Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-77/2023 14.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi və Zərəçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxxxx 2002-ci ildə Tovuz rayonu, Əyyublu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Tovuz Rayonu, Əyyublu kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 20:35 radələrində Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun Tovuz rayonu Əyyublu kəndi ərazisindən keçən 423-cü kilometrliyində “X5” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və bununlada hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək idarə etdiyi VAZ-2106 markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı istiqamətində hərəkət etdirərkən avtomobilin ön hisəsi ilə yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən piyada X2 vurması nəticəsində sonuncuya sağ bud sümüyünün qəlpəli,yerdəyişməli sınığı, sağ qamış sümüyünün proksimal ucunun oynaq daxili, yerdəyişməli sınığı, sağ bazu oynağının adəti çıxığı, burun nahiyyəsinin əzilmiş yarsından sonrakı çapığı, aralıq nahiyyəsinin cırılmış yarasından sonrakı çapığı ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus VAZ 2106 markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili və hazırda qüvvədə olan “BC” dərəcəli sürücülük vəsiqəsi var. xx.xx.2022-ci il tarixdə qeyd edilən avtomobili yaşadığı Tovuz rayonu Əyyublu kəndində yerləşən avtoservisdə təmir etdirdikdən sonra avtomobilin sükanı arxasına keçib idarə edərək Bakı-Qazax yoluna çıxıb Bakı istiqamətində hərəkətə başlamış, təxmminən 1 km məsafə qət etdikdən sonra kəndin mərkəzinə çatanda əks istiqamətdə hərəkətdə olan minik avtomobilinin ön işıqları gözünə düşmüş və həmin avtomobil yanından keçəndə qarşıdan, yolun sol kənarındakı Qazax istiqamətindəki hərəkət zolağının üzərindən bir nəfər piyadanın yolu keçməyə çalışmasını görmüş və piyadanı vurmamaq üçün sükanı sola buranda piyada idarə etdiyi avtomobilin ön hissəsinə və alın şüşəsinə dəyərək yerə yıxılmışdır. Avtomobildən düşəndən sonra piyada, adını sonradan bildiyi X3 yaxınlaşıb ətrafa toplaşan şəxslərin köməyi ilə piyadanı Tovuz mərkəzi rayon xəstəxanasına aparmışdır. Etdiyi əməldən peşmandır və hazırda zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Belə ki, zərərçəkmiş şəxsə dəymiş bütün ziyanı ödəmişdir. Odur ki, barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı-Qazax yolunun Bakı istiqamətindəki hərəkət zolağının kənarındakı marketə getmək üçün piyada olaraq yolun Qazax istiqamətindəki hərəkət zolağına daxil olub Qazax istiqamətində hərəkətdə olan avtomobilin ötüb keçməsini gözlədikdən sonra yolun sağ tərəfinə baxmadan yolu keçməyə çalışanda Bakı istiqamətindəki hərəkət zolağının üzərində həmin istiqamətdə hərəkətdə olan VAZ 2106 markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ön hissəsi ilə onu vuraraq xəsarət yetirmişdir. Bundan sonra sürücü Təqsirləndirilən şəxs onu digər avtomobil ilə xəstəxanaya aparmışdır. Hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması və barəsində olan cinayət işinə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Tovuz rayonu Əyublu kəndi ərazisindən keçən 423-cü km-dir. Hadisə gecə vaxtı baş vermişdir, yol asfalt örtüklü olmaqla quru, hamar və düz profilidir, sürücülərin hərəkəti üçün təhlükəsizdir,yol yaşayış məntəqəsinə daxildir.Yolun ümumi hərəkət hissəsinin eni 15 metrdir.Yol 4 hərəkət zolağından ibarətdir belə ki, Bakı istiqamətində 1 əsas,1 yardımçı, Qazax istiqamətində isə 1 əsas, 1 yardımçı hərəkət zolaqları vardır,əsas hərəkət zolaqlarını bir-birindən 1.1 üfüqi nişanlama xəti, yardımçı hərəkət zolağını əsas hərəkət zolağından isə qırıq-qırıq xət ayırır. Burada yolun hər iki kənarında Tovuz rayonu Əyyublu kəndinə daxil olmaq üçün yol ayrıcısı vardır.Lakin yolda olan xətlərin əksər hissəsi pozulmuşdur. Hadisə yerində 2.1 “Baş yol” və sürət həddinin 60 km saat olmasını göstərən yol nişanları vardır.Sürücü Təqsirləndirilən şəxs Maqsud oğlu piyadanın vurulduğu yeri göstərdi həmin yer kriminalistik metrə ilə ölçüldü və müəyyən olunmuşdur ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2106 markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı istiqamətində hərəkət etdirən zaman yolun sol kənarından yoln digər kənarına keçmək üçün qarşısına çıxan piyada X2 Bakı istiqamətindəki hərəkət zolağının üzərində sağdan sola doğru 9,5 metr məsafədə vurmuşdur.Piyada yolun Qazax istiqamətindəki hərəkət zolağınının üzərindən vurulana qədər 5,5 metr məsafə qət etmişdir.Hadisə baş verə yerdə piyada keçidi yoxdur. VAZ 2106 markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil piyadanı vurmamışdan əvvəl Bakı istiqamətində hərəkətdə olmuşdur.Sürücü Təqsirləndirilən şəxs piyadanın yolun sol tərəfindən qarşısına çıxdığını bildirmişdir. VAZ 2106 markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin piyadanı vurması nəticəsində kapotun ön orta hissəsi əzilmiş və alın şüşəsi orta hissədən sınmışdır. Məhkəmə-tibbi ekspertizanın xx.xx.2022-ci il tarixli 288 saylı rəyindən görünür ki, X1 bədən səthində aşkar edilmiş xəsarətlər-sağ bud sümüyünün qəlpəli, yerdəyişməli sınığı, sağ qamış sümüyünün proksimal ucunun oynaq daxili, yerdəyişməli sınığı, sağ bazu oynağının adəti çıxığı, burun nahiyyəsinin əzilmiş yarsından sonrakı çapığı, aralıq nahiyyəsinin cırılmış yarasından sonrakı çapığı,küt əşyanın təsirindən törənmişdir. Həmin xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aid xəsarətlərdir və xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdir. «Cinayət işinin başlaması və icraata qəbul edilməsi» barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, yol-nəqliyyat hadisəsi faktına görə Azərbaycan Respublikası 263.1-ci maddəsi ilə ********* saylı cinyət işi başlamış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. «Cinayət işinin yekunlaşdırılması və toplanmış sübutlara hüquqi qiymət verilməsi barədə» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ittiham elan edilərək cinayət məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi iləyanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsində göstərilmişdir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında zərərçəkmiş şəxs Azər Məmmədov ərizə təqdim edərək göstərmişdir ki, təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeydinə əsasən cinayət məsuliyyətindən azad edilməli və həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-nin 43-cü maddəsinə əsasən xitam verilməlidir. Cinayət Prosessual Məcəllənin 175.5-ci maddəsində göstərilmişdir ki, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış VAZ-2106 markalı **-BZ-*** dövlət qediyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış VAZ-2106 markalı **-BZ-*** dövlət qediyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-77/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-77/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver