Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-68/2023 18.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X5 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz rayon Məhkəməsinin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışı Tovuz rayon Məhkəməsinə aiddir. İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 1,214 qram narkotik vasitə olan heroini və 1 ədəd bükümdə təmiz çəkisi 1,071 qram psixatrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib əynində olan göy rəngli cins şalvarın qabaq sol yan cibində saxlamış və daşımız, 13 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Tovuz rayonu Xatınlı kənd inzibati ərazisində saxlanılaraq rayon polis şöbəsinə dəvət olun muş, həmin tarixdə, saat 17:40-dan 18:10-dək olan müddət ərzində ünvan 1 ünvanda yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında onun üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın qabaq sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 1,214 qram narkotik vasitə olan heroin və 1 ədəd bükümdə təmiz çəkisi 1,071 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materialları öyrənilərkən iş üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinin tələblərinin pozulması, yəni ibtidai istintaqın təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə aparılması halları müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak edərkən ibtidai istintaq orqanı tərəfindən ona hər hansı vəkil təyin edilmədiyini bildirmişdir. O istintaq zamanı X2 görsə də, vəkil X4 heç zaman görmədiyini bildirmişdir. Odur ki, iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı məhkəmədən cinayət işinə baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı cinayət işinin materiallarına baxış keçirilərkən həqiqətən də təqsirləndirilən şəxsin qeyd etdiyi xüsasatlar öz təsdiqini tapmışdır. Belə ki, cinayət işinin 61-ci səhifəsində olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 03 fevral 2023-cü il tarixli, 271 nömrəli məktubundan görünür ki, vəkil X1 fəaliyyəti dayandırılmış və onun 02 fevral 2023-cü ildən məhkəmə və istintaq orqanlarında vəkillik fəaliyyəti ilə məşğul ola bilməməsi nəzərə çatdırılmış, həmin məktub 03 fevral 2023-cü ildə Tovuz Rayon Polis Şöbəsinə daxil olmuşdur. Bundan sonra müstəntiq Amil Qurbanov 03 fevral 2023-cü il tarixli qərarla vəkil X1 cinayət prosesində müdafiəçi qismində iştirakına xitam vermiş, təqsirləndirilən şəxsin xahişi nəzərə alınaraq ona təqdim edilmiş vəkillərin sırasından X6 eyni tarixli qərarla dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilmişdir. X6 03 fevral 2023-cü il tarixli,75 nömrəli vəkil orderini istintaqa təqdim etmiş və Təqsirləndirilən şəxs müdafiəsinə buraxılmışdır. Qeyd edilən orderin tarix qrafasındakı təqvim ayını göstərən rəqəmə müdaxilə edildiyindən həmin halların aydınlaşdırılması üçün Tovuz rayon Vəkil Bürosuna sorğu göndərilmiş və müəyyən edilmişdir ki, istintaq zamanı 03 fevral 2023-cü ildə X3 dəvət edilməsi ilə bağlı qərar qəbul edilsə də, X3 dəvət edilməsi ilə bağlı qərar 03 mart 2023-cü ildə qəbul edilmişdir. Müəyyən edilmişdir ki, həm 03 fevral 2023-cü ildə, həm də 03 mart 2023-cü ildə X3 dəvət edilməsi ilə bağlı qərarlar mövcuddur və vəkilin 03 fevral 2023-cü il kimi təqdim etdiyi order, əslində 03 mart 2023-cü ildə təqdim edilmiş orderdir ki, həmin orderin tarixinə də müdaxilə edilərək mart ayı, fevral ayına dəyişdirilmiş və nəticədə Təqsirləndirilən şəxs bir ay müdafiəçisiz qalmışdır. Habu ki, iş materiallarında 03 fevral 2023-cü ildə guya müdafiəçi Təqsirləndirilən şəxs təqdim edilmişdir. Yuxarıda göstərilən səbəblərdən məhkəmə bu qənaətə gəlir ki, 03 mart 2023-cü il tarixli qərarla qəbul edilmiş müdafiəçinin 03 fevral 2023-cü ildə Təqsirləndirilən şəxs təqdim edilməsi mümkün deyildir. Polis nəzarətində olan təqsirləndirilən şəxsin ədalətli məhkəmə araşdırması hüququ bu şəxsin hüquqi yardım ilə asosiasiya edilən bütün xidmətlərə çıxışının olmasını tələb edir. Vəkil təqsirləndirilən şəxsin müdafiəsini sərbəst şəkildə təmin etmək üçün bu fundamental imkanlara malik olmalıdır: işin müzakirə edilməsi, müdafiənin təşkil edilməsi, təqsirləndirilən şəxsin lehinə olan sübutların toplanması, dindirməyə hazırlıq və.s. Göründüyü kimi faktiki olaraq müdafiəçinin olmadığı müddətlərdə təqsirləndirilən şəxs ekspertiza rəyi ilə tanış edilmiş, bu müddətdə şahidin ifadəsi alınmışdır. Cinayət işindən göründüyü kimi təqsirləndirilən şəxs kiril əlifbası ilə yazıb-oxuya bildiyi halda, onun müdafiəçisi olmadan ona təqdim edilmiş sənədlərin əksəriyyəti latın qrafikası ilə tərtib edilmişdir. O məhkəmə iclasında verdiyi izahatında latın qrafikası ilə yazıb-oxumağı bacarmadığını vurğulamışdır. Eyni zamanda cinayət işinin materiallarının 45-ci səhifəsində olan təqsirləndirilən şəxsin dindirilməsi protokolunda ona aid qrafada soyad latın qrafikası ilə yazıldığı müəyyən edilir. Həmin protokol Təqsirləndirilən şəxs göstərilərkən imzanın və xəttin ona aid olmadığını göstərmişdir. Odur ki, məhkəmə qeyd edir ki, cinayət işi iptidai istintaqa qaytarılarkən qeyd edilən xüsusatların da araşdırılması zəruridir. Cinayət işinin onsuz da istintaqa qaytarılması qənaətinə gələn məhkəmə prosessual qənaət prinsipinə əsaslanaraq işdəki Təqsirləndirilən şəxs aid imzaların yoxlanılması məqsədilə ekspertiza tədqiqatının aparılmasını zəruri hesab etməmişdir. Məhkəmə hesab edir ki, istintaq zamanı bu hallar da araşdırmanın predmeti olacaqdır. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hьquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşının alınmasına zəmanət verir. Hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü olaraq Konstitusiyada təsbit olunmuş digər hüquqlarla qarşılıqlı əlaqədədir (qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) və onların həyata keçirilməsini təmin edir. Bunun davamı olaraq ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir. Müdafiə olunmaq hüququ və hüquqi yardım almaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda hər bir şəxsin səmərəli hüquqi yardım hüququnun təmin olunması müəyyən edilmişdir. Paktın 14-cü maddəsinə görə, hər bir şəxs ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılarkən öz iştırakı ilə mühakimə olunmaq və özünü şəxsən və ya seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək; əgər müdafiəçisi yoxdursa, bu hüququ barədə xəbərdar edilmək və ədalət mühakiməsinin maraqları bunu tələb etdiyi istənilən halda onun üçün təyin edilmiş müdafiəçiyə, bu müdafiəзinin haqqını ödəməyə kifayət qədər vəsaiti olmadıqda istənilən halda isə pulsuz müdafiəçiyə malik olmaq hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 3 “c” yarımbəndində cinayət törətməkdə ittiham olunan hər kəsin şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək hüququ təsbit edilmişdir. Konvensiyanın 6-cı maddəsinin 3 “c” yarımbəndində təsbit olunmuş hüququn məqsədi müdafiə tərəfini adekvat təqdim etməkdən ibarətdir (Avropa Məhkəməsinin Mayzit Rusiyaya qarşı iş üzrə 20 yanvar 2005-ci il tarixli Qərarı, § 65). Çəkişmə prinsipi baxımından bu müddəanın məqsədi təqsirləndirilən şəxsə qarşı tərəflə müqayisədə onu əlverişsiz vəziyyətdə qoymayan şərtlərlə öz müdafiəsini qura bilməsi üçün ağlabatan imkan verməkdir (Avropa Məhkəməsinin Bulut Avstriyaya qarşı iş üzrə 22 fevral 1996-cı il tarixli Qərarı, § 47; Avropa Məhkəməsinin Popov Rusiyaya qarşı iş üzrə 13 sentyabr 2006-cı il tarixli Qərarı, § 177). Puatrimol Fransaya qarşı iş üzrə 23 noyabr 1993-cь il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) qeyd etmişdir ki, hər bir təqsirləndirilən şəxsin müdafiəçi ilə səmərəli müdafiə olunmaq hüququ ədalət mühakiməsinin əsas cəhətlərindən biridir (§34). Təqsirləndirilən şəxsin müdafiəçisi həmçinin cinayət prosesinin qanuniliyinin təminatçısı kimi çıxış edə bilər (İnsan hüquqları üzrə Avropa Komissiyasının Enslin, Baader və Raspe Almaniyaya qarşı iş üzrə 08 iyul 1978-ci il tarixli Qərardadı, 14 DR 64, səh. 114). Pakelli Almaniyaya qarşı iş üzrə 25 aprel 1983-cü il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3 “c” yarımbəndi cinayət törədilməsində təqsirləndirilən şəxsin öz hüququna zəmanət verir: şəxsən özünü müdafiə etmək, özü tərəfindən seçdiyi müdafiəçiyə malik olmaq və müəyyən şərtlərlə pulsuz müdafiəçiyə malik olmaq. Özünün şəxsən müdafiə etmək istəməyən hər bir təqsirləndirilən şəxs özü tərəfindən seçdiyi müdafiəçinin xidmətlərindən istifadə etmək imkanına malik olmalıdır; müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ona pulsuz təqdim olunmalıdır.(§ 31). Hazırki iş üzrə təqsirləndirilən şəxs istintaq orqanının ona dövlət büdcəsinin vəsaiti hesabına təyin edilmiş vəkilinə güvənmiş, onu seçmiş, nəticədə faktiki olaraq müdafiəsiz qalmışdır. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən юəxsin mьdafiə hьququnun pozulmasэ(bu pozuntunun mьmkьn dərəcədə aradan qaldэrэlmasэ ьзьn) hallarэ mьəyyən edildiyində cinayət iюinin və ya məhkəməyədək sadələюdirilmiю icraat materiallarэnэn baxэlmasэna xitam verilməsi və onun ibtidai araюdэrmaya prosessual rəhbərliyi həyata keзirən prokurora qaytarэlmasэ barədə qərar зэxarэlэr. Həmin Məcəllənin 303.2-ci madəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Qeyd edilən Məcəllənin 303.4-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarda belə qərarın çıxarılması üçün əsaslar göstərilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verməklə cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmalıdır. Təqsirləndirilən şəxs barədə seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299- 301, 303 və 306.1-ci maddələrini rəhbər tutub məhkəmə, QƏRARAALDİ:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.
2. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri qüvvəsində saxlanılsın.
3. Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin. Sədrlik edən Zaur Hünmətov