Məhkəmə qərarları › İş №1(062)-74/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-74/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-74/2023 30.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə 30 may 2023-cü il tarixdə, Tovuz şəhərində xx.xx.1983-cü ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, himayəsində azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Tovuz rayonu Abulbəyli kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd göy rəngli polietilen torbanın içərisinə qoyulmuş şəffaf rəngli polietilen torbada olan təmiz çəkisi 110,26 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib əynində olan qara rəngli qış gödəkçəsinin sağ iç yan cibində saxlamış, 19 mart 2023-cü il tarixdə, saat 20 radələrində Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz şəhəri Heydər Əliyev prospektində yerləşən Tovuz şəhər parkının qarşısında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında həmin tarixdə, saat 20:50-də üzərinə keçirilmiş şəxsi axtarış zamanı qanunsuz olaraq əldə edib üzərində saxladığı 1 ədəd göy rəngli polietilen torbanın içərisinə qoyulmuş şəffaf rəngli polietilen torbada olan təmiz çəkisi 110,26 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan qara rəngli qış gödəkçəsinin sağ iç yan cibində aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, hazırda Tovuz şəhəri Xəqani küçəsi ev 59-da qeydiyyatdadır və faktiki olaraq Tovuz rayonu Abulbəyli kəndində yaşayır, heç bir yerdə işləmir. Uzun müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurub çəkməklə qəbul edir. Təxminən 3-4 ay bundan əvvəl Kür çayının Tovuz rayonu Hunanlar kəndinin ərazisindən keçən hissəsinə balıq tutmağa getmişdir. Orada Kür çayının kənarında bitmiş narkotik vasitənin yarpaqlarından yığıb özü istifadə etmək üçün özü ilə götürdüyü sellofan torbaya yığmış və öz yaşadığı evə gətirib heç kimə bildirmədən saxlamışdır. 19 mart 2023-cü il tarixdə saat 20 radələrində həmin narkotik vasitəni bir ədəd şəffaf rəngli sellofana qoymuş, həmin sellofan bükülüdə göy rəngli sellofan torbaya qoyub əynində olan qara rəngli gödəkçəsinin sağ iç yan cibinə qoyub Tovuz şəhər parkının qarşısına getmişdir. Tovuz şəhər parkının qarşısında dayanan zaman 3 nəfər mülkü formalı şəxslər ona yaxınlaşıb özlərini ona təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməyində və saxlamağında ondan şübhələndiklərini bildirmişlər və onu xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Tovuz rayon polis şöbəsinə dəvət etmişlər. O, onlara etiraz etməmişdir onlar onu Tovuz rayon PŞ-nə gətirmişlər. Tovuz rayon PŞ-də ona izah edilmişdir ki, narkotik vasitə saxlayıb gəzdirməkdə şübhəlidir ona görə gətirilmişdir, üstünə baxış keçiriləcəkdir. Polis şöbəsində ona vəkillərin siyahısını təqdim etmişlər və onun istəyinə uyğun olaraq vəkil X6 onun müdafiəçisi qismində dəvət olunmuşdur. Bundan sonra təhqiqatçı vəkilin iştirakı ilə onun hüquqlarını ona izah edib ona nə üçün gətirildiyini bildirdikdən sonra ona üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub olmamasını soruşmuşlar. O onlara üzərində saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş narkotik vasitə olduğunu bildirərək əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan iç cibində olan göy rəngli sellafona bükülmüş narkotik vasitəni təqdim etmişdir. Onun üzərindən aşkar edilmiş sellafon torbaya baxış keçirilmişdir. Baxış zamanı aşkar edilərək götürülmüş göy rəngli sellafon torbanın içərisində şəffaf sellafona bükülü yaşıl rəngli kəskin iyli ilkin baxışdan narkotiok vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar edilmişdir. Bundan sonra vəkilinin və polis əməkdaşlarının iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı, onun üzərindən əlavə saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. O, özü polis əməkdaşlarına bildirmişdir ki, həmin üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı o 3 ay bundan əvvəl Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində bitmiş çətənə kollarınından yığıb özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Həmin üzərindən aşkar edilərək götürülmüş sellafon torbanın içərisindəki yaşıl rəngli kəskin iyli ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləyə vəkilinin və polis əməkdaşlarının iştirakları ilə baxış keçirilmiş və sellafon bükülünün içərisindəki yaşıl rəngli kəskin iyili kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını müəyyən etmişlər. Həmin narkotik vasitə elektron tərəzisində çəkilmişdir, həmin kütlə sellafonla birlikdə 139 qram olmuşdur. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana vəkilinin, polis əməkdaşlarının iştirakı ilə bir ədəd kağız zərfə qoyulub qablaşdırılmışdır və zərfin ağzı möhürlənmişdir. Zərfin üstü isə o, vəkili Orxan Dəmirli, şəxsi axtarışda iştirak edən polis əməkdaşları tərəfindən imzalanmışdır və polis əməkdaşları tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmışdır. Bu barədə X4 tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur, protokol doğru tərtib edildiyi üçün o və digər iştirakçılar imza etmişlər. Törətdiyi əməldən peşmandır. Hazırda əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Cinayət işi üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, hazırda Tovuz rayon PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Tovuz rayonu Abulbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs ilə heç bir qohumluğu və ədavəti olmamışdır. Onun qanunsuz olaraq narkotik vasitə gəzdirdiyi və narkotik vasitə qəbul etməsi barədə ona məlumatlar daxil olmuşdur. 19 mart 2023-cü il tarixdə o Tovuz rayonu Abulbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməkdə və gəzdirməkdə şübhəli olduğu üçün bu barədə əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmişdir. Qərar RPŞ-nin rəisi tərəfindən təsdiq olunduqdan sonra 19 mart 2023-cü il tarixdə saat 20 radələrində PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 oğlu və NMQ-nun əməliyyat müvəkkili X2 ilə birlikdə Təqsirləndirilən şəxs Tovuz şəhər parkının qarşısında müəyyən edərək saxlayıb özlərini təqdim edərək ona polis əməkdaşları olduqlarını bildirmişlər. Onun üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində ondan şübhələndiklərini bildirərək ona Tovuz RPŞ-nə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmişdir və onlar onu Tovuz rayon PŞ-nə gətirmişlər. O, bu barədə raportla rəisə məruzə etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək qanuni tədbir görülməsi RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı Məhərrəm Məmmədova həvalə olunmuşdur. X4 tərəfindən müvafiq sənədləşdirmə aparılaraq Təqsirləndirilən şəxs öz istədiyi müdafiəçi Tovuz rayon vəkil bürosunun vəkili X6 ilə təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair qərar onun müdafiəçisi Orxan Dəmirlinin iştirakı ilə oxunub onlara elan edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl ona üstündə əldə edilməsi, saxlanması və daşınması qanunla qadağan olunan hər hansı bir əşyanın olub olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanması və daşınması qanunla qadağan edilmiş əşya olduğunu bildirib əynində olan qara rəngli qış gödəkçəsinin sağ iç yan cibindən bir ədəd göy rəngli sellafonu çıxararaq təqdim etmişdir. Onun təqdim etdiyi sellafon açılaraq içərisinə baxış keçirilən zaman sellafonun içərisində yaşıl rəngli, kəskin iyli ilkin görünüşdən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun təqdim etdiyi kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır, həmin narkotik vasitə olan marixuananı o təxminən 3 ay bundan əvvəl Kür çayının Tovuz rayonu Hunanlar kəndinin ərazisindən keçən hissəsindən yabanı halda bitmiş çətənə bitkilərinin yarpaqlarından yığaraq özü istifadə etmək üçün qurudub üzərində saxlamışdır. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilmişdir, həmin kütlə sellafonla birlikdə 139 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd sellafon torbada olan narkotik vasitəyə bənzər kütlə bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı bağlanaraq AR-sı DİN-nin 177 saylı möhürü ilə möhürlənmiş və zərfin üstü Təqsirləndirilən şəxs, vəkili Orxan Dəmirlinin, iştirakçı polis əməkdaşı İntiqam Allahverdiyevin, Şahid3 və onun tərəfindən imzalandıqdan sonra X4 tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. İş üzrə şahid X1 və Şahid3 oğlunun ifadəsi Şahid1 məhkəmə iclasında verdiyi ifadəsi ilə eyni məzmunludur. Cinayət işinin 29-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli 16/331 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertizanın dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik təşkil edir. İşin 30-cu vərəqəsində olan 20 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 16/331saylı rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd göy rəngli polietilen torbada təmiz çəkisi 110,26 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İşin 79-cu vərəqəsində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs həkim-psixiatrın və həkim narkoloqun dispanser qeydiyyatında dayanmır. Cinayət işinin 76-cı vərəqəsində olan 05 aprel 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 578 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 6-cı vərəqəsində olan şübhəli şəxsi tutma haqda 19 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 51-ci vərəqəsində olan 21 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad olunmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 63-cü vərəqəsində olan tələbnamədən Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı müəyyən edilir. Cinayət işinin 60-cı vərəqəsində olan xasiyyətnamədən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunduğu müəyyən olunur. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2008-ci ildə Hikmət adlı uşağı anadan olmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış bir-birini tamamlayan sübutların cəminə obyektiv qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl tam sübuta yetirilir, onun bu əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətini etiraf edib, əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs 19 mart 2023-cü il tarixdən 21 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlağın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifəlri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər. 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. Alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Eyni zamanada Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması vəzifəsi qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Tovuz Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tədiqiqata sərf edildikdən sonra qalmış 110,21 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Cinayət işi üzrə çəkildmiş 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Tovuz rayon ərazisi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan Tovuz Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tədiqiqata sərf edildikdən sonra qalmış 110.21 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə çəkilmiş 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar