,19 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd sellofan bükümdə təmiz çəkisi 7,22 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, 32 ədəd zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kiçik kalibrli, Marqolin konstruksiyalı tapançalarda və TOZ modelli yivli tüfənglərdə atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan və atəş üçün yararlı patronlar, həmin əşyaların götürülməsi zamanı aparılmış video-çəkiliş diskləri öz xüsusiyyətinə və əlamətinə,vaxtına və üzərində hadisənin izlərinin saxladığına görə cinayət təqibi üçün əhəmiyyət kəsb etdiyindən maddi subut hesab edilərək saxlanılması rayon Polis Şöbəsinin maddi subutların saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon məhkəməsinin 12 iyul 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 17,129-cu maddələri ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1995-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 23-1-ci maddəsi tətbiq edilərək əməyə mütləq cəlb edilməklə cəzası şərti hesab edilmişdir. xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1996-cı il tarixli Amnistiya qərarının 2-ci maddəsinə əsasən cəzadan azad edilmişdir. Məhkəmə qeyd edir ki, cinayət işinin başlanmasına səbəb və əsas Tovuz rayon Abulbəyli kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda da yaşayan Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda yəni iki ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 2,45 qram, 2,55 qram, ümumi təmiz çəkisi 5 qram olan, iki ədəd də “kazbek” papirosu dənəsində, tütündən ayrıldıqdan sonra ayrı-ayrılıqda təmiz çəkiləri 0,19 qram, 0,18 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 09 mart 2022-ci il tarixində saat 15 radələrində doğma övladı X7 məxsus olmaqla özünün idarə etdiyi “Hyundai Accent” markalı, **-RE-*** dövlət qeydiyyat nişanı avtomobildə saxlaması, eyni zamanda bir ədəd sellofan bükümdə təmiz çəkisi 7,22 qram təşkil edən, bir ədəd də “kazbek” papirosu dənəsində tütündən ayrıldıqdan sonra təmiz çəkisi 0,19 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı isə qanunsuz olaraq əldə edib 09 mart 2022-ci il tarixində yaşadığı, Tovuz rayon Abulbəyli kəndində yerləşən fərdi yaşayış evinin zirzəmisində qanunsuz saxlaması, elə həmin tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs Tovuz RPŞ-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanında yerləşən Tovuz RPŞ-nin inzibati binasına gətirildikdən sonra idarə etdiyi “Hyundai Accent” markalı, **-RE-*** dövlət qeydiyyat nişanı avtomobilə və yaşadığı evə baxış keçirilən zaman həmin 12,78 qram ümumi təmiz çəkidəki kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülməsi barədə toplanmış ilkin yoxlama materialı olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs verilmiş ittiham həm onun avtomobilindən aşkar edilmiş narkotik vasitə, həm də onun yaşadığı evdə aşkar edilmiş narkotik vasitələr ilə bağlıdır. Hər iki halda ona verilmiş ittihamın əsasını iki nəfər polis əməkdaşının ifadələri, nəqliyyat vasitəsinə baxış protokolu və video çəkiliş, yaşayış evinə baxış protokolu və video çəkiliş disklərindəki görüntülər təsdiq edir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə verilmiş ittiham öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən “Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır”. Qeyd edilən Məcəllənin 349.5.1-ci maddəsinin məzmunundan görünür ki, məhkəmənin cinayət işi üzrə gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Təqsirləndirilən şəxsə verilmiş ittihamla bağlı, yəni onun həm nəqliyyat vasitəsində, həm də yaşadığı evin zirzəmisində narkotik vasitəni qanunsuz olaraq əldə edərək saxlaması ilə bağlı onu qeyd edir ki, narkotik vasitənin Təqsirləndirilən şəxs tərəfindən əldə edilməsi və saxlanılması öz təsdiqini tapmamışdır. Belə ki, göründüyü kimi öncə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, bu zaman onun üzərində əldə edilməsi, daşınması, saxlanılması qadağan edilən hər hansı bir əşya aşkar edilməmiş, daha sonra onun Tovuz rayon Polis Şöbəsinin inzibati binasının həyətində polis əməkdaşları tərəfindən saxlanılan avtomobilinə baxış keçirilmiş, sonra isə yaşadığı evin zirzəmisində axtarış aparılmşdır. Şəxsi axtarış zamanı öncə Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, daşınması, saxlanılması qadağan edilən hər hansı bir əşya aşkar edilməsə də, məhkəmə həmin istintaq hərəkətinin digər istintaq hərəkətinə təsirinin olmasını nəzərə alaraq qeyd edilən istintaq hərəkətinin üzərində dayanılmasını və həmin hərəkətə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi **- RE-*** dövlət nömrə nişanlı avtomobil polis şöbəsinin həyətinə yerləşdirilməklə avtomobil həmin andan Taryelin sahibliyindən çıxmışdır. Onun üzərinə şəxsi axtarış keçirən zaman avtomobilin açarı təhqiqatçı tərəfindən ondan götürülmüşdür. Bu həm protokolda, həm də video görüntüdə öz əksini tapmışdır. Həmin açarın nə vaxt Taryelə qaytarılması istər protokoldan, istərsə də video görüntüdən müəyyən edilmir. Buna baxmayaraq nəqliyyat vasitəsinə baxış keçirilən zaman avtomobilin açarı Taryeldə olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 247.1-ci maddəsinə əsasən axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair aşağıdakıları əks etdirən protokol tərtib edir. Həmin Məcəllənin 247.1.1-ci maddəsinə əsasən axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxt protokolda əks etdirilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin videogörüntüləri yüklənmiş 01 ədəd DVD-R formatlı disk məhkəmə baxışı zamanı nümayiş olunarkən müəyyən edilmişdir ki, şəxsi axtarış 7 dəqiqə 12 saniyə davam etmişdir. Bununla bağlı tərtib edilmiş protokolda isə şəxsi axtarışın saat 16:20-də başlayıb, 17:00-da bitməsi, yəni 40 dəqiqə davam etməsi göstərilmişdir. 37 dəqiqə ərzində Taryelin avtomobilinin açarının ona qaytarılmasını müəyyən etmək mümkün olmamışdır. Bu da onu deməyə əsas verir ki, onun polis şöbəsinin həyətində saxlanılmış avtomobili polis əməkdaşlarının sərəncamında olmuşdur. Belə olduğu halda məhkəmədə bu qənaət formalaşır ki, açar nəqliyyat vasitəsinə baxış keçirilməzdən öncə formal olaraq Taryelə qaytarılmışdır. Bundan başqa da təhqiqatçı baxışı yekunlaşdırıb, çəkilişin dayandırılmasını və nəqliyyat vasitəsinə baxış keçirilməsini elan etsə də, çəkilişi dayandırmadan da nəqliyyat vasitəsinə baxışın keçirilməsi mümkün görünürdü.Belə olduğu halda avtomobilin açarının hansı vəziyyətdə və necə sahibinə qaytarılmasını da müəyyən etmək mümkün olacaqdı. Təqsirləndirilən şəxsin avtomobilində baxış aparılması prosesinin videogörüntüləri yüklənmiş 01 ədəd DVD-R formatlı disk məhkəmə baxışı zamanı nümayiş olunarkən müəyyən edilmişdir ki, təhqiqatçı Təqsirləndirilən şəxs avtomobilin qapılarının açılmasını təklif edir. Bu zaman görüntülərdən qapının pultla açılıb-açılmaması da müəyyən edilmir. Əvvəla artıq qapının Taryel tərəfindən açılıb-açılmamasının da iş üzün o qədər də əhəmiyyəti qalmır. Belə ki, avtomobildən narkotik vasitə aşkar edildikdən sonra o vəsatət verərək polis şöbəsindəki kameranın görüntülərinin əldə edilməsini, əgər həmin görüntülər əldə edilməzsə özünə qəsd edəcək məzmunlu izahat verib, xahiş etsə də, istər təhqiqatçı tərəfindən, istərsə də müstəntiq tərəfindən onun vəsatətinə əhəmiyyət verilməmişdir. Görüntülərin demək olar ki, hər dəqiqəsində Təqsirləndirilən şəxs həmin narkotik vasitənin ona aid olmadığını deyərək var-gəl edir. Məhkəmə qeyd edir ki, vəsatət təmin ediləcəyi təqdirdə avtomobilə kənar şəxslərin daxil olub-olmamasını da asanlıqla müəyyən etmək mümkün olacaqdı. Məhkəmə istintaqı zamanı polis şöbəsindən həmin görüntülər istənilsə də, həmin görüntülər silindiyinə görə onların təqdim edilməsi mümkün olmamışdır. Təhqiqatçı görüntülərin 16-cı dəqiqəsində video görüntülərin əldə edilməsi ilə bağlı Təqsirləndirilən şəxs vəsatətinə “istintaqın gedişatında hamısı üzə çıxacaq” deyərək münasibət bildirsə də, bununla bağlı hər hansı prosessual hərəkətlər edilməmişdir. CPM-nin 86.3-cü maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı səlahiyyətləri daxilində istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. Həmin Məcəllənin 86.4.8 və 86.4.9-cu maddələrinə əsasən təhqiqatçı cinayət prosesində iştirak edən şəxslərin vəsatətlərinə və cinayət işinin icraatı ilə əlaqədar digər şəxslərin ərizə və digər müraciətlərinə baxmaq; cinayət prosesində iştirak edən şəxslərin şikayətlərinə baxmaq kimi hüquqları həyata keçirir. Bundan başqa müəyyən edilmişdir ki, nəqliyyat vasitəsinə baxış keçirilərkən çəkiliş kəsilmiş, növbəti 1 dəqiqə, 04 saniyəli video görüntülərdə Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən qohum-qonşuların iştirakının təmin edilməsini xahiş etməklə, yenidən Polis Şöbəsindəki binadakı görütülərin əldə edilməsini təhqiqatçının diqqətinə çatdırır. Azərbaycan Respublikasının CPM-in 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Avtomobilə baxış aparılması prosesinin videogörüntüləri yüklənmiş 01 ədəd DVD-R formatlı disk məhkəmə baxışı zamanı nümayiş olunarkən o da müəyyən edilmişdir ki,təhqiqatçı təqsirləndirilən şəxsə, hələ evində də baxış keçirərəcəyik deməklə yetərincə sərbəst olduğunu, yəni istənilən formada, məhdudiyyətsiz hərəkət edə bilmək potensialına malik olmaq kimi mövqe sərgiləmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin irəli sürdüyü hər bir dəlil araşdırılarkən onun irəli sürdüyü dəlillərin hər birinin həqiqətə söykənməsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinin həyətindəki kameranın qeydə aldığı görüntülərin götürülməsini istəyir. Çünki o şübhə edir ki, onun üzərinə baxış keçirilərkən avtomobilinə kənar şəxslər tərəfindən, əslində isə polis əməkdaşları tərəfindən narkotik vasitə qoyulmuşdiur. Onun bu xahişinə istər təhqiqatçı tərəfindən, istərsə də müstəntiq tərəfindən vəsatət kimi qəbul edilərək hüquqi qiymət verilməmiş, zamanında həmin görüntülər əldə edilməmiş və həmin görüntülərin əldə edilməsinə ümumiyyətlə səy göstərilməyərək, istintaq bu görüntülərin ələ keçirilməsində maraqlı olmamış, bir sözlə təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən həmin dəlillər ittiham tərəfindən təkzib edilməmişdir. Halbu ki, CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Belə olduğu halda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilərkən çəkilişi əks etdirən DVD-R formatlı disk və baxış protokolu Taryelə elan edilmiş ittihamın əsasını təşkil edə bilməz. Çünki həmin narkotik vasitənin ona məxsus olmasını ittiham tərəfi sübut edə bilməmişdir. İttihamın əsasını təşki edən polis əməkdaşlarının verdikəri ifadələri isə məhkəmə sübut klimi qəbul etmir. Beləki, həmin polis əməkdaşları əməliyyatçılardan ibarət olmaqla əməliyyat axtarış fəaliyyətini həyata keçirən şəxslərdir ki, onların təqsirləndirilən şəxsin vəziyyətini yüngülləşdirən başqa cür ifadələr verməsi də gözlənilən deyildir.Buna baxmayaraq həmin əməliyyatçılar, yəni şahidlər evə baxış zamanı da iştirak etmişlər və əvvəlcə qabdan aşkar edilməyən narkotik vasitənin yenidən həmin qabda aşkar edilməsi onların gözləri önündə baş vermişdir. Buna baxmayaraq onlar yenə də həmin narkotik vasitənin Taryelə məxsus olması barədə ifadələr vermişlər ki, həmin hissəyə hüquqi qiymət veriləcəkdir. Bir sözlə həmin şahidlərin başqa cür ifadə vermələri gözlənilən deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 125.21-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-nin 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. Sübutların mümkünlüyünə dair qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 139cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələbedir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında da əksini tapmışdır. Həmin qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhkəmə yaşayış sahəsinə baxışın keçirilməsi barədə DVD-R formatlı diskin oxudulması ilə bağlı onu qeyd edir ki, həmin diskdəki fayllar ayrı-ayrı proqram təminatı vasitəsilə oxudulduqda hər bir proqramda fərqli saniyə və dəqiqələr göstərilir deyə, məhkəmə görüntülərə baxış zamanı yaşayış sahəsində axtarış aparılan zaman yol verilmiş nöqsanları gələcəkdə çaşqınlıq yaratmasın deyə dəqiqəsi ilə deyil ümumi şəkildə ifadə etməyi məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxsin yaşadığı fərdi yaşayış evinin zirzəmisində axtarış aparılması prosesinin videogörüntüləri yüklənmiş 01 ədəd DVD-R formatlı disk məhkəmə baxışı zamanı nümayiş olunarkən müəyyən edilmişdir ki, göründüyü kimi zirzəmidə yüzlərlə qablar var ki, baxılmamış digər qablar qaldığı halda təhqiqatçının bir neçə dəqiqə öncə pəncərənin önündəki mavi rəngli qaba geri qayıdaraq təkrarən baxması və həmin qabın içərisindən narkotik vasitəni aşkar etməsi təhqiqatçının özünün təbirincə desək izahı olmayan bir məsələdir. Belə ki, təhqiqatçı məhkəmə iclasında qeyd edilən narkotik vasitənin bu formada aşkar edilməsinin izahını verə bilməmişdir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, həmin narkotik vasitənin Təqsirləndirilən şəxs aid olması mümkün deyildir. Yəni, həmin narkotik vasitənin təhqiqatçının bildiyi şəxs tərəfindən həmin ərəfələrdə qeyd edilən qabın içərisinə yerləşdirildiyi aydın şəkildə görünməkdədir. Belə olduğu halda məhkəmə əlavə araşdırılma aparılmasını zəruri hesab etmir. Yuxarıda göstərilən hal fərdi yaşayış evində axtarışın kobud qanun pozuntuları ilə aparılmasının bariz nümunəsidir. İlk narkotik vasitə aşkar edildikdən sonra həmin yaşayış evinin digər sahələrində narkotik vasitələrin aşkar edilməsi axtarışın qanunuliyini onsuz da şübhə altına alacaqdır. Hüquq mühafizə orqanının buna səlahiyyəti çatan əməkdaşları tərəfindən axtarış, baxış, götürmə və s istintaq hərəkətləri elə aparılmalıdır ki, onların hərəkət və davranışları kənar şəxslərdə şübhə deyil, inam formalaşdırsın. Narkotikin həqiqətən də yuxarıda göstərilən qaydada aşkar edilməsi digər istintaq hərəkətlərini də şübhə altına almaya bilməz. Ona görə də məhkəmə hesab edir ki, həmin evdə bundan sonra aparılmış istintaq hərəkəti öz həqiqiliyini doğrulda bilməz və istənilən şübhələr bu halda təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. İstər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin dispoziyasında nəzərdə tutulan cinayət əməlinin törədilməsində onun təqsirli olması sübuta yetməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə ittiham verilməsini Azərbaycan Respublikası CPMnin 8.0.2, 9.1.2, 9.1.3, 10.1, 10.5, 11.1, 12.1, 12.3. 21.1,21.2, 21.3, 28.1, 28.2-ci maddələrinin tələbləri baxımından əsassız hesab edir. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi) məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxslərə müvafiq olaraq tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilmələri, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilmələri nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altna vermə qətimkan tədbiri dərhal ləğv edilməlidir. CPM-nin 353.5.2-ci maddəsinə əsasən məhkəmə hökmü çıxarılanadək bəraət almış şəxs barəsində qətimkan tədbirlərinin seçildiyi halda onun dərhal ləğv edilməsi bəraət hökmünün nəticəvi hissəsində göstərilməlidir. İş üzrə mülki iddia və müsadirə olunacaq əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 42, 344-347, 349, 351, 352, 353, 356, 357 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dərhal ləğv edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar