Məhkəmə qərarları › İş №1(062)-65/2025

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-65/2025

10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-65/2025 10.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Tovuz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, 24 avqust 1996-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, məhkumluğu olmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edərək üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda, yəni bir ədəd "Sobranie" markalı siqaret qutusunun içərisində olan bir ədəd sellofan bükümdə təmiz çəkisi 6,57 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlamış, 28 fevral 2025-ci il tarixdə, saat 17:10 dəqiqədə Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz rayonu, Qovlar şəhəri ərazisindən keçən Bakı-Qazax-Gürcüstün avtomobil yolunun kənarı ilə piyada hərəkət edərkən saxlanılmış, həmin tarixdə saat 17:10 dəqiqədən saat 17:21 dəqiqəyədək olan müddət ərzində üzərinə keçirilmiş baxış zamanı bir ədəd "Sobranie" markalı siqaret qutusunun içərisində olan bir ədəd sellofan bükümdə təmiz çəkisi 6,57 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib əynində olan boz rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə aludəçisidir. Narkotik vasitə olan marixuanadan istifadə edir. 26 fevral 2025-ci il tarixdə o, Gəncə şəhərində çay kənarına getmişdir. O, çay kənarından marixuana toplamışdır. O, həmin marixuananı bir ədəd ağ rəngli sellofana doldurub siqaret qutusunun içərisinə qoymuşdur. O, Tovuz rayonuna dəmir yığmaq üçün dəfələrlə gəlib getmişdir. 28 fevral 2025-ci il tarixdə, saat 16 radələrində Tovuz rayonu, 3 Qovlar şəhərinə gəlmişdir. O, Bakı-Qazax avtomagistralının Tovuz rayonu, Qovlar şəhəri ərazisindən keçən yolunun kənarı ilə piyada hərəkətdə olan zaman 3 nəfər mülki geyimdə saxs ona yaxınlaşmışlar. Həmin şəxslərdən bir nəfəri özünə məxsus mobil telefonla videoçəkiliş aparmışdır. Həmin 3 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və ondan üzərində narkotik vasitə olduğundan şübhələndiklərini, üzərinə baxış keçirəcəklərini demişlər. Baxış keçirməzdən əvvəl ondan üzərində əldə edilməsi, daşınması, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığı soruşulmuşdur. O, polis əməkdaşlarına üzərində qanunla saxlanması. istifadəsi, daşınması, gəzdirilməsi qadağan olunmuş əşya olduğunu deyərək əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd "Sobranie" siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin siqaret qutusunun içərisinə açılaraq baxış keçirilmişdir. Siqaret qutusunun içərisindən bir ədəd, içərisində yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən qurudulmuş marixuanaya bənzər kütlə olan ağ rəngli sellofan aşkar edilmişdir. Bir ədəd ağ rəngli sellofandan olan kütlə elektron tərəzidə çəkilmişdir. Bir ədəd ağ rəngli sellofanda olan kütlənin çəkisi sellofanla birlikdə 8,54 qram təşkil etmişdir. Daha sonra bir ədəd ağ rəngli sellofanda olan kütlə həmin siqaret qutusunun içərisinə qoyulub bir ədəd zərfdə qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onu Tovuz RPŞ-yə gətirmişlər. O, bir otağa daxil olmuşdur. Onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkillərin siyahısı təqdim edilmişdir. O da həmin siyahının içərisindən Müdafiəçi seçmişdir. Müdafiəçi iştirakı ilə həmin zərf açılıb yenidən baxılaraq qablaşdırılmışdır. O, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı Gəncə şəhərində çay kənarından topladığı zaman təklikdə olmuş, həmin vaxt ətrafda heç kim olmamışıdır. O, üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı gələcəkdə özü istifadə etməsi üçün üzərində saxlamışdır. Belə ki, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı heç vaxt satmaq fikri və məqsədi olmamışdır. Onun üzərində narkotik vasitə olan qurudulmuş marixuananın olması barədə heç kimin məlumatı olmamışdır. Belə ki, o, bu barədə heç kimə heç bir söz deməmiş və məlumat verməmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Tovuz RPŞ-nin Qovlar PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Rütbəsi polis kapitanıdır. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ona görədə həmin şəxslə heç bir ədavəti və qohumluq əlaqəsi yoxdur. 28 fevral 2025-ci il tarixində Təqsirləndirilən şəxs ətrafında tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbiri barəsində bildirmişdir ki, 28 fevral 2025-ci il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda, gəzdirməkdə şübhəli olması və hal-hazırda Tovuz rayonu, Qovlar şəhəri ərazisində olması barədə məlumat alıb bu barədə raportla Tovuz RPŞ-nin rəhbərliyinə məruzə etmiş və rəhbərlik tərəfindən ona həmin şəxsin ifşa edilməsi ilə bağlı göstəriş verilmişdir. Ondan sonra rəhbərlik tərəfindən Tovuz RPŞ-nin Qovlar PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Tovuz RPŞ-nin Qovlar PB-nin polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə X1 Tovuz RPŞ-yə gətirilməsi, yəni əməliyyataxtarış tədbirində onların birlikdə iştirak etməkləri göstərişi verilmişdir. Belaliklə o, əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Şahid3 ilə birlikdə avtomobilə əyləşib Bakı- Qazax-Gürcüstan avtomobil yolunun Tovuz rayonu, Qovlar şəhəri ərazisindən keçən hissəsinə gəlmişlər. Onlar həmin əraziyə çatanda görmüşlər ki, Təqsirləndirilən şəxs Tovuz rayonu, Qovlar şəhəri ərazisindən keçən yolun kənarı ilə hərəkət edir. Tovuz rayonu, Qovlar şəhəri ərazisindən keçən avtomobil yolunun kənarı ilə piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşıb Təqsirləndirilən şəxs 28 fevral 2025-ci il tarixdə, saat 17:10 dəqiqədə saxlamışlar. Həmin şəxs saxlanılarkən özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə gəzdirməsi və saxlaması ilə bağlı şübhəli olduğuna görə üzərində baxış və götürmə aparılması barədə bildirdikdən sonra sonuncuya qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə qəbul etməsi, qanunsuz olaraq üzərində narkotik vasitə və ya psixotrop maddə gəzdirməsində, saxlamaqda şübhəli olduğunu deyib üzərində saxlanılması qanunla qadağan olunan hər hansı əşya olması, varsa könüllü təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan edilmiş əşya olduğunu demiş və Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd "Sobranie" markalı siqaret qutusu aşkar edilmişdir. Həmin siqaret qutusuna tərəflərindən baxış keçirilmişdir. Baxış zamanı həmin "Sobranie" markalı siqaret qutusunun içərisində ağ rəngli sellofan aşkar edilmişdir. Baxış zamanı ağ rəngli sellofanın içərisində yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan boz rəngli şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd siqaret qutusunun içərisində ağ rəngli sellofanda olan kütlə narkotik vasitə hesab edilən qurudulmuş marixuanadır və həmin kütləni iki gün bundan əvvəl Gəncə şəhərində yerləşən çay kənarından toplayıb özü istifadə etmək üçün üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ rəngli sellofanda olan kütlə bir ədəd elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin çəkisi sellofanla birlikdə çəkisi 8,54 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd ağ rəngli sellofanda olan kütlə siqaret qutusunun içərisinə qoyulub bir ədəd zərfdə qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Baxış-üstünün yoxlanılması prosesi 28 fevral 2025-ci il tarixdə saat 17:10 dəqiqədə başlayıb saat 17:21 dəqiqədə başa çatmışdır. Baxış-üstünün yoxlanılması zamanı tərəfindən protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış-üstünün yoxlanılması zamanı Tovuz RPŞ-nin Qovlar PB-nin polis nəfəri, polis polis serjantı Şahid3 tərəfindən "İphone-15 Pro Max" markalı mobil telefonun video-kamerasından istifadə edilməklə video-çəkiliş aparılmışdır. Ondan sonra Təqsirləndirilən şəxs Tovuz RPŞ-yə gətirilmiş və Tovuz RPŞ-də Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil ilə təmin edilmişdir. Vəkilin iştirakı ilə həmin zərfə açılıb yenidən baxılaraq saat 18:15 dəqiqədən saat 18:29 dəqiqəyə kimi Tovuz RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən həmin ağ rəngli sellofanda olan kütlaya açılaraq baxış keçirilmişdir. Bu zaman həmin ağ rəngli sellofanın içərisində yaşıl rəngli. Kəskin iyili, ilkin görünüşdən narkotik vasitə hesab olunan qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan boz rəngli şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd ağ rəngli sellofanda olan kütlə narkotik vasitə hesab olunan qurudulmuş marixuanadır və həmin kütləni Gəncə şəhəri ərazisindən keçən çayın kənarından tapmışdır. Daha sonra bir ədəd ağ rəngli sellofanda olan kütlə bir ədəd elektron tərəzida çəkilmişdir. Həmin kütlənin çəkisi sellofanla birlikdə 8,43 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd ağ rəngli sellofanda olan kütlə siqaret qutusunun içərisinə bir ədəd zərfdə 177 saylı möhürü ilə yenidən möhürlənərək zərfin üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlənin narkotik vasitə olub-olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X6 Bölməsinə göndərilməsindən ötrü təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən götürülmüş və bu barədə protokola əlavə edilmişdir. O, həmçinin bildirmişdir ki, baxış və götürmə zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilərkən bir ədəd ağ rəngli sellofan torba ilə birlikdə ayrı-ayrı elektron tərəzilər ilə çəkilmişdir. 01 mart 2025-ci il tarixli, 16/205 nömrəli ekspert rəyində göstərilən çəkilər isə narkotik vasitə olan qurudulmuş marixuananın təmiz və daha düzgün hesab edilməli çəkisidir. Məhz bu səbəbdən də qeyd olunan narkotik vasitə olan qurudulmuş marixuananın çəkisi ekspertizada göstərilən çəkidən artıq gəlmiş ola bilər. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hər hansı şəxs və ya şəxslərə satması və ya digər formada verməsi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin üstünün yoxlanılması haqqında 28 fevral 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 17:10 dəqiqədən saat 17:21 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd "Sobranie" markalı siqaret qutusunun içərisində olan bir ədəd sellofan bükümdə sonradan məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən təmiz çəkisi 6,57 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında 28 fevral 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 18:05-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə video çəkiliş aparılmaqla saat 18:15 daqiqədən saat 18:29 dəqiqəyədək əməliyyat axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş bir ədəd Azərbaycan Respublikası DİNnin 177 nömrəli möhürü ilə möhürlənmiş zərfə baxış keçirilən zaman həmin zərfin içərisində bir ədəd "Sobranie" markalı siqaret qutusunun içərisində olan bir ədəd sellofan bükümdə sonradan məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən təmiz çəkisi 6,57 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 bölməsinin 01 mart 2025-ci il tarixli 16/205 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs aşkar olunmuş kütlə yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd "Sobranie" markalı siqaret qutusunda olan bir ədəd sellofan bükümdə təmiz çəkisi 6,57 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuanadan 0,04 qram tədqiqata sərf edildikdən sonra 6,53 qram qalıq qalmışdır. Cinayət işi üzrə 14 mart 2025-ci il tarixli qərarla X4 azərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 6.57 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər narkoloji dispanserinin 13 mart 2025-ci il tarixli, 403 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstələyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar, 500 qram olduqda isə külli miqdar, 50000 qram olduqda xüsusilə külli miqdar hesab olunur. Məhkəmə yuxarıda göstərilən sübutlara əsaslanaraq ittihamda qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlmiş, rədd edilməli olan digər sübutlar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət törətməkdə öz təqsirini etiraf etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilmişdir. Beləliklə, cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmiş, onun əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur və düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 28 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 28 fevral 2025-ci il tarixdə, saat 18:05dən tutulmuş hesab edilmişdir. “Qətimkan tədbirinin seçilməsi və şəxsin azad edilməsi haqqında” 02 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 08 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, lakin həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla cəzası çəkilmiş hesab edilərək azad edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qarari ila X9 Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ləğv edilərək Təqsirləndirilən şəxs bəraət verilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Komunal İstehsalat Birliyindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini - ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Gəncə şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 fevral 2025-ci il tarixdən 02 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhər probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Tovuz Rayon Polis Şöbəsində saxlanılan narkotik vasitə olan 6.53 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkoloji kabinetdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 30.40 manat (otuz manat qırx qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar