Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-76/2025 06.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə 06 may 2025-ci il tarixdə Tovuz şəhərində, 10 avqust 1995-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olan, Tovuz rayonu Böyük Qışlaq kəndində yaşayan, Təqsirləndirilən şəxs– Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmə hazırlıq iclası açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 aprel 2025-ci il il tarixdə saat 23 radələrində Tovuz rayonu Böyük Qışlaq kəndində yaşadığı evdə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs üz nahiyəsinə yumruqla iki dəfə qəsdən zərbə vuraraq, ona sağ almacıq –sağ gözaltı nahiyəsinin qançır-şişkinliyi kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilməyən və üst dodaq nahiyəsinin əzilmişcırılmış yarası ilə müşayiət edilən qançır-şişkinliyi kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs izahatında bildirdi ki, yaşadığı evdə şəxsi münasibətlər zəminində mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs yumruqla üz nahiyəsinə vurmuşdur. Hazırda arvadı Zərərçəkmiş şəxs ilə barışmışdır. Bir daha ona qarşı heç bir qeyri-qanuni hərəkətlər etməyəcək. Odur ki, məhkəmədən barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi qalmamış, odur ki, məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin ifadələrini, dövlət ittihamçısının fikrini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsi və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. İşin 12-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X1 tərəfindən 25 mart 2025-ci il tarixli 326 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarət üst dodaq nahiyəsinin əzilmiş-cırılmış yarası ilə müşayiət edilən qançır-şişkinliyi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşin 51-ci vərəqəsində olan xasiyyətnamədən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən edilir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 53-54-cü vərəqəsində olan tələbnamədən Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunduğu müəyyən edilir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. İşə əlavə edilmiş, Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur və Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsində bu Məcəllənin 127.1, 128, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında müəyyən olunmuş hallarını, təqsirləndirilən şəxslə zərərçəkmişin barışmasını və cinayət işinə xitam verilməsi barədə ərizələrini nəzərə alaraq hesab edir ki, işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə görə, məhkəmə gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı ilə xitam verilə bilər. Belə olan halda təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyrimi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti və şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №1(062)-76/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-76/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver