Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-74/2025 02.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə xx.xx.1968-cı ildə Gədəbəy rayonu Göyəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, evli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Gədəbəy rayonu Göyəlli kəndində qeydiyyatda olan və həbs edilənədək Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi “Kristal ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və 28 dekabr 2024-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 sonuncunun həyat yoldaşı X1 Bakı şəhərində yerləşən “Topçubaşov” adına xəstəxanaya tibb bacısı işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 05 mart 2024-cü il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar metrostansiyasının yaxınlığında 500 (beş yüz) manat məbləğində pul vəsaitini nağd şəkildə alıb və 06 mart 2024-cü il tarixdə, saat 16:21 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsində yerləşən “Nur Market” mağazasında quraşdırılmış “Mpay” ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-də olan 4098 58** 7141 7459 nömrəli kart hesabına 1000 (bir min) manat məbləğində pul vəsaitinin köçürülməsinə nail olub ələ keçirərək, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus cəmi 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 “Socar” şirkətində növbətçi həkim işinə və sonuncunun həyat yoldaşı X2 “Socar” şirkətində menecer vəzifəsinə düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 tərəfindən 31 may 2024-cü il tarixdə, saat 14:33 dəqiqədə Bakı şəhəri, Nizami rayonu ərazisindən mobil tətbiq vasitəsi ilə 3000 (üç min) manat məbləğində pul vəsaitinin "xxxx" ASC-də olan 4098 58** 7141 7459 nömrəli kart hesabına köçürülməsinə nail olub, 31 may 2024-cü il tarixdə, saat 14:43 dəqiqədə Bakı şəhəri, Nizami rayonu ərazisindən mobil tətbiq vasitəsi ilə 2000 (iki min) manat məbləğində pul vəsaitinin "xxxx" ASC-də olan 4098 58** 7141 7459 nömrəli kart hesabına köçürülməsinə nail olub, 31 may 2024-cü il tarixdə, saat 14:48 dəqiqədə Bakı şəhəri, Nizami rayonu ərazisindən mobil tətbiq vasitəsi ilə 5000 (beş min) manat məbləğində pul vəsaitinin "xxxx" ASC-də olan 4098 58** 7141 7459 nömrəli kart hesabına köçürülməsinə nail olub, 02 iyun 2024-cü il tarixdə, istintaqa məlum olmayan vaxtda Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən istintaqa məlum olmayan kafedə 5000 (beş min) manat məbləğində pul vəsaitini nağd şəkildə alıb, 04 iyun 2024-cü il tarixdə, saat 23:29 dəqiqədə ünvan 2 ünvanından mobil tətbiq vasitəsi ilə 2000 (iki min) manat məbləğində pul vəsaitinin "xxxx" ASC-də olan 4098 58** 7141 7459 nömrəli kart hesabına köçürülməsinə nail olub, 04 iyun 2024-cü il tarixdə, saat 23:32 dəqiqədə ünvan 2 ünvanından mobil tətbiq vasitəsi ilə 2000 (iki min) manat məbləğində pul vəsaitinin "xxxx" ASC-də olan 4098 58** 7141 7459 nömrəli kart hesabına köçürülməsinə nail olub, 04 iyun 2024-cü il tarixdə, istintaqa məlum olmayan vaxtda ünvan 2 ünvanından mobil tətbiq vasitəsi ilə 1000 (bir min) manat məbləğində pul vəsaitinin "xxxx" ASC-də olan 4098 58** 7141 7459 nömrəli kart hesabına köçürülməsinə nail olub ələ keçirərək, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus xeyli miqdarda, yəni cəmi 20000 (iyirmi min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrar ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilərək istintaq təcridxanasında saxlanılan əri X3 azad olunmasını təmin edəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 19:28 dəqiqədə Tovuz rayonu Semzavod qəsəbəsindən mobil tətbiq vasitəsi ilə "xxxx" ASC-də olan 4098 58** 7141 7459 nömrəli kart hesabına 316 (üç yüz on altı) manat və xx.xx.2024-cü il tarixdə, saat 16:04 dəqiqədə Tovuz şəhəri, Şəhriyar küçəsində yerləşən “Oba” market mağazasına quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-də olan 4098 58** 7141 7459 nömrəli kart hesabına 1150 (bir min yüz əlli) manat məbləğində pul vəsaitlərinin köçürülməsinə nail olub ələ keçirirərək, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus cəmi 1466 (bir min dörd yüz altmış altı) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrar ələ keçirməklə dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, daimi yaşayış yeri Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi “Kristal ünvan 3 ünvanıdır. Onun barəsində başqa bir cinayətlə bağlı həbs qətimkan tədbiri seçilmiş və o, 2 saylı istintaq təcridxanasında olmuşdur. Həmin vaxt Rafayel adlı şəxslə tanış olmuşdur. Rafayel Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə həbs edilmişdir. Rafayel ilə aralarında olan söhbət zamanı oradan çıxdıqdan sonra Rafayelə Tovuz Rayon Məhkəməsində olan işi ilə bağlı köməklik etməyə çalışacağını demişdir. O bu məqsədlə təcridxanadan çıxdıqdan sonra təxminən 2024-cü ilin dekabr ayının əvvələrində Rafaelin arvadı Zərərçəkmiş şəxs1 ilə əlaqə saxlamışdır. O Sinoraya Rafayel ilə aralarında olan söhbəti və köməklik etməyə çalışacağını demişdir. Bunun üçün Sinoradan 316 (üç yüz on altı) manat məbləğində pulu ona məxsus, istifadəsində "xxxx"a aid olan son səkkiz rəqəmi 7141-7459 olan hesaba göndərməsini istəmişdir. Sinorada həmin məbləğdə pulu onun istədiyi hesaba göndərmişdir. Bundan sonra o, təxminən iki gün sonra Sinora ilə yenə də əlaqə saxlayıb əlavə xərclər üçün 1150 (bir min yüz əlli) manat pul lazım olduğunu demiş və əvvəl ona pul göndərməsini istəmiş “Leo bank”a aid olan son səkkiz rəqəmi 7141- 7459 plastik kart hesabına həmin məbləğdə pulu göndərməsini bildirmişdir. Sinorada dediyi kimi 1150 (bir min yüz əlli) manat pulu onun istifadəsində olan "xxxx"a aid olan son səkkiz rəqəmi 7141-7459 plastik kart hesabına göndərmişdir. Bundan sonra o, Sinora adlı qadından əri Rafayelin azadlığa çıxması məqsədi ilə iki dəfə olmaqla ümumilikdə almış olduğu 1466 (bir min dörd yüz altmış altı) manat məbləğində pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Onun fikri əvvəlcədən həmin pulu Sinoranı aldadıb ələ keçirmək olmuşdur. Bu səbəbdən də o, Rafayelin azadlığa çıxarılması üçün heç bir cəhd göstərməmişdir. Bu epizod üzrə özünü təqsirli bilmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs2 tanıyırmış. Belə ki, Ruslan onun qonşusu Rəşid adlı şəxsin tanışıdır. 2024-cü ilin may ayının ilk günlərində Rəşid ona zəng etmiş və Ruslan adlı tanışının arvadının işlə təmin olunmasında köməklik edib edə bilməyəcəyini soruşmuşdur. O da köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra Rəşid ona Ruslanın mobil nömrəsini vermiş və o, Ruslanla əlaqə saxlamışdır. Sonra isə üzbəüz görüşmüşdür. O, ilkin olaraq Ruslanın arvadını tibbi bacısı kimi xəstəxanaya düzəltməyi qarşılığında ondan 3000 (üç min) manat pul alacağını bildirmişdir. Bu zaman Ruslan 3000 (üç min) manatının olmadığını yalnız 1500 (bir min beş yüz) manat pul verə biləcəyini demişdir. Ruslan bildirmişdir ki, 1500 (bir min beş yüz) manat indi verməli, arvadının isə əmri gəldikdən sonra isə əlavə olaraq 2000 (iki min) manat pul verməlki olacaqdı. O da Ruslanla razılaşmışdır. Bundan sonra Ruslanla arvadının işə qəbulla bağlı bəzi sənədlərini vermək üçün görüşdükdə Ruslan əlbə-əl olmaqla ona 500 (beş yüz) manat pul vermişdir. Daha sonra isə 2024-cü ilin may ayının dəqiq xatırlamadığı günündə Ruslan ilkin olaraq razılaşdıqları 1500 (bir min beş yüz) manat məbləğində pulun 1000 (bir min) manatını ona məxsus "xxxx"a aid olan son səkkiz rəqəmi 7141-7459 plastik kart hesabına göndərmişdir. Lakin, Ruslanın arvadının işə düzəldilməsini təşkil edə bilməmişdir. Bundan sonra o, çalışmışdır ki, Ruslanın pulunu qaytarsın, ancaq ödəniş etməkdə ləngimişdir. Bu arada Ruslan polisə bu barədə müraciət etmişdir. Polis şöbəsində o, söz vermişdir ki, qısa müddət ərzində o, Ruslanın pulunu qaytaracaq. Bundan qısa müddət sonrada o, Rəşidin vasitəsi ilə Ruslandan aldığı 1500 (min beş yüz) manat pulun 1200 (min iki yüz) manat pulunu qaytarmışdır. O, həmin 1200 (min iki yüz) manat pulu tanışı Rəşidin vasitəsi ilə qaytarmışdır. O, həqiqətəndə istəmişdir ki, Ruslana köməklik etsin, lakin heç cür həmin işi düzəldəcək tanış tapa bilməmişdir. Bu müddət ərzində həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmçinin, bildirmişdir ki, qalıq qalan 300 (üç yüz) manatı da ödəməyə hazırdır. Bu epizod üzrə özünü təqsirli bilmişdir. Bundan başqa barəsində şikayət edən Zərərçəkmiş şəxs3 şikayəti ilə tanış olmuşdur. Bu barədə onu deyə bilər ki, o, Zərərçəkmiş şəxs3 ilə tanış deyildir. O, Leylanın atası Rafaili tanıyırmış. Belə ki, o, həmin zaman Mingəçevir şəhər təhsil idarəsində dəqiq bilmədiyi məsul vəzifədə çalışan Rafailə 2022-ci ilin sentyabr ayının dəqiq xatırlamadığı günündə Rafailin ona göndərməyini istədiyi hazırda xatırlamadığı plastik kart hesabına ümumilikdə 20000 (iyirmi min) manat pulu tanışının işini həll etməsi üçün vermişdir. Lakin, Rafail vədinə əməl etməmiş və işi həll etməmişdir. Bundan sonra onun Rafail ilə əlaqəsi kəsilmişdir. O, dolanışıq üçün bəzən taksi fəaliyyəti ilə də məşğul olmuşdur. 2024-cü il may ayının sonlarında taksi kimi fəaliyyət göstərən zaman müştəri kimi bir xanım idarə etdiyi avtomobilə əyləşmişdir. Adını sonradan bildiyi Zərərçəkmiş şəxs3 mobil telefon ilə danışığı zamanı atasının adını, hansı rayondan olmasını və bəzi məhkəmə problemlərinin olmasını öyrənmişdir. Bu səbəbdən o, avtomobilində müştəri kimi əyləşmiş olan sonradan tanıdığı Zərərçəkmiş şəxs3 ona qarşı dələduzluq etmiş Rafailin qızı olmasını öyrənmişdir. Dəqiqləşdirmək üçün o, Leyladan atası ilə onu görüntülü danışdırmasını istəmişdir. Leyla da onu atası ilə görüntülü danışdırmış və o, əmin olmuşdur ki, Rafail ona qarşı dələduzluq edən Rafaildir. O, Rafailə onu tanıyıb-tanımamasını soruşmuş, Rafail isə onu tanıdığını bildirmişdir. Bundan sonra o, Rafailin şəxsi nömrəsini götürmüş və Rafail ilə özü danışmağa başlamışdır. O, öyrənmişdir ki, Rafail başqa şəxslərə qarşı dələduzluq etmiş və barəsində şikayətləri olmuşdur. Bu səbədən o da şikayət etmək istədikdə Rafail ona demişdir ki, ona olan borcunu qaytaracaq. O, Rafailin xx.xx.2024-cü il tarixdə məhkəməsinin olmasını bildiyindən Rafailə demişdir ki, pulunu göndərməsə o da məhkəməyə gəlib şikayət edəcək. Rafaildə sözünü tutacağını vəd etmişdir. Rafail vədinə əməl etmiş və 2024-cü ilin iyun ayının dəqiq xatırlamadığı ilk günlərində ona ilkin olaraq 10000 (on min) manat göndərmişdir. O, Rafaildən verməli olduğu pulun qalığını nə vaxt verəcəyini soruşduqda isə qısa zamana əlavə olaraq yenədə mənə pul göndərəcəyini bildirmişdir. Həqiqətəndə bir neçə gün sonra isə Rafail əlavə olaraq ona 5000 (beş min) manat pul göndərmişdir. O, Zərərçəkmiş şəxs3 heç bir məqsədlə heç bir məbləğdə pul almamışdır. Rafailin ona göndərdiyini iddia etdiyi pullar elə onun atasının ona olan borcudur. Bu barədə heç kəsin məlumatı olmamışdır. O, bu əməli tək olaraq törətmişdir. O, Zərərçəkmiş şəxs3 atası Rafail adlı şəxsi hazırda adını xatırlamadığı və hazırda köçmüş olduğundan artıq qonşu olmayan qadın vasitəsi ilə tanımışdır. Göstərilən iki epizod üzrə özünü təqsirli bilir. Hazırda əməlindən səmimi peşmandır və vurmuş olduğu ziyanı qismən ödəmişdir. Odur ki, qeyd olunanları nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, hal-hazırda Tovuz RMX PHŞ-nin tibb bacısı işləyir. X4 onun əridir. Rafayel Abdullayev 2024-cü ilin may ayında Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə istintaq yekunlaşdıqdan sonra cinayət işi Tovuz rayon məhkəməsinə verilmişdir. Onun əri Rafayel Abdullayev ilə istintaq təcridxanasında cəza çəkən Təqsirləndirilən şəxs əri Rafayelə demişdir ki, hüquqşünasdır və əri Rafayelin Tovuz rayon məhkəməsində olan işinə köməklik edəcəkdir. Təqsirləndirilən şəxs təcridxanadan çıxdıqdan sonra əri Rafayel ilə əlaqə saxlamış və Rafayeldən məhkəmənin vaxtını soruşmuşdur. Onun əri Rafayel ona zəng edərək İlyasın mobil nömrəsini vermiş və ona demişdir ki, İlyasla əlaqə saxlasın, İlyas məhkəmədə ərinin işinə köməklik edəcəkdir. O, İlyasın mobil nömrəsinə zəng etmiş və İlyasa demişdir ki, nömrəsini ona əri Rafayel vermişdir. İlyas da ona demişdir ki, Rafayelin məhkəmədə keçirilən birinci prosesindɔ iştirak edə bilməyəcək, lakin ikinci prosesində iştirak edərək köməklik edəcəkdir. 10 dekabr 2024-cü il tarixdə İlyas ona zəng edərək əri Rafayeli məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün orderin lazım olduğunu və bunun üçün 316 (üç yüz on altı) manat pulun göndərilməsini istəmişdir. O, İlyasa demişdir ki, orderin şəkilini ona göndərsin. İlyas da ona demişdir ki, müvafiq sənədləri də toplayıb Tovuza gələcəkdir. Həmin vaxtı order və Rafayelin barəsində topladığı sənədləri göstərəcəkdir. O, İlyasa inanıb İlyasın ona göndərdiyi 4098-58**_****- 7459 nömrəli bank kartına əri Rafayelə məxsus 4169-7388-6494-7258 nömrəli kapital banka məxsus plastik kartdan 316 manat pulu mobil tətbiq vasitəsilə göndərmişdir. 12 dekabr 2024cü il tarixdə isə İlyas ona zəng edərək təcili Rafayelin işi üçün zəruri sənədlərin toplanması üçün 1150 (min yüz əlli) manat pulun lazım olduğunu ona demişdir. O, İlyasa 1150 (min yüz əlli) manat pulu hansı sənədlər üçün vermək lazım olduğunu soruşduqda İlyas səs-küy salaraq ona demişdir ki, hansı sənədlərin topladığını desə də başa düşə bilməyəcəyini bildirmişdir. İlyas ona “Tovuz şəhərinə gələndə sənə göstərəcəm hansı sənədləri toplamışam”. O, yenə İlyasın sözünə inanıb Tovuz şəhəri Şəhriyar küçəsində yerləşan «OBA» marketdə yerləşdirilmiş “Milliön” aparatından İlyasın ona göndərdiyi ****_****.741- 7459 nömrəli "xxxx" kart hesabına 1150 (bir min yüz əlli) manat pul göndərmişdir. Sonra o, Tovuz rayon məhkəməsindən maraqlandıqda Təqsirləndirilən şəxs adlı müdafiəçinin olmadığını və belə bir şəxsin Rafayelin işi ilə bağlı məhkəməyə gəlmədiyini ona demişlər. O, başa düşmüşdür ki, İlyas onu aldatmışdır. Buna göra də İlyasa zəng edərək ondan pulunu tələb etmişdir. İlyas ona demişdir ki, pulları İlqar və Xəyal adı şəxslərə verib həmin şəxslərdən aldıqdan sonra pulu qaytaracaqdır. İlyasın onu aldadaraq verdiyi ümumilikdə 1466 (min dörd yüz altmış altı) manat pulunu qaytarmadığını görüb 03 yanvar 2025-ci il tarixdə Tovuz Rayon Polis Şöbasinə gedərək İlyasın ona qarşı etmiş olduğu dələduzluq hərəkətləri barəsində şikayət ərizəsi yazmışdır. Sonra öyrənmişdir ki, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin İstintaq Şöbəsi tərəfindən istintaq edilən cinayət işi üzrə həbs edilmişdir. Təqsirləndirilən şəxs ona qarşı etmiş olduğu dələduzluq cinayətinə görə onu cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Ona dəymiş ziyanın ödənilməsini, əks halda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, 2024-cü ilin mart ayının əvvəllərində iş yoldaşı Elməddin ilə söhbət edərkən o, Elməddinə bildirmişdir ki, həyat yoldaşı tibb texnikumunu bitirb və işsizdir, həyat yoldaşını işə düzəltmək istəyir. Elməddin ona bildirmişdir ki, qardaşı Rəşidin həyat yoldaşı orada işləyir, həmin qadını Rəşidin tanışı vasitəsi ilə işə düzəldiblər. O, da uzun illər Elməddin ilə olan münasibətinə görə inanıb bildirmişdir ki, ona da bu sahədə köməklik etsin. Elməddin ona qardaşı Rəşidin nömrəsini vermiş və o, iş saatları qurtardıqdan sonra Rəşidlə əlaqə saxlamışdır. Rəşid ona bildirmişdir ki, bir nəfər tanışı vardır. Onun vasitəsi ilə bu işi həll etmək olar. Həmçinin, Rəşid söyləmişdir ki, həyat yoldaşını həmin şəxs işə düzəltmişdir. O, razılıq vermiş və xx.xx.2024-cü il tarixdə Rəşid ona zəng vuraraq işi düzəldən Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsini vermiş və bildirmişdir ki, əlaqə saxlayıb işi danışsın. O, həmin nömrəyə zəng vurmuş, telefona cavab verən Təqsirləndirilən şəxs bildirmişdir ki, bu işin həlli üçün 5000 (beş min) manat lazımdır. Lakin, Rəşidin tanışı olduğuna görə 3500 (üç min beş yüz) manata həll edecəkdir. O, İlyasın sözlərinə inanıb razılıq vermişdir. İlyas ondan sənədlərin şəkilini vatsap ani mesajlaşma proqramı vasitəsi ilə göndərməyini söyləmişdir. Bundan sonra o da həyat yoldaşının Tibbi Sertifikatının, Diplomunun və şəxsiyyət vəsiqəsinin şəkillərini İlyasa göndərmişdir. Təxminən 1-2 saat sonra İlyas ona zəng vuraraq bildirmşdir ki, RKX-da ginekoloji şöbəsində yer var, danışmış, həll edəcəkdir. Lakin, ikin olaraq 1500 (min beş yüz) manat ödəmək lazımdır. O, İlyasa bildirmişdir ki, hal-hazırda 1500 (min beş yüz) manat pulu yoxdur, 500 (beş yüz) manatını bu gün, 1000 (min) manatını isə səhəri gün bankdan pul götürüb verəcəkdir. İlyas onunla razılaşmış və həmin gün axşam saat 19-00 radələrində Bakı şəhəri Yasamal rayonu İnşaatçılar metrosunun qarşısında görüşmüşlər. Görüş zamanı o, İlyasa sənədləri 500 (beş yüz) manat pul ilə birliktə vermişdir. Razılaşmaqlarına əsasən 1500 (min beş yüz) manat əvvəl, 2000 (iki min) manat isə işə əmr veriləndən sonra verəcəkdir. Səhəri gün yəni xx.xx.2024-cü il tarixdə o, bankdan 3600 (üç min altı yüz) manat pul götürmüşdür. Həmin pulun 1000 (min) manatını Bakı şəhəri Yasamal rayonu Z.Kərimov küçəsində yerləşən "Nur" marketdən ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs ona verdiyi və özünə məxsus olan 4098-5844-7141-7459 nömrəli "Leo banka" məxsus plastik kart hesabına göndərmişdir. Pulu aldıqdan sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, bir gündən sonra o, tanımadığına görə sözlərinə inanmamış və bir daha Elməddinlə Rəşidə zəng vuraraq həmin şəxs, yəni Təqsirləndirilən şəxs barəsində maraqlanmamışdır. Həmin şəxslərin hər ikisi tam əminliklə onu inandırmışlar ki, “heç bir narahatçılığı yoxdur, İlyas işi həll edəcəkdir, əgər həll etməsə onlar sənin pulunu ondan alıb qaytaracaq”. Təqsirləndirilən şəxs söz verdiyi vaxda işi həll etməmiş və bu gün sabah edərək işin düzələcəyini söyləmişdir. Bir müddət gözləmiş, İlyasın işi düzəltməməsini görüb pulunu tələb etməyə başlamışdır. Lakin Təqsirləndirilən şəxs pulu qaytarmaqdan da müxtəlif bəhanələr gətirərək yayındırmışdır. Bu səbəbdən də Elməddin ilə Rəşidə demişdir ki, onun pulunu qaytarmağa köməklik etsinlər. Bir neçə dəfə danışıqlar zamanı İlyas Elməddin və Rəşiddən müddət istəmişdir ki, pulu həmin söz verdiyi vaxta qaytaracaqdır, lakin həmin vaxtlarda da pulu qaytarmamışdır. Bundan sonra sonuncu dəfə Rəşid zamin durmuşdur ki, əgər İlyas xx.xx.2024-cü il tarixdə pulu verməsə İlyasın əvəzinə pulu qaytaracaqdır. Həmin vaxtda da nə Rəşid, nə dəki İlyas onun pulunu qaytarmamışlar. Elməddin də bu işdə heç bir köməklik etməmişdir. Bankın ödəmə vaxtı çatanda isə Elməddin söz vermişdir ki, İlyas pulu verənə qədər bankın faizini özü ödəyəcəkdir, lakin bunu da etməmişlər. Bir müddətdə gözləmiş, ancaq nə Elməddin ilə Rəşid, nə də İlyas ona pulu qaytarmadığını görüb qərara gəlmişdir ki, bununla bağlı polisə məlumat versin. O, Təqsirləndirilən şəxs arvadının işə düzəldilməsi üçün pulu hissə-hisssə olmaqla vermiş və hər ödəniş etdikdə də o, tək olmuşdur. Təqsirləndirilən şəxs ondan almış olduğu 1500 (bir min beş yüz) manat məbləğində pulun 1200 (bir min iki yüz) manatını geri qaytarmışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, işi ilə əlaqədar olaraq məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəkdir. Ona dəymiş 1500 manat ziyanın 300 manatı ödənilməmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir, ziyanı ödəniləcəyi təqdirdə şikayətçi olmayacağını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə yasayır. O, “LİV Bona dea” hospitalında həkim terapevt işləyir. 01 iyun 2024-cü il tarixdə o, yaşadığı ünvandan iş yerinə getmək üçün “Uber” proqramından taksi sifariş vermişdir. Bir neçə dəqiqədən sonra qırmızı rəngli «Prius» markalı taksi onun yaşadığı ünvanın qarşısında dayandığını görüb həmin avtomobilə əyləşmişdir. O, avtomobildə olan zaman təsadüfən anası onun istifadəsində olan mobil nömrəyə zəng etmiş və həmin şəxs ilə həyat yoldaşının hazırda işləməməsi və həyat yoldaşına iş axtarmağı barədə söhbət etmişdir. O, anası ilə sağollaşdıqdan sonra avtomobili idarə edən səxs ona demişdir ki, “mən sizin işlədiyiniz hospitalda müalicədə olmuşam və sizi orada görmüşəm”. O, həmin şəxsin onun işlədiyi hospitalda müalicɔ olunmasını sonradan xatırlamışdır. Həmin şəxs ad vɔ soyadının Təqsirləndirilən şəxs olduğunu ona demiş və bildirmişdir ki, onun «Socar» şirkətində tanışları vardır və ona demişdir ki, istəsə həyat yoldaşını işə düzəldɔ bilər. O, Təqsirləndirilən şəxs demişdir ki, yaxşı maaş versələr ona da ikinci iş yeri kimi «Socar» şirkətindɔ işləyər. Bundan sonra İlyas ona demişdir ki, o, «Socar» şirkətində işləyən məsul şəxs ilə danışıb onlara bu barədə məlumat verər. İlyas idarə etdiyi avtomobili onun işlədiyi “LİV Bona dea” hospitalının qarısında saxlamış və o, gediş haqqı pulunu ödəyərək avtomobildən aşağı düşmüşdür. Bir neçə saatdan sonra İlyas ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş və ona demişdir ki, «Socar» şirkətindɔ işləyən məsul şəxs ilə söhbət etmiş və onların hər ikisinin işə düzəltməsinin razılığını almışdır. Sonra İlyas ona demişdir ki, “gəlirəm sənin iş yerinə təcili görüşüb söhbət etmək lazımdır”. Təxminən 2 saatdan sonra İlyas onun iş yerinə gəlmiş və onun ilə üzbəüz görüşərək ona demişdir ki, “sizin işinizi danışmışam”, həyat yoldaşını «Socar» şirkətindɔ menecer, onu isə növbətçi həkim kimi işə götürəcəklərini bildirmişdir. İlyas ona demişdir ki, hər ikinizi qeyd olunan vəzifələrdə işə düzəlmasi üçün ümumilikdə 30000 (otuz min) manat pul lazımdır. O, İlyasa demişdir ki, onun 30000 (otuz min) manat pulu yoxdur, lakin 20000 (iyirmi min) manat düzəldib hissə hissə verə bilər. İlyas onunla razılaşmış və ona demişdir ki, bu gün pulun bir hissəsi mütləq çatmalıdır. O, məcbur olub "xxxx" ASCdən 10000 manat pul kredit götürmüş və İlyasın mobil telefonuna zəng edərək İlyasa demişdir ki, 10000 manat pul hazırdır gəlib ondan götürə bilər. İlyas onun is yerinə gəlmiş və o, İlyasa demişdir ki, bankdan kredit kimi götürdüyü 10000 manat pul ABB tərafindən ona verilmiş plastik debet kartındadır. İlyas ona demişdir ki, problem yoxdur və ona öz istifadəsində olan “Leo bank”-a məxsus plastik kartı vermişdir. O, İlyasın yanında işlədiyi “ĻİV Bona dea” hospitalında kartında olan 10000 manat pulu hissə hissə olmaqla İlyasın ona verdiyi “Leo bank”-a məxsus plastik karta köçürmüşdür. Bundan sonra İlyas onunla sağollaşıb çıxıb getmişdir. O, evə getdikdən sonra hayat yoldaşına və özünə məxsus şəxsiyyət vəsiqəsini, diplomu, foto şəkillərini İlyasın istifadəsində olan mobil nömrənin Whatchapına göndərmişdir. 2 iyun 2024-cü il tarixdə o, İlyas ilə yenidən Bakı şəhəri, Bilacəri qəsəbasində fəaliyyat göstərən adını bilmədiyi kafedə görüşmüş yə üzərində olan 5000 manat nağd pulu İlyasa vermişdir. 04 iyun 2024-cü il tarixdə İlyas ona yenidən zəng etmiş və yerdə qalan 5000 manat pulu istəmişdir. O, yaşadığı evdə olduğundan ABB tərəfindən ona verilmiş kredit kartında olan 5000 manat pulu İlyasın istifadəsində olan “Leo bank”-a məxsus plastik karta göndərmişdir. İlyas ona demişdir ki, “narahat olma qısa müddət ərzində sənin və həyat yoldaşının «Socar» şirkətində işə düzəlməsi məsələsi həll olunacaq”. Səhəri gün, yəni 05 iyun 2024-cü il tarixdə o, İlyasın istifadəsində olan mobil nömrəyə bir neçə dəfə zɔng etsə də İlyasın nömrəsinə zəng çatmamışdır. Bundan sonra o, bir neçə gün İlyasa zəng etsə də İlyasın nömrələrinin bağlı olduğunu görüb başa düşmüşdür ki, İlyas onu aldadaraq 20000 manat pulunu ələ keçirmişdir. Buna görə də 16 iyun 2024-cü il tarixdə o, Yasamal RPİ-nin 29cu PŞ-nə gedərək Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq 20000 manat pulunun ələ keçirilməsi barədə şikayət ərizəsi yazmışdır. O, 15000 (on beş min) manat pulu kart vasitɔsi ilə İlyasın kartına göndərmiş, 5000 (beş min) manat pulu isə Bakı şəhəri, Biləcəri qɔsəbəsində fəaliyyət göstərən adını bilmədiyi kafedə vermiş, hamin vaxt kafedɔ İlyas vɔ ondan başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs3 etibarnamə üzrə nümayəndəsi vəkil Müdafiəçi2 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Zərərçəkmiş şəxs3 mülki iddiaçı qismində tanınmasını və iş üzrə 20000 (iyirmi min) manat maddi zərərin və 5000 (beş min) mənəvi zərərin, ümumilikdə 25000 (iyirmi beş min) manat mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 onun qızıdır. Leyla Bakı şəhərində yerləşən “Bonadea” adlı xəstəxanada terapevt həkim kimi çalışır. Leylanın əri X5 hazırda heç bir yerdə işləmir, bir müddətdir ki, iş axtarır. Leylanın işlədiyi xəstəxana onun yaşadığı evdən uzaqlıqda yerləşdiyindən Leyla işə gedərkən tez-tez taksi xidmətin istifadə edirdi. Təxminən iyun ayının ilk günlərində qızı Leyla ona mobil telefon vasitəsilə zəng etmiş və tanımadığı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxsin idarə etdiyi taksi ilə işə gedərkən yolda ərinin iş axtarması barədə anası ilə mobil telefon vasitəsi ilə danışdığını, bu danışığa Təqsirləndirilən şəxs da şahid olmasını demişdir. Leyla bildirmişdir ki, İlyasla söhbət əsnasında İlyas “Bonadea” xəstəxanasında xəstə kimi müalicə almış, həmin zaman qızı Leylanı tanımışdır. İlyas qızı Leylaya təklif etmişdir ki, onun “Socar” şirkətində tanışı var, əgər istəsə Leylanın ərini və hətta özünü də orada işlə təmin olunmasında köməklik edə bilər. İlyas həmçinin bildirmişdir ki, onun gəlini də “Socar” şirkətində işləyir və o, öz gəlinini də həmin tanışları vasitəsilə işlə təmin etmişdir. Leyla isə Təqsirləndirilən şəxs adlı şəxsə inanıb ona bildirmişdir ki, İlyas tanışları ilə danışıb xəbər edəcəyini bildirmişdir. İlyas Leylanı iş yerinə düşürdükdən sonra çıxıb getmiş, təxminən 2 saat sonra zəng edərək onunla üzbəüz görüşməli olduğunu bildirərək Leylanın iş yerinə gəlmişdir. İlyas onun və ərinin işinin həll olunduğunu demişdir. İlyas Leyladan onun və ərinin işlə təmin edilməsinə köməklik etməsi qarşılığında 30000 (otuz min) manat pul istəmiş, Leyla isə 20000 (iyirmi min) manat verə biləcəyini demişdir. İlyas onunla razılaşmışdır. Bundan sonra İlyas təkidlə qızı Leyladan pulun bir hissəsinin mütləq həmin gün çatmalı olduğunu bildirmişdir. Leyla məcbur "xxxx" ASC-dən 10000 (on min) manat məbləğində kredit götürmüş Təqsirləndirilən şəxs Leylaya özünə məxsus və istifadəsində olduğunu bildirdiyi "xxxx"a məxsus plastik kart hesabına göndərmişdir. Bundan sonra Leyla ərinin və özünün diplom şəkillərini və digər sənədlərin surətlərini Təqsirləndirilən şəxs vhatsap vasitəsilə göndərmişdir. Qızı Leyla daha sonra bildirdi ki, Təqsirləndirilən şəxsla Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən tanımadığı kafelərdən birində üzbəüz görüşmüş və əlavə olaraq İlyasa əlbəəl olmaqla 5000 (beş min) manat məbləğində pul vermişdir. Bundan əlavə qızı Leyla sonuncu pul verməsindən bir neçə gün sonra İlyas yenə də qızına zəng edərək qalan 5000 (beş min) manat pulu tələb etmiş, Leyla yenə də Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx"a məxsus plastik kart hesabına 5000 (beş min) manat məbləğində pulu göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə zəng çatmamışdır. Belə olduqda ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs3 onun özünü və ərini “Socar” şirkətində işlə təmin olunmasına köməklik edəcəyi vədi ilə aldadaraq onun 20000 (iyirmi) manat pulunu talamışdır. Qızı vədələşdiyi kimi Təqsirləndirilən şəxs pulun bir hissəsini artıq verdiyi günlərdə İlyas Leyladan onun mobil telefon nömrəsini istəmiş və onun danışmaq istədiyini bildirmişdir. Qızı Leyla onun mobil nömrəsini Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs ona təxminən 2024-cü ilin iyun ayının əvvəllərində mobil telefon vasitəsilə görüntülü zəng etmiş, o isə zəngi açıb danışmışdır. Danışıq əsnasında Təqsirləndirilən şəxs onunla tanış olmaq istədiyini, həmçinin Leyla və sonuncunun ərinin işlə təmin olunmasına köməklik edəcəyini bildirmiş, o isə sonuncuya inanıb minnətdarlıq bildirmişdir. Qısa danışıqdan sonra onlar danışıqlarını sonlandırmışlar. O, ilk və son dəfə İlyası həmin vaxt görmüşdür. Məhkəmə iclasında Şahid2 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. O, Zərərçəkmiş şəxs2 qardaşı Şahid3 vasitəsi ilə tanımışdır. Belə ki, o ev ustasıdır. O, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində “Kristal Abşeron”un binasında təxminən 6-7 il əvvəl usta kimi işləyən zaman orada Təqsirləndirilən şəxs tanımışdır. Onunla söhbət əsnasında sonuncu özünü ona işgüzar adam kimi təqdim etmiş və bildirmişdir ki, kimi işə düzəltmək lazım olarsa ona müraciət etsin və o da həll etsin. 2024-cü ilin mart ayının əvvəllərində qardaşı Elməddin ona bildirmişdir ki, iş yoldaşı Ruslanın arvadını işə düzəltmək lazımdır. Elməddin ona demişdir ki, Ruslanın arvadını işə düzəlməsində necə köməklik etmək olar. O isə bununla bağlı Təqsirləndirilən şəxs zəng vurub məlumat vermiş və Ruslana İlyasın mobil telefon nömrəsini vermişdir ki, onunla əlaqə saxlasın. Bir neçə gün sonra Ruslan ona zəng vuraraq bildirmişdir ki, İlyas onu aldadıb onun arvadını nə işə düzəldir, nədəki pulunu geri qaytarır. O, İlyasla danışmış və sonuncu ona bildirmişdir ki, pulu kiməsə, yəni başqa adama verib geri ala bilmir. Həmçinin, İlyas bildirmişdir ki, yaxın günlərdə pulu qaytaracaqdır. Bu mövzuda bir neçə dəfə İlyasla danışıb Ruslanın pulu qaytarmağını tələb etsə də İlyas Ruslanın pulunu qaytarmamışdır. Lakin sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 onun arvadını işə düzəltmək vədi müqabilində almış olduğu 1500 manat pulun 1200 manatını geri qaytarmışdır. Bu barədə ona dəqiq xatırlamadığı tarixdə Ruslanın özü danışmış və pulun geri qaytarıldığını təsdiq edən qəbzləri ona göstərmişdir. Onun Təqsirləndirilən şəxsla heç bir əlaqəsi və əlbirliyi yoxdur. Bu səbəbdən də o, mütəmadi olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 almış olduğu pulu geri qaytarmasını tələb etmiş, nəticədə İlyasın almış olduğu pulun böyük qisminin qaytarılmasına nail olmuşdur. Məhkəmə iclasında Şahid3 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. O, Zərərçəkmiş şəxs2 iş yoldaşı kimi tanıyır. Belə ki, qardaşı Şahid2 ev ustasıdır. Qardaşı Rəşid Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində “Kristal Abşeron”un binasında təxminən 6-7 il əvvəl usta kimi işləyən zaman orada Təqsirləndirilən şəxs tanımışdır. Onunla söhbət əsnasında sonuncu özünü Rəşidə işgüzar adam kimi təqdim etmiş və bildirmişdir ki, kimi işə düzəltmək lazım olarsa ona müraciət etsin və o da həll etsin. 2024-cü ilin mart ayının əvvəllərində Ruslan onunla söhbət əsnasında arvadını işə düzəltmək istədiyini bildirmişdir. O da Ruslana kömək etmək niyyəti ilə tanışlarının çox olduğunu bildiyi qardaşı Rəşidə bu barədə danışmış və əgər kömək edə biləcəksə Ruslana arvadının işlə təmin edilməsində köməklik etməsini xahiş etmişdir. Rəşid isə bununla bağlı Təqsirləndirilən şəxs zəng vurub məlumat vermiş və Ruslana İlyasın mobil telefon nömrəsini vermişdir ki, onunla əlaqə saxlasın. Bir neçə gün sonra Ruslan qardaşı Rəşidə zəng vuraraq bildirmişdir ki, İlyas onu aldadıb onun arvadını nə işə düzəldir, nədəki pulunu geri qaytarır. Rəşad İlyasla danışmış və sonuncu ona bildirmişdir ki, pulu kiməsə, yəni başqa adama verib geri ala bilmir. Həmçinin, İlyas bildirmişdir ki, yaxın günlərdə pulu qaytaracaqdır. Bu mövzuda Rəşid bir neçə dəfə İlyasla danışıb Ruslanın pulunu qaytarmağını tələb etsə də İlyas Ruslanın pulunu qaytarmamışdır. Lakin sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 onun arvadını işə düzəltmək vədi müqabilində almış olduğu 1500 manat pulun 1200 manatını geri qaytarmışdır. Bu barədə Rəşidə dəqiq xatırlamadığı tarixdə Ruslanın özü danışmış və pulun geri qaytarıldığını təsdiq edən qəbzləri ona göstərmişdir. Onun Təqsirləndirilən şəxsla heç bir əlaqəsi və əlbirliyi yoxdur. Bu səbəbdən də Rəşid mütəmadi olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 almış olduğu pulu geri qaytarmasını tələb etmiş, nəticədə İlyasın almış olduğu pulun böyük qisminin qaytarılmasına nail olmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.1-ci bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(004)-1146/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddətinə həbs qətimakn tədbiri seçilmişdir. İş materiallarına əlavə edilən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(012)-193/2025 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 07 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(105)-653/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(012)-193/2025 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış və qərar elan olunduğu andan qüvvəyə minmişdir. Təqsirləndirilən şəxs məhkəməyə vəsatət verərək, istifadəsində olmuş (070) ***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan zəng, sms məlumatlarının "xxxx" MMC-dən götürülməsini xahiş etmiş, vəsatət təmin edilmiş, qərar icra olunması üçün göndərilmiş və "xxxx" MMC-dən daxil olmuş məktubdan müəyyən edilmişdir ki, (070) ***-**-** saylı mobil nömrə sorğulanan tarixdə "xxxx" şəbəkəsində istifadə edilməmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddələr ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə iclasında araşdırılmış sübutlarla və işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Leylaya münasibətdə təqsirli bilməməsinə dair ifadəsinə münasibətdə məhkəmə onu qeyd edir ki, həmin ifadə özünü müdafiə xarakterli olmaqla, həm cinayət məsuliyyətindən, həm də ona qarşı verilmiş mülki iddiadan yayınmağa xidmət edir. Onun qeyd edilən epizod üzrə özünü təqsirli bilməməsinə dair dəlilləri və vəsatətlərinə məhkəmə istintaqı zamanı hüquqi qiymət verilmiş, o hadisəni görən digər şahidlərin olmasını bildirsə də, o bu şahidlərin kimliyi barədə məhkəməyə məlumat verə bilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, əslində o Leylanın atasının məhkəmə işi ilə bağlı Leylanın atasını əvvəllər tanımış, Leyladan alınan 20.000 manat pul da Leylanın atasının işi ilə bağlı olmuşdur. Bununla bağlı Leylanın atası ilə telefon danışıqları da olmuşdur. O həmin vaxtı (070) ***-**-** saylı nömrədən istifadə etmişdir.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin nömrə ilə bağlı göstərdiyi dəlillər də yoxlanılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd etdiyi tarixlərdə həmin nömrə "xxxx" şəbəkəsində istifadə edilməmişdir. Bu dəlilinin məhkəmə istintaqı zamanı yalan olduğu müəyyən edildikdən sonra o özünü müdafiə xarakterli digər vəsatət vermiş və məhkəməyə bildirmişdir ki, əslində o (070) ***-**-** saylı nömrədən deyil, öz adına qeydə alınmış digər nömrədən istifadə etmiş və həmin nömrə ilə bağlı müavfiq sorğuların göndərilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Elektron məhkəmə informasiya sistemi vasitəsilə Təqsirləndirilən şəxs adına qeydə alınmış nömrələrə baxış keçirilən zaman onun adına onun qeyd etdiyi nömrənin qeydə alınmaması müəyyən edilmişdir.Bu da bir daha onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı boyu Leylaya aid epizod üzrə ona verilmiş ittihamdan yayınmaq mövqeyində olmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs həqiqətən də 20.000 manat məbləğində pulun Leyladan alınmasını etiraf edir, sadəcə həmin pulun Leylanı işə düzəltmək adı ilə deyil, onun atasının məhkəmədəki işlərini həll etmək adı ilə əldə etdiyini bildirmişdir ki, işin bu halı da məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Əksinə, yazışan şəxslərin kimlikləri və söhbətin məzmunu şübhə doğurmayan Wotsap ani mesajlaşma sistemi üzərindəki yazışmalardan və tərəflərin rəftarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs ilə Leyla arasında yazışma məhz onun işə düzəlməsi ilə bağlı olmuşdur. Eyni zamanda zərərçəkmiş şəxslə məhkəmə iclası zamanı videogörüntü vasitəsilə əlaqə saxlanılmış və Zərərçəkmiş şəxs3 onun və ərinin işə düzəlməsi üçün Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda 20000 (iyirmi min) manat pul verdiyini bir daha bildirmişdir. Həmin hal şahid ifadəsi və işdə olan sənədlərlə öz təsdiqini tapır. Belə olan halda Təqsirləndirilən şəxs qeyd edilən epizod üzrə cinayət əməlini törətmədiyinə dair irəli sürdüyü dəlillərin hüquqi əsası mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti qismən etiraf edib, iki epizod üzrə əməlindən səmimi peşman olmasını və dəymiş ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından daha məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib təyin edilmiş qəti cəza olan 07 (yeddi) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılmalı, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 28 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 28 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Zərərçəkmiş şəxs3 etibarnamə üzrə nümayəndəsi vəkil Müdafiəçi2 tərəfindən məhkəməyə mülki iddia verilmişdir. Məhkəmə mülki iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət mühakimə icraatı zamanı mülki iddianın verilməsinin qanuni əsasları Azərbaycan Respublikası CPM-nin 179-183, 185 və 187-ci maddələri ilə müəyyən edilmişdir. Həmin Məcəllənin 181.2.1-ci maddəsinə görə, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə görə, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə görə, cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə zərərçəkmişin nümayəndəsi vəkil Müdafiəçi2 tərəfindən verilmiş mülki iddianı qismən əsaslı hesab edir. Belə ki, ibtidai istintaq və məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə Zərərçəkmiş şəxs3 ümumilikdə 20000 (iyirmi min) manat pulunu ələ keçirmiş və həmin məbləğdə ona maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərər bilavasitə cavabdehin hüquqazidd əməli nəticəsində vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən, iddiaçı dəymiş zərərin əvəzini cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, 20.000(iyirmi min)manat dəymiş ziyanın əvəzi olan pul, Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs3 ödənilməlidir. Məhkəmə mülki iddianın mənəvi zərər hissəsini qismən əsaslı hesab edir. Belə ki, işin hallarından göründüyü kimi zərərçəkmiş şəxs bir qadındır və o qarşısındakı əks cinsin nümayəndəsi qarşısında aciz qalmış, bununla bağlı ailə üzvləri qarşısında da çıxılmaz vəziyyətə düşmüşdür. Bu halın ona mənəvi zərər yetirməməsi qaçılmazdır. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs3 tanımadığı bir taksi sürücüsü ilə hüquqa zidd münasibətdə olaraq ona pul vəsaiti verdiyindən onun özünün də buna şərait yaratması qaçılmazdır və mənəvi zərər müəyyən edilərkən onun özünün şüurlu olaraq buna yol verməsi nəzərə alınmalıdır.Odur ki, məhkəmə bu kimi halları nəzərə alaraq hesab edir ki, mənəvi zərərin məbləği 500 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. MPM-nin 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Mülki iddia ilə bağlı məhkəmə diqqətə çatdırır ki, Cinayət Prosessual Məcəllənin 179.1 və 179.2-ci maddələrinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Cinayət Prosessual Məcəllənin 183.3-cü maddəsində qeyd olunmuşdur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı məsələni də həll edərək onu qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 20500 (iyirmi min beş yüz) manat pulun Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs3 verilməsi qənaətinə gəlindiyindən 150 (yüz əlli manat) manat dövlət rüsumunun əvəzi olan pul Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs3 verilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat+1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat+10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Abşeron Rayon Məhkəməsinin 30 may 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş qəti cəza olan 07 (yeddi) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 28 dekabr 2024-cü il tarixdən hesablansın. Zərərçəkmiş şəxs3 mülki iddiası qismən təmin edilsin. 20.000 (iyirmi min) manat maddi ziyanın əvəzi, 500(beş yüz) manat mənəvi ziyanın əvəzi olmaqla, cəmi 20.500(iyirmi min beş yüz) manat pul və ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumu Təqsirləndirilən şəxs alınaraq Təqsirləndirilən şəxs verilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-74/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-74/2025
02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver