Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-66/2023 13.12.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə xx.xx.1987-ci ildə Tovuz rayonu Xatınlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Qədirli kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan 17,69 qram ümumi təmiz çəkiyə malik çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində və yaşadığı evdə saxlamış, 06 yanvar 2023-cü il tarixdə, saat 14 radələrində Tovuz rayonu Qədirli kəndində həmin narkotik vasitədən cəmi iki bükümdə olmaqla 0,72 qram çəkidə hissəsini pay formasında tanışı Şahid6 vermiş, həmin tarixdə saat 22 radələrində Tovuz rayonu Qədirli kəndində saxlanılaraq Tovuz RPŞ-yə dəvət olunmuş, 06 yanvar 2023cü il tarixdə saat 22:15-dən 23:00-dək ünvan 1 ünvanında yerləşən Tovuz RPŞ-nin inzibati binasında üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qolsuz qış gödəkcəsinin qabaq sol cibindən bir ədəd göy rəngli üzərində “Winchester” yazısı olan siqaret qutusunun içərisindən beş ədəd ağ rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,52 qram, 0,73 qram, 0,65 qram, 0,49 qram və 0,19 qram olmaqla cəmi 2,58 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, həmin tarixdə saat 23:20-dən 00:30-dək həmin tədbirin davamı olaraq onun yaşadığı Tovuz rayonu Qədirli kəndində yerləşən evdə aparılmış axtarış zamanı həmin evin qonaq otağında yerləşən mətbəx əşyalarının yerləşdirilməsi üçün nəzərdə tutulmuş rəfin üzərində olan saxsı qabın içərisindən iki ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 7,45 qram və 6,94 qram olmaqla ümumi təmiz çəkisi 14,39 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi, 1951-ci ildə keçmiş SSRİ-də Barnaul şəhərində zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 1908-ci il nümunəli, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik 1891/30-cu il nümunəli “Mosin” sistemli tüfəngdə, 1931-ci il nümunəli və “Draqunov” (“SVD”) konstruksiyalı snayper tüfənglərində, 1936-cı il nümunəli avtomatik “Simonov” tüfəngində, 1938-ci (“SVT- 38”) və 1940-cı (“SVT-40”) illər nümunəli özüdolduran “Tokarev” sistemli tüfənglərdə, 1938-ci və 1944-cü illər nümunəli karabinlərdə, lentə doldurulmuş vəziyyətdə isə “Dektərev” (“DP-24”, “DT”, “DTM”) sistemli, “Maksim”, “Qorönov” (“SQ-43”, “SQM”, “SQMT”) dəzgahlı pulemyotlarda, rota pulemyotunda (“RP-46”), “Kalaşnikov” (“PK”, “PKM”, “PKT”, “PKS”) konstruksiyalı pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı, zirehdələn-yandırıcı təyinatlı, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və ya dəyişikliklər edilməmiş 01 (bir) ədəd patronu və zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKC”, “AKMC”) markalı avtomat silahlarda, “PPK” (“PPKC”) markalı əl pulemyotlarında, “CKC” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatı olan, atəşə yararlı, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və ya dəyişikliklər edilməmiş 01 (bir) ədəd patronu qanunsuz olaraq əldə edib yaşadığı Tovuz rayonu Qədirli kəndində yerləşən evdə saxlamış, 06 yanvar 2023-cü il tarixdə saat 23:20-dən 00:30-dək həmin evdə axtarış keçirilən zaman qonaq otağında yerləşən mətbəx əşyalarının yerləşdirilməsi üçün nəzərdə tutulmuş rəfin üzərindəki saxsı qabın içərisindən həmin 02 (iki) ədəd patron aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək, özünü Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hazırda Tovuz rayonu Qədirli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və fərdi əməklə məşğul olaraq öz maddi ehtiyyaclarını qarşılayır. Uzun müddətdir ki, narkotik vasitə aludəçisi olmasını, müxtəlif yollarla əldə etdiyi, marixuana adlanan narkotik vasitəni siqaretə doldurub çəkməklə istifadə edir. İstintaq zamanı verdiyi ifadələrə oxumadan imza etmişdir. O istintaqda Əliyə hər bükümü 10 manata marixuana satması barədə heç nə deməmişdir.Çünki o Əliyə narkotik vasitəni pulsuz vermişdir. Əli Qarabağ qazisi olduğundan və ağrıları olduğundan ona narkotik vasitə vermişdir. Əlinin özü məhkəmə iclasına çağırılarsa o da bu faktı təsdiq edə bilər. O vəkili ilə görüşəndə vəkili ona bildirmişdir ki, Əli də istintaqda ifadəsində 20 manat pul müqabilində narkotik vasitəni aldığını demişdir. Əlinin də ifadələri səhv yazılıb. Çünki o Əli ilə görüşəndə Əli ona bildirmişdir ki, polis əməkdaşları ona demişdir ki, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə çıxanda həmin narkotik vasitənin 20 manata Yaşardan almasını bildirsin. Elə olarsa həm Yaşara həm də ona köməklik göstəriləcəkdir.O narkotik vasitənin satışı ilə məşğul olan şəxs olsa idi, onun evində tərəzi və. s alətlər olardı. Ona verilmiş digər ittihamla bağlı onu qeyd edir ki, yaşadığı evdən 02 (iki) ədəd avtomat gülləsi aşkar edilmişdir ki, həmin güllələri də o Qarabağda işləyərkən tapmışdır. Güllələrin evdə olmasını belə unutmuşdur. Etdiyi əməldən peşmandır. Onun 2019-cu il təvəllüdlü Əli adlı uşağı olmaqla ailənin yeganə qazanc gətirən şəxsidir. Onun himayəsində 73 yaşlı xəstə anası da vardır. Odur ki, bütün deyilənləri nəzərə alaraq ona CM-nin 228.1 və 234.1-ci maddələrinin sanskiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan aşağı həddə cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxsin və Şahid6 məhkəmə iclasında verdikləri ifadələr ilə məhkəməyədək icraatda verdiyi ifadələr arasında ziddiyət olduğundan məhkəmə tərəfindən onların məhkəməyədək icraat zamanı verdikləri ifadələri məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, hazırda Tovuz rayonu Qədirli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və fərdi əməklə məşğul olaraq öz maddi ehtiyyaclarını qarşılayır. Uzun müddətdir ki, narkotik vasitə aludəçisi olmasını, müxtəlif yollarla əldə etdiyi, marixuana adlanan narkotik vasitəni siqaretə doldurub çəkməklə istifadə etdiyini bildirmişdir. O, narkotik vasitə olan qurudulmuş marixuananı 2022ci ilin avqust ayında Şəmkir rayonu ərazisində Kür qəsəbəsinə gedən yolun kənarından yabanı halda bitmiş, loru dildə nəşə olaraq bildiyi çətənə bitkisi kolundan yığmış və Tovuz rayonu Qədirli kənd ərazisində yerləşən, yaşadığı evdə qurudaraq öz şəxsi istifadəsi üçün istifadəyə yararlı vəziyyətə gətirmişdir. Tovuz rayonu Xatınlı kənd sakini Şahid6 tanıdığını, Şahid6la aralarında tanışlıq münasibətlərinin olduğunu qeyd etmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında, yəni saat təxminən 13 radələrində tanışı Şahid6 istifadəsində olan (051) ***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan (070) ***-**-** saylı mobil nömrəyə zəng edərək ondan birlikdə gəzintiyə çıxaraq istirahət etməyi təklif etmişdir. O isə həmin vaxt pulu olmadığından tanışı Şahid6 təklifi ilə razılaşmamışdır. Həmçinin telefon danışığı zamanı Şahid6 ondan hazırda narkotik vasitəsinin olub-olmadığını soruşmuşdur. O, Şahid6 hazırda 02 (iki) büküm nəşə (marixuana) olduğunu bildirib hər bir bükümü 10 (on) manata satdığını telefon danışığı zamanı Şahid6 demişdir. Telefon danışığını bitirərək təxminən 10 (on) dəqiqə sonra, yəni təxminən 14:30 radələrində vədələşdikləri şəkildə Tovuz rayonu Qədirli kəndi ərazisində “Park yeri” adlanan ərazidə görüşmüşlər. Bundan sonra Şahid6 ona hazırda üzərində nağd pul olmadığını və bir neçə gün sonra 20 (iyirmi) manat pul verəcəyini demişdir. O, Şahid6 tanıdığı üçün sonuncuya istifadəsi üçün həmin vaxt üzərində olan və dəqiq çəkilərini bilmədiyi 02 (iki) büküm narkotik vasitə olan qurudulmuş marixuana vermişdir. Həmin bükümləri o, özü yaşadığı evdə təxminən bir dəfə istifadə üçün hazırlayıb bükümlərdə saxladığını qeyd etmişdir. Şahid6 ondan 02 (iki) büküm narkotik vasitə olan qurudulmuş marixuananı satın aldıqdan sonra çıxıb getmiş, o isə həmin vaxt geyinmiş olduğu qara, qolsuz gödəkçəsinin sol ön cibində 01 (bir) ədəd “Winchester” markalı siqaret qutusunun içərisində ayrı-ayrılıqda olmaqla 05 (beş) büküm yabanı halda bitən çətənə kollarından hazırladığı narkotik vasitə olan qurudulmuş marixuana saxlamışdır. Şahid6la ayrıldıqdan sonra o, öz kəndlərində yerləşən çayxanaların birində bir qədər oturmuş, xx.xx.2023-cü il tarixdə saat təxminən 22:00 radələrində o, evinə gedərkən mülki geyimdə olan üç nəfər ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirmiş, bundan sonra polis əməkdaşları ona üzərində qanunsuz narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu demişlər. Həmin vaxt onun üzərində olan qara rəngli qolsuz qış gödəkcəsinin qabaq sol cibində göy rəngli siqaret qutusunda ağ kağıza bükülmüş halda narkotik vasitə olan marixuana olmuşdur. O, polis əməkdaşlarının üzərində olan narkotik vasitədən məlumatlarının olduğunu başa düşüb polislərin dəvəti ilə Tovuz RPŞ-yə getmişdir. Polis şöbəsində ona hüquqları izah edilmiş və hüquqlarını müdafiə etmək üçün ona vəkillərin siyahısı təqdim edilmişdir. O, Müdafiəçi özünə vəkil seçmişdir. Daha sonra vəkil və iştirakçılarla birlikdə onun üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı onun üzərində olan qara rəngli qolsuz qış gödəkcəsinin sol yan cibində göy rəngli siqaret qutusunda ağ rəngli kağız vərəqə bükülmüş narkotik vasitə olan marixuana aşkarlanmışdır. Şəxsi axtarış zamanı o, həmçinin yaşadığı Tovuz rayonu Qədirli kəndində yerləşən fərdi yaşayış evində də narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onun razılığı ilə yaşadığı Tovuz rayonu Qədirli kəndində yerləşən fərdi yaşayış evində axtarış aparmışlar. Axtarış zamanı evin qonaq otağında yerləşən mətbəx əşyalarının yerləşdirilməsi üçün nəzərdə tutulmuş rəfdə olan saxsı çini qabın içərisində olan 02 (iki) ədəd kibrit qutusunda olan marixuananı o, polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları yaşadığı evdən 02 (iki) ədəd avtomat gülləsi aşkar edib götürmüşlər. Eyni zamanda üzərindən və yaşadığı evdən aşkarlanmış həmin narkotik vasitəni o, özü 2022-ci ilin yay aylarında Şəmkir rayonu ərazisində yol kənarında aşkarladığı yabanı halda bitən çətənə kollarını yaşadığı evə gətirib qurudaraq istifadəyə yararlı vəziyyətə gətirdiyini bildirmişdir. Odlu silah güllələrini isə Qarabağda işləyərkən tapmışdır. Etdiyi hərəkətdən peşman olduğunu vurğulayaraq, bir daha belə bir halın təkrarlanmayacağına dair söz vermişdir. O, həmçinin əvvəl qorxduğu üçün tanışı Şahid6 Tovuz rayonu Qədirli kəndi ərazisində yerləşən “Park yeri” olaraq bilinən ərazidə qanunsuz olaraq 02 (iki) büküm çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananı satdığını gizlətmiş və guya pay verdiyini bildirmişdir. Lakin hazırda etiraf edərək, həqiqətən də əvvəlcədən telefon danışığı zamanı Şahid6 narkotik vasitə satacağı vədini verib daha sonra Tovuz rayonu Qədirli kəndi ərazisində yerləşən “Park yeri” olaraq bilinən ərazidə Şahid6 narkotik vasitə olan qurudulmuş marixuana satdığını göstərmişdir. Lakin Şahid6 həmin vaxt ona pul verməmişdir. Belə ki, onların arasındakı danışığa əsasən, Şahid6 bir neçə gün sonra ona satmış olduğu narkotik vasitələrin müqabilində 20 (iyirmi) manat məbləğində pul verməli olmuşdur. O, Şahid6 ilk dəfə xx.xx.2023-cü il tarixdə narkotik vasitə satmışdır. Lakin onlar əvvəllər birlikdə bir neçə dəfə narkotik vasitə istifadə etmişlər. O, Şahid6 başqa şəxsə narkotik vasitə satmadığını bildirmiş və yalnız xx.xx.2023-cü il tarixdə Şahid6 qanunsuz olaraq narkotik vasitə satdığını etiraf etmişdir. xx.xx.2023-cü il tarixdə isə istifadəsində (070) ***-**-** saylı mobil nömrə olmuşdur. Həmçinin Şahid6la sonuncuya məxsus (051) ***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. O, həmçinin verilmiş suala cavab olaraq onu da göstərmişdir ki, istintaqa verdiyi hazırkı, yəni son ifadəsinin doğruluğunu təsdiq etməkdədir. Belə ki, əvvəl vermiş olduğu ifadəsində işlətdiyi becərərək yetişdirmək ifadəsini dedikdə, özözünə yabanı halda bitmiş çətənə kolunu yolaraq istifadə üçün yararlı hala gətirməyi başa düşmüşdür. Reallıqda da o, üzərindən aşkar edilmiş narkotik vasitələri yabanı halda bitmiş çətənə kolundan hazırlamışdır. O, çətənə kolunu hər hansı bir ərazidə əkməmiş, ona qulluq edərək yetişdirməmişdir. Həmçinin yaşadığı evdən aşkar edilərək götürülmüş 02 (iki) ədəd patronu xüsusi məqsədlə yaşadığı evdə saxlamamışdır. Belə ki, həmin patronları tapdıqdan sonra məqsədsiz şəkildə yaşadığı evə gətirərək saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Tovuz RPŞ-nin PPXB-də polis nəfəri vəzifəsində işləyir. O, Tovuz RPŞ-də xidmətdə olarkən Şahid6 qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və saxlaması faktına dair daxil olmuş əməliyyat məlumatının yoxlanılması və realizə edilməsində iştirak etməyi barədə rəhbərlik tərəfindən tapşırıq verilmişdir. Bundan sonra o, Tovuz RPŞ-nin PPXB-nin polis nəfəri Şahid5 və Tovuz RPŞ-nin PPXB-nin bölük komandiri, polis kapitanı Şahid4 ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 17:00 dəqiqədə Şahid6 Tovuz rayonu Əsrik- Cırdaxan kəndində yerləşən “Loğman” bulağının qarşısında yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib, sonuncuya qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və saxlamasında şübhəli olduğunu bildirərərk Şahid6 Tovuz RPŞ-nin inzibati binasına gətirmişlər. Burada Şahid6 hüquqları izah edilərək hüquqlarının müdafiəsi üçün vəkillər siyahısı təqdim edilmiş, sonuncu təqdim edilmiş siyahı üzrə X2 hüquqlarının müdafiəsi üçün özünə vəkil seçdikdən sonra vəkilin iştirakı ilə saat 17:25-dən saat 18:15-dək iştirakçılarla birlikdə Şahid6 üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarışa başlamazdan əvvəl Şahid6 üzərində qanunla istifadəsi və saxlanması qadağan olunan hər hansı əşya olub-olmaması soruşulduqda Şahid6 polis əməkdaşlarının tələbindən sonra əynində olan qara rəngli şalvarın qabaq sol cibindən 2 (iki) ədəd ağ kağızlarda olan bükümləri təhqiqata təqdim etmiş və ağ rəngli kağız bükümlərdə olan kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün, yəni çəkməkdən ötrü Tovuz rayon sakini Yaşar adlı şəxsdən 20 manata aldığını bildirmişdir. Bunun ardı ilə həmin gün saat 23 radələrində Tovuz rayon Qədirli kəndində yaşayan Təqsirləndirilən şəxs Tovuz RPŞ-nə gətirilmiş və sonuncuya qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi, üzərində saxlamasında və satmasında şübhəli olduğunu bildirmişlər. Beləliklə də Təqsirləndirilən şəxs Tovuz RPŞ-nin inzibati binasına gətirmişlər. Burada Təqsirləndirilən şəxs hüquqlarını izah edərək hüquqlarının müdafiəsi üçün vəkillərin siyahısı təqdim edilmiş, sonuncu təqdim edilmiş siyahı üzrə Müdafiəçi hüquqlarının müdafiəsi üçün özünə vəkil seçmişdir. Bundan sonra vəkilin, Tovuz RPŞ-nin CAB-nın əməliyyat müvəkkilləri olan Şahid2 ilə Şahid3 və onun özünün iştirakı ilə Tovuz RPŞ-nin inzibati binasında təhqiqatçı, polis kapitanı Elmar Rüstəmov tərəfindən saat 22:15-dən saat 23:00-dək həmin şəxsin üzərinə baxış keçirilmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla istifadəsi və saxlanması qadağan olunan hər hansı əşya olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs üzərində belə bir əşya olmadığını bildirmişdir. Bundan sonra həmin şəxsin üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı həmin şəxsin əynində olan qara rəngli qolsuz qış gödəkçəsinin qabaq sol cibindən 1 (bir) ədəd göy rəngli, üzərində “Winchester” sözü yazılmış siqaret qutusu aşkar olunmuşdur. Həmin siqaret qutusuna baxdıqda isə burada 05 (beş) ədəd ağ rəngli kağız vərəqə bükülmüş kütlənin yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ağ rəngli kağız bükümlərdə olan kütlələr narkotik vasitə olan qurudulmuş marixuanadır. Onların hər biri ayrılıqda olan kağız bükümlərdə elektron tərəzidə çəkilmişdir. Onların hər birinin ayrılıqda çəkisi 1,0 qram, 0,94 qram, 0,68 qram, 1,18 qram və 1,0 qram olmaqla ümumi çəkisi 4,8 qram təşkil etmişdir. Bundan sonra həmin əməliyyatın davamı kimi Təqsirləndirilən şəxs yaşadığı Tovuz rayon Qədirli kəndində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə həmin şəxsin icazə ərizəsi alındıqdan sonra elə Təqsirləndirilən şəxs, sonuncunun vəkilinin, o cümlədən Tovuz RPŞ-nin CAB-nın əməliyyat müvəkkilləri Şahid2 ilə Şahid3 və onun iştirakı ilə təhqiqatçı polis kapitanı Elmar Rüstəmov tərəfindən saat 23:20-dən xx.xx.2023-cü il tarixdə saat 00:30-dək baxış keçirilmişdir. Bu dəfə Təqsirləndirilən şəxs evdə narkotik vasitə olduğunu bildirmişdir. Axtarış zamanı evin qonaq otağında qablar qoyulmuş rəfdəki bir ədəd saxsı çini qabın içərsindən 02 ədəd kibrit qutusu, eyni zamanda 5,45 və 7,62 mm kalibirli 02 ədəd güllə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, Qarabağda işləyən zaman həmin güllələri tapmışdır. Kibrit qutulurana baxış keçirilərkən içərisində narkotik vasitə olan marixuanaya oxşar bitki kütləsinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmçinin onu da bildirmişdir ki, həmin bitki kütləsi marixuanadır. Qeyd olunan narkotik vasitəni şəxsi istifadəsi üçün saxlamışdır. Aşkar edilmiş narkotik vasitələrin hər biri ayrılıqda olan kibrit qutuları ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Onlardan birinin çəkisi 10,53 qram, digərinin çəkisi isə 11,0 qram olmaqla ümumi çəkisi 21,53 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs evində axtarış aparılarkən videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5, Şahid3 və Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadələr verərək, Şahid1 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o İİİ qrup Qarabağ əlilidir. Səhhəti ilə bağlı narkotik vasitədən istifadə edir. O əsasən narkotik vasitələri Bakı şəhərindən alır. Aldığı narkotikin pulunu da kart vasitəsilə köçürür. Yaşarı çoxdandır tanıyır. Bilir ki, o narkotik vasitə istifadəçisidir. Ona zəng edərək ağrıdığını bildirmiş, o isə ona köməklik edəcəyini qeyd etmişdir. Görüşərək ondan iki büküm marixuana alımışdır. O bunun müqabilində Yaşara pul verməmişdir. İstintaq zamanı oxumadan ifadələrini imzalamışdır. Onun üzərinə baxış keçirilən zaman isə polis əməkdaşları ona bildirmidir ki, o narkotik vasitəni 20 manata Yaşardan almasını bildirsə ona köməklik ediləcəkdir. Həm də o istintaqda əvvəlcə Yaşara 20 manatı nəğv verməsini, sonrakı ifadəsində isə iki gündən sonra Yaşara 20 manatı verməsi kimi ifadələr də işlətməmişdir. O Yaşara ümumiyyətlə pul verməmişdir. Döyüşlərdən sonra onda asılılıq yaranmış, təkidlə Yaşardan narkotik vasitə istəmişdir. Əgər Yaşar ona narkotik vasitə verməsə idi, o hər cür vasitə ilə narkotik tapmağa çalışacaqdı. Çünki o ağrıdığından, artıq dözümü qalmamışdır. Şahid6 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu Xatınlı kəndində qeydiyyatda olmaqla hazırda həmin kənddə yaşayır və fərdi əməklə məşğul olaraq maddi ehtiyaclarını qarşılayır. X5 müharibəsi iştirakçısı və İİİ qrup “Qarabağ” əlilidir. Təxminən 1 (bir) il müddətdir ki, səhhətində mövcud olan xəstəliklə əlaqədar narkotik vasitə istifadə etdiyini göstərmişdir. Belə ki, müharibədə iştirakı nəticəsində bədənində ağrılar yaranmış və o, ağrılar səbəbindən müxtəlif yollarla qanunsuz olaraq əldə etdiyi narkotik vasitələri siqaretə doldurmaq üsulu ilə çəkərək qəbul etmişdir. O, marixuana adlı narkotik vasitələri müxtəlif vaxtlarda Bakı şəhəri ərazisində hazırda xatırlamadığı kart hesablarına online pul köçürməsi edərək əldə etdiyini göstərmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 14 radələrində o, tanışı Tovuz rayon sakini Təqsirləndirilən şəxs zəng edərək sonuncu ilə görüşmək istədiyini bildirmişdir. Bundan sonra həmin gün saat 15 radələrində Tovuz rayonu Qədirli kəndində “Park yeri” olaraq bilinən ərazidə Təqsirləndirilən şəxslə görüşərək sonuncuya 20 (iyirmi) manat nağd pul verərək Təqsirləndirilən şəxs hazırda çəkisini xatırlamadığı çəkidə iki büküm narkotik vasitə olan marixuana almışdır. Daha sonra həmin gün o, qazi yoldaşı Teymur adlı Tovuz rayon sakini ilə Tovuz rayonu Əsrik Cırdaxan kəndinə gəzintiyə çıxmışdır. Qeyd etmişdir ki, onlar Teymura məxsus “Toyota Prius” markalı avtomobillə hərəkət etməkdə olmuşlar. xx.xx.2023-cü il tarixdə saat təxminən 17:00 radələrində Tovuz rayonu Əsrik Cırdaxan kəndində “Loğman” adlı bulağın qarşısında onlar avtomobili saxlamışlar. Həmin vaxt mülki geyimdə üç nəfər ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirmişlər. Polis əməkdaşları ona üzərində qanunsuz narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu demişlər. Həmin vaxt onun əynində olan qara rəngli şalvarın qabaq sol cibində 2 (iki) ədəd ağ kağıza bükülmüş halda narkotik vasitə olan marixuana olmuşdur. Bundan sonra polis əməkdaşları onu Tovuz RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində ona hüquqlarını izah etmiş və hüquqlarını müdafiə etmək üçün ona vəkillərin siyahısını təqdim etmişlər. O, X2 özünə vəkil seçmişdir. Daha sonra vəkil və iştirakçılarla birlikdə onun üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı onun üzərində olan qara rəngli şalvarın qabaq sol cibində 2 (iki) ədəd ağ rəngli kağız parçasına bükülmüş narkotik vasitə olan marixuana aşkarlanmışdır. Üzərindən aşkarlanmış həmin narkotik vasitəni Tovuz rayonu Qədirli kənd ərazisində “Park yeri” olaraq bilinən ərazidə Təqsirləndirilən şəxs 20 manat müqabilində aldığını bildirmişdir. Daha sonra isə şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Səhv etdiyini və törətdiyi əməldən peşman olduğunu vurğulamışdır. O həmçinin bildirmişdir ki, Tovuz rayonu Qədirli kənd sakini Təqsirləndirilən şəxs əvvəllər qanunsuz olaraq narkotik vasitə almamışdır. O, əvvəllər müxtəlif vaxtlarda qanunsuz olaraq əldə etdiyi narkotik vasitələri yalnız öz şəxsi istifadəsi üçün əldə etdiyini və heç vaxt narkotik vasitə satışı ilə məşğul olmadığını qeyd etmişdir. O, xx.xx.2023-cü il tarixdə Tovuz rayonu Qədirli kəndində yerləşən “Park yeri” olaraq bilinən ərazidə Tovuz rayonu Qədirli kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə alarkən ətrafda hər hansı bir şəxs olmamışdır. O, təklikdə həmin şəxsdən qanunsuz olaraq iki büküm narkotik vasitə olan qurudulmuş marixuana satın almışdır. Həmin vaxt isə onun istifadəsində (051) ***-**-** saylı mobil nömrə olmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş 07 yanvar 2023-cü il tarixli 16/32 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Şahid6 üzərindən aşkar edilərək götürülmüş kütlə...” yazılar və imzalar olan kağız paketdəki: - 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,56 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - 1 (bir) ədəd kağız bükümdə tütün hissəcikləri və təmiz çəkisi 0,16 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza rəyinin qeyd hissəsində marixuanın təmiz çəkisi – 0,56 qram, 0,16 qram, tədqiqata sərf edildi – 0,04 qram (hər birindən 0,02 qram), qalıq – 0,54 qram, 0,14 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş 07 yanvar 2023-cü il tarixli 16/33 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlə...” yazılar və imzalar olan kağız paketi açdıqda içərisində, 1 (bir) ədəd “Winchester” adlı siqaret qutusunun içərisində: - 4 (dörd) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,52 qram, 0,73 qram, 0,65 qram, 0,49 qram, ümumi təmiz çəkisi 2,39 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - 1 (bir) ədəd kağız bükümdə tütün hissəcikləri təmiz çəkisi 0,19 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı Tovuz rayonu Qədirli kəndində evdə aşkar edilərək götürülmüş kütlə...” yazılar və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 7,45 qram, 6,94 qram, ümumi təmiz çəkisi 14,39 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza rəyinin qeyd hissəsində marixuanın ümumi təmiz çəkisi – 2,39 qram, 0,19 qram, 14,39 qram, tədqiqata sərf edildi – 0,14 qram (hər birindən 0,02 qram), qalıq – 2,31 qram, 0,17 qram, 14,35 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Nazrkoloji Dispanserinin 16 fevral 2023-cü il tarixli 290 nömrəli ekspert rəyindən görünür ki, narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 21 fevral 2023-cü il tarixli 3/271 nömrəli rəyindən görünür ki: - Tədqiqata təqdim edilmiş və şərti olaraq “1” rəqəmi ilə işarələnmiş 1(bir) ədəd patron 1951-ci ildə keçmiş SSRİ-də Barnaul şəhərində zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 1908-ci il nümunəli, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik 1891/30-cu il nümunəli “Мосин” sistemli tüfəngdə, 1931-ci il nümunəli və “Драгунов” (“СВД”) konstruksiyalı snayper tüfənglərində, 1936-cı il nümunəli avtomatik “Симонов” tüfəngində, 1938-ci (“СВТ-38”) və 1940-cı (“СВТ-40”) illər nümunəli özüdolduran “Токарев” sistemli tüfənglərdə, 1938-ci və 1944-cü illər nümunəli karabinlərdə, lentə doldurulmuş vəziyyətdə isə “Дектярев” (“ДП-24”, “ДТ”, “ДТМ”) sistemli, “Максим”, “Горюнов” (“СГ-43”, “СГМ”, “СГМТ”) dəzgahlı pulemyotlarda, rota pulemyotunda (“РП-46”), “Калашников” (“ПК”, “ПКМ”, “ПКТ”, “ПКС”) konstruksiyalı pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır, zirehdələn-yandırıcı təyinatlıdır, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və ya dəyişikliklər edilməmişdir. - Tədqiqata təqdim edilmiş və şərti olaraq “2” rəqəmi ilə işarələnmiş 1(bir) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “Калашников” konstruksiyalı “AK” (“AKM”, “AKC”, “AKMC”) markalı avtomat silahlarda, “РПК” (“РПКС”) markalı əl pulemyotlarında, “CKC” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur – döyüş sursatıdır, atəşə yararlıdır, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və ya dəyişikliklər edilməmişdir. İş materiallarında olan Tovuz Rayon İHB-nin Cilovdarlı-Qədirli kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, 07 noyabr 2019-cu ildə doğulmuş Əliyev Əli soyadlı və adlı uşağı vardır. İşdə olan xx.xx.2023-cü il tarixli, 503 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 1950-ci ildə doğulmuş təqaüdçü anasından ibarət ailə tərkibi vardır. Cinayət işi üzrə maddi sübut olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 16,83 qram çəkidə və 0,68 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 7,62 mm kalibrli, yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı 02 (iki) ədəd patron iş üzrə maddi sübut kimi tanınmışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə verimiş ittiham məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, onun əməli CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Əvvəla göründüyü kimi Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə verilmiş ittihamın əsasını üzləşdirmə protokolu, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs vermiş olduğu ifadə, Şahid6 ibtidai istintaq zamanı vermiş olduğu ifadə, onun üzərinə baxış keçirilməsinə dair video görüntü olmuşdur. Məhkəmə öncə onu qeyd edir ki, məhkəmə araşdırılması zamanı istintaqda Təqsirləndirilən şəxs ifadəsi ilə Şahid6 ifadələri arasında kəskin ziddiyyətlər mövcud olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində vermiş olduğu ifadəsində tanışı Şahid6 Tovuz rayonu Qədirli kəndi ərazisində yerləşən “Park yeri”olaraq bilinən ərazidə qanunsuz olaraq satmış olduğu 2 büküm çətənə bitkinsindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananı satmayaraq pay verdiyini bildirmiş, daha sonrakı ifadələrində isə narkotik vasitəni satmasını qeyd etmişdir. O məhkəmə istintaqında vermiş ifadəsində isə narkotik vasitəni pay verməsini qeyd etmişdir. Eyni zamanda o şübhəli şəxs qismində vermiş olduğu ifadəsində göstərmişdir ki, o narkotik vasitəni Əliyə pay vermişdir. Daha sonrakı ifadəsində isə göstərmişdir ki, o qorxduğundan Əliyə pay verməsini qeyd etmişdir. Əslində isə o Əliyə narkotik vasitəni 20 manata satmışdır. Məhkəmə istintaqında verdiyi ifadəsində isə narkotik vasitəni Əliyə pay verdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, Əli ilə Yaşarın verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər mövcuddur. Həmin ziddiyyətlər üzləşdirmə istintaq hərəkəti aparılmaqla aradan qaldırılmalı olan ziddiyyətlərdəndir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 235.1-ci maddəsinə əsasən ifadələrində əhəmiyyətli ziddiyyətlər olduqda, müstəntiq əvvəl dindirilmiş iki şəxs arasında üzləşdirmə aparmaq hüququna malikdir. Göründüyü kimi o halda üzləşdirmə istintaq hərəkəti aparılır ki, ifadələr arasında əhəmiyyətli ziddiyyət olmuş olsun. Ziddiyyətləri aradan qaldırmaq istəyən müstəntiq üzləşdirmə apararkən təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakını təmin etməmişdir. Halbuki, CPM-nin 235.2-ci maddəsinə əsasən üzləşdirmə şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müstəntiq həmin istintaq hərəkətinin aparılmasında həmçinin onun müdafiəçisinin iştirakını əvvəlcədən təmin etməlidir. Göründüyü kimi qeyd edilən üzləşdirmə hərəkəti müdafiəçinin iştirakı olmadan aparıldığından, üzləşdirmədə iştirak edən şəxslər isə üzləşdirmə protokolunun məzmunu ilə razı olmadıqlarını, onların ifadələrinin təhrif edilmiş şəkildə yazıldığını qeyd etdiklərindən məhkəmə qeyd edilən istintaq protokolunu sübut kimi qəbul etmir və bu səbəbdən məhkəmə həm təqsirləndirilən şəxsin, həm də Şahid6 məhkəmə istintaqı zamanı verdikləri ifadələri sübut kimi qəbul edir. Məhkəmə məhkəmə istintaqında dindirilmiş polis əməkdaşlarının verdikləri ifadələrə münasibətdə onu qeyd edir ki, həmin şahidlər sadəcə əməliyyat axtarış tədbirini həyata keçirmiş şəxslər olmaqla onların ifadələrində göstərdikləri dəlillər narkotik vasitənin mövcudluğunun təsdiqinə xidmət edir ki, bu da onsuz da işin mübahisə edilməyən halıdır. Təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir başqa sübut da yoxdur. Digər tərəfdən qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin yaşadığı mənzilə baxış keçirilsə də yaşadığı mənzildən narkotik vasitənin qablaşdırılması üçün hər hansı bir cihaz və ya avadanlıq da aşkar edilməmişdir. Onun üzərindən və mənzilindən aşkar edilərək götürülmüş maddələrin ayrı-ayrılıqda çəkisi təqsirləndirilən şəxsin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etməsi barədə məhkəmə istintaqında verdiyi ifadəsinin inandırıcılığına dəlalət edir. Şahid6 üzərinə baxış keçirilərəkən baxışın qeydə alındığı diskə məhkəmə tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, təhqiqatçı Şahid6 “nəyin müqabilində narkotik vasitəni almısan”sualına cavab ala bilmədiyindən, ona “neçə manata”almısan məzmunlu istiqamətləndirici sual vermiş, onun həmin suallara etirafedici cavab verməsini təkid edir və o da “20 manata”almışam deməklə cavab vermişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CMin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edibetməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsi, saxlaması, daşıması və sartması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Bununla yanaşı məhkəmə tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsinin təsdiq olunduğunu qeyd edir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq çəkidə 17,69 qram ümumi təmiz çəkiyə malik çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində və yaşadığı evdə saxlamış, 06 yanvar 2023-cü il tarixdə saat 23:20-dən 00:30-dək onun yaşadığı Tovuz rayonu Qədirli kəndində yerləşən evdə aparılmış axtarış zamanı həmin evin qonaq otağında yerləşən mətbəx əşyalarının yerləşdirilməsi üçün nəzərdə tutulmuş rəfin üzərində olan saxsı qabın içərisindən iki ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 7,45 qram və 6,94 qram olmaqla ümumi təmiz çəkisi 14,39 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun şəxsi istehlak miqdarından artıq çəkidə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək, üstündə və evində saxlaması məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən: 145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və «cinayətin bilavasitə obyekti» adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üst-üstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. Eyni zamanda məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi də öz təsdiqini tapmışdır. Onun qeyd edilən cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddəıərində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CMP-nin 139.0.5 və 353.2.3-cimaddələrinə əsasən, o cümlədən CM-nin 59.1.4-cü maddələrinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və himayəsində 73 yaşlı anasının və bir az yaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həmdə cəzanın məqsədlərinə nail olması baxımından daha məqsədə və qanuna müvafiq hesab edir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 yanvar 2023-cü il tarixdən 08 yanvar 2023-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində saxlanılmışdır. Ona görə də Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, həmin müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 16,83 qram çəkidə və 0,68 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 7,62 mm kalibrli, yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı 02 (iki) ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128,80 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İşdə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərədə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dən saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 16,83 qram çəkidə və 0,68 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 7,62 mm kalibrli, yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı 02 (iki) ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128,80 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-66/2023
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-66/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver