Məhkəmə qərarları › İş №1(062)-79/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-79/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-79/2024 04.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə xx.xx.2003-cü ildə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu ödənilməmiş, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Tovuz rayonu, Qovlar şəhəri ərazisində fəaliyyət göstərən “Yurd yeri” kafesində tanışı Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yaşayan Zərərçəkmiş şəxs Zeynal oğlunun istifadəsində olan 1 ədəd, 1800 (bir min səkkiz yüz) manat dəyərində “İphone 14 Pro” markalı, A2892 modelli mobil telefonu ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə Zərərçəkmiş şəxs Zeynal oğlunu danışıb qaytaracağı adı ilə yalan vəd verib aldadaraq onun mobil telefonunu əldə etmiş və kafenin həyətinə çıxaraq oradan Bakı şəhərinə gedib mobil telefonu Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsində fəaliyyət göstərən “MobiFon” telefon alqı-satqı mağazasına satmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs Zeynal oğluna məxsus 1800 (bir min səkkiz yüz) manat dəyərində “İphone 14 Pro” markalı, A2892 modelli mobil telefonu ələ keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, о, hazırda rəsmi olaraq hər hansı bir yerdə işləmir. Zərərçəkmiş şəxs tanımaqla həmkəndlisidir. Onun Zərərçəkmiş şəxsla münasibəti daim yaxşı olmuş, aralarında ədavətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə tanışı Zərərçəkmiş şəxs ona “İnstagram” sosial şəbəkəsi vasitəsilə zəng edərək ona görüşməyi təklif etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona Tovuz rayonu, Əlibəyli kəndində olduğunu bildirmişdir. O, telefonda Zərərçəkmiş şəxs yaşadığı evə gəlməsini xahiş etmiş, bundan 40 dəqiqə sonra Ömər tək yaşadığı evə gəlmişdir. Yaşadığı evə gəldikdən sonra o, Ömərlə bir qədər yaşadığı evdə söhbət edib daha sonra birlikdə Tovuz rayonuna getmişlər. Tovuz rayonu ərazisində Yuxarı Öysüzlü dairəsi deyilən yerdə avtomobildən düşmüşlər. Həmin yerdə olan zaman o, tanışı Fuad Rəhimlini olduqları məkana dəvət etmişlər. Bundan sonra tanışı Fuad Şahid1 adlı tanışı ilə birlikdə gəlmişdir. Onlar Tovuz şəhərində görüşüb bir qədər danışdıqdan sonra Tovuz rayonu, Qovlar şəhəri ərazisində fəaliyyət göstərən “Yurd yeri” kafesinə getməyi qərara almışlar. Daha sonra birlikdə piyada Tovuz şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Aura” marketin qarşısına gəlib oradan da tanımadıqları taksi avtomobili ilə Qovlar şəhərinə getmişlər. “Yurd yeri” kafesinə getdikdən sonra yemək sifariş verib əyləşmişlər. Kafedə oturub yemək yeyən zaman o, Ömərin əlində olan İphone 14 pro markalı mobil telefonu görmüşdür. O, əvvəllər də həmin mobil telefonu Ömərin əlində görmüşdür. Onlar yemək yeyib, bir qədər də vaxt keçirtdikdən sonra o, Zərərçəkmiş şəxs aldadaraq sonuncuya məxsus “İphone 14 pro” markalı mobil telefonunu ələ keçirib sonra satmaq qərarına gəlmişdir. Bundan sonra Zərərçəkmiş şəxs dostuna zəng etməli olduğunu bildirib sonuncudan mobil telefonunu ona verməsini xahiş etmiş, Ömər də xahişini nəzərə alıb telefonunu ona vermişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs məxsus mobil telefonu da özü ilə birlikdə götürüb kafedən bayıra çıxmış, bundan sonra Səbuhiyə zəng edərək Bakı şəhərinə getmək istədiyini, onunla birlikdə getmək istəyib-istəmədiyini soruşmuş, həmin vaxt Səbuhi ona özünün də Bakı şəhərinə getməli olduğunu və birlikdə getmək istədiyini bildirib onunla razılaşmışdır. Bundan sonra o, Səbuhi ilə birlikdə Bakı-Qazax avtomobil yolunun Tovuz rayonu, Qovlar şəhəri ərazisindən keçən hissəsində yol kənarında dayanmış və sürücüsünü tanımadığı “Mercedes” markalı avtomobilə əyləşib Bakı şəhərinə getmişlər. Bundan sonra xx.xx.2023-cü il tarixdə o, Səbuhi ilə birlikdə Bakı şəhərində olan zaman Səbuhiyə zəng edərək pula ehtiyyacı olduğundan özünəməxsus telefonu satmaq istədiyini, şəxsiyyət vəsiqəsi üzərində olmadığından ona bu barədə kömək etməsini xahiş etmişdir. Səbuhi də telefonunu satmasına görə şəxsiyyət vəsiqəsini ona vermişdir. O, Bakı şəhəri Nəsimi rayon ərazisində 28 May metro stansiyasının yaxınlığında olan mağazalardan birinə Zərərçəkmiş şəxs sonuncunu aldadaraq ələ keçirdiyi mobil telefonu 1000 (bir min) manat məbləğində pul vəsaitinə satmış, əldə etdiyi pul vəsaitini Bakı şəhərində olan zaman xərcləmişdir. xx.xx.2024-cü il tarixdə o, Zərərçəkmiş şəxs məxsus mobil telefonunu satdığı mağazaya həmin telefonu geri qaytarmaq üçün getdikdə mağazada çalışan tanımadığı satıcı bir neçə gün öncə mağazaya satdığı mobil telefonu tanımadıqları başqa bir şəxsə satdıqlarını bildirmişlər. Bundan sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət etmişdir. O, etdiyi əməldən peşmandır, həmin gün spirtli içkinin təsirində olduğu üçün Zərərçəkmiş şəxs məxsus mobil telefonu ələ keçirmişdir. Törətdiyi əməldən peşmandır və özünü təqsirli bilir. Hazırda zərərçəkmiş şəxsə vurduğu zərəri tamamilə ödəmiş və sonuncu ilə barışıq əldə etmişdir. Odur ki, barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X4 ifadəsində göstərdi ki, o, zərərçəkmişin nənəsidir. Onun nəvəsi hazırda Rusiya Federasiyasındadır və orada təhsil alır, tələbədir. Onun bu iş üzrə iştirak etmək üçün etibarnaməsi vardır. Belə ki, nəvəsi Zərərçəkmiş şəxs yay tətilində Tovuz rayonuna gəlmişdir. Əvvəllər tanıdığı Təqsirləndirilən şəxs ilə kafeyə getmişlər, orada sonuncu nəvəsi Ömərdən telefonunu istəmiş, o da zəng etmək üçün telefonun sonuncuya vermişdir. Daha sonra Təqsirləndirilən şəxs nəvəsinə məxsus telefonu götürüb Bakı şəhərinə getmiş, orada həmin telefonu sataraq öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bununla da Təqsirləndirilən şəxs tərəfindən nəvəsi Zərərçəkmiş şəxs maddi ziyan vurulmuşdur. Hazırda Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tamamilə ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/1465 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 (bir) ədəd ehtiyyat hissələri X3 istehsal olunmuş, Çin Xalq Respublikasında yığılmış, “İphone 14 Pro” markalı, A2892 modelli, tünd bənövşəyi rəngli, tam işlək vəziyyətdə olan, az istifadə edilmiş, sınığı zədəsi olmayan, 256 GB yaddaşa, 6 GB ram tutumuna malik, 206 qram çəkidə olan mobil telefonun komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1800 manat müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Tovuz Rayon İHB-nin Yuxarı Öysüzlü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunan Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tamamilə ödəmiş və onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəmiş və sonuncu ilə barışıq əldə etmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanununun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması barədə əsaslar olduqda cinayət təqibinə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4-cü, 39.1.6, 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı tam ödədiyindən, onunla barışdığından və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi olmadığından barəsində olan cinayət işin icraatına xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar