Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-69/2025 17.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Tovuz Rayon Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Tovuz rayonu, Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Tovuz rayonu, Qovlar şəhəri ərazisində "Gillik" adlanan sahədə yerləşən Zərərçəkmiş şəxs məxsus fermanın saxlanc yeri hesab olunan tövləsinə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 01 baş erkək cinsli, iki illik, yerli cins (Qarabağ cinsi), sarı rəngli, 80 kq diri çəkiyə malik, sağlam, 600 (altı yüz) manat dəyərində xırdabuynuzlu heyvanı və 01 baş erkək cinsli, bir illik, yerli cins (Qarabağ cinsi), göy rəngli, 50 kq diri çəkiyə malik, sağlam, 450 (dörd yüz əlli) manat dəyərində xırdabuynuzlu heyvanı oğurlamış, yəni Zərərçəkmiş şəxs məxsus cəmi 1050,00 (bir min əlli) manat dəyərində iki baş xırdabuynuzlu heyvanları gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxsla bir həmkəndli kimi aralarındakı münasibətlər yaxşı olmuş, ədavətləri olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində o, Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən bazarda tək pivə içib sərxoş olduqdan sonra qərara almışdır ki, pul əldə etmək məqsədilə tanışı Zərərçəkmiş şəxs məxsus fermadan qoyun oğurlasın. Bu niyyətlə Qovlar şəhərinin mərkəzindən Qovlar şəhəri, Gillik adlandırılan ərazidə yerləşən Zərərçəkmiş şəxs maxsus fermaya doğru piyada getmişdir. Həmin vaxt o, tak olmuşdur. O, fermaya vaxınlaşdıqda fermada heç kəsin olmadığını görüb heyvanların saxlanıldığı dama yaxınlaşıb içəri daxil olmuşdur. Bundan sonra 02 (iki) bas xırdabuynuzlu erkak qoyunu birbir tutub orada olan ipla ayaqlarını bağlamışdır. Daha sonra istifadəsinda olan mobil telefonla *0066 taksi xidmətinə zəng edərək fermaya taksi sifaris etmişdir. Bundan sonra ağ rəngli VAZ-2107 minik markalı, qeydiyyat nişanını hazırda xatırlamadığı avtomobil fermaya gəlmişdir. O, tanımadığı taksi sürücüsü ilə salamlaşıb fermanın özünə məxsus olduğunu deyib fermadan iki baş xırdabuynuzlu heyvanı Qovlar şəhərində yerləşən yaşadığı evə aparmaq lazm olduğunu demisdir. Sürücü də onunla razılaşmış və o, oğurladığı quzuları avtomobilin baqajına qoyub hazırda Rusiya Federasiyasında yaşayan, qardaşı Musayev Məhəmmədə məxsus, vaşayış olmayan evə aparmışdır. Evin önündə quzuları düşürüb taksini yola salmışdır. Bundan sonra oğurladığı quzuları evin həyətinə yerləşdirmişdir. Növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə o, oğurladığı heyvanları satmaq üçün Qovlar şəhərində qəssab dükanlarını dolaşmış, lakin heç kim almaq istəməmişdir. O, bir neçə gün oğurladığı quzuları qardaşına məxsus evin həyətində gizlin saxlamışdır. Aradan 2-3 gün keçdikdən sonra polis əməkdaşlarının onu axtardıqlarını eşidib qərara almışdır ki, ifşa olunmazdan əvvəl özü zərərçəkmişlə danışsın və etiraf etsin. Bu fikirlə Zərərçəkmiş şəxs oğlu Şahid "Watsapp" vasitəsilə yazıb sonuncunun atası Zərərçəkmiş şəxs məxsus fermadan 02 (iki) baş quzu oğurladığını, törətdiyi əməldən peşman olduğunu və sərxoş olduğu üçün etdiyini deyib oğurladığı quzuların hazırda onda olduğunu bildirib geri qaytarmaq istədiyini demişdir. Bundan sonra polis əməkdaşları onunla əlaqə saxlanışlar. O, polis əməkdaşlarına da törətdiyi əməli etiraf etmişdir. Hazırda peşmandır. Ona heç bir formada hər hansı şəxs kömək etməmişdir. O, başqa hər hansı bir cinayət əməli törətməmişdir. Tanışı Zərərçəkmiş şəxs məxsus fermadan oğurladığı quzuları daşımaqda ona kömək edən şəxsi o, ilk dəfə görmüşdür. Belə ki, özünün avtomobili olmadığı üçün o, taksi sifariş etmişdir. O, həmin taksi sürücüsünü ilk dəfə gördüyü üçün tanımamış və həmin şəxslə də aralarında heç bir sövdələşmə olmamışdır. O, qardaşı Məhəmməd Musayevə oğurluq cinayəti törətməsi barədə ümumiyyətlə heç nə deməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Tovuz rayonu. Qovlar şəhəri ərazisində, "Gillik" adlandırılan ərazidə özünə məxsus ferması var. Həmin fermada özünə məxsus iribuynuzlu və xırdabuynuzlu heyvanlar saxlayır. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində o, özünə məxsus fermasında işlərini bitirib fermadan təxminən 30 metr aralıda yerləşən olacağa, yəni özünün yaşamağı üçün tikdiyi tikiliyə gedib yatmışdır. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində o, yuxudan oyanıb heyvanları saxladığı dama yaxınlaşdıqda damın giriş qapısının rəzəsi (qıfılı əvəz edən əşya) bağladığı formada olmamışdır. Belə ki, o, hər zaman rəzəni qapıya yerləşdirdiyi 4 mismara keçirmişdir. Həmin vaxt isə rəzə mismara yox mişar daşına keçirilmişdir. Bundan sonra o, heyvan damına daxil olmuşdur. Bu zaman heyvanların arasında bir baş erkək cinsli, iki illik, yerli cins (Qarabağı cinsi), sarı rəngli, diri çəkisi 80 kiloqram olan, sağlam xırdabuynuzlu heyvanının sürünün içərisində olmadığını görmüşdür. Bundan sonra gecə fermasından oğurluq edildiyini başa düşmüş va ümumilikdə neçə baş heyvanının oğurlandığını bilmək üçün heyvanların hər birini damdan çıxardıb rahat saymışdır. Saydıqdan sonra müəyyən etmişdir ki, ona məxsus heyvanlarından iki baş erkək cinsli xırdabuynuzlu heyvanı naməlum şəxs(lər) tərəfindən oğurlanmışdır. Həmin heyvanlardan biri az əvvəl qeyd etdiyi heyvan, digəri isə bir baş erkək cinsli, bir illik, yerli cins (Qarabağı cinsi), göy rəngli, diri çəkisi 50 kiloqram olan, sağlam xırdabuynuzlu heyvan olmuşdur. Bundan sonra o, fermasından naməlum şəxs(lər) tərəfindən oğurluq cinayəti törədilməsi barədə Tovuz RPŞ-yə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs atasıdır. Atası Zərərçəkmiş şəxs kənd təsərrüfatı və maldarlıqla məşğul olur və özünə məxsus Tovuz rayonu, Qovlar şəhəri, Gillik adlandırılan ərazidə ferması vardır. Həmin fermada xırdabuynuzlu və iribuynuzlu olmaqla heyvanlar saxlayır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında atası Zərərçəkmiş şəxs ona zəng edərək fermalarından 02 (iki) baş erkək cinsdən olan xırdabuynuzlu heyvanının oğurlandığını bildirmişdir. Bundan sonra o, fermalarına getmişdir. Orada heyvanlarını yenidən saydıqda onlara məlum olmuşdur ki, sürüdən naməlum şəxs(lər) tərəfindən xx.xx.2024-cü il tarixdə gecə saatlarında iki baş erkək cinsli xırdabuynuzlu heyvan oğurlanmışdır. Bundan sonra o, atası Niyazi ilə birlikdə Tovuz RPŞ-si Qovlar PB-nə gedib fermalarında törədilmiş oğurluq cinayəti barədə ərizə yazıb məlumat vermişlər. Bundan bir neçə gün sonra, 20 dekabr 2024-cü il tarixdə o, yaşadığı evdə olarkən istifadəsində olan mobil telefonun Watsapp proqramına ina ***-***-**-** saylı mobil nömrədən mesaj gəlmişdir. Belə ki, nömrə sahibi ona mesaj yazaraq özünü Kənan adlı şəxs kimi təqdim edib bir neçə gün öncə fermalarından xırdabuynuzlu heyvanları oğurlayan şəxsin özü olduğunu, törətdiyi əməldən peşman olduğunu, dəymiş maddi ziyanı tam ödəmək istədiyini bildirmişdir. O, Kənanla bir qədər də danışıb daha sonra atası Niyaziyə bu barədə bildirmişdir. Atası Zərərçəkmiş şəxs da bu barədə polis əməkdaşlarına məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 18 dekabr 2024-cü il tarixli protokolla müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus heyvanların saxlanıldığı ferma Tovuz rayonu, Qovlar şəhəri ərazisində, "Gillik" adlandırılan otlaq sahəsində yerləşir. Həmin fermanın ərazisində bir-birindən ayrı şəkildə olmaqla dörd tikili vardır. Həmin tikililərdən biri yaşayış təyinatlı, digərləri isə 5 heyvanın saxlanılması üçün nəzərdə tutulmuşdur. Baxış zamanı Niyazi Hasanov ona məxsus 02 (iki) bas heyvanların həmin fermanın tövlə hissəsindən oğurlandığını bildirmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Mobil telefona baxış keçirilməsi haqqında 18 yanvar 2025-ci il tarixli protokolla müəyyən edilmişdir ki, Şahid məxsus mobil telefonun "watsapp" proqramında sonuncuya +994 70 *** ** ** saylı mobil nömrənin istifadəçisi əvvəl yazılı mesajlar, sonra isə səsli mesajlar göndərərək əvvəlcə tanışlıq verib özünü Ceyhunun oğlu Kənan kimi təqdim etmiş, daha sonra Zərərçəkmiş şəxs məxsus fermadan 02 (iki) baş xırdabuynuzlu heyvanı oğurladığını, hazırda polis əməkdaşlarının onu axtardığını, Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödəmək istədiyini və ziyanı ödədikdən sonra sonuncunun şikayət ərizəsini geri götürməsini xahiş etmişdir. Şahid +994 70 *** ** ** saylı mobil nömrənin tanışı Tovuz rayonu, Qovlar şəhər sakini Təqsirləndirilən şəxs aid olduğunu və sonuncunun ona mesajlar göndərməklə törətdiyi əməli etiraf etdiyini və maddi ziyanı ödəmək istədiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 fevral 2025-ci il tarixli, 9/153 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: - Erkək cinsli, iki illik, yerli cins (Qarabağ cinsi), sarı rəngli, diri çəkisi 80 kq olan, sağlam xırdabuynuzlu heyvan 2024-cü ilin dekabr ayına olan tarixə 600 manat; - Erkək cinsli, bir illik, yerli cins (Qarabağ cinsi), göy rəngli, diri çəkisi 50 kq olan, sağlam xırdabuynuzlu heyvan 2024-cü ilin dekabr ayına olan tarixə 450 manat. Cinayət işi üzrə 24 mart 2025-ci il tarixli qərarla 01 (bir) baş erkək cinsli, iki illik, yerli cins (Qarabağ cinsi), sarı rəngli, diri çəkisi 80 kq olan, sağlam xırdabuynuzlu heyvan və 01 (bir) baş erkək cinsli, bir illik, yerli cins (Qarabağ cinsi), göy rəngli, diri çəkisi 50 kq olan sağlam xırdabuynuzlu heyvanlar maddi sübut qismində tanınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən, oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda göstərilən sübutlara əsaslanaraq ittihamda qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlmiş, rədd edilməli olan digər sübutlar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət törətməkdə öz təqsirini etiraf etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilmişdir. Təqsirləndirilən şəxs ona istinad edilən əməlin törədilməsində iştirak etməməsini, əməlin başqa şəxs (şəxslər) tərəfindən törədilə bilməsini ehtiva edən heç bir hal müəyyən edilməmiş, onun cinayətin törədilməsinə aidiyyəti sübuta yetirilmişdir. Beləliklə, cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmiş, onun əməli Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İş materiallarında olan: “Qətimkan tədbirinin seçilməsi və şəxsin azad edilməsi haqqında” 06 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Tovuz rayon İcra Hakimiyyəti başçısının Qovlar şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsi, əməlindən səmimi peşman olması, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, ilk dəfə cinayət törətməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutların sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Tovuz rayonunda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Tovuz rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) baş erkək cinsli, iki illik, yerli cins (Qarabağ cinsi), sarı rəngli, diri çəkisi 80 kq olan, sağlam xırdabuynuzlu heyvan və 01 (bir) baş erkək cinsli, bir illik, yerli cins (Qarabağ cinsi), göy rəngli, diri çəkisi 50 kq olan sağlam xırdabuynuzlu heyvanın sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci kimi aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №1(062)-69/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-69/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver