Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-73/2025 04.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural Leysan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Tovuz rayon Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Tovuz rayonu, Əlibəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olan, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda 2 saylı istintaq təcridxanasında saxlanılan, Tovuz Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli hökmü ilə 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, qərarı ilə cəzasının çəkilməmiş 04 ay 29 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədilə qanunsuz olaraq narkotik vasitə əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən, satış məqsədilə ayrı-ayrılıqda təmiz çəkiləri 6,58 qram, 89,56 qram, 44,66 qram, 4,69 qram, 5,15 qram və 3,49 qram olmaqla, ümumi təmiz çəkisi 154,13 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş mariuxananı qanunsuz olaraq əldə etmiş, üzərində saxlamış və daşımış, 2024-cü ilin dekabr ayının sonunda, istintaqa məlum olmayan gündə və vaxtda həmin narkotik vasitədən bir ədəd kibrit qutusunda olmaqla 6,58 qram çəkiyə malik hissəsini 100 (bir yüz) manat məbləğində pul müqabilində tanışı Şahid9 yaşadığı ünvan 1 ünvanında satmış, ayrı-ayrılıqda təmiz çəkiləri 89,56 qram, 44,66 qram, 4,69 qram, 5,15 qram və 3,49 qram olmaqla, ümumi təmiz çəkisi 147,55 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş mariuxananı satış məqsədilə əynində olan qara rəngli qış gödəkçəsinin iç hissəsində saxlamış, 03 fevral 2025-ci il tarixdə, saat 18:08 dəqiqədə Tovuz-Hunanlar avtomobil yolunun Əlimərdanlı kəndindən keçən hissəsində, yolun sağ tərəfində, dağətəyi ərazidə piyada hərəkətdə olan zaman Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq saxlanıldığı yerdə saat 18:08 dəqiqədən saat 18:43 dəqiqəyədək üzərinə baxış keçirilmiş və baxış zamanı 01 ədəd ağ rəngli sellofan torbanın içərisində 02 ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan paketlərdə olan gümüşü rəngli folqa kağız bükümlərində və 3 ədəd gümüşü rəngli folqa kağız bükümlərində, ayrıayrılıqda təmiz çəkiləri 89,56 qram, 44,66 qram, 4,69 qram, 5,15 qram və 3,49 qram olmaqla, ümumi təmiz çəkisi 147,55 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş mariuxana onun əynində olan qara rəngli qış gödəkçəsinin iç hissəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olduğunu qeyd edərək ifadəsində göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsusdur. Lakin həmin narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istifadə məqsədilə əldə edib saxlamışdır. Heç zaman heç kimə narkotik vasitə satmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2025-ci il tarixdə Bakı şəhərində İran vətəndaşından 800 manata almışdır. Həmin narkotik vasitə ucuz qiymətə təklif edildiyi üçün çox miqdarda almışdır. Hər dəfə 4-5 qram narkotik vasitə marixuana istifadə edir. Aldıqdan sonra həmin narkotik vasitənin bir hissəsini özü istifadə etmişdir. 03 fevral 2025-ci il tarixdə aldığı narkotik vasitənin qalanını götürüb Elnur adlı tanışının avtomobili ilə Tovuz rayonuna qayıtmış, saat 18 radələrində polis tərəfindən müəyyən edilərkən Tovuz rayonu Ceyrançöl ərazisində olmuşdur. Həmin vaxt onunla birlikdə “Anar”, “Turan”, “Günel”, “Emil” və “Elnur” adlı başqa şəxslər də olmuşdur. Həmin şəxslərlə narkotik vasitə çəkmək məqsədilə orada olmuşdur. Həmin vaxt üzərində 148 qrama yaxın qurudulmuş marixuana olmuşdur. Həmin narkotik vasitədən yanında olan şəxslərə verməyi və birlikdə istifadə etməyi nəzərdə tutmuşdur. Həmin şəxslərə narkotik vasitəni təmənnasız verəcəkmiş. Lakin polis əməkdaşları gəldikləri üçün niyyətini həyata keçirə bilməmişdir. Bakı şəhərindən Günellə birlikdə Elnurun avtomobili ilə gəlmişdir. Digər şəxslərlə əvvəlcədən telefonla danışaraq narkotik vasitə istifadə etmək üçün Tovuz rayonu Ceyrançöl ərazisində görüş təyin etmişlər. Polis əməkdaşları həmin yerə gəldikdə digər şəxslər qaçmağa nail olmuş, Günellə onu polislər saxlamışdır. O, polis əməkdaşlarına əynində qara rəngli qış gödəkçəsinin qarın nahiyyəsindən bir ədəd ağ rəngli sellofanı çıxarıb təqdim etmişdir. Həmin ağ rəngli sellofanı açıb içərisinə baxış keçirən zaman içərisində 3 ədəd gümüşü rəngli falqa və iki ədəd ağ rəngli üzəri yapışqanla lentlənmiş sellofanda olan kütlələr aşkar edilmişdir. Saxlanılan zaman polis əməkdaşları tərəfindən video çəkiliş aparılmışdır. Aşkar olunmuş narkotik vasitənin ona məxsus olması və ondan aşkar olunması ilə bağlı heç bir narazılığı yoxdur. Lakin həmin narkotik vasitəni satış məqsədilə əldə edib saxlamamışdır. Yanında olan şəxslərə həmin narkotik vasitəni təmannasız verməyi və istifadə etməyi nəzərdə tutmuşdur. Heç kimə narkotik vasitə satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Tovuz RPŞ-si NMQ-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi faktına dair daxil olmuş əməliyyat məlumatının yoxlanılması və realizə edilməsi məqsədilə Tovuz RPŞ-si PPX-nin bölük komandiri vəzifəsində işləyən, polis kapitanı Şahid3, Tovuz RPŞ-si CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı Şahid2, Tovuz RPŞ-si PPXnin bölük komandiri müavini vəzifəsində işləyən, polis baş leytenantı Şahid4 və Tovuz RPŞ-si PPX-nin polis nəfəri polis serjantı Şahid5 ilə birlikdə 03 fevral 2025-ci il tarixdə, saat 18:08 dəqiqədə Təqsirləndirilən şəxs Tovuz-Hunanlr kənd yolunun Tovuz rayonu, Əlimərdanlı kəndi ərazisindən keçən hissəsində yolun sağ tərəf hissəsində dağətəyi ərazidə piyada hərəkətdə olarkən müəyyən edib yaxınlaşaraq özlərini polis əməkdaşı olaraq təqdim edib, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsində şübhəli olduğunu bildirmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ tərəflərindən izah edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üzərini həmin yerdə yoxlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu etiraf edərək üzərində olan qara rəngli qış gödəkçəsinin qarın nahiyyəsindən bir ədəd ağ rəngli sellofanı çıxarıb təqdim etmişdir. Həmin sellofanda olan kütləyə baxış keçirilmişdir. Baxış zamanı sellofanın içərisində 03 ədəd gümüşü rəngli folqada və 02 ədəd ağ rəngli üzəri yapışqanlı lentlənmiş sellofanda olan, yaşıl rəngli, kəskin iyli ilkin görünüşdən narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynindəki qara rəngli qış gödəkçəsinin qarın nahiyyəsindən çıxarıb təqdim etdiyi bir ədəd ağ rəngli sellofanda olan kütlələr narkotik vasitə hesab edilən qurudulmuş marixuanadır. Həmin kütləni xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Məştağa qəsəbəsində tanımadığı İran İslam Respublikası vətəndaşından online sifariş yolu ilə ümumilikdə 800 manat pul vəsaiti qarşılığında satın almış və deməsinə görə öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bunda sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütlə bir ədəd elektron tərəzidə çəkilmişdir. Həmin kütlələrin çəkisi sellofanla birlikdə 179,95 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd kibrit qutusunda olan kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs əvvəllər hər hansı bir şəxs(lər)ə qanunsuz olaraq narkotik vasitə satması barədə hazırda dəqiqləşdirilməmiş əməliyyat məlumatı vardır. Təqsirləndirilən şəxs narkotik vasitə satın almış şəxslərin şəxsiyyəti müəyyən edilərək istintaqa təqdim olunacaq. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilərək ifadələri alınmış Şahid3, Şahid2, Şahid4 və Şahid5 öz ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və hazırda heç bir yerdə işləmir. “Con” ləqəbli Təqsirləndirilən şəxs tanıyır. Belə ki, əvvəllər “Con” ləqəbli Təqsirləndirilən şəxs narkotik vasitə satın almışdır. 2025-ci ilin yanvar ayının əvvəlində o, “Con” ləqəbi ilə tanıdığı Təqsirləndirilən şəxs 100 (yüz) manat pul vəsaiti qarşılığında satın almışdır. Belə ki, o, Təqsirləndirilən şəxs mobil nömrəsinə öz istifadəsində olan mobil nömrədən zəng edib narkotik vasitəsi olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs də ona narkotik vasitəsi, yəni qurudulmuş marixuanası olduğunu bildirmişdir. O, ödəniş etmək üçün Təqsirləndirilən şəxs kart hesabını almış və Tovuz şəhəri, Heydər Əliyev prospektində yerləşən marketdə quraşdırılmış “e-manat” ödəmə terminalından 100 manat pul vəsaiti göndərmişdir. Təqsirləndirilən şəxs kartının nömrəsini ona telefonla danışarkən səsli şəkildə demiş və o, danışa-danışa terminala qeyd edib pulu göndərmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs kart hesabını hazırda xatırlamır. Ödəniş etdikdən sonra o, tək Tovuz şəhəri Heydər Əliyev prospektində yerləşən “Əlillər binası”nda yaşayadığı mənzilin yanından keçərkən Təqsirləndirilən şəxs içərisində narkotik vasitə olan kibrit qutusunu evinin pəncərəsindən küçəyə atmışdır. O, kibrit qutusunu götürüb həmin qutudakı narkotik vasitədən bir dəfə istifadə etmişdir. Daha sonra qalan hissəsini üzərində şəxsi istifadəsi üçün gizlədib saxlamışdır. Bundan təxminən 20 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə Tovuz RPŞ-nin polis əməkdaşları tərəfindən üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməyində şübhəli olduğu üçün tutulmuşdur. O, tutularkən də Təqsirləndirilən şəxs aldığı narkotik vasitə üzərində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 16 radələrində dostu Turanla birlikdə idarə etdiyi X6 markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı gümüşü rəngli avtomobili ilə Tovuz rayonu Hunanlar kəndinə Kür çayının üzərində olan körpünün yanına hava almağa getmişdir. Həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Körpünün üzərində avtomobili saxlayıb Turanla Kür çayına baxan zaman tanışı Elxan da oraya gəlmişdir. Onun yanında tanımadığı iki nəfər şəxs də olmuşdur. Onlar salamlaşıb söhbət edərkən oraya polislər gəlmişlər. O, sərxoş olduğu üçün polisin onu yaxalaya biləcəyindən qorxub avtomobilinə əyləşib qaçmışdır. O, idarə etdiyi avtomobili ilə evinə doğru hərəkət etmişdir. Tovuz şəhəri Mərdan Musayev küçəsində yerləşən Aura marketin yaxınlığında Tovuz RPŞ-nin əməkdaşları onu saxlamışlar. Bundan sonra polis əməkdaşlarının dəvəti ilə Tovuz RPŞ-yə getmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə almaq niyyəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir. Narkotik vasitə olan marixuanadan istifadə edir. O, Şahid8 2024-cü ilin yay aylarından taksi kimi tanıyır. Şahid8 “Kia Rio” markalı avtomobili var. “Con” ləqəbli Təqsirləndirilən şəxs və Şahid15ı isə uzun müddətdir ki tanıyır. O, hazırda dəqiq xatırlamadığı tarix və vaxtlarda dəfələrlə Təqsirləndirilən şəxslə birlikdə Tovuz rayonu ərazisində narkotik vasitə olan marixuananı istifadə etmişdir. Bəzi vaxtlar patı olaraq bildiyi psixotrop maddə olan metamfetamin də istifadə etmişlər. Təqsirləndirilən şəxslə birlikdə istifadə etdiyi bütün narkotik vasitə və psixotrop maddələri Təqsirləndirilən şəxs özü ona pulsuz vermişdir. Belə ki, Təqsirləndirilən şəxs özü istifadə etdiyi narkotik vasitə və psixotrop maddələrdən ona da biraz istifadə etməyə vermişdir. Qarşılığında isə ondan heçnə istəməmişdir. xx.xx.2025-ci il tarixdə saat 16 radələrində o, Gəncə şəhər avtovağzalından yaşadığı ünvana getmək üçün taksi gözləmişdir. Bu vaxt Şahid8la telefon əlaqəsi yaratmışdır. Telefon danışıqları zamanı Şahid8 harada olduğunu soruşmuş, sonuncu ona Bakı şəhərindən Tovuz rayonuna gəldiyini demişdir. O, Gəncə şəhərində olduğunu deyib onu da götürməsini xahiş etmişdir. Daha sonra Şahid8 avtomobilinə əyləşmişdir. O, Gəncə şəhərində Şahid8 məxsus avtomobilə əyləşdikdə avtomobilin qabaq oturacağında “Con” ləqəbli Təqsirləndirilən şəxs də əyləşdiyini görmüşdür. Onlar Tovuz rayonuna çatdıqda Şahid8 ona Hunanlar kəndində işinin olduğunu deyib ora getmək istədiyini demişdir. O, da razılaşmışdır. Bundan sonra onlar üçü Şahid8 məxsus avtomobillə Girzan olaraq tanıdığı, Tovuz rayonu, Hunanlar kəndinə getmişdir. Onlar Tovuz rayonu, Hunanlar kəndində “Günəş” restoranının yaxınlığında çöllük ərazidə dayanmışlar. Ora çatana qədər yolboyu Elxan və Elnur mobil telefonla danışmışlar, lakin nə danışdıqlarını musiqi səsindən eşidə bilməmişdir. Onlar Hunanlar kəndi ərazisində çöllük əraziyə çatdıqda Təqsirləndirilən şəxs “biraz nəşə çəkib başımızı açıb sonra qayıdarıq” demişdir. Şahid8 da razılaşmışdır. O, isə arxada sakit əyləşmişdir. Onlar ora çatdıqdan sonra o, Şahid15 məxsus Hyundai markalı avtomobili də görmüşdür. Şahid15 də avtomobildən düşmüşdür. O, Şahid15 yanında kiminsə olduğuna diqqət etməmişdir. Onlar bir qədər söhbət etmişlər. Bu vaxt olduğuqları yerə polis əməkdaşları gəlmişlər. Elnur və Elxan avtomobilin qapısını açıb oturmuşlar. Elnur avtomobili işə salıb sürmək istədikdə avtomobilin altı yerə dəymişdir. Bu vaxt onlar avtomobildən yerə düşmüşlər. Elxan avtomobildən düşüb qaçmağa başlamışdır. O, çantanı götürmək istədikdə Elnur ön oturacağın yanından qara rəngli polietilen torba götürüb arxa oturacağın üzərinə atmışdır. Torba onun çantasının içinə düşmüşdür. O, həmin torbanı götürüb atmaq istədikdə polis əməkdaşı onu saxlamışdır. Polis əməkdaşları onun üzərində narkotik vasitə olduğundan şübhələndiklərini, üzərinə baxış keçirəcəklərini demişlər. Həmçinin ona üzərinə baxış keçirməklərinə etirazının olub-olmadığını soruşmuşlar. O, polis əməkdaşlarına heç bir etirazının olmadığını demişdir. Baxış keçirməzdən əvvəl ondan üzərində əldə edilməsi, daşınması, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya olubolmadığı soruşulmuşdur. O, içərisində nəyin olduğunu bilmədiyi torbanı polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşları onun üzərinə üstdən baxış keçirilmişdir. Onun üzərindən əldə edilməsi, daşınması, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları onu Tovuz RPŞ-yə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Şahid15 ona birlikdə Tovuz rayonu, Girzan kəndinə gedib gəzməyi, biraz hava almağı təklif etmişdir. O, da razılaşmışdır. Bundan sonra Şahid15 məxsus Hyundai markalı avtomobillə Tovuz rayonu, Hunanlar kəndinə getmişlər. Onlar Hunanlar kəndi ərazisində çöllük ərazidə olan zaman Tovuz rayon sakinləri Şahid8, Təqsirləndirilən şəxs və Şahid6 da orada görmüşdür. Şahid8 məxsus Kia markalı avtomobil də orada dayanmışdır. Bİr qədər söhbət etdikdən sonra Anar gələnlər olduğunu demiş və o, tez asfalt yola tərəf qaçmışdır. Bundan sonra Anar onu avtomobili ilə götürmüşdür. Daha sonra onlar Anarla birlikdə sonuncuya məxsus avtomobillə oradan uzaqlaşmışlar. Onlar Tovuz rayonu, Aşağı Öysüzlü kəndi ərazisində yerləşən “Qrand” marketin qarşısında avtomobillə hərəkətdə olarkən polis əməkdaşları onları müəyyən edib yaxınlaşmış və daha sonra onları Tovuz RPŞ-yə dəvət etmişlər. xx.xx.2025-ci il tarixdə onun üzərində narkotik vasitə olmamışdır. O, Təqsirləndirilən şəxs ilə xx.xx.2025-ci il tarixdə ümumiyyətlə telefon əlaqəsi yaratmamışdır. Nə də hər hansı bir formada Hunanlar kəndində görüşməyə dair razılığa getməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, “Con” ləqəbli Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə olan marixuana satın almışdır. Belə ki, 2024-cü ilin yay aylarında hazırda dəqiq xatırlamadığı gündə və saatda o, “Con” ləqəbli Təqsirləndirilən şəxs zəng edərək narkotik vasitə satın almaq istədiyini demişdir. “Con” ləqəbli Təqsirləndirilən şəxs də onunla razılaşmışdır. Bundan sonra o, tək Təqsirləndirilən şəxs yaşadığı, Tovuz şəhəri Heydər Əliyev prospekti ərazisində yerləşən “Əlillər binası” olaraq bilinən əraziyə gedib oradan Təqsirləndirilən şəxs özündən 15 (on beş) manat pul vəsaiti qarşılığında 02 (iki) büküm qurudulmuş marixuana satın almışdır. O, 15 manat pulu hazırda xatırlamadığı Təqsirləndirilən şəxs ona bildirdiyi kart hesabına göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 və Şahid14 Təqsirləndirilən şəxs tanısalar da ondan narkotik vasitə almadıqlarını bildirmişlər. Məhkəmə iclasında Şahid11 və Şahid8 ibtidai istintaq zamanı şahid qismində ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin üstünün yoxlanılması haqqında 03 fevral 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 18:08 dəqiqədən saat 18:43 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin qarın nahiyəsindən 03 ədəd gümüşü rəngli falqa və 2 ədəd ağ rəngli üzəri yapışqanla lentlənmiş sellofanda olmaqla, sonradan məhkəməbioloji ekspertizasının rəyinə əsasən təmiz çəkisi 147,55 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında 03 fevral 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 19:33 dəqiqədə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə video çəkiliş aparılmaqla saat 19:43 dəqiqədən saat 19:55 dəqiqəyədək əməliyyat axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş bir ədəd DİN-nin 177 nömrəli möhürü ilə möhürlənmiş zərfə baxış keçirilən zaman həmin zərfin içərisində 03 ədəd gümüşü rəngli falqa və 02 ədəd ağ rəngli üzəri yapışqanla lentlənmiş sellofanda olmaqla, sonradan məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən təmiz çəkisi 147,55 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məxsus olan və hadisə ərəfəsində sonuncunun istifadə etdiyi “Redmi” markalı mobil telefona baxış keçirilməsinə dair protokoldan görünür ki, mobil telefonun “Watsapp” proqramında profil (hesab) şəklində ərəb əlifbası ilə dini yazı şəkili olan, ad hissəsinə “Aaaaaaa” yazılmış, +98 935 053 0519 saylı, İran İslam Respublikası ərazisində fəaliyyət göstərən operatora aid mobil nömrənin istifadəçisi ilə başlama anı 02 fevral 2025-ci il tarixdə, saat 20:51 dəqiqədən olan və 03 fevral 2025-ci il tarixdə saat 13:59 dəqiqəyədək narkotik vasitənin alqı-satqısını təsdiq edəcək məzmunda səsli və yazılı mesajlar, ödəniş qəbzlərinin görüntüsü öz əksini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 04 fevral 2025-ci il tarixli 16/99 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş kütlə” yazı və imzalar olan kağız paketdəki 02 (iki) ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan paketlərdə olan gümüşü folqa kağız bükümlərdə və 03 (üç) ədəd gümüşü rəngli folqa kağız bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 89,56 qram, 44,66 qram, 4,69 qram, 5,15 qram, 3,49 qram ümumi təmiz çəkisi 147,55 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, marixuana Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in 1-ci siyahısının İİ bəndinə daxildir. Qeyd: Marixuananın ümumi təmiz çəkisi 147,55 qram. -tədqiqata cəmi sərf edildi-0,25 qram, qalıq-147,30 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserindən əldə edilmiş 04 aprel 2025-ci il tarixli, 498 nömrəli rəy ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə 09 aprel 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd ağ rəngli sellofan torbanın içərisində olan təmiz çəkisi 147,55 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, “Təqsirləndirilən şəxs 2024-cü ilin dekabr ayının sonunda, istintaqa məlum olmayan gündə və vaxtda həmin narkotik vasitədən bir ədəd kibrit qutusunda olmaqla 6,58 qram çəkiyə malik hissəsini 100 (bir yüz) manat məbləğində pul müqabilində tanışı Şahid9 yaşadığı ünvan 1 ünvanında satması” hissəsi üzrə ittiham təsdiq edilmir. Belə ki, hər şeydən əvvəl ittihamda göstərilən vaxt üzrə ciddi uyğunsuzluq mövcuddur. İttihamda dekabr ayının sonu göstərilsə də, Şahid9 ifadəsində narkotik vasitəni 2025-ci ilin yanvar ayının əvvəlində aldığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş başqa bir işə aid “şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokoldan isə görünür ki, həmin maddə Şahid9 18 yanvar 2025-ci il tarixdə aşkar edilmişdir. Təqsirləndirilən şəxs da ifadəsində narkotik vasitəni xx.xx.2025-ci il tarixdə Bakı şəhərində aldığını, xx.xx.2025-ci ildə isə Tovuz rayonuna qayıtdıqdan sonra polis tərəfindən saxlanıldığını bildirmişdir. Onun mobil telefonuna keçirilmiş baxış zamanı məhz bu tarixlərə uyğun narkotik vasitəni satan şəxslə aralarında həmin maddənin alğı-satqısını təsdiq edən səsli və yazılı mesajlar, habelə ödəniş qəbzlərinin görüntüləri aşkar edilmişdir. Buna baxmayaraq bu ziddiyyətlər ibtidai istintaq zamanı aydınlaşdırılmamışdır. Habelə ittihamda satıldığı qeyd olunan narkotik vasitənin 6,58 qram çəkidə olması göstərilsə də, nə həmin maddənin tərkibi və çəkisinə dair ekspert rəyi iş materiallarına əlavə olunmuş, nə də həmin maddə narkotik vasitədirsə maddi sübut kimi tanınmışdır. Üstəlik, cinayət işinə əlavə edilmiş başqa bir işə aid “şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokola əsasən Şahid9 aşkar edilmiş maddənin polis əməkdaşları tərəfindən çəkilməsi zamanı onun çəkisi 9,36 qram təşkil etmişdir ki, bu da ittihamda göstərilən çəki ilə ziddiyyət təşkil edir. Bundan başqa, Şahid9 və Təqsirləndirilən şəxs aşkar edilən maddələrin eyni olubolmaması araşdırılmamış, onların tərkibinin eyniləşdirilməsi üçün zəruri olan ekspert rəyi cinayət işinə əlavə edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndinin 2-ci hissəsi də nəzərə alınmaqla ittiham bu hissədə əsassız hesab edilir. Məhkəmə həmçinin qeyd edir ki, ittihamın göstərilən hissəsinin əsassız hesab edilməsi cinayətin tövsifinin dəyişməsinə səbəb olmur Məhkəmə hesab edir ki, ittihamın qalan hissəsi əsaslı olmaqla mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin məhkəmə iclasında ifadəsi, şahidlərin ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməmiş və üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edərək daşıdığını, heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq həmin narkotik vasitəni satış məqsədilə əldə etməməsinə, saxlamamasına, daşımamasına və satmamasına dair ifadəsini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir, həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verilməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən təqsirləndirilən şəxsin özünün ifadəsində göstərdiyi hallar, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilir. Belə ki, təqsirləndirilən şəxs öz ifadəsində aşkar olunmuş narkotik vasitəni digər şəxslərə pul qarşılığında deyil, təmənnasız olaraq verməyi nəzərdə tutduğunu, onunla birlikdə saxlanılan şəxslərlə bu məqsədlə görüş təyin edib görüşməsini, lakin polis tərəfindən saxlanıldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin miqdarı şəxsi istifadə üçün nəzərəçarpan dərəcədə çox olmuş, həmçinin xırda bağlamalara bükülmüşdür. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şahid9, Şahid6, Şahid13, Şahid11 və Şahid8 əvvəllər müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs narkotik vasitə almaları ilə bağlı ifadələri də Təqsirləndirilən şəxs hazırki iş üzrə aşkar edilmiş narkotik vasitəni də satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı qənaəti daha da möhkəmləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Təqsirləndirilən şəxs 03 fevral 2025-ci il tarixdə saat 19:33 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində Tovuz Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli qərarı ilə 03 fevral 2025-ci il tarixdən hesablanmaqla 03 may 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il, 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 06 ay, 13 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını tam çəkdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il, 08 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 04 ay, 29 gün vaxtından əvvəl şərti azad edilmişdir. Tovuz Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 1(062)-26/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(062)-16 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 6 (altı) ay 13 (on üç) gün hissəsi Tovuz Rayon Məhkəməsinin 01 fevral 2023cü il tarixli, 1(062)-26/2023 saylı hökmü ilə təyin edilmiş cəzaya qismən birləşdirilmiş, tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla ona qəti olaraq hökmlərin məcmusu üzrə 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(002)-646/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 1(062)-26/2023 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 04 ay 29 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması (AR CM-59.1.4) məhkəmə tərəfindən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həbsdə saxlanıldığı müddətlər ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 03 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 03 fevral 2025-ci il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Tovuz RPŞ-nin saxlancına verilmiş 147.3 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 30.4 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №1(062)-73/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-73/2025
04.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver