Məhkəmə qərarları › İş №1(062)-68/2025

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-68/2025

06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-68/2025 06.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə 06 may 2025-ci il tarixdə Tovuz şəhərində xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs– Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, yəni bir ədəd üzərinə “Winston” yazısı yazılmış siqaret qutusunda, təmiz çəkisi 14,21 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək əynində olan sarı rəngli qış gödəkçənin sol yan iç cibində saxlamış, 20 yanvar 2025-ci il tarixdə, saat 13:57 dəqiqədə Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz rayonu, Bozalqanlı kəndində yolun kənarı ilə piyada hərəkətdə olan zaman saxlanılaraq həmin tarixdə saat 13:57 dəqiqədən saat 14:10 dəqiqəyədək olan müddət ərzində üzərinə keçirilmiş baxış zamanı bir ədəd üzərinə “Winston” yazısı yazılmış siqaret qutusunda, təmiz çəkisi 14,21 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan sarı rəngli qış gödəkçənin sol yan iç cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Uzun müddətdir ki, narkotik vasitə aludəçisidir və narkotik vasitə olan marixuanadan istifadə edir. O, təxminən 17-18 gün bundan əvvəl Bakı şəhərinə gəzmək üçün getmişdir. O, Bakı şəhərində olan zaman adını bilmədiyi və tanımadığı şəxs ona bir ədəd siqaret qutusunda narkotik vasitə olan qudurulmuş marixuana vermişdir. Həmin şəxsi o tanımamışdır, hər hansı bir əlaqəsi olmamışdır. O, həmin narkotik vasitəni özü çəkmək üçün götürüb üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 14 radələrində o, həbsxana yoldaşından borc pul almaq üçün Tovuz rayonuna gəlmişdir. Tovuz rayonuna gələn zaman “Winston” markalı siqaret qutusunda olan qurudulmuş marixuananı əynində olan sarı rəngli qış gödəkçəsinin sol iç yan cibinə qoyub, özü ilə birlikdə Tovuz rayonuna gətirmişdir. Həmin gün saat 14 radələrində o, Tovuz rayonu ərazisində piyada hərəkətdə olan zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışlar. Həmin 3 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və ondan üzərində narkotik vasitə olduğundan şübhələndiklərini, üzərinə baxış keçirdəcəklərini demişlər. Baxış keçirilməzdən əvvəl ondan üzərində əldə edilməsi, daşınması, saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığı soruşulmuş, o da polis əməkdaşlarına üzərində qanunla saxlanması, istifadəsi, gəzdirilməsi qadağan olunmuş əşya olduğunu deyib, əynində olan sarı rəngli qış gödəkçəsinin sol yan iç cibindən bir ədəd “Winston” markalı siqaret qutusunun içərisində olan kütləni təqdim etmişdir. Həmin kütlə yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra siqaret qutusunda olan kütlə elektron tərəzidə çəkilmiş, həmin kütlə siqaret qutusu ilə birlikdə 18,50 qram təşkil etmişdir. Daha sonra siqaret qutusunda olan kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onu Tovuz RPŞ-yə gətirmişlər. O, bir otağa daxil olmuş, onun hüquqlarının müdafiə edilməsi üçün ona vəkillərin siyahısı təqdim edilmişdir. O da həmin siyahıdan Müdafiəçi seçmişdir. Müdafiəçinin iştirakı ilə həmin zərfə açılıb yenidən baxılıb qablaşdırılmışdır. Həmin vaxt üzərində aşkar edilmiş bir ədəd siqaret qutusunda olan kütlə yenidən tərəzidə çəkilmişdir. Daha sonra bir ədəd “Winston” markalı siqaret qutusunda olan kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı möhürlnərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik maddə olan qurudulmuş marixuananı heç vaxt satmaq fikri və məqsədi olmamışdır. O, həmin narkotik vasitəni yalnız özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Hazırda əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Cinayət işi üzrə Şahid1 İnqilab oğlu məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Tovuz RPŞ CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ona görə də həmin şəxslə heç bir ədavəti, düşmənçiliyi və qohumluq əlaqəsi yoxdur. 20 yanvar 2025-ci il tarixdə, saat 13 radələrində o, Tovuz RPŞ-də xidmətini davam edirmiş. Bu zaman o, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda, gəzdirməkdə şübhəli olması və hal-hazırda Tovuz rayonu ərazisində olması barədə məlumat alıb bu barədə raportla Tovuz RPŞ-nin rəhbərliyinə məruzə etmiş və rəhbərlik tərəfindən ona həmin şəxsin ifşa edilməsi ilə bağlı göstəriş verilmişdir. Ondan sonra o, Tovuz RPŞ-si, CAB-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Tovuz RPŞ-si, CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 birlikdə Təqsirləndirilən şəxs saxlanılaraq Tovuz RPŞ-yə gətirilməsi, yəni əməliyyat-axtarış tədbirində onların birlikdə iştirak etmələri göstərişi verilmişdir. Beləliklə də, Tovuz RPŞ-si, CAB-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Tovuz RPŞ-si, CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə o, həmin gün saat 13 radələrində avtomobilə əyləşib Tovuz şəhəri ərazisində hərəkətə başlamış və Təqsirləndirilən şəxs yerinin müəyyən edilərək tutub üzərinə baxış keçirilməsi üçün əməliyyat axtarış tədbirləri keçirmişlər. Onlar Tovuz rayonu, Bozalqanlı kəndi ərazisində hərəkət edən zaman Gəncə şəhər sakini Təqsirləndirilən şəxs həmin küçə ilə yavaş-yavaş piyada yeriyərək üzü südçülük zavodu deyilən əraziyə tərəf hərəkət etdiyini görmüşlər. Bundan sonra onlar vaxt itirmədən avtomobili ona yaxın bir məsafədə saxlamış və avtomobildən yerə enərək piyada hərəkətdə olan Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Xidməti vəsiqələrini Təqsirləndirilən şəxs göstərib polis əməkdaşı olduqlarını bildirərək özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər. Həmin zaman o və CAB-ın əməliyyat müvəkkli, polis leytenantı Şahid3 Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Eyni zamanda da CAB-ın baş əməliyyat müvəkkli, polis baş leytenantı Şahid2 tərəfindən edilən bütün hərəkətlər dayandırılmadan kamera vasitəsilə videogörüntüyə alınmışdır. Bundan sonra isə onlar Təqsirləndirilən şəxs hansı səbəblə bağlı şübhəli olduğunu izah etmişlər. Belə ki, ona üzərində narkotik vasitə olduğundan şübhələndiklərini bu səbəbdən onun üzərinə Tovuz rayonu, Bozalqanlı kəndi ərazisində asfalt yolun kənarında baxış keçirəcəklərini, etirazının olub-olmadığını sorușulmuş, Təqsirləndirilən şəxs onlara heç bir etirazının olmadığını demişdir. Baxış keçirməzdən əvvəl ondan üzərində əldə edilməsi, daşınması, saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuș hər hansı əșya olub-olmadığı sorușduqda Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və dașınması və istifadə olunması qanunla qadağan edilmiş əșya olduğunu deyərək əynində olan sarı rəngli qış gödəkçənin sol iç yan cibindən bir ədəd üzərində “Winston” yazısı yazılmış siqaret qutusunda narkotik maddə hesab edilən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanaya bənzəyən kütləni çıxarıb təqdim etmişdir. Həmin bir ədəd üzərində “Winston” yazısı yazılmış siqaret qutusu açılaraq baxış keçirilmişdir. Baxıș zamanı bir ədəd üzərində “Winston” yazısı yazılmış siqaret qutusunun içərisində, narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd üzərində “Winston” yazısı yazılmış siqaret qutusunda olan kütlə bir ədəd elektron tərəzidə çəkilmiş və həmin kütlənin çəkisi siqaret qutusu ilə birlikdə 18,50 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd üzərində “Winston” yazısı yazılmış siqaret qutusunda narkotik maddə hesab edilən marixuanaya bənzər kütlə, siqaret qutusu ilə birlikdə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirən zaman götürülmüş qurudulmuş mariuxana həm ilkin baxış zamanı həm də Tovuz rayon polis şöbəsi təhqiqat bölməsində elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hər hansı şəxs və ya şəxslərə satması və ya digər formada verməsi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmamışdır. İş üzrə Şahid2 və Şahid3 ifadəsi Şahid1 İnqilab oğlunun verdiyi ifadə ilə eyni məzmunludur. İşin 40-cı vərəqəsində olan 21 yanvar 2025-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertizanın dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik təşkil edir. Cinayət işinin 41-ci vərəqəsində olan 21 yanvar 2025-ci il tarixli 16/51 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlə” yazı və imzalar olan kağız paketdəki, bir ədəd kibrit qutusunda olan təmiz çəkisi 14,21 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İşin 97-ci vərəqəsində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2024-cü il tarixdən həkim narkoloqun dispanser qeydiyyatında dayanır. Cinayət işinin 91-92-ci vərəqəsində olan tələbnamədən, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğunun olmadığı müəyyən olunur. İşin 96-cı vərəqəsində olan xasiyyətnamədən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən edilir. Cinayət işinin 99-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin verdiyi 27 fevral 2025-ci il tarixli 306 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iclasında araşdırılmış bir-birini tamamlayan sübutların cəminə obyektiv qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl tam sübuta yetirilir, onun bu əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət işinin 17-ci vərəqəsində olan 20 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 61-ci vərəqəsində olan 22 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2025-ci il tarixdə Tovuz RPŞ-nin MSY-dən azad edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayətini etiraf edib, əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs 20 yanvar 2025-ci il tarixdən 22 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlağın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifəlri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər. 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. Alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə-narkoloji ekspertizasının 27 fevral 2025-ci il tarixli 306 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyatda olduğundan onun barəsində təkrar olaraq narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmasını məhkəmə məqsədə müvafiq hesab etmir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Tovuz Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş, tədqiqata sərf edildikdən sonra qalan 14.16 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Cinayət işi üzrə çəklmiş 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək tərk etməsinə və yaşadığı Gəncə şəhəri ərazisi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə çəkilmiş 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilsin. Azərbaycan Respublikası CM-nin 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübut olan Tovuz Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tədiqiqata sərf edildikdən sonra qalmış 14,16 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Hökmün icrası Gəncə Şəhəri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar