Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-65/2023 14.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, müdafiəçiləri Müdafiəçi3, Müdafiəçi2, Müdafiəçi1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 oğlunun və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şəmkir rayonu, Şiştəpə kəndində kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixdək həbsdə saxlanılmış, xx.xx.2023-cü il tarixdən isə barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri, xx.xx.2003-cü il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixdək həbsdə saxlanılmış, xx.xx.2023-cü il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri, xx.xx.1988-ci il tarixdə Gədəbəy rayonu, Novo Saratovka kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Gədəbəy rayonu, Novo Saratovka kəndində qeydiyyatda olmaqla orada yaşayan, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixdək həbsdə saxlanılmış, xx.xx.2023-cü il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri təqsirləndirilmələrinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla oğurlamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq oğurlamaq niyyəti ilə Gədəbəy rayonu Novo Saratovka kəndində yaşayan Təqsirləndirilən şəxs3 və Şəmkir rayonu Şiştəpə kəndində yaşayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 01 sentyabr 2022-ci il tarixdə, istintaqa dəqiq məlum olmayan gecə vaxtı Tovuz rayonu Sarıtala kəndinin ərazisində yerləşən “Çökək Yurd” adlanan örüş otlaq sahəsindən Gədəbəy rayonu Çanaqçı kəndində yaşayan Zərərçəkmiş şəxs4 oğluna məxsus bir baş 300 kiloqram diri çəkiyə malik, 1800 (bir min səkkiz yüz) manat dəyərində olan inəyi və bir baş 150 kiloqram diri çəkiyə malik, 950 (doqquz yüz əlli) manat dəyərində olan dananı, Zərərçəkmiş şəxs2 məxsus altı baş hər biri 450 kiloqram diri çəkiyə malik, hər biri 2700 (iki min yeddi yüz) manat dəyərində olan inəkləri, bir baş 400 kiloqram diri çəkiyə malik, 2500 (iki min beş yüz) manat dəyərində olan inəyi, bir baş 450 kiloqram diri çəkiyə malik, 2400 (iki min dörd yüz) manat dəyərində olan inəyi, bir baş 420 kiloqram diri çəkiyə malik, 2500 (iki min beş yüz) manat dəyərində olan inəyi, bir baş 170 kiloqram diri çəkiyə malik, 1050 (bir min əlli) manat dəyərində olan dananı, iki baş hər biri 150 kiloqram diri çəkiyə malik, hər biri 950 (doqquz yüz əlli) manat dəyərində olan danaları və bir baş 200 kiloqram diri çəkiyə malik, 1300 (bir min üç yüz) manat dəyərində olan dananı, Zərərçəkmiş şəxs1 məxsus bir baş 280 kiloqram diri çəkiyə malik, 1680 (bir min altı yüz səksən) manat dəyərində olan inəyi, bir baş 240 kiloqram diri çəkiyə malik, 1500 (bir min beş yüz) manat dəyərində olan dananı, iki baş hər biri 220 kiloqram çəkiyə malik, hər biri 1400 (bir min dörd yüz) manat dəyərində olan danaları, bir baş 200 kiloqram diri çəkiyə malik, 1300 (bir min üç yüz) manat dəyərində olan dananı və bir baş 170 kiloqram diri çəkiyə malik, 1050 (bir min əlli) manat dəyərində olan dananı oğurlamış, yəni Zərərçəkmiş şəxs4 oğluna məxsus 2.750 (iki min yeddi yüz əlli), Zərərçəkmiş şəxs2 məxsus 27.850 (iyirmi yeddi min səkkiz yüz əlli) və Zərərçəkmiş şəxs1 məxsus 8.330 (səkkiz min üç yüz otuz) manat dəyərində heyvanları gizli olaraq talamışlar. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla oğurlamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, təkrarən zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq oğurlamaq niyyəti ilə tanışı Gədəbəy rayonu Novo Saratovka kəndində yaşayan Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 31 avqust 2022-ci il tarixdə, saat 16 radələrində Gədəbəy rayonu Slavyanka kəndi ərazisində yerləşən “Yuxarı Narzan” adlanan örüş otlaq sahəsindən Gədəbəy rayon Slavyanka kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus bir rəst 800 (səkkiz yüz) manat dəyərində atı gizli olaraq oğurlamış, yəni Zərərçəkmiş şəxs3 məxsus 800 (səkkiz yüz) manat dəyərində bir rəst atı gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq oğurlamaq niyyəti ilə Şəmkir rayonu Şiştəpə kəndində yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 01 sentyabr 2022-ci il tarixdə, istintaqa dəqiq məlum olmayan gecə vaxtı Tovuz rayonu Sarıtala kəndinin ərazisində yerləşən “Çökək Yurd” adlanan örüş otlaq sahəsindən Gədəbəy rayonu Çanaqçı kəndində yaşayan Zərərçəkmiş şəxs4 oğluna məxsus bir baş 300 kiloqram diri çəkiyə malik, 1800 (bir min səkkiz yüz) manat dəyərində olan inəyi və bir baş 150 kiloqram diri çəkiyə malik, 950 (doqquz yüz əlli) manat dəyərində olan dananı, Zərərçəkmiş şəxs2 məxsus altı baş hər biri 450 kiloqram diri çəkiyə malik, hər biri 2700 (iki min yeddi yüz) manat dəyərində olan inəkləri, bir baş 400 kiloqram diri çəkiyə malik, 2500 (iki min beş yüz) manat dəyərində olan inəyi, bir baş 450 kiloqram diri çəkiyə malik, 2400 (iki min dörd yüz) manat dəyərində olan inəyi, bir baş 420 kiloqram diri çəkiyə malik, 2500 (iki min beş yüz) manat dəyərində olan inəyi, bir baş 170 kiloqram diri çəkiyə malik, 1050 (bir min əlli) manat dəyərində olan dananı, iki baş hər biri 150 kiloqram diri çəkiyə malik, hər biri 950 (doqquz yüz əlli) manat dəyərində olan danaları və bir baş 200 kiloqram diri çəkiyə malik, 1300 (bir min üç yüz) manat dəyərində olan dananı, Zərərçəkmiş şəxs1 məxsus bir baş 280 kiloqram diri çəkiyə malik, 1680 (bir min altı yüz səksən) manat dəyərində olan inəyi, bir baş 240 kiloqram diri çəkiyə malik, 1500 (bir min beş yüz) manat dəyərində olan dananı, iki baş hər biri 220 kiloqram çəkiyə malik, hər biri 1400 (bir min dörd yüz) manat dəyərində olan danaları, bir baş 200 kiloqram diri çəkiyə malik, 1300 (bir min üç yüz) manat dəyərində olan dananı və bir baş 170 kiloqram diri çəkiyə malik, 1050 (bir min əlli) manat dəyərində olan dananı oğurlamış, yəni Zərərçəkmiş şəxs4 oğluna məxsus 2.750 (iki min yeddi yüz əlli), Zərərçəkmiş şəxs2 məxsus 27.850 (iyirmi yeddi min səkkiz yüz əlli) və Zərərçəkmiş şəxs1 məxsus 8.330 (səkkiz min üç yüz otuz) manat dəyərində heyvanları gizli olaraq talamışlar. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli yolla oğurlamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, təkrarən zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq oğurlamaq niyyəti ilə tanışı Şəmkir rayon Şiştəpə kəndində yaşayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 31 avqust 2022-ci il tarixdə, saat 16 radələrində Gədəbəy rayonu Slavyanka kəndi ərazisində yerləşən “Yuxarı Narzan” adlanan örüş otlaq sahəsindən Gədəbəy rayon Slavyanka kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus bir rəst 800 (səkkiz yüz) manat dəyərində atı gizli olaraq oğurlamış, yəni Zərərçəkmiş şəxs3 məxsus 800 (səkkiz yüz) manat dəyərində bir rəst atı gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq oğurlamaq niyyəti ilə Şəmkir rayonu Şiştəpə kəndində yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 01 sentyabr 2022-ci il tarixdə, istintaqa dəqiq məlum olmayan gecə vaxtı Tovuz rayonu Sarıtala kəndinin ərazisində yerləşən “Çökək Yurd” adlanan örüş otlaq sahəsindən Gədəbəy rayonu Çanaqçı kəndində yaşayan Zərərçəkmiş şəxs4 oğluna məxsus bir baş 300 kiloqram diri çəkiyə malik, 1800 (bir min səkkiz yüz) manat dəyərində olan inəyi və bir baş 150 kiloqram diri çəkiyə malik, 950 (doqquz yüz əlli) manat dəyərində olan dananı, Zərərçəkmiş şəxs2 məxsus altı baş hər biri 450 kiloqram diri çəkiyə malik, hər biri 2700 (iki min yeddi yüz) manat dəyərində olan inəkləri, bir baş 400 kiloqram diri çəkiyə malik, 2500 (iki min beş yüz) manat dəyərində olan inəyi, bir baş 450 kiloqram diri çəkiyə malik, 2400 (iki min dörd yüz) manat dəyərində olan inəyi, bir baş 420 kiloqram diri çəkiyə malik, 2500 (iki min beş yüz) manat dəyərində olan inəyi, bir baş 170 kiloqram diri çəkiyə malik, 1050 (bir min əlli) manat dəyərində olan dananı, iki baş hər biri 150 kiloqram diri çəkiyə malik, hər biri 950 (doqquz yüz əlli) manat dəyərində olan danaları və bir baş 200 kiloqram diri çəkiyə malik, 1300 (bir min üç yüz) manat dəyərində olan dananı, Zərərçəkmiş şəxs1 məxsus bir baş 280 kiloqram diri çəkiyə malik, 1680 (bir min altı yüz səksən) manat dəyərində olan inəyi, bir baş 240 kiloqram diri çəkiyə malik, 1500 (bir min beş yüz) manat dəyərində olan dananı, iki baş hər biri 220 kiloqram çəkiyə malik, hər biri 1400 (bir min dörd yüz) manat dəyərində olan danaları, bir baş 200 kiloqram diri çəkiyə malik, 1300 (bir min üç yüz) manat dəyərində olan dananı və bir baş 170 kiloqram diri çəkiyə malik, 1050 (bir min əlli) manat dəyərində olan dananı oğurlamış, yəni Zərərçəkmiş şəxs4 oğluna məxsus 2.750 (iki min yeddi yüz əlli), Zərərçəkmiş şəxs2 məxsus 27.850 (iyirmi yeddi min səkkiz yüz əlli) və Zərərçəkmiş şəxs1 məxsus 8.330 (səkkiz min üç yüz otuz) manat dəyərində heyvanları gizli olaraq talamışlar. Bununla da Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şəmkir rayon Şiştəpə kəndində yaşayır. Heç bir yerdə işləmir. Gədəbəy rayon Saratovka kənd sakini Təqsirləndirilən şəxs3, Şəmkir rayon Sabirkənd kənd sakini X3, Şəmkir rayon Şiştəpə kənd sakini X11 tanıyır. Təqsirləndirilən şəxs2 bacısı oğludur, həmkəndlisidir. O, əvvəllər məhkum olunmuş, 3 il 2 ay cəzasını çəkdikdən sonra azadlığa çıxmış, azadlığa çıxdıqdan sonra fəhləliklə məşğul olmuşdur. 2022-ci ilin avqust ayının ortalarında, dəqiq tarixini xatırlamır, Şəmkir rayon Sabirkənd kənd sakini X6 ilə Sabirkənd kəndində kafedə görüşüb və ondan 300 manat pul istəmiş və pulu xırda –buynuz heyvan oğurluq edəcəyi üçün lazım olduğunu ona demişdir. Lakin, Saleh ona pul vermədiyi üçün oğurluq niyyəti baş tutmamış və oğurluğa getməmişdir. Təqsirləndirilən şəxs3 31 avqust 2022-ci il tarixdə Şəmkir rayon Şiştəpə kənd sakini X9 vasitəsi ilə şifahi tanımışdır. Belə ki, X23 ona zəng edərək dedi ki, ”Şəmkir şəhər mərkəzi bazarındayam, Gədəbəy rayonundan tanışı Niyaməddin adlı şəxslə mal oğurlamağa gedirik, özün gələ bilmirsənsə bacın oğlu Firdovsini göndər o gəlib iştirak etsin.“ Həmin vaxtı belində ağrılar olduğu üçün bacısı oğlu Firdovsiyə 10 manat pul verib ona X5 Şəmkir bazarının yanında gözləyir, bir yerdə Gədəbəydən mal oğurluğuna getmək lazımdır demişdir. Firdovsi də onu eşidib saat təxminən 10 radələrində X23 ilə görüşməkdən ötrü Şəmkir şəhərinə getmişdir. X9 mobil telefon nömrəsini Firdovsiyə vermişdir ki, onunla əlaqə saxlasın. Hal-hazırda X9 mobil telefon nömrəsini xatırlamır. 01 sentyabr 2022-ci il tarixdə saat 01-02 radələri olardı Niyaməddin adlı tanışı ona zəng edərək demişdir ki, “Firdovsi ilə 20 baş iri-buynuzlu malqaranı oğurlayıb gətiririk, artıq Dağ İrmaşhı kəndinin ərazisindədirlər, həmin heyvanları satıbsata bilməyəcəyimi” soruşmuşdur. X23 yanında olmuşdur. Belə özü tək qaldığından Səfər evinə gəlmiş və ona demişdir ki, “Şəmkirdən Firdovsi ilə Niyaməddini Gədəbəyə mal oğurluğuna yola saldım.’’O əvvəlcədən Səfərə və Niyaməddinə söz verməmişdir ki, malı oğurlayıb gətirsələr sata bilər. Bu barədə onlar da ona heç bir təklif etməmişlər. Niyaməddinə onu gözləməsini, bir tanışına zəng edəcəyini demiş, amma Niyaməddinə deməmişdir ki, tanışı kimdir və harada yaşayır. Bundan sonra tanışı, Şəmkir rayon Sabirkənd kənd sakini Salehə zəng edərək ona 20 baş iribuynuzlu oğurluq mal- qara gətirsə, onu ləğv edə biləcəyini, yəni kiməsə sata biləcəyini soruşduqda Saleh “gətir, problem deyil, bir günün içərisində həmin heyvanları yox edəcəm”cavabını vermişdir. Niyaməddinə zəng edib həmin heyvanları Sabirkənd kəndində “İdrisin gölü” deyilən əraziyə gətirməsini təklif etmişdir. Telefon danışığı zamanı X23 evdə yanında olmuş və o da eşitmişdir. Salehə zəng eləyib ona heyvanlar səhər tezdən”İdrisin gölü’nün yanında olan əkin sahəsində olacaq, onun arxasınca maşın göndər, özündə saat təxminən 10 radələrində orada ol, malları qarşılayaq demişdir. Saat təxminən 10 radələri olardı, Salehin arxasınca göndərdiyi tanımadığı şəxsin idarə etdiyi nömrəsini bilmədiyi VAZ-2106 markalı taksi avtomobilinə minib “İdrisin gölü”nün yanma getmişdir. X23 isə Şəmkir RPŞ-də işi olduğu üçün Şəmkir RPŞ-nə getmişdir. Buradan Salehə zəng edib gəlməsini təklif etmişdir. Həmin vaxtı Niyaməddinlə Firdovsi heyvanları gətirməmişlər. Saleh burada təxminən 20 dəqiqə gözləmiş, bir azdan sonra Niyaməddinlə Firdovsi 20 baş iri buynuz mal və bir rəst qırmızı rəngə çalan rəngi olan at gətirmişlər. Həmin heyvanların 10 başı inək 10 başı isə dana olmuşdur. Heyvanların içərisində bir ədəd sarı rəngli, buynuzsuz hallavar sortlu inək və bir ədəd də ağ inək olmuşdur. Atın dişi və ya erkək olmasına fikir verməmişdir. Saleh də həmin vaxtı oraya gəlmişdir. X20 qiymət söhbəti edib 8000 manata razılaşmışlar. Saleh həmin vaxtı cibindən 10 ədəd 100 manat, cəmi min manat pul çıxardıb ona vermiş, o da pulu götürmüşdür. Həmin puldan 500 manat Niyaməddinə vermişdir. X12 min manatdan pul ayırmamışdır. Sonradan Səfərin deməyinə görə telefon haqq hesabında 400 manat ziyana düşdüyünə görə baş vermiş oğurluqdan ona 400 manat pul çatmışdır. Bildiyinə görə həmin 400 manat pul X9 oğurluqla bağlı fəaliyyəti ilə bağlı olmamışdır. Heyvanlar oğurluq olduğuna görə Niyaməddinlə o iri buynuz malları Salehə aşağı qiymətə satmağa razılaşmışlar. Niyaməddin heyvanların üstündə Salehə oğurlayıb gətirdiyi bir rəst atı da pay vermişdir. Bundan sonra Saleh “yerdə qalan 7000 manat pulu axşam Sabirkənd kəndinə gəl burada “Şəhidlər” parkında görüşək, həmin pulu verim, apararsan” demişdir. Niyaməddində bu söhbəti eşitmiş və onlar razılaşmışlar. Niyaməddin yaşadığı Şəmkir rayonu Kür Qəsəbəsinə, o isə öz evinə getmişdir. Niyaməddinlə zəngləşib həmin günü saat 16-17 radələrində Şəmkir bazarının qarşısında görüşmüşlər. X23 ilə bacısı oğlu Firdovsi yanlarında olmuşlar. Orada pivə içdikdən sonra tanımadığı taksi avtomobilinə minib Sabirkənd kəndinə gəlmişlər. Əvvəlcədən Salehə zəng edib gəldiyini ona dedikdən sonra Sabirkənd kəndində deyilən yerdə Salehlə görüşmüşlər. Saleh onlara ” pul yoxdur, səhəri günə olacaqdır”demişdir. Səhərisi günü, yəni 02 sentyabr 2022-ci il tarixdə saat təxminən 15 radələrində ona mobil telefon nömrəsi ilə zəng etmiş, Saleh “Gəncəyə gəlin, burada pulu verəcəm”deyə bildirmişdir. Həmin günüdə X23 və Niyaməddinlə Şəmkir şəhərindən taksiyə minib Gəncə şəhərinə getmiş, X30 görüşmüşlər. X23 onlardan kənarda dayanmışdır. Burada Saleh ona 5000 manat pul verərək “ziyanlıq etmişəm“demişdir. O da oğurluq mala görə pul olduğu üçün onunla razılaşaraq pulu götürmüşdür. Pulların hamısı 50 manatlıqlar olmuşdur. Pulu verdikdən sonra Saleh getmişdir. Burada pulun 2500 manatını Niyaməddinə vermiş, qalan 2500 manatını isə özünə götürmüşdür. X12 həmin puldan bir manatda verməmişdir. Niyaməddinlə əvvəlcədən danışıb razılığa görə əldə olunan pul ikisinin arasında yarı bölünməli idi. Payına düşən puldan bacısı oğlu Firdovsiyə 1250 manat pul vermişdir. X1 pul verib vermədiyi barədə heç bir məlumatı yoxdur. X23 gecə onun evində qalan vaxtda demişdir ki, həmin mal oğurluğundan o telefonun pulunu götürəcək, başqa heç bir marağı yoxdur. İri-buynuz heyvanların satışından əldə edilmiş pulları şəxsi məqsədləri üçün xərcləmişdir. Hazırda etdiyi əməldən peşmandır. Zərəçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanı tam ödəmişlər. Digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 dəymiş 2750 manat məbləğdə ziyanın 1900 manat hissəsini ödəmiş, 850 manatı qalmış, Zərərçəkmiş şəxs2 dəymiş 27850 manat ziyanın 25800 manat hissəsini ödəmiş 2050 manat hissəsi qalmışdır. Qeyd olunanlara əsasən ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şəmkir rayonun Şiştəpə kəndində yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Ağcabədi rayonu Avşar kəndində Tural Namaz oğlu adlı şəxsin fermasında ətlik heyvanlara baxır. Şəmkir rayon Şiştəpə kənd sakini Təqsirləndirilən şəxs1 dayısıdır, əvvəllər aralarında heç bir narazılıq və ədavət olmamışdır. X23 həmkəndlisidir, münasibətləri yaxşıdır. Gədəbəy rayon Novo Saratovka kənd sakini Təqsirləndirilən şəxs3 dayısı Təqsirləndirilən şəxs1 və Səfər Nağıyevin vasitəsi ilə tanımışdır. Belə ki, 2022-ci ilin avqust ayının sonlarında dayısı Təqsirləndirilən şəxs1 ona zəng edərək evinə çağırmışdır. Bir neçə gün dayısı Sənanın evində qalmışdır. 31 avqust 2022-ci il tarixdə Səfər Nağıyev dayısı Təqsirləndirilən şəxs1 zəng etmiş, lakin, onların mobil telefonda nə danışdıqlarını eşitməmişdir. Danışıq bitdikdən sonra dayısı Təqsirləndirilən şəxs1 ona Şəmkir rayon mərkəzi bazarında Səfər Nağıyevin yanına getməyini demişdir. O, da dayısı Sənanın təklifinə əsasən Şəmkir rayon mərkəzi bazarına gedib orada Səfər Nağıyev və sonradan tanıdığı Təqsirləndirilən şəxs3 ilə görüşmüşdür. Söhbət zamanı Səfər Nağıyev ona Gədəbəy rayonu ərazisindən tanımadığı yerdən iri buynuzlu heyvan oğurlayacağını bildirmişdir. Təqsirləndirilən şəxs3 də oraları yaxşı tanıdığını deyib oradan heyvan gətirə biləcəklərini təklif etmişdir. Səfər Nağıyev ondan yol pulunun olub-olmadığını soruşduqda 10 ( on ) manat pulu olduğunu demişdir. Günorta saatlarında Şəmkir şəhəri Səməd Vurğun küçəsindən tanımadığı taksi sürücüsü ilə Gədəbəy rayonu Slavyanka kəndi ərazisində yerləşən Slavyanka kəndinə gəlmişlər. Səfər isə onlarla Gədəbəy rayonuna getməmişdir. Amma Səfər bilirdi ki, onlar Gədəbəy rayonuna iri-buynuzlu mal oğurluğuna gedirlər və bu barədə dayısı Sənanla Səfər özü danışmış, onun da getməsini təklif etmiş, lakin, dayısı ağrıdığı üçün həmin oğurluqda iştirak edə bilməyəcəyini Səfərə deyib öz yerinə onu göndərmişdir. Buradan piyada Yuxarı Narzan deyilən əraziyə gəlmişlər. Saat təxminən 16-17 radələri olardı. Yuxarı Narzanın üstündə hörüklənmiş vəziyyətdə 5 rest at olmuşdur. Niyaməddinlə adama bir atı hörükdən açıb minərək tanımadığı bir kəndin üst tərəfində olan dağa doğru gəlməyə başlamışlar. Atı götürən zaman onları heç kim görməmişdir, belə ki, ətrafda heç kim yox idi. Həmin yerləri Niyaməddin tanıdığından onun bələdçiliyi ilə getmişdir. Atı mindiyi yerdən təxminən 1 km getmişlər ki, mindiyi ağ rəngli at yorulduğu üçün getməmişdir. Atın yorulduğunu görüb buraxmışdır. Artıq hava tamam qaralsa da iri-buynuzlu malların çatdıqları tanımadığı ərazidə olması görünürdü. Həmin ərazidə təxminən 30-40 baş heyvan olmuşdur. Həmin heyvanlardan təxminən 20 başını kənara haylayıb digər heyvanlardan ayırmış, sonra Niyaməddin ilə həmin heyvanları gətirməyə başlamışlar. Ətrafda heç kim olmamışdır. Həmin heyvanlardan iki başı qaçmışdır. Onlarda qalan at sarı-qırmızıya çalan rəngli at idi. Yolda olarkən X21 zəng edib harada olmaqları ilə maraqlandıqda Niyaməddin hər ikisinə malları Firdovsi ilə oğurlayıb gətiririk demişdir. Həmin malların kimə məxsus olduqlarını bilməmişdir. Niyaməddinin dayısı Sənanla ilk dəfə Şəmkir bazarında telefonla olan söhbətindən bilirdi ki, oğurladıqları iri-buynuzlu mallar Şəmkir rayonuna gətiriləcək və burada satılacaq, əldə edilmiş puldan ona pul çatacaqdır. X10 telefon danışığından bilirdi ki, oğurlanmış heyvanları Şəmkir rayonu Sabirkənd kəndinə “İdris gölü” deyilən yerə gətirmək lazımdır və burada heyvanlar Sabirkənd kənd sakini qəssab Saleh adlı şəxsə veriləcəkdir və o da həmin oğurluq heyvanları satıb pul verəcəkdir. Həmin şəxsi ilk dəfə 01 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində “İdrisin gölü” deyilən yerdə dayısı Sənanla bir yerdə olan vaxtı görmüş, adının Saleh, həmin şəxsin oğurluq heyvanları satan şəxs və özünündə qəssab olduğunu bilmişdir. Burada cəmi 20 baş iri buynuz heyvanları Salehə təhvil vermişlər. Bu heyvanlardan neçə başının dişi, neçə başının erkək olmasına fikir verməmişdir. Həmin vaxtı Səfər orada olmamış, eyni zamanda da özü onlardan kənarda dayanmışdır. Saleh dayısı Sənana min manat pul verib yerdə qalan 7000 ( yeddi min) manatı axşama çatdıracağına söz vermişdir. Dayısı Sənan isə həmin pulu alaraq Niyaməddinə beş yüz manat pul vermişdir. Atda Salehə verilmişdir. Həmin günü saat təxminən 22-23 radələrində Səfər, Niyaməddin, dayısı Sənanla Şəmkir şəhərindən tanımadığı taksi maşını ilə Sabirkənd kəndinə Salehdən 7000 manat pulu almağa getmişlər. Həmin şəxslə kənddə görüşmüşlər. Saleh pulu olmadığını bildirib səhərə pulu tam verəcəyinə söz vermişdir. Bundan sonra hərə öz evinə getmişdir. Baş vermiş oğurluq hadisəsi barədə heç kimə, o cümlədən ailə üzvlərinə məlumat verməmişdir. Dayısı Sənan oğurlanmış heyvanların pulundan ona paltar almaq üçün 300 manat pul vermişdir. Hazırda etdiyi əməldən peşmandır. Zərəçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanı tam ödəmişlər. Digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 dəymiş 2750 manat məbləğdə ziyanın 1900 manat hissəsini ödəmiş, 850 manatı qalmış, Zərərçəkmiş şəxs2 dəymiş 27850 manat ziyanın 25800 manat hissəsini ödəmiş 2050 manat hissəsi qalmışdır. Qeyd olunanlara əsasən ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmənin iclasında Təqsirləndirilən şəxs3 ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gədəbəy rayon Novo Saratovka kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər bir müddət çoban işləmişdir. Belə ki, 2005-ci ildə Şəmkir rayonu Şiştəpə kəndində yaşayan fermer Balacanın fermasında çoban işlədiyi zaman həmin kənd sakini Səfər Nağıyevlə və Elmanla tanış olmuşdur. 2020-ci ilin aprel ayında Şəmkir rayonu Mərkəzi bazarın yaxınlığında təsadüfən Elman və Səfərlə qarşılaşmışdır. Həmin vaxt bir yerdə söhbət edib çay içmişlər. Onlarla söhbət zamanı məlumatı olmuşdur ki, Səfər və Elman əvvəllər mal oğurluğu etmişlər və buna görə həbsdə yatmışlar. 2022-ci ilin avqust ayının sonlarına yaxın Şəmkir rayonu Mərkəzi bazarında Səfərlə görüşmüşdür. Orada çayxanada çay içmişlər. Söhbət zamanı Səfərə Gədəbəy rayon Slavyanka kəndi tərəfdən iri-buynuzlu mal oğurlayıb gətirə bilər və bununla da ona oğurluq etməyi təklif etmişdir. Həmin vaxta kimi Şəmkir rayon Şiştəpə kənd sakini Təqsirləndirilən şəxs1ı və onun bacısı oğlu Firdovsini və Şəmkir rayon Sabirkənd kənd sakini Abdurrəhmanov Salehi tanımamış və həmin şəxslər barəsində heç bir məlumatı olmamışdır. Oğurluq etməkdə məqsədi isə 1600 manat borcu yaranmış, oğurluq edib borcundan çıxmaq olmuşdur. Şəmkir şəhər sakini 5-ci küçədə qəssab dükanı olan Fərid Rəşid oğlu adlı şəxsdən nisyə 1600 manata bir rəst erkək yorğa at almışdır. Həmin vaxtı Şəmkir şəhər sakini İbrahim adlı şəxsin təsərrüfatında suçu işləmişdir. Borc da ata görə yaranmışdır. Rəşidin oğlu pulunu tələb etdiyinə görə oğurluq etmək qərarına gəlmişdir. Ona görə də 31 avqust 2022-ci il tarixdə Şəmkir rayon Şiştəpə kənd sakini Səfər Nağıyevlə birlikdə Şəmkir Mərkəzi bazarında görüşən zaman ona fikrini bildirmiş və həmin vaxtıda Səfər onunla razılaşaraq bu barədə sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 zəng edərək ona “ Gədəbəydən bir nəfər var, oradan iri-buynuzlu mal oğurlayıb gətirmək istəyir, özünə yoldaş axtarır ki, oğurlayacağı malları götürüb gətirməkdə ona köməklik etsin.” demişdir. Səfər telefonu mikrofona qoymuşdur. Sənan isə cavabında “ona inanmaq olarmı” dedikdə Səfər “olar, etibarlı adamdır” demişdir. Sənan “belim ağrıyır, gələ bilməyəcəyəm, amma bacım oğlunu göndərəcəm, gedib oğurluq etməkdə ona kömək edər” cavabını vermişdir. Bununla da onlar arasında telefon danışıqları başa çatmışdır. Bir azdan adını sonradan bildiyi Firdovsi adlı şəxs bazara onunla Səfərin yanına gəlmişdir. Saat təxminən 13-14 radələrində Şəmkir şəhərində 1-ci küçənin başında Firdovsi ilə tanımadığı ağ rəngli VAZ-2107 markalı nömrəsini bilmədiyi avtomobilə minib Gədəbəy rayonunu getmişlər. Rayonun Slavyanka kəndi ilə Maarif kəndi arasında olan yerdə maşını saxladıb düşüb taksiyə 6 manat pul vermişlər. Pulun kim tərəfindən verilməsini xatırlamır. Səfər onlarla getməmişdir. Buradan piyada Slavyanka kəndi arasında olan Yuxarı Narzan deyilən yerə gəlmişlər. Saat təxminən 16-17 radələri olarmış. Yuxarı Narzanın üstündə hörükdə 5 rəst at olmuşdur. Firdovsi ilə adama bir atı hörükdən açıb minib Gədəbəy rayon Ağamalı kəndinin üst tərəfində olan dağa doğru gəlməyə başlamışlar. Atı götürən zaman onları heç kim görməmişdir. Təxminən 1 km getmişlər ki, Firdovsinin mindiyi ağ rəngli at yorulduğu üçün getməmiş və atın getmədiyini görüb Firdovsi atı buraxmışdır. Artıq hava tamam qaralmışdır. Çatdıqları yerdə təxminən 30-40 baş iri-buynuzlu heyvan olmuşdur. Bu heyvanlardan 20 başını kənara haylayıb digər heyvanlardan ayırmış, Firdovsi ilə heyvanları gətirməyə başlamışlar. Ətrafda heç kim olmamışdır. Onun mindiyi at sarı-qırmııza çalan rəngli at olmuşdur. Yolda olarkən Sənanla Səfər ona zəng edib harada olmaqları ilə maraqlandıqda hər ikiisnə malları oğurlayıb gətiririk demişdir. Oğurluladığı iri-buynuzlu malların kimə məxsus olduqlarını bilməmişdir. Sənanla ilk dəfə Şəmkir bazarında telefonda olan söhbətdən bilirdi ki,oğurluq etdiyi mallar Şəmkirə gətirib satılacaq, həmin puldan ona pul çatacaq və borcunu verəcəkdir. Sənanla onun arasında sonradan baş vermiş telefonla danışığı zamanı Sənan ona “heyvanları Şəmkir rayon Sabirkənd kəndinə “İdris gölü” deyilən yerə gətirmək lazımdır” demişdir. Sabirkəndi tanıdığından bilirdi ki,Sənanın təklif etdiyi yer haradadır. Amma, həmin vaxtı bilmirmiş ki, oğurlamış olduqları heyvanlar Sabirkənd kənd sakini Saleh adlı şəxsə veriləcək və o da həmn oğurluq heyvanları satıb onlara pul verəcəkdir. Saleh adlı şəxsi ilk dəfə 01 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində “İdris gölü” deyilən yerdə Sənanla bir yerdə olan vaxtı görmüş və adının Saleh olduğunu, həmin şəxsin oğurluq heyvanları satan şəxs olduğunu və özünün də qəssab olduğunu bilmişdir. Burada oğurladıqları 20 baş iri buynuz heyvanları Salehə vermişlər. Bu heyvanlardan neçə başının dişi, neçə başının erkək olmasına fikir verməmişdir. Həmin vaxtı Səfər yanında olmamış,Firdovsi isə onlardan kənarda dayanmışdır. Saleh Sənana min manat pul ödəyib yerdə qalan 7000 manatı axşama çatdıracağına söz vermişdir. Sənan Salehdən həmin pulu alıb ona beş yüz manat pul vermişdir Pulu götürüb Şəmkir rayon Kür qəsəbəsində ki,evinə getmişdir. 01 sentyabr 2022-ci il tarixdə Sabirkənd kəndinə Salehdən pul almağa getməmişdən əvvəl Səfərlə Şəmkir şəhərində görüşüb payına düşən 500 manat puldan 250 manat pul vermiş və Səfərə oğurlanmış malların pulundan Salehin Sənana 1000 manat pul verməsini, Sənanın isə ona 500 manat verdiyini,sənə payına düşən 500 manatdan 250 manat pul verdiyini demişdir. Elə həmin günü də saat təxminin 22-23 radələrində Səfər, Firdovsi və Sənanla Şəmkir şəhərində görüşüb tanımadığı taksi maşını ilə Sabirkənd kəndinə getmişlər. Salehlə kənddə “Şəhidlər” parkı deyilən yerdə görüşmüşlər. Saleh pul olmadığını bildirmiş, səhərə pulu tam verəcəyinə söz vermişdir. Bundan sonra ayrılıb hərə öz evinə getmişdir. Baş vermiş oğurluq hadisəsi barədə heç kimə, o cümlədən ailə üzvlərinə məlumat verməmişdir. 02 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində Səfər və Sənanla Şəmkir bazarında görüşmüşlər. Buradan taksiyə minib birbaşa Gəncə şəhərinə gəlmişlər. Belə ki, Saleh Sənanla danışıb oraya gəlməyi təklif etmişdir. Beləliklə, Salehin dediyi yerə-Yeni Gəncəyə gəlmişlər. X33 görüşmüşlər. Saleh Sənana 5000 ( beş min ) manat pul verib “artıq yoxumdur. Demişdir”.Onlar narazılıq etməmişlər. Sənan pulu götürmüş, Saleh də getmişdir. Həmin puldan Sənan ona 2500 manat pul vermişdir. Sonra bir yerdə Gəncə şəhərindən tanımadığı taksi maşını ilə Şəmkirə gəlməyə başlamışlar. 3 yol deyilən yerdə onunla Səfər maşını saxladıb düşmüş. Sənan isə düşməyib “evimə gedirəm” deyib Şəmkir şəhərinə getmişdir. Burada yeməkxanaya gedib yemək yemişlər. Yeməkxanada Səfərə payına düşən 2500 manatdan 1250 manat pul vermişdir. Pulu Sənana ona görə vermişdir ki, həmin pul Sənanda onlarla oğurluqda iştirak etdiyindən onun payına düşən məbləğ idi. Beləliklə, Səfərə verilən pullar onun oğurluqda onlarla birlikdə iştirak etdiyi üçün həmin şəxsin payına düşən pul olmuşdur. Bunu Sənan özü də yaxşı bilmişdir. Payına düşən puldan borca almış olduğu atın pulunu Fəridə vermişdir. Səhərisi günü isə Səfərlə Bakıya getmişdir. Gəncə şəhərində Səfər özünə 60 (altmış) manat məbləğində paltar almışdır. Başqa yerdən oğurluq etməmişdir. Hazırda etdiyi əməldən peşmandır. Zərəçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanı tam ödəmişlər. Digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 dəymiş 2750 manat məbləğdə ziyanın 1900 manat hissəsini ödəmiş, 850 manatı qalmış, Zərərçəkmiş şəxs2 dəymiş 27850 manat ziyanın 25800 manat hissəsini ödəmiş 2050 manat hissəsi qalmışdır. Qeyd olunanlara əsasən ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Gədəbəy rayonu Çanaqcı kəndində yaşamaqla təsərrüfatında olan mal-qaraları saxlamaqla məşğul olur. Heyvanları yay vaxtı Gədəbəy rayonu “Çökək yurdu” adlanan yay otlaq sahəsinin yaxınlığında saxlayır. xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində heyvanları örüş otlaq sahəsində bir yerə toplayıb evə gəlmiş, heyvanların yanında heç kim qalmamışdır. xx.xx.2022-ci il tarixdə, səhər saat 06:00 radələrində yaylağa getdikdə ona məxsus heyvanların yaylaqda olmadığını görmüşdür. Əvvəlcə heyvanların itdiyini zənn edib axtarmış, həmin vaxt ona həmkəndlisi Avaz Məmmədovun da 15 baş iri buynuzlu heyvanlarının olmadığı məlum olmuşdur. Ərazidə olan şəxslərlə soraqlaşdıqda əmisi oğlu Rövşən ona axşam saatlarında yaylaqda gəzib şəkil çəkərkən iki nəfər atlı görmüş və həmin atlılar şəkil çəkərkən şəkilə düşmüşdür. Bundan sonra heyvanların həmin şəxslər tərəfindən oğurlandığını düşünüb polisə şikayət etmişdir. Onlar hər yeri axtarsalar da heyvanları tapa bilməmişlər. Həmin gün ona məxsus 6 baş iri-buynuzlu mal-qara, yəni bir baş bir dəfə doğmuş, qara rəngli belində qırmızı zolaq olan diri çəkisi təxminən 280 kiloqram olan inəyi, 1 baş dişi, 2 yaşlı, qara rəngli diri çəkisi təxminən 240 kiloqram olan danası, 1 baş dişi, 2 yaşlı, boz rəngli diri çəkisi təxminən 220 kiloqram olan danası, 1 baş dişi, 2 yaşlı, qırmızımtıl rəngli diri çəkisi təxminən 200 kiloqram olan danası, 1 baş dişi, 1 yaşlı, qara-boz rəngli, halaver cinsindən olan diri çəkisi təxminən 170 kiloqram olan danası və bir baş erkək, 2 yaşlı, tünd sarı rəngli diri çəkisi təxminən 220 kiloqram olan danası oğurlanmışdır. Oğurluq hadisəsi nəticəsində təxminən 7-8 min manat maddi ziyan dəymişdir. Sonradan həmin heyvanlardan bir başını tapmış, yerdə qalan beş başı isə polis əməkdaşları tərəfindən götürülərək ona qaytarılmışdır. Ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslərdən hər hansı şikayət və tələbi yoxdur. Odur ki, qanunamüvafiq hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu, Çanaqcı kəndində yaşayır. Heç bir yerdə işləmir. Fərdi təsərrüfatında mal-qarası var və həmin heyvanları Gədəbəy rayonu “Çökək yurdu” yaxınlığında olan yaylaqda saxlayır. xx.xx.2022-ci il tarixində heyvanları yaylaqda qoyub evə gəlmişdir. Heyvanların yanında heç kim qalmamışdır. xx.xx.2022-ci il tarixdə səhər saat 06:00 radələrində oğlu Emil Məmmədov həmin yerə heyvanları otarmaq üçün getmişdir. Emil həmin yerdə olan zaman heyvanların olmadığını görüb ona məlumat vermişdir. Birlikdə hər yeri axtarsalar da heç bir yerdə heyvanları tapa bilməmişlər. Maraqlandıqda həmkəndlisi Zərərçəkmiş şəxs1 da 6 baş heyvanlarının olmamasını bilmişdir. Həmin gün Gülağanın əmisi oğlu Rövşən adlı şəxs yaylaqda axşam saatlarında gəzərkən gecə saatlarında təxminən 20:00 radələrinə həmin yaylaqda bir ağ atlı və bir kürən atlı şəxslərin oradan keçdiklərini gördüyünü bildirmişdir. Həmin gün ona məxsus 13 baş iri-buynuzlu mal-qarası oğurlanmışdır. Ekspert rəyində göstərilən 15 baş heyvanın 13 başı özünə, 2 başı isə qardaşı Zərərçəkmiş şəxs4 oğluna məxsus olmuşdur. Ümumilikdə ona cinayət hadisəsi nəticəsində 27850 manat məbləğdə ziyan dəymiş və dəymiş ziyandan 25800 manatı ödənilmiş geri qalan 2050 manat ödənilməmişdir. Həmin məbləğin də ödənilməsini tələb edir. Qeyd olunanlara əsasən təqsirləndirilən şəxslər barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 oğlu ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu, Çanaqcı kəndində yaşayır. Heç bir yerdə işləmir. Fərdi təsərrüfatında mal-qarası var və həmin heyvanları yay aylarında qardaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə “Çökək yurdu” yaxınlığında olan yaylaqda saxlayır.2022-ci ilin yay ayında qardaşı Zərərçəkmiş şəxs2 heyvanlarını yaylağa aparan zaman həyətində saxladığı özünə məxsus biri inək,o birisi isə erkək dananı qardaşı Ayvazın heyvanlarına qatıb yaylağa göndərmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 06:00 radələrində qardaşı oğlu Emil Məmmədov həmin yerə heyvanları otarmaq üçün getmişdir. Emil həmin yerdə olan zaman atasına məxsus 13 baş ona məxsus 2 baş iri-buynuzlu heyvanların olmadığını görüb atasına məlumat vermişdir. İnəyi boz rəngli olmaqla 3 yaşı olardı, yerli cins idi, bir dəfə doğmuşdur, dana həmin inəyin balası idi, inəyin diri çəkisi təxminən 300 kq olardı. Süd verən heyvan idi. Dananın bir yaşı yox idi, diri çəkisi 150 kq olardı. Hər ikisi sağlam heyvanlar idilər. Ona dəymiş ümumi ziyanın məbləği 2750 manatdır. Həmin puldan 1900 manat hissəsi ödənilmiş, geri qalan 850 manat hissəsi ödənilməmişdir. Həmin məbləğin də ödənilməsini tələb edir. Qeyd olunanlara əsasən təqsirləndirilən şəxslər barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 məhkəmə iclaslarında iştirak etməmiş və məhkəməyə teleqram ünvanlayaraq təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6, ifadəsində göstərmişdir ki, Şəmkir rayon Sabirkənd kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, təxminən 8 aydır ki, heyvan alveri ilə məşğul olur, həmkəndlisi X16 ilə qeyri-rəsmi evlidir. Hal-hazırda çoxlu borcları var. Şəmkir rayon Şiştəpə kənd sakini Təqsirləndirilən şəxs1 təxminən ona 2022-ci ilin avqust ayının ortalarında zəng edib onunla görüşmək istədiyini demişdir. Həmin gün yaşadığı Şəmkir rayon Sabirkənd kəndində Sənanla görüşən zaman iri-buynuzlu heyvan oğurlayıb gətirəcəyini və ona ucuz qiymətə verəcəyini deyib həmin heyvanları qısa müddət ərzində satmağını xahiş etmişdir. Özünün pula ehtiyacı olduğu üçün razılıq vermişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə axşam saatlarında Sənan istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək oğurluq 20 baş iri-buynuzlu heyvanları dostunun gətirdiyi barədə ona məlumat verdikdə Sənana həmin heyvanları almaq üçün gətirmələrini təklif etmişdir. 01 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində Sənan ona zəng edərək adını demədiyi dostunun Gədəbəy rayonunda 20 baş iri buynuzlu heyvan gətirdiyini və həmin heyvanların hal-hazırda Şiştəpə kəndi ilə Sabirkənd kəndinin sərhədində olmasını bildirib heyvanlara baxmaq üçün hara gətirməklərini soruşduqda heyvanlara baxmaq üçün yaşadıqları kəndin ərazisində yerləşən “Adsız gölün” yanına aparılmasını deyib oraya getmişdir. Oraya gəldikdə Təqsirləndirilən şəxs1 ilə əvvəllər tanımadığı Niyaməddinin 20 baş iri buynuzlu heyvanın və bir rəst sarımtıl rəngli atın yanında dayandıqlarını görmüşdür. Təqsirləndirilən şəxs1la heyvanların qiyməti barədə söhbət etmişdir. Heyvanlara baxış keçirdikdə 10 baş inəyin və 10 baş bir-iki illik erkək-dişi danalar olmasını görmüşdür Sənan ondan 20 baş iri buynuzlu heyvanın hamısına birlikdə 8000 manat pul istəmişdir. Ona pulunun olmadığını deyib 7000 manat pul təklif etmişdir. Sənan təklifi ilə razılaşdığı üçün üzərində olan 1000 manat pulu orada Sənana vermiş, pulun qalan hissəsini isə axşam üstü verəcəyini demişdir. Bundan sonra Niyaməddin adlı şəxs heyvanların yanında gətirdiyi bir rəst atı da ona pay vermişdir. Atla heyvanları qabağına qataraq yaşadığı evə gətirib tövlə salmışdır. Heyvanların içərisində olan yaşlı inəkləri əvvəllər də heyvan satdığı Ağcabədi rayonunda yerləşən ət kəsim məntəqəsinə aparmaq qərarına gəlmişdir. Buna görə də əvvəllər heyvan satdığı Ağcabədi rayon sakini kimi tanıdığı, heyvan alqı-satqısı ilə məşğul olan Şahid1 istifadəsində olan mobil nömrəyə zəng vuraraq ətlik kəsim üçün heyvanı olmasını bildirdikdə Şamil ona heyvanları ət-kombinatına aparmağı və heyvanlar kəsildikdən sonra ətin bir kiloqramınıı 4.7 manata alacağını demişdir. O da Şamillə razılaşıb heyvanları Ağcabədi rayonuna aparmaq üçün “Mercedes Atego” markalı avtomobili olan həmkəndlisi Şahid5 zəng etmişdir. Şahid5 ilə əvvəllər də heyvan apardığı üçün o heyvanları Ağcabədi rayonuna aparmağa razılıq vermişdir. Şahid5 idarə etdiyi avtomobil ilə yaşadığı ünvana gəlmiş, tövlədə saxladığı 10 baş inəyi avtomobilin yük yerinə yükləmiş və bundan sonra Ələkbər Ağcabədi rayonu istiqamətində hərəkət etmişdir. Ağcabədi rayonu Xocavənd kəndində yerləşən ət kəsim məntəqəsinin həyətindən gətirdiyi 10 baş inəyi düşürdüb Ələkbərə 180 manat yol pulu verdikdən sonra Ələkbər oradan çıxıb getmişdir. Yorğun olduğu üçün ət kəsim məntəqəsində yatmışdır. 02 sentyabr 2022-ci il tarixdə heyvanları satacağı şəxs Şahid1 oraya gəlmişdir. Kəsmək üçün gətirdiyi heyvanların kəsilmiş halda çəkisi 1500 klioqram gəldiyi üçün Şahid1 ona 7050 manat pul verməli olmuşdur. Şahid1 orada ona 6000 manat pul verib, 1050 manat borclu qalmışdır. Şamildən aldığı puldan 1000 manatını Bərdə rayonunda yerləşən heyvan bazarında əvvəllər borc aldığı həmkəndlisi Xanoğlan Ələkbərova vermişdir. Qalan 5000 manat pulu isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində olan yerdə görüşüb işıqforun yanında əlbəəl olmaqla Təqsirləndirilən şəxs1 verib tanımadığı taksi sürücüsü ilə 02 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı evə gəlmişdir. Evə gəldikdən sonra tövlədə qalan bir-iki illik danaları satmaq üçün Bakı şəhərinə aparmaq istəmişdir. Bunun üçün tanışı, Şəmkir rayonu Sarıtəpə kəndində yaşayan Namiq Alıyevə zəng edib onlara gəlməsini xahiş etmişdir. Namiq həmin gün axşam saatlarında evinə gəlmişdir. Hadisəni olduğu kimi Namiqə danışmış və heyvanları Bakı şəhərində satmaq istədiyini ona bildirmişdir. Bundan sonra Namiq heyvanları yaşadığı kənddən onların Şəmkir rayon Sarıtəpə kəndində yerləşən fermalarına aparmalı olduğunu demişdir. Ona görə həmkəndlisi Elnur adlı şəxsə zəng edib yük Qazeli ilə heyvanları Şəmkir rayonu Sarıtəpə kəndinə aparmağını xahiş etmişdir. Elnur da həmin heyvanları 50 manat pula Şəmkir rayon Sarıtəpə kəndinə Namiqin fermasına aparmağa razılaşmışdır. Bundan sonra Namiqlə birlikdə Elnurun avtomobilinə 10 baş dananı yükləyib Şəmkir rayonu Sarıtəpə kəndində yerləşən fermaya aparmışdır. Orada Namiq əmisi Arifə zəng edib 10 baş dananı Bakı şəhərinə aparmaq istədiyini dedikdən sonrra Arif “Mercedes Atego markalı” avtomobili ilə fermaya gəlmişdir. Arif heyvanları Bakı şəhərinə aparmaq üçün 300 manat yol haqqı istədikdə onunla razılaşdıqdan sonra 10 baş dananı da Arifin avtomobilinə yükləyib xx.xx.2022-ci il tarixdə saat 01 radələrində yola çıxmışlar. Bakı şəhərinə çatdıqda Arifə polis əəməkdaşları zəng edib avtomobildə olan 10 baş dananın oğurluq olması barəəd məlumat vermişlər. Bundan sonra Arif heyvanların oğurluq olmasını bilib geriyə Bakı şəhərinə getməyib geri qayıtmışdır. Namiqlə polis əməkdaşlarının oğurluq heyvanları satmağa apardığını bildiyi üçün oradan uzaqlaşmışlar. Arif isə heyvanları gətirib polis əməkdaşlarına təqdim etmiş,o da növbəti gün könüllü olaraq polis şöbəsinə gəlmişdir. Şahid4 İsmayıl oğlunun, X13, Şahid5 Xanğlan oğlunun Şahid1 həmin heyvanların oğurluq olmasını deməmiş, onun xəbəri omamışdır. Əlavə olaraq göstərmişdir ki, Şəmkir rayon Şiştəpə kənd sakinləri Səfər Nağıyevi, Təqsirləndirilən şəxs2, eyni zamanda da Gədəbəy rayon Novo Saratovka kənd sakini Niyəməddin Əliyevi əvvəllər tanımamış, Şiştəpə kənd sakini Təqsirləndirilən şəxs1 isə 2022ci ilin avqust ayının təxminən 15-dən tanımışdır. Belə ki,həmin şəxs kəndə gəlib onunla görüşüb borc olaraq 300 manat pul istəmiş, həmin pulu almaqda məqsədinin oğurluq edəcəyini demişdir. Amma, haradan, hansı heyvan oğurluq edəcəyi barədə ona heç nə deməmişdir. Lakin,bu işin qorxulu olmasını hiss edib ona pulunun olmamasını deyib Sənana pul verməmişdir. Sənan ona haradan oğurluq edəcəyi barədə məlumat verməmişdir. Polisə məlumat verməyi özünə sığışdırmayıb bu barədə nə polisə və eyni zamanda da heç kimə məlumat verməmişdir. 01 sentyabr 2022-ci il tarixdə saat təxminən 01 radələrində həmin dövrdə istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona xatırlamadığı mobil telefon nömrəsindən zəng gəlmişdir. Telefona cavab verdikdə zəng edən şəxs özünü Sənan kimi təqdim etdikdə onu səsindən tanımışdır. Sənan “Gədəbəy rayonundan olan dostum Niyaməddin Gədəbəydən 20 baş iri buynuz mal oğurlayıb gətirir,ala bilərsənmi?” dedikdə ona sata bilərəm deyib razılıq vermişdir. Amma, telefonda onunla qiymət söhbəti eləməmişdir. Bu söhbətdən sonra Sənan ona yenə də zəng eləmişdir. Belə razılığa gəlmişlər ki oğurlanmış həmin heyvanlar Sabirkənd kəndi ilə Şiştəpə kəndi arasında olan “İdrisin gölü” adlanan yerə gətirilsin. Səhərə yaxın Sənan ona zəng edib “kənddən bir taksi göndər, onu Şiştəpə kəndindən götürsün”. O da həmkəndlisi Knyaza Sənanın xatırlamadığı mobil telefon nömrəsini verib ona Şiştəpə kəndinə gedib Sənanı götürməyi xahiş etmişdir. Knyaz da gedib Sənanı götürüb “İdrisin gölü” adlanan yerə aparmışdır. Saat təxminən 10 radələrində Sənan zəng edib “İdrisin gölü” adlanan yerdə olduğunu və oğurlanmış heyvanların da həmin yerə gətirildiyini bildirmişdir. Ev yaxın olduğu üçün həmin yerə piyada getmişdir. Yalnız burada ilk dəfə Niyaməddinlə tanış olmuşdur. Həmin vaxtı cavan bir oğlan onlardan kənarda dayanmış və onlara yaxınlaşmamışdır. Sənanla danışıb 20 baş iri-buynuzlu malları cəmi 8.000 ( səkkiz ) manata almağa razılaşmışalr. İlkin olaraq Sənana on ədəd yüz manatlıqlardan ibarət min manat pul vermişdir. Həmin pulu həmkəndlisi sürücü Ələkbərin atası Xanış adlı şəxsdən borc olaraq almışdır. Xanışın həmin heyvanların oğurluq olmasından məlumatı olmamışdır. Sənanla belə razılaşmışlar ki, yerdə qalan 7000 manat pulu xx.xx.2022-ci il tarixdə kənddə verəcəkdir. Bundan sonra Sənan ona “bu atıda sənə pay veririk və həmin atın da oğurluq olmasını” demişdir. At qırmızımtıl rəngli olmuş, erkək və ya dişi olmasına fikir verməmişdir. Sonra ata minib 20 baş oğurluq heyvanları qabağına qatıb evinə gətirmişdir. Evdə heç kim olmamışdır. Heyvanların hamısını tövləyə salıb qabağına yem qoymuşdur. Həmin günü saat təxminən 21-22 radələrində Sənanla kənddə dəmiryolun kənarında olan parkın yanında görüşmüşlər. Sənan, Niyaməddin, Firdovsi sonradan adını bildiyi Şəfər adlı şəxslərlə gəlmişdir. Sənana pul yoxdur, amma, səhərə verməyinə söz vermişdir. Onlar da razılaşmışlar. 02 sentyabr 2022-ci il tarixdə tanışı, Sabirkənd kənd sakini Xanışın oğlu Ələkbərlə 10 baş inəyi onun “Atego” markalı nömrəsini bilmədiyi yük avtomobilinə yükləyib Ağcabədi rayonu ət kəsimi sexinə aparmış və burada heyvanları həmin sexdə işləyən Şamilə vermiş, heyvanların hamısı kəsilmiş və Şamil ona 6000 manat pul vermişdir. Pulun 1000 manatını orada Ələkbərə vermişdir ki, atası Xanışa çatdırsın. Özü də yol xərci kimi Ələkbərə əlavə 180 manat pul ödəmişdir. Ələkbər və Şamil heyvanların oğurluq olmasını bilməmişlər, belə ki, onlara bu barədə heç bir söz deməmişdir. 02 sentyabr 2022-ci il tarixdə saat təxminən 14 radələrində Ağcabədi rayonundan çıxıb avtobusla Gəncə şəhərinə gəlmişdir.Saat 19-20 radələrində qabaqcadan telefon danışıqlarına əsasən X31 görüşmüşdür. Belə ki, Sənan bilirdi ki, 10 baş inəkləri Ağcabədi rayonuna ət kəsimi sexinə aparacaqdır. Burada Sənana 5000 manat pul verib ona demişdir ki, ziyanlıqdır. Sənan Niyaməddinlə gəlmişdir. 3-cü və ya 4-cü şəxsləri onların yanında görməmişdir. Pulu Sənan götürüb onunla razılaşmışdır. Saat təxminən 20 radələrində Sabirkənd kəndinə evinə gəlmişdir.Həmin günü axşam vaxtı,tanışı,Şəmkir rayon Sarıtəpə kənd sakini X14 zəng edib onu evinə dəvət etmişdir. O da evinə gəlmişdir. Danışanda Namiqə demişdir ki, on baş danası var. həmin danalar oğurluqdur və onları satmaq istəyir. Zülfəlidən əvvəl iri buynuz mal aldığından aralarında yaxşı münasibət vardır. Ona qarşı etibarı olduğu üçün Namiqə heyvanların oğurluq olmasını bildirmişdir. O da heyvanları Sarıtəpə kəndində fermasına aparmaq barədə təklifinə razılıq vermişdir. Həmkəndlisi Elnurun “Ford” markalı, nömrəsini bilmədiyi avtomobilinə oğurlanmış heyvanları Namiqlə birlikdə tövlədən yükləyib Namiqin fermasına gətirmişlər. At isə qapıda qalmışdır. Namiq heyvanların oğurluq olmasını bilsə də həmin heyvanların satışından əldə olunan puldan özünə pay istəməmişdir. Belə ki,o bilirmiş ki, krediti və borcları var, ona görə də onunla yaxşı münasibətdə olduğu üçün heyvanların satılmasıına kömək etməsinə söz vermişdir. Natiqin qardaşı Natiq fermada imiş. Amma, Natiq heyvanların oğurluq olmasını bilməmişdir.Heyvanları fermaya yerləşdirmişlər. Elnur isə maşını sürüb getmişdir. Namiq ona “nə edəcəksən” soruşduqda, heyvanları Bakıya aparıb burada satmaq lazımdır cavabını vermişdir. Namiq “əmimlə danışım, maşını ilə Bakı şəhərinə heyvan aparır, elə onun maşını ilə aparıb satarıq” dedikdə etiraz etməmişdir. Sonra yorğun olduğu üçün fermada yatmışdır. Təxminən,1-2 saat sonra Namiq fermaya əmisi Ariflə gəlmişdir. Arifin maşını “Atego” markalı yük maşını idi, nömrəsini xatırlamır. Arifə heyvanların oğurluq olmasını deməmişlər. Buradan heyvanları onun avtomobilinə mindirib Bakı şəhəri istiqamatində yola düşmüşlər. Namiq də onunla birlikdə Bakıya gedirmiş. Ariflə 200 manata Bakı şəhərinə getməyə razılaşmışdır. Bakı şəhərinə saat təxminən 10 radələrində çatmışlar. Burada Arifin mobil telefonuna zəng gəlmişdir. Arifin mobil telefon nömrəsini bilmir. Arif cavab verdikdə danışan şəxs Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşı olduğunu bildirib ona “apardığın mal oğurluqdur, heyvanları tez qaytar gətir.”demişdir. Artıq onunla Namiq işin üstünün açıldığını görüb qorxularından maşından düşüb Arifdən uzaqlaşmışlar. Arif isə tək maşını ilə birbaşa Gədəbəy rayon Polis Şöbəsinə gəlib heyvanları burada polis əməkdaşlarına təqdim etmişdir. O isə bir neçə gün Bakı şəhərində qaldıqdan sonra birbaşa Gədəbəy rayon Polis Şöbəsinə getmiş və polis müstəntiqinə etmiş olduğu əməl barədə ifadə vermişdir. Sonradan həyətində olan at əslən Gədəbəy rayonundan olan adını bilmədiyi sahibinə qaytarılmışdır. Anasının heyvanların oğurluq olmasından məlumatı olmamışdır. Bu barədə ona heç bir söz deməmişdir. Anası bilirmiş ki, heyvan alveri ilə məşğuldur,ona görə də ondan heç bir söz soruşmamışdır. Gədəbəy rayonundan 20 baş iri-buynuzlu heyvan oğurlanmasını yalnız 01 sentyabr 2022-ci il tarixdə gecə vaxtı Təqsirləndirilən şəxs1 ona zəng edəndə bilmişdir. Bu oğurluğun əvvəl olmasını, yəni, Niyaməddinin və qeyrilərinin Gədəbəy rayonua mal-qara oğurluğuna getmələri barədə əvvəlcədən onda məlumat olmamış, bu barədə ona heç kim bir söz deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, Şəmkir rayon Sabirkənd kəndində ailəsi ilə birlikdə yaşayır. Özünə məxsus “Mercedes Sprinter” markalı ** EX *** qeydiyyat nişanlı yük avtomobili var. Həmin avtomobillə sifariş əsasında müxtəlif yüklər, o cümlədən mal-qara daşımaqla ailəsini dolandırır. X7 həmkəndlisidir, münasibəti yaxşıdır. Şəmkir rayon Sarıtəpə kənd sakini Namiq Alıyevi əvvəllər tanımamışdır. 02 sentyabr 2022-ci il tarixdə axşam vaxtlarında Saleh ona zəng edib iri-buynuzlu heyvanları olduğunu, həmin heyvanları Sarıtəpə kəndinə fermaya aparmaq lazım olduğunu dedikdə o da razılıq vermiş, avtomobilinə minib X2 evinə gəlmişdir. X2 yanında sonradan tanıdığı, Göygöz ləqəbli Şəmkir rayon Sarıtəpə kənd sakini Namiq Alıyev olmuşdur. Həmin şəxslər X2 həyətindən 10 baş erkək və dişi iri-buynuzlu heyvanları maşına yükləmişlər. Heyvanlari Sarıtəpə kəndinə fermaya aparılmalı olmasını bildirdikdəsn sonra o həmin istiqamətdə avtomoblini idarə etmişdir. X8 873 manata baha olaraq bir baş dana satmasını demişdir. Sarıtəpə kəndinin girişində Namiq Alıyev ona gedəcəyi fermanın yolunun göstərmişdir. O da avtomobilini həmin yolla sürüb fermaya gəlmişlər. Burada sonradan tanıdığı Namiq Alıyevin qardaşı Natiq olmuşdur. Başqa şəxslər orada olmamışdır. Həmin şəxslər heyvanları maşından düşürdüb fermaya yerləşdirdikdən sonra evinə getmişdir. X7 ona pulu olmadığını deyib səhərisi günü 30 manat pul verəcəyinə söz vermişdir. Heyvanların oğurluq olmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu, Çanaqçı kəndində yaşayır. Atası Zərərçəkmiş şəxs2 fərdi təsərüfatında iri və xırda buynuzlu heyvanlar saxlayır. 01 sentyabr 2022-ci il tarixdə atası yaylağa gedə bilmədiyi üçün özü “Çökək Yurd” adlanan yaylaq sahəsinə qalxmışdır. Oraya getdikdə iribuynuzlu heyvanlardan 15 başının olmamasını görmüşdür. Həmkəndlisi Zərərçəkmiş şəxs1 də oraya getmişdir. Ona məxsus 6 baş iribuynuzlu heyvanlar da onlara məxsus heyvanlarla birlikdə oğurlanmasını aşkar etmişlər. Bundan sonra atası Zərərçəkmiş şəxs2 polisə məlumat vermişdir. Sonradan onlara məxsus 10 baş heyvanın Ağcabədi rayonu Xocavənd kəndində yerləşən ət kəsim məntəqəsində kəsildiyini öyrənmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə həmin ət kombinatından 10 baş heyvanlarının başları və 1500 kiloqram əti polis əməkdaşları tərəfindən aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Həmin vaxt hava isti olduğundan ətlər və heyvanların başları ət kombinatının rəhbəri Şahid3 müvəqqəti saxlancına verilmiş, daha sonra atasının xahişi ilə həmin ətləri oradan təhvil almışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ifadəsində göstərmişdir ki, Şəmkir rayon Sabirkənd kəndində ailəsi ilə birlikdə yaşayır. Atasına məxsus “ X36” markalı ** FN *** qeydiyyat nişanlı yük avtomobilini etibarnamə əsasənda idarə edir. Həmin avtomobillə sifariş əsasında müxtəlif yüklər, o cümlədən malqara daşımaqla ailəsini dolandırır. X7 həmkəndlisidir, münasibəti yaxşıdır, həmin şəxsi malqara alverçisi kimi tanıyır və onunla dəfələrlə Bərdə şəhərinə mal bazarına heyvan aparmışdır. 01 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində Saleh ona zəng edib iribuynuzlu heyvanları olduğunu, həmin heyvanları Ağcabədi rayonunda olan ət kəsimi müəssisəsinə aparmaq lazım olduğunu dedikdə o da razılıq vermiş, avtomobilinə minib X2 evinə gəlmişdir. X2 yanında anası Adilədən başqa heç kim olmamışdır. X2 həyətindəki tövlədən 10 baş inəyi maşına yükləmişlər. Avtomobilində iki nəfər heyvan sahibləri olduğundan X7 ona taksi ilə gələcəyini demişdir. O, da avtomobilin yük yerində kabinasında oturmuş şəxslərə məxsus əlavə 02 baş iri-buynuzlu heyvan olduğu üçün həmin heyvanları yüklədikdən sonra yola düşmüş, Yevlax şəhərinin mərkəzində Saleh ilə görüşmüşdür. Buradan da Salehlə birlikdə Ağcabədi rayonunda olan ət kəsimi müəssisəsinə getmişlər. Heyvanları Ağcabədi rayonunda olan ət kəsimi müəssisəsinin həyətinə düşürmüş, X4 digər 02 baş heyvanı Bərdə mal bazarına aparmalı olmasını demiş və ondan yol haqqı kimi 180 manat pul almışdır. Maşınla oradan çıxan zaman əvvəllər mal-qara alveri ilə məşğul olan kimi tanıdığı Ağcabədi rayon sakini Şahid1 ət kəsimi müəssisəsinə gəlmişdir. Heyvanların oğurluq olmasını bilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. «Şübhəli şəxs qismində tutulma» barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, təqdimat təmin edilmiş və Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2022-ci il tarixə kimi həbs qətimkan tədbiri seçilmişdir. «Şübhəli şəxs qismində tutulma» barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, təqdimat təmin edilmiş və Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2022-ci il tarixə kimi həbs qətimkan tədbiri seçilmişdir. Gədəbəy rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə Bakı şəhər Yasamal rayon Asan Xidmət tərəfindən saxlanılmış, xx.xx.2022-ci il tarixdə gətirilərək Gədəbəy RPŞ-nin MSY-nə yerləşdirilmişdir. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, təqdimat təmin edilmiş və Təqsirləndirilən şəxs3 barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2022-ci il tarixə kimi həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 03 il 03 aya endirilmiş, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 76-cı madddəsinə əsasən 01 ay 04 gün vaxtından əvvəl cəzadan azad olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9|7737 saylı rəydən görünür ki, 2022-ci ilin avqust-sentyabr aylarında heyvanların qiymətləri aşağıdakı kimi olmuşdur: Zərərçəkmiş şəxs2 məxsus 1 baş bir dəfə doğmuş, boz rəngli, diri çəkisi təxminən 300 kq olan inəyin qiyməti 1800 manat, 1 baş 2 dəfə doğmuş, qara rəngli diri çəkisi təxminən 450 kiloqram olan inəyin qiyməti 2700 manat, 1 baş 4 dəfə doğmuş, ağ rəngli diri çəkisi təxminən 450 kiloqram olan inəyin qiyməti 2700 manat, 1 baş 2 dəfə doğmuş, qara rəngli diri çəkisi təxminən 450 kiloqram olan inəyin qiyməti 2700 manat, 1 baş 3 dəfə doğmuş, göy rəngli diri çəkisi təxminən 450 kiloqram olan inəyin qiyməti 2700 manat, 1 baş 3 dəfə doğmuş, qara rəngli, diri çəkisi təxminən 450 kiloqram olan inəyin qiyməti 2700 manat, 1 baş 1 dəfə doğmuş, sarı rəngli, hallaver cinsindən olan diri çəkisi təxminən 400 kiloqram olan inəyin qiyməti 2500 manat, 1 baş 5 dəfə doğmuş, qara rəngli, sağ gözü kor olan diri çəkisi təxminən 450 kiloqram olan inəyin qiyməti 2400 manat, 1 baş 3 dəfə doğmuş, qara rəngli, sağ buynuzunun ucu qırılmış, diri çəkisi təxminən 450 kiloqram olan inəyin qiyməti 2700 manat, 1 baş 4 dəfə doğmuş, qara rəngli, qarmaq buynuzlu diri çəkisi təxminən 420 kiloqram olan inəyin qiyməti 2500 manat, 1 baş dişi, 1 yaşlı, qara rəngli diri çəkisi təxminən 170 kiloqram olan dananın qiyməti 1050 manat, 1 baş erkək, 1 yaşlı, qara rəngli diri çəkisi təxminən 150 kiloqram olan dananın qiyməti 950 manat, 1 baş erkək, 1 yaşlı, sarı rəngli diri çəkisi təxminən 150 kiloqram olan dananın qiyməti 950 manat, 1 baş dişi, 2 yaşlı, sarı rəngli diri çəkisi təxminən 150 kiloqram olan dananın qiyməti 950 manat, 1 baş erkək, 2 yaşlı, qara rəngli diri çəkisi təxminən 200 kiloqram olan dananın qiyməti 1300 manat olmaqla cəmi 31.650 manat, Zərərçəkmiş şəxs1 məxsus 1 baş bir dəfə doğmuş, qara rəngli belində qırmızı zolaq olan diri çəkisi təxminən 280 kiloqram olan inəyin qiyməti 1680 manat, 1 baş dişi, 2 yaşlı, qara rəngli diri çəkisi təxminən 240 kiloqram olan dananın qiyməti 1500 manat, 1 baş dişi, 2 yaşlı, boz rəngli, diri çəkisi təxminən 220 kiloqram olan dananın qiyməti 1400 manat, 1 baş dişi, 2 yaşlı, qırmızımtıl rəngli diri çəkisi təxminən 200 kiloqram olan dananın qiyməti 1300 manat, 1 baş dişi, 1 yaşlı, qara-boz rəngli, halaver cinsindən olan diri çəkisi təxminən 170 kiloqram olan dananın qiyməti 1050 manat, 1 baş erkək, 2 yaşlı, tünd sarı rəngli diri çəkisi təxminən 220 kiloqram olan dananın qiyməti 1400 manat olmaqla cəmi 8330 manat, Zərərçəkmiş şəxs3 məxsus bir rəst yerli cins erkək, diri çəkisi təxminən 400 kq olan 11 yaşlı atın qiyməti 800 manat olması müəyyən edilir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, təqdimat təmin edilmiş və Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi uzadılmışdır. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, təqdimat təmin edilmiş və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi uzadılmışdır. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, təqdimat təmin edilmiş və Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi uzadılmışdır. «Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsinə dair» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Tovuz RPŞ-nin MSY yerindən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. «Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsinə dair» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Tovuz RPŞ-nin MSY yerindən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. «Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsinə dair» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Tovuz RPŞ-nin MSY yerindən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. «Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. «Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddəsində göstərilmişdir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə onlara istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi sübut edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 01 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü, Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü, Təqsirləndirilən şəxs3 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin hər birinin əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın böyük hissəsinin ödənilməsini, zərərçəkmiş şəxslərdən ikisinin ondan hər hansı şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın böyük hissəsinin ödənilməsini, zərərçəkmiş şəxslərdən ikisinin ondan hər hansı şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın böyük hissəsinin ödənilməsini, zərərçəkmiş şəxslərdən ikisinin ondan hər hansı şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi oğurluq cinayətlərinin xarakterini, həmin əməllərə görə cəzalarını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, onlara təqsirləndirildikləri Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı müvəqqəti saxlama yerində saxlanıldığı və həbsdə olduğu müddət onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə xx.xx.2023-cü il tarixə kimi həbsdə saxlanılmış, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə xx.xx.2023-cü il tarixə kimi həbsdə saxlanılmış, Təqsirləndirilən şəxs3 xx.xx.2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə xx.xx.2023-cü il tarixə kimi həbsdə saxlanılmışdır. Həmin tarixdə təqsirləndirilən şəxslər Tovuz RPŞ-nin MSY yerindən azad edilmiş və barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğdə pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 4 (dörd) ay 27 (iyirmi yeddi) gün müddət azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 4 (dörd) ay 20 (iyirmi) gün müddət azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 3 (üç) ay 24 (iyirmi dörd) gün müddət azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gədəbəy rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-65/2023
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-65/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver