Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-70/2024 11.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakları ilə xx.xx.1966-cı ildə Xankəndi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Xankəndi şəhəri Kərkicahan qəsəbəsində qeydiyyatda olan və Ağcabədi rayonu Xocavənd kəndində yaşayan, barəsində həbs qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs – Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 11 iyun 2024-cü il tarixdə, Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 əvvəllər aldığı, lakin sonradan dayandırılmış təqaüdünü bərpa etdirəcəyi, eləcə də sonuncunun həyat yoldaşı Şahid7 müharibə veteranı statusu əldə edərək 120 manat məbləğində təqaüd almasına köməklik göstərəcəyinə dair yalan vədlər verib aldadaraq, bu məqsədlə 2022-ci ilin sentyabr ayının təxminən 10-12-də, yəni 2022-ci ilin sentyabr ayının istintaqla dəqiq müəyyən edilə bilməyən günündə Şəki rayonu Çeşməli kəndində Zərərçəkmiş şəxs3 3000 (üç min) manat məbləğində pul vəsaitini alıb dələduzluq yolu ilə, yəni zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus 3000 (üç min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 övladı Şahid5 əvvəllər ikinci qrup əlillik dərəcəsinə görə aldığı, lakin sonradan dayandırılmış təqaüdü bərpa etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin fevral ayının istintaqla dəqiq müəyyən edilə bilməyən günündə ondan Gədəbəy şəhər avtovağzalında yerləşən mehmanxanada 3000 (üç min) manat, 2023-cü ilin fevral ayının istintaqla dəqiq müəyyən edilə bilməyən günündə Gədəbəy şəhər avtovağzalında yerləşən mehmanxanada 1100 (bir min yüz) manat, 2023-cü ilin mart ayının istintaqla dəqiq müəyyən edilə bilməyən günündə 700 (yeddi yüz) manat, 2023-cü ilin mart ayının istintaqla dəqiq müəyyən edilə bilməyən günündə 500 (beş yüz) manat pul vəsaiti alaraq, ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 5300 (beş min üç yüz) manat məbləğində, xeyli miqdarda pul vəsaitini dələduzluq yolu ilə, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 gəlini Şahid3 Daşınmaz Əmlakın Dövlət Reyesrti Xidmətinin Tovuz rayon şöbəsinə işə düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq, bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə ondan 2023-cü ilin may-avqust ayları ərzində istintaqla müəyyən edilə bilməyən gündə Tovuz-Yevlax marşurutu üzrə istintaqa məlum olmayan avtobus sürücüsü vasitəsilə 6700 (altı min yeddi yüz) manat və 2023-cü ilin avqust ayının istintaqla müəyyən edilə bilməyən günündə Tovuz şəhəri, Nizami küçəsində 500 (beş yüz) manat məbləğində pul vəsaitini alaraq, ümumilikdə zərər çəkmiş Zərərçəkmiş şəxs2 7200 (yeddi min iki yüz) manat məbləğində, xeyli miqdarda pul vəsaitini dələduzluq yolu ilə, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 övladı Şahid4 Tovuz rayon təcili tibbi yardım xidmətinə sürücü işinə düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq, bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə ondan 2023-cü ilin iyun ayının təxminən 14-15-də, yəni 2023-cü ilin iyun ayının istintaqla dəqiq müəyyən edilə bilməyən günündə Tovuz şəhəri ərazisində yerləşən ASAN xidmət mərkəzinin qarşısında 2000 (iki min) manat, 2023-cü ilin iyun ayının istintaqla dəqiq müəyyən edilə bilməyən günündə Tovuz şəhəri ərazisində yerləşən “Ailəm univermağ”ın qarşısında 1000 (bir min) manat, 2023-cü ilin iyul ayının istintaqla dəqiq müəyyən edilə bilməyən günündə Tovuz şəhəri, Həzi Aslanov küçəsində yerləşən “Oba” marketin qarşısında 500 (beş yüz) manat, 2023-cü ilin avqust ayının istintaqla dəqiq müəyyən edilə bilməyən günündə Tovuz şəhəri, İstiqlal küçəsində yerləşən “Sultan” marketin qarşısında 500 (beş yüz) manat, 2023-cü ilin sentyabr ayının istintaqla dəqiq müəyyən edilə bilməyən günündə Tovuz şəhəri, Həzi Aslanov küçəsində yerləşən “Oba” marketin qarşısında 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini alaraq, ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərdi ki, Ağcabədi rayonu Xocavənd kəndində anası Sehran Həsənova ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir və əvvəllər oğurluq və dələduzluq maddələri ilə məhkum olunmuşdur. O, 2022-ci ilin sentyabr ayı ərzində Şəki rayonu Çeşməli kənd sakini Zərərçəkmiş şəxs3 3000 (üç min) manat məbləğində pul, 2023-cü ilin fevral-mart ayları ərzində Gədəbəy rayon sakini Zərərçəkmiş şəxs4 təqribən cəmi 5300 (beş min üç yüz) manat məbləğində pul, 2023-cü ilin may-avqust ayları ərzində Tovuz rayon sakini Zərərçəkmiş şəxs2 hissə-hissə olmaqla cəmi 7200 (yeddi min iki yüz) manat məbləğində pul və 2023cü ilin avqust-sentyabr ayları ərzində hissə-hissə olmaqla Zərərçəkmiş şəxs1 cəmi 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul alaraq onlara qarşı dələduzluq etmişdir. Belə ki, 2022-ci ilin sentyabr ayının əvvəllərində istirahət etmək üçün özü tək Şəki şəhərinə getmiş, orada dördyol adlanan ərazidə bir nəfər şirniyyat satan şəxsə yaxınlaşıb onunla söhbət etməyə başlamış, söhbət zamanı həmin şəxs Laçın rayonundan olduğunu, Şəki rayonunda müvəqqəti yaşadığını demişdir. Belə olduqda o həmin şəxsdən qohumu Əzahiri tanıyıb tanımadığını soruşmuşdur. Əzahir ilə o Xankəndi şəhərində qonşuluqda yaşamışlar. Ona görə Əzahiri görmək istəmişdir. Həmin şəxs Əzahir barədə maraqlanmış və ona Əzahirin ailəsi ilə birlikdə Çeşməli kəndində yaşadığını demişdir. O həmin şəxsdən xahiş etmişdir ki, onu Əzahirin evinə aparsın. Onlar birlikdə Çeşməli kəndinə getmiş, Əzahirin evini tapmışdır. Əzahir və arvadı Vəfa ilk olaraq onu tanımamışlar. O, Əzahirə Xankəndi şəhərində onunla qonşuluqda yaşayan Bəylərin oğlu olduğunu dedikdə Əzahir onu tanımış, onu evə dəvət etmişdir. Onlar birlikdə oturmuşlar. Yeyib-içib bir qədər söhbət etmişlər. Onu Əzahirin evinə aparan, hazırda adını xatırlamadığı şəxs bir qədər onlarla birlikdə oturduqdan sonra sağollaşıb getmişdir. Əzahir və arvadı Vəfa ilə söhbət zamanı Vəfa əvvəllər təqaüd aldığını, lakin hazırda təqaüdünün kəsildiyini, təqaüdü bərpa etdirmək istədiyini demişdir. O, həmin vaxt maddi sıxıntıları olduğu üçün düşünmüşdür ki, Vəfaya təqaüdünün bərpa olunmasına köməklik göstərəcəyini deyib inandırmaqla onlardan pul ala bilər. Buna görə də Vəfaya və Əzahirə, özünün bu işlə bağlı tanışlarının olduğunu, həmin tanışlarının köməyi ilə Vəfanın pensiyasını bərpa etdirməyin mümkün olduğunu demişdir. Onları inandırmaq üçün mobil telefonu əlinə götürüb onlardan bir qədər uzaqlaşmışdır. Daha sonra onlara yaxınlaşıb telefonla aidiyyəti şəxslə danışdığını, Vəfanın təqaüdünü bərpa edəcəklərini, lakin bunun üçün 1500 manat pul lazım olduğunu demişdir. Vəfa və Əzahir razı olmuşlar. Bundan sonra söhbət zamanı o, Əzahirdən veteran pulu alıb-almadığını soruşmuş, bu zaman Əzahir ona veteran pulu almadığını demişdir. O, isə Əzahirə hərbi komissarlıqlarda tanışlarının olduğunu, onların vasitəsilə Əzahirin 120 manat veteran pulu almasına köməklik edə biləcəyini demiş və bunun üçün də Əzahirdən 1500 manat pul istəmişdir. Əzahir razı olmuş, o isə həmin gün Əzahirin evində qalmışdır. Səhəri gün səhər saatlarında hazırlaşmış və Əzahirdən 3000 manat pulu verməsini istəmişdir. Əzahirin arvadı Vəfa digər otağa gedib bir neçə dəqiqə sonra onun yanına gəlmiş və 3000 manat pulu ona vermişdir. O, həmin pulu Vəfadan alıb Bakı şəhərinə gedəcəyini, Vəfanın təqaüdü, həmçinin Əzahirin veteran sənədləri ilə maraqlanıb əlaqə saxlayacağını demişdir. Öz mobil nömrəsini onlara vermişdir. Lakin həmin vaxtdan sonra onlara verdiyi nömrəni işlətməmişdir. Daha sonra onlarla sağollaşıb oradan uzaqlaşmış və yaşadığı rayona getmiş, Vəfadan aldığı 3000 manat pulun hamısını isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Vəfanın təqaüdü və Əzahirin veteran sənədləri ilə bağlı isə heç kimə heç nə deməmişdir. Onun 3000 manat pulu onlardan almaqda məqsədi öz şəxsi xərclərini ödəmək olmuşdur. Bundan başqa qeyd etmişdir ki, o, Vəfadan aldığı 3000 manat pulun hamısını anasının və bacısının köməkliyi ilə tam olaraq Vəfaya və Əzahirə ödəmişdir. Bundan başqa 2023-cü ilin fevral ayında o başqa yerlərdə dələduzluq cinayəti törətdiyi üçün gizlənmək niyyəti ilə Gədəbəy rayonuna getmiş, Gədəbəyə getdikdən sonra Gədəbəy şəhər avtovağzalında yerləşən oteldə qalmağa başlamış, orada qalan zaman həmin oteldə nəzarətçi işləyən Zərərçəkmiş şəxs4 ilə tanış olmuşdur. Söhbətlər zamanı o, Əntiqəyə veteran olduğunu, əliliklə bağlı təqaüd düzəltmək üçün əlaqələrinin olduğunu demişdir. Onun bu barədə Əntiqəyə yalan danışmağının səbəbi sonuncunu aldadıb pulunu ələ keçirmək olmuşdur. Təqaüd barədə söhbət düşdükdə Əntiqə ona oğlu Şahid5 əvvəllər ikinci qrup əliliklə pensiya aldığını, həmin pensiyanın bərpa olunmasında köməklik etmək imkanının olub-olmadığını soruşmuşdur. O, da Əntiqəyə oğlunun pensiyasını bərpa etdirə biləcəyini, lakin müəyyən məbləğdə pul lazım olduğunu demişdir. Daha sonra ilkin olaraq Əntiqədən 3000 manat pul verməsini istəmişdir. O, Əntiqədən 3000 manat pul aldıqdan sonra Bakı şəhərinə getmişdir. Bakı şəhərində Əntiqədən aldığı həmin pulu xərclədikdən sonra pulu qurtardığı üçün özünə məxsus ***-***-**-** saylı mobil nömrə ilə Əntiqəyə məxsus ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayıb işin həlli üçün daha 1000 manat lazım olduğunu demişdir. Əntiqə ona pulu avtobusla göndərməyi təklif etsə də o Əntiqəylə razılaşmamış, pulu özünün Gədəbəyə gəlib əlbəəl götürəcəyini demişdir. 2023-cü ilin mart ayının əvvəllərində o, Gədəbəyə gəlmiş, Əntiqədən cəmi 1100 manat pul almışdır. 100 manat yol pulu üçün, 1000 manat isə işin həlli üçün. O bir gün Gədəbəydə qaldıqdan sonra yenidən Bakı şəhərinə qayıtmış, bir neçə gün sonra o Əntiqə ilə eyni mobil nömrə vasitəsi ilə əlaqə saxlayıb daha 700 manat pul lazım olduğunu demişdir. Əntiqə isə ona pulun hazır olduğunu, heç bir problem olmadığını dediyi üçün o, 2023-cü ilin mart ayında yenidən Gədəbəyə gəlmiş, bu dəfə Əntiqədən 700 manat pul alıb bir gün də oteldə qaldıqdan sonra Bakı şəhərinə qayıtmışdır. Sonuncu dəfə o, 2023-cü ilin mart ayının sonlarında Əntiqə ilə danışıb Gədəbəyə gələrək ondan 500 manat da pul almışdır. Əntiqəyə isə may ayının sonlarında işin həll olunacağını, oğlunun pensiyasının bərpa olunacağını demişdir. O sonuncu dəfə Əntiqədən pulu alıb Bakı şəhərinə getdikdən sonra Əntiqənin hər şeyi başa düşüb onu polisə verə biləcəyini düşünüb Əntiqə ilə əlaqə saxlamamış, telefon nömrəsini dəyişmişdir. O, Zərərçəkmiş şəxs4 aldadaraq, oğlu Aminin pensiyasını bərpa etdirmək adı ilə 2023-cü ilin fevral-mart ayları ərzində Əntiqədən ümumilikdə 5300 manat pulu alaraq sonuncuya qarşı dələduzluq etmişdir. Hərəkətinə görə peşman olduğunu, çalışıb həmin məbləği Əntiqəyə qısa müddət ərzində ödəyəcəyini bildirmişdir. Bundan başqa o, 2022-ci ildə Şəki və Gədəbəy rayon ərazilərində dələduzluq etdiyi üçün Şəki şəhər polisi onu axtarışa verməsi səbəbindən polisdən gizlənmək üçün ayrı-ayrı rayonlara getməyə başlamışdır. 2023-cü il ərzində, yanvar ayından başlamaqla təxminən 7-8 dəfə Tovuz şəhərinə gəlibgetmişdir. Hər dəfə Tovuz rayonuna gəldikdə “şəhər parkı” adlanan ərazidə yerləşən “İzel” otelində otaq götürüb bir neçə gün orada qaldıqdan sonra rayondan çıxıb getmişdir. Qış aylarında oteldə qalarkən otel işçisi olan Səhər adlı qadınla tanış olmuş, sonuncu ilə münasibətləri yaranmışdır. Bildirmişdir ki, 2023cü ilin təxminən may və ya iyun ayında o yenidən Tovuz şəhərinə gəlmiş və yenə də “İzel” oteldə qalmışdır. “Şəhər parkı”nda gəzərkən təsadüfən Səhər xanımın nəvəsini gəzdirdiyini görüb, ona yaxınlaşmış, sonuncu ilə salamlaşıb söhbət etməyə başlamışdır. Söhbət əsnasında Səhər xanım gəlininin işsiz olduğunu, gəlinini işə düzəltməyə çalışdığını demişdir. Bu vaxt o, Səhərə gəlinini işə düzəltməyə köməklik edəcəyini, özünün yaxşı tanışlarının olduğunu demişdir. Səhər də onunla razılaşmışdır. Bunun üçün o, Səhərdən müəyyən məbləğdə pul istəmişdir. Səhər ona təxminən 7000 manat məbləğində pul vermişdir. Həmin məbləği Səhər xanımdan hissə-hissə, ayrı-ayrı vaxtlarda almışdır. Səhər xanım hissə-hissə olmaqla həmin məbləği avtobus vasitəsi ilə göndərmişdir. Sonuncu 500 manat pulu Səhər xanım ona Tovuz şəhər ərazisində əlbəəl vermişdir. Lakin həmin məbləğin qarşılığında o heç bir iş görməmiş, çünki əvvəldən də fikri Səhəri aldadaraq pulunu ələ keçirmək olmuşdur. Ümumillikdə Səhər xanımdan 7200 manat məbləğində pul alaraq sonuncuya qarşı dələduzluq etmişdir. Bundan başqa təxminən 2023-cü ilin iyun, avqust ayları ərzində, o, Tovuz şəhərində olarkən, Səhər xanımın yanında sonuncunun qonşusu Nərminə xanımla da tanış olmuş və Nərminənin oğlunu işə düzəltmək adı ilə ondan, təxminən 4800 manat pul almışdır. Belə ki, 2023-cü ilin avqust ayında o yenidən Tovuz şəhərində olarkən Səhər xanımın vasitəsi ilə, “şəhər parkı” adlanan ərazidə, Nərminə xanımla tanış olmuşlar. Nərminə xanım onu Səhər xanımın vasitəsi ilə qiyabi olaraq əvvəlcə də tanımışdır. Səhər xanımın gəlinini işə düzəltdiyini bilmişdir. Bu barədə Nərminə adlı həmin qadına Səhər xanım demişdir. Söhbət əsnasında ona məlum olmuşdur ki, Nərminə xanım da oğlunu işə düzəltmək istəyir. Nərminə xanım ona bildirmişdir ki, oğlunu Tovuz rayonu təcili tibbi yardıma sürücü kimi işə düzəltmək istəyir. Lakin ondan bunun üçün çox pul istənilir. O isə Nərminəyə bu işi aşağı bir məbləğə həll edə biləcəyini bildirmişdir. Onlar razılaşdıqdan sonra o, Nərminə xanıma 4000 manata onun işini həll edəcəyini demişdir. Həmin ərəfələr yəni 2023-cü ilin avqust ayında, Tovuz rayon ərazisində yerləşən ASAN xidmət mərkəzinin qarşısında Nərminə xanım, heç kəsin iştirakı olmadan, əlbəəl ona 2000 manat məbləğində pul vermişdir. Təxminən üstündən 10-15 gün keçdikdən sonra o, yenidən Tovuz rayonuna gəlmişdir. “Şəhər parkı” adlanan ərazidə yerləşən ünivermağın qarşısında, Nərminə xanımla görüşmüşlər. Həmin vaxt Nərminə xanım, heç kəsin iştirakı olmadan, yenə əlbəəl ona 1000 manat pul vermiş və o, çıxıb getmişdir. Üstündən bir neçə gün keçdikdən sonra həmin yerdə yenə əlbəəl Nərminə xanım ona 1000 manatda pul vermişdir. O çıxıb-getdikdən sonra Nərminə xanımdan daha 1000 manat da pul istəmiş, lakin Nərminə xanım pulunun olmadığını bildirmişdir. Bir neçə müddət keçdikdən sonra o, Nərminə xanıma demişdir ki, oğlunun əmri hazırdır, gətirib gələcəkdir. 2023-cü ilin sentyabr ayında o yenidən Tovuz rayonuna getmiş, lakin heç bir əmr-filan gətirməmişdir. İşi başa çatdırılmağına az qaldığını, lakin yenə də pul lazım olduğunu Nərminə adlı xanıma bildirmişdir. Həmin ərəfələr Tovuz şəhərində yerləşən “Oba” marketin qarşısında Nərminə xanım ona 500 manat, daha bir neçə gün keçdikdən sonra isə 300 manat da pul vermişdir. O, pulu da götürüb Tovuz rayonundan getmişdir. Sonra o izi itirmək üçün mobil telefonunu bağlamışdır. Həmin məbləğin qarşılığında o heç bir iş görməmiş, çünki əvvəldən fikri Nərminəni aldadaraq pulunu almaq olmuşdur. Ümumillikdə Nərminə xanıma 4800 manat məbləğində zərər vurmuşdur. O bundan başqa heç bir yerdə heç kəsə qarşı dələduzluq və ya başqa cür cinayət əməli törətməmişdir. Gələcəkdə azad olunduqdan sonra zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəyəcəkdir. Hazırda əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 Nazir qızına vurmuş olduğu zərəri ödəməsini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Cinayət işi üzrə Zərərçəkmiş şəxs4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Gədəbəy şəhər avtovağzalının mehmanxanasında gözətçi işləyir. 2022-ci ilin noyabr ayında işlədiyi mehmanxanaya, əvvəllər tanımadığı sonradan ad və soyadını Təqsirləndirilən şəxs olduğunu bildiyi, bir nəfər şəxs müştəri qismində gəlib qalmişdir. Həmin şəxs, söhbət əsnasında, bilmişdir ki, o, Bərdə rayonunda yaşayır, oğlu Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən hərbi hissədə hərbi qulluqçu olduğuna görə, oğlunun yanına gəlmişdir. Sonra bir neçə dəfə həmin şəxs mehmanxanaya müştəri qismində gəlib qalmış və 2023-cü ilin fevral ayı ərizndə qalarkən, söhbət əsnasında bildirmişdir ki, veterandır və əlilliklə bağlı pensiya düzəltmək işində ona köməklik edə bilər. O, Təqsirləndirilən şəxs xahiş etmişdir ki, oğlu X3 pensiyasını bərpa etməkdə ona köməklik etsin. Belə ki, oğlu Amin Yusibov əvvəllər ikinci qrup əlil kimi 130 manat pensiya alırmış. Son iki ildə isə pensiyası kəsilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, əllilərin bərpa mərkəzində tanışları var və oğlu Aminin pensiyasını bərpa etməkdə ona köməklik göstərə bilər. Təqsirləndirilən şəxs bunun üçün ondan 3000 manat məbləğində pul istəmişdir. O, pulu verdikdən sonra, Təqsirləndirilən şəxs pulu da götürüb Bakı şəhərinə getmişdir. Üç-dörd gün sonra Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edərək,işin həlli üçün əlavə 1000 manat da pul istəmişdir. Telefon əlaqəsi zamanı o, Təqsirləndirilən şəxs həmin pulu avtobusla göndərməsini təklif etsə də Təqsirləndirilən şəxs onunla razılaşmayıb, heç kimə bu barədə məlumat verməməsini xahiş etmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs onun işlədiyi mehmanxanaya gəlmiş və ondan 1100 manat pul almışdır. Həmin məbləğin 1000 manatını iş üçün, 100 manatını isə yol pulu qismində almışdır. 2023-cü ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs işlədiyi mehmanxanaya gedib işin həlli üçün ondan əlavə olaraq 700 manat da pul almışdır. Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının sonunda yenidən işlədiyi mehmanxanaya gəlib ondan əlavə olaraq 500 manat da pul almışdır. Beləcə o, Təqsirləndirilən şəxs ümumillikdə 5300 manat pul vermişdir. Təqsirləndirilən şəxs həmin məbləğin 5000 manatını pensiyanı düzəldən şəxsə verəcəyini, 300 manatını isə yolxərci və digər xərclərə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs əvvəlcə bildirmişdir ki, 2023-cü ilin may ayında oğlunun pensiyası bərpa olunacaq, sonradan isə müxtəlif bəhanələrlə iyun ayında tam həll olunacağını demişdir. Sonuncu dəfə 13 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlamış və ondan sonra həmin nömrəyə zəng çatmamışdır. İndiyədək oğlu Aminin pensiyası bərpa olunmamış nə də ki,Təqsirləndirilən şəxs onun pulunu qaytarmamışdır. İkinci dəfə 1100 manat pulu verəndə yanında iş yoldaşı Şahid6 olmuşdur. Bundan başqa oğlu Amin pulun verilməsi prosessində həmişə onun yanında olub və pulu oğlu Amin sayıb Raufa vermişdir. Həmin pulun 1000 manatını atası X1 borc almış, qalan hissəsini isə kapital Bankdən kredit götürmüş, bir qismi isə maaşından və pensiyasından yığdığı pular olmuşdur. Ona dəymiş zərər ödənilərsə Təqsirləndirilən şəxs tutulmasını istəmir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, xəstəliyi ilə əlaqədar təqaüd alır. Təqsirləndirilən şəxs təxminən 4 ay əvvəl tanımışdır. Belə ki, o, Rauf ilə Tovuz rayon İcra Hakimiyyətinin qarşısında yerləşən “şəhər” parkında tanış olmuşdur. Həmin vaxt o, azyaşlı nəvəsini parka gəzməyə aparmışdır. O, parkda azyaşlı nəvəsi ilə gəzən zaman Rauf onun azyaşlı nəvəsinə yaxınlaşmış və nəvəsi ilə biraz oyun oynamışdır. Sonradan Rauf ona da yaxınlaşıb onunla salamlaşmışdır. Onların arasında ünsiyyət yaranmışdır. Söhbət əsnasında o, Raufdan haralı olduğunu soruşmuş, Rauf ona Xocalı qaçqını olduğunu və hazırda Bərdə şəhərində yaşadığını demişdir. O, Raufdan nə üçün Tovuz rayonuna gəldiyi barədə maraqlanmış, Rauf isə ona oğlunun Tovuz şəhərində yerləşən hərbi hissədə MAXHHQ-u olduğunu və oğluna pensiya düzəltmək üçün gəldiyini demişdir. Həmin gün onunla Rauf arasında səmimi söhbət olmuş, Rauf söhbət əsnasında ona qazi olduğunu və sözünün hər yerdə keçdiyini demişdir. O həmin vaxt fikirləşmişdir ki, gəlini Şahid3 işə düzəltmək barədə Raufla söhbət etsin, bəlkə işinə yarayar. Raufdan xahiş etmişdir ki, onun gəlini Səadət işsizdir, Səadəti işə düzəltməyə köməklik göstərsin. Rauf ona “Mən bütün idarələri təpiklə açıram, gəlininizi işə düzəltmək üçün dostum var ona ağız açaram” demişdir. Sonra onlar biri-birilərinin mobil nömrələrini qeyd etmişlər. Bundan sonra onlar danışıqlarını telefon vasitəsi ilə aparmışlar. Rauf telefonda onunla danışan zaman Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətində qohumunun olduğunu, gəlinini həmin Xidmətin Tovuz rayon şöbəsinə işə düzəldəcəyini demişdir. O, Raufdan gəlini Səadətin işə düzəlməyinə nə qədər xərci çıxacağını soruşmuşdur. Rauf gəlini Səadəti işə düzəldəcəyinə 12000 (on iki min) manat məbləğdə xərcinin çıxa biləcəyini, lakin 7000 (yeddi min ) manata çalışıb həll edəcəyini demişdir. O da Raufun qazi olduğuna inanmışdırr və onunla razılaşmışdır. Bundan sonra o, təxminən 4 ay ərzində müxtəlif vaxtlarda hissə-hissə olmaqla Raufa, avtobus vasitəsi ilə Yevlax rayonuna ümumilikdə 6700 (altı min yeddi yüz) manat pul göndərmişdir. Sonuncu 500 manat məbləğdə pulu o, Raufa yaşadığı evin yaxınlığında əlbəəl vermişdir. O, Raufa pul göndərəndə Rauf ona hər dəfə “Səbirli ol, gəlinin Səadətin işini danışmışam, qısa müddətdə gəlinin işə çıxacaq” demişdir. O da Raufun vədinə inanmaq məcburiyyətində olmuşdur. O bu günə qədər də Raufun istifadəsində olan mobil nörməyə durmadan zəng etdiyini, lakin Raufa zəng çatmadığını bildirmişdir. Belə başa düşmüşdür ki, Rauf onun etibarından suiistifadə edərək onu aldatmış, gəlinini işə düzəldəcəyini yalandan vəd edib, əməl etməmişdir. O da Raufun onu aldatdığına və ona qarşı dələduzluq etdiyinə görə Tovuz Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. O, Təqsirləndirilən şəxs verdiyi 7200 manat pulun 6700 manat məbləğini Tovuz rayon avtovağzalından tanımadığı avtobus sürücüləri vasitəsi ilə 2023-cü ilin təxminən may ayından avqust ayı ərzində ayrı-ayrı vaxtlarda hissə-hissə göndərmişdir. Son 500 manat pulu isə Tovuz şəhəri Nizami küçəsində yaşadığı evin yaxınlığında 2023-cü ilin avqust ayında, heç kəsin iştirakı olmadan, əlbəəl vermişdir. Hazırda ona vurulmuş zərər ödənilməmişdir. Ona vurulmuş zərərin ödənilməsini istəyir. Əks halda Təqsirləndirilən şəxs şikayətçidir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Elxan Məmmədov adına Tovuz şəhər tam orta məktəbdə ibtidai sinif müəlliməsidir və Təqsirləndirilən şəxs təxminən 6 ay əvvəl tanımışdır. Belə ki, onu Rauf ilə qonşusu Zərərçəkmiş şəxs2 tanış etmişdir. Bir gün Səhərlə o, Tovuz rayon İcra Hakimiyyətinin qarşısında yerləşən “şəhər” parkında Səhərin nəvəsini gəzdirərkən onlara bir nəfər orta yaşlı kişi yaxınlaşmışdır. Həmin şəxs Səhərlə salamlaşmışdır. O, Səhərdən həmin şəxsin kim olduğunu soruşanda Səhər, həmin şəxsi ona Rauf adı ilə təqdim etmişdir. Elə həmin yerdə Səhər ona: “Rauf yaxşı adamdır, yaxşı ətrafı var, mənim gəlinimi işə düzəldəcək” demişdir. İlk baxışdan Rauf ona xoş təəssürat bağışlamamışdır. Əyin-başından yuxarı təbəqəli insanların qohum-əqrabasına oxşamamışdır. Onun Raufun kimi isə işə düzəltməyinə inanmağı gəlməmişdir. Lakin Səhər israrla onu inandırmağa çalışmışdır ki, Raufun ətrafı böyükdür, narahat olma iş düzəldəndir. Onun inanmağı gəlməsə də yenə də özündə fikirləşmişdir ki, bəlkə yararlı adamdır, onun da oğlunu işə düzəldə bilər. O Raufa iki oğlunun olduğunu, oğlanlarından birini təcili yardıma sürücü düzəltmək istədiyini bildirmişdir. Rauf isə özündən razı-razı: “Elə işləri məhz mən həll edirəm, mənim əlimdədir, narahat olma” demişdir. O bu işin hansı məbləğə əmələ gələ biləcəyini soruşduqda, Rauf: “Elə işlər ən azı 4000-5000 manat civarında həll olunur, çalışıb 4000 həll edəcəm” demişdir. Sonra Ruaf onun telefon nömrəsini yazmışdır. Sonra telefon əlaqəsi zamanı Rauf ona: “Aramızda olan haq-hesabı Səhər bilməsin” demişdir. Rauf ilkin olaraq ona 2000 manat verməli olduğunu demişdir. İlk 2000 manat pulu o, Raufa 2023-cü ilin iyun ayın 14 və ya 15 tarixində, Tovuz rayon ərazisində yerləşən ASAN xidmət mərkəzinin qarşısında vermişdir. O, oraya taksi ilə getmişdir. Lakin Rauf: “Pulu mənə taksi sürücüsündən aralı yerdə ver, yoxsa götürməyəcəm” dediyi üçün, o məcbur qalıb taksidən uzaqlaşmışdır. Ətrafda heç kəsin olmadığı bir yerdə o, Raufa 2000 manat pulu vermişdir. Həmin hadisədən təxminən 15 gün keçdikdən sonra, 2023-cü ilin iyun ayının sonlarında, Rauf ondan digər 1000 manat məbləği də istəmişdir. Həmin 1000 manat pulu o, Raufa “şəhər” parkının ərazisində yerləşən “Ailəm univermağın” qarşısında hər hansı bir digər şəxsin iştirakı olmadan vermişdir. Təxminən 15 gün keçmişdir ki, Rauf ondan daha 1000 manat pul istəmişdir. Lakin həmin ərəfələr onun 1000 manat pulu olmadığı üçün o, Raufa Tovuz şəhəri Həzi Aslanov küçəsində yerləşən “Oba” marketin qarşısında hər hansı bir şəxsin iştirakçılığı olmadan 500 manat pul vermişdir. Təxminən bir aydan çox keçmişdir ki, Rauf ondan növbəti 500 manat məbləği də tələb etmişdir. Həmin məbləği 2023cü ilin avqust ayının sonlarında Tovuz şəhəri İstiqlal küçəsində yerləşən “Sultan” marketdə olan “Milliön” aparatı vasitəsilə ödəmişdir. Lakin heç qəbzini belə götürməmişdir. Həmin ərəfələr o, Raufla tez-tez əlaqə saxlamış, işini tələb etmişdir. Lakin Rauf hər dəfə “Düzələcək, yaxşı olacaq, tez bir zamanda oğlunun əmrini verəcəklər” deyə-deyə vaxtı uzatmışdır. Bundan sonra Rauf ona zəng edib: “Bu həftə əmri gətirib gəlirəm 1000 manat pul göndər” demişdir. Lakin verdikləri azmış kimi o, Raufa 2023-cü ilin sentyabr ayı ərzində 500 manat, bir həftə sonra isə 300 manat da pul vermişdir. Həmin pulları o yenə də Tovuz şəhəri Həzi Aslanov küçəsində yerləşən “Oba” marketin qarşısında heç kəsin iştirakı olmadan vermişdir. Həmin vaxtdan sonra Raufun mobil nömrəsinə zəng çatmamış, onun Raufla əlaqəsi kəsilmişdir. Nə işi düzəlmiş, nə də ki pulu qaytarılmışdır. O, Təqsirləndirilən şəxs verdiyi 4800 manat məbləğdə pulun hər birini Tovuz şəhər ərazisində, 2023-cü ilin yay ayları ərzində, ayrı-ayrı vaxtlarda, heç kəsin iştirakı olmadan, əlbəəl vermişdir. Yalnız bir dəfə 500 manat məbləğdə pulu “Milliön” aparatı vasitəsilə göndərmişdir. Bununla yanaşı onu da təkrarən bildirmişdir ki, həqiqətən də Rauf onun oğlunu işə düzəldəcəyi ilə onu aldadıb 4800 manat pulunu almışdır. Vurulmuş zərərdən Təqsirləndirilən şəxs heç bir ödəniş etməmişdir, ondan şikayətçidir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs3 Nazir qızına məhkəmə iclasının vaxti və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirakının üzrlü hesab olunması barədə məhkəməyə ərizə təqdim etməmişdir. Məhkəmənin təşəbbüsü ilə ibtidai istintaq orqanı tərəfindən qeyd edilmiş Zərərçəkmiş şəxs3 məxsus mobil telefonla əlaqə saxlanılmış, Zərərçəkmiş şəxs3 ona vurulmuş zərərin Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini bildirərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2ci maddəsinə əsasən zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs3 Nazir qızı ibtidai araşdırma zamanı istintaqa bildirmişdir ki, 8 ildir ki, Əzahirlə qeyri-rəsmi ailə həyatı yaşayır, rəsmi olaraq heç yerdə işləmir, təsərrüfatla məşğul olur. Həyat yoldaşı Əzahir əslən Xankəndi şəhərindəndir. Uzun müddətdir ki, ailə olaraq Şəki rayonu Çeşməli kəndində yaşayırlar. 2022-ci ilin sentyabr ayının 10-12-də, saat təxminən 18 radələrində evdə olarkən əvvəllər tanıdıqları Məhəmməd adlı tanışları onlara gəlmişdir. Məhəmmədin yanında da tanımadığı bir nəfər şəxs də olmuşdur. Məhəmməd həmin şəxsi onlara göstərib qonağının olduğunu demişdir. O və Əzahir həmin şəxsi tanımamışlar. Bu zaman həmin şəxs Əzahirə “Xankəndi şəhərində olan qonşusu Bəylərin oğludur” demişdir. Əzahir Bəyləri tanımış, ondan Bəylərin hansı oğlu olduğunu soruşduqda o, adının Rauf olduğunu demişdir. Bundan sonra Əzahir onu tanımışdır. Əzahir onları evə dəvət etmişdir. O, yemək hazırlamış, daha sonra onlar evdə oturub yeyib içmişlər. Söhbət zamanı Rauf Ağcabədi rayonunun Xocavənd kəndində valideynləri ilə birlikdə yaşadığını demişdir. Bir qədərdən sonra Məhəmməd durub getmişdir. Rauf isə onlarda qalmışdır. Söhbət zamanı Rauf onlara anasını Respublika xəstəxanasında əməliyyat etdirdiyini, həmin vaxtdan xəstəxananın baş həkimi ilə dostluq münasibətinin olduğunu demişdir. O, əvvəllər xəstəliklə bağlı təqaüd almış, lakin sonradan həmin təqaüd kəsilmişdir. Belə olduqda o, Raufa təqaüdünün kəsildiyini demişdir. Bu zaman Rauf ona baş həkimlə dostluq münasibətinin olduğunu, onun təqaüdünü bərpa etdirə bilcəyini demişdir. Belə deyib cibindən mobil telefonu çıxarıb harasa zəng vurmuşdur. Telefonu söndürdükdən sonra “danışdım, sizin təqaüd işiniz düzəldi, ancaq 1500 manat pul verməlisiniz, baş həkimə çatacaqdır” sözlərini işlətmişdir. Onlar da razılaşmışlar. Daha sonra Rauf həyat yoldaşı Əzahirdən veteran pulu alıb-almamasını soruşmuşdur. Əzahir isə veteran pulu almadığını demişdir. Bu zaman Rauf hərbi komissarlıqda tanışı olduğunu, onun vasitəsilə Əzahirə veteranlıq düzəldəcəyini, Əzahirin hər ay 120 manat pul alacağını, lakin bu iş üçün hərbi komisara 1500 manat pul vermək lazım olduğunu demişdir. Əzahir də onunla razılaşmışdır. Daha sonra yenidən Əzahirlə oturub yeyib-içmişlər. Rauf gecəni onlarda qalmışdır. Səhəri gün səhər saatlarında oğlu Orxanı Şəki şəhərinə göndərmişdir ki, baş həkimə pay olaraq Şəki halvası alsın. Orxan da gedib halva alıb gətirmişdir. Həmin gecəni də Rauf onlarda qalmış, səhəri gün səhər tezdən Rauf getmək üçün hazırlaşmışdır. O, yaşadıqları evin içərisində 3000 (üç min) manat pulu sayıb Raufa vermişdir. Rauf 3000 manat pulu götürüb cibinə qoymuşdur. Daha sonra ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri kağız parçasına yazıb onlara vermiş və 2 gündən sonra ona zəng etməklərini istəmişdir. Aradan 3 gün keçdikdən sonra Raufun verdiyi nömrələrə zəng vurmuşlar, lakin həmin nömrəyə zəng çatmamışdır. Aradan 10 gün keçdikdən sonra həyat yoldaşı Əzahirlə birlikdə Raufun anasgilin yaşadığı Ağcabədi rayonu Xocavənd kəndinə getmişdir. Raufun anası Əzahiri görən kimi tanımış, baş verənləri, Raufun ondan 3000 manat pul almasını və onları aldatdığını Raufun valideynlərinə danışmışlar. Anası isə Rauf barəsində kobud sözlər işlədərək, camaatın başına oyun açdığını demişdir. Onlardan Raufu haradan tapa biləcəklərini soruşduqda anası Raufun evdə olmadığını, 3 aydan çoxdur ki, onu görmədiklərini, onun tufeyli həyat tərzi sürdüyünü demişdir. Belə olduqda onlar məcbur olub Şəki rayonuna evlərinə qayıtmışlar. Bir neçə gün gözləmişlər, lakin Raufdan heç bir xəbər olmadığı üçün DİN-in 102 xidmətinə zəng edib Təqsirləndirilən şəxs onları aldatması barədə məlumat vermişdir. İş üzrə Şahid6 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs4 uzun illərdir ki, tanıyır, onunla birlikdə Gədəbəy şəhərində yerləşən mehmanxanada işləyir. Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayından tanıyır. Təqsirləndirilən şəxs bir neçə dəfə həmin mehmanxanaya gələrək orada qalmışdır. 2023-cü ilin fevral ayında, xatırlamadığı vaxtda, işlədiyi həmin mehmanxanada olan zaman Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs pul verdiyini görmüşdür. Bu zaman o, Zərərçəkmiş şəxs4 hansı səbəbdən Təqsirləndirilən şəxs pul verdiyini soruşan zaman o, Təqsirləndirilən şəxs əlillərin bərpa mərkəzində tanışının olduğunu, oğlu Aminin kəsilmiş pensiyasını bərpa etdirmək üçün ilkin olaraq ona 3000 manat pul verdiyini, Raufun ona Aminin pensiyasını bərpa etdirməyi barədə söz verdiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir neçə dəfə yenə də həmin otelə gələrək orada qalmışdır. Təqsirləndirilən şəxs otelə gəlişlərindən birində Zərərçəkmiş şəxs4 yenə də Təqsirləndirilən şəxs pul vermişdir. O, Əntiqədən bu barədə soruşan zaman Əntiqə, Raufa əlavə olaraq pensiyanın bərpası üçün 1000 manat, yol pulu üçün isə 100 manat verdiyini demişdir. O, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs 2 dəfə pul verdiyini görmüşdür. O, həmin iki dəfədə Əntiqənin, Raufa ümumilikdə 4100 manat pul verdiyini bilmişdir. Zərərçəkmiş şəxs4 həmin pulları Təqsirləndirilən şəxs verdikdən bir müddət sonra Təqsirləndirilən şəxs Əntiqənin telefonlarına cavab verməmiş,daha sonra isə nömrəsini dəyişmişdir. O, Əntiqənin Raufa 2 dəfə pul sayıb verdiyini kənardan görmüşdür. O, həmin pulların məbləğini görməsə də pulları verdikdən sonra Zərərçəkmiş şəxs4 ona bu barədə demişdir. Cinayət işi üzrə Şahid5 məhkəmə iclasında Şahid6 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 anasıdır. Təqsirləndirilən şəxs o, tanımır heç vaxt görməmişdir. 2023-cü ilin, may-iyun ayları ərzində anasınınn söhbət əsnasında, evdə olarkən, bir nəfər tanışının olduğunu, həmin şəxsin vasitəsilə arvadı Şahid3 Qida təhlükəsizliyinə, kompyuter mühəndisi vəzifəsinə işə düzəltmək istədiyini demişdir. O, da razılaşmışdır. Həmin ərəfələr anası Təqsirləndirilən şəxs ümumillikdə 7200 manat pul vermişdir. Bu barədə onun da xəbəri olmuşdur. İş üzrə məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1, Şahid3 ifadələri də Şahid2 ifadəsi ilə eyni məzmunludur. İş üzrə Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, anası Zərərçəkmiş şəxs1 və qardaşı X4 ilə birlikdə Tovuz şəhəri İsmayıl Mürşüdov küçəsi ev 14-də qeydiyyatda olmağına baxmayaraq faktiki olaraq Tovuz şəhəri Nizami küçəsi ev 6-da yaşayır. Xankəndi şəhər Kərkicahan qəsəbə sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla nə qohumluq nə də ki, ədavəti olmamışdır. Bir neçə gün bundan əvvəl bilmişdir ki, təxminən 2023-cü ilin iyunavqust ayları ərzində anası Zərərçəkmiş şəxs1, onu Tovuz rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım stansiyasına sürücü kimi işə qəbul etdirmək məqsədilə ona hissə-hissə 4.800 manat məbləğində nağd pul vermişdir. Aradan xeyli müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs nə onu işə qəbul etdirməmiş nə də ki, pulu qaytarmamışdır. Bundan sonra da anası Zərərçəkmiş şəxs1 gəlib bu barədə Tovuz RPŞ-yə ərizə ilə müraciət etmişdir. Bu müddət ərzində anası Zərərçəkmiş şəxs1 ona bu barədə heç bir söz bildirməməsinin səbəbini soruşduqda anası Zərərçəkmiş şəxs1 ona demişdir ki, onun işə qəbul olunacağını onun 16 avqustda yaşına sürpriz olaraq hədiyyə edəcəkmiş. İş üzrə ifadəsi elan olunmuş Şahid8 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, təxminən 15 ildir Şəki rayonunun dördyol adlanan ərazisində halva satmaqla qazanc əldə edir. Zərərçəkmiş şəxs3 və həyat yoldaşı Şahid7 uzun müddətdir tanıyır, normal münasibətləri vardır. Əvvəllər dördyol adlanan ərazidə yerləşən Çələbixan qəsəbəsində birlikdə yaşamışlar. Ötən ilin sentyabr ayının əvvəllərində səhər saatlarında evdən çıxıb dördyol adlanan əraziyə getmiş və halva satmağa başlamışdır. Həmin gün saat 17 radələrində təxminən 55 yaşında bir nəfər tanımadığı şəxs ona yaxınlaşıb onunla salamlaşıb yanında dayanmışdır. Təxminən 10 dəqiqə onunla söbət etmiş, Laçın rayonundan olduğunu demiş, lakin özünü təqdim etməmişdir. Söhbət zamanı həmin şəxs Şəki rayonunda Əzahir adlı qohumu olduğunu demiş və ondan onu tanıyıb-tanımadığını soruşmuşdur. O, həmin şəxsə Əzahiri tanıdığını, normal münasibətləri olduğunu, hazırda ailəsi ilə birlikdə Çeşməli kəndində yaşadığını demişdir. Ondan Əzahirin nömrəsini istəmişdir. O, Əzahirin nömrəsini ona vermişdir. Həmin şəxs zəng vurmuş, lakin Əzahirə zəng çatmamışdır. Həmin şəxs Şəki rayonunu tanımadığını demiş və onu Əzahirin yaşadığı ünvana aparmağını xahiş etmişdir. O, razı olduqdan sonra orada tanımadığı Ford markalı mikroavtobusa əyləşmişlər və Çeşməli kəndi istiqamətində getmişlər. Əzahirin yaşadığı ünvanın yanında 1 manat yol pulunu sürücüyə vermiş və onlar mikroavtobusdan düşmüşlər. Əzahirin yaşadığı ev magistral yolun kənarında yerləşir. O, qapıdan Əzahiri çağırmışdır. Əzahir evdən çıxmışdır. Onlar salamlaşmışlar. O, Əzahirə qohumunun gəldiyini demişdir. Bu zaman yanında olan həmin şəxs Əzahirə Xankəndi şəhərində onunla qonşuluqda yaşadığını, Bəylər kişinin oğlu olduğunu demişdir. Əzahir ondan Bəylərin hansı oğlu olduğunu soruşduqda, həmin şəxs adının Rauf olduğunu demişdir. Əzahir onu tanımış, onlar yenidən qucaqlaşıb görüşmüşlər. Əzahir onları evə dəvət etmişdir. Onlar evə daxil olmuşlar. Əzahirin həyat yoldaşı Vəfa da evdə olmuşdur. O, yemək hazırlamış. Əzahir, Rauf və o, oturub yeyib-içmişlər. Raufun danışığı və hərəkətləri onu narahat etmişdir. Belə ki, o, Əzahirin həyətdə olan heyvanlarına baxıb özündən razı şəkildə “belə heyvanları qapıda saxlamaram” kimi ifadələr işlədirdi. O, təxminən iki saat onlarla birlikdə oturmuş, daha sonra onlar ilə sağollaşıb oradan uzaqlaşmış və Çələbixan qəsəbəsinə yaşadığı evə getmişdir. Rauf isə həmin ünvanda qalmışdır. Təxminən 10 gün sonra Əzahir ona zəng edib Raufu dördyolda görüb-görmədiyini soruşmuşdur. O, isə Raufu görmədiyini demişdir. Təxminən bir ay sonra Əzahirin həyat yoldaşı Vəfa ona vatsap proqram vasitəsilə mesaj yazaraq, onun onların evinə apardığı Rauf adlı şəxsin onlardan pul alıb aldatdığını bildirmişdir. O, isə ona Polis şöbəsinə müraciət etməsini bildirmişdir. Bir neçə gün sonra Əzahirlə rastlaşdıqda ona Rauf adlı şəxsin onlara təqaüd düzəltməkdə köməklik göstərəcəyini deyib onlardan 3000 manat pul alıb aldatdığını demişdir. Həmin vaxtdan sonra o, Əzahiri və Rauf adlı şəxsi görməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl kifayət qədər sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmalıdır və o həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. İşin 1-ci cild 183-184-cü vərəqələrində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkum olunmasına baxmayaraq hazırda məhkumluğu yoxdur. İşin 145-147-ci vərəqələrində olan Tovuz Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli 4(062)-58/2023 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlamanın əvvəli 28 dekabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 Nazir qızına vurduğu zərəri ödəməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, həmçinin onun bundan öncəki cəza tədbirlərindən nəticə çıxarmayaraq islah olunmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və cəzanın məqsədlərinə uyğun hesab edir. İş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62ci və 70-ci maddələrinin tətbiq olunmasına əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 28 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 343-347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 dekabr 2023-cü il tarixdən hesablansın. Hökmdən 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti və şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №1(062)-70/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-70/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver