Məhkəmə qərarları › İş №1(062)-67/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-67/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-67/2023 07.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Nümayəndə iştirakları ilə, xx.xx.1981-ci ildə Tovuz rayon Çatax kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, məhkumluğu olmayan, orta təhsilli, Tovuz rayon Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla Tovuz rayon Yuxarı Öysüzlü kəndində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs əri Şahid1 ilə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində birlikdə yaşadığı evdə saxladıqları, birgə mülkiyyətlərində olan təxminən 40000 (qırx min manat) məbləğində pul vəsaitinin böyük hissəsini əri Şahid1 xəbərsiz özünün və evinin ehtiyacları üçün xərclədiyindən, bu barədə əri Şahid1 bildikdə aralarında problemlər yaranacağından və münasibətlərinin pozulacağından ehtiyat edərək xərclədiyi həmin pul vəsaitinin guya evinə basqın edən naməlum şəxs tərəfindən ələ keçirilməsi, yəni quldurluq hadisəsinin baş verməsi görüntüsünü yaratmaq və bunu səhnələşdirmək qərarına gələrək, bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 10 radələrində xx.xx.2004-cü ildə anadan olmuş qızı Şahid3 və xx.xx.2012-ci ildə anadan olmuş qızı Elmira Süleymanovanı əri Şahid1 idarə etdiyi avtomobillə Tovuz şəhərində yaşamaqla evində müalicə olunan bacısı Sevda Məmmədovaya qulluq etmək adı ilə onun evinə göndərdikdən və evdə 5 yaşlı oğlu Əli Süleymanovla qaldıqdan təxminən yarım saat sonra, yəni həmin tarixdə saat 10:30 radələrində şəxsin ağır cinayət törətməkdə ittiham olunması və süni ittiham sübutlarının yaradılması ilə bağlı cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmək niyyəti ilə, insanları öz yalanına inandırmaq üçün əvvəlcə A4 formatlı kağıza göy-bənövşəyi rəngli diyircəkli qələmlə krill əlifbası ilə “Polisə xəbər vermə, soran pis olacaq, məni tutsalar da geridəkilər səni qızlarını öldürücək. Sakit dur,..” mətnini yazaraq evin həyətində olan stolun üzərinə qoymuş, daha sonra evin həyətində olan yardımçı tikilidən (əl damından) 2 litrlik polietilen qabda olan neft məhsulunu götürüb evdə əvvəllər pul vəsaitinin saxlanıldığı yataq otağına səpmiş, daha sonra yatağın üstündə olan adyalı kibritlə yandırmış, bundan sonra evdən götürdüyü kəsici alətlə (rezakla) özünə sol-sağ bazunun kəsilmiş yaraları kimi, daha sonra isə özünə əllə, yumruqla vurmaqla və özünü evin taxta qapısının küncünə çırpmaqla özü-özünə sol baldırın sıyrıqları və sol çənəaltı nahiyyənin, sol qaşın tış səthinin qançırları kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, qeyd olunan hərəkətləri ilə ona qarşı quldurluq cinayətinin baş verməsi görüntüsünü yaratdıqdan sonra yataq otağında güclənməkdə olan alovu tam söndürmüş, bundan sonra özünə və ailə üzvlərinə məxsus qızıl-zinət əşyalarını, evdə olan 2743 manat, 7500 rus rublu və 900 ABŞ dolları məbləğlərində pul vəsaitlərini əl çantasında gizlətmiş, daha sonra həmin tarixdə saat 11 radələrində əri Şahid1 mobil telefon vasitəsilə zəng edib ona qarşı quldurluq hadisəsinin baş verməsi barədə yalan məlumat vermiş, əri Şahid1 dərhal evə gəldikdən sonra isə ona özünü su idarəsinin işçisi kimi təqdim edən tanımadığı bir nəfər kişi cinsli şəxsin evin həyət qapısını döyməsini, qapını açdıqda sifətinə maska taxmış bir nəfər kişi cinsli şəxsin evin həyətinə daxil olaraq onu döyüb xəsarət yetirərək evdə olan 40000 (qırx min) manat məbləğində pulu və 4000 (dörd min) manat dəyərində olan qızıl-zinət əşyalarını ələ keçirməsini bildirmiş, bundan sonra əri Şahid1 vasitəsilə bu barədə həmin tarixdə saat 11:10-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 xidməti-zəng mərkəzi”nə yalan məlumat vermiş, daha sonra dərhal həmin tarixdə Tovuz rayon polis şöbəsinin Tovuz şəhərində yerləşən inzibati binasına gedərək, guya sifətinə maska taxmış naməlum şəxsin onun yaşadığı evə basqın etməklə onu döyməsi, ona xəsarət yetirməklə ondan pul tələb etməsi və məcbur qalıb pulların yerini dedikdən sonra, həmin şəxsin evdən 40000 (qırx min manat) məbləğində pul və 4000 (dörd min) manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirib yataq otağına od vurub yandıraraq evdən getməsi barədə yazılı ərizə ilə məlumat verərək, Azərbaycan Respublikası CM-nin 181.2.3-cü maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaq aparılmasına və Tovuz rayon polis şöbəsinin normal fəaliyyətinin pozulmasına səbəb olan şəxsin ağır cinayət törətməkdə ittiham olunması və süni ittiham sübutlarının yaradılması ilə bağlı cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 296.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda ailəsi ilə birlikdə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yaşayır. 2003-cü ildə Şahid1 ilə ailə qurmuş, birgə nikahlarından 2004-cü ildə Nəzrin, 2008-ci ildə Nihat, 2012-ci ildə Elmira və 2017-ci ildə Əli adında 4 uşağı doğulmuş, 2008-ci ildə doğulmuş oğlu Nihat 3 il sonra, yəni 2011-ci ildə vəfat etmişdir. Evində quldurluq olması barədə Tovuz rayon polis şöbəsinə verdiyi xx.xx.2022-ci il tarixli ərizə ona məxsusdur, həmin ərizəni özü yazmış və vermişdir. Evində 35.000 (otuz beş min) manat məbləğində pul olmuş, həmin pulu ərinə atası böyük qızına ev almaq və təhsil xərclərini ödəmək üçün vermişdir. Bundan başqa, əri Anar ona ayrı-ayrı vaxtlarda 5000 manata yaxın pul vermiş, həmin pulları evdə özü saxlamışdır. O, son 2-3 ildə həmin pulların çox hissəsini özünün, evinin və ailəsinin ehtiyacları üçün götürüb xərcləmişdir. 2022-ci ilin iyul ayının axırında qızlarının evdə mobil telefonda oyun oynamağı üstündə onlarla mübahisə edib dalaşmış və Nəzrini bunun üstündə ana kimi vurub danlamışdır. Qızı Nərmin də ondan incik qalıb 31 iyul 2022-ci il tarixdə atasına həmin pulun üstündən pul götürməyini demiş, lakin, əri ondan bununla əlaqədar ona heç bir şey deməmişdir. Bundan sonra fikirləşmişdir ki, əgər əri bilsə ki, o, həmin pulun üstündən onun xəbəri olmadan xərcləmiş, evdə böyük narazılıqlar və problemlər olacaqdır. Ona görə də xx.xx.2022-ci il tarixdə ərinə yalandan evlərinə quldurun girməsi, həmin şəxs tərəfindən döyülərək və zor tətbiq olunmaqla pulun və qızılların aparılması barədə yalan məlumat vermək fikri yaranmışdır. O, necə yalan danışacağını və necə bir plan quracağını fikirləşərkən birdən 2022-ci ilin iyul ayında Tovuz rayon İbrahimhacılı kəndində baş vermiş iki nəfər qadının öldürülməsi və evin yandırılması hadisəsi yadına düşmüş və o da eyni ssenari üzrə hərəkət etmək istəmişdir. O, həmin ssenari üzrə hərəkət etməyi üçün evdə tək olmalı idi. Buna görə də, səhəri gün yəni, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində qızları Nəzrin və Elmiranı qadın xəstəliyi keçirən və evdə müalicə alan Tovuz şəhərində yaşayan bacısı Sevdaya guya qulluq etmələri üçün atası ilə birlikdə atasının idarə etdiyi VAZ-2107 markalı maşınla bacısının evinə göndərmiş, oğlu Əli isə balaca olduğundan onunla evdə qalmışdır. Təxminən yarım saat sonra bacısının mobil telefonuna görüntülü zəng edib onlarla görüntülü danışıb qızları ilə vidalaşmaq istəmiş, belə ki, özünü öldürmək istəmişdir. O, telefonda qızlarını görən kimi ağlamağa başlamış, bacısı ondan nə üçün ağlamağını soruşduqda bacısına “sən xəstəsən, ona görə ağladım” demişdir. Onlarla sağollaşdıqdan sonra saat təxminən 10:30 radələrində ilk olaraq A4 kağızına göy-bənövşəyi rəngli diyircəkli qələmlə krill əlifbası ilə “Polisə xəbər vermə, soran pis olacaq, məni tutsalarda geridəkilər səni qızlarını öldürücək. Sakit dur,..” mətni yazmışdır. O, bu mətni iki dəfə yazmış, ilk dəfə yazanda latın və krill hərflərini bir-birinə qatmış, ona görə də həmin mətn yazılmış kağızı yandırıb həyətdə olan qızılgül kolunun dibinə atmış, həmin kağız tam yandıdığından külü də qalmamışdır. İkinci dəfə isə həqiqətən də evinə basqın olmasını inandırmaqdan ötrü sağ əli ilə göy diyircəkli qələmlə krill əlifbası ilə həmin mətni yazmış və mətni yazandan sonra qələmi həyətdə olan çalaya atmış, mətn yazılmış kağızı isə həyətdə olan stolun üstünə qoymuşdur. Kağızın üzərində isə heçnə olmamışdır. Bundan sonra həyətdə olan yardımçı tikilidən (əl damından) 2 litrlik kapron qabda olan nefti götürüb evdə pul olan otağa səpmiş və otaqda yatağın üstündə olan adyalı özü ilə gətirdiyi kibrit ilə yandırmış, adyalın üstünə neft töküldüyündən tez alışmağa başlamışdır. Bundan sonra evdə olan ”rezak” deyilən kəsici aləti götürüb əvvəl hər iki qollarının üst nahiyələrini, qollarının bayır tərəfinə zərbələr vuraraq xəsarət yetirmişdir. Daha sonra isə özü-özünü əllə və yumruqla vurmağa başlamış və özünü evin taxta qapısının küncünə çırpmışdır. Daha sonra sol qolunun kəsik yerindən güclü qan axdığından bir anlığa huşunu itirmiş, özünü saxlaya bilməyib yıxılanda sifətinin sol tərəfi pul olan otağın açıq vəziyyətdə qalmış taxta qapının tininə dəymiş və zərbədən qışqırmışdır. Həmin vaxtı oğlu Əli həyətdən gəlmiş və həyəcanlı vəziyyətdə “mama nə olub, ev niyə yanır” soruşmuşdur. O, bir anlığa oğlunun da yanıb ölə biləcəyini fikirləşdiyindən oğluna heç nə olmasın deyə ona yalandan “piyanlar məni döydü, boğdu və səni də boğa bilər” demişdir. Bundan sonra güclənməkdə olan alovu söndürmüş və özünə və ailə üzvlərinə məxsus qızılzinət əşyalarını, evdə olan 2743 manat, 7500 rus rublu və 900 ABŞ dolları məbləğlərində pul vəsaitlərini əl çantasında gizlətmişdir. Sonra ərinə zəng edib ona yalandan “Anar bizi bir oğlan öldürdü, tez evə gəl” deyib məlumat vermişdir. Təxminən 10-15 dəqiqə sonra əri evə gəlmiş və o, ərinə özünü su idarəsinin işçisi kimi təqdim edən tanımadığı bir nəfər kişi cinsli şəxsin evin həyət qapısını döydüyünü, qapını açdıqda sifətinə maska taxmış bir nəfər kişi cinsli şəxsin evin həyətinə daxil olaraq onu döyüb xəsarət yetirdiyini və evlərində olan pul 35.000 manat olduğundan və əlavə üstünə qoyduqları pulla birlikdə 40.000 manat olduğunu düşündüyündən həmin maska taxmış şəxsin evdə olan 40000 (qırx min) manat məbləğində pulu və 4000 (dörd min) manat dəyərində olan qızıl-zinət əşyalarını apardığını demişdir. Əri Anar da ona verdiyi yalan məlumat əsasında öz mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan sonra dərhal Tovuz rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlmiş, həyətə və evə baxış keçirmişdirlər. Daha sonra həmin gün Tovuz rayon polis şöbəsinə gedib Tovuz rayon polis şöbəsinə özünü su idarəsinin işçisi kimi təqdim edən tanımadığı bir nəfər kişi cinsli şəxsin evin həyət qapısını döydüyünü, qapını açdıqda sifətinə maska taxmış bir nəfər kişi cinsli şəxsin evin həyətinə daxil olaraq onu döyüb xəsarət yetirərək evdə olan 40000 (qırx min) manat məbləğində pulu və 4000 (dörd min) manat dəyərində olan qızıl-zinət əşyalarını ələ keçirməsi barədə ərizə və ifadə vermişdir. Bundan sonra onun şikayəti əsasında xx.xx.2022-ci il tarixdə Tovuz rayon polis şöbəsinin İB-nin baş müstəntiqi polis mayoru X2 tərəfindən Azərbaycan Respublikası CM-nin 181.2.3-cü maddələri ilə cinayət işi başlanmışdır. Onu da qeyd etmişdir ki, 35.000 manat puldan 2743 manat, 7500 Rus rublu, 900 ABŞ dolları məbləğlərində pul, 2 ədəd qızıl boyunbağı, 2 ədəd qızıl qolbağı, 1 ədəd klon, 1 dəst qızıl sırğa-üzük dəsti, 1 ədəd qaşsız üzük, 1 ədəd ağ qaşlı üzük, 1 cüt sırğa, 1 ədəd sırğa, 1 ədəd uşaq sırğası, 1 ədəd qaşlı üzük və 1 ədəd qaşsız üzük qalmış, evə gələn-gedən çox olduğu üçün qızıllarının itməməsi və ya oğurlanmamasına görə xx.xx.2022-ci il tarixdə anası Validənin xəbəri olmadan həmin pul və qızıl-zinət əşyalarını gizlincə onun çantasına qoymuşdur. Həmin gecə özü və anası bacısı Sevdagilə getmiş, bacısıgilə çatdıqdan sonra isə o, həmin pul və qızıl-zinət əşyalarını anasının əl çantasından gizlincə götürüb özünün yatdığı otaqda döşəyinin altına qoymuşdur. Bundan sonra o, bütün gecə vicdanının ağrısından yata bilməmiş və ərinə və polisə yalan məlumat verməyini özünə bağışlaya bilmədiyindən, səhəri gün könüllü olaraq istintaqa tam və dəqiq ifadə vermək qərarına gəlmişdir. Səhəri gün, yəni, xx.xx.2022-ci il tarixdə səhər saatlarında anasına pul və pul və qızıl-zinət əşyalarını döşəyinin altına qoyduğunu demiş, anası isə təəccüblə ondan “bəs evdəki qızıl-zinət əşyalarını və pulu aparmamışdılar” deyə soruşmuş, o isə anasına Tovuz rayon polis şöbəsinə gedib ifadə verdikdən sonra gəlib söhbət edəcəyini deyib polis şöbəsinə gedərək müstəntiqə evindən quldurluq hadisəsinin baş vermədiyini, heç bir əmlakının kənar şəxs və ya şəxslər tərəfindən aparılmadığını, həmçinin, A4 kağızına göybənövşəyi rəngli diyircəkli qələmlə krill əlifbası ilə “Polisə xəbər vermə, soran pis olacaq, məni tutsalarda geridəkilər səni qızlarını öldürücək. Sakit dur,..”mətni yazılmış kağızı da özünün yazdığını demişdir. O, Tovuz rayon polis şöbəsində ifadə verən zaman evdə qalan həmin pulun və qızıl-zinyət əşyalarının anası Validədə olduğunu, xx.xx.2022-ci il tarixdə anasının çantasına gizlincə pul və qızıl-zinət əşyalarını qoyduğunu, sonra isə döşəyinin altına qoyduğunu, polis şöbəsinə gəlməmişdən əvvəl isə bu barədə anasına dediyini bildirmişdir. Bundan sonra anası da həmin günü pul və qızıl-zinət əşyalarını polis əməkdaşlarına təqdim etmişdir. Cinayət əməlini etməsinə səbəb əri Şahid1 evdə pulun olmadığını və ərinin ondan xəbərsiz pulları xərclədiyini bildikdə aralarında problemlər olacağını və münasibətlərinin pozulacağını düşündüyü olmuşdur. Düşünmüşdür ki, pulun olmadığını oğurluq hadisəsi ilə səhnələşdirməsi inandırıcı olmayacaqdır və yalnız, quldurluğun inandırıcı olacağını düşündüyündən belə bir yalan məlumat vermişdir. Qeyd etdiyi kimi, evində quldurluq olması barədə Tovuz rayon polis şöbəsinə verdiyi xx.xx.2022-ci il tarixli ərizə ona məxsusdur, həmin ərizəni özü yazmış və vermişdir. O cümlədən evdə quldurluq səhnəsini də özü yaratmış, əslində isə quldurluq hadisəsi olmamış və ona heç kim xəsarət yetirməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir. Uşaqlarından Nəzrin tələbə, Elmira isə xəstədir. Mütəmadi olaraq Nəzrinin yanına Gəncə şəhərinə gedir, qızı Elmiranı isə müalicə üçün Bakı şəhərinə aparır. Odur ki, ailə vəziyyətinin nəzərə alınaraq ona ədalətli cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid1 ifadəsində göstərmişdir ki, Tovuz rayon Aşağı Öysüzlü kəndində qeydiyyatda olsa da arvadı Təqsirləndirilən şəxs, 18 yaşlı qızı Nəzrin, 10 yaşlı qızı Elmira və 5 yaşlı oğlu Əli ilə birlikdə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yaşayır. Arvadı evdar qadındır, heç bir yerdə işləmir. Qızı X7 Universitetində təhsil alır, tələbədir. Digər qızı Elmira 4-cü sinifdə təhsil alır. Oğlu Əli isə hələ kiçikdir, 5 yaşı vardır. Heç kimlə düşmənçiliyi, ədavəti yoxdur və olmamışdır. 2004-cü ildən 2020-ci ilə kimi Dövlət Sosial Fondunun Tovuz rayon Şöbəsində müxtəlif məsul vəzifələrdə məsləhətçi, baş məsləhətçi, sosial yardım və müavinət sektorunu müdiri vəzifəsində işləmiş, 30 dekabr 2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə bağlamış olduğu mək müqaviləsi müddəti bitdiyi üçün işdən azad olunmuşdur. Hal-hazırda heç bir dövlət işində işləmir, Tovuz şəhər Avtovağzalına yaxın ərazidə tanışı Vasif adlı şəxslə bir otaq icarəyə götürüb elektron xidmətlərlə məşğul olur. Elektron xidmət dedikdə vergi, dövlət sosial müdafiə fondu hesabatlarının tərtib edilməsində, bu istiqamətdə müəyyən sənədlərin yazılıb çap olunmasında ödəniş əsasında müraciət edən şəxslər yardım göstərilir. 02 avqust 2022-ci il tarixdə saat təxminən 09:30 radələrində arvadı Sevinc ona bacısı Sevdanın qadın xəstəliyindən əməliyyat olduğunu və hazırda müalicə aldığını, xəstə olduğundan ona kömək lazım olduğunu və qızları Nəzrin və Elmiranı bacısı evinə aparmağını xahiş etmiş, o da arvadı Sevincə yaxşı deyib özünə məxsus olan VAZ-2107 markalı 10–KM-877 qeydiyyat nişanlı avtomobili ilə evdən qızlarını Tovuz şəhərində yaşayan xalası Sevdanın evinə aparmış və saat təxminən 10:15 radələrində iş yerinə gəlmişdir. İş yerində olduğu müddətdə arvadı ilə telefon əlaqəsi saxlamamışdır. Saat 10:59 dəqiqədə mobil telefonuna arvadına məxsus olan ***-***-**-** nömrəli telefondan zəng gəlmiş, o, telefona cavab verdikdə oğlu Əli qışqıra-qışqıra “ata bizi öldürdülər” demişdir. O, nə baş verdiyini tam anlamamış, bu zaman arvadı telefonda həyəcanlı halda ona “Anar bizi bir oğlan öldürdü, tez evə gəl” demiş, o da tez evinə getmişdir. Evinə gəldikdə arvadı Təqsirləndirilən şəxs hər iki qollarının qan içində olduğunu görmüşdür. Sevincdən nə hadisə baş verdiyini soruşduqda, arvadı ona “bir nəfər şəxs su işçisi adı ilə həyət qapısını döydüyünü, qapını açanda qarşısında üzü qara maskalı, əllərində qara əlcək və ayaqlarında hər iki ayaqqabı üstündən qara corab geyinmiş şəxs olduğunu gördüyünü, qapını bağlamaq istədikdə həmin şəxsin onu itələyib zorla həyətə keçdiyini və ondan pul tələb etdiyini, ona pul olmadığını dedikdə həmin şəxsin onu və oğlu Əlini döydüyünü və onu boğdunu, oğlunun pis vəziyyətdə olduğunu görüb məcbur qalıb həmin şəxsə pulun yerini göstərdiyini ” demişdir. Arvadı ona həmin şəxsin şkafın içərisində olan mücrüdən 1200 ABŞ dolları da daxil olmaqla 40.000 manat pullarını və ona məxsus qızıl-zinət əşyalarını apardığını demişdir. O, evə baxdıqda yataq otağında çarpayının, döşəyin, matrasın, yorğan və döşəmənin bir hissəsinin yandığını görmüş, arvadı Sevinc ona cinayəti törədən şəxsin izi itirmək məqsədilə onlar evdə ola-ola evi yandırmağa cəhd etdiyini, lakin həmin şəxs getdikdən sonra həmin yanğını söndürdüyünü demişdir. O, həyətdə çıxdıqda stolun üstündə A4 kağızına bənövşəyi rəngli diyircəkli qələmlə krill əlifbası ilə “Polisə xəbər vermə, soran pis olacaq,məni tutsalarda geridəkilər səni qızlarını öldürücək.Sakit dur,..”mətni yazılmış kağızı görmüşdür. Arvadı Sevinc ona həmin yazını həmin evə girən quldurun yazdığını demiş, bundan sonra o, öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə DİN-nin 102 Zəng Xidmətinə zəng vurub, hadisə barəsində məlumat vermişdir. Bir az keçmiş Tovuz RPŞ-nin əməkdaşları hadisə yerinə gəlmiş, həmin günü arvadı Tovuz rayon polis şöbəsinə gedərək Azərbaycan Respublikası CM-nin 296-cı maddəsinə, yəni cinayət haqqında bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməyinə baxmayaraq hadisə barədə ərizə və ifadə vermişdir. Həmin gecə və səhərisi gecə arvadı baldızı Sevdagildə qalmışdır. 04 avqust 2022-ci il tarixdə isə yenidən polis şöbəsinə getmişlər. Polis şöbəsində olarkən arvadı ona quldurluq hadisəsinin baş vermədiyini, heç bir əmlaklarının kənar şəxs və ya şəxslər tərəfindən aparılmadığını, evdə olan pulları özünün xərclədiyini, həmçinin, A4 kağızına göy-bənövşəyi rəngli diyircəkli qələmlə krill əlifbası ilə “Polisə xəbər vermə, soran pis olacaq, məni tutsalarda geridəkilər səni qızlarını öldürücək. Sakit dur,..”mətni yazılmış kağızı da özünün yazdığını demiş, o, arvadından niyə belə bir hərəkət etdiyi soruşduqda arvadı Sevinc ona ondan xəbərsiz pulları xərclədiyini bildiyində aralarında problemlərin olacağını və münasibətlərinin pozulacağına görə belə bir yola əl atdığını və bilə-bilə ona və polis şöbəsinə yalan məlumat verdiyini demişdir. Bundan sonra arvadı Sevinc könüllü olaraq müstəntiqə evindən quldurluq hadisəsinin baş vermədiyini, heç bir əmlaklarının kənar şəxs və ya şəxslər tərəfindən aparılmadığını, həmçinin, A4 kağızına göy-bənövşəyi rəngli diyircəkli qələmlə krill əlifbası ilə “Polisə xəbər vermə, soran pis olacaq, məni tutsalarda geridəkilər səni qızlarını öldürücək. Sakit dur,..”mətni yazılmış kağızı da özünün yazdığını demişdir. Qeyd etmişdir ki, evdə quldurluq hadisəsi olmamış, arvadı özü belə bir hadisənin olmasını səhnələşdirmişdir. Həmçinin, arvadı Sevinc könüllü olaraq Tovuz rayon polis şöbəsinə gedərək Azərbaycan Respublikası CM-nin 296-cı maddəsinə, yəni cinayət haqqında bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməyinə baxmayaraq yalan hadisə barədə ərizəni yanında yazmış və imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid2 ifadəsində göstərmişdir ki, hal hazırda Tovuz rayonu Şıxheybət kəndində tək yaşayır. Heç bir yerdə işləmir, təqaüdçüdür. Təqsirləndirilən şəxs doğma qızıdır, qızı Sevinc əri Şahid1, qızları Şahid3 və Elmira Süleymanova və azyaşlı oğlu Əli ilə birlikdə Tovuz rayonu Yuxarı-Öysüzlü kəndində yaşayır. Qızı Sevinc evdar qadındır, heç bir yerdə işləmir. Böyük nəvəsi X7 Universitetində təhsil alır, tələbədir. Kiçik nəvəsi Elmira 4-cü sinifdə təhsil alır. Digər nəvəsi Əlini hələ kiçikdir, 5 yaşı vardır. Onların heç kimlə düşmənçiliyi, ədavəti yoxdur və olmamışdır. Kürəkəni Anar hal-hazırda heç bir dövlət işində işləmir, Tovuz şəhər Avtovağzalına yaxın ərazidə tanışı Vasif adlı şəxslə bir otaq icarəyə götürüb elektron xidmətlərlə məşğul olurlar. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində azyaşlı nəvəsi yanına gələrək mobil telefonuna zəng gəldiyini demiş, o, telefona baxdıqda qızı Sevdanın ona zəng vurduğunu görmüşdür. O, telefonu söndürüb, özü Sevdaya zəng vurmuş, Sevda ağlayaraq ona bacısı Sevincgilin evinə oğru girdiyini, oğrunun Sevinci vurub, pullarını apardığını demişdir. O, bunu eşidən kimi dərhal oğlu Abbas Həsənovla birlikdə qızı Təqsirləndirilən şəxs yaşadığı Tovuz rayonu Yuxarı- Öysüzlü kəndinə getmiş, oraya çatanda qonşuların evə toplaşdığını, qızı Sevincin üzgözünün, qollarının və ayaqlarının yaralandığını görmüşdür. O, Sevincdən nə olduğunu soruşduqda, Sevinc ona “bir nəfər şəxsin su işçisi adı ilə həyət qapısını döydüyünü, qapını açanda qarşısında üzü qara maskalı, əllərində qara əlcək və ayaqlarında hər iki ayaqqabı üstündən qara corab geyinmiş şəxs olduğunu gördüyünü, qapını bağlamaq istədikdə həmin şəxsin onu itələyib zorla həyətə keçdiyini və ondan pul tələb etdiyini, ona pul olmadığını dedikdə həmin şəxsin onu və nəvəsi Əlini döydüyünü və onu boğduğunu, Əlinin pis vəziyyətdə olduğunu görüb məcbur qalıb həmin şəxsə pulun yerini göstərdiyini, daha sonra cinayəti törədən şəxsin izi itirmək məqsədi ilə onlar evdə ola-ola evi yandırmağa cəhd etdiyini, lakin həmin şəxs getdikdən sonra həmin yanğını söndürdüyünü” demişdir. Qızı onlara həmin şəxsin şkafın içərisində olan mücrüdən 1200 ABŞ dolları da daxil olmaqla 40.000 manat pullarını və ona məxsus qızıl zinət əşyalarını apardığını demişdir. Qızı həmçinin həmin şəxsin A4 kağızına krill əlifbası ilə “Polisə xəbər vermə, soran pis olacaq, məni tutsalarda geridəkilər səni qızlarını öldürücək. Sakit dur,..”mətni yazdığını demiş, həmin günü qızı Tovuz rayon polis şöbəsinə gedərək hadisə barədə ərizə və ifadə vermiş və evə gəlmişdir. Həmin günü və səhəri gün gecə Sevdagildə qalmışlar. 04 avqust 2022-ci il tarixdə səhər saatlarında qızı ona polis şöbəsinə gedəcəyini, bundan başqa gecə, yəni 03 avqust 2022-ci il tarixdə pul və qızıl-zinət əşyaları olan əl çantasını gizlincə onun əl çantasına qoyduğunu, bacısı Sevdagilə gəldikdən sonra isə gizlincə əl çantasına qoyduğu pul və qızılzinət əşyaları olan balaca əl çantasını yatdığı otaqda döşəyinin altına qoyduğunu demiş, o isə təəccüblə qızı Sevincdən “bəs evdəki qızıl-zinyət əşyalarını və pulu aparmamışdılarmı” deyə soruşmuşdur. Sevinc isə ona Tovuz rayon polis şöbəsinə gedib ifadə verdikdən sonra gəlib söhbət edərik demiş və polis şöbəsinə getmişdir. Təxminən 1 saat sonra Tovuz rayon polis şöbəsindən müstəntiq ona zəng vuraraq Sevincin əl çantasını da götürüb polis şöbəsinə gəlməyini demiş, o da Sevincə məxsus balaca əl çantasını döşəyin altından götürüb polis şöbəsinə gəlmiş və qızının döşəyinin altına qoyduğu pul və qızıl-zinət əşyalarını müstəntiqə təqdim etmişdir. Müstəntiq ona qızının Tovuz rayon polis şöbəsinə biləbilə yalan məlumat və ərizə verdiyini, evdə quldurluq hadisəsinin baş vermədiyini, evində olanları qızının özünün səhnələşdirdiyini, heç bir əmlakının kənar şəxs və ya şəxslər tərəfindən aparılmadığını, həmçinin, A4 kağızına göy-bənövşəyi rəngli diyircəkli qələmlə krill əlifbası ilə “Polisə xəbər vermə, soran pis olacaq, məni tutsalarda geridəkilər səni qızlarını öldürücək. Sakit dur,..”mətni yazılmış kağızı da özünün yazdığını demişdir. Bundan sonra o, sanki şoka düşmüş və ağlı başımdan getmiş və o, vəziyyətdə müstəntiqə ifadə verib evlərinə gəlmişdir. O, evə gəldikdən sonra qızından həqiqətin nə olmasını soruşduqda, qızı ona Tovuz rayon polis şöbəsinə bilə-bilə yalan məlumat və ərizə verdiyini, evində quldurluq hadisəsinin baş vermədiyini, evində olanları özünün səhnələşdirdiyini, heç bir əmlakının kənar şəxs və ya şəxslər tərəfindən aparılmadığını demişdir. O, qızı Sevincdən niyə belə bir hərəkət etdiyini soruşduqda qızı ona, həyat yoldaşı Şahid1 gizlincə evdə olan pulların çox hissəsini xəsrclədiyini, Anarın evdə pulun olmadığını və ondan xəbərsiz pulları xərclədiyini bildikdə aralarında problemlər olacağını və münasibətlərinin pozulacağını, ona görə də, belə bir yola əl atıb, bilə-bilə ərinə və polis şöbəsinə yalan məlumat verdiyini demişdir. Daha sonra ifadəsində göstərmişdir ki, onun həqiqətən də qızı Sevincin içərisində pul və qızıl-zinət əşyaları olan özünə məxsus əl çantasını onun əl çantasına qoymasından xəbəri olmamışdır. Qızı gizlincə, ondan xəbərsiz qara rəngli balaca əl çantasını onun əl çantasına qoymuşdur. Polis şöbəsində qızına məxsus əl çantasında olan pul və qızıl-zinət əşyalarını müstəntiqə təhvil verdikdən sonra, müstəntiq ona qızının Tovuz rayon polis şöbəsinə bilə-bilə yalan məlumat və ərizə verdiyini, evində quldurluq hadisəsinin baş vermədiyini, evində olanları özünün səhnələşdirdiyini, heç bir əmlakının kənar şəxs və ya şəxslər tərəfindən aparılmadığını, həmçinin, A4 kağızına göy-bənövşəyi rəngli diyircəkli qələmlə krill əlifbası ilə “Polisə xəbər vermə, soran pis olacaq, məni tutsalarda geridəkilər səni qızlarını öldürücək. Sakit dur,..”mətni yazılmış kağızı da özünün yazdığını demişdir. Bundan sonra sanki şoka düşmüş və ağlı başından getmiş və yaşlı qadın olduğundan və pis vəziyyətdə olduğundan müstəntiqə düzgün ifadə verməmişdir. Odur ki, hazırki ifadəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid3 ifadəsində göstərmişdir ki, Tovuz rayon Aşağı Öysüzlü kəndində qeydiyyatda olsa da anası Təqsirləndirilən şəxs, atası Şahid1, 10 yaşlı bacısı X1 və 5 yaşlı qardaşı X4 ilə birlikdə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yaşayır. Anası Sevinc evdar qadındır, heç bir yerdə işləmir. X10 Universitetinin marketinq fakultəsinin 1-ci kursunda təhsil alır. Bacısı Elmira 4-cü sinifdə təhsil alır. Qardaşı Əli isə hələ kiçikdir. Heç kimlə düşmənliyi, ədavətləri yoxdur və olmamışdır. Atası hal-hazırda heç bir dövlət işində işləmir, Tovuz şəhər Avtovağzalına yaxın ərazidə tanışı Vasif adlı şəxslə bir otaq icarəyə götürüb elektron xidmətlərlə məşğul olurlar. xx.xx.2022-ci il tarixdə saat təxminən 09:30 radələrində anası Sevinc atasına bacısı Sevdanın qadın xəstəliyindən əməliyyat olduğunu və hazırda müalicə aldığını, xəstə olduğundan ona kömək lazım olduğunu, onu və bacısı Elmiranı kömək üçün xalası Sevdagilə aparmağını xahiş etmişdir. Atası da anasına yaxşı deyib özünə məxsus olan VAZ-2107 markalı **-KM-*** qeydiyyat nişanlı avtomobillə evdən onları götürüb Tovuz şəhərində yaşayan xalam Sevdanın evinə aparmışdır. Atası xalasıgilə gəlməmiş və onları qapının yanında düşürdüb iş yerinə getmişdir. Həmin günü saat 11 radələrində atası Anar, xalası Sevdaya zəng vurub “uşaqları çölə buraxma” demişdir. Atası xalasına belə deyəndən sonra xalası Sevda anası Sevincə zəng vurmuşdur. Bu zaman anası telefonda ağlamışdır. Həmin vaxt anası telefonda evlərinə maskalı adamın girdiyini, anası Sevinci döyüb evdəki pulları və qızılları apardığını, habelə evə od vurub yandırmaq istədiyini demişdir. Xalası Sevda anasıyla danışandan təxminən yarım saat sonra bacıs Elmira və o taksi ilə xalası ilə birlikdə evə getmişlər. Evə çatdıqda evlərinə Tovuz RPŞ-nin əməkdaşları gəlmişdir. Evə daxil olduqda görmüşdür ki, anasının üzgözü, qolları, ayaqları yaralanıb, həmçinin yataq otaqlarındakı çarpayının bir hissəsi və paltarların bir hissəsi yanıb. Anasından nə hadisə baş verdiyini soruşduqda, o, “bir nəfər şəxsin su işçisi adı ilə həyət qapısını döydüyünü, qapını açanda qarşısında üzü qara maskalı, əllərində qara əlcək və ayaqlarında hər iki ayaqqabı üstündən qara corab geyinmiş şəxs olduğunu gördüyünü, qapını bağlamaq istədikdə həmin şəxsin onu itələyib zorla həyətə keçdiyini və ondan pul tələb etdiyini, anası ona pul olmadığını dedikdə həmin şəxs onu və qardaşı Əlini döydüyünü, onu boğdunu, qardaşının pis vəziyyətdə olduğunu görüb məcbur qalıb həmin şəxsə pulun yerini göstərdiyini, daha sonra cinayəti törədən şəxsin izi itirmək məqsədi ilə onlar evdə ola-ola evi yandırmağa cəhd etdiyini, lakin həmin şəxs getdikdən sonra həmin yanğını söndürdüyünü” demişdir. Anası onlara həmin şəxsin şkafın içərisində olan mücrüdən 1200 ABŞ dolları da daxil olmaqla 40.000 manat pulu və ona məxsus qızılzinət əşyalarını apardığını demişdir. Anası onlara həmçinin həmin şəxsin A4 kağızına krill əlifbası ilə “Polisə xəbər vermə, soran pis olacaq, məni tutsalar da geridəkilər səni qızlarını öldürücək. Sakit dur,..”mətni yazdığını demişdir. Həmin günü anası Tovuz rayon polis şöbəsinə gedərək hadisə barədə ərizə vermişdir. xx.xx.2022-ci il tarixdə isə anası Sevinc Tovuz rayon polis şöbəsindən qayıtdıqdan sonra onlara evdən quldurluq hadisəsinin baş vermədiyini, heç bir əmlakılarının kənar şəxs və ya şəxslər tərəfindən aparılmadığını, həmçinin, A4 kağızına göy-bənövşəyi rəngli diyircəkli qələmlə krill əlifbası ilə “Polisə xəbər vermə, soran pis olacaq, məni tutsalar da geridəkilər səni qızlarını öldürücək. Sakit dur,..”mətni yazılmış kağızı da özünün yazdığını demişdir. Quldurluq hadisəsi olmamışdır. Anası özü belə bir hadisənin olmasını səhnələşdirmişdir. Həmçinin anası özü könüllü olaraq Tovuz rayon Polis şöbəsinə gedərək yalan hadisə barədə ərizəni yazmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 185C- 22 nömrəli material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4/1228 saylı rəydən görünür ki, A4 formatlı kağız parçası üzərində olan «Ролисе хəвəр вермə» sözləri ilə başlayıb, «сакит дyp» sözləri ilə bitən yazılar – Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Tovuz rayonu İHB-nın Aşağı Öysüzlü kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 165 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Aşağı Öysüzlü kəndində qeydiyyatda olmasına baxmayaraq Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yaşayır. Ailə tərkibi əri Şahid1, qızları xx.xx.2004-cü il təvəllüdlü Nəzrin, xx.xx.2012-ci il təvəllüdlü Elmira və oğlu xx.xx.2017-ci il təvəllüdlü Əli adlı uşaqdan ibarətdir. Tovuz rayonu İHB-nın Aşağı Öysüzlü kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməsən görünür ki, Təqsirləndirilən şəxs ictimaiyyət arasında normal xarakterizə olunur. Tərbiyəsi və davranışı ilə yaxşı mənada seçilən şəxsdir. Barəsində nümayəndəliyə heç bir ləkələyici və təqsirləndirici material daxil olmamışdır. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası üzrə alınmış xx.xx.2023-cü il tarixli, 108 nömrəli rəydən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət törətdiyi dövrdə hər hansı ruhi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin isterik tipli dəyişməsi) baxmayaraq o, cinayət törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni, anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda da ruhi xəstəlik keçirmir və bu səbəbdən öz hərəkətlərinin mənası dərk etmək və ya onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla hərəkətlərin xarakter və mənasını anlaya bilərdi və hazırki ekspertiza zamanı da anlayır. Təqsirləndirilən şəxs baş vermiş qanunazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra əsəbi psixiemosional halda olmuşdur. Təqsirləndirilən şəxs əqli psixi xəstəlik ilə əlaqədar olmayan əqli gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs psixi inkişafını nəzərə alaraq, o, yaranmış şəraitin mahiyyətini tam dərk etmiş və davranışının mümkün nəticələrini görə bilmişdir. Təqsirləndirilən şəxs uydurmağa və yalan danışmağa meyillidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı məhkumluğu yoxdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Tovuz rayonu İHB-nın Yuxarı Öysüzlü kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 692 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs övladları Nəzrin tələb olduğuna, Elmira isə xəstə olduğuna görə mütəmadi olaraq Bakı və Gəncə şəhərlərinə gedir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsində göstərilmişdir ki, cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsi 296.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxsnun barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 296.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Təsvir edilən maddi hüquq normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, onun himayəsində az yaşlı uşaqların olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə diqqətə çatdırır ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlinin təsbit edildiyi maddənin sanksiyasında yalnız azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması növündə cəzaların təyin edilə bilməsi əksin tapmışdır. Əlbəttə ki, azadlığın məhdudlaşdırılması növündə cəza azadlıqdan məhrum etmə cəzasına münasibətdə daha yüngüldür. Lakin həmin cəzanın təqsirləndirilən şəxsə təyin ediləcəyi halda nə qədər onun üçün səmərəli olması məhkəmə tərəfindən araşdırılmışdır. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxsin böyük qızı Şahid3 Gəncə Dövlət Universitetində Marketinq ixtisası üzrə əyani təhsil alır. Normal haldır ki, təqsirləndirilən şəxs bir ana kimi övladının yanına Gəncə şəhərinə getmək, onunla birlikdə orada bir müddət qalmaq və onun təhsili ilə maraqlanmaq niyyətindədir. Digər tərəfdən onun qızı Elmiranın xəstəliyi ilə əlaqədar Bakı şəhərinə getmək və orada göstərilən tibbi xidmətlərə uyğun olaraq orada müəyyən müddəti qalması da ağlbabatandır. İşin qeyd olunan halları təqsirləndirilən şəxsin özü tərəfindən məhkəmə iclasında verilmiş ifadədə də əksin tapmış, habelə Tovuz rayonu İHB-nın Yuxarı Öysüzlü kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 692 nömrəli arayış ilə də təsdiq edilmişdir. Göstərilən xüsusatları sistemli təhlil edən məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın gələcəkdə icrası üzrə müəyyən çətinliklər yaranacağını və təqsirləndirilən şəxsin iradəsindən asılı olmayaraq üzərinə qoyulmuş vəzifələri pozacağını qeyd edir. Bu isə nəticədə təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinin tələblərinin tətbiq edilməsinə gətirib çıxaracaqdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət əməli törətməsini, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə diqqətə çatdırır ki, cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, şərti məhkum etmə cəzasızlıq demək deyil və cəzadan azad olunma kimi də hesab oluna bilməz. O cəzanın xüsusi növü olmasa da, onun bəzi elementlərini özündə ehtiva edir. Məsələn, o yalnız məhkəmə hökmu ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq olunur və bu şəxs üçün bəzi məhdudiyyətlərin mövcudluğu ilə müşaiyət olunur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1 -ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, “şərti məhkum etmə, törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan mərhum etmə cəzası təyin edilməli, onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək cəza sınaq müddəti ilə şərti tətbiq edilməli, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsi xx.xx.2013-cü il tarixli qərarında qeyd etmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası verilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il müddət müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar