Məhkəmə qərarları › İş №1(062)-60/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-60/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-60/2023 21.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi X2 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.2005-ci ildə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olan, subay, işsiz, Tovuz şəhəri Aşağı Öysüzlü yaşayış ərazisində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs yaşayış sahəsinə və mağazaya qanunsuz daxil olaraq təkrarən özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla oğurlamış, yəni özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla gizli olaraq talamışdır. Belə ki, o, 09 oktyabr 2022-ci il tarixdə, saat 23 radələrində özgənin əmlakını gizli olaraq oğurlamaq məqsədi ilə Tovuz rayonu Əlibəyli kəndində yaşayan Zərərçəkmiş şəxs3 Fərəc oğluna məxsus olmaqla Tovuz şəhəri, Şəhriyar küçəsi 5-də yerləşən telefon mağazasının qapısını açıb mağazaya qanunsuz daxil olaraq oradan bir ədəd 250 (iki yüz əlli) manat dəyərində Çin istehsallı “Redmi” markalı, “M2101K7AG” modelli mobil telefonu, bir ədəd 180 (bir yüz səksən) manat dəyərində “Samsung A03” markalı mobil telefonu, bir ədəd 30 (otuz) manat dəyərində işlənmiş vəziyyətdə olan “LG” markalı mobil telefonu, bir ədəd 25 (iyirmi beş) manat dəyərində işlənmiş vəziyyətdə olan “LG” markalı mobil telefonu oğurlamış, yəni Zərərçəkmiş şəxs3 Fərəc oğluna məxsus cəmi 485 (dörd yüz səksən beş) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq oğurlamaq məqsədi ilə 11 oktyabr 2022-ci il tarixdə Tovuz rayonu Düz-Cırdaxan kəndində yaşayan Zərərçəkmiş şəxs4 məxsus Tovuz şəhəri Sabir küçəsində yerləşən mağazanın qarşısından bir ədəd “Zumma” markalı 26-lıq, işlənmiş vəziyyətdə olan, sürət ötürücülü, heç bir sınığı və zədəsi olmayan, Rusiya istehsallı, işlək vəziyyətdə olan 150 (bir yüz əlli) manat dəyərində velosipedi oğurlamış, yəni Zərərçəkmiş şəxs4 məxsus cəmi 150 (yüz əlli) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq oğurlamaq məqsədi ilə dəqiq günü istintaqa məlum olmayan 07-14 oktyabr 2022-ci il tarixləri arasında, saat 16 radələrində Tovuz şəhəri Aşağı Öysüzlü yaşayış ərazisində yerləşən Tovuz rayonu Hacallı kəndində yaşayan Zərərçəkmiş şəxs2 məxsus yaşayış evinə pəncərədən qanunsuz daxil olub oradan sonuncuya məxsus bir ədəd 60 (altmış) manat dəyərində 40 litr həcmində tutumu olan, işlənməmiş alüminium materialdan olan qazanı, bir ədəd 40 (qırx) manat dəyərində 20 litrlik tutumu olan, işlənməmiş alüminium materialdan olan qazanı, bir ədəd 35 (otuz beş) manat dəyərində 10 litrlik tutumu olan işlənməmiş alüminium materialdan olan qazanı, bir ədəd 25 (iyrimi beş) manat dəyərində 5 litrlik tutumu olan işlənməmiş alüminium materialdan olan qazanı, bir ədəd 20 (iyrimi) manat dəyərində diametri bir metr olan alüminium teşt ləyəni, doqquz kiloqram çəkidə 19,60 (on doqquz manat altımış qəpik) dəyərində bir kisə“ACE” markalı paltar yumaq üçün istifadə edilən yuyucu tozu (paraşok), bir ədəd 100 (bir yüz) manat dəyərində işlənmiş vəziyyətdə olan, heç bir sınığı və zədəsi olmayan, Rusiya istehsallı, işlək vəziyyətdə olan su vurmaq üçün istifadə edilən mühərrikini (matorunu), bir ədəd 150 (bir yüz əlli) manat dəyərində 4 KV-lıq Rusiya istehsalı olan,işlək vəziyyətdə olan heç bir sınığı və zədəsi olmayan elektrik gücləndiricisini (dinamo), bir ədəd 221,85 (iki yüz iyirmi bir manat səksən beş qəpik) manat dəyərində 585 əyarlı Rusiya istehsallı, 2,61 qram çəkidə qaşsız qızıl üzüyü (kalso), bir cüt 218,45 (iki yüz on səkkiz manat qırx beş qəpik) manat dəyərində Rusiya istehsallı 585 əyarlı, 2,57 qram çəkidə qızıl sırğanı, bir ədəd 449,65 (dörd yüz qırx doqquz manat altmış beş qəpik) manat dəyərində Rusiya istehsallı 585 əyarlı 5,29 qram çəkidə qaşsız qızıl üzüyü, bir ədəd 491,30 (dörd yüz doxsan bir manat otuz qəpik dəyərində) manat Rusiya istehsallı 585 əyarlı, 5,78 qram çəkidə qızıl sadə qaşlı üzüyü, bir ədəd 418,20 (dörd yüz on səkkiz manat iyirmi qəpik) manat dəyərində Rusiya istehsallı 585 əyarlı 4,92 qram çəkidə qızıl qaşsız üzüyü, bir ədəd 650 (altı yüz əlli) manat dəyərində 585 əyarlı Rusiya istehsallı 8 qram çəkidə qızıl boyunbağını, bir cüt 150 (bir yuz əlli) manat dəyərində 583 əyarlı, 2 qram çəkidə qaşsız qızıl sırğanı, bir ədəd 382,50 (üç yüz səksən iki manat əlli qəpik) dəyərində 583 əyarlı Rusiya istehsallı 4,5 qram çəkidə qaşsız qızıl üzüyü və bir ədəd 642,60 (altı yüz qırx iki manat altmış qəpik dəyərində) Rusiya istehsallı 7,56 qram çəkidə qızıl sırğanı oğurlamış, yəni Zərərçəkmiş şəxs2 məxsus cəmi 4.074,15 (dörd min yetmiş dörd manat on beş qəpik) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq oğurlamaq məqsədi ilə 17 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində Tovuz şəhəri, Aşağı Öysüzlü yaşayış ərazisində yerləşən Zərərçəkmiş şəxs1 qızına məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan bir ədəd 315 (üç yüz on beş) manat dəyərində kürə formalı, qırmızımtıl sarı rəngli 1 cüt 583/585 əyarlı, 3,71 qram çəkidə olan qızıl sırğanı, 1 ədəd 2.480 (iki min dörd yüz səksən) manat dəyərində 583/585 əyarlı, qırmızımtıl sarı rəngli, 29,18 qram çəkidə qızıl boyunbağını, 1 ədəd 1.758 (bir min yeddi yüz əlli səkkiz) manat dəyərində qırmızımtıl sarı rəngli 583/585 əyarlı, 20,68 qram çəkidə qızıl boyunbağını, 1 ədəd 876 (səkkiz yuz yetmiş altı) manat dəyərində qırmızımtıl sarı rəngli 583/585 əyarlı, 10,31 qram çəkidə qızıl boyunbağını, bir ədəd 257 (iki yüz əlli yeddi) manat dəyərində sarı rəngli, 583/585 əyarlı, qızıl qolbağını, bir ədəd 1.200 (bir min iki yüz) manat dəyərində beş brilliant qaşları olan 7 qram çəkidə Rusiya istehsallı, 583 əyarlı brilliant qaşlı qızıl üzüyü, bir ədəd 700 (yeddi yüz) manat dəyərində gül formalı xırda brilliant qaşları olan 7 qram çəkidə Rusiya istehsallı 583 əyarlı brilliant qaşlı qızıl üzüyü və bir ədəd 510 (beş yüz on) manat dəyərində qırx ayaq modelli, 583 əyarlı qızıl üzüyü oğurlamış, yəni Zərərçəkmiş şəxs1 qızına məxsus cəmi 8.096 (səkkiz min doxsan altı) manat olmaqla xeyli miqdarda əmlakını gizli olaraq talamışdır. Bununla da, təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəli ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayının birinci on günlüyündə, tarixi dəqiq xatırlamadığı gündə, gecə saat 22 radələrində təkcə Tovuz şəhərində yerləşən “Künbəz” çayxanasından çıxıb piyada evlərinə getmişdir. Tovuz rayon İH-nin binasının sağ tərəfindəki, küncdə yerləşən telefon mağazasının qarşısından keçəndə baxıb görmüşdür ki, mağazanın içərisində işıq yanır, telefonlar vitrində düzülmüş vəziyyətdədir, ancaq mağazada heç kim yoxdur. O, başa düşmüşdür ki, mağazada heç kim yoxdur. Həmin mağazanın giriş qapısı plastikdən olmuş, üzərində dəmir barmaqlıq olmamışdır. O, həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. O, ətrafa baxmış və görmüşdür ki, ətrafda heç kim yoxdur. O, mağazanın qapısına yaxınlaşıb plastikdən olan qapını bir neçə dəfə itələyib qapını açmışdır. Sonra həmin qapıdan mağazaya girmişdir. Mağzanın içərisində vitrində çoxlu telefonlar olmuşdur. O, həmin vitrindən bir ədəd Redmi Not 10 markalı, bir ədəd LG markalı, bir ədəd Samsung A 12 markalı və bir ədəd Samsung A 03 markalı mobil telefonları götürüb cibinə qoymuş, sonradan mağazaya girdiyi qapıdan çölə çıxmışdır. O, oradan bir başa Tovuz şəhərində yerləşən “Musiqi” məktəbinin yanında dönər satan, eyni zamanda telefon alqısatqısı və təmiri ilə məşğul olan tanışı Vüsalın yanına getmişdir. Orada iki ədəd işlənmiş köhnə telefonu Vüsala göstərib demişdir ki, bu telefonlar evlərinin telefonlarıdır, pula ehtiyacları olduğu üçün satmaq istəyir. Vüsal ona demişdir ki, bu telefonun birinin ekranı işləmir. Sonra Vüsal ona demişdir ki, bu telefonların ehtiyat hissələrini işlətmək üçün 25 manata satın alar. O da Vüsalla razılaşıb bir ədəd LG və bir ədəd Samsung A 12 markalı mobil telefonu Vüsala 25 manata satmışdır. O, biri telefonları cibində saxlamış, həmin gündən yəni telefonu oğurladığı gündən 3 gün sonra həmin Redmi Not 10 markalı mobil telefonu Tovuz şəhəri Nəsimi ticarət mərkəzinin girişində telefon satan Müşviq adlı şəxsə 100 manata satmışdır. O, Müşviqə də həmin telefonun oğurluq olmasını bildirməmiş və Müşfiqə demişdir ki, öz telefonudur, pula ehtiyacı olduğu üçün satır. Bundan sonra həmin günü o, VAZ 2107 markalı avtomobillə taksilik edən İntiqam adlı tanışına demişdir ki, onu Qovlar şəhərinə apara bilərsənmi, İntiqam da ona demişdir ki, Qovlara 10 manata gedir. O, İntiqamla 10 manata razılaşıb İntiqamın “VAZ 2107” markalı maşını ilə Qovlar şəhərinə getmiş, həmin telefonu Qovlar şəhərində Vağzal küçəsində yerləşən “Bakcell” mağazasına aparıb orada həmin telefonu satmaq istədiyini bildirmişdir. Həmin mağazada işləyən oğlan ondan soruşmuşdur ki, telefon özünündürmü, o da həmin telefon satan oğlanı inandırmışdır ki, telefon öz telefonudur, pula ehtiyacı olduğu üçün satır. Həmin mağazada işləyən oğlan ondan sənəd tələb edəndə o, öz vəsiqəsini vermiş, mağazada işləyən oğlan vəsiqənin kserosurətini çıxarıb telefon nömrəsini və telefonu aldığı tarixi qeyd edib ona imza etdirdikdən sonra həmin telefonu ondan 50 manata almışdır. O, həmin telefonu 50 manata satıb mağazadan çıxmışdır. Həmin pulu müxtəlif yerlərdə öz ehtiyacına xərcləmişdir. O, həmin telefon mağazasına girəndə və həmin mağazadan telefonları oğurlayıb çıxanda küçədə və ətrafda heç kim olmamış, onun həmin telefon satılan mağazaya girdiyini və oradan oğurluq edib çıxdığını heç kim görməmişdir. Mağazadan oğurladığı Samsung A 03 markalı və Redmi 10 markalı mobil telefonlar təzə işlənməmiş telefonlar olmuşdur. Onun Vüsala satdığı LG və Samsung markalı telefonlar isə işlənmiş köhnə vəziyyətdə olmuşdur. O, özü həmin vitrində olan telefonların hamısını götürməmişdir ki, oğurluq etdiyini başa düşməsinlər. Bundan əlavə telefonu oğurladığı gündən təxminən 5-6 gün sonra Tovuz şəhərində univermağın qarşısından keçəndə orada mağazanın qarşısında qoyulmuş iki ədəd velosiped görmüş, həmin mağazada heç kimin olmadığını görüb velosipedin bir ədədini oğurlamaq qərarına gəlmişdir. O, həmin velosipedi götürüb, sürüb öz yaşadığı evə aparmışdır. Həmin günün səhəri günü həmin velosipedi təsadüfən yoldan keçən tanımadığı, idarə etdiyi avtomobilin nömrəsini və markasını xatırlamadığı dəmir tullantıları alana 30 manata satmışdır. Velosipedi satdığı adama demişdir ki, öz velosipedidir, köhnəlib işləmədiyi üçün satır. Həmin şəxsə velosipedin oğurluq olmasını bildirməmişdir. Bundan başqa həmin velosipedi oğurladığı gündən bir neçə gün sonra, təxminən 2022-ci ilin oktyabr ayının birinci on günlüyündə gündüz saat 16 radələrində piyada Tovuz rayon mərkəzi xəstəxanasının yanından öz yaşadıqları evə getmişdir. Təsadüfən bir evin qarşısından keçəndə görmüşdür ki, evin həyət darvazası dəmir jestlə düzəldilib, o, hiss etmişdir ki, evdə heç kim yaşamır. Belə ki, evin qapısının qarşısını ot basmış və o, anlamışdır ki, evə heç kim gedib gəlmir. O, həmin evdə heç kimin olmadığına əmin olduğu üçün həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə ətrafa baxıb görmüşdür ki, heç kim yoxdur, o, həmin evin dəmir jestdən olan həyət qapısını itələmiş və qapı açılmışdır. O, həmin qapıdan evin həyətinə girmişdir. Həyətdə evin arxa tərəfinə hərlənib baxmışdır ki, arxada ağ rəngli plastik pəncərə var. Həmin həyətdəki hovuzun kənarından qoz ağacının altından bir ədəd tutacağı olmayan vintaçan tapmışdır. Həmin vintaçanı evin arxa tərəfində olan pəncərəsinə salıb pəncərəni açmışdır. Həmin pəncərədən evə daxil olmuşdur. Evin birinci mərtəbəsindən pilləkənin altından bir ədəd su matoru tapıb götürmüş, gətirib giriş qapısının qarşısına qoymuşdur. Sonra evin içərisində olan pilləkənlə evin ikinci mərtəbəsinə qalxmışdır. Pilləkənlə qalxanda birinci otağa girmiş, həmin otaqdan digər otaqlara girmək üçün iki qapı olmuşdur. O, sol tərəfdəki açıq qapıdan otağa girmişdir. Həmin otaqda qapı ilə üzbəüz qoyulmuş çarpayının altından bir ədəd alüminium qazan, alüminium çaynik və əlavə xatırlamadığı bir neçə alüminium əşyalar görüb həmin əşyaları götürmüşdür. Həmin əşyaları da evin birinci mərtəbəsindəki giriş qapısının qarşısına qoymuşdur. Bundan sonra qayıdıb əvvəlcə girdiyi zal otağa girmişdir. Həmin otağı axtarmış və həmin otaqda giriş qapısı ilə üzbəüz qoyulmuş içərisində qab-qacaq olan divar dəstinin yuxarı hissəsindəki qapısını açmış və görmüşdür ki, orada şüşə qablar var. Həmin qabların arxasına baxanda oradan üstü qırmızıya çalan rəngli kiçik sandıq tapmışdır. Həmin sandığı götürüb açıb içərisinə baxanda görmüşdür ki, içərisində 2 ədəd qızıl boyunbağı, 2 ədəd qızıl üzük və bir cüt qızıl sırğa vardır. O, həmin qızıl əşyalarını götürüb cibinə qoymuş və sandığı isə qaytarıb öz yerinə qoymuşdur. Sonra qazanı, çayniki və o biri əşyaları, su matorunu götürüb evin giriş qapısının arxadan açıb həmin qapıdan həyətə çölə çıxartmış, aparıb giriş darvazasının arxasına yığmışdır. Həyətdən darvazadan küçəyə çıxmış, oradan bir başa öz yaşadığı evə getmişdir. Həmin günü gecə qayıdıb həmin evin yanına gəlmiş, darvazanın arxasında gizlətdiyi əşyaları qazanı və matoru özü ilə gətirdiyi əl arabasına yığıb aparıb öz yaşadığı evin həyətindəki kolluğa gizlətmiş, sonra təkcə piyada şəhərin mərkəzinə getmişdir. Həmin gündən bir neçə gün sonra həmin evdən oğurladığı əşyaları tanımadığı, idarə etdiyi avtomobilin nömrəsini və markasını xatırlamadığı yoldan təsadüfən keçən dəmir yığana hamısını birlikdə 30 manata satmışdır. O, həmin evdən oğurluğu tək etmiş, onunla birlikdə heç kim olmamışdır. O, həmin evə girəndə və həmin evdən oğurluq edib çıxanda küçədə ətrafda heç kim olmamış və onu heç kim görməmişdir. Həmin günün səhəri günü Tovuz şəhər sakini dostu Qılıca demişdir ki, bir dənə qızıl boyunbağı var onu sata bilərikmi, Qılıc da demişdir ki, vəsiqən varmı, o da demişdir ki, yox itirmişəm. Qılıc soruşmuşdur ki, boyunbağını haradan almısan, o da Qılıca demişdir ki, anamın boyunbağıdır, pula ehtiyyacları olduğu üçün satır. Qılıc onunla birlikdə Tovuz şəhərində yerləşən Nəsimi ticarət mərkəzinə getmiş, orada Posi ləqəbli Elmana bir ədəd qızıl boyunbağını verib demişdir ki, bunu satmaq istəyirəm. Elman da soruşmuşdur ki, haradan almısan, o da Elmana demişdir ki, evin qızılıdır, pula ehtiyyacları olduğu üçün satır. Sonra Qılıcın vəsiqəsi ilə həmin boyunbağını Elmana 360 manata satmışdır. Həmin puldan 50 manatını Qılıca vermiş, qalanını özü müxtəlif yerlərdə xərcləmişdir. Həmin gündən 2 gün sonra yenə Qılıcla bazara Elmanın yanına getmişlər, orada o, kənarda dayanıb gözləmiş, Qılıc öz vəsiqəsi ilə yenə bir ədəd qızıl boyunbağını 300 manata satmış, həmin puldan Qılıca heç nə verməmişdir. Bundan bir gün sonra yenə Qılıcla bazara Elmanın yanına getmişlər, yenə o, kənarda dayanmış, Qılıc öz vəsiqəsi ilə bir ədəd qızıl üzüklə bir cüt qızıl sırğanı Elmana cəmi 380 manata satmışdır. Həmin puldan Qılıca 80 manat pul vermiş, qalanını isə özü müxtəlif yerlərdə xərcləmişdir. Qızılları satanda Qılıca həmin qızıl əşyalarının oğurluq olmasını bildirməmiş, Qılıca demişdir ki, evin qızıllarıdır, pula ehtiyyacları olduğu üçün satır. Həmin qızıl əşyalarını alan Elmana da həmin qızıl əşyalarının oğurluq olmasını bildirməmiş və demişlər ki, evin qızıllarıdır, pula ehtiyyacları olduğu üçün satır. Bundan başqa 18 oktyabr 2022-ci il tarixdə, saat 11 radələrində o, öz yaşadığı evdən çıxıb təkcə piyada yolun kənarına doğru gedirmiş. Naibə adlı qadının evinin yanından keçəndə görmüşdür ki, bir maşın gəlib həyət darvazasından Naibə adlı qadını çağırır. Həmin şəxs evdə heç kim olmadığını görüb çıxıb getmişdir. O, başa düşmüşdür ki, evdə heç kim yoxdur və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. O baxıb görmüşdür ki, küçədə heç kim yoxdur, darvazanın sağ tərəfindəki hasardan aşıb evin həyətinə girmişdir. O, evin həyətindəki yardımçı otağın qapısını itələyəndə görmüşdür ki, qapı açıqdır. O, qapıdan otağa girmişdir. Otağa girən kimi baş tərəfdə yerləşən güzgülü qab qacaq yığılan dolabı görüb həmin dolaba yaxınlaşmışdır. Dolabın qapısını açmaq istəmiş və görmüşdür ki, bağlıdır. Həmin dolabın qarşısındakı bıçağı götürüb bıçaqla dolabın qapısını açmaq istəmiş, lakin aça bilməmişdir. Sonra həyətə çıxıb oradan bir ədəd vintaçan tapmış, həmin vintaçanla dolabın qapısını açmışdır. O, dolabın siyirtməsini çəkib içərisini axtaranda görmüşdür ki, siyirtmədə baş tərəfdə yaylığa bükülü nəsə vardır. O, həmin yaylığı açıb baxanda görmüşdür ki, içərisində müxtəlif qızıl əşyaları var. Həmin qızılların içərisindən üç ədəd boyunbağı, bir ədəd üzük və bir cüt sırğa götürmüş, sonra qalan qızılları yaylığa büküb qaytarıb öz yerinə qoymuşdur. Həmin götürdüyü qızıl əşyalarını cibinə qoyub həmin otaqdan həyətə çıxmış, həyətdən yenə həyətə düşdüyü hasardan aşıb küçəyə çıxmışdır. O, həmin evə oğurluq etmək üçün tək girmiş, onunla birlikdə heç kim olmamışdır. O, həmin evə girəndə və həmin evdən oğurluq edib çıxanda küçədə ətrafda heç kim olmamış və onu heç kim görməmişdir. O, oradan bir başa piyada Tovuz şəhərində yerləşən tanışı Turalın işlədiyi lombarda getmişdir. Məqsədi o olmuşdur ki, oğurladığı qızıl boyunbağını lombardda girov qoyub oradan pul götürsün. Bu məqsədlə lombardda işləyən Turala qızıl boyunbağını göstərib demişdir ki, bu boyunbağını girov qoymaq olarmı. Tural ondan soruşmuşdur ki, bu boyunbağını haradan almısan, o da Turala demişdir ki, evimizin qızılıdır, pula ehtiyyacımız var ona görə, satmaq istəyirəm, yada girov qoyub pul götürmək istəyirəm. Tural həmin qızıl boyunbağıya baxıb ona demişdir ki, neçəyə satırsan mən özüm alaram. O, Turala demişdir ki, 1100 manata satıram, Tural da ona demişdir ki, 1000 manat verə bilərəm. O, Tural ilə razılaşmış, həmin boyunbağını 1000 manata Turala satmışdır. Tural ona demişdir ki, indi üstümdə pul yoxdur, bir azdan pulunu verəcəm. O, Tural ilə razılaşıb boyunbağını Turala verib çıxıb getmişdir. O, boyunbağını Turala verdiyi günü axşam üstü Tural ona zəng vurub demişdir ki, gəl pulu apar. O da gedib Turalgilin evinin qarşısında Turalla görüşmüş və Tural ona 1000 manat pul vermişdir. O da həmin pulu götürüb müxtəlif yerlərdə xərcləmişdir. Qalan qızılları isə cibində saxlamışdır. Oğurluq etməyi barədə heç kimə bildirməmişdir. Sonradan həmin qızılları bazarda satmaq məqsədilə bazara gedəndə polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. O, hadisəni polis əməkdaşlarına danışıb Zərərçəkmiş şəxs1 evindən oğurladığı qızıl boyunbağıları, üzüyü və sırğaları polisə təqdim etmişdir. O, həmin evə girəndə və həmin evdən oğurluq edib çıxanda küçədə və ətrafda heç kim olmamış və onu heç kim görməmişdir. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanın bir qismi tam ödənilmişdir və etdiyi əməldən peşmançılıq hissi keçirir. Odur ki, bu kimi halların nəzərə alınmaqla ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, hal hazırda Tovuz rayonu Düz-Cırdaxan kəndində yaşayır, Tovuz şəhəri Mərkəzi Univermağın arxasındakı mağazanı icarəyə götürüb həmin mağazada telefon aksesuarlarının satışı ilə məşğul olur. Təxminən 2022-ci ilin yay aylarında o, Bakı şəhərində yerləşən Sədərək ticarət mərkəzindən satmaq üçün 5 ədəd işlənmiş vəziyyətdə olan işlək velosipedlər alıb gətirib icarəyə götürüb işlətdiyi Tovuz şəhərində Univermağın arxasında yerləşən mağazanın qarşısına yolun kənarına qoyub satmışdır. Həmin velosipedlərdən 3 ədədini satmış, iki ədəd velosiped, 1 ədəd 26-lıq, sürət ötürücülü, Rusiya istehsalı olan Tünd qara rəngli 150 manat dəyərində işlənmiş vəziyyətdə olan, heç bır sınığı, zədəsi olmayan işlək vəziyyətdə olan velosipedi və 1 ədəd 100 manat dəyərində işlənmiş vəziyyətdə olan 24-lük, ötürücülü, Rusiya istehsalı olan açıq rəngli, heç bir sınığı, zədəsi olmayan, işlək vəziyyətdə olan velosipedləri işlətdiyi mağazanın qarşısında qoymuşdur ki, müştəri olsa satar. 2022-ci ilin oktyabr ayının əvvəllərində 26-lıq velosiped mağazanın qarşısından oğurlanmış, o, fikirləşmişdir ki, özü tapar, buna görədə şikayət etməmişdir. 19 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində yerdə qalan 24-lük velosiped də mağazanın qarşısından naməlum şəxs tərəfindən oğurlanmışdır. Buna görə də o, həmin günü 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Ona məxsus 1 ədəd 150 manat dəyərində 26-lıq velosiped və 1 ədəd 100 manat dəyərində 24-lük velosiped icarəyə götürüb işlətdiyi Tovuz şəhərində yerləşən Univermağın arxasındakı mağazanın qarşısından küçədən oğurlanmışdır və ona ümumilikdə 250 manat dəyərində maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, ona məxsus velosipedləri oğurlayan şəxs Tovuz rayonu Aşağı-Öysüzlü kənd sakini X4r. Ona dəymiş ziyanın ödənilməsi və qanuni hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 qızı ifadəsində göstərmişdir ki, o, hal hazırda Tovuz rayonu Aşağı-Öysüzlü kəndində yaşayır və Tovuz rayon mərkəzi xəstəxanasında xəstə baxıcısı işləyir. O, qızıl zinət əşyalarını parçaya büküb yaşadıqları evin qarşısında yerləşən yardımçı otaqdakı qab-qacaq yığdığı dolabın siyirməsinə qoyub qapısını bağlamışdır. 17 oktyabr 2022-ci il tarixdə atası vəfat etdiyi üçün onlar ailəliklə yaşadıqları evin qapısını bağlayıb atası evinə getmişlər. Onlar evdən çıxıb gedəndə qızıl zinət əşyaları həmin qoyduğu yerdə qalmış, onlar həmin otağın qapısını bağlayıb getmişlər. xx.xx.2022-ci il tarixdə o, evə gələndə polis əməkdaşları onlara gəlib evlərindən qızıl zinət əşyalarının oğurlanıb oğurlanmadığını soruşmuşlar. O, əvvəlcə bildirmişdir ki, heç nəyi oğurlanmamışdır. Sonra dolabın qapısını açıb qızıllara baxanda görmüşdür ki, parçaya büküb dolaba qoyduğu qızıl əşyalarının bir hissəsi yerində olsa da bir hissəsi oğurlanmışdır. Onun 1 ədəd 35 qram çəkidə mafiyoz toxunuşlu, Rusiya istehsalı olan 583 əyarlı 2700 manat dəyərində qızıl boyunbağı, 1 ədəd 20 qram çəkidə mafiyoz toxunuşlu, 583 əyarlı Rusiya istehsalı olan 1800 manat dəyərində qızıl boyunbağı, 1 ədəd 18 qram çəkidə Rusiya istehsalı olan, 583 əyarlı, 1600 manat dəyərində sadə toxunuşlu qızıl boyunbağı, 1 ədəd 5 ədəd briliant qaşları olan 7 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1200 manat dəyərində qızıl üzük, 1 ədəd gül formalı briliant qaşları olan 7 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 700 manat dəyərində qızıl üzük, 1 ədəd qırx ayaq modelli 583 əyarlı, 6 qram çəkidə 400 manat dəyərində ermənistan istehsalı olan qızıl üzük, 1 cüt qoza formalı Rusiya istehsalı olan 4 qram çəkidə 583 əyarlı 250 manat dəyərində qızıl sırğa və 1 ədəd 5 qram çəkidə Azərbaycan Respublikasının istehsalı olan 583 əyarlı 250 manat dəyərində qızıl qolbağı oğurlanmışdır və ona ümumilikdə 8.900 manat dəyərində maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, onun yaşayış evindən oğurluq edən şəxs Tovuz rayonu Aşağı-Öysüzlü kənd sakini X4r. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxsə yüngül cəza verilməsinə dair hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, hal hazırda Tovuz rayonu Hacallı kəndində yaşayır, heç bir yerdə işləmir, təqaüdçüdür. Onun oğlu X6 hazırda Rusiya Federasiyasında yaşayır. O, oğlu Xəqanin Azərbaycana qayıdanda yaşaması üçün Tovuz rayonu Aşağı-Öysüzlü kəndində torpaq sahəsi alıb iki mərtəbəli ev tikdirmişdir. Həmin evi oğlu Xəqaninin gələcəkdə yaşaması üçün tikdirmiş, ancaq hazırda həmin ev ona məxsusdur. Oğlu Xəqani Azərbaycan Respublikasına qayıdandan sonra o, həmin evi oğluna verməyi düşünür. Onun həmin evdə müxtəlif əşyaları, qazanları və su matorları vardır. Bundan başqa arvadı və gəlini üçün aldığı qızıl-zinət əşyalarını da həmin evin ikinci mərtəbəsində otaqdakı divar dəstinin gözünə, qızıl qabının içərisinə qoymuşdur. 07 oktyabr 2022-ci il tarixdə o, arvadı Mahizərlə birlikdə yenə həmin evə gedib evə baxmışlar. Evdə hər şey öz qaydasında olmuşdur. Bundan sonra xx.xx.2022-ci il tarixdə gündüz saatlarında o, evə baxmağa gələndə görmüşdür ki, evin içərisində əşyalar dağıdılıb, evin ikinci mərtəbəsindəki otaqda olan çarpayının altına yığdıqları dəyəri 60 manat olan 1 ədəd 40 litr həcmində tutumu olan, 40 manat dəyərində 1 ədəd 20 litrilik tutumu olan, 35manat dəyərində 1 ədəd 10 litirlik tutumu olan və bir ədəd 25 manat dəyərində 5 litirlik tutumu olan təzə işlənməmiş təzə aliminium materialdan olan qazan, bir ədəd 20 manat dəyərində bir metr diametrində aliminum teşt ləyən, 1 ədəd 20 manat dəyərində ACE markalı 9 kq çəkidə olan paltar yumaq üçün istifadə edilən paraşok, 1 ədəd 100 manat dəyərində su matoru, evin birinci mərtəbəsində pilləkənin altına qoyduğum bir ədəd 150 manat dəyərində 4 KV.lıq “Dinamo”, oğurlanmışdır. Bundan əlavə evin ikinci mərtəbəsindəki divar dəstinə qoyduqları gümüşü rəngli sandıq qızıl qabının içərisində olan 1 ədəd 585 əyarlı Rusiya istehsalı olan, 200 manat dəyərində, 2,61 qram çəkidə qaşsız qızıl üzük (kalso), 1 dəst 220 manat dəyərində Rusiya istehsalı olan 585 əyarlı, 2,57 qram çəkidə olan qızıl sırğa, 1 ədəd 450 manat dəyərində, Rusiya istehsalı olan 585 əyarlı 5,29 qram çəkidə olan qaşsız qızıl üzük,1 ədəd 480 manat dəyərində Rusiya istehsalı olan 585 əyarlı, 5,78 qram çəkidə olan qızıl sadə qaşlı üzük, 1 ədəd 380 manat dəyərində Rusiya istehsalı olan 585 əyarlı 4,92 qram çəkidə olan qızıl qaşsız üzük, 1 ədəd 650 manat dəyərində Rusiya istehsalı olan, 585 əyarlı qızıl boyunbağı, 1 dəst 150 manat dəyərində 583 əyarlı Rusiya istehsalı olan qaşsız qızıl sırğa, 1 ədəd 350 manat dəyərində 583 əyarlı, 4,5 qram çəkidə Rusiya istehsalı olan qaşsız qızıl üzük və 1 ədəd 700 manat dəyərində 7,56 qram çəkidə Rusiya istehsalı olan qızıl sırğa üzük dəsti oğurlanmışdır və ona ümumilikdə 4.030 manat dəyərində maddi ziyan dəymişdir. O, həmin qızıl zinət əşyalarının mağazadan aldıqları qəbzlərin özündə olduğunu, həmin qəbzləri istintaqa təqdim edə biləcəyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, onun yaşayış evindən oğurluq edən şəxs Tovuz rayonu Aşağı-Öysüzlü kənd sakini X4r. Ona dəymiş maddi ziyandan 300 manat ödənilmişdir. Ziyanın tam ödənilməsi və qanuni hökm çıxarılmasını xahiş etmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ünvanlayaraq ona dəymiş ziyanın ödənilməsini, təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən zaman X10 göstərmişdir ki, o, hal hazırda Tovuz rayonu Bozalqanlı kəndində yaşayır, “Müşviq Telekom” mağazasında telefon ustası, eyni zamanda mobil telefonların alqı-satqısı ilə məşğul olur. Tovuz rayonu Aşağı-Öysüzlü kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx.xx.2022-ci tarixdə saat 11 radələrində bir nəfər əvvəllər tanımadığı oğlan onun yanına gəlmişdir. Həmin oğlan bir ədəd Redmi Not 10 markalı işlənmiş vəziyyətdə olan mobil telefonu cibindən çıxarıb ona göstərib demişdir ki, öz telefonudur, pula ehtiyacı olduğu üçün satır və həmin telefonu ona 130 manata satdığını bildirmişdir. O da telefona baxıb demişdir ki, bu telefonun ekranı dəyişib 130 manata bahadır. Sonra onlar həmin telefonu 100 manata razılaşmışlar. O, həmin oğlandan sənəd tələb etmiş, həmin oğlan da öz şəxsiyyət vəsiqəsini ona vermişdir. Həmin vaxt ona məlum olmuşdur ki, həmin şəxs Tovuz rayonu Aşağı-Öysüzlü kənd sakini Təqsirləndirilən şəxs oğldur. O, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurəti çıxardıb öz xətti ilə tarixi, telefonun markasını imei kodunu, öz mobil telefon nömrəsini yazdırmış və bundan sonra “satdım 100 manata mən Avdı” sözlərini yazdırıb Avdıya 100 manat pul verib həmin telefonu Avdıdan almışdır. O, həmin telefonun oğurluq olmasını bilməmiş, xəbəri olmamışdır. O, həmin telefonun əvvəlcədən oğurluq olduğunu biləcəyi təqdirdə almayacağını və dərhal polisə məlumat verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onu inandırmışdır ki, öz telefonudur, o da Avdıya inanıb telefonu almışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə həmin telefona üzlük çəkmiş, rezin arxalıq taxmış və həmin telefonu Tovuz rayonu Əlimərdanlı kənd sakini X7 200 manata satmış və telefonun üstündə bir ədəd adaptor da vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid5 Tofiq oğlu ifadəsində göstərmişdir ki, o, hal hazırda Tovuz rayonu Aşağı-Öysüzlü kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. 19 oktyabr 2022-ci il tarixdə saat təxminən 17 radələrində o, Tovuz şəhərində yerləşən “656” çay evinə getmişdir. Həmin çay evini işlədən Adil adlı tanışı ona demişdir ki, buranın icarə pulunu çatdıra bilmir, əlində bir ədəd qızıl üzüyü var burada yoxlatmışdır, az pul verirlər. Adil bildirmişdir ki, o, həmin günü Bakı şəhərinə gedir. Adil ona demişdir ki, bu üzüyü də özünlə apar, bəlkə Bakıda yaxşı pul verdilər, orada satarsan. O, Adildən bir ədəd brilliant qaşları olan qızıl üzüyü götürmüşdür. Həmin qızıl üzüyü Bakı şəhərində Neftçilər metrosunun yaxınlığında yerləşən zərgər dükanına aparıb 440 manata həmin üzüyü öz şəxsiyyət vəsiqəsi ilə satmışdır. Üzüyü satdığı adama demişdir ki, öz üzüyüdür, ehtiyacı olduğu üçün satır. O, həmin günü geri, Tovuz şəhərinə qayıdıb gəlmişdir. Həmin günün səhəri günorta saatlarda Adilin işlədiyi kafeyə gedib Adilə demişdir ki, üzüyü 220 manata satmışam və Adilə 220 manat pul vermişdir. Qalan 220 manat pulu isə özünə götürüb ehtiyyacı üçün xərcləmişdir. O, həmin qızıl üzüyün oğurluq olmasını bilməmişdir. Adil ona demişdir ki, həmin üzük öz üzüyüdür, o da Adilə inanıb həmin üzüyü satmışdır. O, həmin üzüyü 440 manata satmış və 220 manatını Adilə verib ona yalandan demişdir ki, üzüyü 220 manata satmışam. Qalan 220 manatını da özü götürüb xərcləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən zaman X8 ifadəsində göstərmişdir ki, o, hal hazırda Tovuz rayonu Yanıqlı kəndində yaşayır, Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən “Bakcell” Rəsmi Diler mağazasında mobil telefonların alqı satqısı ilə məşğul olur. Tovuz rayonu Aşağı-Öysüzlü kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Avdı ilə heç bir münasibəti olmamışdır. 10 oktyabr 2022-ci il tarixdə o, mağazada olan zaman əvvəllər tanımadığı bir nəfər cavan oğlan mağazaya gəlib bir ədəd Samsung A 03 markalı işlənmiş vəziyyətdə olan, qara rəngli mobil telefonu göstərib bildirmişdir ki, həmin telefonu satmaq istəyir. O, Avdıdan həmin telefonu neçəyə satdığını soruşanda Avdı ona demişdir ki, 70 manata satır. O, da Avdıya demişdir ki, bu telefona 50 manat verə bilər. Həmin şəxs onunla razılaşmış, o da Avdıdan sənəd tələb edəndə Avdı şəxsiyyət vəsiqəsini ona vermişdir. O, Avdının şəxsiyyət vəsiqəsini alıb baxmışdır ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. O, Təqsirləndirilən şəxs telefonun oğurluq olub olmamasını soruşanda Avdı ona bildirmişdir ki, özünün şəxsi telefonudur, pula ehtiyacı olduğu üçün satır. Bundan sonra o, Avdının şəxsiyyət vəsiqəsinin kserosurətini çıxarıb həmin sənədin üzərinə, Avdının əlaqə nömrəsini, telefonu aldığı tarixi, Avdının gəldiyi VAZ 2107 markalı ** CF *** nömrə nişanlı avtomobilin nömrəsini qeyd edib Avdını həmin vərəqə imza etdirmişdir. Bundan sonra həmin telefonu həmin Təqsirləndirilən şəxs 50 manata almışdır. Təqsirləndirilən şəxs pulu ondan alıb telefonu ona verib çıxıb getmişdir. O, da həmin telefona üzlük çəkmiş, sonra da Tovuz rayonu Şamlıq kənd sakini X1 120 manata nisyə satmışdır. O, həmin telefonun oğurluq olmasını bilməmiş və xəbəri olmamışdır. Təqsirləndirilən şəxs ona demişdir ki, evin telefonudur, pula ehtiyyacı olduğu üçün satır. O, da Avdıya inanmışdır. O, əgər həmin telefonun oğurluq olmasını əvvəlcədən bilsəymiş telefonu almayacağını və dərhal polisə məlumat verəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən zaman X11 ifadəsində göstərmişdir ki, o, hal hazırda Tovuz şəhəri Sabir küçəsində yaşayır və Tovuz şəhərində Sabir küçəsində Musiqi məktəbinin yanındakı dönərxananın bir hissəsini düzəldib orada telefon təmiri ilə məşğul olur. Tovuz rayonu Aşağı-Öysüzlü kənd sakini Təqsirləndirilən şəxs tanıyır, beləki Avdı onun əvvəllər işlədiyi dönər evinə gəlib getmişdir, Avdını həmin vaxtdan tanıyır. Ancaq onun Təqsirləndirilən şəxs ilə heç bir münasibəti yoxdur. Təxminən 2 ay bundan əvvəl tarixi dəqiq yadında olmasa da Avdı onun yanına gəlmişdir. Avdı ona bir ədəd “LG” markalı köhnə işləməyən və bir ədəd “Samsung” A 02 S markalı ekranı işləməyən telefonlar gətirib həmin telefonları satmaq istədiyini bildirmişdir. O, baxıb görmüşdür ki, telefonların hər ikisi işlək vəziyyətdə deyil, həmin telefonların yalnız ehtiyat hissələrini istifadə etmək olar. Buna görə də Avdıya demişdir ki, bu telefonların ikisi də işləmir, onları söküb ehtiyyat hissələrini işlədərəm. Avdı telefonların ikisinə birlikdə ondan 30 manat pul istəmiş, o da Təqsirləndirilən şəxs demişdir ki, telefonların ikis də işləmir onların ikisinə 25 manat verə bilərəm. Avdı onunla razılaşmış və o, 25 manat pulu Avdıya verib hər iki telefonu Avdıdan almışdır. Həmin telefonları söküb ehtiyyat hissələrini işlətmişdir. O, həmin telefonların oğurluq olmasını bilməmiş və xəbəri olmamışdır. Avdı ona demişdir ki, evin telefonlarıdır, işləmədiyi üçün satır, o da Avdıya inanmışdır. O, həmin telefonların əvvəlcədən oğurluq olmasını bilsəymiş həmin telefonları almayacağını və dərhal polisə məlumat verəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid6 ifadəsində göstərmişdir ki, O, hal hazırda Tovuz rayonu Aşağı-Öysüzlü kəndində yaşayır, fərdi əməklə məşğul olur. Tovuz rayonu Aşağı-Öysüzlü kənd sakini Təqsirləndirilən şəxs tanıyır, beləki o, Tovuz şəhərində yerləşən “656” çay evini icarəyə götürüb işlətmişdir. Təqsirləndirilən şəxs mütəmadi olaraq həmin kafeyə gəlmiş, onların Avdı ilə münasibətləri yaranmışdır. 15 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs kafeyə gəlmiş və Avdı ona iki ədəd qızıl üzükləri göstərib demişdir ki, bu üzükləri satır. O da Avdıdan soruşmuşdur ki, bu qızıl üzükləri haradan almısan. Bu zaman Avdı ona demişdir ki, evin qızıllarıdır, pula ehtiyyacı olduğu üçün satır. O, Avdı ilə həmin iki ədəd qadın üzüklərinin ikisini 190 manata razılaşmışdır. Onun üstündə pul olmadığı üçün Avdıya demişdir ki, pulunu axşam verəcək. Avdı onunla razılaşıb iki ədəd qızıl qadın üzüklərini ona vermişdir. Bundan sonra Avdı bir ədəd qızıl boyunbağı çıxarıb ona demişdir ki, bu boyunbağını da satmaq istəyirəm, gəl gedək sənin şəxsiyyət vəsiqənlə bu boyunbağını sataq. O, Avdı ilə razılaşmamış və Avdıya demişdir ki, niyə özün aparıb satmırsan. Avdı ona demişdir ki, yaşı düşmədiyi üçün sata bilmir. O, Avdının boyunbağını onun vəsiqəsi ilə satmasına razı olmamış və bundan sonra Avdı çıxıb getmişdir. Həmin günü axşam üstü Avdı kafeyə gələndə o, Avdıya 120 manat pul vermiş və demişdir ki, pulun qalan hissəsini sonra düzəldib verəcək, indi yoxumdur. Avdı ondan 120 manat pulu alıb çıxıb getmişdir. Həmin üzükləri Avdıdan alandan 2 gün sonra üzüklərdən birini aparıb Gəncə şəhərində hazırda yerini xatırlamadığı mağazada 115 manata öz vəsiqəsi ilə satmışdır. Orada ondan soruşanda bildirmişdir ki, öz qızılıdır, özü satır və öz vəsiqəsini həmin şəxslərə təqdim etmişdir. Bundan sonra Tovuz rayonu Aşağı-Öysüzlü kənd sakini tanışı Şahid5 Tahir oğlu kafeyə gələndə ona demişdir ki, axşam Bakı şəhərinə gedir. O, Talehin Bakı şəhərinə getdiyini bilib Avdıya demişdir ki, onun bir ədəd qızıl üzüyü var onu özüm almışam, indi pula ehtiyyacım olduğu üçün satmaq istəyirəm, burada həmin üzüyə az pul verirlər, sən Bakıya gedirsən bəlkə həmin üzüyü verim orada yaxşı qiymətə alsalar satarsan. Taleh ona demişdir ki, ver aparıb sataram. O, Avdının ona satdığı bir ədəd qızıl üzüyü Talehə vermişdir. Taleh onda həmin üzüyü götürüb getmişdir. O, üzüyü Talehə verdiyi günün səhəri günü Taleh kafeyə gəlmiş və ona 220 manat pul verib demişdir ki, üzüyü 220 manata satmışdır. O, həmin puldan 10 manatını Talehə vermiş, kafedə içdiyi 3 bokal pivənin də pulunu almamışdır. O, həmin qızıl üzüklərin oğurluq olmasını bilməmişdir. Avdı ona demişdir ki, həmin üzüklər evlərinin üzükləridir. O da Avdıya inanıb həmin üzükləri almış və sonrada həmin üzükləri satmışdır. O, Avdının ona satdığı üzüklərin oğurluq olmasını polis şöbəsinə gələndən sonra bilmişdir. O, həmin üzüklərin oğurluq olmasını əvvəldən bilsə həmin üzükləri almayacağını və dərhal polisə məlumat verəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən zaman X12 ifadəsində göstərmişdir ki,o Tovuz şəhəri İlham Qasımov küçəsi ev 17-də yaşayır, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs təxminən iki ilə yaxındır ki, tanıyır, belə ki, Avdı o yaşadığı küçədə qaldığı üçün onu tanımışdır. Onunla heç bir qohumluq əlaqəsi və ədavəti yoxdur. 2022-ci ilin oktyabr ayında Tovuz şəhəri ərazisində “Öysüzlü dairəsində” Avdı ilə rastlaşmışlar, Avdı ona yaxınlaşaraq ondan şəxsiyyət vəsiqəsinin olub-olmamasını soruşmuşdur. O, Avdıya nə üçün ondan vəsiqəsini soruşduğunu bildirəndə Avdı ona demişdir ki, qızıl əşyaları var onu satmaq istəyir. O, ondan öz vəsiqəsinin harada olmasını soruşanda Avdı ona demişdir ki, vəsiqəsini itirmişdir. O, Avdıya vəsiqəsinin üstündə olduğunu bildirəndə Avdı ona demişdir ki, gedək sənin vəsiqənlə qızılları sataq. O, Avdıdan soruşmuşdur ki. qızılları haradan alıb, Avdı ona demişdir ki, nənəsinin qızıllarıdı, pula ehtiyacları olduğu üçün satırlar. O, Avdı ilə razılaşmışdır. Bundan sonra o tanışı qızıl alqı-satqısı ilə məşğul olan Elmana zəng vurub ona satlıq qızıl əşyaları olduğunu bildirmişdir. Elman onlara şəhərin mərkəzində olduğunu bildirmiş və onlar Tovuz şəhərində görüşmüşlər. Avdı bir ədəd qızıl boyunbağını və bir ədəd qızıl sırğanı Elmana göstərmişdir. Elman həmin qızıl əşyalarına baxıb haradan aldıqlarını soruşanda ona bildirmişlər ki, Avdının nənəsinin qızıllarıdır. Elman həmin qızıl əşylarını 440 manata ala biləcəyini bildirmişdir, Avdı onunla razılaşmışdır. Bundan sonra Elman onun şəxsiyyət vəsiqəsini götürüb anket məlumatlarını qeyd edib həmin qızılları almışdır. Həmin puldan avdı ona 30 manat pul vermişdir. Bundan bir neçə gün sonra Avdı yenə ona zəng vurub qızıl əşyaları olduğunu həmin qızılları satmaq istədiyini bildirəndə o yenə Avdıdan qızılların oğurluq olub-olmamasını soruşmuşdur. Avdı onu inandırmışdır ki, həmin qızıl əşyaları nənəsinindir, pula ehtiyacları olduğu üçün satırlar. O, Avdıya inanıb yenə Elmana zəng vurub ona qızıl əşyalarının olduğunu bildirmişdir. Onlar yenə Elmanla görüşmüşlər və onun vəsiqəsi ilə Elmana 600 manat dəyərində qızıl əşyaları satmışlar. Həmin puldan Avdı ona 70 manat pul vermişdir. Bundan bir neçə gün sonra Avdı yenə onunla görüşüb ona qızıl əşyalarının olduğunu həmin qızılları satmaq istədiyini bildirmişdir. Onlar yenəTovuz şəhərində Elmanla görüşmüşlər və onun vəsiqəsi ilə Elmana 800 manat dəyərində qızıl əşyalarını satmışlar. Avdının onun vəsiqəsi ilə satdığı qızıl əşyalarının oğurluq olmasını bilməmiş, xəbəri olmamışdır. Avdı onu inandırmışdır ki, həmin qızıl əşyaları onun nənəsinin qızıllarıdır, pula ehtiyacları olduğu üçün satırlar, o da Avdıya inanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən zaman X9 ifadəsində göstərmişdir ki, o hal hazırda Tovuz şəhəri Fariz Ələkbərov küçəsi ev 51-də qeydiyyatdadır, faktiki olaraq Tovuz şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 5-də yaşayır. Tovuz şəhəri M.Musayev küçəsində yerləşən Nəsimi ticarət mərkəzində qızıl zinət əşyalarının alqı satqısı ilə məşğul olur. Tovuz rayonu Aşağı-Öysüzlü kənd sakini Təqsirləndirilən şəxs bir Tovuz şəhər sakini kimi tanıyır, onunla heç bir münasibəti yoxdur. Tovuz şəhər sakini X5 tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur, onu bir Tovuz şəhər sakini kimi tanıyır. 26 may 2022-ci il tarixdə o “Nəsimi” ticarət mərkəzində qızıl satdığı piştaxtada olan zaman X12 özü təkcə onun yanına gəlmiş, 3 ədəd qızıl üzük və bir ədəd qızıl boyunbağı gətirmiş, həmin qızılları ona göstərib demişdir ki, evin qızıllarıdı satmaq istəyir. O, ona demişdir ki, dəqiq öz qızıllarınızdımı, o da ona demişdir ki, dəqiq evin qızıllarıdı. O, həmin qızıl əşyalarını çəkib ona demişdir ki, hamısına birlikdə 440 manat verə bilər. O, belə deyəndə Qılıc onunla razılaşmışdır. O, Qılıcdan vəsiqəsini tələb etmişdir. Qılıc özünün vəsiqəsini ona vermişdir, o da onun vəsiqəsini götürüb qızılları qəbul etdiyi kitabda onun anket məlumatlarını, qızılların çəkisini və aldığı qiyməti, tarixi yazmışdır. Bundan sonra onun özünə imza etdirib Qılıca 440 manat pul verib üç ədəd qızıl üzüyü və bir ədəd qızıl boyunbağını Qılıcdan almışdır. X13 aldığı qızılları, 2-3 gün sonra bazara qızıl almağa gələn tanımadığı şəxslərə 455 manata satmış, həmin qızıl əşyalarından 15 manat qazanc əldə etmişdir. Bundan sonra 31 may 2022-ci il tarixdə Qılıc Hüseynov yenə onun yanına gəlmişdir, Qılıc 1 ədəd qızıl bilərzik, 1 ədəd qızıl üzük, iki ədəd boyunbağı, 2 ədəd klon gətirib ona demişdir ki, həmin qızılları satmaq istəyir. O, ondan soruşmuşdur ki, bu qızıllar hardandı, Qılıc ona demişdir ki, evin qızıllarıdı pula ehtiyacı var ona görə satır. O, onu tanıdığı üçün ona inanmışdır. Həmin qızılları çəkib bildirmişdir ki, 990 manat verə bilər. Qılıc onunla razılaşmışdır. O ondan yenə vəsiqəsini tələb etmiş, Qılıc öz vəsiqəsini ona vermişdir, o yenə onun vəsiqəsinin anket məlumatlarını, qızılların sayını və çəkisini aldığı tarixi kitabda qeyd etmişdir, Bundan sonra Qılıc Hüseynova öz xətti ilə “mal özümə məxsusdur cavabdeh özüməm” sözünü yazdırıb onun özünə imza etdirmişdir. Bundan sonra Qılıca 990 manat pul verib həmin qızıl əşyalarını ondan almışdır. Həmin qızılları aldığı gündən 2-3 gün sonra yenə bazara qızıl almaq üçün gələn tanımadığı şəxslərə həmin qızılları 1015 manata satmış və həmin qızıl əşyalarından 25 manat qazanc əldə etmişdir. O, həmin Qılıc Hüseynovun ona satdığı qızıl əşyalarının oğurluq olmasını bilməmiş, xəbəri olmamışdır. Qılıc Hüseynov ona demişdir ki, evin qızıllarıdı, pula ehtiyyacları olduğu üçün satır, o da ona inanmışdır. Əgər həmin qızıl əşyalarının oğurluq olmasını bilsəydi qızılları almazdı və dərhal polisə məlumat verərdi. Qılıc onu inandırmışdır ki, həmin qızıl əşyaları evlərinin əşyalarıdır, o da ona inanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən zaman X3 ifadəsində göstərmişdir ki, o, hal hazırda Tovuz rayonu Əlibəyli kəndində qeydiyyatda olmağıma baxmayaraq faktiki olaraq Tovuz rayonu Aşağı-Öysüzlü kəndində yaşayır, heç bir yerdə işləmir. 18 oktyabr 2022-ci il tarixdə günorta saatlarında o, evdə olmuşdur. Qonşuları Mehriban onlara gəlmiş və ona bir ədəd qızıl boyunbağı göstərib demişdir ki, bu boyunbağını 1000 manata satır. Bacısı Tovuz rayonu Aşağı-Quşçu kəndində yaşayan Şahid1 xəstə olan vaxt özünün boyunbağısını satmış, yerinə boyunbağı almaq istəmişdir. O, qonşuları Mehribanın boyunbağı satdığını deyəndə bacısı Elnarəyə zəng vurub demişdir ki, qonşuları qızıl boyunbağı satır. Elnarə ona demişdir ki, gəlim baxım xoşuma gəlsə alaram. O, bacısı Elnarəyə zəng vurandan bir az sonra onların evinə gəlmişdir. Onların evdə bacısı Elnarə qonşuları Mehribanın gətirdiyi qızıl boyunbağıya baxıb bəyənmiş və 1000 manat pul verib həmin qızıl boyunbağını qonşuları Mehribandan almışdır. Mehriban pulu alıb boyunbağını bacısı Elnarəyə vermiş və çıxıb getmişdir. Qonşuları Mehriban həmin boyunbağını bacısı Elnarəyə satanda həmin boyunbağının oğurluq olmasını onlara bildirməmişdir. O, həmin boyunbağının oğurluq olmasını bilməmiş və xəbəri olmamışdır. Həmin boyunbağının oğurluq olduğunu əvvəlcədən bilsəymiş həmin boyunbağını bacısı Elnarənin almasına razı olmayacağını və bacısı Elnarənin də həmin boyunbağını almayacağını və dərhal polisə məlumat verəcəyini bildirmişdir. O, elə başa düşmüşdür ki, həmin boyunbağı qonşuları Mehribanın özünün boyunbağıdır və buna görə də Mehribana inanıb bacısı Elnarəyə demişdir ki, qonşuları boyunbağı satır. Elnarə də həmin boyunbağını bəyənib almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid1 ifadəsində göstərmişdir ki, o, hal hazırda Tovuz rayonu Aşağı-Quşçu kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. 18 oktyabr 2022-ci il tarixdə gündüz saat təxminən 12 radələrində bacısı Tovuz rayonu Yuxarı-Öysüzlü kəndində yaşayan X3 ona zəng vurub demişdir ki, qonşusu qızıl boyunbağı satır, 1000 manata verirlər yaxşı boyunbağıdır, həmin qiymətə dəyər. O da bacısı Növrəstəyə demişdir ki, yaxşı boyunbağıdısa almaq istəyirəm. Növrəstə ona demişdir ki, gəl bizə boyunbağıya bax. O, Tovuz rayonu Yuxarı-Öysüzlü kəndinə bacısı Növrəstənin evinə getmişdir. Orada bacısı Növrəstə qonşusunu çağırmış, həmin qadın bir ədəd qızıl boyunbağı gətirib ona göstərmişdir. O, həmin boyunbağıya baxıb bəyənmişdir. Həmin qadın bildirmişdir ki, boyunbağını 1000 manata satır. O, həmin qadınla həmin qızıl boyunbağını 1000 manata danışıb razılaşmış və həmin qadına bacısı Növrəstənin evində min manat məbləğində nəğd pul verib boyunbağını həmin qadından almışdır. Həmin boyunbağı hal hazırda ondadır və o, həmin qızıl boyunbağını istintaqa təqdim edə biləcəyini bildirmişdir. O, həmin boyunbağının oğurluq olmasını bilməmiş, xəbəri olmamışdır. O, həmin boyunbağının əvvəlcədən oğurluq olduğunu biləcəyi təqdirdə həmin boyunbağını almayacağını və dərhal polisə məlumat verəcəyini bildirmişdir. Həmin boyunbağını satan onun bacısı Növrəstənin yaxın qonşusu olduğu üçün o, elə başa düşmüşdür ki, həmin qadının öz boyunbağıdır. Ona görə də həmin qadına inanıb həmin boyunbağını almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaqı aparılması qərara alınmışdır. “Şübhəli şəxs qismində tutma barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində qeyd olunan əməli törətməkdə şübhəli bilindiyi üçün həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsə ittiham elan etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri iıə təqsirləndirilən şəxs qismində işə baxılmasına cəlb edilmiş, ona həmin maddələr üzrə ittiham elan edilmişdir. “Tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və o həmin tarixdə müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 6/6596-9/8308 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş məmulatların hər biri 583/585 əyarlı qızıldan hazırlanmışdır. Təqdim edilmiş məmulatların ayrı-ayrılıqda tərkibi,əyarı və digər göstəriciləri (qaşların təbiəti, damğası, adları və s.) Cədvəl 1-də göstərilmişdir. Ekspertiza tədqiqatına təqdim edilən məmulatların modeli və digər göstəriciləri nəzərə alınmaqla 2022-ci ilin oktyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 5686,0 manat müəyyən edilir. Həmin əşyalarının ayrı-ayrılıqda adları və qiymətləri cədvəl 1-də göstərilmişdir. Ekspertizaya təqdim edilməyən və nəzəri olaraq qiymətləndirilməsi tələb olunan məmulatlardan - 1 ədəd 5 ədəd brilyant qaşları olan 7 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı qızıl üzüyün üzərində olan brilyant qaşların ölçüləri (çəkiləri), keyfiyyət və digər parametrləri qərarda qeyd olunmadığından qiymətləndirilmə aparılmadı, 1 ədəd gül formalı xırda brilyant qaşları olan 7 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı qızıl üzüyün üzərində olan brilyant qaşların ölçüləri (çəkiləri), keyfiyyət və digər parametrləri qərarda qeyd olunmadığından qiymətləndirilmə aparılmadı, 1 ədəd qırx ayaq modelli 583 əyarlı, 6 qram çəkidə Ermənistan Respublikasında istehsal olunmuş qızıl üzüyün 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri olaraq- 510,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli 9/76 nömrəli ekspert rəyində göstərilmişdir ki, qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Respublika ərazisində yerləşən ticarət şəbəkələrində, mağazalarda, internet saytlarında və eləcədə Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza haqqında qərarda göstərilən malların 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən aşağıdakı kimidir. 1 ədəd 40 litr həcmində tutumu olan, təzə işlənməmiş təzə alüminium materialdan olan qazan-60 manat, 1 ədəd 20 litrlik tutumu olan, təzə işlənməmiş təzə alüminium materialdan olan qazan -40 manat, 1 ədəd 10 litrlik tutumu olan, təzə işlənməmiş təzə alüminium materialdan olan qazan -35 manat, 1 ədəd 5 litrlik tutumu olan, təzə işlənməmiş təzə alüminium materialdan olan qazan -25 manat, 1 ədəd 1 metr diametrində alüminum qazan aydın deyil, 1 ədəd 9 kq.ACE markalı paltar yumaq üçün istifadə edilən yuyucu toz (paraşok) 19,60 manat, 1 ədəd işlənmiş vəziyyətdə olan, heç bir sınığı zədəsi olmayan, Rusiya istehsalı olan, işlək vəziyyətdə olan su matoru-aydın deyil, 1 ədəd 4 KV-lıq Rusiya istehsalı olan, işlək vəziyyətdə olan heç bir sınığı zədəsi olmayan “Dinamo”- məlum deyil, 1 ədəd 585 əyarlı Rusiya istehsalı olan, 2,61 qram çəkidə qaşsız qızıl üzük (kalso)-221,85 manat, 1 cüt Rusiya istehsalı olan 585 əyarlı,2,57 qram çəkidə olan qızıl sırğa-218,45 manat, 1 ədəd Rusiya istehsalı olan 585 əyarlı 5,29 qram çəkidə olanqaşsız qızıl üzük-449,65 manat, 1 ədəd Rusiya istehsalı olan 585 əyarlı, 5,78 qram çəkidə qızıl sadə qaşlı üzük-491,3 manat, 1 ədəd Rusiya istehsalı olan 585 əyarlı 4,92 qram çəkidə olan qızıl qaşsız üzük-418,2 manat, 1 ədəd Rusiya istehsalı olan 585 əyarlı qızıl boyunbağı-aydın deyil, 1 cüt 583 əyarlı Rusiya istehsalı olan qaşsız qızıl sırğa –aydın deyil, 1 cüt 583 əyarlı Rusiya istehsalı olan 4,5 qram çəkidə qaşsız qızıl üzük-382,5 manat, 1 ədəd 583 əyarlı, Rusiya istehsalı olan 7,56 qram çəkidə qızıl sırğa-642,6 manat. Beləliklə ekspertiza təyini haqqında qərarda göstərilən 12 adda malların 2022-ci ilin oktyabr ayına olan orta bazar ilə ümumi dəyəri nəzəri qayadada təxminən 3004.15 manat müəyyən olunur. Digər 05 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, istismar müddəti, texniki göstəriciləri, qızıl zinət əşyalarının kütləsi və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/123 saylı rəydə göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş və ekspertiza təyini haqqında qərarda göstərilən malların 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: 1 ədəd tədqiqata təqdim edilmiş Çin istesallı, “Redmi” markalı “M2101K7Ag” model mobil telefonun (qoburu ilə birlikd) satış üçün komlektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 290,0 manat Nəzəri qaydada: 1 ədəd işlək vəziyyətdə olan, işlənmiş, heç bir sınığı zədəsi olmayan, “Samsung A03” markalı mobil telefonun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq- 180,0 manat. Digər 2 adda mobil telefonlar haqqında kifayət qədər məlumat (modeli,istehsal yeri,istismar müddəti, yaddaş tutumu və s.) haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/77 saylı rəydən görünür ki, ekspertiza velosipedlərin 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur: 1 ədəd 5 ay müddətində istifadə olunmuş, təkərlərinin şinləri yarıdan çox işlənmiş, “Zumma” markalı 26-lıq, işlənmiş vəziyyətdə olan, sürət ötürücülü, heç bir sınığı zədəsi olmayan Rusiya istehsalı, işlək vəziyyətdə olan velosiped-150,0 manat; 1 ədəd 8 ay müddətində istifadə olunmuş, 24-lük, tam işlək vəziyyətdə olan, sürət ötürücülü, “STELS” markalı, Rusiya istehsalı, heç bir sınığı zədəsi olmayan, təkərlərinin şinləri yarıya qədər işlənmiş velosiped-100,0 manat. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli hökm ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 9 (doqquz) ay 11 (on bir) gün hissəsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 4 (dörd) ay 20 (iyrimi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsində göstərilmişdir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 01 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cümaddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın bir qisminin ödənilməsini, habelə cinayət törədən zaman onun habelə yektinlik yaşına çatmamış şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeydolunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsinhəyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətlərinin xarakterini, həmin əməllərə görə cəzasını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı xx.xx.2022 -ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi müvəqqəti saxlama yerində saxlanıldığı müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 qızına məxsus cəmi 5686 manat dəyərində 3 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı və 1 cüt qızıl sırğanın, habelə Zərərçəkmiş şəxs3 məxsus 250 manat dəyərində 1 ədəd “Redmi Not 10” markalı mobil telefonun sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 260 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 4 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 qızına məxsus cəmi 5686 manat dəyərində 3 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı və 1 cüt qızıl sırğanın, habelə Zərərçəkmiş şəxs3 məxsus 250 manat dəyərində 1 ədəd “Redmi Not 10” markalı mobil telefonun sahiblərinə qaytarılması nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 260 (iki yüz altmış) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar