Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-77/2024 18.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Mehman oğlunun Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Tovuz rayonu Dondar Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Dondar Quşçu kəndində qeydiyyatda olan və orada yaşayan Təqsirləndirilən şəxs Mehman oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Mehman oğlu xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Tovuz rayonu Dondar Quşçu kəndində ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs sol əl və burun nahiyəsinə qəsdən zərbələr vuraraq sonuncuya sol əlin İ barmağının qançır-şişkinliyi kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilməyən və burun nahiyəsinin burun qanaxması ilə nəticələnmiş qançır-şişkinliyi və səthi yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Mehman oğlu ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Münasibətləri hər zaman normal olmuş, aralarında əvvəldən heç bir ədavət və münaqişə olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində yaşadığı kənddə piyada hərəkətdə olan zaman həmkəndlisi Məqsəd özünə məxsus avtomobili onun yanında saxlamışdır. Avtomobildə əyləşmiş həmkəndlisi İbrahim və qohumu Müşfiq ona pivə içməyi təklif etmişlər. Onların təklifini qəbul edib avtomobilə əyləşmişdir. Onlar birlikdə Tovuz rayonu Aşağı Quşçu kəndində adını bilmədiyi çay evinə getmişlər. Çay evində masa arxasında İbrahim və Müşfiq əyləşmişlər. Məqsəd onlarla əyləşməmişdir. Onlar hər biri 2 bakal pivə içmişlər. O, hesabı istəmişdir. Müşfiq həmin vaxt özünə əlavə bir bakalda pivə sifariş etmişdir. Hesab 40 manat təşkil etmişdir. Müşfiqin sonradan dediyi pivə ilə birlikdə 42 manat hesab təşkil etmişdir. Müşfiqdən sonuncu içdiyi bir bakal pivənin pulunu istəmişdir. Müşfiq pulunun olmadığını demişdir. Məqsəddən borc olaraq 1 manat alıb hesabı ödəmişdir. Daha sonra İbrahim və Müşfiq birlikdə Məqsədə məxsus avtomobilə əyləşib yaşadığı kəndə qayıtmışlar. Yolda avtomobildə olan zaman Müşfiq onu təhqir etməyə başlamışdır. Ondan dəfələrlə hərəkətlərinə qon qoymağı xahiş etmişdir. Müşfiq onun ünvanına yenidən söyüş söymüşdür. Bu zaman aralarında mübahisə yaranmışdır. Yaranmış mübahisə zamanı yumruqla Müşfiqin burun nahiyəsindən vurmuşdur. X1 ayırmışdır. Məqsəd avtomobili saxlamış və Müşfiq avtomobildən düşmüşdür. Daha sonra Məqsəd onu yaşadığı evə düşürmüşdür. Davadalaş yaşadığı kənddə baş vermişdir. Hazırda əməlindən peşmançılıq hissi keçirir, zərərçəkmiş şəxslə barışmış, sonuncunun ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, material üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailə üzvlərilə birlikdə Tovuz rayonu Dondar Quşçu kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun qohumudur. Aralarında əvvəldən ədavət və münaqişə olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində yaşadığı kənddə dostu İbrahimlə görüşüb pivə içmək qərarına gəlmişlər. Onlar yolda avtomobil gözləyən zaman həmkəndlisi Məqsəd özünə məxsus avtomobili onların yanında saxlayaraq avtomobilə götürmüşdür. Onlar yolda Xəyalla rastlaşmışlar. Məqsəd Xəyala da onlarla getməyi təklif etmişdir. Onlar birlikdə Tovuz rayonu Aşağı Quşçu kəndində adını bilmədiyi çay evinə getmişlər. Çay evində masa arxasında İbrahim, Məqsəd və Xəyal əyləşmişlər. Məqsəd onlarla 5 dəqiqə oturub çölə çıxmışdır. Onlar həmin çay evində hər biri 2 bakal pivə içmişdir. Daha sonra atışıb hesabı ödəmişlər. Həmin vaxt özünə əlavə bir bakalda pivə sifariş etmişdir. Hesab 40 manat təşkil etmişdir. Onun sonradan dediyi pivə ilə birlikdə hesab 42 manat təşkil etmişdir. Xəyal ondan iki manat pul istəmişdir. Ona 100 manat vermiş, lakin pula xırda olmadığı üçün sonuncu pulu ona geri qaytarmışdır. Daha sonra İbrahim və Xəyalla birlikdə Məqsədə məxsus avtomobilə əyləşib yaşadığı kəndə qayıtmışdır. Yolda avtomobildə olan zaman Xəyal onunla zarafat etməyə başlamışdır. O da onunla zarafat etmişdir. Sonuncunun sözləri onun xətrinə dəydiyi üçün aralarında mübahisə yaranmışdır. Yaranmış mübahisə zamanı Xəyal yumruqla onun burun nahiyəsindən vurmuşdur. X1 ayırmışdır. Məqsəd avtomobili saxlamış və o, avtomobildən düşmüşdür. Daha sonra İbrahimlə yaşadığı evə getmişlər. Dava-dalaş yaşadığı kənddə baş vermiş və təxminən 3-5 dəqiqə davam etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışaraq, sonuncudan heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: МТЕ və PA X2 şəxsin Tovuz rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 244 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər: burun nahiyəsinin burun qanaxması ilə nəticələnmiş qançır-şişkinliyi və səthi yarası, sol əlin İ barmağının qançır-şişkinliyi küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd edilən xəsarətlərdən burun nahiyəsinin burun qanaxması ilə nəticələnmiş qançır-şişkinliyi və səthi yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarət isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Mehman oğlu əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Mehman oğlu tərəfindən yekun protokolda qeyd olunan Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Mehman oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Mehman oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsində qeyd olunmuşdur ki, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Mehman oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Mehman oğlu həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək göstərdi ki, təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan hər hansı şikayət və tələbi yoxdur. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Mehman oğlu ərizə təqdim edərək, özünü təqsirli bildiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və sonuncu ilə barışmasını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmişin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Mehman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Barəsində olan cinayət təqibinə və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-77/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-77/2024
18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver