Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-69/2023 16.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə 16 may 2023-cü il tarixdə Tovuz şəhərində xx xxxx 1977-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Zəyəm Cırdaxan kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 08 iyul 2022-ci il tarixdə, saat 21 radələrində B1, B, C1, C sürücülük hüququ əsasında idarə etdiyi özünə məxsus olan “Volksvagen Passat minik” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz şəhəri, H.Əliyev prospekti ilə üzü Şəmkir rayonu istiqamətində, qeyd olunan prospektin Tovuz-Böyük Qışlaq avtomobil yolu ilə kəsişməsinin yaxınlığında hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq həmin tələblərə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyərək yolu soldan-sağa keçmək istəyən piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan sonuncunun sağ dirsək oynağı, sol bazu və hər iki kürəkaltı nahiyələrin sıyrıq izləri kimi həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən, boyun nahiyəsinin əzilmiş yaralarından sonrakı çapıq toxumaları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sağ körpücük sümüyünün minimal yerdəyişmiş sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır və sağda alın-təpə sümüyünün xətti sınığı və həmin nahiyənin epidural hematoması, sağ beyin yarım kürəsinin təpə-ənsə sahəsinin posttravmatik subaraxnoidal qanaması və kortikosubkortikal sahənin intraparenximatoz hemorragik kontuziyası, sağ tərəfdə orbitanın üst-arxa divarından başlayaraq koronar tikişi keçməklə təpə sümüyü ilə davam edən lambdoid tikişi də keçməklə ənsə sümüyünə sirayət edən və sağ gicgah-təpə-ənsə zonalarının geniş dərialtı hematoması ilə müşayiət edilən çoxparçalı, yerdəyişməli sınığı, hər iki baldır sümüklərinin açıq, yerdəyişməli sınığı, sağ körpücük sümüyünün minimal yerdəyişmiş sınığı, sağ dirsək oynağı, sol bazu nahiyəsi və hər iki kürəkaltı nahiyələrin sıyrıq izləri, boyun nahiyəsinin əzilmiş yaralarından sonrakı çapıq toxumaları kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, özünə məxsus Volksvagen Passat minik markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomaşını vardır. O, həmin avtomaşınla bəzi vaxtlarda taksi kimi fəaliyyət göstərib pul qazanır. 08 iyul 2022-ci il tarixdə saat 21 radələrində qohumu Şahid ailəsi ilə birlikdə Tovuz rayonunda yerləşən H.Əliyev parkına istirahətə gətirmişdir. Saat 21 radələrində onlar Tovuz rayonundan Şəmkir rayonu Zəyəm Cırdaxan kəndinə qayıtmaq qərarına gəlmişlər. O, sükan arxasına, Nicat ön sağ oturacağa, Nicatın 3 övladı isə arxa oturacaqda əyləşmişlər. O, avtomaşını işə salıb Tovuz rayonu H.Əliyev prospekti ilə üzü Şəmkir rayonu istiqamətində hərəkətə başlamışdır. Saatda 50 kilometr sürətlə hərəkətdə olarkən Tovuz rayonu, Aşağı Quşçu kəndi istiqamətində olan yolu keçib üzü Şəmkir rayonu istiqamətində hərəkətini davam etdirmişdir. Təxminən 30-40 metr irəliləmişdir ki, bir nəfər tanımadığı şəxs yolu sol istiqamətdən sağa doğru qaçaraq keçmək istəmişdir. Həmin vaxt o, avtomaşını saxlaya bilməyib avtomaşının ön sol hissəsi ilə həmin piyadanı vurmuşdur. Həmin piyada yolun asfalt örtüyünün üzərinə yıxılmışdır. O, avtomaşını saxlayıb yerə düşmüş və X4 zəng edib tibbi yardım çağırmışdır. Təcili Tibbi yardım gəlib həmin piyadanı Tovuz Mərkəzi rayon xəstəxanasına aparmışdır. O, isə hadisə yerində qalıb polis əməkdaşlarının hadisə yerinə gəlmələrini gözləmişdir. Həmin vaxt adının sonradan İlkin olduğunu bildiyi piyadanın yolu soldan sağa doğru keçdiyini o, İlkini avtomaşınla vurduğu vaxt görmüşdür. O, İlkinin yolu soldan sağa doğru keçdiyini əvvəldən görməmişdir. Hadisə zamanı o, spirtli içki qəbul etməmişdir. Hava şəraiti həmin vaxt qaranlıq olmuşdur. ASAN xidmətin qarşısı işıqlandırılsa da, hadisənin baş verdiyi yer qaranlıq olmuşdur. Hava və yol örtüyü hadisə zamanı quru olmuşdur. Onun üçün təhlükə piyadanın onun avtomaşının qarşısından qaçaraq yolu keçmək istəyərkən yaranmışdır. Həmin vaxt piyada ilə avtomaşın arasında təxminən 1-2 metr məsafə olmuşdur. O da hadisə ani bir vaxtda baş verdiyi üçün hadisənin qarşısını almaq üçün heç nə edə bilməmişdir. Avtomaşında hadisə zamanı hər hansı yük və nasazlıq olmamışdır. O, hadisə zamanı xəsarət almamışdır. Hadisədən dərhal sonra Zərərçəkmiş şəxs müalicəsi üçün xərclərə köməklik etmişdir. Zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini və onunla barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Tovuz rayon Əsrik-Cırdaxan kəndində yaşayır. Evlidir, “Azfen” şirkətində qaynaqçı işləyir. 08 iyul 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhərindən Tovuz rayonuna qayıtmışdır. Tovuz rayonu H.Əliyev prospektində avtomobildən düşmüşdür. Yolu üzü Şəmkir rayonu istiqamətində götürdükdə soldan sağa iti addımlarla keçmək istəmişdir. Yolu keçib digər tərəfə çatdıqda Tovuz şəhəri istiqamətindən gələn avtomobil ön sağ hissəsi ilə onu vurmuşdur. Nəticədə yıxılıb huşunu itirmişdir. Daha sonra Bakı şəhərində X2 ayılmışdır. Vurulduğu andan ayıldığı müddətədək olanları xatırlamır. Hadisəsini sonradan tanıdığı Şəmkir rayon Zəyəm-Cırdaxan kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə törətdiyini bilmişdir. Təqsirləndirilən şəxs və onun ailə üzvləri hadisədən sonra onun sağlamlığına dəyən zərəri ödəmişlər. Təqsirləndirilən şəxs ilə barışmış ondan şikayət və tələbi qalmamışdır. Odur ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin qalmadığını nəzərə alıb işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İşin 23-cü səhifəsində olan xx.xx.2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, 09 iyul 2022ci il tarixdə Təqsirləndirilən şəxs ayıq olmuşdur. Cinayət işinin 18-ci vərəqəsində olan BC 302532 saylı “B1, B, C1, C” dərəcəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə sürücülük vəsiqəsi verilmiş və həmin sürücülük vəsiqəsi xx.xx.2031-ci il tarixədək qüvvədədir. Cinayət işinin 24-cü vərəqəsində olan tələbnamədən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı müəyyən edilir. Cinayət işinin 97-ci vərəqəsində olan xasiyyətnamədən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. İşin 70-ci vərəqəsində olan 20 fevral 2022-ci il tarixli 399 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına verilmiş BC-302532 saylı “B1, B, C1, C” dərəcəli sürücülük vəsiqəsi qüvvəsindədir və sürücülük hüququndan məhrum olunanlar siyahısında yoxdur. İşin 37-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Antomiya Birliyi” X5 171 saylı 20 avqust 2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərsağda alın-təpə sümüyünün xətti sınığı və həmin nahiyənin epidural hematoması; sağ beyin yarım kürəsinin təpə-ənsə sahəsinin posttravmatik subaraxnoidal qanaması və kortikosubkortikal sahənin intraparenximatoz hemorragik kontuziyası; sağ tərəfdə orbitanın üst-arxa divarından başlayaraq koronar tikişi keçməklə təpə sümüyü ilə davam edən lambdoid tikişidə keçməklə ənsə sümüyünə sirayət edən və sağ gicgah-təpə-ənsə zonalarının geniş dərialtı hematoması ilə müşayiət edilən çoxparçalı, yerdəyişməli sınığı; hər iki baldır sümüklərinin açıq, yerdəyişməli sınığı; sağ körpücük sümüyünün minimal yerdəyişmiş sınığı; sağ dirsək oynağı, sol bazu nahiyəsi və hər iki kürəkaltı nahiyələrin sıyrıq izləri; boyun nahiyəsinin əzilmiş yaralarından sonrakı çapıq toxumaları küt əşyanın (əşyaların) təsirindən onun tibbi yadım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdir. Qeyd edilən xəsarətlərdən sağda alın-təpə sümüyünün xətti sınığı və həmin nahiyənin epidural hematoması; sağ beyin yarım kürəsinin təpə-ənsə sahəsinin posttravmatik subaraxnoidal qanaması və kortikosubkortikal sahənin intraparenximatoz hemorragik kontuziyası; sağ tərəfdə orbitanın üst-arxa divarından başlayaraq koronar tikişi keçməklə təpə sümüyü ilə davam edən lambdoid tikişi də keçməklə ənsə sümüyünə sirayət edən və sağ gicgahtəpə-ənsə zonalarının geniş dərialtı hematoması ilə müşayiət edilən çoxparçalı, yerdəyişməli sınığı; hər iki baldır sümüklərinin açıq sınığı dərəcəsinə görə, həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sağ körpücük sümüyünün minimal yerdəyişmiş sınığı dərəcəsinə görə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, boyun nahiyyəsinin əzilmiş yaralarından sonrakı çapıq toxumaları dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sağ dirsək oynağı, sol bazu və hər iki kürəkaltı nahiyələrin sıyrıq izləri isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. İşin 73-cü vərəqəsində olan ekspertiza xərclərinə dair 07 mart 2023-cü il tarixli, 8/546 saylı bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manatdır. Cinayət işinin 74-75-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2023-cü il tarixli, 8/546 №-li ekspert rəyindən görünür ki, “Volksvagen Passat minik” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 6-11-ci vərəqələrində olan hadisə yerinə baxış keçirilməsi haqqında 08 iyul 2022-ci il tarixli protokoldan və hadisə yerinin sxemində göstərilən xüsusatlar, habelə hadisə yerinin foto şəkilləri işin faktiki hallarına uyğundur və məhkəmədə araşdırılmış, yuxarıda qeyd olunan sübutlarla təsdiq olunur. Beləliklə, məhkəmə iclasında araşdırılmış bir-birini tamamlayan sübutların cəminə obyektiv qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. İşə əlavə edilmiş notarial qaydada təsdiq olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Onunla barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Zərərçəkmiş şəxs notarial təsdiqli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu zərəri tam olaraq ödəmiş, ondan heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CM-nin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin qeyd hissəsində nəzərdə tutulmuş hallar, yəni zərərçəkmişlə barışıq olduğuna və dəymiş zərər tamamilə ödənildiyinə görə iş üzrə icraata xitam verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadəsini və məhkəməyə təqdim etdiyi ərizəni tədqiq edib, cinayət işinin materiallarını araşdırıb hesab edir ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinin tələbinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməli, həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməli və onun əməlində inzibati xəta tərkibinin əlamətləri olub-olmaması məsələsi müzakirə edilməsi üçün hökmün surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə çəkilmiş 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaylan Respublikasının CPM-nin 39.1.11, 343-347-ci və 356-357-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olması araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə çəkilmiş 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti və şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №1(062)-69/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-69/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver