Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-63/2023 25.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Belarusiya Respublikası Mozır şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində 4 nəfər azyaşlı və 1 nəfər yetkinlik yaşına çatmayan uşaqları olan, Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən üzərində 03 il azadlıqdan məhrum etmə cəzası saxlanılmış, məhkumluğu ödənilməmiş, Tovuz rayonu Aşağı Öysüzlü kəndində qeydiyyatda olan və həbs edilənədək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq yəni, ümumi təmiz çəkisi 480 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, hazırlayıb üzərində saxlayaraq daşıyarkən 26 yanvar 2023-cü il tarixdə saat 10:10 radələrində Ağstafa st. XPB-nın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz şəhəri İsmayıl Mürşüdov küçəsində yerləşən Tovuz stansiyasının peronunda saxlanılaraq həmin ünvanda yerləşən Tovuz satnsiyasında X3 gətirilərək üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli parça materialdan tikilmiş gödəkcənin sol iç tərəfindən göy-yaşıl rəngli, üzərinə bir tərəfinə “Maşa” digər tərəfinə “Maşa və Ayı” sözləri yazılmış polietilen torbadan satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, hazırlayıb üzərində saxlayaraq daşıdığı şəxsi istehlak miqdarından artıq yəni, 1 (bir) ədəd göyyaşıl rəngli polietilen torbada təmiz çəkisi 480 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Tovuz rayonu Aşağı Öysüzlü kəndində yaşayır. Fərdi əməklə məşğul olmaqla dolanır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Təxminən 5 ildir ki, narkotik vasitədən istifadə edir. O, 2022-ci ilin sentyabr ayında Tovuz rayonu Düz Cırdaxan kəndinin ərazisində, Bakı–Qazax dəmiryolu xəttinin kənarında piyada olaraq gəzərkən orada dəmiryolunun kənarında yabanı halda bitmiş nəşə kollarının olmasını müəyyənləşdirmişdir. Həmin 5 ədəd yabanı halda olan “nəşə” - çətənə kollarından toplayıb elə orada yaxınlıqda da sərib qurutmuşdur. Nəşəni qurutduqdan sonra onun hissələrindən arabir götürüb təmizləyərək qurudulmuşundan büküb siqaretə doldurub çəkmiş, qalan hissəsini isə sellafon torbanın içərisinə qurudulmuş halda doldurub saxlamış və üstündə gəzdirmişdir. Sonuncu dəfə 26 yanvar 2023-cü il tarixdə saat təxminən 10 radələrində həmin narkotik vasitəni sellafon torba ilə birlikdə götürüb Tovuz dəmiryolu vağzalının pilləkənləri ilə perona doğru gedərkən polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim etmiş və onun qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamağında və daşımağında şübhəli olduğunu bildirərək Tovuz st. X3 dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Tovuz st XPM-nə getmişdir. Polis Məntəqəsində olan zaman xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunması üçün ona müdafiəçilərin siyahısı təqdim edilmiş və həmin müdafiəçilərdən kimi istəyirsə seçə biləcəyi, əgər seçməkdə tərəddüd edirsə bugün növbətçi vəkilin yardımından istifadə edə biləcəyi bildirilmişdir. O, təqdim olunmuş vəkillərin siyahısından Müdafiəçi hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. Həmin sənədlər müdafiəçi tərəfindən ona ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli parça materialdan tikilmiş gödəkcənin sol iç tərəfindən göy-yaşıl rəngli, üzərinə bir tərəfinə “Maşa” digər tərəfinə “Maşa və Ayı” sözləri yazılmış, içərisində nəşə kimi tanıdğı narkotik vasitə marixuana olan polietilen sellefonu təqdim etmişdir. Həmin narkotik vasitəni sellofan ilə birlikdə elektron tərəzidə çəkmişlər, marixuananın ümumi çəkisi 492,5 qram olması müəyyən edilmişdir. Daha sonra həmin sellefon torba qablaşdırılmış, möhürlənərək üzəri iştirkçılar və onun tərəfindən imzalanmış, bu barədə protokol tərtib olunmuşdur. O və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər. Həmin vaxt videoçəkiliş aparılmışdır. Daha sonra üzərində şəxsi axtarış keçirilmış və qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra həmin narkotik vasitə olan qurudulmuş marixuananı yığıb qurutduğu yerə, yəni Tovuz rayonu Düz Cırdaxan kəndinin ərazisində, Bakı–Qazax dəmiryolu xəttinin kənarına onun həmin polis əməkdaşları, müdafiəçinin və mütəxəssisin iştirakı ilə baxış keçirtmişlər. Həmin əraziyə baxış zamanı dəmiryolundan təxminən 17 metr sol tərəfdə bitmiş 5 ədəd çətənə koluna oxşar bitkilərin olduğu müəyyən edilmişdir. O, 2022-ci ilin sentyabr ayında Tovuz rayonu Düz Cırdaxan kəndinin ərazisində, Bakı–Qazax dəmiryolu xəttinin kənarında bitmiş 5 ədəd yabanı halda olan “nəşə” - çətənə kollarından toplayıb elə orada yaxınlıqda sərib qurutmuşdur. Baxış zamanı həmçinin Tovuz rayonu Düz Cırdaxan kəndinin ərazisində, dəmiryolunun kənarında boş sahədə bitmiş 5 (beş) ədəd yabanı halda olan çətənə koluna oxşar bitkinin budaqlarının qırılıb aparıldığını, yalnız gövdəsinin aşağı hissələrinin qaldığını müəyyənləşdirilmişdir. Həmin çətənə kollarının yerdə olan gövdələri polis əməkdaşları tərəfindən çıxarılaraq gələcəkdə zərurət yaranarsa tədqiq olunması üçün götürülmüşdür. Həmin 5 ədəd çətənə bitkisinin yerdə olan gövdələrinin torpaq üzərində olan hissələrinə baxış keçirərkən mütəxəssis Şahid2 həmin çətənə kollarına aqrotexniki qulluq göstərilmədiyini bildirmişdir. O, həmin narkotik vasitə olan qurudulmuş marixunanı 2022-ci ilin sentyabr ayında Tovuz rayonu Düz Cırdaxan kəndinin ərazisində, Bakı–Qazax dəmiryolu xəttinin kənarında piyada olaraq gəzərkən orada dəmiryolunun kənarında yabanı halda bitmiş nəşə kollarının olmasını müəyyənləşdirmiş və həmin kolları yığıb qurudaraq əldə etmiş, Tovuz rayonu Düz Cırdaxan kəndinin ərazisində, Bakı–Qazax dəmiryolu xəttinin kənarında bitmiş 5 ədəd narkotik tərkibli çətənə bitkilərinə hər hansı formada qulluq etməmiş, o, əldə edib saxladığı narkotik vasitə olan qurudulmuş marixuananı heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmiş, belə bir məqsədi də olmamış, onun narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsindən, saxlamağından heç kəsin, o cümlədən ailə üzvlərinin də xəbərləri olmamış, o bu narkotik vasitəni dəmləyib içmək üçün toplamışdır. Barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmiş, bununla əlaqədar hər hansı vəsatəti və şikayəti olmamışdır. Hazırda əməlindən peşmandır və himayəsində 5 nəfər uşaqları vardır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Mikayıl oğlu ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Amil adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Tovuz rayonu Aşağı Öysüzlü kənd sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daha sonra həmin məlumat əsasında Ağstafa st. XPB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis kapitanı Şahid4 və Ağstafa st. XPB-nın Tovuz st. XPM-nın manqa komandiri vəzifəsində işləyən Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs Tovuz dəmiryol stansiyasında olması müəyyən edərək həmin əraziyə getmişlər. Onlar Tovuz dəmiryolu stansiyasında olan zaman Təqsirləndirilən şəxs həmin stansiyanın peronunda olduğunu görüb sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib və Tovuz st. XPM-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Tovuz st. XPM-na getmişdir. Tovuz st. XPM-da Təqsirləndirilən şəxs təhqiqatçı Babək Həsənov tərəfindən hüquq və vəzifələri sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ilkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş təqdim olunmuş və üzərində hər hansı narkotik vasitə və qanunsuz əşyanın olub-olmadığı soruşulmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça materialdan tikilmiş gödəkcənin sol iç tərəfindən saxladığı göy-yaşıl rəngli, üzərinə bir tərəfinə “Maşa” digər tərəfinə “Maşa və Ayı” sözləri yazılmış polietilen torbanı təqdim etmişdir. Həmin polietilen sellofan torbaya baxış keçirən zaman içərisində ilk baxışda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, həmin kütlə polietilen sellefon ilə birlikdə elektron tərəzidə çəkilmiş və polietilen sellefon ilə birlikdə çəkisi 492 qram müəyyən olunmuşdur. Bundan sonra həmin kütlə sellefon ilə birlikdə qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd cib dəsmalı və bir ədəd ətir, sağ yan cibindən bir ədəd alışqan və bir ədəd “West” markalı siqaret aşkar edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd cib dəsmalı, bir ədəd ətir, bir ədəd alışqan və bir ədəd “West” markalı siqaret iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs əvvəllər mütəmadi olaraq narkotik vasitə istifadə etdiyini, üstündən aşkar olunan kəskin iyli maddənin “nəşə” - “qurudulmuş marixuana” olduğunu və həmin narkotik vasitəni 2022-ci ilin sentyabr ayında Tovuz rayonu Düz Cırdaxan kəndinin ərazisindən Bakı – Qazax dəmiryolu xəttinin kənarında bitmiş 5 (beş) ədəd yabanı halda olan “nəşə” - çətənə kollarından toplayıb elə orada yaxınlıqda da sərib qurutduğunu və sonra da oradan arabir götürüb siqaretə doldurub çəkdiyini bilbildirmişdir. Bundan sonra onların və aqronom X5 X1 sektorunun müdiri Şahid2 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitəni 2022-ci ilin sentyabr ayında Tovuz rayonu Düz Cırdaxan kəndinin ərazisindən Bakı – Qazax dəmiryolu xəttinin kənarında bitmiş 5 ədəd yabanı halda olan “nəşə” - çətənə kollarından toplayıb elə orada yaxınlıqda da sərib qurutduğunu və sonra da oradan arabir götürüb siqaretə doldurub çəkdiyini bildirməsi ilə əlaqədar Təqsirləndirilən şəxs çətənə kollarından narkotik vasitə topladığı yerə getmişlər. Həmin əraziyə, yəni şübhəli şəxs Təqsirləndirilən şəxs göstərməsinə əsasən, Tovuz rayonu Düz Cırdaxan kəndinin ərazisindən Bakı – Qazax dəmiryolunun kənarına baxış zamanı dəmiryolundan təxminən 17 metr sol tərəfdə bitmiş 5 ədəd çətənə koluna oxşar bitkilərin olduğunu müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayında Tovuz rayonu Düz Cırdaxan kəndinin ərazisində, Bakı – Qazax dəmiryolu xəttinin kənarında bitmiş 5 ədəd yabanı halda olan “nəşə” - çətənə kollarından toplayıb elə orada yaxınlıqda sərib qurutduğunu bildirmişdir. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs göstərməsinə əsasən, Tovuz rayonu Düz Cırdaxan kəndinin ərazisində, dəmiryolunun kənarında boş sahədə bitmiş 5 (beş) ədəd yabanı halda olan çətənə koluna oxşar bitkinin budaqlarının qırılıb aparıldığını, yalnız gövdəsinin aşağı hissələrinin qaldığını müəyyənləşdirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayında Tovuz rayonu Düz Cırdaxan kəndinin ərazisində, Bakı – Qazax dəmiryolu xəttinin kənarında bitmiş 5 ədəd yabanı halda olan “nəşə” - çətənə kollarından toplayıb elə orada yaxınlıqda da sərib qurutduğu həmin 5ədəd çətənə bitkinin yerdə olan gövdələri tərəflərindən çıxarılaraq gələcəkdə zərurət yaranarsa tədqiq olunması üçün götürülmüşdür. Həmin 5 ədəd çətənə bitkisinin yerdə olan gövdələrinin torpaq üzərində olan hissələrinə baxış keçirərkən mütəxəssis Şahid2 həmin çətənə kollarına aqrotexniki qulluq göstərilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid3 da Şahid1 Mikayıl oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə iclasında Şahid2 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, Qazax rayonu Göycəli kəndində qeydiyyatda olmaqla həmin ünavnda ailəsi ilə birlikdə yaşayır. Aqronom fəaliyyəti ilə məşğuldur, hal-hazırda isə X5 X1 sektorunun müdiri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Gəncə st. XPŞ-in Ağstafa XPB-in əməkdaşları ilə birlikdə şübhəli şəxs Təqsirləndirilən şəxs göstərməsinə əsasən, Tovuz rayonu Düz Cırdaxan kəndinin ərazisindən Bakı – Qazax dəmiryolunun kənarına getmişlər. Həmin ərazidə dəmir yolundan təxminən 17 metr sol tərəfdə bitmiş 5 ədəd çətənə koluna oxşar bitkilərin olduğunu müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayında Tovuz rayonu Düz Cırdaxan kəndinin ərazisində, Bakı – Qazax dəmiryolu xəttinin kənarında bitmiş 5 ədəd yabanı halda olan “nəşə” - çətənə kollarından toplayıb elə orada yaxınlıqda sərib qurutduğunu bildirmişdir. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs göstərməsinə əsasən, Tovuz rayonu Düz Cırdaxan kəndinin ərazisində, dəmiryolunun kənarında boş sahədə bitmiş 5 (beş) ədəd yabanı halda olan çətənə koluna oxşar bitkinin budaqlarının qırılıb aparıldığını, yalnız gövdəsinin aşağı hissələrinin qaldığını müəyyənləşdirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayında Tovuz rayonu Düz Cırdaxan kəndinin ərazisində, Bakı – Qazax dəmiryolu xəttinin kənarında bitmiş 5 ədəd yabanı halda olan “nəşə” - çətənə kollarından toplayıb elə orada yaxınlıqda da sərib qurutduğu həmin 5 ədəd çətənə bitkinin yerdə olan gövdələri polis əməkdaşları tərəfindən çıxarılaraq gələcəkdə zərurət yaranarsa tədqiq olunması üçün götürülmüşdür. O, həmin 5 ədəd çətənə bitkisinin yerdə olan gövdələrinin torpaq üzərində olan hissələrinə baxış keçirərkən həmin çətənə kollarına aqrotexniki qulluq göstərilmədiyi və bu barədə müvafiq rəy tərtib edərək Ağstafa XPB-na təqdim etmişdir. Təqsirləndirilən şəxs göstərdiyi Tovuz rayonu Düz Cırdaxan kəndinin ərazisində, Bakı – Qazax dəmiryolu xəttinin kənarında bitmiş 5 ədəd narkotik tərkibli bitkilər olan çətənə bitkilərinə aqrotekniki qaydada qulluq göstərilməmiş, onun Təqsirləndirilən şəxs və ailə üzvləri ilə heç bir düşmənçilik və ya ədavəti olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün 1 gün şübhəli şəxs qismində tutulmuşdur. “Baxış və götürmə barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça materialdan tikilmiş gödəkcənin sol iç tərəfindən saxladığı göy-yaşıl rəngli, üzərinə bir tərəfinə “Maşa” digər tərəfinə “Maşa və Ayı” sözləri yazılmış polietilen torbada sonradan məhkəmə-bioloji ekspertin vermiş olduğu rəyə əsasən təmiz çəkisi 480 qram olan narkotik tərkibli qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə Ekspertiza Mərkəzinin X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 16/143 nömrəli rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “Şübhəli şəxs Təqsirləndirilən şəxs..” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd polietilen torbada 480 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kusta üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində, “Şübhəli şəxs Təqsirləndirilən şəxs..” sözləri və imzalar olan baş-başa keçirilmiş sintetik kisədəki, sayı 5 (beş) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli - çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş bir ədəd sintetik kisədəki çətənə (kannabis) bitkiləri ilə və 1 ( bir) ədəd kağız paketdəki marixunana tərkiblərinə görə eynidirlər. Aqronom (mütəxəsis) Şahid2 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilməmişdir onlar yabanı halda bitmişdir. Həmin marixuanadan 0,2 qram tədqiqata sərf edildikdən sonra 479,8 qram qalmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən ona Tovuz Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli Azərbaycan Respublikası CM-nin 234.1 və 67.1-ci maddələri ilə təyin edilmiş 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla üzərində qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən altı ay müddətinə azaldılmış və cəzasını çəkmiş hesab edilərək cəzadan azad edilmiş, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli, 403 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Tovuz Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından həbs edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci ildə anadan olmuş Qabil adlı 1 nəfər yetkinlik yaşına çatmayan, xx.xx.2011-ci ildə anadan olmuş Aqil, xx.xx.2014-cü ildə anadan olmuş Habil, xx.xx.2015-ci ildə anadan olmuş Rəhim və xx.xx.2016-cı ildə anadan olmuş Aygün adlı 4 nəfər azyaşlı uşaqları vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilmişdir ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. İş materialları ilə təsdiqini tapır ki, bir ədəd sellofan paketdə 480 qram təmiz çəkiyə malik, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayətprosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş yenidən cinayət əməli törətmişdir. Bu səbəbdən Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf edib səmimi peşman olmasını, himayəsində 1 nəfər yetkinlik yaşına çatmayan və 4 nəfər azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hal, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi müvəqqəti saxlama yerində saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Bununla yanaşı iş üzrə maddi sübut – Gəncə st. XPŞ-nin saxlama anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 479,8 qram qurudulmuş marixuana və 5 (beş) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli - çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 01 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 27 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə st. XPŞ-nin saxlama anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 479,8 qram qurudulmuş marixuana və 5 (beş) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli - çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-63/2023
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-63/2023
25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver