Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-76/2023 13.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Saatlı rayonu Qaracalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 (bir) nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də elektrik-mantyor işləyən, Saatlı rayonu Qaracalar kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdə təxminən saat 19:10 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Tovuz rayonu Qovlar şəhəri ərazisindən keçən 434-cü kilometrliyində “X8” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və bununlada hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək idarə etdiyi “VAZ 21074” markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri istiqamətində hərəkət etdirərkən avtomobilin ön hissəsi ilə yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən piyada X2 vurması nəticəsində sonuncuya qaraciyərin kəskin qanitirmə ilə müşayiət edilən cırılması, sağ tərəfli 4-5-6-7-8-9-cu qabırğaların, sol tərəfli 5-6-7-8-ci qabırğaların qəlpəli, yerdəyişməli sınığı, sol bazu və sağ sümüklərinin, həmçinin sağ əlin 1-ci barmağının 1-ci falanqasının qapalı yerdəyişməli sınığı, burun sümüklərinin sınığı, sağ üst göz qapağı - alın nahiyəsinin, sağ əlin 2-ci barmağının əzilmiş-cırılmış yaraları, sağ qaş nahiyəsinin didilmiş yarası, alın nahiyəsinin səthi yarası, gövdənin ön səthinin, sağ qoltuqaltı nahiyənin, sağ dirsək oynağının, sağ əlin arxa səthinin, sağ diz oynağının sıyırıqları, sağ diz oynağının sıyırıqları ilə müşayiət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, özünə məxsus VAZ 21074 markalı **- GF-*** dövlət qeydiyyat nişanlı avtomobili və hazırda qüvvədə olan “BC” dərəcəli sürücülük vəsiqəsi var. xx.xx.2023-cü il tarixdə təxminən saat 19:10 radələrində qeyd edilən avtomobili 90-100 km/saat sürətlə Bakı-Qazax yolu ilə Bakı istiqamətində yolun orta zolağı ilə hərəkət etdirərkən piyada,adını sonradan bildiyi X1 yolun sol tərəfində olan beton səddin üzərindən keçib yola daxil olaraq adi yerişlə yolun digər tərəfinə keçmək istədiyini görəndə piyadanı vurmamaq üçün tormozu basmış,lakin aradakı məsafə az olduğundan avtomobili saxlaya bilməyərək ön hissəsi ilə piyadanı vurmuşdur. Hadisə yerinə polis əməkdaşları gələndən sonra onun iştirakı ilə hadisə yeri müayinə edilmiş, həkim narkoloq müayinəsindən keçirilmişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, onlrdan üzrxahlıq eləmişdir. Odur ki, bu kimi halların nəzərə alınmaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, mərhum X3 əri olmuş, sağlığında rəsmi olaraq işləməsədə fərdi əməklə məşğul olmuşdur. xx.xx.2023-cü il tarixdə günorta saatlarında ərim Zülfüqar Qovlar şəhərinə çıxacağını bildiridib evdən çıxıb getmişdir. Bundan bir neçə saat sonra o, evdə olarkən mobil telefonuna zəng edilərək əri Zülfüqarın, Bakı-Qazax yolunun yaşadıqları şəhərin ərazisindən keçən hissəsində avtoqəzaya uğrayaraq almış olduğu xəsarətlədən öldüyü və meyitinin rayon mərkəzi xəstəxanasına aparıldığı bildirilmişdir. Bu xəbəri eşidən kimi ailə üzvləri ilə birgə xəstəxanaya getmiş və meyitxanaya çatanda ərinin ölmüş olduğunu görmüşdür. Həmin vaxt məlum olmuşdur ki, Zülfüqar piyada olaraq yolun Qazax istiqamətindən Bakı istiqamətinə keçmək istəyəndə həmin istiqamətdə hərəkətdə olan, adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21074” markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə əri Zülfüqarı vurmuşdur. Onun əri Zülfüqar Məmmədovun baş vermiş yol-nəqliyyat hadisəsi zamanı almış olduğu xəsarətlərdən ölməsinə baxmayaraq bu barədə sürücü Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Odur ki, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs iş yoldaşıdır. Elnurun özünə məxsus “VAZ 21074” markalı **-GF- *** dövlət qeydiyyat nişanlı avtomobili var. xx.xx.2023-cü il tarixdə iş yoldaşları Elnur və Şahid1 ilə birgə Tovuz rayonuna ezam olunduqları üçün Elnura məxsus avtomobil ilə həmin rayona gedib orada şirkətin elektirik işlərini görməyə başlamışlar. xx.xx.2023-cü il tarixdə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində işlərini görüb qurtardıqdan sonra Tovuz rayonu Alakol kəndində yerləşən otelə getmək üçün qeyd edilən avtomobilə əyləşmişlər. O, ön sağ, Vüsal isə arxa sol oturacaqda əyləşəndən sonra Elnur avtomobilin sükanı arxasına keçib idarə edərək Tovuz şəhərindən Bakı- Qazax yoluna çıxıb Bakı istiqamətində hərəkətə başlamışdır. Hərəkətdə olarkən saat təxminən 19:10 radələrində həmin yolun Tovuz rayonu Qovlar şəhəri ərazisindən keçəndə fikirli olduğundan yola fikir verməmiş, bir anda avtomobilin nəyəsə dəydiyini hiss edəndə yola baxmış, Elnur avtomobili saxlayandan sonra hamısı yerə düşüb ətrafa baxanda yolda yerə uzanmış vəziyyətdə piyadanı görüb yanına yaxınlaşanda piyadanın almış olduğu xəsarətlərdən öldüyünü görmüş və DİN-nin “102” xidmətinə zəng edərək hadisə bardə məlumat vermişdir. O, sərnişini olduğu avtomobil ilə hərəkətdə olarkən fikirli olduğundan yola baxmadığından hadisənin necə baş verdiyini, piyadanın haradan və necə qarşılarına çıxdığını görməmişdir. Sonradan Elnurun deməsinə görə ona məlum olmuşdur ki, Bakı istiqamətində hərəkətdə olarkən piyada yolun sol kənarındakı beton arakəsmənin üzərindən keçib adi yerişlə yola daxil olmuş, piyada yola daxil olanda aradakı məsafə az olduğudan Elnur avtomobili saxlaya bilməyərək piyadanı vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunda ifadə verərək, Şahid2 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Məhkəmə tibbi-ekspertizasının xx.xx.2023-cü il tarixli, 02 saylı rəyinə əsasən X1 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur - qaraciyərin kəskin qanitirmə ilə müşayiət edilən cırılması, sağ tərəfli 4-5-6-7-8-9-cu qabırğaların, sol tərəfli 5-6-7-8-ci qabırğaların qəlpəli, yerdəyişməli sınığı, sol bazu və sağ sümüklərinin, həmçinin sağ əlin 1-ci barmağının 1-ci falanqasının qapalı yerdəyişməli sınığı, burun sümükərinin sınığı, sağ üst göz qapağı - alın nahiyəsinin, sağ əlin 2-ci barmağının əzilmiş - cırılmış yaraları, sağ qaş nahiyəsinin didilmiş yarası, alın nahiyəsinin səthi yarası, gövdənin ön səthinin, sağ qoltuqaltı nahiyənin, sağ dirsək oynağının, sağ əlin arxa səthinin, sağ diz oynağının sıyırıqları, sağ bazu nahiyəsinin qançırı küt əşyaların təsirindən törənmişdir, xx.xx.2023-cü il tarixdə avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, X5 ölümünə səbəb avtomobil qəzası zamanı baş verən qaraciyərin cırılmasından törəyən kəskin qanitirmə olmuşdur. X5 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/613 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ 21074” markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Saatlı rayon İHB-nin Qaracalar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sərxoşluq hallarını bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2023-cü il tarixli 33 nömrəli tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi baş verən zaman sərxoş vəziyyətdə olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin Tovuz RQİ və TB şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 016-529 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixə kimi “BC” kateqoriyalı AC-524164 saylı sürücülük vəsiqəsi verilmişdir. Onun adı sürücülük vəsiqəsindən məhrum edilənlər siyahısında yoxdur. Maddi sübut olan “VAZ 21074” markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq orqanı tərəfindən sahibinə qaytarılmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ərizə verərək Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində göstərilmişdir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. İş materialları ilə təsdiqini tapır ki, Təqsirləndirilən şəxs “X8” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, 23 yanvar 2023-cü il tarixdə təxminən saat 19:10 radələrində idarə etdiyi “VAZ 21074” markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri istiqamətində hərəkət etdirərkən avtomobilin ön hissəsi ilə yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən piyada X2 vurması nəticəsində sonuncuya qaraciyərin kəskin qanitirmə ilə müşayiət edilən cırılması, sağ tərəfli 4-5-6- 7-8-9-cu qabırğaların, sol tərəfli 5-6-7-8-ci qabırğaların qəlpəli, yerdəyişməli sınığı, sol bazu və sağ sümüklərinin, həmçinin sağ əlin 1-ci barmağının 1-ci falanqasının qapalı yerdəyişməli sınığı, burun sümüklərinin sınığı, sağ üst göz qapağı - alın nahiyəsinin, sağ əlin 2-ci barmağının əzilmiş-cırılmış yaraları, sağ qaş nahiyəsinin didilmiş yarası, alın nahiyəsinin səthi yarası, gövdənin ön səthinin, sağ qoltuqaltı nahiyənin, sağ dirsək oynağının, sağ əlin arxa səthinin, sağ diz oynağının sıyırıqları, sağ diz oynağının sıyırıqları ilə müşayiət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə səbəb olmuşdur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “X8” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayətprosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edib əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini iş üzrə onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda məhkəmə diqqətə çatdırır ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında əsas cəza kimi yalnız azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların dairəsi və bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə təqsirləndirilən şəxsə bundan da yüngül cəza növünün təyin olunmasına, yaxud onun şərti məhkum olunmasına imkan vermir. Lakin məhkəmə təqsirləndirilən şəxslə bağlı yuxarıda sadaladığı cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, həmçinin təqsirləndirilənin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası nisbətən yuxarı həddindən aşağı həddə təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsində göstərilmişdir ki, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, o, azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan “VAZ 21074” markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat məbləğdə pul ondan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, hökmün icrası Saatlı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “VAZ 21074” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq zamanı sahibinə qaytarılması nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Saatlı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-76/2023
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-76/2023
13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver