Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-65/2024 03.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, ali təhsilli, baytar olaraq fəaliyyət göstərən, Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində qeydiyyatda olan, həmin ünvanda yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verən vəsiqə hesab edilən Rusiya Federasiyasının saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra həmin saxta vəsiqəni Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə saxta vəsiqə əsasında Azərbaycan Respublikasının orijinal sürücülük vəsiqəsini almaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının “B, B1, C, C1,M” kateqoriyalı ********** nömrəli sürücülük vəsiqəsini əldə etmiş, Azərbaycan Respublikasının orijinal sürücülük vəsiqəsi almaq məqsədilə həmin saxta sürücülük vəsiqəsini 18 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X2 rayonu, Aşağı Quşçu kəndində fəaliyyət göstərən Tovuz “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etməklə Azərbaycan Respublikasının “BC318664” nömrəli sürücülük vəsiqəsini əldə etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayından 2023-cü ilin iyul ayınadək Laçın şəhərində həqiqi hərbi xidmətdə olmuşdur. Həmin müddətdə Şahid1 ilə tanış olmuşdur. Onunla münasibətləri çox yaxın imiş. Həqiqi hərbi xidmətdə olarkən o, sürücülük ilə bağlı dərs vəsaitləri oxuyurmuş və Şahid1 bundan xəbəri var imiş. 2023-cü ilin iyul ayında həqiqi hərbi xidmətini başa vuraraq Şəmkir rayonuna getmişdir. İxtiyarla aralarında münasibət qalmışdır, müəyyən vaxtdan bir bir-biri ilə əlaqə saxlayıb, hal-əhval tuturmuşlar. 2023-cü ilin avqust ayında İxtiyarla telefonda danışan zaman o, söhbət əsasında sürücülük vəsiqəsi alıbalmadığını maraqlanmışdır. O da demişdir ki, bir az işləri var, tam ciddi hazırlaşa bilmir. Amma vaxt tapdıqca yenə də oxuduğunu demişdir. İxtiyar ona demişdir ki, çox özünü yormasın, onun Rüfət adlı qohumunun tanışları var və həmin şəxslər Rusiya Federasiyasında asan yolla sürücülük vəsiqəsi hazırlayırlar və həmin sürücülük vəsiqəsini Azərbaycanda Asan Xidmətə təqdim etməklə rahat şəkildə Azərbaycana məxsus sürücülük vəsiqəsi əldə etmək mümkün olurmuş. Ona bu fikir maraqlı gəlmiş və İxtiyardan xahiş etmişdir ki, bu məsələ ilə bağlı daha geniş maraqlansın. Bir müddət sonra İxtiyar ona zəng edərək demişdir ki, qohumu Rüfət adlı şəxslə əlaqə saxlayıb və bu məsələni həll etmək mümkündür. Bunun üçün şəxsiyyət vəsiqəsinin fotoşəkli, özünün 3x4 ölçüdə fotoşəkilləri və 750 manat pul lazım olacaq. İxtiyar bildirmişdir ki, sürücülük vəsiqəsi Rusiyada hazırlanır və sentyabr ayının əvvəlində ona göndəriləcəkdir. O, şəkilləri İxtiyara whatsapp vasitəsilə göndərmişdir. 750 manat pulu da İxtiyarın ona 16 rəqəmli nömrəsini göndərdiyi hazırda xatırlamadığı bank kartına göndərmişdir. Belə ki, 15 sentyabr 2023-cü ildə İxtiyar ona demişdir ki, vəsiqə hazırdır, onu Rusiyadan göndəriblər və İxtiyar həmin vəsiqəni Şəmkirə gələn taksi ilə ona çatdırmışdır. Üzərində “RUS” yazılı sürücülük vəsiqənin nömrəsi “**********”, verilmə tarixi isə xx.xx.2020 kimi qeyd olunmuşdur. O da 18 sentyabr 2023-cü il tarixdə Tovuz rayonunda yerləşən “ASAN” xidmət mərkəzinə müraciət etmişdir. Çünki onlara ən yaxın “ASAN” xidmət mərkəzi Tovuz rayonunda imiş. O, həmin vəsiqəni oradakı əməkdaşa təqdim edib demişdir ki, bu vəsiqəni Rusiya Federasiyasından özü almışdır və indi Azərbaycan Respublikasında olacağı üçün Azərbaycana məxsus sürücülük vəsiqəsi ilə dəyişmək istəyir. Həmin əməkdaş onun təqdim etdiyi Rusiya Federasiyasında hazırlanmış sürücülük vəsiqəsinə baxanda demişdir ki, bu sənəddə nəsə problem var, saxtaya oxşayır. Amma o demişdir ki, heç bir problem yoxdur. Bundan sonra Asan xidmətdəki əməkdaş demişdir ki, ona bir illik sürücülük vəsiqəsi verilir, amma Rusiyaya məxsus sürücülük vəsiqəsini yoxlamaq üçün götürmüşlər. O, bundan sonra narahatlıq hissi keçirmişdir. Başa düşmüşdür ki, bu işlə bağlı ona problem yaranacaq. Çünki həmin vəsiqə Rusiyada qanunsuz yollarla hazırlanmışdır, yəni saxta idi. Belə ki, orada ona Azərbaycan Respublikasına məxsus “BC318664” nömrəli sürücülük vəsiqəsi təqdim edilmişdir. O, başa düşürmüş ki, özü Azərbaycanda ola-ola onun adına Rusiya Federasiyasında xx.xx.2020-ci il tarixdə sürücülük vəsiqəsinin verilməsi reallığı əks etdirmir. Yəni həmin sənədin qeyri-qanuni yolla hazırlandığını, saxta olduğunu dərk edirmiş. Hazırda isə əməlindən peşmançılıq hissi keçirir. Odur ki, ona yüngül cəza verilməklə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayından 2023-cü ilin iyul ayınadək Laçın şəhərində həqiqi hərbi xidmətdə olmuşdur. Həmin müddətdə olan zaman Təqsirləndirilən şəxsla tanış olmuş və onunla yaxın münasibəti yaranmışdır. Səbuhi özü ilə sürücülük imtahanından keçmək üçün vəsaitlər gətirmiş və boş vaxtlarında həmin vəsaitlərlə imtahana hazırlaşırmış. Hərbi xidməti bitirdikdən sonra imtahan verib sürücülük vəsiqəsi almaq istəyirmiş. Belə ki, hərbi xidmətləri bitdikdən sonra da aralarında münasibət qalmışdır. Əsgərlikdən sonra, yəni 2023-cü ilin iyul ayının sonlarına yaxın Səbuhi ilə telefonla danışanda ondan imtahan verib-vermədiyini soruşmuşdur. Səbuhi də hələ tam hazırlaşa bilmədiyini demişdir. O, qohumu, yəni xalası qızının həyat yoldaşı olan Şahid2 ilə söhbət edən zaman Rüfət ona demişdir ki, tanışlarından eşidib ki, Rusiyada sürücülük vəsiqələri hazırlanır və həmin sürücülük vəsiqələrini Azərbaycanda Asan xidmətə təqdim etməklə rahat şəkildə Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqələri əldə etmək mümkün olurmuş. O, da söhbət zamanı bunu Səbuhiyə demişdir ki, bu qədər əziyyət çəkməkdənsə, həmin adamlarla danışsınlar, mümkün olarsa, ona da sürücülük vəsiqəsi alsınlar. Səbuhi də bununla razılaşmış və ondan bu məsələ haqqında daha ətraflı məlumat toplamağını xahiş etmişdir. O da öz növbəsində qohumu Rüfətlə danışmışdır. Rüfət də ona demişdir ki, özü də bu haqda dəqiq məlumata sahib deyil və maraqlanıb ona xəbər edəcəkdir. Belə ki, bir müddət sonra Rüfət ona zəng edib demişdir ki, ona bu məsələ ilə bağlı məlumat verən tanışı ilə danışıb, demişlər ki, mümkün olar. Rüfət ona demişdir ki, bunun üçün sürücülük vəsiqəsi istəyən adamın şəxsiyyət vəsiqəsinin şəkli, 3x4 ölçüdə fotoşəkilləri və 750 manat da pul lazımdır. O da bunu Səbuhiyə demişdir. Səbuhi də bununla razılaşmış və şəkiləri whatsapp vasitəsilə ona göndərmişdir. Həmçinin pulu da göndərməsi üçün o, özünə məxsus olan bank kartının şəklini göndərmişdir. Səbuhi 750 manat pulu həmin karta göndərmişdir. O, da həmin pulu Rüfətin xatırlamadığı bank kartına göndərmişdir. Təxminən 2 həftə sonra Rüfət ona demişdir ki, vəsiqə gəlib, Bakıdadır. Həmin vaxt o, Kürdəmir rayonunda olduğu üçün Rüfətə demişdir ki, onu taksi ilə Şəmkirə göndərsinlər. Daha sonra da vəsiqəni əldə etdikdən sonra Səbuhi ilə danışmışdır. Bir neçə gün sonra Səbuhi demişdir ki, Asan Xidmətə həmin vəsiqəni təqdim edib və Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi əldə etmişdir. O, başa düşürmiş ki, həmin vəsiqə Səbuhinin özü olmadan hazırlandığına görə, deməli, qanundan kənar yollarla hazırlanmışdır. Onun bu işdə heç bir maddi marağı olmamışdır, çünki Səbuhi onun dostu olmuşdur. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, Şahid3 onun xalası oğludur. 2023cü ilin iyun-iyul aylarında Amidlə birlikdə oturub çay içib domino oynayırmış. Həmin vaxt onun telefonuna zəng gəlmiş və bir müddət Amid həmin şəxslə danışmışdır. Daha sonra Amid demişdir ki, zəng edən onun əvvəllər də tanıdığı Rusiyada yaşayan Vasif adlı şəxsdir. Amid demişdir ki, Vasif ona deyib ki, orada sürücülük vəsiqəsi düzəldən adamlar var və onun tanıdığı bir neçə şəxs Rusiyada hazırlanmış sürücülük vəsiqələri əsasında Azərbaycanda Asan Xidmətdən sürücülük vəsiqəsi əldə ediblər və heç bir problem olmadan nəqliyyat vasitələrini idarə edirlər. Bu məsələ onun yadında qalmışdır. Bundan bir neçə gün sonra qohumu Şahid1la söhbət edən zaman ona da bu haqda danışmışdır. Çünki ona həqiqətən də maraqlı gəlirmiş ki, adamın özü olmadan onun adına sürücülük vəsiqəsi necə verilə bilər? Belə ki, 2023-cü ilin iyul ayının sonlarında İxtiyar ona zəng edərək həmin məsələ ilə bağlı maraqlanmağını istəmişdir. Ona demişdir ki, onun bir nəfər dostu var, sürücülük vəsiqəsi almaq istəyir. O da Amidlə əlaqə saxlamış və demişdir ki, qohumunun dostu sürücülük vəsiqəsi istəyir. Həmin adamla danışıb iş barədə maraqlanmasını xahiş etmişdir. Amid bir neçə saatdan sonra onunla əlaqə saxlayıb demişdir ki, həmin adamla danışıb. Demişdir ki, bu mümkün ola bilər. Bunun üçün sürücülük vəsiqəsi istəyən adamın şəxsiyyət vəsiqəsinin şəkli, 3x4 ölçüdə fotoşəkilləri və 750 manat da pul lazımdır. O da bunu İxtiyara demişdir. İxtiyar da dostu ilə danışmış və o da razılaşmışdır. Belə ki, İxtiyar ona dostunun, yəni Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin şəklini, 3x4 ölçüdə fotoşəkillərini göndərmişdir. Həmçinin 750 manat pulu da onun bank kartına göndərmişdir. O da həmin pulu nağdlaşdırıb Amidə vermişdir. Amid də demişdir ki, həmin pulu Rusiyadakı Vasif adlı şəxsin ona dediyi bank kartına göndərmişdir. Bir neçə həftə sonra Amid ona demişdir ki, sürücülük vəsiqəsini Azərbaycana göndəriblər. Amid bunu ona deyəndə o da İxiyara xəbər vermişdir. O demişdir ki, rayondadır və həmin sürücülük vəsiqəsini yol maşını ilə Şəmkirə göndərməyini xahiş etmişdir. O da Amidlə əlaqə saxlamış və Amid də həmin sürücülük vəsiqəsini taksi ilə Şəmkirə göndərmişdir. Daha sonra İxtiyar Səbuhi ilə danışıb və vəsiqəsini götürdüyünü dəqiqləşdirmişdir. Bir neçə gün sonra eşitmişdir ki, Səbuhi həmin vəsiqəni Asan Xidmətə təqdim edib və Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi əldə etmişdir. O, başa düşürmüş ki, həmin sürücülük vəsiqəsi Səbuhinin özü olmadan hazırlandığına görə, deməli, qanundan kənar yollarla hazırlanmışdır. Onun bu işdə maddi marağı olmamışdır, çünki bunu ondan qohumu xahiş etmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Şahid4 16 ildir tanıyır. Onunla uzun illər Azərbaycanda müxtəlif yerlərdə tikinti işlərində fəhlə işləmişdir. 2023-cü ilin təxminən iyun ayının sonları, iyul ayının əvvəllərində xalası oğlu Şahid2 ilə birlikdə kafedə oturub çay içirmişlər. Həmin vaxt Vasif ona rus nömrəsindən zəng etmişdir. Onun həmişə işlətdiyi nömrə **********47 imiş. Belə ki, bir müddət onunla danışıb bir-birindən hal-əhval tutmuşlar. Söhbət əsasında Vasif ona demişdir ki, onun X4 Polisi İdarəsində tanıdığı şəxslər var ki, asan yolla adamın özü belə olmadan sürücülük vəsiqəsi hazırlaya bilirlər. Vasif demişdir ki, müharibə şəraiti ilə əlaqədar orada baş qarışıqdır, ona görə də bu sahəyə tam nəzarət yoxdur. Ödənişi ödədikdən sonra, asan yolla sürücülük vəsiqəsi əldə etmək mümkün olurmuş. Vasif həmçinin ona demişdir ki, onun tanıdığı bir neçə şəxs bu yolla Rusiyadan sürücülük vəsiqələri əldə ediblər və onu Asan xidmətdə dəyişərək rahat şəkildə öz avtomobillərini Azərbaycanda idarə edirlər. Bu söhbətləri edən zaman Rüfət də yanında imiş və o da bunları eşidirmiş. İkisinə də bu məsələ maraqlı gəlmişdir. Bir müddət sonra Rüfət ondan soruşmuşdur ki, onun qohumunun dostu sürücülük vəsiqəsi almaq istəyir, ona bu qaydada sürücülük vəsiqəsi almaq mümkün olarmı? O da demişdir ki, Vasiflə danışıb məlumat verəcəkmiş. Belə ki, bu məsələ haqqında Vasiflə danışmış və Vasif də demişdir ki, həmin şəxslərlə danışıb ona məlumat verəcək. Amma o, Vasifin kimlə danışdığını bilmirmiş. Bir müddət sonra Vasif ona zəng edib demişdir ki, həll etmək olar. Bunun üçün sürücülük vəsiqəsi istəyən adamın şəxsiyyət vəsiqəsinin şəkli, 3x4 ölçüdə fotoşəkilləri və 750 manat da pul lazımdır. O da bunu Rüfətə demişdir. Rüfət də bunu qohumuna demişdir və bir müddət sonra ona Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin şəklini və 3x4 ölçüdə fotoşəkillərini göndərmişlər. Pulu da ona Rüfət nağd şəkildə vermiş və o da həmin 750 manat pulu Vasifin ona göndərdiyi nömrəsini xatırlamadığı bank kartına göndərmişdir. Sentyabr ayının ortalarında Vasif ona zəng edib demişdir ki, sürücülük vəsiqəsi hazırdır və onu Azərbaycana gələn şəxslərlə göndərəcək. O, da vəsiqəni hava limanından götürməli imiş. Lakin o, işdən çıxa bilmədiyi üçün hava limanına gedə bilməmişdir. Vasif demişdir ki, həmin şəxslərə tapşıracaqmış ki, vəsiqəni “Şamaxinka” adlı yerdə metronun üstündə yerləşən kafeyə qoyacaqlar. O da axşam işdən çıxanda həmin vəsiqəni gedib götürmüş və Rüfətə demişdir ki, gəlib götürsünlər. Amma ona demişlər ki, vəsiqənin sahibi xahiş edib ki, onu Şəmkirə gələn taksilərlə yola salsınlar. O da həmin sürücülük vəsiqəsini yol maşını ilə Şəmkirə yola salmışdır. Daha sonra Rüfət ona demişdir ki, vəsiqə sahibinə çatmışdır. O, başa düşürmüş ki, həmin vəsiqə Səbuhinin özü olmadan hazırlandığına görə, deməli, qanundan kənar yollarla hazırlanmışdır. Onun bu işdə heç bir maddi marağı olmamışdır. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərmişdir ki, Amidi uzun illərdir tanıyırmış, əvəllər onunla birlikdə bir çox yerdə fəhlə kimi işləmişlər. O, 15 ilə yaxın Rusiyada yaşayıb orada da işləmişdir. Lakin arada qısa müddətlik Azərbaycana gəlib-getmişdir. O, Rusiya Federasiyasının Moskva şəhərində taksi kimi fəaliyyət göstərirmiş. Orada **********47 saylı mobil nömrədən istifadə edirmiş. O, Rusiyada yaşayan, əslən Azərbaycanlı olan Sərvin adlı şəxslə tanış olmuşdur. Sərvin orada yükdaşıma işi ilə məşğul olurmuş. Oradakı sürücü işləyən şəxslərlə birlikdə söhbət zamanı Sərvin demişdir ki, onun tanıdığı “Paşa” adlı bir şəxs var və o, X5 İdarəsində çalışır. Həmin şəxs problemsiz qanuni şəkildə sürücülük vəsiqələri hazırlayır. Həmin sürücülük vəsiqələri ilə həm Rusiyada nəqliyyat vasitəsi idarə etmək olurmuş, həm də bir çox şəxs Azərbaycanda həmin vəsiqə əsasında Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi əldə edib və heç bir problem olmadan istifadə etmişdir. Sərvin demişdir ki, Rusiyada müharibə ilə əlaqədar bütün dövlət orqanlarının başı qarışıq olduğu üçün, adamın özü olmadan belə ona sürücülük vəsiqəsi düzəltmək mümkün olurmuş. Həmçinin Sərvin demişdir ki, bu qaydada sürücülük vəsiqəsi istəyən olsa, ona xəbər etsinlər. Belə ki, bundan bir müddət sonra, təxminən, 2023-cü ilin yay aylarında dostu Amidlə telefonla danışırmış. Bir müddət bir-birindən hal-əhval tutduqdan sonra o, Amidə bu məsələ haqqında məlumat verərək demişdir ki, istəyən olsa, desin. Bundan bir neçə həftə sonra Amid ona zəng edib həmin məsələ haqqında yenidən maraqlanmış və demişdir ki, onun bir nəfər qohumunun dostuna sürücülük vəsiqəsi lazımdır. O da həmin şəxslərlə danışıb məlumat verəcəyini demişdir. Belə ki, o, Sərvinlə əlaqə saxlamış və demişdir ki, “Paşa” adlı şəxslə danışsın, əgər mümkün olarsa, bir nəfər tanışına sürücülük vəsiqəsi əldə etmək istəyirlər. Bir müddət sonra Sərvin ona zəng edib demişdir ki, Paşa adlı şəxslə danışıb və o da bunun mümkün olacağını demişdir. Paşa adlı şəxs demişdir ki, bunun üçün sürücülük vəsiqəsi istəyən adamın şəxsiyyət vəsiqəsinin şəkli, 3x4 ölçüdə fotoşəkilləri və 750 manat da pul lazımdır. O da bunu Amidə demişdir. Amid də bunu qohumuna deyib və bir müddət sonra ona demişdir ki, adam razıdır və ona həmin şəxsin, yəni Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin şəklini və 3x4 ölçüdə fotoşəkillərini göndərmişlər. Pulu göndərməsi üçün o, Amidə həyat yoldaşının adına olan bank kartının nömrəsini göndərmişdir. Daha sonra o, 750 pulun qarşılığında təxminən 40.000 rus rublunu Rusiyada Sərvinə vermişdir. Sərvin demişdir ki, həmin pulu və şəkilləri Paşaya çatdıracaq və bir neçə həftədən sonra sürücülük vəsiqəsi hazır olacaqmış. Belə ki, bir neçə həftə sonra, yəni sentyabr ayında həmin sürücülük vəsiqəsini ona vermiş və o da Amidlə əlaqə saxlayıb ona vəsiqənin hazır olduğunu və Azərbaycana gələn şəxslərlə onu göndərəcəyini demişdir. Həmin vaxt dostlarından bir nəfərin qohumu Azərbaycana gəlirmiş, ondan xahiş etmişdir ki, sürücülük vəsiqəsini Azərbaycana aparsın. Lakin Amid demişdir ki, işdən icazə ala bilmir, ona görə də həmin şəxsdən xahiş etmişdir ki, sürücülük vəsiqəsini Şamaxinkada kafeyə qoysun və daha sonra da Amid onu oradan götürüb sahibinə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş “9928 512638” nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı mətbəə çap üsulu ilə deyil, printer vasitəsilə çap edilmişdir. Həmçinin tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş “**********” nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı Mərkəzdə olan “SDU ultra” məlumat sistemindəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı məhkumluğu yoxdur. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-cimaddəsində göstərilmişdir ki, bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsi 320.2-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 320.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, həmin əməllərə görə cəzasını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasının təyin edilməsi qanuni və ədalətli olar. İctimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. İctimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz (Cinayət Məcəlləsinin 47.1 və 47.2-ci maddələri). Həmçinin təqsirləndirilən şəxsin üzərinə ictimai işlər cəzasını yerinə yetirən zaman Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə müvafiq olaraq ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Maddi sübut kimi tanınmış Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2020-ci il tarixli “**********” nömrəli sürücülük vəsiqəsi və Azərbaycan Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş “BC318664” nömrəli sürücülük vəsiqəsi cinayət işi materiallarında saxlanmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə ekspertizasının keçirilməsi üçün xərclənmiş 70 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) saat ictimai işlər cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs oğlnun ictimai işlərə cəlb olunduğu vaxtdan hesablansın. Maddi sübut kimi tanınmış Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2020-ci il tarixli “**********” nömrəli sürücülük vəsiqəsi və Azərbaycan Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş “BC318664” nömrəli sürücülük vəsiqəsi cinayət işi materiallarında saxlanılsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 70 (yetmiş) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-65/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-65/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver