Məhkəmə qərarları › İş №1(062)-7/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-7/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-7/2024 13.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ ` Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə xx.xx.1993-cü ildə Tovuz rayonu Aşağı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Tovuz rayonu Aşağı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,340 qram təmiz çəkiyə malik kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib əynində olan qara rəngli cins şalvarın qabaq sağ cibində bir ədəd şəffaf sellofan bükümdə saxlamış, 22 fevral 2023-cü il tarixdə saat 13:00 dəqiqədə Tovuz rayonu, Aşağı Öysüzlü kənd ərazisində saxlanılaraq Tovuz rayon polis şöbəsinə dəvət olunmuş, həmin tarixdə, saat 13:20-dən 14:00-dək olan müddət ərzində ünvan 1 ünvanda yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında onun üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın qabaq sağ cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,340 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən şahidin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ümumiyyətlə onun üzərində narkotik maddə olmamışdır. Qeyd olunan narkotik vasitə olan heroini o polis əməkdaşlarının təkidi ilə götürmüş və qorxduğundan həmin bükümün ona aid olduğunu qeyd etmişdir. O, narkotik vasitə aludəçisi deyildir. O, məhkəmə istintaqı dövründə həkim müayinəsindən keçmiş və onda hər hansı narkotik vasitənin əlamətləri aşkar edilməmişdir. Odur ki, barəsində olan cinayət işi üzrə bəraət hökmü çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə şifahi vəsatət verərək, özünü təqsirli bilmədiyini, polis əməkdaşları tərəfindən ona təzyiq göstərildiyini və bu səbəbdən məcbur qalıb qeyd olunan narkotik vasitəni götürdüyünü bildirmişdir. Həmin faktın araşdırılması ilə bağlı Tovuz Rayon Prokurorluğuna məlumat verilmiş və xx.xx.2023-cü il tarixli qərarla aparılmış yoxlama zamanı hər hansı cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 İnqilab oğlu ifadəsində göstərdi ki, o, Tovuz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Tovuz rayonu Aşağı Öysüzlü kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi faktına dair Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 daxil olmuş əməliyyat məlumatının yoxlanılması və realizə edilməsində iştirak etməyi barədə rəhbərlik tərəfindən göstəriş verilmiş, bundan sonra 22 fevral 2023-cü il tarixdə saat 13 radələrində Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs Tovuz rayonu Aşağı Öysüzlü kəndi ərazisində müəyyən etmiş, sonuncuya yaxınlaşaraq özlərinin polis əməkdaşı olaraq təqdim edərək, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Tovuz RPŞ-nə dəvət etmişlər. Tovuz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs təhqiqat bölməsinin əməkdaşı tərəfindən hüquqları izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün vəkillərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs təqdim edilmiş siyahı üzrə vəkil Müdafiəçi hüquqlarının müdafiəsi üçün özünə vəkil seçdikdən sonra vəkil Müdafiəçi və iştirakçılarla birlikdə Tovuz RPŞ-nin inzibati binasında şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın ön sağ cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş kütlə aşkar olunmuş, həmin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan bükümdə olan kütləyə açılaraq baxış keçirilmiş və həmin kütlənin ilkin baxışdan qəhvəyi rəngli, ilkin görünüşdən narkotik vasitə olan heroinə bənzədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd şəffaf sellefona bükülmüş vəziyyətdə olan kütlə sellefonla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1,41 qram müəyyən edilmişdir. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə olan heroini tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı videoçəkilişdən istifadə edilmişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitələr kağız zərflərə qoyularaq qablaşdırılmış, zərfin ağzı bağlanaraq Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənmiş və zərfin üzəri imzalandıqdan sonra Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Elmar Rüstəmov tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş ekspert X2 ifadəsində göstərdi ki, o, Gəncə şəhəri Narkoloji Dispanserinin baş həkimi vəzifəsini müvəqqəti icra edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir düşmənçiliyi yoxdur və sonuncunu müayinə vaxtı tanımışdır. Tovuz RPŞ-nin İB-nin müstəntiqi Elnar Məmmədovun xx.xx.2023-cü il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs dispanserdə müayinə olunmuşdur. Müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Keçirilən narkoloji-tibbi yoxlama zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi üçün səciyyəvi olan xəstəlik əlamətlər aşkar edilmişdir. Təfəkkürü, davranışı, emosiyaları və vegetativ sinir sisteminin vəziyyətində patoloji meyillilik (narkotik vasitələr aclığı) əlamətləri aşkar olunur. Verilən suallara xüsusi həssaslıqla yanaşaraq bəzi suallardan yayınmağa, yalan danışmağa və bacardığı qədər öz xəstəliyini gizlətməyə cəhd göstərmişdir. Bu əlamətlər isə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini və narkomaniya xəstəliyindən əziyyət çəkdiyi qənaətinə gəlinməsinə əsas vermişdir. Məhkəmə iclasında Şahid3 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Tovuz rayonu Aşağı Öysüzlü kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi faktına dair daxil olmuş əməliyyat məlumatının yoxlanılması və realizə edilməsi məqsədilə 22 fevral 2023-cü il tarixdə saat 13 radələrində Tovuz RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Tovuz RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs Tovuz rayonu Aşağı Öysüzlü kəndi ərazisində müəyyən etmiş, sonuncuya yaxınlaşaraq özlərinin polis əməkdaşı olaraq təqdim edərək, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Tovuz RPŞ-nə dəvət etmişlər. Tovuz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs təhqiqat bölməsinin əməkdaşı tərəfindən hüquqları izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün vəkillərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs təqdim edilmiş siyahı üzrə vəkil Müdafiəçi hüquqlarının müdafiəsi üçün özünə vəkil seçdikdən sonra vəkil Müdafiəçi və iştirakçılarla birlikdə Tovuz RPŞ-nin inzibati binasında şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın ön sağ cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş kütlə aşkar olunmuş, həmin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan bükümdə olan kütləyə açılaraq baxış keçirilmiş və həmin kütlənin ilkin baxışdan qəhvəyi rəngli, ilkin görünüşdən narkotik vasitə olan heroinə bənzədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd şəffaf sellefona bükülmüş vəziyyətdə olan kütlə sellefonla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1.41 qram müəyyən edilmişdir. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə olan heroini tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı videoçəkilişdən istifadə edilmişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitələr kağız zərflərə qoyularaq qablaşdırılmış, zərfin ağzı bağlanaraq Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənmiş və zərfin üzəri imzalandıqdan sonra Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Elmar Rüstəmov tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin sorğu zamanı şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitələri öz deməsinə görə 22 fevral 2023-cü il tarixdə Tovuz rayonu Aşağı Öysüzlü kəndi ərazisində tanımadığı şəxsdən əldə etdiyini və həmin vaxt ətrafda hər hansı bir şəxsin olmadığını bildirmişdir. 22 fevral 2023-cü il tarixdə Tovuz rayonu Aşağı Öysüzlü kəndi ərazisində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə vermiş naməlum şəxsin şəxsiyyəti barədə hazırda dəqiq məlumatın olmadığını, həmin şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlərin davam etdirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə aparılan danışıq zamanı sonuncu şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitələri yalnız öz istifadəsi üçün əldə edib və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs hər hansı bir şəxs(lər)ə qanunsuz olaraq narkotik vasitə satıb-satmaması barədə hazırda dəqiq məlumatın olmadığını, qeyd olunan faktın araşdırılması istiqamətində müvafiq tədbirlərin görüldüyünü bildirmişdir. Məhkəmə iclasında Şahid1 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Tovuz rayonu Aşağı Öysüzlü kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi faktına dair Tovuz RPŞ-nin CABnin əməliyyat müvəkkili Şahid3 daxil olmuş əməliyyat məlumatının yoxlanılması və realizə edilməsində iştirak etməyi barədə rəhbərlik tərəfindən göstəriş verilmiş, bundan sonra 22 fevral 2023-cü il tarixdə saat 13 radələrində Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və Tovuz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 İnqilab oğlu ilə birlikdə Təqsirləndirilən şəxs Tovuz rayonu Aşağı Öysüzlü kəndi ərazisində müəyyən etmiş, sonuncuya yaxınlaşaraq özlərinin polis əməkdaşı olaraq təqdim edərək, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Tovuz RPŞ-nə dəvət etmişlər. Tovuz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs təhqiqat bölməsinin əməkdaşı tərəfindən hüquqları izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün vəkillərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs təqdim edilmiş siyahı üzrə vəkil Müdafiəçi hüquqlarının müdafiəsi üçün özünə vəkil seçdikdən sonra vəkil Müdafiəçi və iştirakçılarla birlikdə Tovuz RPŞ-nin inzibati binasında şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın ön sağ cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş kütlə aşkar olunmuş, həmin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan bükümdə olan kütləyə açılaraq baxış keçirilmiş və həmin kütlənin ilkin baxışdan qəhvəyi rəngli, ilkin görünüşdən narkotik vasitə olan heroinə bənzədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd şəffaf sellefona bükülmüş vəziyyətdə olan kütlə sellefonla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1,41 qram müəyyən edilmişdir. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə olan heroini tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı videoçəkilişdən istifadə edilmişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitələr kağız zərflərə qoyularaq qablaşdırılmış, zərfin ağzı bağlanaraq Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənmiş və zərfin üzəri imzalandıqdan sonra Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Elmar Rüstəmov tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş 23 fevral 2023-cü il tarixli 16/254 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,340 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Ekspertiza rəyinin qeyd hissəsində heroinin təmiz çəkisi – 1,340 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 1,290 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Nazrkoloji Dispanserinin 05 aprel 2023-cü il tarixli 579 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Tovuz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2019-cu ildə Tovuz RMX PHŞ-i Poliklinika şöbəsində həkim-narkoloqun kabinetində profilaktik qeydiyyatda dayanır. İş materiallarında olan Tovuz Rayon İHB-nin Aşağı Öysüzlü kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(062)- 127/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə iclasında araşdırılmış sübutlarla və işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə məhkəmə tənqidi yanaşaraq, onun ifadəsini özünü müdafiə xarakterli, yəni cinayət məsuliyyətindən yayınmaq niyyəti ilə verilmiş ifadə kimi qəbul edir. Məhkəmə onun ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsini sübut kimi qəbul edir. Həmçinin məhkəmə iclasında dindirilmiş ekspert bir daha bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir və bunun nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Bundan başqa Tovuz RMX PHŞ-in məktubundan da göründüyü kimi Təqsirləndirilən şəxs həkim-narkoloqun kabinetində profilaktik qeydiyyatda dayanır. Belə olan halda Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətmədiyinə dair irəli sürdüyü arqumentin hüquqi əsası mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2023-cü il tarixdən 24 fevral 2023-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində saxlanılmışdır. Ona görə də Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, həmin müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 07:00-dək yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,290 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İşdə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dən saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,290 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar