Məhkəmə qərarları › İş №1(062)-75/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-75/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-75/2023 12.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1991-cı ildə Tovuz rayonu, Düz Cırdaxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(062)- 75/2023 saylı qərarına əsasən barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, xx.xx.2020-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından xx.xx.2019-cu ildə anadan olmuş X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140.00 (bir yüz qırx) manat sabit pul məbləğində aliment alınıb, tələbkar Quliyeva (Alahyarov) Müşərrəf Vəkil qızına verilməsinə dair Tovuz Rayon Məhkəməsinin 2(062)-159/2021 saylı, xx.xx.2021-cı il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Tovuz Rayon Məhkəməsinin 3(062)-481/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək müvafiq olaraq 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək sonuncu dəfə xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 3540.00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Quliyeva (Alahyarov) Müşərrəf Vəkil qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Quliyeva (Alahyarova) Müşərrəf Vəkil qızı ilə 2018-ci ildə faktiki olaraq evlənmişlər, nikahları xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahlarından Emilya adlı uşaqları olmuşdur. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs 2020-cı ildə nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etdiyinə görə Tovuz Rayon Məhkəməsinin 2(062)-159/2021 saylı, xx.xx.2021-ci il tarıxlı qətnaməsinə əsasən nikahları ləğv edilməklə, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2019-cu ildə anadan olmuş Emilya adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 140,00 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin alınıb Quliyeva (Alahyarova) Müşərrəf Vəkil qızına verilməsi qət edilmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-159/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Tovuz rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, onun ünvanına tələbin dərhal icrası haqqında bildiriş göndərilmiş və dəfələrlə xəbərdarlıq edilmişdir. O, Tovuz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyi üçün Tovuz Rayon Məhkəməsinin 18 06 2021-ci ıl tarıxlı qərarı ilə 10 gün müddətinə inzibatı qaydada həbs edilmişdir. Həmçinin icra məmurunun təqdimatına əsasən, Tovuz Rayon Məhkəməsinin 17.12 2021-ci il tarixli qərardadı ilə onun ölkədən getmək huququ məhdudlaşdırılmışdır. Lakin maddi imkanı olmadığına görə yaranmış aliment borcunu ödəyə bilməmişdir. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilmişdir. Təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək 3540,00 manat aliment borcu yaranmışdır. Hazırda isə qətnaməni tam icra edərək zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Buna görə də barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2018-ci ildə faktiki olaraq evlənmiş, nikahları xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahlarından Emilya adlı uşaqları olmuşdur. Əvvəllər Təqsirləndirilən şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona və övladına baxmamışdır. O, 2020-ci ildə məhkəməyə müraciət etdiyinə görə Tovuz Rayon Məhkəməsinin 2(062)-159/2021 saylı, xx.xx.2021-ci il tarıxlı qətnaməsinə əsasən iddia qismən təmin olunmuş, xx.xx.2020-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından xx.xx.2019-cu ildə anadan olmuş Emilya adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X1 hər ay 140,00 (bir yüz qırx) manat sabit pul məbləğində aliment alınıb ona verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra X2 yaşadığı yer üzrə Tovuz rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, Təqsirləndirilən şəxs tələbin dərhal icrası haqqında bildiriş göndərilmiş və dəfələrlə xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsi qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyi üçün Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci İl tarixli qərarı ilə 10 gun müddətinə inzibati qaydada həbs edilmişdir Həmçinin icra məmurunun təqdimatına əsasən, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Lakın buna baxmayaraq, o öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2022-cı il tarixədək yaranmış olan 3540,00 manat borcunu ödəməmişdir. Hazırda isə Təqsirləndirilən şəxs qətnaməni tam icra etmişdir. Buna görə də ondan heç bir şikayəti və tələbi yoxdur. Qeyd olunanlara əsasən onun cinayət məsuliyyətindən azad olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-159/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından xx.xx.2019-cu ildə anadan olmuş Emilya adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay 140,00 (bir yüz qırx) manat sabit pul məbləğində aliment alınıb, iddiaçı Quliyeva (Alahyarova) Müşərrəf Vəkil qızına verilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borcluya dəfələrlə xəbərdarlıqlar olunmasına baxmayaraq aliment borcunu ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə, borclu Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin 3(062)- 481/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Bundan sonra borcluya yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də o, aliment borcunu ödəməmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarıxli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Daha sonra borcluya yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də o, aliment borcunu ödəməmiş və xx.xx.2022-ci il tarixə qədər 3540,00 manat aliment borcunu ödəməmişdir. İş materiallarından göründüyü kimi, borclu Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin 2(062)-159/2021 saylı, xx.xx.2021-ci il tarıxlı qətnaməsini ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə aliment borcunu qərəzli olaraq ödəməmişdir. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin məcburiliyi dəfələrlə izah edilsə də o, qanunvericiliyin tələblərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir Tələbkar Quliyeva (Alahyarova) Müşərrəf Vəkil qızı ərizə ilə müraciət edərək məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyi üçün borclunun cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazırliyi İstıntaq İdarəsinə təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş dindirilmiş Tovuz rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 da Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-159 saylı qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2019-cu ildə anadan olmuş Emilya adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 140,00 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin alınıb Quliyeva (Alahyarova) Müşərrəf Vəkil qızına verilməsi qət edilmişdir “İcraat başlama haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-159 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata başlanmışdır. “Tələbin könüllü icrası barədə” xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti təqdim edilmiş və tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(062)-7365 saylı qərarından görünür ki, verilmiş təqdimat təmin edilmiş və Təqsirləndirilən şəxsnın ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(062)-481 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Tovuz Rayon İcra və Probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, ona qətnamə üzrə yaranmış aliment borcunu ödəməyəcəyi təqdirdə Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması üçün təqdimat verilməsi barədə xəbərdarlıq edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək göstərmişdir ki, təqsirləndirilən şəxs icra sənədi üzrə borcu tamamilə ödəmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeydinə əsasən cinayət məsuliyyətindən azad edilməli və həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-nin 43-cü maddəsinə əsasən xitam verilməlidir. Cinayət Prosessual Məcəllənin 175.5-ci maddəsində göstərilmişdir ki, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar