Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-70/2023 14.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxx 1986-cı ildə Tovuz rayonu, Bozalqanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, "xxxx" MMCnin Pərakəndə satış Departamentində kassir vəzifəsində işləyən, Tovuz Rayonu, Dondar Quşçu kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, xx.xx.2020-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından xx.xx.2006-cı ildə anadan olmuş Sona və Sevil adlı əkiz uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 100,00 (bir yüz) manat sabit pul məbləğində aliment alınıb, tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Tovuz Rayon Məhkəməsinin 2(062)-555/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Tovuz Rayon Məhkəməsinin 3(062)-400/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada 500,00 manat cərimə olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək sonuncu dəfə xx.xx.2022ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 4077,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki,xx.xx.2022-ci il tarixdən başlayaraq "xxxx" MMC-nin Tovuz şəhərində yerləşən satış mərkəzində kassir vəzifəsində işləyir və buna görədə aylıq 320,00 manat maaş alır. O, Zərərçəkmiş şəxs ilə 2005-ci ildə el adəti ilə toy edərək ailə həyatı qurmuş və nikahları xx.xx.2006-cı il tarixdə rəsmiləşdirilmişdir. Zərərçəkmiş şəxs ilə olan nikahlarından Sona və Sevil adlı əkiz övladları dünyaya gəlmişdir. Əvvəllər Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan ailə daxili yaranmış söz-söhbətlərə görə münasibətləri korlanmışdır. Bu səbəbdən 2019-cu ildə ayrılmışlar və Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Zərərçəkmiş şəxsla aralarında olan nikahın pozulması və hər iki uşağın onun yanında qalması qət edilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs məhkəməyə müraciət etdiyinə görə Tovuz Rayon Məhkəməsinin 2(062)-555/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2006-cı ildə doğulmuş Sona və Sevil adlı əkiz uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-555/2020nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Tovuz rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, ona tələbin dərhal icrası haqqında bildiriş göndərilmiş və xəbərdarlıq edilmişdir. İcra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq həmin dövürə olan aliment borcunu ödəməmiş, bu səbəbdən də Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmçinin icra məmurunun təqdimatına əsasən, Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə rəsmi xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2022-ciil tarixədək yaranmış olan 4077,00 manat aliment borcunu ödəməmişdir. Hazırda isə qətnaməni tam icra edərək zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Buna görə də barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki,OMəmmədova (İbrahimova) Turac Aydın qızı ilə faktiki olaraq 2005-ci ildə evlənmiş, nikahları xx.xx.2006-cı ildə rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs ilə olan nikahlarından iki əkiz övladları olmuşdur. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bu səbəbdən 2019-cu ildə ayrılmışlar və nikahları Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ləğv edilməklə iki azyaşlı uşaqların onun himayəsində qalması qət edilmişdir. Sonradan aliment tələbi ilə məhkəməyə müraciət etdiyinə görəTovuz Rayon Məhkəməsinin 2(002)-555/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən borclu Məmmədova (İbrahimova) Turac Aydın qızından xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvvəllüdlü Sona və Sevil adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər bir uşağa görə hər ay 100,00 manat, cəmi 200,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir.Tovuz Rayon Məhkəməsinin 2(002)-555/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Tovuz rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, Təqsirləndirilən şəxs tələbin dərhal icrası haqqında bildiriş göndərilmiş və dəfələrlə xəbərdarlıq edilmişdir. Məmmədova (İbrahimova) X1 Rayon Məhkəməsi qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyi üçün Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmçinin icra məmurunun təqdimatına əsasən, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Lakin buna baxmayaraq, öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək yaranmış olan 4077,00 manat aliment borcunu ödəməmişdir. Qeyd olunan 4077,00 manat aliment borcundan Təqsirləndirilən şəxs istintaq dövründə xx.xx.2023-cü il tarixdə nağd qaydada 530,00 manat, xx.xx.2023-cü il tarixdə isə bank hesabına 100,00 manat ödəmişdir. Hazırda isə Təqsirləndirilən şəxs qətnaməni tam icra etmişdir. Buna görə də ondan heç bir şikayəti və tələbi yoxdur. Qeyd olunanlara əsasən onun cinayət məsuliyyətindən azad olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-555/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən, xx.xx.2006-cı il tarixdə anadan olmuş Sona və Sevil adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün borclu Məmmədova (İbrahimova) Turac Aydın qızından hər ay bir uşağa görə 100,00 (bir yüz) manat olmaqla, cəmi 200,00 (iki yüz) manat məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş üzrə borclu Məmmədova (İbrahimova) Turac Aydın qızı soyadını dəyişdirərək Məmmədova soyadına keçmişdir. İcra sənədi xx.xx.2020-ci il tarixdə Tovuz rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq bildirişlə birlikdə tərəflərə göndərilmişdir. Başlanılmış icraat zamanı borclu məhkəmə qətnaməsinin icrasını təmin etməmişdir. xx.xx.2021-ci il tarixdə Tovuz rayon Məhkəməsinin 8(062)-375/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə Məmmədova (İbrahimova) Turac Aydın qızının ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Tovuz rayon məhkəməsinin 3(062)- 400/2021 saylı 25 may 2021-ci il tarixli qərarı ilə Məmmədova (İbrahimova) Turac Aydın qızı yenidən icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra borcluya yeni müddət verilmiş, lakin həmin müddətdə də borclu məhkəmə qərarının icrasını təmin etməmişdir. Hazırda, məhkəmə qətnaməsi üzrə borclu Məmmədova (İbrahimova) Turac Aydın qızının aliment üzrə borcu 4077,00 (dörd min yetmiş yeddi) manat təşkil edir. İş materiallarından göründüyü kimi, sözügedən məhkəmə qətnaməsində göstərilən tələbi borclu icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Belə ki, o məhkəmə qərarını icra etmədiyinə görə inzibati qaydada cərimə olunmasına baxmayaraq nəticə çıxarmamışdır. Həmçinin, dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyi bildirilsə də, Məmmədova (İbrahimova) Turac Aydın qızı məhkəmə qərarının icrasını təmin etməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Bundan başqa tələbkar Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyi üçün borclunun cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyi İstintaq İdarəsinə təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş dindirilmiş Tovuz rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(062)-555 saylı qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü Sona və Sevil adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. “İcraat başlama haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(062)-555 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata başlanmışdır. “Tələbin könüllü icrası barədə” xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti təqdim edilmiş və tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(062)-375 saylı qərarından görünür ki, verilmiş təqdimat təmin edilmiş və Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(062)-400 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. Tovuz Rayon İcra və Probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, ona qətnamə üzrə yaranmış aliment borcunu ödəməyəcəyi təqdirdə Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması üçün təqdimat verilməsi barədə xəbərdarlıq edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi iləyanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək göstərmişdir ki, təqsirləndirilən şəxs icra sənədi üzrə borcu tamamilə ödəmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeydinə əsasən cinayət məsuliyyətindən azad edilməli və həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-nin 43-cü maddəsinə əsasən xitam verilməlidir. Cinayət Prosessual Məcəllənin 175.5-ci maddəsində göstərilmişdir ki, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-70/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-70/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver