Məhkəmə qərarları › İş №1(062)-64/2025

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-64/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-64/2025 11.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X23 və Zərərçəkmiş şəxs4 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, məhkumluğu olmayan, Xocalı rayonu, Kosalar kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrar ələ keçirmişdir. Belə ki, o, Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2020-ci il tarixli, K-183 nömrəli əmri ilə Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun məsləhətçisi vəzifəsinə təyin olunaraq xx.xx.2025-ci il tarixədək həmin vəzifədə işlədiyi müddətdə qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Tovuz rayonu, Aşağı Mülkülü kənd sakini Zərərçəkmiş şəxs15 Tovuz rayonu ərazisində fəaliyyət göstərən uşaq bağçalarından birinə hər hansı bir işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, sonuncudan 11 aprel 2022-ci il tarixdə, istintaqa məlum olmayan vaxtda sonuncunun yaşadığı Tovuz rayonu, Aşağı Mülkülü kəndində yerləşən fərdi yaşayış evinin həyətində 4000 (dörd min) manat məbləğində pul vəsaitini nağd şəkildə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs15 məxsus ümumilikdə 4000 (dörd min) manat məbləğində pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2020-ci il tarixli, K-183 nömrəli əmri ilə Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun məsləhətçisi vəzifəsinə təyin olunaraq xx.xx.2025-ci il tarixədək həmin vəzifədə işlədiyi müddətdə qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Tovuz rayonu, Yuxarı Öysüzlü kənd sakini Zərərçəkmiş şəxs17 Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən M.Məmmədov adına orta məktəbə xadiməçi işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, 2022-ci ilin aprel ayının ortalarında, istintaqa məlum olmayan gündə və vaxtda Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi ərazisində 4000 (dörd min) manat məbləğində pul vəsaitini nağd şəkildə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs17 məxsus ümumilikdə 4000 (dörd min) manat məbləğində pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Tovuz rayonu, Yuxarı Öysüzlü kənd sakini Zərərçəkmiş şəxs16 borc adı ilə qaytaracağına dair yalan vəd verib aldadaraq, 2022-ci ilin aprel ayının axırlarında, istintaqa məlum olmayan gündə və vaxtda Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi ərazisində 2000 (iki min) manat məbləğində pul vəsaitini nağd şəkildə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs16 məxsus ümumilikdə 2000 (iki min) manat məbləğində pul vəsaitini etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2020-ci il tarixli, K-183 nömrəli əmri ilə Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun məsləhətçisi vəzifəsinə təyin olunaraq xx.xx.2025-ci il tarixədək həmin vəzifədə işlədiyi müddətdə qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Tovuz rayonu Yuxarı Öysüzlü kənd sakini Zərərçəkmiş şəxs7 Tovuz rayonu Qazıqulu kənd tam orta məktəbinə laborant işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, sonuncudan 16 fevral 2023-cü il tarixdə, istintaqa məlum olmayan vaxtda ünvan 1 ünvanında yerləşən Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun inzibati binasının qarşısında 900 (doqquz yüz) manat və 23 fevral 2023-cü il tarixdə, istintaqa məlum olmayan vaxtda ünvan 1 ünvanında yerləşən Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun inzibati binasının qarşısında 700 (yeddi yüz) manat məbləğlərində pul vəsaitlərini nağd şəkildə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs7 məxsus ümumilikdə 1600 (bir min altı yüz) manat məbləğində pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2020-ci il tarixli, K-183 nömrəli əmri ilə Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun məsləhətçisi vəzifəsinə təyin olunaraq xx.xx.2025-ci il tarixədək həmin vəzifədə işlədiyi müddətdə qulluq mövqeyindən istifadə etməklə özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Tovuz rayonu, Alakol kənd sakini Zərərçəkmiş şəxs3 sonuncunun baldızları X3 və X4 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanından keçirəcəyinə dair yalan vəd verib aldadaraq 2024-cü ilin iyun ayının əvvəllərində, istintaqa məlum olmayan gündə və vaxtda ünvan 1 ünvanında yerləşən Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun inzibati binasının qarşısında Zərərçəkmiş şəxs3 məxsus “Mercedes Benz” markalı avtomobildə sonuncudan 6000 (altı min) manat məbləğində pul vəsaitini nağd şəkildə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 məxsus xeyli miqdarda ümumilikdə 6000 (altı min) manat məbləğində pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrar Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2020-ci il tarixli, K-183 nömrəli əmri ilə Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun məsləhətçisi vəzifəsinə təyin olunaraq xx.xx.2025-ci il tarixədək həmin vəzifədə işlədiyi müddətdə qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Tovuz rayonu, Dondar Quşçu kənd sakini Zərərçəkmiş şəxs6 Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində fəaliyyət göstərən uşaq bağçalarından birinə musiqi rəhbəri vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, sonuncudan 01 iyul 2024-cü il tarixdə, saat 15 radələrində ünvan 1 ünvanında yerləşən Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun inzibati binasında xidməti iş otağında 3000 (üç min) manat məbləğində pul vəsaitini nağd şəkildə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs6 məxsus ümumilikdə 3000 (üç min) manat məbləğində pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2020-ci il tarixli, K-183 nömrəli əmri ilə Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun məsləhətçisi vəzifəsinə təyin olunaraq xx.xx.2025-ci il tarixədək həmin vəzifədə işlədiyi müddətdə qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Tovuz şəhər sakini Zərərçəkmiş şəxs9 sonuncunun Ağdaş rayonu Ləki kənd tam orta məktəbində müəllimə işləyən həyat yoldaşı X9 iş yerinin Tovuz rayonu ərazisində fəaliyyət göstərən orta məktəblərdən birinə dəyişdirəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissəhissə olmaqla Zərərçəkmiş şəxs9 qayınatası Ramiz Məmmədov tərəfindən 19 iyul 2024-cü il tarixdə, saat 21:11-də Ağdaş rayonu, Ləki kəndində yerləşən marketdə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-də olan 5243-7544-4409-93-27 nömrəli kart hesabına 1500 (bir min beş yüz) manat, Zərərçəkmiş şəxs9 tərəfindən 22 iyul 2024-cü il tarixdə, saat 10:41də Tovuz şəhəri, M.Musayev küçəsində yerləşən “Soliton” məişət avadanlıqları mağazasında quraşdırılmış ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-də olan 5243-7544-4409-93-27 nömrəli kart hesabına 1400 (bir min dörd yüz) manat məbləğində pul vəsaitlərinin köçürülməsinə nail olub və 22 iyul 2024-cü il tarixdə, saat 16 radələrində Tovuz şəhəri, Sabir küçəsində Zərərçəkmiş şəxs9 100 (bir yüz) manat məbləğində pul vəsaitini nağd şəkildə alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs9 məxsus ümumilikdə 3000 (üç min) manat məbləğində pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2020-ci il tarixli, K-183 nömrəli əmri ilə Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun məsləhətçisi vəzifəsinə təyin olunaraq xx.xx.2025-ci il tarixədək həmin vəzifədə işlədiyi müddətdə qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Tovuz rayonu, Qovlar şəhər sakini Zərərçəkmiş şəxs14 əvvəllər işlədiyi Tovuz rayonu, Qovlar şəhərində yerləşən Orxan Cabbarov adına internat məktəbinə ibtidai sinif müəlliməsi işinə bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq, sonuncu tərəfindən 20 avqust 2024-cü il tarixdə, saat 11:54 radələrində Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “Bazarstore” mağazasında quraşdırılmış ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-də olan 5243-7544-4409-93-27 nömrəli kart hesabına 1000 (bir min) manat məbləğində pul vəsaitinin köçürülməsinə nail olub, Zərərçəkmiş şəxs14 məxsus ümumilikdə 1000 (bir min) manat məbləğində pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2020-ci il tarixli, K-183 nömrəli əmri ilə Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun məsləhətçisi vəzifəsinə təyin olunaraq xx.xx.2025-ci il tarixədək həmin vəzifədə işlədiyi müddətdə qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Tovuz rayonu Alakol kənd sakini Zərərçəkmiş şəxs8 sonuncunun gəlini Şahid3 Tovuz rayonu Alakol kənd uşaq bağçasına aşpaz işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs8 02 sentyabr 2024-cü il tarixdə, istintaqa məlum olmayan gündə və vaxtda ünvan 1 ünvanında yerləşən Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun inzibati binasının qarşısında 5000 (beş min) manat məbləğində pul vəsaitini nağd şəkildə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs8 məxsus ümumilikdə 5000 (beş min) manat məbləğində pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Tovuz rayonu, Kirən kənd sakini Zərərçəkmiş şəxs19 sonuncunun qızı Zərərçəkmiş şəxs18 Tovuz şəhəri ərazisində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alacağına dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs19 03 sentyabr 2024-cü il tarixdə, istintaqa məlum olmayan vaxtda Tovuz rayonu, Kirən kəndində 3000 (üç min) manat məbləğində pul vəsaitini nağd şəkildə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs19 məxsus ümumilikdə 3000 (üç min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Tovuz rayonu, Kirən kənd sakini Zərərçəkmiş şəxs18 Tovuz şəhəri ərazisində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alacağına dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə olmaqla 21 sentyabr 2024-cü il tarixdə, istintaqa məlum olmayan vaxtda Tovuz şəhəri, Sabir küçəsində 3282 (üç min iki yüz səksən iki) manat və 02 oktyabr 2024-cü il tarixdə, istintaqa məlum olmayan vaxtda Tovuz şəhəri, Sabir küçəsində 1202 (bir min iki yüz iki) manat məbləğlərində pul vəsaitlərini nağd şəkildə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs18 məxsus ümumilikdə 4484 (dörd min dörd yüz səksən dörd) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Tovuz rayonu Əlibəyli kənd sakini Zərərçəkmiş şəxs10 borc adı ilə qaytaracağına dair yalan vəd verib aldadaraq, 2024-cü ilin oktyabr ayının əvvəllərində, istintaqa məlum olmayan gündə və vaxtda Tovuz şəhəri, Z.Axundov küçəsində 4080 (dörd min səksən) manat məbləğində pul vəsaitini nağd şəkildə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs10 məxsus ümumilikdə 4080 (dörd min səksən) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2020-ci il tarixli, K-183 nömrəli əmri ilə Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun məsləhətçisi vəzifəsinə təyin olunaraq xx.xx.2025-ci il tarixədək həmin vəzifədə işlədiyi müddətdə qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Tovuz rayonu, Qovlar şəhər sakini Zərərçəkmiş şəxs13 əvvəllər işlədiyi Tovuz rayonu, Qovlar şəhərində yerləşən Orxan Cabbarov adına internat məktəbinə ibtidai sinif müəlliməsi işinə bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə sonuncu tərəfindən 20 avqust 2024cü il tarixdə, saat 11:07 radələrində mobil telefonunda olan bank tətbiqi vasitəsi ilə Bakı şəhəri ərazisindən "xxxx" ASC-də olan 5243-7544-4409-93-27 nömrəli kart hesabına 1000 (bir min) manat, 07 noyabr 2024-cü il tarixdə, saat 10:58 radələrində Tovuz şəhəri ərazisində yerləşən ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-də olan 5243-7544-4409-93-27 nömrəli kart hesabına 1000 (bir min) manat məbləğində pul vəsaitlərinin köçürülməsinə nail olub, Zərərçəkmiş şəxs13 məxsus ümumilikdə 2000 (iki min) manat məbləğində pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2020-ci il tarixli, K-183 nömrəli əmri ilə Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun məsləhətçisi vəzifəsinə təyin olunaraq xx.xx.2025-ci il tarixədək həmin vəzifədə işlədiyi müddətdə qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Tovuz rayonu Əyyublu kənd sakini Zərərçəkmiş şəxs12 sonuncunun Tovuz rayonu İsakənd kənd orta məktəbində müəllimə işləyən gəlini X10 iş yerinin Tovuz rayonu Əyyublu kənd orta məktəbinə dəyişdirəcəyinə dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs12 16 noyabr 2024-cü il tarixdə, istintaqa məlum olmayan vaxtda Tovuz şəhəri, Heydər Əliyev prospektində yerləşən məscidin qarşısında 5000 (beş min) manat məbləğində pul vəsaitini nağd şəkildə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs12 məxsus ümumilikdə 5000 (beş min) manat məbləğində pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2020-ci il tarixli, K-183 nömrəli əmri ilə Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun məsləhətçisi vəzifəsinə təyin olunaraq xx.xx.2025-ci il tarixədək həmin vəzifədə işlədiyi müddətdə qulluq mövqeyindən istifadə etməklə özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Tovuz rayonu, Dondar Quşçu kənd sakini Zərərçəkmiş şəxs1 sonuncunun Ağstafa rayonu, Yuxarı Göycəli tam orta məktəbində müəllimə işləyən həyat yoldaşı X1 iş yerinin Tovuz rayonu ərazisində fəaliyyət göstərən orta məktəblərdən birinə dəyişdirəcəyinə dair yalan vəd verib aldadaraq 2024-cü ilin noyabr ayında, istintaqa məlum olmayan gündə və vaxtda Tovuz rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında Zərərçəkmiş şəxs1 məxsus “Toyota-Prius” markalı avtomobildə sonuncudan 10000 (on min) manat məbləğində pul vəsaitini nağd şəkildə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 məxsus xeyli miqdarda ümumilikdə 10000 (on min) manat məbləğində pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2020-ci il tarixli, K-183 nömrəli əmri ilə Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun məsləhətçisi vəzifəsinə təyin olunaraq xx.xx.2025-ci il tarixədək həmin vəzifədə işlədiyi müddətdə qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Tovuz rayonu, Aşağı Öysüzlü kənd sakini Zərərçəkmiş şəxs4 Tovuz rayonu, Əlimərdanlı kənd tam orta məktəbinə təsərrüfat müdiri vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, sonuncudan 2024-cü ilin dekabr ayının əvvəllərində, istintaqa məlum olmayan gündə və vaxtda ünvan 1 ünvanında yerləşən Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun inzibati binasının qarşısında 2500 (iki min beş yüz) manat və 19 dekabr 2024-cü il tarixdə, istintaqa məlum olmayan gündə və vaxtda Tovuz şəhəri, M.Zeynalov küçəsində yerləşən avtomobil keçidinin yaxınlığında 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitlərini nağd şəkildə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 5000 (beş min) manat məbləğində pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2020-ci il tarixli, K-183 nömrəli əmri ilə Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun məsləhətçisi vəzifəsinə təyin olunaraq xx.xx.2025-ci il tarixədək həmin vəzifədə işlədiyi müddətdə qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Tovuz rayonu, Ağdam kənd sakini Zərərçəkmiş şəxs2 Tovuz rayonu, Ağdam kəndində fəaliyyət göstərən uşaq bağçasına texniki işçi kimi düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə sonuncudan 10 dekabr 2024-cü il tarixdə, istintaqa məlum olmayan gündə və vaxtda ünvan 1 ünvanında yerləşən Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun inzibati binasının qarşısında 1450 (bir min dörd yüz əlli) manat və 26 dekabr 2024-cü il tarixdə, istintaqa məlum olmayan gündə və vaxtda ünvan 1 ünvanında yerləşən Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun inzibati binasının qarşısında 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitlərini nağd şəkildə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 2950 (iki min doqquz yüz əlli) manat məbləğində pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2020-ci il tarixli, K-183 nömrəli əmri ilə Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun məsləhətçisi vəzifəsinə təyin olunaraq xx.xx.2025-ci il tarixədək həmin vəzifədə işlədiyi müddətdə qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Tovuz rayonu, Hacı Həsənli kənd sakini Zərərçəkmiş şəxs5nu sonuncunun oğlu X21 Tovuz rayonu Kirən kənd tam orta məktəbinə təsərrüfat müdiri vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, sonuncudan 2025-ci ilin yanvar ayının əvvəllərində, istintaqa məlum olmayan gündə və vaxtda ünvan 3 ünvanında yerləşən A.Puşkin adına tam orta məktəbin qarşısında 1000 (bir min) manat və 2025-ci ilin yanvar ayının əvvəllərində, istintaqa məlum olmayan gündə və vaxtda ünvan 1 ünvanında yerləşən Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun inzibati binasının qarşısında 500 (beş yüz) manat məbləğlərində pul vəsaitlərini nağd şəkildə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs5 məxsus ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2020-ci il tarixli, K-183 nömrəli əmri ilə Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun məsləhətçisi vəzifəsinə təyin olunaraq xx.xx.2025-ci il tarixədək həmin vəzifədə işlədiyi müddətdə qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Tovuz şəhər sakini Zərərçəkmiş şəxs11 sonuncunun qızı Şahid2 Tovuz şəhər A.S.Puşkin adına tam orta məktəbə laborant işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə olmaqla Zərərçəkmiş şəxs11 2025-ci ilin yanvar ayının axırlarında, istintaqa məlum olmayan gündə və vaxtda sonuncunun yaşadığı Tovuz şəhəri, M.Zeynalov küçəsində 1500 (bir min beş yüz) manat və 2025-ci ilin yanvar ayının axırlarında, istintaqa məlum olmayan gündə və vaxtda sonuncunun yaşadığı Tovuz şəhəri, M.Zeynalov küçəsində 1500 (bir min beş yüz) manat məbləğlərində pul vəsaitlərini nağd şəkildə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs11 məxsus ümumilikdə 3000 (üç min) manat məbləğində pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 fevral 2020-ci il tarixdə dövlət qulluğu xətti ilə işə qəbul olaraq Tovuz rayon Təhsil Sektoruna məsləhətçi, yəni inspektor vəzifəsinə təyinat almışdır. Həmin vaxtdan 03 fevral 2025-ci il tarixə qədər o, Tovuz rayon Təhsil Sektorunda həmin vəzifədə çalışmışdır. Onun fəaliyyətinin əsas istiqamətləri Tovuz rayonu ərazisində yerləşən məktəb və məktəbə qədər təhsil müəssisələrinin fəaliyyətlərinə nəzarət etmək olmuşdur. Həmin vaxtlar ərzində o, Tovuz şəhəri, H.Aslanov küçəsində yerləşən fərdi yaşayış evlərindən birində kirayədə yaşamışdır. Son bir ayı da Tovuz rayon Qaz İdarəsinin yaxınlığında, Gülsüm adlı qadının evində kirayədə qalmışdır. O, məlum hadisələrlə bağlı 03 fevral 2025-ci il tarixdə Tovuz rayon Təhsil Sektorunda işdən xaric olunmağı ilə bağlı rəsmi ərizə ilə müraciət etmiş və o gündən sonra bir daha Tovuz rayon Təhsil Sektoruna işə getməmişdir. Verilən ittiham ilə tam razı olduğunu bildirərək qeyd etmişdir ki, bir neçə ildir ki, tanıdığı Tovuz rayonu, Alakol kənd sakini Zərərçəkmiş şəxs3 baldızlarını diaqnostik qiymətləndirmə imtahanından keçirəcəyini vəd verib 2024-cü ilin iyun ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə Tovuz rayon Təhsil Sektorunun qarşısında Zərərçəkmiş şəxs3 məxsus avtomobildə Zərərçəkmiş şəxs3 6000 (altı min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə sonuncunun ona olan etibarından sui-istifadə edərək ələ keçirmişdir. Həmin vaxt avtomobildə ondan və Zərərçəkmiş şəxs3 başqa hər hansı şəxs və ya şəxslər olmamışdır. Bundan başqa o, tanışı, Tovuz rayonu, Dondar Quşçu kənd sakini Zərərçəkmiş şəxs6 sonuncunu Tovuz rayonu, Aşağı Quşçu kənd bağçalarından birinə musiqi rəhbəri vəzifəsinə düzəldəcəyini vəd verib 01 iyul 2024-cü il tarixdə Tovuz rayon Təhsil Sektorunun inzibati binasında yerləşən iş otağında 3000 (üç min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə sonuncunun ona olan etibarından suiistifadə edərək ələ keçirmişdir. Həmin vaxt onun Tovuz rayon Təhsil Sektorunun inzibati binasında yerləşən iş otağında ondan və Zərərçəkmiş şəxs6 başqa hər hansı şəxs və ya şəxslər olmamışdır. O, bu günə qədər Zərərçəkmiş şəxs6 2500 (iki min beş yüz) manat məbləğində olan pul vəsaitini özünə geri qaytarmışdır. Bundan başqa o, tanışı, Tovuz rayonu, Dondar Quşçu kənd sakini Zərərçəkmiş şəxs1 Ağstafa rayonu, Yuxarı Göycəli tam orta məktəbində müəllimə işləyən, arvadı X1 iş yerini Ağstafa rayonundan Tovuz rayonu ərazisinə dəyişdirəcəyini vəd verib 2024-cü ilin noyabr ayında, dəqiq xatırlamadığı gündə Tovuz rayon İcra Hakimiyyətinin yaxınlığında Zərərçəkmiş şəxs1 məxsus avtomobildə Zərərçəkmiş şəxs1 10000 (on min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə sonuncunun ona olan etibarından sui-istifadə edərək ələ keçirmişdir. Həmin vaxt avtomobildə ondan və Zərərçəkmiş şəxs1 başqa hər hansı şəxs və ya şəxslər olmamışdır. Bundan başqa o, bir neçə aydır ki, Emin adlı Tovuz rayon sakini kimi tanıdığı şəxsin vasitəsi ilə tanış olduğu Tovuz rayonu, Ağdam kənd sakini Zərərçəkmiş şəxs2 sonuncunu Tovuz rayonu, Ağdam kənd bağçasına texniki işçi kimi işə düzəldəcəyini vəd verib 2024-cü ilin dekabr ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə Tovuz rayon Təhsil Sektorunun qarşısında Zərərçəkmiş şəxs2 tanışı Emin adlı şəxsin avtomobilində Zərərçəkmiş şəxs2 1450 (bir min dörd yüz əlli) manat məbləğində, 26 dekabr 2024-cü il tarixdə isə Zərərçəkmiş şəxs2 tanışı Emin adlı şəxsin avtomobilində 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə sonuncunun ona olan etibarından sui-istifadə edərək ələ keçirmişdir. O, ümumilikdə 2024-cü ilin dekabr ayı ərzində Zərərçəkmiş şəxs2 onu Tovuz rayon Ağdam kənd bağçasına texniki işçi kimi işə düzəltmək adı ilə aldadıb Zərərçəkmiş şəxs2 ümumilikdə 2950 (iki min doqquz yüz əlli) manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Həmin vaxt Emin adlı şəxsin avtomobilində ondan, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2 əri Rəşad adlı şəxsdən və Emin adlı şəxsdən başqa hər hansı şəxs və ya şəxslər olmamışdır. Bundan başqa o, tanışı, Tovuz rayonu, Aşağı Öysüzlü kənd sakini Zərərçəkmiş şəxs4 sonuncunun qohumunu Tovuz rayonu, Əlimərdanlı kənd məktəbinə təsərrüfat müdiri vəzifəsinə işə düzəldəcəyini vəd verib 2024-cü ilin dekabr ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə Tovuz rayon Təhsil Sektorunun qarşısında 2500 (iki min beş yüz) manat məbləğində, 19 dekabr 2024-cü il tarixdə isə Tovuz rayon Avtomobil keçidinin yaxınlığında 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə sonuncunun ona olan etibarından sui-istifadə edərək ələ keçirmişdir. O, ümumilikdə 2024-cü ilin dekabr ayı ərzində Zərərçəkmiş şəxs4 qohumunu Tovuz rayonu, Əlimərdanlı kənd məktəbinə təsərrüfat müdiri vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadıb Zərərçəkmiş şəxs4 ümumilikdə 5000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Zərərçəkmiş şəxs4 2024-cü ilin dekabr ayı ərzində ona iki dəfəyə ümumilikdə 5000 (beş min) manat məbləğində pul vəsaiti Tovuz rayonu ərazisində verən zaman onların yanlarında Zərərçəkmiş şəxs4 xalası qızı Şahid1 da olmuşdur. Bundan başqa o, tanışı, Tovuz rayonu, Hacı Həsənli kənd sakini Zərərçəkmiş şəxs5 sonuncunun oğlu Təbriz adlı şəxsi Tovuz rayonu, Kirən kənd məktəbinə təsərrüfat müdiri vəzifəsinə işə düzəldəcəyini vəd verib 2025-ci ilin yanvar ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə Tovuz rayon Puşkin adına orta məktəbin qarşısında 1000 (bir min) manat məbləğində, ondan bir-iki gün sonra, 2025-ci ilin yanvar ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə isə Tovuz rayon Təhsil Sektorunun inzibati binasının qarşısında 500 (beş yüz) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə sonuncunun ona olan etibarından sui-istifadə edərək ələ keçirmişdir. O, ümumilikdə 2025-ci ilin yanvar ayı ərzində Zərərçəkmiş şəxs5nun oğlu Təbrizi Tovuz rayonu, Kirən kənd məktəbinə təsərrüfat müdiri vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadıb Zərərçəkmiş şəxs5 ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Zərərçəkmiş şəxs5 2025-ci ilin yanvar ayı ərzində ona iki dəfəyə ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti Tovuz rayonu ərazisində verən zaman onların yanlarında hər hansı kənar şəxs və ya şəxslər olmamışdır. Bundan başqa o, Tovuz rayonu, Yuxarı Öysüzlü kənd sakini Zərərçəkmiş şəxs7 sonuncunu Tovuz rayonu, Qaziqulu kənd orta məktəbinə laborant vəzifəsinə işə düzəldəcəyini yalan vəd verib aldadaraq 16 fevral 2023-cü il tarixdə Tovuz şəhəri, Fariz Ələkbərov küçəsində yerləşən Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon Təhsil Sektorunun inzibati binasında Zərərçəkmiş şəxs7 900 (doqquz yüz) manat məbləğində, 23 fevral 2023-cü il tarixdə Tovuz şəhəri, Fariz Ələkbərov küçəsində yerləşən Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon Təhsil Sektorunun inzibati binasında Zərərçəkmiş şəxs7 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini əlbəəl almaqla Zərərçəkmiş şəxs7 məxsus cəmi 1600 (bir min altı yüz) manat məbləğində pul vəsaitini dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. O, bu günə qədər dələduzluq yolu ilə Zərərçəkmiş şəxs7 ələ keçirmiş olduğu 1600 (bir min altı yüz) manat məbləğində pul vəsaitindən 750 (yeddi yüz əlli) manat məbləğində olan pul vəsaitini Zərərçəkmiş şəxs7 özünə geri qaytarmışdır. O, Zərərçəkmiş şəxs7 sonuncunu işə düzəldəcəyi vədi qarşılığında əlbəəl nağd pul vəsaiti aldığı zaman Zərərçəkmiş şəxs7 yanında atası Şahid4 da olmuşdur. Bundan başqa o, Tovuz rayonu, Alakol kənd sakini Zərərçəkmiş şəxs8 sonuncunun gəlini Şahid3 Tovuz rayonu, Alakol kənd bağçasına aşpaz vəzifəsinə işə düzəldəcəyini yalan vəd verib aldadaraq 02 sentyabr 2024cü il tarixdə Tovuz şəhəri, Fariz Ələkbərov küçəsində yerləşən Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon Təhsil Sektorunun inzibati binasında Zərərçəkmiş şəxs8 5000 (beş min) manat məbləğində pul vəsaitini əlbəəl almaqla Zərərçəkmiş şəxs8 məxsus 5000 (beş min) manat məbləğində pul vəsaitini dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. O, Zərərçəkmiş şəxs8 sonuncunun gəlini Kamiləni işə düzəldəcəyi vədi qarşılığında əlbəəl nağd pul vəsaiti aldığı zaman Zərərçəkmiş şəxs8 yanında gəlini Şahid3 da olmuşdur. Bundan başqa o, Tovuz şəhəri, M.Musayev küçəsi, ev 3, mənzil 116-da qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs9 sonuncunun arvadı X9 iş yerini Ağdaş rayon məktəbindən Tovuz rayon məktəblərindən birinə dəyişdirməyi yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs9 qayınatası Ramiz Məmmədov tərəfindən 19 iyul 2024-cü il tarixdə, saat 21:11-də Ağdaş rayonu, Ləki kəndində yerləşən marketin içərisində olan ödəmə terminalından onun "xxxx" ASC-yə aid 5243-7544-4409-93-27 nömrəli kart hesabına 1500 (bir min beş yüz) manat, Zərərçəkmiş şəxs9 tərəfindən 22 iyul 2024-cü il tarixdə, saat 10:41də Tovuz şəhəri, M.Musayev küçəsində yerləşən “Soliton” məişət avadanlıqları mağazasının içərisində olan ödəmə terminalından onun "xxxx" ASC-yə aid 5243-7544-4409-93-27 nömrəli kart hesabına 1400 (bir min dörd yüz) manat məbləğində pul vəsaitinin köçürülməsinə nail olub, 22 iyul 2024-cü il tarixdə, saat 16 radələrində Tovuz şəhəri, Sabir küçəsində Zərərçəkmiş şəxs9 100 (yüz) manat məbləğində pul vəsaitini əlbəəl almaqla Zərərçəkmiş şəxs9 məxsus cəmi 3000 (üç min) manat məbləğində pul vəsaitini dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. O, Zərərçəkmiş şəxs9 arvadı Nurlana Məmmədovanın iş yerini dəyişəcəyi vədi qarşılığında əlbəəl nağd pul vəsaiti aldığı zaman onların yanlarında başqa hər hansı şəxs və ya şəxslər olmamışdır. Bundan başqa o, Tovuz rayonu, Əlibəyli kəndində qeydiyyatda olmaqla Tovuz şəhəri, Zaur Axundov küçəsi, blok 1, ev 1-də yaşayan Zərərçəkmiş şəxs10 2024-cü ilin oktyabr ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə Tovuz şəhəri, Z.Axundov küçəsində 4080 (dörd min səksən) manat məbləğində pul vəsaiti borc almışdır. Lakin pulu qaytarmaq niyyəti olmamışdır. Çünki maddi durumu buna əl verməmişdir. 2024-cü ilin oktyabr ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə Tovuz şəhəri, Z.Axundov küçəsində Zərərçəkmiş şəxs10 4080 (dörd min səksən) manat məbləğində pul vəsaitini borc aldığı zaman onların yanlarında başqa hər hansı şəxs və ya şəxslər olmamışdır. O, 2025-ci ilin yanvar ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə Zərərçəkmiş şəxs10 2000 (iki min) manat məbləğində pul vəsaitini özünə geri qaytarmışdır. O, Tovuz şəhəri, Zaur Axundov küçəsi, blok 1, ev 1-də yaşayan Zərərçəkmiş şəxs10 2024-cü ilin oktyabr ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə Tovuz şəhəri, Z.Axundov küçəsində 4080 (dörd min səksən) manat məbləğində pul vəsaiti borc aldıqdan sonra iş üzrə zərərçəkmiş şəxs qismində tanınan ayrı-ayrı şəxslərdən müəyyən məbləğlərdə pul vəsaitləri ələ keçirsə də o, həmin pul vəsaitlərini özünə aid olan ayrı-ayrı tələbatları üçün xərcləmişdir. Bundan başqa o, Tovuz şəhəri M.Zeynalov küçəsində yaşayan Zərərçəkmiş şəxs11 qızı Şahid2 Tovuz rayon A.S.Puşkin adına orta məktəbə lobarant vəzifəsinə işə düzəldəcəyini yalan vəd verib aldadaraq 2025-ci ilin yanvar ayının axırlarında, dəqiq xatırlamadığı gündə Tovuz şəhəri, M.Zeynalov küçəsində Zərərçəkmiş şəxs11 yaşadığı evdə Zərərçəkmiş şəxs11 1500 (bir min beş yüz) manat, ondan bir neçə gün sonra, 2025-ci ilin yanvar ayının axırlarında, dəqiq xatırlamadığı gündə Tovuz şəhəri, M.Zeynalov küçəsində Zərərçəkmiş şəxs11 yaşadığı evdə Zərərçəkmiş şəxs11 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini əlbəəl almaqla Zərərçəkmiş şəxs11 məxsus cəmi 3000 (üç min) manat məbləğində pul vəsaitini dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. O, 2025-ci ilin yanvar ayının axırlarında, dəqiq xatırlamadığı günlərdə Tovuz şəhəri, M.Zeynalov küçəsində Zərərçəkmiş şəxs11 yaşadığı evdə ümumilikdə sonuncunun 3000 (üç min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirdiyi zaman onların yanlarında Zərərçəkmiş şəxs11 qızı Şahid2 və bacısı Şahid9 olmuşlar. Bundan başqa o, Tovuz rayonu, Əyyublu kənd sakini Zərərçəkmiş şəxs12 sonuncunun gəlini X10 iş yerini Tovuz rayonu, İsakənd kənd orta məktəbindən Tovuz rayonu, Əyyublu kənd orta məktəblərindən birinə dəyişəcəyini yalan vəd verib aldadaraq 16 noyabr 2024-cü il tarixdə Tovuz şəhəri, Heydər Əliyev prospektində yerləşən Tovuz rayon Məscidinin qarşısında Zərərçəkmiş şəxs12 məxsus avtomobildə Zərərçəkmiş şəxs12 5000 (beş min) manat məbləğində pul vəsaitini əlbəəl almaqla Zərərçəkmiş şəxs12 məxsus 5000 (beş min) manat məbləğində pul vəsaitini dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. O, Zərərçəkmiş şəxs12 gəlini Sevgin Quliyevanın iş yerini dəyişəcəyi vədi qarşılığında əlbəəl nağd pul vəsaiti aldığı zaman onların yanlarında başqa hər hansı şəxs və ya şəxslər olmamışdır. Bundan başqa o, ünvan 4-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs13 sonuncunu Tovuz rayonu, Qovlar şəhərində yerləşən Orxan Cabbarov adına internat məktəbindəki əvvəlki iş yerinə, yəni ibtidai sinif müəlliməliyinə yenidən bərpa edəcəyini yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs13 tərəfindən 20 avqust 2024-cü il tarixdə, saat 11:07-də Bakı şəhəri ərazisində Zərərçəkmiş şəxs13 mobil telefonunda olan bank tətbiqi vasitəsi ilə onun "xxxx" ASC-yə aid 5243-7544-4409-93-27 nömrəli kart hesabına 1000 (bir min) manat, 07 noyabr 2024-cü il tarixdə, saat 10:58-də Zərərçəkmiş şəxs13 tərəfindən Tovuz şəhəri ərazisində yerləşən marketin içərisində olan ödəmə terminalından onun "xxxx" ASC-yə aid 5243-7544-4409-93-27 nömrəli kart hesabına 1000 (bir min) manat məbləğində pul vəsaitinin köçürülməsinə nail olub Zərərçəkmiş şəxs13 məxsus cəmi 2000 (iki min) manat məbləğində pul vəsaitini dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Bundan başqa o, ünvan 5-da qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs14 sonuncunu Tovuz rayonu, Qovlar şəhərində yerləşən Orxan Cabbarov adına internat məktəbindəki əvvəlki iş yerinə, yəni ibtidai sinif müəlliməliyinə yenidən bərpa edəcəyini yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs14 tərəfindən 20 avqust 2024-cü il tarixdə, saat 11:54-də Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “Bazarstore” adlı marketin içərisində olan ödəmə terminalından onun "xxxx" ASC-yə aid 5243-7544-4409- 93-27 nömrəli kart hesabına 1000 (bir min) manat məbləğində pul vəsaitinin köçürülməsinə nail olub Zərərçəkmiş şəxs14 məxsus 1000 (bir min) manat məbləğində pul vəsaitini dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Bundan başqa o, Tovuz rayonu, Aşağı Mülkülü kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Zərərçəkmiş şəxs15 sonuncunu Tovuz rayonu ərazisində olan uşaq bağçalarından birinə işə düzəltməyi yalan vəd verib aldadaraq 11 aprel 2022-ci il tarixdə Tovuz rayonu, Aşağı Mülkülü kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs15 yaşadığı evin həyətində Zərərçəkmiş şəxs15 4000 (dörd min) manat məbləğində pul vəsaitini əlbəəl almaqla Zərərçəkmiş şəxs15 məxsus 4000 (dörd min) manat məbləğində pul vəsaitini dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs15 ondan pul aldığı zaman özünə məxsus mobil telefonu ilə onun şəklini də çəkmişdir. Yəni Zərərçəkmiş şəxs15 özünə məxsus mobil telefonu ilə onun şəklini çəkən zaman ondan ələ keçirmiş olduğu 4000 (dörd min) manat məbləğində pul vəsaiti onun sağ əlində olmuş və həmin vaxt onların yanlarında başqa şəxs və ya şəxslər olmamışdır. Bundan başqa o, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Zərərçəkmiş şəxs16 2022-ci ilin aprel ayının axırlarında, dəqiq xatırlamadığı gündə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi ərazisində 2000 (iki min) manat məbləğində pul vəsaiti borc almışdır. Lakin pulu qaytarmaq niyyəti olmamışdır. Çünki maddi durumu buna əl verməmişdir. O, Zərərçəkmiş şəxs16 2022-ci ilin aprel ayının axırlarında, dəqiq xatırlamadığı gündə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi ərazisində 2000 (iki min) manat məbləğində pul vəsaiti borc aldığı zaman onların yanlarında başqa şəxs və ya şəxslər olmamışdır. O, 2022-ci ilin aprel ayının axırlarında, dəqiq xatırlamadıqları gündə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yaşayan Zərərçəkmiş şəxs16 Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi ərazisində 2000 (iki min) manat məbləğində pul vəsaiti borc aldıqdan sonra iş üzrə zərərçəkmiş şəxs qismində tanınan ayrı-ayrı şəxslərdən müəyyən məbləğlərdə pul vəsaitləri ələ keçirsə də o, həmin pul vəsaitlərini özünə aid olan ayrı-ayrı tələbatları üçün xərcləmişdir. Ona görə də o, Zərərçəkmiş şəxs16 olan borcunu geri qaytara bilməmişdir. Bundan başqa o, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Zərərçəkmiş şəxs17 sonuncunu Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən Məmmədqara Məmmədov adına orta məktəbə xadiməçi kimi işə düzəldəcəyini yalan vəd verib aldadaraq 2022-ci ilin aprel ayının ortalarında, dəqiq xatırlamadığı gündə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi ərazisində yerləşən Məmmədqara Məmmədov adına orta məktəbin arxa tərəfində Zərərçəkmiş şəxs17 4000 (dörd min) manat məbləğində pul vəsaitini əlbəəl almaqla Zərərçəkmiş şəxs17 məxsus 4000 (dörd min) manat məbləğində pul vəsaitini dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Həmin vaxt onların yanlarında başqa şəxs və ya şəxslər olmamışdır. Bundan başqa o, Tovuz rayonu, Kirən kəndində qeydiyyatda olmaqla hazırda Tovuz şəhəri, 28 may küçəsi, ev 16-da yaşayan Zərərçəkmiş şəxs18 Tovuz şəhəri ərazisində fərdi yaşayış evi tikməsi üçün torpaq sahəsi alacağını yalan vəd verib aldadaraq 21 sentyabr 2024-cü il tarixdə Tovuz şəhəri, Sabir küçəsi ərazisində Zərərçəkmiş şəxs18 3282 (üç min iki yüz səksən iki) manat, 02 oktyabr 2024-cü il tarixdə Tovuz şəhəri, Sabir küçəsi ərazisində 1202 (bir min iki yüz iki) manat məbləğində pul vəsaitini əlbəəl almaqla Zərərçəkmiş şəxs18 məxsus cəmi 4484 (dörd min dörd yüz səksən dörd) manat məbləğində pul vəsaitini dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Həmin vaxtlarda, yəni o, Zərərçəkmiş şəxs18 pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirdiyi zamanlarda onların yanlarında başqa şəxs və ya şəxslər olmamışdır. Bundan başqa o, Tovuz rayonu, Kirən kənd sakini Zərərçəkmiş şəxs19 sonuncunun qızı Zərərçəkmiş şəxs18 Tovuz şəhəri ərazisində fərdi yaşayış evi tikməsi üçün torpaq sahəsi alacağını yalan vəd verib aldadaraq 03 sentyabr 2024-cü il tarixdə Tovuz rayonu, Kirən kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs19 yaşadığı evin həyətində Zərərçəkmiş şəxs19 3000 (üç min) manat məbləğində pul vəsaitini əlbəəl almaqla Zərərçəkmiş şəxs19 məxsus 3000 (üç min) manat məbləğində pul vəsaitini dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. O, 03 sentyabr 2024-cü il tarixdə Tovuz rayonu, Kirən kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs19 yaşadığı evin həyətində Zərərçəkmiş şəxs19 3000 (üç min) manat məbləğində pul vəsaitini əlbəəl alaraq ələ keçirdiyi zaman onların yanlarında Zərərçəkmiş şəxs19 qızı Zərərçəkmiş şəxs18 da olmuşdur. Onu da qeyd etmişdir ki, o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış ayrı-ayrı şəxslərə onların işə təyin olunmaqları barədə yazılı və elektron əmr formalarını özü hazırlamış və həmin yazılı və elektron əmr formalarını iş üzrə zərərçəkmiş şəxslərə göstərməkdə məqsədi onları özündən uydurmuş olduğu yalana inandırmaq olmuşdur. Həmin yazılı və elektron əmr formalarınının hamısını sonradan ələ keçməməsi üçün məhv edib yandırmış, telefonla kompyuterin isə yaddaşından tamamilə silmişdir. Hazırda həmin sənədlərin heç biri onda qalmamışdır. Habelə, törətmiş olduğu dələduzluq hadisələri ilə bağlı ona hər hansı şəxs və ya şəxslər köməklik etməmişlər. O, bu xoşagəlməz əməlləri özü tək şəkildə törətmişdir. Qeyd olunan cinayətin törədilməsində heç kimi heç bir formada iştirakı olmamış və bununla bağlı o, kimsəyə bu işdə ona kömək edəcəyi təqdirdə pul və ya digər başqa sair maddi nemətlər verəcəyi ilə bağlı vəd verməmişdir. O, dələduzluq yolu ilə Tovuz rayonu ərazisində yaşayan şəxslərdən ələ keçirmiş olduğu müəyyən məbləğlərdə olan pul vəsaitlərini şəxsi ehtiyacları və ayrı-ayrı şəxslərə olan pul borclarını ödəmək üçün xərcləmişdir. O, borca pul vəsaiti aldığı şəxslərin bir qisminin adı çəkmək istəmir, bir qisminin də adını hazırda xatırlamır. Hazırda etdiyi əməldən peşmandır. Odur ki, yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Tovuz rayonu Dondar Quşçu kəndində ailəsi ilə birlikdə yaşayır, fərdi əməklə məşğul olur. Tovuz rayon Təhsil Sektorunda məsləhətçi işləyən Valeh adlı şəxsi 3 ildən çoxdur ki, tanıyır. Münasibətləri hər zaman normal olmuş, aralarında əvvəldən ədavət və münaqişə olmamışdır. X6 həyat yoldaşıdır. Həyat yoldaşı 2 ildir ki, Ağstafa rayonu, Yuxarı Göycəli kənd tam orta məktəbində müəllimə işləyir. Arvadının iş yerini Tovuz rayonunda yerləşən məktəblərdən birinə dəyişmək qərarına gəlmişdir. Özü taksilik fəaliyyəti ilə məşğuldur. Valeh adl şəxsi dəfələrlə müştəri qismində ünvanlara aparmışdır. Söhbət əsnasında Təqsirləndirilən şəxs həyat yoldaşının iş yerini dəyişmək barəsində söhbət etmişdir. Valeh ona həyat yoldaşı Həcərxanımın iş yerini dəyişməkdə köməklik edə biləcəyini demişdir. Onlar söhbət edən zaman aralarında etibar və inam yaranmış və o, Valehə inanmışdır. 2024-cü ilin sentyabr ayının dəqiq xatırlamadığı günündə Valehlə söhbət edən zaman Valeh ondan həyat yoldaşının iş yerini dəyişmək üçün 10000 (on min) manat pul istəmişdir. O da Valeh ilə razılaşmışdır. 2024-cü ilin noyabr ayının dəqiq xatırlamadığı günündə Valehlə Tovuz rayon İcra Hakimiyyətinin yaxınlığında görüşmüş və Valehə özünə məxsus “Toyota Prius” markalı, **-CB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə həyat yoldaşı Həcərxanımın iş yerinin Ağstafa rayonundan Tovuz rayonuna dəyişmək üçün 10000 (on min) manat məbləğində nağd pulu əlbəəl sayıb vermişdir. Valeh ona həmin vaxt 2024-cü ilin dekabr ayında həyat yoldaşının iş yerini dəyişmək əmrinin gələcəyini demişdir. 2024-cü ilin dekabr ayında həyat yoldaşının iş yerini dəyişmək barədə əmr gəlməmişdir. O da Valehdən verdiyi 10000 (on min) manat məbləğində pul vəsaitini geri istədikdə Valeh müxtəlif bəhanələrlə pulu verməkdən imtina etmişdir. Hazırda ondan şikayətçidir və ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu, Ağdam kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç yerdə işəmir, evdar qadındır. Tovuz rayon Təhsil Sektorunda məsləhətçi işləyən Valeh adlı şəxsi 3 aya yaxındır ki, tanıyır. Belə ki, Valehi əri Şahid6 iş yoldaşı Şahid7 Nurədddin oğlunun vasitəsilə 2024-cü ilin dekabr ayının təxminən 10-da tanımışdır. O, özünə işləmək məqsədilə iş axtarmışdır. Həmin vaxt əri Rəşad iş yoldaşı Eminə zəng edərək ona iş axtardığını bildirmişdir. Emin isə Rəşada bir nəfər adam olduğunu, həmin şəxslə danışıb xəbər edəcəyini bildirmişdir. Təxminən iki saat sonra Rəşad ona zəng edərək Eminin zəng elədiyini və Tovuz rayon Ağdam kənd bağçasında iş yeri olduğunu bildirmişdir. Bundan başqa həmin işə qəbul olmaq üçün işi düzəldən adam yəni Valeh adlı şəxsə 3000 (üç min) manat pul verəcəklərini bildirmişdir. Həmin vaxt Rəşad işdə olduğu üçün onun ilə telefon əlaqəsi saxlamışdır. Daha sonra isə əri Rəşad ona evdə olan quzu və dananı satmağını və axşama pul düzəltməyini istəmişdir. O da dərhal evdə olan bir baş dişi dananı və üç baş qoyunu həmkəndlisinə ümumilikdə 1450(min dörd yüz əlli) manat dəyərində satmışdır. Daha sonra isə həmin gün axşam saatlarında Rəşad işdən evə gəlmiş və Eminin onları gözlədiyini bildirmişdir. O da hazırlaşaraq əri Rəşadın idarə etdiyi “VAZ 2106” minik markalı avtomobil ilə Tovuz şəhər ərazisində yerləşən “Turan” şadlıq sarayının qarşısına gəlmişlər. Həmin şadlıq sarayının qarşısında isə Emin ilə görüşüb Eminin avtomobili ilə hər üçü Tovuz rayon Təhsil şöbəsinin qarşısna gəlmişlər.Təhsil şöbəsinin qarşısında Eminin avtomobilində olan zaman bir nəfər şəxsin avtomobilə yaxınlaşdığını və avtomobilin qabaq sağ tərəf oturacağında əyləşmişdir. Sonradan həmin şəxsin adının Valeh olduğunu və Təhsil şöbəsində işlədiyini bilmişlər. Daha sonra 1450 (min dörd yüz əlli ) manat şəxsən özü sayaraq Valehə vermişdir. Valeh isə ona qalıq qalan 1500 (min beş yüz) manat pulul isə əmri veriləndə alacağını bildirmişdir. O da razılaşmışdır. Daha sonra isə Valeh avtomobildən düşüb getmiş, onlar isə yaşadıqları evə gəlmişlər. Həmin pulu o, əri Rəşad və Rəşadın iş yoldaşı Eminin yanında vermişdir. xx.xx.2024-cü il tarixdə isə Valeh istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin “Vatsaap” bölməsinə səs ataraq ondan attestat və ya şəhadətnaməsini istəmişdir. O isə Valehə attestatının olmadığını, lakin şəhadətnamənin olduğunu bildirmişdir. Daha sonra isə Valeh ondan həmin sənədi Təhsil şöbəsinə gətirməyini bildirmişdir. O da anası Şahid8 ilə birlikdə Təhsil şöbəsinə Valehin xidməti otağına gəlmişdir. Valehin xidməti otağında ondan ilk öncə işnən təmin olunmağı ilə əlaqədar ərizə almış, daha sonra isə şəhadətnaməni ondan götürmüş və onlar oradan çıxmışlar. Daha sonra xx.xx.2024-cü il tarixdə Valeh onun nömrəsinə zəng edərək qalıq qalan 1500 (min beş yüz) manat pulun təcili verilməsini istəmişdir. O da Valeh ilə razılaşaraq özünə məxsus qızıl-zinət əşyalarını Tovuz rayonunda yerləşən Turan banka girov qoyaraq 1500 (min beş yüz) manat pul götürmüşdür. Daha sonra isə Valehin yanına tək getməmək üçün Emin ilə əlaqə saxlamış və Emin ilə Təhsil şöbəsinin qarşısına getmişlər. Təhsil şöbəsinin qarşısında Valeh yenə Eminin avtomobilinə əyləşmiş və avtomobildə ondan 1500(min beş yüz) manat pulu alaraq 2025-ci ilin yanvar ayının 7-sində əmri veriləcəyini və işə çıxacağını bildirmişdir. Dasha sonra isə Valehə müxtəlif vaxtlarda telefon zəngləri etmiş və Valeh ona müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Ondan sonra ona məlum olmuşdur ki, Valeh onlara qarşı dələduzluq edir. Hazırda ondan şikayətçidir və ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, hazırda rəsmi olaraq Tovuz rayon İHB-nin Tovuz şəhər icra nümayəndəsi vəzifəsində işləyir. Onun daimi yaşayış yeri Tovuz rayonu, Alakol kəndidir. O, Tovuz rayon Təhsil Sektorunun inspektoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs 2024-cü ilin iyun ayının əvvəllərində dəqiq xatırlmadığı gündə tanımışdır. Onun baldızları X7 və X8 hər ikisi müəllimədir. X33 rayon Qovlar şəhər Sovet adına tam orta məktəbdə müəllimə işləyir. Nəcibə Zeynalova isə əvvəl Tovuz rayon Nurəddin Sadıqov adına Alakol kənd orta məktəbində müəllimə işləmişdir. Hər beş ildən bir müəllimə və müəllimələrin diaqnostik qiymətləndirmə imtahanı keçirilir. Onun baldızları olan X7 və X2 da imtahan vaxtları gəlib keçmişdir. Təxminən 2024-cü ilin may ayının axırlarında, dəqiq xatırlamadığı gündə baldızları X7 və X8 yaşadığı evə gələrək ondan imtahandan keçirməkləri üçün kömək istəmişlər. Həmin vaxt baldızları X7 və X8 ona Tovuz rayon Təhsil Sektorunda Valeh adlı şəxsin imtahandan keçməkləri üçün köməklik edə biləcəyini demişlər. Baldızlarına da tanışlarından kimsə Valeh adlı şəxsin onlara bu məsələ ilə bağlı köməklik edə biləcəyini demişlər. Lakin onlar özləri Valeh adlı şəxsi tanımırlar deyə bu barədə onun maraqlanmağını xahiş etmişlər. O da bu səbəblə Tovuz rayon Təhsil Sektorunun işçisi Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. O, əvvəl 2024-cü ilin iyun ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə Təqsirləndirilən şəxs mobil nömrəsini taparaq Təqsirləndirilən şəxslə əlaqə saxlamışdır. O, mobil telefon vasitəsi ilə Valeh adlı şəxslə danışıb Təqsirləndirilən şəxslə qiyabi olaraq tanış olduqdan sonra Valehdən baldızlarını diaqnostik qiymətləndirmə imtahanından keçirib-keçirə bilməyəcəyini soruşmuşdur. Həmin vaxt Valeh adlı şəxs ona baldızları X7 və X4 diaqnostik qiymətləndirmə imtahanından keçirə biləcəyini deyib ondan bunun üçün 6000 (altı min) manat məbləğində pul vəsaiti istəmişdir. Ondan sonra o, həmin gün, yəni 2024-cü ilin iyun ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə özünə məxsus avtomobil ilə Valeh adlı şəxsin işlədiyi Tovuz rayon Təhsil Sektorunun yerləşdiyi inzibati binanın qarşısına getmişdir. Bir neçə dəqiqə sonra Valeh adlı şəxs gələrək onun avtomobilinə əyləşmişdir. Həmin vaxt o, özünə məxsus avtomobildə 6000 (altı min) manat nağd pul vəsaitini əlbəəl sayaraq Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Valeh adlı şəxs ona baldızları X7 və X2 diaqnostik qiymətləndirmə imtahanından yüksək balla keçirəcəyini deyib çıxıb getmişdir. Lakin diaqnostik imtanlar keçirildikdən sonra baldızları X7 və X8 imtahandan kəsilmişlər. O, bu barədə zəng edib Təqsirləndirilən şəxs məlumat verdikdə Təqsirləndirilən şəxs məsələni həll edə bilmədiyini və bu səbəblə də ondan aldığı 6000 (altı min) manat məbləğində pul vəsaiti geri qaytacağını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs indiyədək ona müxtəlif bəhanələr gətirərək onun 6000 (altı min) manat məbləğində pul vəsaitini geri qaytarmamışdır. Belə olan halda o, Tovuz rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Baş vermiş dələduzluq hadisəsi nəticəsində ona 6000 (altı min) manat məbləğində maddi ziyan dəymişdir. Onun Təqsirləndirilən şəxs ilə aralarında hər hansı ədavət və yaxud düşmənçilk olmamışdır. 2024-cü ilin iyun ayının əvvəllərində, dəqiq xatırlamadığı ayrı-ayrı günlərdə ümumilikdə 6000 (altı min) manat məbləğində pul vəsaitini Tovuz rayonu ərazisində Valeh adlı şəxsə verdiyi zaman onların yanlarında başqa şəxs və ya şəxslər olmamışdır. Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək onun 6000 (altı min) manat məbləğində pul vəsaitini ələ keçirdiyi zaman ona bu işdə hər hansı şəxs və ya şəxslər köməklik etməmişdir. Belə ki, Valeh adlı şəxs onu özü tək şəkildə aldatmış və 6000 (altı min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Hazırda ondan şikayətçidir və ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2024-cü ilin noyabr ayında qohumlarından biri ondan xahiş etmişdir ki, məktəblərdən birinə işə düzəlməsinə köməklik göstərsin. O da bu məqsədlə 2024-cü ilin noyabr ayının axırlarında, dəqiq xatırlamadığı gündə Tovuz şəhərində yerləşən Tovuz rayon Təhsil Sektoruna getmiş və orada sektorun inspektoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. Təqsirləndirilən şəxs ona bu sahədə köməklik göstərəcəyini bildirib ondan bir qədər gözləməyini xahiş etmişdir. Həmin gün Valeh adlı şəxs ona sektorun müdiri Şahid5 ilə danışacağını və ona xəbər edəcəyini deyərək onun mobil nömrəsini götürmüşdür. 05 dekabr 2024-cü il tarixdə Valeh adlı şəxs ona zəng edərək qohumunu Tovuz rayonunda yerləşən məktəblərdən birinə təsərrüfat müdiri vəzifəsinə düzəldəcəyini bildirib bu işin ərsəyə gəlməsi üçün 5000 (beş min) manat məbləğində pul lazım olduğunu bildirmişdir. O da Valeh adlı şəxsdən bir qədər vaxt istəyib qohumu ilə əlaqə saxlamış və həmin vaxt qohumu ona hazırda o qədər pulunun olmadığını deyib həmin pulu onun düzəldib Valeh adlı şəxsə verməyini və sonra da həmin pulu onun özünə geri qaytaracağını demişdir. O, bu zaman yenidən Valeh adlı şəxslə danışmış və Valehə 5000 (beş min) manat məbləğində pul vəsatini verəcəyini bildirmişdir. O, 05 dekabr 2024-cü il tarixdə, saat 10 radələrində Təqsirləndirilən şəxs ilə Tovuz rayon Təhsil Sektorunun qarşısında görüşüb Valeh adlı şəxsə 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti vermişdir. Valeh adlı şəxs geri qalan 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini də qohumunun işə təyin olunma əmri gəldikdən sonra alacağını bildirmişdir. Həmin gün, yəni 05 dekabr 2024-cü il tarixdə Valeh adlı şəxs ondan 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini alıb çıxıb getmişdir. Həmin vaxt, yəni 05 dekabr 2024-cü il tarixdə Valeh adlı şəxsə 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini verdiyi zaman onun yanında xalası qızı Şahid1 Niayməddin qızı da olmuşdur. 19 dekabr 2024-cü il tarixdə Valeh adlı şəxs ona zəng edərək 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini də çatdırmalı olduğumu demişdir. O da həmin vaxt Valeh adlı şəxsə onların söhbətlərinin o cür olmadığını, onun 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini qohumunun işə təyin olunma əmri gəldikdən sonra verəcəyini Valeh adlı şəxsə xatırlatmışdır. Həmin vaxt Valeh adlı şəxs Tovuz rayon Təhsil Sektorunun müdiri Məhəbbət adlı qadının pulu istədiyini və pulu ondan aldıqdan sonra Qazax-Tovuz Regioanl Təhsil İdarəsinin müdiri Anar Məcidova verəcəyini bildirmişdir. Həmin vaxt Valeh adlı şəxs Qazax- Tovuz Regioanl Təhsil İdarəsinin işçilərinin və həmin idarənin rəhbəri X39 rayon Aşağı Quşçu kənd orta məktəbində şagirlərin tüstüdən zəhərlənmələri ilə bağlı Tovuz rayonunda olduqlarını ona demişdir. O da Valeh adlı şəxsin dediklərinə inanmış və 1470 (bir min dörd yüz yetmiş) ABŞ dollarını başqa bir şəxsdən borc alaraq Valeh adlı şəxsə 19 dekabr 2024-cü il tarixdə, Tovuz rayon Avtomobil keçidinin yaxınlığında vermişdir. Həmin vaxt, yəni 19 dekabr 2024-cü il tarixdə Valeh adlı şəxsə 1470 (bir min dörd yüz yetmiş) ABŞ dollarını verdiyi zaman onun yanında xalası qızı Şahid1 Niayməddin qızı da olmuşdur. O, həmin günün səhəri, 20 dekabr 2024-cü il tarixdə Tovuz rayon Təhsil Sektoruna getmiş və Valeh adlı şəxslə görüşmüşdür. Həmin gün o, Valeh adlı şəxslə onun iş otağında görüşmüş və Valeh adlı şəxs ona bildirmişdir ki, qohumunun işə çıxma əmri gəlib sadəcə bir ay müddət gözlədikdən sonra qohumum işə çıxacaqdır. Ondan sonra Valeh adlı şəxs ona qohumunun işə çıxması ilə bağlı bir vərəqdən ibarət əmri göstərmişdir. Həmin əmrdə səlahiyyətli şəxsin imzası ilə təsdiq olunmuş qohumu, adını qeyd etmək istəmədiyi şəxsin Tovuz rayon Əlimərdanlı kənd orta məktəbində təsərrüfat müdiri kimi təyin olunmağı göstərilmişdir. O, sonradan başa düşmüşdür ki, həmin əmr saxtadır və Valeh adlı şəxs onu inandırmaq üçün belə bir yola əl atmışdır. Çünki Valeh adlı şəxsin dediyi müddət gəlib çatsa da Valeh adlı şəxs onun qohumunu işə düzəldə bilməmişdir. O, Valeh adlı şəxs tərəfindən aldadıldığını öyrənmiş və bununla bağlı Tovuz rayon Prokurorluğuna və Tovuz rayon Polis Şöbəsinə müraciət etmişdir. Onun Təqsirləndirilən şəxs ilə aralarında hər hansı ədavət və yaxud düşmənçilk olmamışdır. 2024-cü il dekabr ayı ərzində ümumilikdə 5000 (beş min) manat məbləğində pul vəsaitini Tovuz rayonu ərazisində Valeh adlı şəxsə verdiyi zaman onların yanlarında xalası qızı Şahid1 olmuşdur. Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək onun ümumilikdə 5000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirdiyi zaman ona bu işdə düşünür ki, Tovuz rayon Təhsil Sektorunun müdiri Şahid5 köməklik etmişdir. Çünki Valeh adlı şəxs onu aldadaraq pulunu Məhəbbət adlı qadının adı ilə istəmiş və pulun Şahid5 çatacağını bildirmişdir. Hazırda ondan şikayətçidir və ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Tovuz rayon Təhsil Sektorunun inspektoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs həmin yerin işçisi kimi təxminən iki ildir ki, tanıyır. 2025-ci ilin yanvar ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə o, özünə məxsus avtomobil ilə Tovuz şəhərinə gedən zaman Tovuz rayon Polis Şöbəsinin qarşısına çatanda Valeh adlı şəxs əli ilə işarə edərək ondan avtomobili saxlamağını xahiş etmişdir. O da Təqsirləndirilən şəxs xahişi üzrə idarə etdiyi avtomobili saxlamış və həmin vaxt Valeh adlı şəxs onun avtomobilinə əyləşmişdir. Valeh ondan iş yerinə aparmağını xahiş etmişdir. O da Valeh adlı şəxsin iş yeri istiqamətində getdiyindən ona heç bir etiraz etməyib idarə etdiyi avtomobil ilə hərəkətinə davam etmişdir. Valeh adlı şəxs avtomobildə qabaq tərəfdən sərnişin oturacağında əyləşmiş və onunla ordan-burdan söhbət etməyə başlamışdır. Söhbət əsnasında o, Valeh adlı şəxsdən oğlu İbrahimov Təbrizin ali təhsilli olduğunu və iş tapa bilmədiyini demişdir. Həmin vaxt Valeh adlı şəxs ona bu sahədə köməklik edəcəyini bildirib oğlu Təbrizin yaşı və ali təhsili ilə maraqlanmışdır. O da həmin vaxt Valeh adlı şəxsə verdiyi suallar üzrə oğlu Təbrizlə bağlı cavablar vermişdir. O, idarə etdiyi avtomobil ilə Valeh adlı şəxsi Tovuz şəhərində yerləşən Tovuz rayon Təhsil Sektorunun inzibati binasının qarşısına gətirmişdir. Valeh adlı şəxs avtomobildən düşən zaman bu məsələ ilə maraqlanıb ona bir xəbər deyəcəyini bildirmiş və onun mobil nömrəsini götürmüşdür. Həmin gündən iki gün keçdindən sonra 2025-ci ilin yanvar ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə Valeh adlı şəxs ona zəng edərək oğlu Təbrizin iş məsələsinin həll ola biləcəyini bildirib onu Tovuz rayon Təhsil Sketoruna dəvət etmişdir. O, Təqsirləndirilən şəxs dəvət üzrə həmin gün Tovuz rayon Təhsil Sektoruna getmişdir. Onu Valeh adlı şəxs Tovuz rayon Təhsil Sektorunun inzibati binasında yerləşən öz iş otağında qarşılamışdır. Həmin gün, yəni sonra 2025-ci ilin yanvar ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə Valeh adlı şəxs öz iş otağnda ona bildirmişdir ki, oğlu Təbrizi Tovuz rayonu, Kirən kənd orta məktəbinə təsərrüfat müdiri vəzifəsinə düzəldə bilər və bunun üçün 4000 (dörd min) manat məbləğində pul vəsaiti lazım olduğunu bildirmişdir. O, həmin vaxt Valeh adlı şəxsə 4000 (dörd min) manat məbləğində pul vəsaitinə gücü çatmadığını bildirmişdir. Bu zaman Valeh adlı şəxs ad çəkmədən bu məsələni başqa bir adamla danışıb 3000 (üç min) manata endirəcəyini və həmin məbləği düzəltməyi üçün onu bir qədər gözləyəcəyini bildirmişdir. Belə ki, həmin vaxt Valeh adlı şəxs səhər ona 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini çatdırmalı olduğunu demişdir. O da Valeh adlı şəxslə razılaşmış və oradan çıxıb yaşadığı evə gəlmişdir. O, həmin gün 1000 (bir min) manat məbləğində pul vəsaiti düzəldib Valeh adlı şəxslə danışıb 1000 (bir min) manat məbləğində pul vəsaiti düzəltdiyini demişdir. Valeh də ona heç bir etiraz etmədən 1000 (bir min) manat məbləğində pul vəsaitini çatdırmalı olduğunu bildirmişdir. O, 2025-ci ilin yanvar ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə, təxminən saat 11 radələrində 1000 (bir min) manat məbləğində pul vəsaitini aparıb Tovuz rayon Puşkin adına orta məktəbin qarşısında Valeh adlı şəxsə vermişdir. Həmin gündən iki gün keçdikdən sonra Valeh adlı şəxs ona zəng edərək 500 (beş yüz) manat məbləğində pul vəsaitinin çatmalı olduğunu və həmin pulu Bakıya göndərəcəyini demişdir. O da yenə həmin gün 500 (beş yüz) manat məbləğində pul vəsaiti düzəldib 2025-ci ilin yanvar ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə, təxminən saat 10 radələrində Tovuz şəhərində yerləşən Tovuz rayon Təhsil Sektorunun qarşısında Valeh adlı şəxsə vermişdir. Həmin vaxt Valeh adlı şəxs ondan geriyə qalan 1500 (bir min beş yüz) manat pulu da oğlu Təbrizin əmri verildikdən sonra alacağını bildirmişdir. Həmin vaxt Valeh adlı şəxsdən oğlu Təbrizin işinin nə vaxt düzələcəyini soruşduqda Valeh ona 25 yanvar 2025-ci il tarixdə oğlu Təbrizin əmrinin gələcəyini bildirmişdir. O, Valeh deyən tarixi, yəni 25 yanvar 2025-ci ili gözləmişdir. Həmin tarix çatsa da Valeh adlı şəxsdən bir xəbər çıxmamış və oğlu Təbrizin işə düzəlməsi barədə əmr gəlməmişdir. O, belə olan halda həmin gün Valeh adlı şəxsə zəng etmiş və Valeh adlı şəxs ona Bələdiyyə seçkiləri ilə bağlı ərmin yubandığını və seçkilər başa çatandan sonra oğlu Təbrizin işə düzəlmə əmrinin gələcəyini bildirmişdir. O, Bələdiyyə seçkilərinin də başa çatdığını gözləmişdir. Ondan sonra belə onun oğlu Təbrizin işə düzəlməsi barədə əmr gəlməmiş və o, yenə bununla bağlı Valeh adlı şəxslə maraqlandıqda Valeh ondan müxtəlif bəhanələr gətirərək gözləməyini xahiş etmişdir. O, həmin vaxt başa düşmüşdür ki, Valeh adlı şəxs onun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etmiş və bu yolla onun 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirmişdir. O, Valeh adlı şəxsə verdiyi 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini ayrı-ayrı şəxslərdən borc alıb Valeh adlı şəxsə vermişdir. Belə olan halda o, Tovuz rayon Polis Şöbəsinə gələrək bununla bağlı ərizə ilə müraciət etmişdir. Onun Təqsirləndirilən şəxs ilə aralarında hər hansı ədavət və yaxud düşmənçilk olmamışdır.2025-ci il yanvar ayının əvvəllərində, dəqiq xatırlamadığı ayrı-ayrı günlərdə ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini Tovuz rayonu ərazisində Valeh adlı şəxsə verdiyi zaman onların yanlarında başqa şəxs və ya şəxslər olmamışdır. Sadəcə həmin məbləğdə pul vəsaitini Valeh adlı şəxsə verməyi ilə bağlı ailə üzvlərinə məlumat vermişdir. Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək onun ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirdiyi zaman ona bu işdə hər hansı şəxs və ya şəxslər köməklik etmişdir. Belə ki, Valeh adlı şəxs onu özü tək şəkildə aldatmış və 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Hazırda ondan şikayətçidir və ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Tovuz rayon Təhsil Sektorunun inspektoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs 2024-cü ilin iyun ayının axırlarında, dəqiq xatırlmadığı gündə tanımışdır. Belə ki, o, həmin vaxt Tovuz rayonu ərazisində yerləşən bağçalardan birinə işə düzəlmək üçün Tovuz rayon Təhsil Sektoruna getmişdir. O, Tovuz rayon Təhsil Sektorunda Valeh adlı şəxslə qaşılaşmışdır. Təqsirləndirilən şəxs həmin gün özünü ona sektorun məsləhətçi-inspektoru kimi təqdim edərək onun nə ilə bağlı sektora müraciət etməyinin səbəbini soruşmuşdur. O da həmin vaxt Valeh adlı şəxsə müraciətinin nə ilə bağlı olduğunu izah etmişdir. Təqsirləndirilən şəxs də onu adını qeyd etdiyi sektorun inzibati binasındakı iş otağına dəvət etmişdir. Valeh adlı şəxs həmin vaxt ona Tovuz rayonu ərazisində yerləşən bağçalardan hər hansı birinə işə düzəlməyinin qeyrimümkün olduğunu demişdir. O da həmin vaxt Valeh adlı şəxs işə düzəlməyi üçün nə lazımdırsa edə biləcəyini demişdir. Bu zaman Təqsirləndirilən şəxs ona öz mobil nömrəsini verib işdən kənar əlaqə saxlamağını xahiş etmişdir. O da həmin vaxt Təqsirləndirilən şəxs mobil nömrəsini götürüb çıxıb getmişdir. Həmin gün, yəni 2024-cü ilin iyun ayının axırlarında, dəqiq xatırlamadığı gündə, axşam saat 19 radələrində Təqsirləndirilən şəxs zəng etmiş və həmin vaxt Təqsirləndirilən şəxs onun işi ilə maraqlanacağını və ona xəbər edəcəyini bildirib ondan şəxsi məlumatlarını istəmişdir. O da Təqsirləndirilən şəxslə danışınığı “Whatsap” ani mesajlaşma tətbiqi vasitəsi ilə davam etdirmişdir. Təqsirləndirilən şəxs telefon danışıqlarının birində onu Tovuz rayonu, Aşağı Quşçu kənd bağçalarından birinə musiqi rəhbəri vəzifəsinə düzəlməsi üçün 4000 (dörd min) manat məbləğində pul vəsaiti lazım olduğunu demişdir. Sonra Təqsirləndirilən şəxs əlavə etmişdir ki, əgər pulu dəst verə bilərəmsə onun maddi vəziyyətini də nəzərə alıb endirib edərək 3000 (üç min) manata həll edə bilər. O da Valeh adlı şəxslə razılaşıb 3000 (üç min) manat məbləğində pul vəsaitini xəbər edəcəyi vaxtda çatdıracağını bildirmişdir. 01 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng etmişdir ki, 3000 (üç min) manat məbləğində pul vəsaitini saat 16:00-dək çatdırmalıdır, yoxsa onun işi alınmayacaqdır. O da həmin gün saat 15 radələrində Tovuz rayon Təhsil Sektorunun inzibati binasına gedib Valeh adlı şəxslə iş otağında görüşmüş və 3000 (üç min) manat məbləğində nağd pul vəsaitini Valeh adlı şəxsə vermişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs işə nə vaxt təyin olunacağını soruşmuşdur. Təqsirləndirilən şəxs də 29 iyul 2024-cü il tarixədək işə təyin olunma əmrinin gələcəyini ona bildirmişdir. O da Təqsirləndirilən şəxs inanmış və həmin tarixin gəlməsini gözləmişdir. Ondan sonra o, 29 iyul 2024-cü il tarixin gəlməsini gözləmişdir. Lakin həmin tarix vaxtı gəlib çatsa da onun Tovuz rayonu, Aşağı Quşçu kənd bağçasına musiqi rəhbəri kimi təyin olunma əmri gəlib çıxmamışdır. Belə olan halda o, Təqsirləndirilən şəxs zəng edib və əmrinin niyə gəlmədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs də ona “Whatsap” ani mesajlaşma tətbiqi vasitəsi ilə işə təyin olunma əmrinin şəklini ataraq onu bir daha inandırmış və həmçinin Valeh aldı şəxs əmrin şəklini heç kəsə göstərməsin deyə onu bərk-bərk tənbeh etmişdir. O, həmçinin Valeh adlı şəxsdən əmrinin gəldiyi halda nəyə görə işə çıxa bilmədiyini soruşanda Valeh adlı şəxs 05 avqust 2024-cü il tarixədək işə çıxacağını bildirmişdir. Həmin tarix də gəlib çatsa da onu işə çağıran olmamışdır. O, həmin vaxtlar başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək onun 3000 (üç min) manat məbləğində nağd pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Ondan sonra o, Təqsirləndirilən şəxs vermiş olduğu 3000 (üç min) manat məbləğində nağd pul vəsaitini onun özünə geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs də ona müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmaqdan yayınmışdır. Lakin o, bu günə qədər Təqsirləndirilən şəxs ona vermiş olduğu 3000 (üç min) manat məbləğində nağd pul vəsaitindən 2500 (iki min beş yüz) manat məbləğində olan pul vəsaitini ayrı-ayrı vaxtlarda hissə-hissə ala bilmişdir. Ancaq Təqsirləndirilən şəxs indiyə qədər də onun 500 (beş yüz) manat məbləğində olan pul vəsaitini onun özünə geri qaytarmamışdır. Onun Təqsirləndirilən şəxs ilə aralarında hər hansı ədavət və yaxud düşmənçilk olmamışdır. 01 iyul 2024-cü il tarixdə 3000 (üç min) manat məbləğində pul vəsaitini Tovuz rayon Təhsil Sektorunun inzibati binasındakı iş otağında Valeh adlı şəxsə verdiyi zaman onların yanlarında başqa şəxs və ya şəxslər olmamışdır. Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək onun 3000 (üç min) manat məbləğində pul vəsaitini ələ keçirdiyi zaman Təqsirləndirilən şəxs bu işdə hər hansı şəxs və ya şəxslər köməklik etməmişdir. Belə ki, Valeh adlı şəxs onu özü tək şəkildə aldatmış və 3000 (üç min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Hazırda ondan şikayətçidir və ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, İİ qrup əlildir və buna görə sosial pensiya alır. Onun daimi yaşayış yeri Tovuz rayonu, Yuxarı Öysüzlü kəndidir. O, Tovuz rayonu ərazisində yerləşən məktəblərdən birinə lobarant vəzifəsinə işə düzəlmək üçün 2023-cü ilin fevral ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon Təhsil Sektorunun inzibati binasına getmişdir. Onu orada adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs qarşılamış və ona həmin sektorun məsləhətçi-inspektoru olduğunu deyib ondan nə ilə bağlı gəldiyini soruşmuşdur. O da həmin vaxt Valeh adlı şəxsə Tovuz rayonu ərazisində yerləşən məktəblərdən birinə lobarant vəzifəsinə işə düzəlmək istədiyini bildirmişdir. O, belə deyən zaman Valeh adlı şəxs onu öz iş otağına dəvət etmişdir. O, Valeh adlı şəxsin iş otağında təhsil aldığı X15 verdiyi diplomu təqdim etmişdir. Bu zaman Valeh adlı şəxs onun diplomuna baxmış və ona bu işlə bağlı məlumat verəcəyini bildirib onunla əlaqə saxlamaq üçün mobil nömrəsini götürmüşdür. Həmin gündən təxminən üç gün sonra, yəni 2023-cü ilin fevral ayının əvvələrində, dəqiq xatırlamadığı gündə Təqsirləndirilən şəxs ona zəng edib onu Tovuz rayon Təhsil Sektoruna çağırmışdır. O da Təqsirləndirilən şəxs çağırışı üzrə Tovuz rayon Təhsil Sektoruna getmişdir. Təqsirləndirilən şəxs həmin vaxt ona bildirmişdir ki, Tovuz rayonu, Qaziqulu kənd orta məktəbinə lobarant kimi onu işə düzəldə bilər, ancaq bunun üçün ondan 2000 (iki min) manat məbləğində pul vəsaiti istəmişdir. O da həmin vaxt Təqsirləndirilən şəxs o qədər pulunun olmadığını bildirdikdə Təqsirləndirilən şəxs 400 (dörd yüz) manat endirib edib 1600 (bir min altı yüz) manat pula bu işi düzüb-qoşacağını ona vəd vermişdir. O da həmin gün oradan çıxmış və yaşadığı evə gələrək bu məsələ ilə bağlı ailə üzvləri ilə məsləhətləşmişdir. Həmin vaxt ailə üzvləri işinin alınacağı təqdirdə ona heç bir etiraz etməmişlər. O, İİ qrup əlilliyi ilə bağlı aldığı sosial pensiyası ilə 900 (doqquz yüz) manat pul düzəltmiş və atası Şahid4 ilə birlikdə 16 fevral 2023-cü il tarixdə Tovuz rayon Təhsil Sektorunun inzibati binasında yerləşən iş otaqlarının birində həmin 900 (doqquz yüz) manat məbləğindəki pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs həmin vaxt pulun geri qalan hissəsini ondan soruşduqda onu da qısa zaman ərzində düzəldib ona verəcəyini bildirmişdir. O, ondan sonra yaşadığı evə gəlmiş və bir neçə gün ərzində yaxınlarından borc alıb 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti düzəldib 23 fevral 2023-cü il tarixdə yenidən atası Şahid4la birlikdə Tovuz rayon Təhsil Sektorunun inzibati binasına gedib həmin sektordakı iş otaqlarının birində Təqsirləndirilən şəxs 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti vermişdir. Bununla da o, Təqsirləndirilən şəxs onu işə düzəltməsi vədi qarşılığında ümumilikdə 1600 (bir min altı yüz) manat məbləğində pul vəsaiti vermiş olmuşdur. Həmin vaxt o, Təqsirləndirilən şəxs işə təyin olunma barədə əmrinin nə vaxt gələcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs də ona 27 fevral 2023-cü il tarixdə Tovuz rayonu, Qaziqulu kənd orta məktəbinə işə təyin olunma barədə əmrin gələcəyini bildirmişdir. O, həmin gündən sonra 27 fevral 2023-cü il tarixi gözləmişdir. Lakin həmin tarix gəlib çatsa da onun Tovuz rayonu, Qaziqulu kənd orta məktəbinə işə təyin olunma barədə əmri gəlməmişdir. O, bununla bağlı Valeh adlı şəxslə maraqlandıqda Valeh adlı şəxs ona müxtəlif bəhanələr gətirib əmrin bir neçə günə gələcəyini bildirmişdir. O, 2023-cü ilin may ayınadək gözləmiş və 2023-cü ilin may ayının axırlarında, dəqiq xatırlamadığı gündə ona məlum olmuşdur ki, Tovuz rayonu, Qaziqulu kənd orta məktəbində lobarant işi üzrə vakansiya yoxdur. Həmin vaxt o, başa düşmüşdür ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon Təhsil Sektorunun məsləhətçi-inspektoru Təqsirləndirilən şəxs onu işə düzəltmək adı ilə aldadaraq onun 1600 (bir min altı yüz) manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Bu günə qədər Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ondan ələ keçirmiş olduğu 1600 (bir min altı yüz) manat məbləğində pul vəsaitindən 750 (yeddi yüz əlli) manat məbləğində olan pul vəsaitini onun özünə geri qaytarmışdır. Ancaq Təqsirləndirilən şəxs indiyə qədər onun 850 (səkkiz yüz əlli) manat məbləğində pul vəsaitini geri qaytarmamışdır. Belə olan halda o, Tovuz rayon Polis Şöbəsinə gələrək bu barədə ərizə ilə müraciət etmişdir. Onun Təqsirləndirilən şəxs ilə aralarında hər hansı ədavət və yaxud düşmənçilk olmamışdır. O, Tovuz rayon Təhsil Sektorunun inzibati binasında Valeh adlı şəxsə 2023-cü ilin fevral ayı ərzində ayrı-ayrı vaxtlarda ümumilikdə 1600 (bir min altı yüz) manat məbləğində pul vəsaiti verdiyi zaman onun yanında atası Şahid4 olmuşdur. Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək onun 1600 (bir min altı yüz) manat məbləğində pul vəsaitini ələ keçirdiyi zaman ona bu işdə hər hansı şəxs və ya şəxslər köməklik etməmişdir. Belə ki, Valeh adlı şəxs onu özü tək şəkildə aldatmış və 1600 (bir min altı yüz) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Hazırda ondan şikayətçidir və ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 2024-cü ilin avqust ayının axırlarında, dəqiq xatırlamadığı gündə gəlini Şahid3 işlə təmin etmək üçün Qazax- Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon Təhsil Sektorunun inzibati binasına getmişdir. Onu orada adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs qarşılamış və ona həmin sektorun məsləhətçi-inspektoru olduğunu deyib ondan nə ilə bağlı gəldiyini soruşmuşdur. O da həmin vaxt Valeh adlı şəxsə gəlini Kamiləni Tovuz rayonu, Alakol kənd bağçasına işə düzəltmək istədiyini bildirmişdir. O, belə deyən zaman Valeh adlı şəxs onu öz iş otağına dəvət etmişdir. Həmin vaxt Valeh adlı şəxs onunla bir qədər söhbət etdikdən sonra gəlini Kamiləni Tovuz rayonu, Alakol kənd bağçasına hazırda 4 aya vakansiyası olacaq aşpaz vəzifəsinə düzəldə biləcəyini bildirmiş və bunun qarşılığında ondan 5000 (beş min) manat məbləğində pul vəsaiti istəmişdir. O da həmin vaxt Valeh adlı şəxsə gəlini Kamilənin həmin vakansiya üzrə imtahan yolu ilə işə qəbul olunmağının mümkün olduğunu bildirdikdə Valah adlı şəxs ona etiraz edərək imtahan yolu ilə Kamilənin işə qəbul olmayacağını və bunun üçün onun 5000 (beş min) manat məbləğində pul vəsaiti verməli olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin vaxt ona demişdir ki, o, əgər 5000 (beş min) manat məbləğində pul vəsaitini ona versə gəlini Kamilənin imtahan verməsinə belə gərək qalmayacaq. Həmçinin Təqsirləndirilən şəxs sadəcə pul verildikdən sonra 4 ay gözləyib vakansiya olan kimi gəlini Kamilənin Tovuz rayonu, Alakol kənd bağçasına aşpaz vəzifəsinə işlə təmin olunma əmrinin gələcəyini bildirmişdir. O da belə olan halda Valeh adlı şəxslə razılaşmış və 5000 (beş min) manat məbləğində pul vəsaitini düzəltməyi üçün ondan vaxt istəmişdir. O, bir neçə gün sonra özünə məxsus iri buynuzlu heyvan olan İsveç sortuna məxsus inəyini 5000 (beş min) manat məbləğində pul vəsaitinə satmışdır. 02 sentyabr 2024-cü il tarixdə o, 5000 (beş min) manat məbləğində pul vəsaitini götürüb gəlini Kamilə ilə birlikdə Tovuz rayon Təhsil Sektorunun Tovuz şəhərində yerləşən inzibati binasına getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onları sektorun otaqlarından birinə aparmışdır. O, 02 sentyabr 2024-cü il tarixdə gəlini Kamilənin şahidliyi ilə 5000 (beş min) manat məbləğində pul vəsaitini Tovuz rayon Təhsil Sektorunun inzibati binasında Valeh adlı şəxsə vermişdir. O, pulu Valeh adlı şəxsə verdikdən sonra Valeh adlı şəxs razılaşdıqları kimi 4 aydan sonra gəlini Kamilənin Tovuz rayon Alakol kənd bağçasına aşpaz vəzifəsinə işə təyin olunması ilə bağlı əmrinin gələcəyini bildirmişdir. Ondan sonra o, 4 ay müddət gözləmiş və 2024-cü ilin fevral ayının əvvəllərində, dəqiq xatırlamadığım gündə Valeh adlı şəxsə zəng edib işin nə yerdə olduğunu soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs ona qeyri-müəyyən cavablar verməsindən başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onu aldadır. Belə olan halda o, Təqsirləndirilən şəxs demişdir ki, 05 fevral 2025-ci il tarixə kimi onun 5000 (beş min) manat məbləğində pul vəsaitini özünə geri qaytarsın. Təqsirləndirilən şəxs də onun 5000 (beş min) manat məbləğində pul vəsaitini yaxın vaxtlarda qaytacağını ona demişdir. O da 05 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs “***-***-**-**” və “***-***-**-**” saylı mobil nömrələrinə zəng etsə də Təqsirləndirilən şəxs heç bir mobil nömrəsinə zəng çatmamışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs ondan başqa digər şəxslərə qarşı da dələduzluq hərəkətləri etdiyini öyrənmişdir. Belə olan halda o, Toviz rayon Polis Şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Onun Təqsirləndirilən şəxs ilə aralarında hər hansı ədavət və yaxud düşmənçilk olmamışdır. O, Tovuz rayon Təhsil Sektorunun inzibati binasında Valeh adlı şəxsə 02 sentyabr 2024-cü il tarixdə 5000 (beş min) manat məbləğində pul vəsaiti verdiyiniz zaman onun yanında gəlini Kamilə olmuşdur. Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək onun 5000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirdiyi zaman ona bu işdə hər hansı şəxs və ya şəxslər köməklik etməmişdir. Belə ki, Valeh adlı şəxs onu özü tək şəkildə aldatmış və onun 5000 (beş min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Hazırda ondan şikayətçidir və ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Tovuz rayon Təhsil Sektorunun inspektoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs 2024-cü ilin iyul ayının əvvəllərində dəqiq xatırlmadığı gündə tanımışdır. Belə ki, onun Təqsirləndirilən şəxs tanımaq məsələsi arvadı X9 iş yerini Ağdaş rayonu, Ləki kənd orta məktəbindən Tovuz rayonu ərazisində yerləşən məktəblərdən birinə dəyişməklə bağlı olmuşdur. Onun arvadı Nurlana Məmmədova bir neçə ildir ki, Ağdaş rayonu, Ləki kənd orta məktəbində texnologiya müəlliməsidir. O da neçə vaxtdır çalışmışdır ki, arvadı Nurlana Məmmədovanın iş yerini Tovuz rayon məktəblərindən birinə dəyişsin. O, bu məqsədlə 2024-cü ilin iyul ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə özü tək şəkildə Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon Təhsil Sektorunun inzibati binasına getmişdir. Onu orada adı sonradan ona məlum olan, sektorun məsləhətçi-inspektorunu Təqsirləndirilən şəxs qarşılamışdır. Təqsirləndirilən şəxs ona həmin vaxt özünü sektorun rəhbəri kimi təqdim edərək necə kömək edəcəyini soruşmuşdur. O da məsələni həmin vaxt Valeh adlı şəxə izah edib başa salmışdır. Həmin vaxt Valeh adlı şəxs onu iş otağına dəvət etmiş və ona iş otağında izah etmişdir ki, yerdəyişmə üçün 3000 (üç min) manat məbləğində pul vəsaiti lazımdır. O da Valeh adlı şəxslə razılaşmışdır. Çünki Valeh adlı şəxs ona həmin gün vəd vermişdir ki, 3000 (üç min) manat məbləğində pul vəsaitini ona verdiyi təqdirdə arvadı Nurlana Məmmədovanın iş yerini Tovuz rayon məktəblərindən birinə dəyişdirəcəkdir. O, bununla bağlı ailə üzvləri ilə məsləhət etmiş və onlar belə qərara gəlmişlər ki, o, həmin 3000 (üç min) manat məbləğində pul vəsaitini Valeh adlı şəxsə versin. Çünki arvadı Nurlana Məmmədovanın yaşadıqları Tovuz rayonundan Ağdaş rayonuna gedib-gəlməsi çətin olur. O, 3000 (üç min) manat məbləğində pul vəsaitini tam düzəldə bilmədiyi üçün Ağdaş rayonunda yaşayan qayınatası Ramiz Məmmədovdan 1500 (bir min beş yüz) manat məbləğində borc almışdır. Geriyə qalan 1500 (bir min beş yüz) manat pulu da özü düzəltmişdir. 19 iyul 2024cü il tarixdə o, Təqsirləndirilən şəxs kart hesabı istəmişdir. Təqsirləndirilən şəxs də ona "xxxx" ASC-yə aid 5243-7544-4409-93-27 nömrəli kart hesabı göndərmişdir. O da həmin kart hesabını Ağdaş rayonu, Ləki kəndində yaşayan qayınatası Ramiz Məmmədova göndərmişdir. 19 iyul 2024-cü il tarixdə, axşam saat 21:11-də qayınatası X40 Əliyevə məxsus "xxxx" ASC-yə aid 5243-7544-4409-93-27 nömrəli kart hesabına 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti göndərmişdir. 22 iyul 2024-cü il tarixdə, saat 10:41-də o, 1400 (bir min dörd yüz) manat məbləğində pul vəsaitini Tovuz şəhəri, M.Musayev küçəsində yerləşən “Soliton” məişət avadanlıqları mağazasının içərisində olan ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid 5243-7544-4409-93-27 nömrəli kart hesabına göndərmişdir. Ondan sonra o, həmin gün, yəni 22 iyul 2024-cü il tarixdə, saat 16 radələrində Valeh adlı şəxslə Tovuz şəhəri, Sabir küçəsində görüşüb ona nağd şəkildə 100 (yüz) manat məbləğində pul vəsaiti vermişdir. O, bununla da Təqsirləndirilən şəxs ümumilikdə 3000 (üç min) manat məbləğində pul vəsaiti vermiş olmuşdur. O, həmin vaxt Təqsirləndirilən şəxs arvadı Nurlana Məmmədovanın iş yerinin nə vaxt dəyişəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs də həmin vaxt ona təxminən bir-iki ay müddətinə arvadı Nurlana Məmmədovanın iş yerini Ağdaş rayonundan Tovuz rayonuna dəyişəcəyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs bu məsələni adını çəkmədiyi və “müəllim” deyə xitab etdiyi şəxslə danışdığını və işin mütləq alınacağını ona inandırmışdır. Ondan sonra o, iki ay müddəti gözləmiş və heç bir nəticə olmadığını gördükdə Təqsirləndirilən şəxs zəng edib bu barədə maraqlanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ona bir qədər də gözləməli olduqlarını demişdir. O, bir müddət sonra başa düşmüşdür ki, Təqsirləndirilən şəxs ona yalan vəd verib 3000 (üç min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. O, işin alınmadığını görüb Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşdükdə ondan 3000 (üç min) manat məbləğində pul vəsaitini özünə qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs də 3000 (üç min) manat məbləğində pul vəsaitini ona geri qaytaracağını söz versə də indiyədək müxtəlif bəhanələr gətirərək pulu ona geri qaytarmamışdır. O da belə olan halda Təqsirləndirilən şəxs atası və qardaşı ilə əlaqə saxlamışdır. Həmin şəxslər də onun 3000 (üç min) manat məbləğində pul vəsaitini onun özünə geri qaytarmamışlar. Ona görə də o, 08 fevral 2025-ci il tarixdə Tovuz rayon Polis Şöbəsinə gələrək bu barədə ərizə ilə müraciət etmişdir. Onun Təqsirləndirilən şəxs ilə aralarında hər hansı ədavət və yaxud düşmənçilk olmamışdır. Tovuz rayonu ərazisində Valeh adlı şəxsə pul verdiyi zaman onların yanlarında başqa şəxs və ya şəxslər olmamışdır. Təqsirləndirilən şəxs onun etibarından suiistifadə edərək onun 3000 (üç min) manat məbləğində pul vəsaitini ələ keçirdiyi zaman ona bu işdə hər hansı şəxs və ya şəxslər köməklik etməmişdir. Belə ki, Valeh adlı şəxs onu özü tək şəkildə aldatmış və 3000 (üç min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Hazırda ondan şikayətçidir və ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir ildir ki, tanıyır. Belə ki, təxminən bir il bundan əvvəl Təqsirləndirilən şəxs onun Tovuz şəhəri, Z.Axundov küçəsində yaşadığı binanın qonşuluğuna köçmüşdür. Həmin vaxtlardan onun Təqsirləndirilən şəxs ilə bir qonşu kimi münasibəti yaranmışdır. O, Təqsirləndirilən şəxs Qazax-Tovuz Regioanl Təhsil İdarəsinin Tovuz rayon Təhsil Sektorunun məsləhətçi-inspektoru olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs onun övladının bağçaya getməsi ilə bağlı rəsmi sənədləşmə işlərində ona bir qonşu kimi bir neçə dəfə köməklik göstərmişdir. Bundan başqa da Təqsirləndirilən şəxs təhsil ilə bağlı işlərdə ona və yaxınlarına bir neçə dəfə köməklik göstərmişdir. 2024-cü ilin oktyabr ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə Təqsirləndirilən şəxs ona zəng edərək təcili 4000 (dörd min) manat pul lazım olduğunu demişdir. Həmin vaxt onun özündə o qədər məbləğdə pul olmadığı üçün Valeh adlı şəxsdən bir qədər onu gözləməyini xahiş etmişdir. O, həmin vaxt xalası qızı Elnarə Musayevadan öz adına borca ona 4000 (dörd min) manat pul verməsini xahiş etmişdir. Xalası qızı Elnarə də həmin vaxt onunla görüşüb ona 2400 (iki min dörd yüz) ABŞ dolları vermişdir. Həmin məbləğdə dolları da Azərbaycan manatına çevirəndə 4080 (dörd min səksən) manat pul edir. O, 4080 (dörd min səksən) manat məbləğində pul vəsaitini xalası qızı Elnarədən götürüb 2024-cü ilin oktyabr ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə yaşadığı Tovuz şəhəri, Z.Axundov küçəsində Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona borcunu üç gün müddətinə qaytaracağını bildirmişdir. Lakin 3 gün müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs ona olan borcunu qaytarmamışdır. 2024-cü ilin noyabrın əvvəllərində, dəqiq xatırlamadığı gündə xalası qızı Elnarə yaşadığı Türkmənistan Respublikasına getdiyi üçün ona vermiş olduğu pulu istəmişdir. O da məcbur qalaraq başqa bir yaxınından borc alıb xalası qızı Elnarənin 4080 (dörd min səksən) manat pulunu Elnarənin özünə geri qaytarmışdır. Təqsirləndirilən şəxs 2025-ci ilin yanvar ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə ona 2000 (iki min) manat məbləğində pul vəsaiti vermişdir. Bununla da Təqsirləndirilən şəxs ona 2080 (iki min səksən) manat məbləğində pul vəsaiti borcu qalmışdır. Təqsirləndirilən şəxs 2080 (iki min səksən) manat məbləğində pul vəsaitini də təxminən bir həftəyə qaytaracağını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs yenə vədinə əməl etməyərək bu günə qədər onun 2080 (iki min səksən) manat məbləğində pul vəsaitini ona geri qaytarmamışdır. Belə olan halda o, Tovuz rayon Polis Şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Onun Təqsirləndirilən şəxs ilə aralarında hər hansı ədavət və yaxud düşmənçilk olmamışdır. O, Tovuz şəhəri, Z.Axundov küçəsində Valeh adlı şəxsə 2024cü ilin oktyabr ayının əvvələrində, dəqiq xatırlamadığı gündə 4080 (dörd min səksən) manat məbləğində pul vəsaiti verdiyi zaman onun yanında başqa şəxs və ya şəxslər olmamışdır. Hazırda ondan şikayətçidir və müvafiq cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2025-ci ilin yanvar ayının ortalarında, dəqiq xatırlamadığı gündə tanımışdır. Belə ki, həmin şəxs onun doğma bacısı X11 Tovuz şəhəri ərazisində yerləşən evində kirayədə qalmışdır. O, həmin vaxtlar bacısı Gülsümün evində olan zaman Valeh adlı şəxslə tanış olmuşdur. Valeh adlı şəxs ona Qazax-Tovuz Regional Təhsil İdarəsinin məsləhətçiinspektoru olduğunu bildirmiş və fəaliyyətinin Tovuz rayonu ərazisində yerləşən bağça və məktəblərə nəzarət etmək olduğunu bildirmişdir. O da belə olan halda qızı Şahid2 Tovuz rayonu ərazisində yerləşən məktəblərdən birinə lobarant vəzifəsinə işə düzəltmək üçün Valeh adlı şəxsdən kömək istəmişdir. Valeh adlı şəxs də həmin vaxt ondan qızı Gülnarənin şəxsiyyət vəsiqəsinin və diplomunun şəklini göndərməyini istəmişdir. O da Valeh adlı şəxsin mobil nömrəsini götürüb ona qızı Gülnarənin şəxsiyyət vəsiqəsinin və diplomunun şəklini göndərmişdir. Həmin vaxt Valeh adlı şəxs maraqlanıb ona bir xəbər deyəcəyini bildirmişdir. Həmin vaxtdan bir neçə gün sonra 2025-ci ilin yanvar ayının axırlarında, dəqiq xatırlamadığı gündə Valeh adlı şəxs ona zəng edərək qızı Şahid2 Tovuz rayon Puşkin adına orta məktəbə lobarant kimi düzəldə biləcəyini və bunun üçün onun 3000 (üç min) manat məbləğində pul vəsaiti verməli olduğunu bildirmişdir. O da həmin vaxt Valeh adlı şəxslə razılaşmış və yaxın günlər ərzində pulu düzəldib ona xəbər edəcəyini bildirmişdir. O, həmin vaxtdan bir-iki gün sonra 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti düzəldib Valeh adlı şəxsə zəng etmişdir. O, 2025-ci ilin yanvar ayının axırlarında, dəqiq xatırlamadığı gündə Valeh adlı şəxslə Tovuz şəhəri, M.Zeynal küçəsində yerləşən yaşadığı evdə görüşmüş və həmin gün 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini Valeh adlı şəxsə vermişdir. Həmin vaxt onun yanında qızı Gülnarə və digər bacısı Rəna da olmuşdur. Ondan bir-iki gün sonra, yəni 2025-ci ilin yanvar ayının axırlarında, dəqiq xatırlamadığı gündə o, növbəti 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini düzəldib Valeh adlı şəxsə xəbər etmiş və çox keçməmişdir ki, Valeh adlı şəxs həmin gün onun Tovuz şəhəri, M.Zeynal küçəsində yerləşən yaşadığı evə gələrək ondan 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini götürüb çıxıb getmişdir. Həmin vaxt yenə də onun yanında qızı Gülnarə və digər bacısı Rəna da olmuşdur. Bununla da o, Təqsirləndirilən şəxs ümumilikdə 3000 (üç min) manat məbləğində pul vəsaiti vermiş olmuşdur. Valeh adlı şəxs də ona qızı Şahid2 05 fevral 2025-ci il tarixdə Tovuz rayon Puşkin adına orta məktəbə lobarant vəzifəsinə işə təyin olunmağı barədə əmrinin gələcəyini bildirmişdir. 05 fevral 2025-ci il tarixdə o, Təqsirləndirilən şəxs zəng edib qızının işi ilə bağlı maraqlanmaq istədikdə Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng çatmamışdır. Həmin gün o, öyrənmişdir ki, Təqsirləndirilən şəxs Tovuz rayonu ərazisində yaşayan ayrı-ayrı şəxslərə müxtəlif vədlər verərək həmin şəxslərin müəyyən məbləğlərdə olan pul vəsaitlərini də ələ keçirmişdir. O, həmin vaxt başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onu da aldadaraq onun 3000 (üç min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Belə olan halda o, Tovuz RPŞ-yə gələrək ərizə ilə müraciət etmişdir. Onun Təqsirləndirilən şəxs ilə aralarında hər hansı ədavət və yaxud düşmənçilk olmamışdır. Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək onun 3000 (üç min) manat məbləğində pul vəsaitini ələ keçirdiyi zaman ona bu işdə hər hansı şəxs və ya şəxslər köməklik etməmişdir. Belə ki, Valeh adlı şəxs onu özü tək şəkildə aldatmış və onun 3000 (üç min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Hazırda ondan şikayətçidir və ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2024-cü ilin avqust ayının ortalarında, dəqiq xatırlamadığı gündə tanımışdır. Belə ki, onun gəlini X5 rayonu, İsakənd orta məktəbində ibtidai sinif müəlliməsi işləyir. Həmin kənd onların yaşadıqları Tovuz rayonu, Əyyublu kəndinə uzaq olduğu üçün və həmçinin də gəlini Sevgin Quliyevanın səhhəti ilə bağlı müəyyən problemləri olduğu üçün gəlini Sevgin Quliyeva həmin İsakənd kənd orta məktəbinə gedib-gəlməkdə çətinlik çəkir. O da gəlini Sevgin Quliyevanın iş yerini Tovuz rayonu, İsakənd kənd orta məktəbindən Tovuz rayonu, Əyyublu kəndində yerləşən orta məktəblərdən birinə dəyişdirmək üçün Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon Təhsil Sektorunun Tovuz şəhərində yerləşən inzibati binasına getmişdir. O, bir neçə dəfə həmin sektora gedib sektorun rəhbəri ilə dəfələrlə görüşüb gəlini Sevgin Quliyevanın iş yerini dəyişdirmək barədə müraciətlər etmişdir. Lakin sektorun rəhbəri Şahid5 ona gəlini Sevgin Quliyevanın iş yerini dəyişdirməyi hazırda mümkün olmadığını bildirmişdir. O da elə o vaxtlardan, yəni 2024-cü ilin avqust ayının ortalarında, dəqiq xatırlamadığı gündə sektorun məsləhətçi-inspektoru Təqsirləndirilən şəxs tanımışdır. O, yenə 15 noyabr 2024-cü il tarixdə gəlini Sevgin Quliyevanın iş yeri məsələsini həll etmək üçün Tovuz rayon Təhsil Sektoruna getmiş və bu məsələ ilə bağlı təkrar sektorun müdiri vəzifəsində çalışan Məhəbbət xanımla görüşmüşdür. Məhəbbət xanım da yenə ona bu işin hazırda mümkün olmadığını, yəni gəlini Sevgin Quliyevanın iş yerini dəyişdirməsi üçün Tovuz rayonu, Əyyublu kəndində yerləşən məktəblərin hər hansı birində ibtidai sinif müəlliməliyi üzrə vakansiya olmalı olduğunu və hazırda həmin vakansiyanın olmadığını bildirmişdir. O da həmin vaxt Şahid5 iş otağından çıxanda sektorun inzibati binasının kolidorunda Təqsirləndirilən şəxs ilə qarşılaşmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs onu öz iş otağına dəvət etmişdir. Təqsirləndirilən şəxs iş otağında ona bu məsələ ilə bağlı köməklik edəcəyini və bunun müqabilində onun 5000 (beş min) manat verməli olduğunu bildirib bu barədə heç kəsə məlumat verməməyi barədə onu tənbeh etmişdir. O da Təqsirləndirilən şəxslə razılaşmış və yaşadığı evə gəlmişdir. O, 16 noyabr 2024-cü il tarixdə 5000 (beş min) manat məbləğində pul vəsaiti düzəltmiş və həmin gün saat 10 radələrində Tovuz şəhəri, Heydər Əliyev prospektində yerləşən Tovuz rayon Məscidinin qarşısında özünə məxsus “Mercedes-Vito-111 CDİ MİNİK” markalı, **-BS-*** dövləq qeydiyyat nişanlı avtomobilin içərisində 5000 (beş min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs 01 dekabr 2024-cü il tarixə kimi gəlini X10 iş yerini Tovuz rayonu, İsakənd kənd orta məktəbindən Tovuz rayonu, Əyyublu kəndində yerləşən orta məktəblərdən birinə dəyişdirəcəyini ona vəd verib 5000 (beş min) manat məbləğində pul vəsaitini ondan götürmüşdür. Həmin vaxt yenə Təqsirləndirilən şəxs onu bərk-bərk tənbeh etmişdir ki, bu barədə heç kəsə bir söz deməsin. Təqsirləndirilən şəxs həmçinin onu inandırmaq üçün bildirmişdir ki, bu işi Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəhbər vəzifəli şəxslərinin köməkliyi ilə həll edəcəkdir. O da Təqsirləndirilən şəxs inanmış və 01 dekabr 2024-cü ilə qədər gözləmişdir. Lakin həmin tarix gəlib keçsə də Təqsirləndirilən şəxs bir xəbər çıxmamışdır. O, sonradan başa düşmüşdür ki, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək onun 5000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirmişdir. O, sonradan Təqsirləndirilən şəxs dəfələrlə 5000 (beş min) manat məbləğində pul vəsaitini onun özünə geri qaytarmasını tələb etsə də Təqsirləndirilən şəxs ondan almış olduğu pulu qaytaracağını bildirib müxtəlif bəhanələrlə onu yola verərək bu günə qədər onun pulunu geri qaytarmamışdır. O da belə olan halda Tovuz rayon Polis Şöbəsinə gəlib ərizə ilə bu barədə müraciət etmişdir. Onun Təqsirləndirilən şəxs ilə aralarında hər hansı ədavət və yaxud düşmənçilk olmamışdır. O, 16 noyabr 2024-cü il tarixdə Tovuz rayonu ərazisində özünə məxsus avtomobildə Valeh adlı şəxsə 5000 (beş min) manat məbləğində pul vəsaiti verdiyi zaman onun yanında başqa şəxs və ya şəxslər olmamışdır. Həmin vaxt o, 5000 (beş min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs özüm tək şəkildə vermişdir. Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək onun 5000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirdiyi zaman Təqsirləndirilən şəxs bu işdə hər hansı şəxs və ya şəxslər köməklik etməmişdir. Belə ki, Valeh adlı şəxs onu özü tək şəkildə aldatmış və onun 5000 (beş min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Hazırda ondan şikayətçidir və ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Qovlar şəhəri, Vağzal keçəsində yerləşən Tovuz rayon Orxan Cabbarov adına X14 Tipli Gimnaziya məktəbində sosial pedaqoq vəzifəsində işləyir. Onun daimi yaşayış yeri ünvan 4 ünvanıdır. O, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs təxminən 2024-cü ilin təxminən iyul-avqust aylarında, dəqiq xatırlamadığı gündə tanımışdır. Belə ki, onun Təqsirləndirilən şəxs tanımağına səbəb sertifikasiya imtahanından kəsildiyi üçün işdən xaric olmağı ilə əlaqədar olaraq Qazax-Tovuz Regional Təhsil İdarərisnin Tovuz rayon Təhsil Sektoruna getməyi olmuşdur. 08 iyun 2024-cü il tarixdə o, Tovuz rayon Mahir Ələkbərov adına orta məktəbdə keçirilmiş beş illik sertifkasiya imtahanından kəsilmişdir. Elə həmin gündə onu ibtidai sinif müəlliməsi işlədiyi Tovuz rayonu, Qovlar şəhərində yerləşən Orxan Cabbarov adına internat tipli məktəbdən işdən xaric etmişlər. O da həmin vaxtdan əvvəlki işinə bərpa olunmağı məqsədi ilə bir qədər gözlədikdən sonra 2024-cü ilin iyul-avqust ayları ərzində bir neçə dəfə rəfiqəsi və onun kimi sertifikasiya imtahanından kəsilmiş Tovuz rayonu, Qovlar şəhər sakini Zərərçəkmiş şəxs14 ilə birlikdə Tovuz rayon Təhsil Sektoruna gedib gəlmişdir. Həmin sektordan onlara demişlər ki, onlar sertifikasiyadan kəsilməklərinə baxmayaraq ailə vəziyyətləri ilə əlaqədar olaraq alternativ işlə təmin olunacaqlar. Həmin vaxtlardan da sektorda məsləhəti-inspektor vəzifəsində işləyən Təqsirləndirilən şəxs mobil nömrəsini götürmüşdür. 20 avuqst 2024-cü il tarixdə o, Bakı şəhərində olmuşdur. Həmin gün təxminən saat 10 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək onun əvvəlki iş yerinə, yəni Tovuz rayonu, Qovlar şəhərində yerləşən Orxan Cabbarov adına internat tipli məktəbə ibtidai sinif müəlliməliyinə işə bərpa olunmağının mümkün olduğunu, lakin bununla bağlı onun 3000 (üç min) manat məbləğində pul vəsaiti verməli olduğunu bildirmişdir. O da həmin vaxt o qədər məbləğdə pul vəsaitinə gücünün çatmadığını Təqsirləndirilən şəxs bildirmişdir. Təqsirləndirilən şəxs də həmin vaxt ona 1000 (bir min) manat məbləğində pul vəsaitinə bu işi həll edəcəyini deyib bir neçə saat sonra Bakı şəhərinə getdiyini və onun işini Təhsil Nazirliyi vasitəsi ilə həll edəcəyini bildirmişdir. Ona görə də onu pulu göndərməyi ilə bağlı tələsdirmişdir. O da Təqsirləndirilən şəxslə razılaşmış və Təqsirləndirilən şəxslə danışığını yekunlaşdırıb dərhal rəfiqəsi Tovuz rayonu, Qovlar şəhər sakini Zərərçəkmiş şəxs14 zəng edib bu barədə məlumat verib Təqsirləndirilən şəxs mobil nömrəsini Zərərçəkmiş şəxs14 göndərmişdir. Ondan sonra o, Təqsirləndirilən şəxs “Whatsapp” ani müsajlaşma tətbiqi vasitəsi ilə ona göndərmiş olduğu özünə məxsus "xxxx" ASC-yə aid 5243-7544-4409-9327 nömrəli bank kartı hesabına mobil telefonunun bank tətbiqi vasitəsi ilə 20 avqust 2024-cü il tarixdə, saat 11:07-də 1000 (bir min) manat məbləğində pul vəsaiti göndərmişdir. Təqsirləndirilən şəxs o, pulu göndərdikdən sonra ona bildirmişdir ki, onun işi 2024-cü ilin sentyabr ayı ərzində öz həllini tapacaqdır. O, həmin gün bir neçə saat sonra zəng edib Tovuz rayonu, Qovlar şəhərində olan rəfiqəsi Zərərçəkmiş şəxs14 ilə də danışmışdır. Həmin vaxt rəfiqəsi Aygün ona işinin həll olunması məqsədi ilə Təqsirləndirilən şəxs 1000 (bir min) manat məbləğində pul vəsaiti göndərdiyini demişdir. O, həmin vaxtdan bir neçə gün sonra yaşadığı Tovuz rayonu, Qovlar şəhərinə qayıtmışdır. O və rəfiqəsi Zərərçəkmiş şəxs14 2024-cü ilin sentyabr ayını axıracan gözləmişlər. Lakin 2024-cü ilin oktyabr ayı gəlib çatsa da onların işdən bir xəbər çıxmamışdır. O və rəfiqəsi bununla 2024-cü ilin oktyabr ayının əvvəllərində, dəqiq xatırlamadıqları gündə Təqsirləndirilən şəxs zəng edib maraqlandıqda Təqsirləndirilən şəxs onlara bir qədər də gözləməklərini bildirmişdir. 08 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən o və rəfiqəsi Zərərçəkmiş şəxs14 Tovuz rayonu, Qovlar şəhərində yerləşən Orxan Cabbarov adına internat tipli məktəbə sosial pedaqoq kimi işə təyin olunmuşlar. Lakin yenə də onların öz işlərindən bir xəbər olmamışdır. Təqsirləndirilən şəxs 07 noyabr 2024-cü il tarixdə ona zəng edərək əvvəlki işinə bərpa olmağı üçün onun 1000 (bir min) manat da əlavə pul verməli olduğunu bildirmişdir. O da həmin tarixdə Tovuz rayon Təhsil Sektorundan çıxıb saat 10:58-də Tovuz şəhəri ərazisində yerləşən marketlərdən birində olan ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid 5243-7544-4409-9327 nömrəli bank kartı hesabına növbəti 1000 (bir min) manat məbləğində pul vəsaiti göndərmişdir. O, bununla da Təqsirləndirilən şəxs ümumilikdə 2000 (iki min) manat məbləğində pul vəsaiti vermiş olmuşdur. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs vədinə əməl etməyib ona qarşı dələduzluq edərək onun 2000 (iki min) manat məbləğində pul vəsaitini ələ keçirmişdir. O da belə olan halda rəfiqəsi Zərərçəkmiş şəxs14 ilə birlikdə əvvəl Tovuz rayon prokurorluğuna, sonra da Tovuz rayon Polis Şöbəsinə gələrək ərizə ilə müraciət etmişlər. Həmçinin o, Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid 5243-7544-4409-9327 nömrəli bank kartı hesabına etmiş olduğu pul köçürmələri ilə bağlı qəbzlərin surətlərini istintaqa təqdim edir. Bundan başqa Təqsirləndirilən şəxs eyni vədi rəfiqəsi Zərərçəkmiş şəxs14 da verərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs14 1000 (bir min) manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Onun Təqsirləndirilən şəxs ilə aralarında hər hansı ədavət və yaxud düşmənçilk olmamışdır. Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək onun 2000 (iki min) manat məbləğində pul vəsaitini ələ keçirdiyi zaman ona bu işdə hər hansı şəxs və ya şəxslər köməklik etməmişdir. Belə ki, Valeh adlı şəxs onu özü tək şəkildə aldatmış və onun 2000 (iki min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Həmçinin Təqsirləndirilən şəxs pul vəsaitini dələduzluq yolu ilə ələ keçirən zaman hər hansı vəzifəli şəxs və ya şəxslərin adından istifadə etməmişdir. Təqsirləndirilən şəxs sadəcə ondan pul istəyən zaman “nazirliyə gedirəm, pulu çatdır”deyərək məni ona pulu verməkdə tələsdirmişdir. Hazırda ondan şikayətçidir və ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən Tovuz rayon Orxan Cabbarov adına X14 Tipli Gimnaziya məktəbində sosial pedaqoq vəzifəsində işləyir. Daimi yaşayış yeri ünvan 5 ünvanıdır. O, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs təxminən 2024-cü ilin iyul-avqust aylarında, dəqiq xatırlamadığı gündə tanımışdır. Belə ki, onun Təqsirləndirilən şəxs tanımağına səbəb sertifikasiya imtahanından kəsildiyi üçün işdən xaric olmağı ilə əlaqədar olaraq Qazax-Tovuz Regional Təhsil İdarərisinin Tovuz rayon Təhsil Sektoruna getməyi olmuşdur. 08 iyun 2024-cü il tarixdə o, Tovuz rayon Mahir Ələkbərov adına orta məktəbdə keçirilmiş beş illik sertifkasiya imtahanından kəsilmişdir. Elə həmin gündə onu ibtidai sinif müəlliməsi işlədiyi Tovuz rayonu, Qovlar şəhərində yerləşən Orxan Cabbarov adına internat tipli məktəbdən işdən xaric etmişlər. O da həmin vaxtdan əvvəlki işinə bərpa olunmağı məqsədi ilə bir qədər gözlədikdən sonra 2024-cü ilin iyul-avqust ayları ərzində bir neçə dəfə rəfiqəsi və onun kimi sertifikasiya imtahanından kəsilmiş Tovuz rayonu, Qovlar şəhər sakini Zərərçəkmiş şəxs13 birlikdə Tovuz rayon Təhsil Sektoruna gedib-gəlmişlər. Həmin vaxtlar sektordan onlara demişlər ki, onlar sertifikasiyadan kəsilməklərinə baxmayaraq ailə vəziyyətləri ilə əlaqədar olaraq alternativ işlə təmin olunacaqlar. Həmin vaxtlardan da sektorda məsləhəti-inspektor vəzifəsində işləyən Təqsirləndirilən şəxs mobil nömrəsini rəfiqəsi Zərərçəkmiş şəxs13 götürmüşdür. 20 avuqst 2024-cü il tarixdə rəfiqəsi Zərərçəkmiş şəxs13 Bakı şəhərində olmuş və həmin gün Elnurə ona zəng edərək Tovuz rayon Təhsil Sektorunda işləyən Təqsirləndirilən şəxs bir qədər əvvəl ona zəng edib onların əvvəlki iş yerlərinə, yəni Tovuz rayonu, Qovlar şəhərində yerləşən Orxan Cabbarov adına internat tipli məktəbə ibtidai sinif müəlliməliyinə işə bərpa olunmaqlarının mümkün olmasını və bunun müqabilində onların müəyyən məbləğində pul vəsaiti verməli olduqlarını bildirmişdir. O da həmin vaxt rəfiqəsi Zərərçəkmiş şəxs13 Təqsirləndirilən şəxs mobil nömrəsini istəmişdir. Rəfiqəsi Zərərçəkmiş şəxs13 da həmin vaxt Təqsirləndirilən şəxs “***-***-**-**”, “***-***-**-**” saylı mobil nömrələrini ona göndərmişdir. O da Təqsirləndirilən şəxslə “***-***-**-**” saylı mobil nömrəsi ilə “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə danışmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs onu əvvəlki işinə bərpa edəcəyini və onun bununla bağlı ona 1000 (bir min) manat məbləğində pul vəsaiti verməli olduğunu deyib bir neçə saat sonra Bakı şəhərinə gedəcəyini bildirib pulu göndərməyi ilə bağlı onu tələsdirmişdir. O da həmin vaxt Təqsirləndirilən şəxslə razılaşmışdır. Həmin gün, yəni 20 avqust 2024-cü il tarixdə, saat 11:54-də o, Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “Bazarstore” adlı marketin içərisində olan ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs “Whatsapp” ani müsajlaşma tətbiqi ilə ona şəklini göndərmiş olduğu özünə məxsus "xxxx" ASC-yə aid 5243- 7544-4409-9327 nömrəli bank kartı hesabına 1000 (bir min) manat məbləğində pul vəsaiti göndərmişdir. Təqsirləndirilən şəxs pulu göndərdikdən sonra ona bildirmişdir ki, onun işi 2024-cü ilin sentyabr ayı ərzində öz həllini tapacaqdır. O, həmin gün bir neçə saat sonra Bakı şəhərində olan rəfiqəsi Zərərçəkmiş şəxs13 ilə də danışmışdır. Həmin vaxt rəfiqəsi Elnurə ona işinin həll olunması məqsədi ilə Təqsirləndirilən şəxs 1000 (bir min) manat məbləğində pul vəsaiti göndərdiyini demişdir. O da həmçinin rəfiqəsi Zərərçəkmiş şəxs13 Təqsirləndirilən şəxs 1000 (bir min) manat məbləğində pul vəsaiti göndərdiyini demişdir. Həmin vaxtdan bir neçə gün sonra rəfiqəsi Zərərçəkmiş şəxs13 yaşadığı Tovuz rayonu, Qovlar şəhərinə qayıtmışdır. O və rəfiqəsi Zərərçəkmiş şəxs13 2024-cü ilin sentyabr ayını axıracan gözləmişlər. Lakin 2024-cü ilin oktyabr ayı gəlib çatsa da onların işdən bir xəbər çıxmamışdır. O və rəfiqəsi Zərərçəkmiş şəxs13 bununla 2024-cü ilin oktyabr ayının əvvəllərində, dəqiq xatırlamadıqları gündə Təqsirləndirilən şəxs zəng edib maraqlandıqda Təqsirləndirilən şəxs onlara bir qədər də gözləməklərini bildirmişdir. 08 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən o və rəfiqəsi Zərərçəkmiş şəxs13 Tovuz rayonu, Qovlar şəhərində yerləşən Orxan Cabbarov adına internat tipli məktəbə sosial pedaqoq kimi işə təyin olunmuşlar. Lakin yenə də onların öz işlərindən bir xəbər olmamışdır. O, bir neçə ay da gözləmiş və öz işi ilə bağlı xəbər çıxmadıqda başa düşmüşdür ki, Təqsirləndirilən şəxs vədinə əməl etməyib ona qarşı dələduzluq edərək onun 1000 (bir min) manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Həmçinin o, sonra öyrənmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin noyabr ayında rəfiqəsi Zərərçəkmiş şəxs13 eyni adla növbəti dəfə 1000 (bir min) manat məbləğində pul vəsaiti alaraq ümumilikdə rəfiqəsi Zərərçəkmiş şəxs13 2000 (iki min) manat məbləğində pul vəsaitini ələ keçirmişdir. O da belə olan halda rəfiqəsi Zərərçəkmiş şəxs13 ilə birlikdə əvvəl Tovuz rayon prokurorluğuna, sonra da Tovuz rayon Polis Şöbəsinə gələrək ərizə ilə müraciət etmişlər. Həmçinin o, Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid 5243-7544-4409-9327 nömrəli bank kartı hesabına etmiş olduğu pul köçürməsi ilə bağlı qəbzin surətini istintaqa təqdim edərək ifadəsinə əlavə etmişdir. Onun Təqsirləndirilən şəxs ilə aralarında hər hansı ədavət və yaxud düşmənçilk olmamışdır. Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək mənim 1000 (bir min) manat məbləğində pul vəsaitimi ələ keçirdiyi zaman ona bu işdə hər hansı şəxs və ya şəxslər köməklik etməmişdir. Belə ki, Valeh adlı şəxs onu özü tək şəkildə aldatmış və onun 1000 (bir min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Həmçinin Təqsirləndirilən şəxs pul vəsaitimi dələduzluq yolu ilə ələ keçirən zaman hər hansı vəzifəli şəxs və ya şəxslərin adından istifadə etməmişdir. O sadəcə ondan pul istəyən zaman “Bakıya çıxacam, pulu çatdır”-deyərək onu pulu verməkdə tələsdirmişdir. Hazırda ondan şikayətçidir və ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs16 vasitəsi ilə 2022-ci ilin aprel ayında tanımışdır. Belə ki, anası Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yaşayır. Təqsirləndirilən şəxs də həmin vaxtlar Tovuz rayonu, Yuxarı Öysüzlü kənd orta məktəbində direktor vəzifəsini müvəqqəti icra etmişdir. Onun əri X28 2021-ci il iyun ayında vəfat etdiyindən o, həmin vaxtdan özü üçün iş axtarmışdır. Anası Gülpəri 2022-ci ilin aprel ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə ona zəng edərək Valeh adlı şəxsin Tovuz rayonu, Məmmədqara Məmmədov adına Yuxarı Öysüzlü kənd orta məktəbində həmin məktəbin direktor vəzifəsini müvəqqəti icra etdiyini və həmin Valeh adlı şəxsin məni Tovuz rayonu ərazisində olan bağçalardan birinə işə düzəldə biləcəyini ona demişdir. O da anası Gülpərinin vasitəsi ilə 11 aprel 2022-ci il tarixdə Valeh adlı şəxslə telefonla danışmış və Valeh adlı şəxs onunla öz evində görüşəcəyini demişdir. 11 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Tovuz rayonu, Aşağı Mülkülü kəndində yaşadığım fərdi yaşayış evinə gələrək onu Tovuz rayonu ərazisində olan bağçalardan birinə hər hansı bir vəzifəyə düzəldə biləcəyini deyib ondan bunun qarşılığında 4000 (dörd min) manat məbləğində pul vəsaiti istəmişdir. O da həmin vaxt Təqsirləndirilən şəxs inanmış və mərhum əri Anar Quliyevdən ona miras qalmış müəyyən məbləğdə olan pul vəsaitindən 4000 (dörd min) manat məbləğində pul vəsaiti götürüb 11 aprel 2022-ci il tarixdə Tovuz rayonu, Aşağı Mülkülü kəndində yerləşən yaşadığı evin həyətində Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt o, 4000 (dörd min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs verdikdən sonra özünə məxsus mobil telefonla Təqsirləndirilən şəxs fotoşəklini çəkmiş və həmin fotoşəkli ifadəsinə əlavə olunması üçün istintaqa təqdim etmişdir. O, həmin gün 4000 (dörd min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs verdikdən sonra onun fotoşəklini çəkdiyi zaman tarix 11 aprel 2022-ci il, saat isə 13:08 olmuşdur. Təqsirləndirilən şəxs həmin gün ondan 4000 (dörd min) manat məbləğində pul vəsaitini aldıqdan sonra onun təxminən bir ay müddətinə Tovuz rayonu ərazisində olan bağçalardan birinə işə düzəlməyi barədə əmrinin gələcəyini bildirmişdir. Lakin həmin vaxtdan bir ay keçdikdən sonra onun Tovuz rayonu ərazisində olan bağçalardan birinə işə təyin olunmağı barədə əmri gəlməmiş və o, bunun səbəbini zəng edib Təqsirləndirilən şəxs soruşduqda Təqsirləndirilən şəxs ona müxtəlif bəhanələr gətirib onun bir qədər gözləməyini və səbirli olmağını xahiş etmişdir. Ondan sonra onun yenə işi ilə bağlı bir xəbər çıxmamışdır. O, dəfələrlə bununla bağlı Təqsirləndirilən şəxs zəng edərək və Təqsirləndirilən şəxs iş yerinə gedib maraqlandıqda Təqsirləndirilən şəxs onu yenə müxtəlif bəhanələrlə aldadaraq yola vermişdir. O, həmin vaxtlardan başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək onun 4000 (dörd min) manat məbləğində pul vəsaitini ələ keçirib ona qarşı dələduzluq etmişdir. Lakin Təqsirləndirilən şəxs ona pulunu geri qaytaracağını vəd etdiyi üçün o, əvvəllər gəlib şikayət etməmişdir. Həmçinin Təqsirləndirilən şəxs onun anası Gülpərinin etibarından sui-istifadə edərək 2000 (iki min) manat, bacısı Zərərçəkmiş şəxs17 etibarından sui-istifadə edərək 4000 (dörd min) manat məbləğində pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirmişdir. 11 aprel 2022-ci il tarixdən bu günə qədər Təqsirləndirilən şəxs onun 4000 (dörd min) manat məbləğində pul vəsaitini geri qaytarmamışdır. O da belə olan halda Tovuz rayon Polis Şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Onun Təqsirləndirilən şəxs ilə aralarında hər hansı ədavət və yaxud düşmənçilk olmamışdır. 11 aprel 2022-ci il tarixdə 4000 (dörd min) manat məbləğində pul vəsaitni yaşadığı Tovuz rayonu, Aşağı Mülkülü kəndində yerləşən fərdi yaşayış evinin həyətində Valeh adlı şəxsə verdiyi zaman onların yanlarında başqa şəxs və ya şəxslər olmamışdır. Sadəcə həmin məbləğdə pul vəsaitini Valeh adlı şəxsə verməyi ilə bağlı o, mobil telefonu ilə Təqsirləndirilən şəxs fotoşəklini çəkmişdir. Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək onun 4000 (dörd min) manat məbləğində pul vəsaitini ələ keçirdiyi zaman Təqsirləndirilən şəxs bu işdə hər hansı şəxs və ya şəxslər köməklik etməmişdir. Belə ki, Valeh adlı şəxs onu özü tək şəkildə aldatmış və onun 4000 (dörd min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Həmçinin Təqsirləndirilən şəxs pul vəsaitini dələduzluq yolu ilə ələ keçirən zaman hər hansı vəzifəli şəxs və ya şəxslərin adından istifadə etməmişdir. O sadəcə onun işini özü həll edəcəyini deyib onda inam yaradaraq ona qarşı dələduzluq etmişdir. Hazırda ondan şikayətçidir və ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin təxminən yanvar ayından tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs də həmin vaxtlar Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən Məmmədqara Məmmədov adına kənd orta məktəbində direktor vəzifəsini müvəqqəti icra etmişdir. O da həmin vaxtlar onunla birlikdə yaşayan qızı Zərərçəkmiş şəxs17 az yaşlı övladlarını Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən Məmmədqara Məmmədov adına kənd orta məktəbinə aparıb-gətirmişdir. Həmin vaxtlar qızı Zərərçəkmiş şəxs17 da ərindən boşanmış və işsiz olmuşdur. Ona görə də qızı Zərərçəkmiş şəxs17 həmin vaxtlar iş axtarmış və bununla bağlı adı qeyd olunan orta məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs də qızı Zərərçəkmiş şəxs17 işə düzəldəcəyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs onun digər qızı, Tovuz rayonu, Aşağı Mülkülü kəndində yaşayan Zərərçəkmiş şəxs15 ilə də mobil telefon vasitəsi ilə danışaraq onu da işə düzəldəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs əvvəl onun Tovuz rayonu, Aşağı Mülkülü kəndində yaşayan Zərərçəkmiş şəxs15 Tovuz rayonu ərazisində yerləşən bağçalardan birinə hər hansı bir vəzifəyə düzəltməyi vəd verib qızı Zərərçəkmiş şəxs15 11 aprel 2022-ci il tarixdə yaşadığı evdə 4000 (dörd min) manat məbləğində pul vəsaitini alaraq vədinə əməl etməyib qızı Sevin Mustafayevaya qarşı dələduzluq hərəkətləri etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının ortalarında, dəqiq xatırlamadığı gündə digər qızı, onunla birlikdə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yaşayan Zərərçəkmiş şəxs17 Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən Məmmədqara Məmmədov adına kənd orta məktəbinə xadiməçi düzəldəcəyini vəd verib qızı Zərərçəkmiş şəxs17 Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi ərazisində yerləşən adı qeyd olunan məktəbin yaxınlığında 4000 (dörd min) manat məbləğində pul vəsaitini alaraq vədinə əməl etməyib qızı Zərərçəkmiş şəxs17 qarşı dələduzluq etmişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının axırlarında, dəqiq xatırlamadığı gündə, saat təxminən 17 radələrində ondan Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi ərazisində yerləşən Məmmədqara Məmmədov adına kənd orta məktəbinin yaxınlığında borc alıb qaytarmaq adlı ilə 2000 (iki min) manat məbləğində pul vəsaiti alaraq vədinə əməl etməyib ona qarşı dələduzluq etmişdir. O və qızları Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs17 Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını öyrəndikdə ondan pulunu özlərinə geri qaytarmasını tələb etsələrdə də Təqsirləndirilən şəxs pulunu qaytarması ilə bağlı müxtəlif bəhanələr gətirib bu günə qədər onların pulunu geri qaytamamışdır. O da belə olan halda Tovuz rayon Polis Şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Onun Təqsirləndirilən şəxs ilə aralarında hər hansı ədavət və yaxud düşmənçilk olmamışdır. 2022ci ilin aprel ayının axırlarında, dəqiq xatırlamadığı gündə, saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi ərazisində yerləşən Məmmədqara Məmmədov adına kənd orta məktəbinin yaxınlığında ondan borc alıb qaytarmaq adlı ilə 2000 (iki min) manat məbləğində pul vəsaiti aldığı zaman onların yanlarında başqa şəxs və ya şəxslər olmamışdır. Hazırda ondan şikayətçidir və ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin təxminən oktyabr ayının dəqiq xatırlamadığı günündən tanımışdır. Belə ki, həmin vaxtlar Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən Məmmədqara Məmmədov adına tam orta məktəbin direktoru vəzifəsindən azad olunduğu üçün Tovuz rayon Təhsil Sektorunun məsləhətçisi Təqsirləndirilən şəxs həmin məktəbə gələrək direktor vəzifəsini müvəqqəti olaraq icra etməyə başlamışdır. O da həmin vaxtlar az yaşlı övladlarını məktəbə aparıb gətirmişdir. Elə bu səbəblə də o, Təqsirləndirilən şəxslə tanış olmuşdur. O da həmin vaxtlar işsiz olduğu üçün düşünmüşdür ki, adı qeyd olunan məktəbə xadiməçi kimi işə düzələ bilər və bu işdə ona Təqsirləndirilən şəxs köməklik edə bilər. O, 2022-ci ilin aprel ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə yuxarıda adını qeyd etdiyi tam orta məktəbə gedib iş otağında Təqsirləndirilən şəxs yaxınlaşıb Təqsirləndirilən şəxs onu Tovuz rayonu Məmmədqara Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbinə xadiməçi kimi işə düzəltməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də ona bu sahədə köməklik edəcəyini, lakin işlə təmin olunmağı qarşılığında ondan 6000 (altı min) manat məbləğində pul vəsaiti alacağını bildirmişdir. O da həmin vaxt Təqsirləndirilən şəxs o qədər pulunun olmadığını bildirdikdə Təqsirləndirilən şəxs 4000 (dörd min) manat məbləğində pul vəsaiti qarşılığında onu adını qeyd etdiyi orta məktəbə xadiməçi kimi işə düzəldəcəyini ona vəd vermişdir. O da həmin vaxt Təqsirləndirilən şəxs düşünüb bir xəbər verəcəyini bildirmişdir. Ondan sonra o, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən anası Zərərçəkmiş şəxs16 ilə birlikdə yaşadığı evə gəlmiş və bu işlə bağlı anası Gülpəri ilə məsləhətləşmişdir. Anası Gülpəri də ona məsləhət vermişdir ki, Təqsirləndirilən şəxs dediyi məbləği düzəltsin və həmin məbləği Təqsirləndirilən şəxs versin. O da ondan sonra bir neçə gün düşünmüş və fəhləlik edərək topladığı 4000 (dörd min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vermək qərarına gəlmişdir. Bundan başqa 2022-ci ilin aprel ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə anası Zərərçəkmiş şəxs16 onun bacısı, Tovuz rayonu, Aşağı Mülkülü kəndində yaşayan Zərərçəkmiş şəxs15 Tovuz rayonu ərazisində olan uşaq bağçalarından birinə işə düzəltmək məqsədi ilə Təqsirləndirilən şəxs qəbuluna getmişdir. Həmin vaxt onun başqa işləri olduğu üçün o, anası Gülpəri ilə Təqsirləndirilən şəxs yanına getməmişdir. Sonra anası Gülpəri Təqsirləndirilən şəxslə görüşüb yaşadıqları evə gəlmiş və evdə olan zaman bacısı Sevincə zəng edərək Təqsirləndirilən şəxs mobil nömrəsini Sevincə vermişdir. Anası Gülpəri həmin vaxt bacısı Sevincə demişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs bacısı Sevinclə danışacaq və Sevinci uşaq bağçalarından birinə işə düzəldəcəkdir. 11 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs bacısı Sevincin yaşadığı evə getmiş və Sevincdən Tovuz rayonu ərazisində olan uşaq bağçalarından birinə hər hansı bir vəzifəyə işə düzəltməsi adlı ilə bacısı Sevincdən 4000 (dörd min) manat məbləğində pul vəsaiti almışdır. Bu barədə ona bacısı Sevinc zəng edib məlumat vermişdir. Ondan bir neçə gün sonra, 2022-ci ilin aprel ayının ortalarında, dəqiq xatırlamadığı gündə, saat təxminən 15 radələrində Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi ərazisində yerləşən Məmmədqara Məmmədov adına tam orta məktəbin arxa tərəfində o, Təqsirləndirilən şəxslə görüşüb Təqsirləndirilən şəxs onu işə düzəltməsi qarşılığında 4000 (dörd min) manat məbləğində pul vəsaiti vermişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs işə çıxma barədə əmrinin nə vaxt gələcəyini soruşanda Təqsirləndirilən şəxs ona təxminən bir-iki ay müddətinə işə təyin olunma barədə əmrinin gələcəyini demişdir. O da Təqsirləndirilən şəxs inanmışdır. Həmin tarixdən bir neçə gün sonra Təqsirləndirilən şəxs onun anası Zərərçəkmiş şəxs16 2022-ci ilin aprel ayının axırlarında, dəqiq xatırlamadığı gündə borc alıb qaytarmaq adı ilə 2000 (iki min) manat məbləğində pul vəsaiti almışdır. O, həmçinin bildirmişdir ki, bir neçə ay sonra o, anası Zərərçəkmiş şəxs16 və bacısı Zərərçəkmiş şəxs15 başa düşmüşlər ki, Təqsirləndirilən şəxs hər üçünün etibarından ayrıayrılıqda sui-istifadə edərək ona, anası Gülpəriyə və bacısı Sevincə qarşı dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs onlara etmiş olduğu vədə əməl etməmiş və onun dələduzluq yolu ilə 4000 (dörd min), bacısı Sevincin 4000 (dörd min), anası Zərərçəkmiş şəxs16 isə 2000 (iki min) manat məbləğində pul vəsaitini ələ keçirmişdir. 2022-ci ilin aprel ayının ortalarında, dəqiq xatırlamadığı gündən bu günə qədər Təqsirləndirilən şəxs onun 4000 (dörd min) manat məbləğində pul vəsaitimi geri qaytarmamışdır. O da belə olan halda Tovuz rayon Polis Şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Onun Təqsirləndirilən şəxs ilə aralarında hər hansı ədavət və yaxud düşmənçilk olmamışdır. 2022-ci ilin aprel ayının ortalarında, dəqiq xatırlamadığı gündə 4000 (dörd min) manat məbləğində pul vəsaitini Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi ərazisində Valeh adlı şəxsə verdiyi zaman onların yanlarında başqa şəxs və ya şəxslər olmamışdır. Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək onun 4000 (dörd min) manat məbləğində pul vəsaitini ələ keçirdiyi zaman Təqsirləndirilən şəxs bu işdə hər hansı şəxs və ya şəxslər köməklik etməmişdir. Belə ki, Valeh adlı şəxs onu özü tək şəkildə aldatmış və onun 4000 (dörd min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Həmçinin Təqsirləndirilən şəxs pul vəsaitini dələduzluq yolu ilə ələ keçirən zaman hər hansı vəzifəli şəxs və ya şəxslərin adından istifadə etməmişdir. Təqsirləndirilən şəxs sadəcə onun işini özü həll edəcəyini deyib onda inam yaradaraq ona qarşı dələduzluq etmişdir. Hazırda ondan şikayətçidir və ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin təxminən iyun ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə tanımışdır. Belə ki, 2024-cü ilin may ayının əvvəllərində məhkəməyə müraciət edərək keçmiş əri, Tovuz rayonu, İbrahimhacılı kənd sakini X24 ilə boşanmışdır. Ondan sonra o, Tovuz şəhəri ərazisində kirayə ev tutaraq az yaşlı övladları ilə yaşamağa başlamışdır. O, 2024-cü ilin iyun ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə az yaşlı oğlu, xx.xx.2018-ci il təvəllüdlü oğlu X12 və az yaşlı qızı, xx.xx.2019-cu il təvəllüdlü qızı X16 Tovuz şəhəri, H.Aslanov küçəsi ərazisində yerləşən Tovuz rayon Puşkin adına tam orta məktəbə adlarını yazdırmaq üçün Tovuz şəhəri ərazisində yerləşən Tovuz rayon Təhsil Sektoruna getmişdir. Həmin gün orada onu adı sonradan ona məlum olan və özünü sektorun məsləhətçisi kimi təqdim edən Təqsirləndirilən şəxs qarşılamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs az yaşlı övladlarına aid olan sənədlərin surətlərini və onun əlaqə nömrəsini ondan götürmüşdür. Həmin gündən bir neçə gün sonra, yəni 2024-cü ilin iyun ayının əvvələrində, dəqiq xatırlamadığı gündə Təqsirləndirilən şəxs onun mobil nömrəsinə “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə münasibət qurmaq xarakterli mesajlar yazmağa başlamışdır. O da əvvəl Təqsirləndirilən şəxs onunla tanış olmaq cəhdlərini normal qarşılamamış və ona öz etirazını bildirmişdir. Lakin yenə də zamanla Təqsirləndirilən şəxs onda özünə qarşı məhəbbət hissləri yaratmışdır. O, 2024-cü ilin avqust ayının axırlarında dəqiq xatırlamadığı gündə Təqsirləndirilən şəxslə qeyrirəsmi sevgi münasibəti yaşamağa başlamışdır. Çünki Təqsirləndirilən şəxs onu sevdiyini və onunla bir ailə kimi birlikdə yaşamaq istədiyini ona inandırmağa nail olmuşdur. Ona görə də o və az yaşlı övladları 2024-cü ilin avuqst ayının axırlarında, dəqiq xatırlamağı gündə Təqsirləndirilən şəxs ilə birlikdə Tovuz şəhəri ərazisində yerləşən və “Tatlar məhəlləsi” adlanan ərazidə olan fərdi yaşayış evində kirayədə yaşamağa başlamışlar. O, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ər və arvad münasibətləri əsasında birlikdə yaşamışdır. 2024-cü ilin sentyabr ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə Təqsirləndirilən şəxs ona Tovuz şəhəri ərazisində fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi almaq istədiyini bildirib həmin torpaq sahəsində tikiləcək evdə birlikdə və rəsmi ər və arvad nikahı əsasında yaşamağı təklif etmişdir. O da Təqsirləndirilən şəxs ona olan bu təklifini müsbət qarşılamış və bunun üçün nə etməli olduğunu Təqsirləndirilən şəxs soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs bunun üçün müəyyən məbləğdə pul vəsaitinə ehtiyacları olduğunu ona demişdir. O da bu barədə Tovuz rayonu, Kirən kəndində yaşayan anası Zərərçəkmiş şəxs19 zəng edib məlumat vermişdir. Anası Yeganə də həmin vaxt ona 3000 (üç min) manat məbləğində pul vəsaiti verəcəyini bildirmişdir. 03 sentyabr 2024-cü il tarixdə o, Təqsirləndirilən şəxslə birlikdə Tovuz rayonu, Kirən kəndində yaşayan anası Zərərçəkmiş şəxs19 evinə getmişdir. Təqsirləndirilən şəxs həmin vaxt anası Zərərçəkmiş şəxs19 inandırmışdır ki, ona Tovuz şəhəri ərazisində fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi alacaqdır. Anası Zərərçəkmiş şəxs19 da həmin vaxt Təqsirləndirilən şəxs inanmış və yaşadığı evdən 3000 (üç min) manat məbləğində pul vəsaiti gətirib onun yanında Təqsirləndirilən şəxs vermişdir. Ondan sonra onlar birlikdə yenidən Tovuz şəhəri ərazisində yerləşən birlikdə kirayədə yaşadıqları evə qayıtmışlar. Təqsirləndirilən şəxs anası Yeganənin ona verdiyi 3000 (üç min) manat məbləğində olan pul vəsaitini özündə saxlamış və ona Tovuz şəhəri ərazisində yaxşı torpaq sahəsi tapan kimi özü də üstünü düzəldib alacağını bildirmişdir. Ondan sonra Təqsirləndirilən şəxs 21 sentyabr 2024-cü il tarixdə ona demişdir ki, Tovuz şəhəri ərazisində fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi tapdığını və bunun üçün yenə pul vəsaiti lazım olduğunu ona demişdir. O da 21 sentyabr 2024-cü il tarixdə özünə məxsus qızıl sep-klonu Tovuz şəhərində olan bank olmayan kredit təşkilatlarında birində girov qoyaraq həmin kredit təşkilatından 3282 (üç min iki yüz səksən iki) manat məbləğində pul vəsaiti götürmüş və həmin pul vəsaitini 21 sentyabr 2024-cü il tarixdə, saat 13 radələrində Tovuz şəhəri, Sabir küçəsi ərazisində Təqsirləndirilən şəxs vermişdir. 02 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona yenə alacaqları torpaq sahəsi üçün pul vəsaiti lazım olduğunu bildirmişdir. O da yenə Tovuz şəhəri, Sabir küçəsi ərazisində yerləşən bank olmayan kredit təşkilatına gedərək özünə məxsus bir ədəd qızıl qolbağını və bir cür qızıl sırğanı girov qoyub 1202,80 (bir min iki yüz iki) manat, (səksən) qəpik məbləğində pul vəsaiti götürmüş və həmin pul vəsaitini 02 oktyabr 2024-cü il tarixdə, saat 13 radələrində Tovuz şəhəri, Sabir küçəsi ərazisində Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs 80 (səksən) qəpik pulu onun özünə qaytarmışdır. Bununla da o, ümumilikdə Təqsirləndirilən şəxs 4484 (dörd min dörd yüz səksən dörd) manat məbləğində pul vəsaiti vermiş olmuşdur. Ondan sonra o, 2025-ci ilin yanvar ayının axırlarında, dəqiq xatırlamadığı gündə öyrənmişdir ki, qeyri-rəsmi ər və arvad münasibətində olduğu Təqsirləndirilən şəxs ona yalan danışır. Həmin vaxtlar ona aydın olmuşdur ki, Təqsirləndirilən şəxs Tovuz şəhəri ərazisində fərdi yaşayış evi tikməkləri üçün torpaq sahəsi almaq adı ilə onu və anası Zərərçəkmiş şəxs19 aldadaraq onun bu adla 4484 (dörd min dörd yüz səksən dörd), anası Yeganənin isə 3000 (üç min) manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Ondan sonra o, Təqsirləndirilən şəxslə ayrılmış və Tovuz şəhəri ərazisində yerləşən başqa bir fərdi yaşayış evində kirayədə yaşamağa başlamışdır. O, 2025-ci ilin fevral ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə öyrənmişdir ki, Təqsirləndirilən şəxs bir neçə Tovuz rayon sakinlərini də ayrı-ayrı adlarla aldadaraq həmin şəxslərin müəyyən məbləğlərdə pul vəsaitlərini ələ keçirib dələduzluq etmişdir. O da belə olan halda Tovuz rayon Polis Şöbəsinə gələrək bu barədə ərizə ilə müraciət etmişdir. O, 21 sentyabr 2024-cü il tarixli, TV0261869 nömrəli və 02 oktyabr 2024-cü il tarixli, TV0263446 nömrəli çərçivə kredit və girov müqaviləsi üzrə girov biletlərinə dair sənədləri istintaqa vermiş olduğu ifadəsinə əlavə olunması üçün təqdim etmişdir. 11 mart 2025-ci il tarixdə Tovuz RPŞ-yə ərizə ilə müraciət edərək Tovuz rayon Təhsil Sektorunun inspektoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs ona Tovuz şəhəri ərazisində torpaq sahəsi alacağı adı ilə Tovuz rayonu ərazisində 2024-cü ilin oktyabr-noyabr ayları ərzində hissə-hissə olmaqla ümumilikdə 8000 (səkkiz min) manat məbləğində pul vəsaitini alaraq qaytaracağını vəd verməsini, lakin həmin şəxsin vədinə əməl etməyərək ona qarşı dələduzluq etməsini bildirdiyi zaman 21 sentyabr 2024-cü il tarixli, TV0261869 nömrəli və 02 oktyabr 2024-cü il tarixli, TV0263446 nömrəli çərçivə kredit və girov müqaviləsi üzrə girov biletlərinə dair sənədlər onda olmadığı üçün o, Təqsirləndirilən şəxs vermiş olduğu pul vəsaitlərinin məbləğlərini və həmin pul vəsaitlərini verdiyi tarixi unutduğu üçün səhv salmışdır. Həmçinin o, ərizə ilə müraciət edən zaman anası Zərərçəkmiş şəxs19 da Təqsirləndirilən şəxs vermiş olduğu 3000 (üç min) manat məbləğində pul vəsaitini də öz verdiyim pul vəsaitlərinin üzərinə gələrək təxmini bir məbləğ kimi 8000 (səkkiz min) manat məbləğində pul vəsaiti kimi hesablayıb qeyd etmişdir. Daha sonra o, həmin girov sənədlərini kirayədə yaşadığı evdən tapmış və istintaqa daha düzgün və dəqiq ifadə vermək üçün 11 mart 2025-ci il tarixdə istintaqa vermiş olduğu ifadəsinə əlavə etmişdir. Onun Təqsirləndirilən şəxs ilə aralarında hər hansı ədavət və yaxud düşmənçilk olmamışdır. O, Tovuz şəhəri, Sabir küçəsində Valeh adlı şəxsə 21 sentyabr 2024-cü il tarixdə 3282 (üç min iki yüz səksən iki), 02 oktyabr 2024-cü il tarixdə, Tovuz şəhəri, Sabir küçəsi ərazisində 1202 (bir min iki yüz iki) manat məbləğində pul vəsaiti verdiyi zaman onların yanlarında başqa şəxs və ya şəxslər olmamışdır. Ona dəymiş ziyan ödənilmişdir. Şikayət və tələbi yoxdur. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin avqust ayının axırlarında, dəqiq xatırlamadığı gündə tanımışdır. Belə ki, qızı Zərərçəkmiş şəxs18 2024-cü ilin may ayında əri X24 ilə boşanmışdır. Qızı Zərərçəkmiş şəxs18 2024-cü ilin avqust ayının dəqiq xatırlamadığı günündə adı sonradan ona məlum olan və Tovuz rayon Təhsil Sektorunda məsləhətçi işləyən Təqsirləndirilən şəxs ilə qeyrirəsmi sevgi münasibətləri yaşamağa başlamışdır. Qızı Zərərçəkmiş şəxs18 da 2024-cü ilin avqust ayının axırlarında, dəqiq xatırlamadığı gündə ona zəng edərək qeyri-rəsmi münasibətdə olduğu, Təqsirləndirilən şəxslə Tovuz şəhəri ərazisində kirayə tutduqları evdə birlikdə yaşadıqlarını, Təqsirləndirilən şəxs onun üçün Tovuz şəhəri ərazisində fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi almaq istədiyini və həmin torpaq sahəsində ev tikərək Təqsirləndirilən şəxslə birlikdə yaşayacaqlarını, həmçinin Təqsirləndirilən şəxs onunla rəsmi nikaha girəcəyini ona bildirmişdir. O da həmin vaxt qızı Zərərçəkmiş şəxs18 ona dediklərindən sonra Təqsirləndirilən şəxs niyyətinin ciddi olduğuna inanmışdır. Həmin gün qızı Tükəzban mobil telefon vasitəsi ilə onunla danışan zaman Təqsirləndirilən şəxs onun üçün alacağı torpaq sahəsi görə pul lazım olduğunu və onun kömək üçün nə qədər pul verə biləcəyini ondan soruşmuşdur. O da həmin vaxt qızı Tükəzbana hazırda evdə 3000 (üç min) manat məbləğində pul vəsaitinin olduğunu bildirmişdir. Qızı Tükəzban da Təqsirləndirilən şəxslə birlikdə bir neçə gün ərzində gələrək pul vəsaitini ondan götürəcəklərini bildirmişdir. 03 sentyabr 2024-cü il tarixdə, saat 12 radələrində qızı Zərərçəkmiş şəxs18 həmin vaxt qeyrirəsmi münasibətdə olduğu Təqsirləndirilən şəxslə birlikdə onun Tovuz rayonu, Kirən kəndində yaşadığı evə gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onu inandırmışdır ki, ondan aldığı pulun üstünü də özü düzəldib qızı Zərərçəkmiş şəxs18 üçün Tovuz şəhəri ərazisində torpaq sahəsi alaraq həmin torpaq sahəsində fərdi yaşayış evi tikəcəkdir. O da həmin vaxt Təqsirləndirilən şəxs inanmış və yaşadığı evdən 3000 (üç min) manat məbləğində pul vəsaiti gətirib Tovuz rayonu, Kirən kəndində yaşadığı evin həyətində qızı Zərərçəkmiş şəxs18 şahidliyi əsasında həmin vaxt qızı Tükəzbanın qeyri-rəsmi münasibətdə olduğu Təqsirləndirilən şəxs vermişdir. Ondan bir neçə ay sonra qızı Zərərçəkmiş şəxs18 eşitmişdir ki, Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs18 ona Tovuz şəhəri ərazisində torpaq sahəsi almaq adı ilə 2024-cü ilin sentyabr və oktyabr aylarında hissə-hissə olmaqla ümumilikdə 5000 (beş min) manata yaxın pul almışdır. Ona və qızı Zərərçəkmiş şəxs18 2025-ci ilin yanvar ayının axırlarında, dəqiq xatırlamadığı gündə aydın olmuşdur ki, Təqsirləndirilən şəxs onun və qızı Tükəzbanın etibarından sui-istifadə edərək onun 3000 (üç min) manat, qızı Zərərçəkmiş şəxs18 da 5000 (beş min) manata yaxın məbləğdə pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Onlar həmin vaxtlar Təqsirləndirilən şəxs ona vermiş olduqları pul vəsaitlərini geri qaytarmağını tələb etsələr də Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirməklə pullarını onlara geri qaytarmaqdan yayınmışdır. O, həmçinin bildirmişdir ki, bu günə qədər Təqsirləndirilən şəxs onun və qızı Zərərçəkmiş şəxs18 pul vəsaitini indiyə qədər geri qaytarmamışdır. O və qızı Zərərçəkmiş şəxs18 da belə olan halda Tovuz rayon Polis Şöbəsinə gələrək bu barədə ərizə ilə müraciət etmişlər. O, 11 mart 2025-ci il tarixdə Tovuz rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdiyi zaman Təqsirləndirilən şəxs yaşadığı Tovuz rayonu, Kirən kəndi ərazisində 3000 (üç min) manat məbləğində pul vəsaitini 2024-cü ilin sentyabr ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə verdiyini bildirmişdir. Çünki o, ərizə verən zaman pulu verdiyi tarixi və ayı xatırlasa da, dəqiq günü xatırlamamışdır. O, sonra bir daha düşünərək dəqiqləşdirib yadına salmışdır ki, Təqsirləndirilən şəxs 3000 (üç min) manat məbləğində pul vəsaitini 03 sentyabr 2024-cü il tarixdə Tovuz rayonu, Kirən kəndi ərazisində yaşadığı evin həyətində vermişdir. Onun Təqsirləndirilən şəxs ilə aralarında hər hansı ədavət və yaxud düşmənçilk olmamışdır. 03 sentyabr 2024-cü il tarixdə, saat 12 radələrində 3000 (üç min) manat məbləğində pul vəsaitini Tovuz rayonu, Kirən kəndi yerləşən yaşadığı evin həyətində Valeh adlı şəxsə verdiyi zaman onun yanında qızı Zərərçəkmiş şəxs18 başqa hər hansı şəxs və ya şəxslər olmamışdır. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs4 onun doğma xalası qızıdır. 05 dekabr 2024-cü il tarixdə xalası qızı Zərərçəkmiş şəxs4 ona zəng edərək birlikdə Tovuz rayon Təhsil Sektorunun qarşısına getməyini xahiş etmişdir. O da həmin gün xalası qızı Zərərçəkmiş şəxs4 ilə Tovuz rayon Təhsil Sektorunun qarşısına getmişdir. 05 dekabr 2024-cü il tarixdə, təxminən saat 10 radələrində Tovuz rayon Təhsil Sektorunun inspektoru vəzifəsində işləyən və adı sonradan ona məlum olan Valeh adlı şəxs onun yanında xalası qızı Zərərçəkmiş şəxs4 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini alıb çıxıb getmişdir. O, Ayseldən 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini Valeh adlı şəxsə hansı səbəblə verdiyini soruşanda Aysel həmin vaxt ona Valeh adlı şəxsin onun qohumlarından birini Tovuz rayon məktəblərindən birinə təsərrüfat müdiri vəzifəsinə düzəldəcəyi və həmin 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini ona görə Valeh adlı şəxsə verdiyini, geri qalan 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini də qohumunun işə çıxma əmri gəldikdən sonra Valeh adlı şəxsə verəcəyini demişdir. 19 dekabr 2024-cü il tarixdə xalası qızı Zərərçəkmiş şəxs4 ondan birlikdə Tovuz rayon Avtomobil keçidinin yaxınlığına getməyini xahiş etmişdir. 19 dekabr 2024-cü il tarixdə, saat 15 radələrində Tovuz rayon Avtomobil keçidinin yaxınlığında Tovuz rayon Təhsil Sektorunun inspektoru vəzifəsində işləyən Valeh adlı şəxs onun yanında xalası qızı Zərərçəkmiş şəxs4 1470 (bir min dörd yüz yetmiş) ABŞ dolları alaraq çıxıb getmişdir. Valeh adlı şəxs xalası qızı Zərərçəkmiş şəxs4 1470 (bir min dörd yüz yetmiş) ABŞ dolları alan zaman həmin pulu Azərbaycan manatına çevirdikdən sonra aparıb Tovuz rayon Təhsil Sektorunun müdiri Şahid5 verəcəyini bildirmişdir. 1470 (bir min dörd yüz yetmiş) ABŞ dollarını Azərbaycan manatına çevirəndə 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti edir. Ondan sonra o, xalası qızı Zərərçəkmiş şəxs4 öyrənmişdir ki, Təqsirləndirilən şəxs xalası qızı Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək Zərərçəkmiş şəxs4 ümumilikdə 5000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirmişdir. 2024-cü ilin dekabr ayı ərzində xalası qızı Zərərçəkmiş şəxs4 onun yanında olan zaman dəfələrlə Valeh adlı şəxslə mobil telefon vasitəsi ilə danışmış və həmin danışıqlar zamanı Valeh adlı şəxs xalası qızı Zərərçəkmiş şəxs4 müxtəlif bəhanələr gətirməklə xalası qızı Zərərçəkmiş şəxs4 uydurduğu yalanlarına inandırmağı bacarmışdır. Onun Təqsirləndirilən şəxs ilə aralarında hər hansı ədavət və yaxud düşmənçilik olmamışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs11 onun anasıdır. Anası Zərərçəkmiş şəxs11 barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Həmin şəxs, yəni Təqsirləndirilən şəxs 2025-ci ilin yanvar ayının ortalarında, dəqiq xatırlamadığı gündən Tovuz şəhərində yaşayan xalası X11 evində kirayədə qalmağa başlamışdır. Həmin vaxtlardan anası Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxslə aralarında tanışlıq münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs11 Qazax- Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon Təhsil Sektorunun məsləhətçi-inspektoru olduğunu demişdir. Belə olan halda anası Zərərçəkmiş şəxs11 onu Tovuz rayonu ərazisində yerləşən məktəblərdən birinə lobarant vəzifəsinə işə düzəltmək üçün Valeh adlı şəxsdən kömək istəmişdir. Həmin vaxt Valeh adlı şəxs maraqlanıb anası Zərərçəkmiş şəxs11 bir xəbər deyəcəyini bildirmişdir. Həmin vaxtdan bir neçə gün sonra 2025-ci ilin yanvar ayının axırlarında, dəqiq xatırlamadığı gündə Valeh adlı şəxs anası Zərərçəkmiş şəxs11 zəng edərək onu Tovuz rayon Puşkin adına orta məktəbə lobarant kimi işə düzəldə biləcəyini və bunun üçün anası Bəstinin ona 3000 (üç min) manat məbləğində pul vəsaiti verməli olduğunu bildirmişdir. Anası Bəsti də həmin vaxt Valeh adlı şəxslə razılaşmış və yaxın günlər ərzində pulu düzəldib ona xəbər edəcəyini bildirmişdir. Anası Bəsti həmin vaxtdan bir-iki gün sonra 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti düzəldib Valeh adlı şəxsə zəng etmişdir. Anası Bəsti 2025-ci ilin yanvar ayının axırlarında, dəqiq xatırlamadığı gündə Valeh adlı şəxslə Tovuz şəhəri, M.Zeynal küçəsində yerləşən yaşadığı evdə görüşmüş və həmin gün 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini Valeh adlı şəxsə vermişdir. Həmin vaxt anası Bəstinin yanında o və digər xalası Rəna da olmuşdur. Ondan bir-iki gün sonra, yəni 2025-ci ilin yanvar ayının axırlarında, dəqiq xatırlamadığı gündə anası Zərərçəkmiş şəxs11 növbəti 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini düzəldib Valeh adlı şəxsə xəbər etmiş və çox keçməmişdir ki, Valeh adlı şəxs həmin gün anası Bəstinin Tovuz şəhəri, M.Zeynal küçəsində yerləşən yaşadığı evə gələrək anasından 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini götürüb çıxıb getmişdir. Həmin vaxt yenə də anası Bəstinin yanında o və digər xalası Rəna da olmuşdur. Bununla da anası Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs ümumilikdə 3000 (üç min) manat məbləğində pul vəsaiti vermiş olmuşdur. Valeh adlı şəxs də anası Bəstiyə onun 05 fevral 2025-ci il tarixdə Tovuz rayon Puşkin adına orta məktəbə lobarant vəzifəsinə işə təyin olunmağı barədə əmrinin gələcəyini bildirmişdir. 05 fevral 2025-ci il tarixdə anası Bəsti Təqsirləndirilən şəxs zəng edib onun işi ilə bağlı maraqlanmaq istədikdə Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng çatmamışdır. Həmin gün onlar öyrənmişlər ki, Təqsirləndirilən şəxs Tovuz rayonu ərazisində yaşayan ayrıayrı şəxslərə müxtəlif vədlər verərək həmin şəxslərin müəyyən məbləğlərdə olan pul vəsaitlərini də ələ keçirmişdir. Həmçinin onlar başa düşmüşlər ki, Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs11 da aldadaraq onun 3000 (üç min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Belə olan halda anası Zərərçəkmiş şəxs11 Tovuz RPŞ-yə gələrək ərizə ilə müraciət etmişdir. Onun Təqsirləndirilən şəxs ilə arasında hər hansı ədavət və yaxud düşmənçilk olmamışdır. Məhkəmə iclasında Şahid9 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs11 onun bacısıdır. Bacısı Zərərçəkmiş şəxs11 barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Həmin şəxs, yəni Təqsirləndirilən şəxs 2025-ci ilin yanvar ayının ortalarında, dəqiq xatırlamadığı gündən Tovuz şəhərində yaşayan digər bacısı X11 evində kirayədə qalmağa başlamışdır. Həmin vaxtlardan bacısı Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxslə aralarında tanışlıq münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs11 Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon Təhsil Sektorunun məsləhətçiinspektoru olduğunu demişdir. Belə olan halda bacısı Zərərçəkmiş şəxs11 qızı Gülnarəni Tovuz rayonu ərazisində yerləşən məktəblərdən birinə lobarant vəzifəsinə işə düzəltmək üçün Valeh adlı şəxsdən kömək istəmişdir. Həmin vaxt Valeh adlı şəxs maraqlanıb bacısı Zərərçəkmiş şəxs11 bir xəbər deyəcəyini bildirmişdir. Həmin vaxtdan bir neçə gün sonra 2025-ci ilin yanvar ayının axırlarında, dəqiq xatırlamadığı gündə Valeh adlı şəxs bacısı Zərərçəkmiş şəxs11 zəng edərək qızı Gülnarəni Tovuz rayon Puşkin adına orta məktəbə lobarant kimi işə düzəldə biləcəyini və bunun üçün bacısı Bəstinin ona 3000 (üç min) manat məbləğində pul vəsaiti verməli olduğunu bildirmişdir. Bacısı Bəsti də həmin vaxt Valeh adlı şəxslə razılaşmış və yaxın günlər ərzində pulu düzəldib ona xəbər edəcəyini bildirmişdir. Bacısı Bəsti həmin vaxtdan bir-iki gün sonra 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti düzəldib Valeh adlı şəxsə zəng etmişdir. Bacısı Bəsti 2025-ci ilin yanvar ayının axırlarında, dəqiq xatırlamadığı gündə Valeh adlı şəxslə Tovuz şəhəri, M.Zeynal küçəsində yerləşən yaşadığı evdə görüşmüş və həmin gün 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini Valeh adlı şəxsə vermişdir. Həmin vaxt bacısı Bəstinin yanında qızı Şahid2 və o olmuşdur. Ondan bir-iki gün sonra, yəni 2025-ci ilin yanvar ayının axırlarında, dəqiq xatırlamadığı gündə bacısı Zərərçəkmiş şəxs11 növbəti 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini düzəldib Valeh adlı şəxsə xəbər etmiş və çox keçməmişdir ki, Valeh adlı şəxs həmin gün bacısı Bəstinin Tovuz şəhəri, M.Zeynal küçəsində yerləşən yaşadığı evə gələrək bacısı Zərərçəkmiş şəxs11 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini götürüb çıxıb getmişdir. Həmin vaxt yenə də bacısı Bəstinin yanında yenə qızı Şahid2 və o olmuşdur. Bununla da bacısı Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs ümumilikdə 3000 (üç min) manat məbləğində pul vəsaiti vermiş olmuşdur. Valeh adlı şəxs də bacısı Bəstiyə qızı Şahid2 05 fevral 2025-ci il tarixdə Tovuz rayon Puşkin adına orta məktəbə lobarant vəzifəsinə işə təyin olunmağı barədə əmrinin gələcəyini bildirmişdir. 05 fevral 2025-ci il tarixdə bacısı Bəsti Təqsirləndirilən şəxs zəng edib qızı Şahid2 işi ilə bağlı maraqlanmaq istədikdə Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng çatmamışdır. Həmin gün onlar öyrənmişlər ki, Təqsirləndirilən şəxs Tovuz rayonu ərazisində yaşayan ayrı-ayrı şəxslərə müxtəlif vədlər verərək həmin şəxslərin müəyyən məbləğlərdə olan pul vəsaitlərini də ələ keçirmişdir. Həmçinin onlar başa düşmüşlər ki, Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs11 da aldadaraq onun 3000 (üç min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Belə olan halda bacısı Zərərçəkmiş şəxs11 Tovuz RPŞ-yə gələrək ərizə ilə müraciət etmişdir. Onun Təqsirləndirilən şəxs ilə aralarında hər hansı ədavət və yaxud düşmənçilk olmamışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs8 onun qayınanasıdır. Qayınanası Zərərçəkmiş şəxs8 barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. O, Təqsirləndirilən şəxs 2024-cü ilin avqust ayının axırlarında, dəqiq xatırlamadığı gündə tanımışdır. Belə ki, 2024-cü ilin avqust ayının axırlarında, dəqiq xatırlamadığı gündə qayınanası Zərərçəkmiş şəxs8 onu işlə təmin etmək üçün onunla birlikdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon Təhsil Sektorunun inzibati binasına getmişdir. Onları orada adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs qarşılamış və onlara həmin sektorun məsləhətçi-inspektoru olduğunu deyib qayınanası Zərərçəkmiş şəxs8 təhsil sektoruna nə ilə bağlı gəldiyini soruşmuşdur. Qayınanası Zərərçəkmiş şəxs8 da həmin vaxt Valeh adlı şəxsə onu Tovuz rayonu, Alakol kənd bağçasına işə düzəltmək istədiyini bildirmişdir. Qayınanası Zərərçəkmiş şəxs8 belə deyən zaman Valeh adlı şəxs onları öz iş otağına dəvət etmişdir. Həmin vaxt Valeh adlı şəxs qayınanası Zərərçəkmiş şəxs8 ilə bir qədər söhbət etdikdən sonra onu Tovuz rayonu, Alakol kənd bağçasına hazırda 4 aya vakansiyası olacaq aşpaz vəzifəsinə düzəldə biləcəyini bildirmiş və bunun qarşılığında qayınanası Zərərçəkmiş şəxs8 5000 (beş min) manat məbləğində pul vəsaiti istəmişdir. Qayınanası Zərərçəkmiş şəxs8 da həmin vaxt Valeh adlı şəxsə onun həmin vakansiya üzrə imtahan yolu ilə işə qəbul olunmağının mümkün olduğunu bildirdikdə Valah adlı şəxs qayınanası Zərərçəkmiş şəxs8 etiraz edərək imtahan yolu ilə onun işə qəbul olmayacağını və bunun üçün 5000 (beş min) manat məbləğində pul vəsaiti verməli olduqlarını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin vaxt qayınanası Zərərçəkmiş şəxs8 əgər 5000 (beş min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs versə onun imtahan verməyinə belə gərək qalmayacaq. Həmçinin Təqsirləndirilən şəxs sadəcə pul verildikdən sonra 4 ay gözləyib vakansiya olan kimi onun Tovuz rayonu, Alakol kənd bağçasına aşpazvəzifəsinə işlə təmin olunma əmrinin gələcəyini bildirmişdir. Qayınanası Zərərçəkmiş şəxs8 belə olan halda Valeh adlı şəxslə razılaşmış və 5000 (beş min) manat məbləğində pul vəsaitini düzəltməyi üçün ondan vaxt istəmişdir. Qayınanası Zərərçəkmiş şəxs8 bir neçə gün sonra özünə məxsus iri buynuzlu heyvan olan İsveç sortuna aid inəyini 5000 (beş min) manat məbləğində pul vəsaitinə satmışdır. 02 sentyabr 2024-cü il tarixdə qayınanası Zərərçəkmiş şəxs8 5000 (beş min) manat məbləğində pul vəsaitini götürüb onun ilə birlikdə Tovuz rayon Təhsil Sektorunun Tovuz şəhərində yerləşən inzibati binasına gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onları sektorun otaqlarından birinə aparmışdır. Qayınanası Zərərçəkmiş şəxs8 02 sentyabr 2024-cü il tarixdə onun şahidliyi ilə 5000 (beş min) manat məbləğində pul vəsaitini Tovuz rayon Təhsil Sektorunun inzibati binasında Valeh adlı şəxsə vermişdir. Qayınanası Zərərçəkmiş şəxs8 pulu Valeh adlı şəxsə verdikdən sonra Valeh adlı şəxs razılaşdıqları kimi 4 aydan sonra onun Tovuz rayon Alakol kənd bağçasına aşpazvəzifəsinə işə təyin olunmağı ilə bağlı əmrimin gələcəyini bildirmişdir. Ondan sonra onlar 4 ay müddət gözləmiş və 2024-cü ilin fevral ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə qayınanası Zərərçəkmiş şəxs8 Valeh adlı şəxsə zəng edib işin nə yerdə olduğunu soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs qayınanası Zərərçəkmiş şəxs8 qeyrimüəyyən cavablar verməsindən başa düşmüşlər ki, Təqsirləndirilən şəxs onları aldadır. Belə olan halda qayınanası X37 Əliyevə demişdir ki, 05 fevral 2025-ci il tarixə kimi 5000 (beş min) manat məbləğində pul vəsaitini özünə geri qaytarsın. Təqsirləndirilən şəxs də qayınanası Zərərçəkmiş şəxs8 5000 (beş min) manat məbləğində pul vəsaitini yaxın vaxtlarda, yəni 05 fevral 2025-c i il tarixdə qaytacağını demişdir. Qayınanası Zərərçəkmiş şəxs8 da 05 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs “***-***-**-**” və “***-***-**-**” saylı mobil nömrələrinə zəng etsə də Təqsirləndirilən şəxs heç bir mobil nömrəsinə zəng çatmamışdır. Həmin vaxt onlar Təqsirləndirilən şəxs qayınanası Zərərçəkmiş şəxs8 da başqa digər şəxslərə qarşı da dələduzluq hərəkətləri etdiyini öyrənmişlər. Belə olan halda qayınanası Zərərçəkmiş şəxs8 Toviz rayon Polis Şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Onun Təqsirləndirilən şəxs ilə aralarında hər hansı ədavət və yaxud düşmənçilk olmamışdır. Məhkəmə iclasında şahid X13 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs7 onun qızıdır. Qızı Zərərçəkmiş şəxs7 barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. O, Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs7 sayəsində tanımışdır. Belə ki, qızı Zərərçəkmiş şəxs7 Tovuz rayonu ərazisində yerləşən məktəblərdən birinə lobarant vəzifəsinə işə düzəlmək üçün 2023-cü ilin fevral ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon Təhsil Sektorunun inzibati binasına getmiş və orada işləyən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs7 mobil nömrəsini götürərək qızı Aytaca bu işlə bağlı köməklik edəcəyini bildirmişdir. Həmin gündən təxminən üç gün sonra, yəni 2023-cü ilin fevral ayının əvvələrində, dəqiq xatırlamadığı gündə Təqsirləndirilən şəxs qızı Aytaca zəng edib onu Tovuz rayon Təhsil Sektoruna çağırmışdır. Qızı Zərərçəkmiş şəxs7 da Təqsirləndirilən şəxs çağırışı üzrə Tovuz rayon Təhsil Sektoruna getmişdir. Təqsirləndirilən şəxs həmin vaxt qızı Aytaca bildirmişdir ki, Tovuz rayonu, Qaziqulu kənd orta məktəbinə lobarant kimi onu işə düzəldə bilər, ancaq bunun üçün qızı Aytacdan 2000 (iki min) manat məbləğində pul vəsaiti istəmişdir. Həmin vaxt qızı Zərərçəkmiş şəxs7 da Təqsirləndirilən şəxs o qədər pulunun olmadığını bildirdikdə Təqsirləndirilən şəxs 400 (dörd yüz) manat endirib edib 1600 (bir min altı yüz) manat pul vəsaitinə qızı Aytacı Tovuz rayonu, Qaziqulu kənd orta məktəbinə lobarant vəzifəsinə işə düzəltmək üçün razılaşmış və bu barədə Aytaca vəd vermişdir. Aytac həmin gün yaşadıqları evə gələrək onlarla bu barədə məsləhət etmişdir. Həmin vaxt o, işin düzələcəyi təqdirdə qızı Aytaca heç bir etiraz etməmişdir. Onun qızı Zərərçəkmiş şəxs7 İİ qrup əlilliyi ilə bağlı aldığı sosial pensiyasından 900 (doqquz yüz) manat pul düzəltmiş və onunla birlikdə 16 fevral 2023-cü il tarixdə Tovuz rayon Təhsil Sektorunun inzibati binasında yerləşən iş otaqlarının birində həmin 900 (doqquz yüz) manat məbləğindəki pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs həmin vaxt pulun geri qalan hissəsini qızı Aytacdan soruşduqda qızı Aytac həmin məbləği də qısa zaman ərzində düzəldib Valeh adlı şəxsə verəcəyini bildirmişdir. Ondan sonra onlar yaşadıqları evə gəlmişlər və bir neçə gün ərzində qızı Aytac yaxınlarından borc alıb 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti düzəldib 23 fevral 2023-cü il tarixdə yenidən onunla birlikdə Tovuz rayon Təhsil Sektorunun inzibati binasına gedib həmin sektordakı iş otaqlarının birində Təqsirləndirilən şəxs 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti vermişdir. Bununla da qızı Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs işə düzəltməsi vədi qarşılığında ümumilikdə 1600 (bir min altı yüz) manat məbləğində pul vəsaiti vermişdir. Həmin vaxt qızı Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs işə təyin olunma barədə əmrinin nə vaxt gələcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs də qızı Aytaca 27 fevral 2023-cü il tarixdə Tovuz rayonu, Qaziqulu kənd orta məktəbinə işə təyin olunma barədə əmrin gələcəyini bildirmişdir. Onlar həmin gündən sonra 27 fevral 2023-cü il tarixi gözləmişlər. Lakin həmin tarix gəlib çatsa da onun qızı Zərərçəkmiş şəxs7 Tovuz rayonu, Qaziqulu kənd orta məktəbinə işə təyin olunma barədə əmri gəlməmişdir. Qızı Aytac da bununla bağlı Valeh adlı şəxslə maraqlandıqda Valeh adlı şəxs qızı Aytaca müxtəlif bəhanələr gətirib əmrin bir neçə günə gələcəyini bildirmişdir. Onlar 2023-cü ilin may ayınadək gözləmiş və 2023-cü ilin may ayının axırlarında, dəqiq xatırlamadığı gündə onlara məlum olmuşdur ki, Tovuz rayonu, Qaziqulu kənd orta məktəbində lobarant işi üzrə vakansiya yoxdur. Həmin vaxt onlar başa düşmüşlər ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon Təhsil Sektorunun məsləhətçi-inspektoru Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs7 işə düzəltmək adı ilə aldadaraq qızı Aytacın 1600 (bir min altı yüz) manat məbləğində pul vəsaitini ələ keçirmişdir. O, həmçinin bildirmişdir ki, bu günə qədər Təqsirləndirilən şəxs dələduzluq yolu ilə qızı Zərərçəkmiş şəxs7 ələ keçirmiş olduğu 1600 (bir min altı yüz) manat məbləğində pul vəsaitindən 750 (yeddi yüz əlli) manat məbləğində olan pul vəsaitini Aytacın özünə geri qaytarmışdır. Ancaq Təqsirləndirilən şəxs indiyə qədər qızı Zərərçəkmiş şəxs7 850 (səkkiz yüz əlli) manat məbləğimdə pul vəsaitini geri qaytarmamışdır. Belə olan halda qızı Zərərçəkmiş şəxs7 Tovuz rayon Polis Şöbəsinə gələrək bu barədə ərizə ilə müraciət etmişdir. Onun Təqsirləndirilən şəxs ilə aralarında hər hansı ədavət və yaxud düşmənçilk olmamışdır. Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək onun 1600 (bir min altı yüz) manat məbləğində pul vəsaitini ələ keçirdiyi zaman bu işdə hər hansı şəxs və ya şəxslər köməklik etməmişdir. Belə ki, Valeh adlı şəxs qızı Aytacı özü tək şəkildə aldatmış və onun 1600 (bir min altı yüz) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Həmçinin Təqsirləndirilən şəxs qızı Aytacın pul vəsaitini dələduzluq yolu ilə ələ keçirən zaman hər hansı vəzifəli şəxs və ya şəxslərin adından istifadə etməmişdir. Təqsirləndirilən şəxs sadəcə qızı Zərərçəkmiş şəxs7 iş məsələsini özünü həll edəcəyini deyərək qızı Aytaca qarşı dələduzluq etmişdir. Məhkəmə iclasında Şahid6 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun arvadıdır. Arvadı Zərərçəkmiş şəxs2 barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. O, Təqsirləndirilən şəxs dostu, Tovuz rayonu, Əlibəyli kənd sakini Şahid7 Nurəddin oğlunun vasitəsi ilə tanımışdır. Belə ki, 2024-cü ilin dekabr ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə o, dostu Şahid7 arvadı Zərərçəkmiş şəxs2 üçün iş axtardığını demişdir. Əsasən də Eminə arvadı Zərərçəkmiş şəxs2 Tovuz rayonu, Ağdam kəndində yerləşən uşaq bağçasına işə düzəlmək istədiyini bildirmişdir. Həmin vaxt dostu Emin adlı şəxs də ona bir nəfər tanışının olduğunu və həmin şəxsin Tovuz rayon Təhsil Sektorunda işlədiyini ona bildirmişdir. Ondan sonra həmin gün dostu Emin onu Tovuz rayon Təhsil Sektorunda məsləhətçi işləyən Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsi ilə danışdırmışdır. Təqsirləndirilən şəxs onunla telefonda danışan zaman arvadı Zərərçəkmiş şəxs2 Tovuz rayonu, Ağdam kəndində yerləşən uşaq bağçasına texniki işçi kimi işə düzəldəcəyini bildirib bunun qarşılığında ondan 3000 (üç min) manat məbləğində pul vəsaiti istəmişdir. O da həmin vaxt, yəni 2024-cü ilin dekabr ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə Təqsirləndirilən şəxslə telefonda danışdığı zaman Təqsirləndirilən şəxs bu barədə arvadı Zərərçəkmiş şəxs2 ilə məsləhət edib ona dəqiq bir cavab deyəcəyimi bildirmişdir. Həmin gün o, işlə bağlı Tovuz rayonu, Qaralar kəndi ərazisində olmuş və başı işə qarışdığından arvadı Zərərçəkmiş şəxs2 ilə bu barədə danışa bilməmişdir. O, həmin gündən bir neçə gün sonra 10 dekabr 2024-cü il tarixdə, səhər saatlarında arvadı Zərərçəkmiş şəxs2 zəng edib bu barədə Zərərçəkmiş şəxs2 ilə məsləhətləşmiş və onlar belə qərara gəlmişlər ki, Təqsirləndirilən şəxs deyən məbləği düzəltsinlər. Bu məqsədlə o, arvadı Zərərçəkmiş şəxs2 evlərində olan 3 (üç) baş qoyun və 1 (bir) baş dananı satmağını bildirib özü də günortadan sonra evə gələcəyini demişdir. 10 dekabr 2024-cü il tarixdə o, işdən icazə alıb təxminən saat 16 radələrinə Tovuz rayonu, Ağdam kəndində yerləşən yaşadığı evə gəlmişdir. O, evə gələndə görmüşdür ki, arvadı Zərərçəkmiş şəxs2 1 (bir) baş dananı və 3 (üç ) baş qoyunu ümumilikdə 1450 (bir min dörd yüz əlli) manata satmışdır. O da dostu Eminə zəng edib 1450 (bir min dörd yüz əlli) manat məbləğində pul vəsaiti düzəltdiyini bildirmişdir. Emin də Valeh adlı şəxslə danışmış və Valeh adlı şəxsin onları Tovuz rayon Təhsil Sektorunun qarşısına çağırdığını demişdir. 10 dekabr 2024-cü il tarixdə, saat 17 radələrində dostu Emin onu və arvadı Zərərçəkmiş şəxs2 öz avtomobili ilə Tovuz şəhərində yerləşən Tovuz rayon Təhsil Sektorunun inzibati binasının qarşısına gətirmişdir. Təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs gələrək dostu Eminin avtomobilinə əyləşmiş və onlarla salamlaşıb tanış olduqdan sonra iş məsələsi barədə danışmağa başlamışdır. Həmin vaxt arvadı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 1450 (bir min dörd yüz əlli) manat məbləğində pul düzəldə bildiyini, geri qalan pulu da yaxın vaxtlarda düzəldib ona verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs də arvadı Zərərçəkmiş şəxs2 heç bir etiraz etməmiş və geri qalan 1500 (bir min beş yüz) manat məbləğində pulu da işə təyin olunma barədə əmr gəldikdən sonra alacağını bildirmişdir. Həmin vaxt arvadı Zərərçəkmiş şəxs2 cibindən 1450 (bir min dörd yüz əlli) manat məbləğində pul vəsaiti çıxartmış və həmin pul vəsaitini Emin adlı dostunun avtomobilində Təqsirləndirilən şəxs vermişdir. Arvadı Zərərçəkmiş şəxs2 həmin vaxt Təqsirləndirilən şəxs işə nə vaxt təyin olunacağını soruşanda Təqsirləndirilən şəxs 2025-ci ilin yanvar ayının əvvələrində arvadı Zərərçəkmiş şəxs2 Tovuz rayonu, Ağdam kəndində yerləşən uşaq bağçasına işə təyin olunması ilə bağlı əmrinin gələcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bunları deyib 1450 (bir min dörd yüz əlli) manat məbləğində pul vəsaitini götürüb çıxıb getmişdir. Ondan sonra o, yenə işlə bağlı Tovuz rayonu, Qaralar kəndinə getmişdir. 17 dekabr 2024-cü il tarixdə arvadı Zərərçəkmiş şəxs2 ona bildirmişdir ki, Təqsirləndirilən şəxs attestat və şəhadətnaməsini istəmişdir. Arvadı Zərərçəkmiş şəxs2 da 17 dekabr 2024-cü il tarixdə anası Şahid8 ilə birlikdə özünə aid sənədləri aparıb iş yerində Təqsirləndirilən şəxs vermişdir. 26 dekabr 2024-cü il tarixdə arvadı Zərərçəkmiş şəxs2 ona zəng edərək Valeh adlı şəxsin zəng edib 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini də istədiyi bildirib işə təyin olunması barədə əmrinin gəldiyini demişdir. Həmin gün arvadı Zərərçəkmiş şəxs2 Tovuz şəhərində yerləşən "xxxx" ASC-dən pul krediti götürmüş və dostu Eminlə birlikdə 26 dekabr 2024-cü il tarixdə, saat 18 radələrində Tovuz rayon Təhsil Sektorunun inzibati binasının qarşısına gedərək dostu Eminin avtomobilində 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. Arvadı Zərərçəkmiş şəxs2 bununla da Tovuz rayonu, Ağdam kəndində yerləşən uşaq bağçasına işə düzəlməsi üçün Təqsirləndirilən şəxs ümumilikdə 2950 (iki min doqquz yez əlli) manat məbləğində pul vəsaiti vermiş olmuşdur. Lakin 2025-ci ilin yanvar ayı sona çatmasına baxmayaraq arvadı Zərərçəkmiş şəxs2 işlə təmin olunmamışdır. Arvadı Zərərçəkmiş şəxs2 da Təqsirləndirilən şəxslə iş məsələsini maraqlandıqda Təqsirləndirilən şəxs arvadım Ayşənə səbirli olmağını, yaxın günlərdə işə çıxacağını bildirmişdir. Onlar həmin vaxtlar başa düşmüşlər ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs2 işə düzəltmək adı ilə aldadaraq Zərərçəkmiş şəxs2 2950 (iki min doqquz yüz əlli) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Arvadı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs pulunu geri tələb etdikdə Təqsirləndirilən şəxs pulu qaytaracağını desə də bu günə qədər müxtəlif bəhanələr gətirərək arvadı Zərərçəkmiş şəxs2 2950 (iki min doqquz yüz əlli) manat məbləğində pul vəsaitini geri qaytarmamışdır. Onun Təqsirləndirilən şəxs ilə aralarında hər hansı ədavət və yaxud düşmənçilk olmamışdır. Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs2 etibarından suiistifadə edərək onun 2950 (iki min doqquz yüz əlli) manat məbləğində pul vəsaitini ələ keçirdiyi zaman ona bu işdə hər hansı şəxs və ya şəxslər köməklik etməmişdir. Belə ki, Valeh adlı şəxs arvadı Zərərçəkmiş şəxs2 özü tək şəkildə aldatmış və Zərərçəkmiş şəxs2 2950 (iki min doqquz yüz əlli) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Həmçinin Təqsirləndirilən şəxs pul arvadı Ayşənin pul vəsaitini dələduzluq yolu ilə ələ keçirən zaman hər hansı vəzifəli şəxs və ya şəxslərin adından istifadə etməmişdir. O sadəcə arvadı Ayənin iş məsələsini özünü həll edəcəyini deyərək arvadı Ayşənə qarşı dələduzluq etmişdir. Məhkəmə iclasında Şahid7 Nurəddin oğlu ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun dostu Şahid6 arvadıdır. Zərərçəkmiş şəxs2 barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs 2024-cü ilin təxminən iyun ayından tanımışdır. Belə ki, o, həmin vaxt takisilik fəaliyyəti ilə məşğul olmuş və 2024-cü ilin iyun ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə özünə məxsus “Mercedes-Benz-minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs sərnişin qismində Tovuz şəhəri ərazisində götürüb gedəcəyi ünvana aparmışdır. Elə həmin vaxtdan da Təqsirləndirilən şəxs onun bir taksi kimi mobil nömrəsini götürmüş və ona Tovuz rayon Təhsil Sektorunda məsləhətçi işlədiyini, həmin sahə ilə bağlı nə kömək lazım olarsa edə biləcəyini bildirmişdir. O da Təqsirləndirilən şəxs həmin vaxt mobil nömrəsini götürmüşdür. 2024-cü ilin dekabr ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə dostu Şahid6 ona arvadı Zərərçəkmiş şəxs2 üçün iş axtardığını demişdir. Əsasən də Rəşad ona arvadı Zərərçəkmiş şəxs2 Tovuz rayonu, Ağdam kəndində yerləşən uşaq bağçasına işə düzəlmək istədiyini bildirmişdir. Həmin vaxt onun bir neçə ay əvvəl müştəri olan və Tovuz rayon Təhsil Sektorunda inspektor işləyən Təqsirləndirilən şəxs yadına düşmüşdür. Ona görə də o, dostu Rəşada bir nəfər tanışı olduğunu və həmin şəxsin Tovuz rayon Təhsil Sektorunda işlədiyini bildirmişdir. Ondan sonra həmin gün o, dostu Rəşadı Tovuz rayon Təhsil Sektorunda məsləhətçi işləyən Təqsirləndirilən şəxs ilə mobil telefonun “Whatsapp” ani mesajlaşma tətbiqinin qrup zəngi vasitəsi ilə danışdırmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs dostu Rəşadla telefonda danışan zaman arvadı Zərərçəkmiş şəxs2 Tovuz rayonu, Ağdam kəndində yerləşən uşaq bağçasına texniki işçi kimi işə düzəldəcəyini bildirib bunun qarşılığında Rəşaddan 3000 (üç min) manat məbləğində pul vəsaiti istəmişdir. Dostu Rəşad da həmin vaxt, yəni 2024-cü ilin dekabr ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə Təqsirləndirilən şəxslə telefonda danışdığı zaman Təqsirləndirilən şəxs bu barədə arvadı Zərərçəkmiş şəxs2 ilə məsləhət edib ona dəqiq bir cavab deyəcəyini bildirmişdir. 10 dekabr 2024-cü il tarixdə dostu Rəşad ona zəng edib 1450 (bir min dörd yüz əlli) manat məbləğində pul vəsaiti düzəltdiyini bildirmişdir. O da Valeh adlı şəxslə danışmış və Valeh adlı şəxs onları Tovuz rayon Təhsil Sektorunun qarşısına çağırmışdır. 10 dekabr 2024-cü il tarixdə, saat 17 radələrində o, dostu Rəşadı və Rəşadın arvadı Zərərçəkmiş şəxs2 öz avtomobili ilə Tovuz şəhərində yerləşən Tovuz rayon Təhsil Sektorunun inzibati binasının qarşısına gətirmişdir. Təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs gələrək onun avtomobilinə əyləşmiş və onlarla salamlaşıb tanış olduqdan sonra iş məsələsi barədə danışmağa başlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 1450 (bir min dörd yüz əlli) manat məbləğində pul düzəldə bildiyini, geri qalan pulu da yaxın vaxtlarda düzəldib ona verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs2 heç bir etiraz etməmiş və geri qalan 1500 (bir min beş yüz) manat məbləğində pulu da işə təyin olunma barədə əmr gəldikdən sonra alacağını bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 cibindən 1450 (bir min dörd yüz əlli) manat məbləğində pul vəsaiti çıxartmış və həmin nağd pul vəsaitini onun avtomobilində Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt dostu Şahid6 və Rəşadın arvadı Zərərçəkmiş şəxs2 onun avtomobilimdə arxa tərəfdən sərnişin oturacağında, Təqsirləndirilən şəxs isə onun avtomobilində qabaq tərəfdən sərnişin oturacağında əyləşmişdir. Zərərçəkmiş şəxs2 həmin vaxt Təqsirləndirilən şəxs işə nə vaxt təyin olunacağını soruşanda Təqsirləndirilən şəxs 2025-ci ilin yanvar ayının əvvələrində Zərərçəkmiş şəxs2 Tovuz rayonu, Ağdam kəndində yerləşən uşaq bağçasına işə təyin olunması ilə bağlı əmrinin gələcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bunları deyib 1450 (bir min dörd yüz əlli) manat məbləğində pul vəsaitini götürüb çıxıb getmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin vaxt Zərərçəkmiş şəxs2 özünə məxsus mobil nömrəsini götürmüşdür ki, bundan sonra Zərərçəkmiş şəxs2 ilə şəxsən özü əlaqə saxlasın. 26 dekabr 2024-cü il tarixdə, saat 18 radələrində dostu Rəşad ona zəng edərək hazırda arvadı Zərərçəkmiş şəxs2 Tovuz şəhəri, Həzi Aslanov küçəsində yerləşən “Bravo” marketin qarşısında olduğunu və Zərərçəkmiş şəxs2 Tovuz şəhəri, H.Aslanov küçəsindən götürüb Tovuz rayon Təhsil Sektorunun qarşısına aparmağını ondan xahiş etmişdir. Rəşaddan sonra da arvadı Zərərçəkmiş şəxs2 ona zəng edərək bir qədər tez gəlməyini və Tovuz rayon Təhsil Sektorunun qarşısına aparmağını ondan xahiş etmişdir. O da həmin vaxt yenə Tovuz şəhəri ərazisində taksilik fəaliyyəti ilə məşğul olmuşdur. O, vaxt itirmədən Tovuz şəhəri, Həzi Aslanov küçəsində yerləşən “Bravo” marketin qarşısına gedib Zərərçəkmiş şəxs2 avtomobilimə götürmüş və avtomobili idarə edib Zərərçəkmiş şəxs2 Tovuz rayon Təhsil Sektorunun qarşısına aparmışdır. Zərərçəkmiş şəxs2 ona yolda gedən zaman Təqsirləndirilən şəxs zəng edib geri qalan 1500 (bir min beş yüz) manat pulu istədiyini, ona görə də bankdan kredit götürüb Valehə pulu çatdırmalı olduğunu demişdir. O, özünə məxsus avtomobil ilə Tovuz rayon Təhsil Sektorunun inzibati binasının qarşısına çatdıqdan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs gələrək avtomobildə qabaq tərəfdən sərnişin oturacağında əyləşmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 arxa tərəfdən sərnişin oturacağında əyləşmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 işə təyin olunması barədə əmrinin gəldiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 da əmri ona göstərməsini Təqsirləndirilən şəxs xahiş etmişdir. Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs2 iş yerinə dəvət etmişdir. Bu zaman Zərərçəkmiş şəxs2 onun da özü ilə birlikdə gəlməyni xahiş etmişdir. Onlar birlikdə Tovuz rayon Təhsil Sektorunun inzibati binasına daxil olmuş və Təqsirləndirilən şəxs onları adı qeyd olunan binanın ikinci mərtəbəsindəki iş otaqlarından birinə aparmışdır. Təqsirləndirilən şəxs həmin iş otağındakı kompyuteri açaraq kompyuterin ekranında elektron formada olan əmri Zərərçəkmiş şəxs2 göstərmişdir. Həmin vaxt o da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 kompyuterin ekranında göstərdiyi elektron formada olan işə təyin olunma barədə əmrə baxmışdır. Xatırladığı qədəri ilə həmin elektron formada olan əmrdə “Zərərçəkmiş şəxs2” və işə təyin olunma ilə bağlı hazırda dəqiq xatırlamadığı bir neçə əlavə cümlə də yazılmışdır. Zərərçəkmiş şəxs2 işə təyin olunması barədə əmrinin gəldiyini gördükdən sonra Təqsirləndirilən şəxs inanmış və üzərindəki 1500 (bir min beş yüz) manat məbləğindəki pul vəsaitini həmin iş otağında Təqsirləndirilən şəxs vermək istəmişdir. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 etiraz edərək pulu bayırda ona verməsini bildirmişdir. Onlar birlikdə yuxarıda adı qeyd olunan sektorun inzibati binasından bayıra çıxmış və onun avtomobilinə əyləşmişlər. Zərərçəkmiş şəxs2 onun “Mercedes-Benz-minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilində Təqsirləndirilən şəxs 1500 (bir min beş yüz) manat məbləğində nağd pul vəsaiti vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs 1500 (bir min beş yüz) manat məbləğində nağd pul vəsaitini Zərərçəkmiş şəxs2 götürüb çıxıb getmişdir. O da Zərərçəkmiş şəxs2 aparıb yenidən Tovuz şəhəri, H.Aslanov küçəsinə düşürmüşdür. Sonra onlar başa düşmüşlər ki, Təqsirləndirilən şəxs dostu Şahid6 arvadı Zərərçəkmiş şəxs2 işə düzəltmək adı ilə aldadaraq Zərərçəkmiş şəxs2 2950 (iki min doqquz yüz əlli) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs pulunu geri tələb etdikdə Təqsirləndirilən şəxs pulu qaytaracağını desə də bu günə qədər müxtəlif bəhanələr gətirərək Zərərçəkmiş şəxs2 2950 (iki min doqquz yüz əlli) manat məbləğində pul vəsaitini geri qaytarmamışdır. Onun Təqsirləndirilən şəxs ilə aralarında hər hansı ədavət və yaxud düşmənçilk olmamışdır. Onun Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı dələduzluq hərəkətləri edəcəyindən əvvəlcədən məlumatı olmamışdır. O, sadəcə Təqsirləndirilən şəxs Tovuz rayon Təhsil Sektorunda məsləhətçi vəzifəsində işlədiyinə görə ona inanıb Zərərçəkmiş şəxs2 qarşı dələduzluq hərəkətlərini edəcəyini düşünməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 almış olduğu 2950 (iki min doqquz yüz əlli) manat məbləğində pul vəsaitindən ona hər hansı bir məbləğdəki qismini verəcəyini əvvəlcədən ona vəd verməmişdir. Həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 almış olduğu 2950 (iki min doqquz yüz əlli) manat məbləğində pul vəsaitindən ona hər hansı məbləğdə pul vəsaiti verməmişdir. Məhkəmə iclasında Şahid8 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun qızıdır. Onun qızı Zərərçəkmiş şəxs2 barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs 17 dekabr 2024cü il tarixdə tanımışdır. Belə ki, qızı Zərərçəkmiş şəxs2 2024-cü ilin dekabr ayının əvvələrində, dəqiq xatırlamadığı günündə ona demişdir ki, Tovuz rayon Təhsil Sektorunda Valeh adlı şəxs var və həmin Valeh adlı şəxs onu Tovuz rayonu, Ağdam kənd uşaq bağçasına texniki işçi kimi işə düzəldəcəkdir. Həmçinin onun qızı Zərərçəkmiş şəxs2 həmin vaxt ona Təqsirləndirilən şəxs bunun qarşılığında ondan 3000 (üç min) manat məbləğində pul vəsaiti istədiyini demişdir. Sonra qızı Zərərçəkmiş şəxs2 onun telefon vasitəsi ilə danışanda ona 10 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Tovuz rayonu ərazisində 1450 (bir min dörd yüz əlli) manat məbləğində pul vəsaiti verdiyini, geriyə qalan pulu da işə təyin olunma barədə əmri gəldikdən sonra Təqsirləndirilən şəxs verəcəyini demişdir. O da həmin vaxtlar qızı Zərərçəkmiş şəxs2 məsləhət görmüşdür ki, həmin Valeh adlı şəxs dələduz ola bilər, yaxşı-yaxşı düşünüb sonra pul vəsaitini versin. 17 dekabr 2024-cü il tarixdə, saat 11 radələrində qızı Zərərçəkmiş şəxs2 ona zəng edərək Təqsirləndirilən şəxs ondan özünə aid sənədləri Tovuz rayon Təhsil Sektoruna gətirməsini istədiyi bildirib onunla birlikdə Tovuz rayon Təhsil Sektoruna getməyini ondan xahiş etmişdir. O da həmin gün, yəni 17 dekabr 2024-cü il tarixdə qızı Zərərçəkmiş şəxs2 ilə birlikdə Tovuz şəhərində yerləşən Tovuz rayon Təhsil Sektoruna getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs2 ilə onu Tovuz rayon Təhsil Sektorunun inzibati binasının ikinci mərtəbəsində olan iş otağına dəvət etmişdir. Həmin vaxt qızı Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsini və şəhadətnaməsini Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs də həmin sənədlərin surətlərini çıxarıb sənədləri qızı Zərərçəkmiş şəxs2 vermişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin vaxt qızı Zərərçəkmiş şəxs2 işə təyin olunmağı ilə bağlı ərizə yazdırmış və onlara qızı Zərərçəkmiş şəxs2 işə təyin olunmağı barədə əmrinin gəldiyini və qızı Zərərçəkmiş şəxs2 2025-ci ilin yanvar ayının əvvəllərində, bələdiyyə seçkilərindən sonra işə başlayacağını bildirmişdir. Lakin həmin vaxt Təqsirləndirilən şəxs onlara qızı Zərərçəkmiş şəxs2 işə təyin olunmağı barədə əmrini və başqa buna aid heç bir sənəd göstərməmişdir. Həmçinin Təqsirləndirilən şəxs pulun geri qalanını qızı Zərərçəkmiş şəxs2 tez bir vaxt ərzində düzəldib çatdırmalı olduğunu demişdir. Ondan sonra onlar Təqsirləndirilən şəxslə sağollaşıb Tovuz rayonu, Ağdam kəndinə qayıtmışlar. Ondan sonra qızı 26 dekabr 2024-cü il tarixdə 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti düzəldib həmin pul vəsaitini kürəkəni Rəşadın dostu Emin adlı şəxslə birlikdə aparıb Tovuz rayon Təhsil Sektorunun qarşısında Təqsirləndirilən şəxs vermişdir. Bununla da qızı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 2950 (iki min doqquz yüz əlli) manat məbləğində pul vəsaiti vermiş olmuşdur. Ondan sonra 2025-ci ilin yanvar ayı sona çatmasına baxmayaraq qızı Zərərçəkmiş şəxs2 işlə təmin olunmamışdır. Qızı Zərərçəkmiş şəxs2 da Təqsirləndirilən şəxslə iş məsələsini maraqlandıqda Təqsirləndirilən şəxs qızı Ayşənə səbirli olmağını, yaxın günlərdə işə çıxacağını bildirmişdir. Onlar həmin vaxtlar başa düşmüşlər ki, Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs2 işə düzəltmək adı ilə aldadaraq qızı Zərərçəkmiş şəxs2 2950 (iki min doqquz yüz əlli) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Onun qızı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs pulunu geri tələb etdikdə Təqsirləndirilən şəxs pulu qaytaracağını desə də bu günə qədər müxtəlif bəhanələr gətirərək qızı Zərərçəkmiş şəxs2 2950 (iki min doqquz yüz əlli) manat məbləğində pul vəsaitini geri qaytarmamışdır. Təqsirləndirilən şəxs ilə aralarında hər hansı ədavət və yaxud düşmənçilk olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 04 fevral 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 07 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2025-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyi, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsində göstərilmişdir ki, Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən bir hissədə səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Bundan başqa cəzaçəkmə müddətinin əvvəli barəsində həbs qətimkan tədbiri seçildiyi vaxtdan yəni - xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Vurulmuş maddi ziyanın 9734 manat hissəsinin ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ibtidai istinaq və məhkəmə zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət nəticəsində vurulmuş maddi ziyanın 9734 manat hissəsinin ödənilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar