Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-76/2024 10.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakları ilə xx.xx.1975-ci ildə Tovuz rayonu Azaflı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən üzərində qəti olaraq 02 il azadlıqdan məhrum edilməklə 02 il 06 gün nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 26 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü ildə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Tovuz rayonu Azaflı kəndində qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətiman tədbiri seçilmiş və hazırda Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni, ümumi təmiz çəkisi 470 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı əldə edib, hazırlayıb üzərində saxlayaraq daşıyarkən 13 yanvar 2024-cü il tarixdə saat 15:10 radələrində Ağstafa st. XPB-nın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayonu, İsmayıl Mürşüdov küçəsində yerləşən Tovuz stansiyasının peronunda saxlanılaraq həmin ünvanda yerləşən Tovuz satnsiyasında X7 gətirilərək üzərinə baxış keçirilən zaman əlində olan qırmızı-göy rəngli, üzərinə “Original LEVİS” sözləri yazılmış polietilen torbadan satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşıdığı xeyli miqdarda yəni, 1 (bir) ədəd qırmızı-göy rəngli polietilen torbada təmiz çəkisi 470 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Tovuz rayonu Azaflı kəndində yaşayır. Fərdi əməklə məşğul olmaqla dolanır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. O, 2024-cü ilin yanvar ayının əvvəllərində Tovuz rayonu Düz Cırdaxan kəndinin ərazisində, Bakı–Qazax dəmiryolu xəttinin kənarı ilə piyada gəzən zaman dəmiryolu relslərinin kənarında göy rəngli sellefon torba görmüş və həmin sellefon torba diqqətini cəlb etmişdir. O, həmin sellefon torbanı götürüb içərisinə baxan zaman torbanın içərisində nəşə kimi tanıdığı marixuana olduğunu görmüşdür. O, narkotik vasitə istifadə etdiyi üçün həmin torbanın içərisində olan narkotik vasitə olan marixuananı tanımış və şəxsi istifadəsi üçün götürmüş və sonradan istifadə etmək üçün yaxınlıqda gizlətmişdir. xx.xx.2024-cü il tarixdə şəxsi istifadəsi üçün içərisində narkotik vasitə olan həmin sellefon torbanı gizlətdiyi yerdən götürüb Tovuz dəmiryolu vağzalının pilləkənləri ilə perona doğru gedərkən polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim etmişlər və onun qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamağında və daşımağında şübhəli olduğunu bildirərək Tovuz st. X7 dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Tovuz st. XPM-nə getmişdir. Polis Məntəqəsində olan zaman xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona həmin müdafiəçilərdən kimi istəyirsə seçə biləcəyi əgər seçməkdə tərddüd edirsə bugün növbətçi vəkilin yardımından istifadə edə biləcəyi bildirilmişdir. O, təqdim olunmuş vəkillərin siyahısından Müdafiəçi hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. Həmin sənədlər müdafiəçi tərəfindən ona ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı o, əlində olan qırmızı-göy rəngli, üzərinə “Original LEVİS” sözləri yazılmış, içərisəndə nəşə kimi tanıdğı narkotik vasitə marixuana olan polietilen sellofanı təqdim etmişdir. Həmin narkotik vasitəni sellofan ilə birlikdə elektron tərəzidə çəkmişlər, marixuananın ümumi çəkisi 484 qram olması müəyyən edilmişdir. Daha sonra həmin sellofan torba qablaşdırılmış, möhürlənərək üzəri iştirkçılar və onun tərəfindən imzalanmış, bu barədə protokol tərtib olunmuşdur. O və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər. Həmin vaxt videoçəkiliş çəkilmişdir. Bundan başqa üzərində şəxsi axtarış keçirilmiş və qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra həmin narkotik vasitə olan qurudulmuş marixuananı tapdığı yerə, yəni Tovuz rayonu Düz Cırdaxan kəndinin ərazisində, Bakı– Qazax dəmiryolu xəttinin kənarına onun həmin polis əməkdaşları və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş və qanunla qadağan edilmiş başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. O, əldə edib saxladığı narkotik vasitə olan qurudulmuş marixuananı heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmiş, belə bir məqsədi də olmamış, onun narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsindən, saxlamağından heç kəsin, o cümlədən ailə üzvlərinin də xəbərləri olmamış, barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmiş, bununla əlaqədar hər hansı vəsatəti və şikayəti olmamışdır. Hazırda əməlindən peşmandır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Əlixan adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Tovuz rayonu, Azaflı kənd sakini Təqsirləndirilən şəxs Təvəkkül oğlu olması müəyyən edilmişdir. Daha sonra həmin məlumat əsasında Ağstafa st. XPB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis kapitanı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs Təvəkkül oğlunun Tovuz Dəmiryol stansiyasında olması müəyyən edərək həmin əraziyə getmişlər. X8 stansiyasında olan zaman Təqsirləndirilən şəxs həmin stansiyanın peronunda olduğunu görüb sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək Tovuz st. XPM-na dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Tovuz st. XPM-na gəlmişdir. Tovuz st. XPM-da Təqsirləndirilən şəxs təhqiqatçı Babək Həsənov tərəfindən hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ilkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və sonuncuya bu barədə bildiriş təqdim olunmuş və üzərində hər hansı narkotik vasitə və qanunsuz əşyanın olub-olmadığı soruşulmuş, bundan sonra Təqsirləndirilən şəxs Təvəkkül oğlu əlində olan qırmızı-göy rəngli, üzərinə “Original LEVİS” sözləri yazılmış polietilen torbanı və üzərində olan bir ədəd telefon, bir qutu siqaret, bir ədəd alışqan və 6 manat məbləğində pulu təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra həmin polietilen sellofana baxış keçirən zaman içərisəndə ilk baxışda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, həmin kütlə polietilen sellofan ilə birlikdə elektron tərəzidə çəkilmiş və polietilen sellofan ilə birlikdə çəkisi 484 qram müəyyən olunmuşdur. Bundan sonra həmin kütlə sellefon ilə birlikdə qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd telefon, bir qutu siqaret, bir ədəd alışqan və 6 manat məbləğində pul iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özümə qaytarılmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini, üstündən aşkar olunan kəskin iyli maddənin “nəşə” - “qurudulmuş marixuana” olduğunu və həmin narkotik vasitəni Tovuz rayonu, Düz Cırdaxan kəndinin yaxınlığında olan dəmiryolu relslərinin kənarından tapdığını, öz istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə satması ilə bağlı hər hansı məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə verərək, Şahid1 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdi. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 Bölməsinin 13 yanvar 2024-cü il tarixli 16/62 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs..” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 470 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Ekspertiza rəyinin qeyd hissəsində marixuananın təmiz çəkisi – 470 qram, tədqiqata sərf edildi – 0,2 qram, qalıq – 469,8 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 05 fevral 2024-cü il tarixli 174 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Tovuz Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1-76/2-65/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Narkomaniya” diaqnozu ilə 2022-ci ildən Tovuz RMX PHŞ-i Poliklinika şöbəsində həkim-narkoloqun dispanser qeydiyyatındadır. Həkim-psixiatrın dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan Qazax Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qazax psixiatriya xəstəxanasında qeydiyyatda yoxdur. İş materiallarında olan Tovuz rayon İcra Hakimiyyəti Başçısının Azaflı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayonu Azaflı kəndində qeydiyyatdadır və yaşadığı yer üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1ci maddəsinə əsasən üzərində qəti olaraq 02 il azadlıqdan məhrum edilməklə 02 il 06 gün nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 26 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü ildə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(062)- 63/2022 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 02 il 06 gün nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası həmin hökmlə təyin olunmuş cəza ilə birləşdirilmiş və üzərində qəti olaraq 02 il azadlıqdan məhrum edilməklə, 02 il 06 gün nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(002)-1462/2023 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 26 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan Tovuz rayon İcra və Probasiya şöbəsinin 14 fevral 2024cü il tarixli, CB-648/180194/2022 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 26 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Həmin cəza xx.xx.2024-cü il tarixədə bitdiyinə görə məhkumun şəxsi işi şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Tovuz rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(043)-86/2020 saylı hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 234.1 və 67.1-ci maddələri ilə təqsirli bilinib, 02 il azadlıqdan məhrum etmə və 02 il 06 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, indiyədək əlavə cəzasının heç bir hissəsi çəkilməmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs Şəmkir rayonu ərazisində törətdiyi cinayət əməlinə görə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs az ağır cinayət törətdiyinə görə Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən üzərində qəti olaraq 02 il azadlıqdan məhrum edilməklə 02 il 06 gün nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 26 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü ildə cəza müddəti başa çatmış, lakin cəzasını çəkib qurtardığı tarixdən sonuncu cinayət törətdiyi, yəni 13 yanvar 2024-cü il tarixədək 02 (iki) il müddət keçmədiyindən məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından daha məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2024cü il tarixdən 15 yanvar 2024-cü il tarixədək 2 (iki) gün şübhəli şəxs qismində tutulmuşdur. Ona görə də Təqsirləndirilən şəxs cəza təyin edilərkən həmin 2 (iki) gün müddət nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməlidir. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 10 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan və Gəncə st. XPŞ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 469,8 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Tovuz Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 02 (iki) il 06 (altı) gün müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə tamamilə birləşdirilsin və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum edilməklə 02 (iki) il 06 (altı) gün müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli kökm elan olunduğu vaxtdan, yəni 10 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Gəncə st. XPŞ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 469,8 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-76/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-76/2024
10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver