Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-79/2025 06.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədov Samir Zöhrab oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakları ilə, xx.xx.1992-ci ildə Tovuz rayonu, Aşağı Ayıblı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 18 oktyabr 2024-cü il tarixdə, saat 15 radələrində mülkiyyətində olan “VAZ-21011” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz-Zəyəm avtomobil yolunun Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsi ilə üzü Əyyublu kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, həmin tələblərə əsasən, yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda, həmin tələbləri pozaraq saatda 80 kilometr saat surətlə hərəkət edərək, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni həmin tələblərə əsasən, ötməyə başlamazdan əvvəl qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağının kifayət edən məsafədə boş olduğuna və iki nəqliyyat vasitəsinin nisbi sürətinin ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəyinə əmin olmalı olduğu halda, bu tələblərə əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda öz hərəkətlərini davam etdirməklə, ötmə əməliyyatı yerinə yetirmək üçün qarşı hərəkət zolağına çıxaraq əks istiqamətdə hərəkət edən sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehiyatsızlıqdan idarə etdiyi avtomobildə əyləşmiş sərnişinlər Zərərçəkmiş şəxs2 sol bazu sümüyünün kəskin yerdəyişməli, qəlpəli, qapalı sınığı, sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası kimi dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almaqla sağlamlığına az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs3 travmatik şok ilə müşayiət edilən hər iki bud sümüklərinin qəlpəli, yerdəyişməli sınığı, sol tərəfli X qabırğanın yerdəyişməli sınığı, sağ dirsək sümüyünün sınığı kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər almaqla sağlamlığına ağır zərər vurulmasına, “VAZ-2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sağ tərəfli İİİ və İV qabırğaların yerdəyişməli, V qabırğanın isə xətti sınığı, hər iki diz oynaqlarının əzilmiş-cırılmış yaraları halında qançır şişkinliyi, sağ bud nahiyəsinin hematoması, hər iki baldır nahiyələrinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almaqla sağlamlığına az ağır zərər vurulmasına və həmin avtomobildə olan sərnişin 13 oktyabr 2023cü ildə doğulmuş X3 baş beyin qişaları altı toxumalarına və mədəciklərə qansızmalar, kəllə qapağı sümüklərinin sınığı və yumşaq toxumalara qansızmalar ilə müşayət edilən ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər alaraq sonuncunun həmin xəsarətlərdən 19 oktyabr 2024-cü il tarixdə, saat 06:06da Tovuz rayon mərkəzi xəstəxanasında ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək göstərdi ki, hal-hazırda Tovuz rayonu Əyyublu kəndində qeydiyyatdadır və faktiki olaraq həmin kənddə yaşayır, subaydır, orta təhsillidir, heç bir yerdə işləmir. İdarə etdiyi VAZ-21011 markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Sürücülük vəsiqəsi var. 18 oktyabr 2024-cü il tarixdə, saat 14 radələrində avtomobili ilə Tovuz şəhərindən Tovuz-Zəyəm avtomobil yolu ilə üzü yaşadığı Əyyublu kəndi istiqamətində hərəkətdə olmuşdur. Maşında həmkəndlisi Zərərçəkmiş şəxs3, həmin şəxsin qızı Zərərçəkmiş şəxs2 və onların qohumu Şahid2 olmuşlar. Səlfinaz qabaqda, qızı arxa sağ tərəfdə, Sevinc isə sol arxa tərəfdə oturmuşlar. Maşında yük yox idi. Avtomobil texniki cəhətdən saz vəzyyətdə idi. Sərxoş və yorğun deyildir. İdarə etdiyi VAZ-21011 markalı, **- BU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Aşağı Quşçu kəndinin içərisi ilə üzü Əyyublu kəndi istiqamətində hərəkətdə olmuşdur. Maşının sürəti təxminən 70 km saat olardı. Qarşısında onunla eyni istiqamətdə ağ rəngli “Hyundai Santafe markalı, nömrəsini bilmədiyi avtomobil hərəkətdə olmuşdur. Hərəkətinin əks istiqamətində isə heç bir maşın gəlmirdi. Bu zaman idarə etdiyi avtomobilin sola doğru istiqamətləndiyini görmüşdür. Avtomobilini öz tərəfinə, yəni, öz yoluna qaytarmaq istəsədə sükan ona tabe olmamış və avtomobili Tovuz şəhəri istiqamətində gələn “VAZ-2106” markalı avtomobilin hərəkət zolağına daxil olmuşdur. Həmin anda bu avtomobil ilə idarə etdiyi avtomobil arasında təxminən on metr məsafə olmaqla idarə etdiyi avtomobilin hərəkət sürəti 80 km saat olmuşdur. Avtomobilinin sürətini ona görə artırmışdır ki, sol tərəfi boşluq olduğu üçün avtomobilini həmin boşluq sahəyə yönəldib digər avtomobil ilə toqquşmanın qarşısını ala bilsin. Hadisədən əvvəl həmin avtomobilin sürücüsü də toqquşma hadisəsinin baş verməməsi üçün avtomobilini hərəkət istiqamətinin sağ tərəfinə çəkmişdir. Lakin, həmin avtomobillə idarə etdiyi avtomobil qabaqqabağa toqquşmuşdur. Əlavə edib bildirir ki, hadisədən əvvəl sərnişənlərə dedi ki, “özünüzü möhkəm saxlayın, rol əlimdən çıxdı, maşını saxlaya bilmirəm, maşında problem var”. Baş vermiş hadisədə özü və avtomobilində olan sərnişinlər bədən xəsarətləri almışlar. Hadisədən əvvəl heç bir ötmə əməliyyatı aparmamışdır. Hadisə anında sükan xarab olduğu üçün belə bir ağır yol-nəqliyyat hadisəsi baş vermişdir. Avtomobili 05 mart 2024-cü il tarixdə dörd min manata almışdır. Həmin vaxtı avtomobilin sükanı köhnə olduğu üçün iki ay sonra təzəsini almışdır. Tyaqasını isə almamışdır. Tyaqa problem olmadan işləmişdir. Bununla belə baş vermiş hadisə nəticəsində peşmançılıq hissi keçirir. Hadisə baş verdikdən sonra bir dəfə barışıq üçün xəstəxanaya getmiş, lakin onları qəbul etməkdən imtina etmişlər. Daha sonra anası vəfat etmişdir. Zərərçəkmişin hüquqi varisi ilə danışıqlar aparmaq üçün heç kimi yoxdur. Hadisədən sonra yeganə ailə üzvü olan anası da rəhmətə getmişdir. Hazırda da zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaq istəyir. Odur ki, bu kimi halları nəzərə almaqla ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Qovlar şəhərində ailəsi ilə birlikdə yaşayr. Rəsmi olaraq heç bir yerdə işləmir. “VAZ-2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili özünə məxsusdur. Sürücülük vəsiqəsi var. 18 oktyabr 2024-cü il tarixdə saat 14 radələrində idarə etdiyi “VAZ-2106” markalı, ** BB *** qeydiyyat nişanlı minik avtomobili ilə evindən çıxıb üzü Aşağı Quşçu kəndinə doğru hərəkətdə olmuşdur. Avtomobildə arvadı X5, gəlini Şahid1 və azyaşlı nəvəsi X8 olmuşlar. Gəlini solda oğlu ilə, arvadı isə arxa sağ tərəfdə oturmuşlar. Uşaq anasının qucağında idi. Aşağı Quşçu kəndinə getməkdə məqsədi uşağı çöpçüyə göstərmək olmuşdur. Maşın texniki cəhətdən saz vəziyyətdə idi. Spirtli içki içməmişdir. Yorğun deyildir. Hava günəşli idi, asfalt örtüyü quru vəziyyətdə idi. Avtomobilin sürəti 50-60 km saat idi. Aşağı Quşçu kəndində olan körpünü keçib üzü Dondar Quşçu kəndi istiqamətinə doğru öz hərəkət zolağında həmin sürətlə avtomobili idarə edirdi. Bu zaman Qovlar şəhəri istiqamətində hərəkət edən ağ rəngli dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı minik avtomobilinin arxasından qırmızı rəngli “VAZ-21011” markalı, nömrəsini bilmədiyi, sonradan nömrəsinin ** BU *** olduğunu bildiyi minik avtomobilinin sürücüsü ötmə əməliyyatına başlayıb avtomobilini onun yoluna çıxartmışdır. Həmin anda bu avtomobil ilə arasında təxminən 15-20 metr məsafə olmuşdur. Həmin avtomobilin sürəti təxminən 70-80 km saat olardı, çünki sürücü sürətlə ötmə əməliyyatına başlamış və həmin sürətlə də avtomobilini idarə etmişdir. Toqquşmanın qarşısını almaqdan ötrü avtomobili yolun sağ tərəfinə-ehtiyat hissəyə çəksə də hadisənin qarşısını almaq mümkün olmamış, nəticədə maşınlar qabaq-qabağa toqquşmuşlar. Baş vermiş hadisədə özü və avtomobilində olan sərnişinlər xəsarət almışlar və bir gündən sonra nəvəsi Tovuz rayon Mərkəzi Xəstəxanasnda vəfat etmişdir. Təqsirləndirilən şəxs onlarla maraqlanmamış, cəmi bir dəfə xəstəxanaya gəlmişdir. Odur ki, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. Şahid1 onun arvadıdır. Onunla iki ildir ki, evlənmişlər. Həmin nikahdan 13 oktyabr 2023-cü il tarixdə oğlu X8 doğulmuşdur. 18 oktyabr 2024-cü il tarixdə saat təxminən 14 radələrində bərbərxanada olmuşdur. Həmin günü atası Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-21011” markalı, ** BB *** qeydiyyat nişanlı minik avtomobili ilə evdən çıxıb Aşağı Quşçu kəndinə getmişdir. Avtomobildə arvadı və anası Bədirova Xanım və azyaşlı oğlu X8 olmuşlar. Saat 14 radələrində qardaşı İbrahimlə bir yerdə olan zaman onun 050 960-08-96 mobil telefon nömrəsinə atasının mobil telenundan zəng gəlmişdir. Zəng edən şəxs atasının Aşağı Quşçu kəndi ərazisində toqquşma hadisəsinə düşməsi barədə məlumat vermişdr. O da qardaşı ilə hadisə yerinə gəlmişdir. Buraya gəldikdə üzü Dondar Quşçu kəndi istiqamətinə götürdükdə yolun sağ ehtiyat hissəsində atasının idarə etmiş olduğu “VAZ-2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı tərəfinin üzü Dondar Quşçu kəndi istiqamətinə, onun avtomobil ilə toqquşan qırmızı rəngli “VAZ-21011” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin isə üzü Qovlar şəhəri istiqamətində dayanmasını görmüşdür. Atası, anası, arvadı və oğlu baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət almış və bir gündən sonra oğlu Tovuz rayon Mərkəzi Xəstəxanasnda vəfat etmişdir. Təqsirləndirilən şəxs onlarla maraqlanmamış, cəmi bir dəfə xəstəxanaya gəlmişdir. Odur ki, təqsirləndirilən şəxsdən şikayətçidir. Əvvəlki məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. 18 oktyabr 2024-cü il tarixdə saat təxminən 14 radələrində həmkəndlisi və qohumu Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ-21011» markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Tovuz şəhərindən xəstəxanadan Tovuz- Zəyəm avtomobil yolu ilə Əyyublu kəndinə evinə gəlirdi. Maşında ondan başqa qızı Zərərçəkmiş şəxs2, qaynı qızı Şahid2 olmuşlar. O, qabaqda sürücünün yanında, qızı arxa sağ tərəfdə, Sevinc isə sol arxa tərəfdə oturmuşdular. Maşında yük olmamışdır. Sürücü Təqsirləndirilən şəxs sərxoş və yorğun deyildir. Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ- 21011» markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Aşağı Quşçu kəndinin içərisi ilə üzü Əyyublu kəndi istiqamətində hərəkət edirdi. Maşın yüksək sürətlə getmirdi. Qabağında heç bir maşın getmirdi. Həmin vaxtı onların hərəkətin əksi istiqamtində markasını və nömrəsini bilmədiyi bir minik avtomobili üzü Tovuz şəhəri istiqamətində hərəkət edirdi. Həmin vaxtı onun oturduğu avtomobil ilə həmin avtomobilin arasında təxminən on metr məsafə olardı. Bu zaman Təqsirləndirilən şəxs onlara dedi ki, “özünüzü möhkəm saxlayın, rol əlimdən çıxdı”. Həmin anda da oturduğu avtomobil öz yolundan çıxdı və qarşı tərəfdən gələn minik avtomobilinin yoluna daxil oldu və avtomobillər toqquşdular. Əks istiqamətdə gələn avtomobilin sürücüsünün hadisədən əvvəl maşınını yolun sağ tərəfinə çəkdiyi anı görməmişdir. Baş vermiş hadisədə sürücü, özü və oturduğu avtomobildə olan sərnişinlər xəsarət aldılar. Özünün iki ayaqları sınmışdır. Şikayətçi deyildir. Əvvəlki məhkəmə iclasında Zərərçəkmiş şəxs2 digər Zərərçəkmiş şəxs3 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 18 oktyabr 2024-cü il tarixdə saat 14 radələrində ərinin idarə etdiyi “VAZ-2106” markalı, ** BB *** qeydiyyat nişanlı minik avtomobili ilə evindən çıxıb üzü Aşağı Quşçu kəndinə doğru hərəkətdə olmuşlar. Avtomobildə o, gəlini Şahid1 və azyaşlı nəvəsi X8 olmuşdur. Gəlini solda oğlu ilə, o, isə arxa sağ tərəfdə oturmuşdur. Uşaq anasının qucağında idi. Aşağı Quşçu kəndinə getməkdə məqsədləri uşağı çöpçüyə göstərmək olmuşdur. Əri spirtli içki içməmişdir, yorğun deyildir. Hava günəşli idi, asfalt örtüyü quru vəziyyətdə idi. Əri avtomobilin sürəti 50-60 km saat idi. Aşağı Quşçu kəndində olan körpünü keçib üzü Dondar Quşçu kəndi istiqamətinə doğru öz hərəkət zolağında həmin sürətlə avtomobili idarə edirdi. Bu zaman Qovlar şəhəri istiqamətində hərəkət edən ağ rəngli dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı minik avtomobilinin arxasından qırmızı rəngli “VAZ-21011” markalı, nömrəsini bilmədiyi, sonradan nömrəsinin ** BU *** olduğunu bildiyi minik avtomobilinin sürücüsü ötmə əməliyyatına başlayıb avtomobilini onların yoluna çıxartmışdır. Həmin avtomobilin sürəti təxminən 70-80 km saat olardı, çünki sürücü sürətlə ötmə əməliyyatına başlamış və həmin sürətlə də avtomobilini idarə etmişdir. Əri toqquşmanın qarşısını almaqdan ötrü avtomobili yolun sağ tərəfinə-ehtiyat hissəyə çəksə də hadisənin qarşısını almaq mümkün olmamış, nəticədə maşınlar qabaq-qabağa toqquşmuşlar. Baş vermiş hadisədə o, gəlini və əri xəsarət almış və bir gündən sonra nəvəsi Tovuz rayon Mərkəzi Xəstəxanasnda vəfat etmişdir. Təqsirləndirilən şəxs onlarla maraqlanmamış, cəmi bir dəfə xəstəxanaya gəlmişdir. Odur ki, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı əsasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 18 oktyabr 2024-cü il tarixdə saat 14 radələrində qaynatasının idarə etdiyi “VAZ-2106” markalı, ** BB *** qeydiyyat nişanlı minik avtomobil ilə evlərindən çıxıb üzü Aşağı Quşçu kəndinə doğru hərəkətdə olmuşlar. Avtomobildə o, qaynanası və azyaşlı uşağı X8 olmuşdur. O, solda oğlu ilə, qaynanası isə arxa sağ tərəfdə oturmuşdur. Uşaq onun qucağında idi. Aşağı Quşçu kəndinə getməkdə məqsədləri uşağı çöpçüyə göstərmək olmuşdur. Qayınatası spirtli içki içməmişdir, yorğun deyildir. Hava günəşli idi, asfalt örtüyü quru vəziyyətdə idi. Avtomobilin sürəti 50-60 km saat idi. X9 kəndində olan körpünü keçib üzü Dondar Quşçu kəndi istiqamətinə doğru öz hərəkət zolağında həmin sürətlə avtomobili idarə edirdi. Bu zaman Qovlar şəhəri istiqamətində hərəkət edən ağ rəngli dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı minik avtomobilinin arxasından qırmızı rəngli “VAZ- 21011” markalı, nömrəsini bilmədiyi, sonradan nömrəsinin ** BU *** olduğunu bildiyi minik avtomobilinin sürücüsü ötmə əməliyyatına başlayıb avtomobilini onların yoluna çıxartmışdır. Həmin avtomobilin sürəti təxminən 70-80 km saat olardı, çünki sürücü sürətlə ötmə əməliyyatına başlamış və həmin sürətlə də avtomobilini idarə etmişdir. Qaynatası toqquşmanın qarşısını almaqdan ötrü avtomobili yolun sağ tərəfinə-ehtiyat hissəyə çəksə də, hadisənin qarşısını almaq mümkün olmamış, nəticədə maşınlar qabaq-qabağa toqquşmuşlar. Baş vermiş hadisədə o, qaynanası və qaynatası xəsarət almış və bir gündən sonra oğlu Tovuz rayon Mərkəzi Xəstəxanasnda vəfat etmişdir. Şikayətçidir. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı əsasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. 18 oktyabr 2024-cü il tarixdə, saat 14 radələrində qohumu Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ-21011» markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Tovuz şəhər xəstəxanasından üzü Tovuz- Zəyəm avtomobil yolu ilə Əyyublu kəndinə gəlirdi. Maşında ondan başqa bibisi Zərərçəkmiş şəxs3, əmisi qızı Zərərçəkmiş şəxs2 olmuşlar. Bibisi qabaqda sürücünün yanında, özü arxa sol tərəfdə, Gülnar isə sağ arxa tərəfdə əyləşmişdir. Maşında yük yox idi. Sürücü Təqsirləndirilən şəxs sərxoş və yorğun deyildir. Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ- 21011» markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Aşağı Quşçu kəndinin içərisi ilə üzü Əyyublu kəndi istiqamətində hərəkət edirdi. Masını yüksək sürətlə getmirdi. Qabağda heç bir maşın getmirdi. Arxada Gülnar ilə söhbət edirdi. Həmin vaxtı sürücünün arxa tərəfində əyləşdiyi üçün üçün yolu və qarşı tərəfdən hərəkət edən avtomobili görmürdü. Lakin sürücü Təqsirləndirilən şəxs onlara “özünüzü möhkəm saxlayın, rol əlimdən çıxdı, maşını saxlaya bilmirəm, maşında problem var” dediyini xatırlayır. Həmin anda da möhkəm zərbədən huşunu itirmişdir. Ayılanda özünü Tovuz rayon mərkəzi xəstəxanasında görmüşdür. Xəstəxanada başa düşmüşdür ki, olduğu avtomobil digər avtomobillə toqquşmuşdur. Sərnişini olduğu avtomobilin hansı avtomobillə toqquşduğunu bilmir, çünki avtomobilin markalarını seçməkdə çətinlik çəkir. Baş vermiş hadisədə özü xəsarət almışdır. Şikayəti yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Tovuz rayon şöbəsinin 19 oktyabr 2024-cü il tarixli, 34 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X3 bədən səthində aşkar edilmiş xəsarətlər-baş beyin qişaları altına, toxumalarına və mədəciklərə qansızmalar, kəllə qapağı sümüklərinn sınığı ilə müşayiət edilən yumşaq toxumalara qansızmalar. X3 meyitində qeyd olunan xəsarətlər bərk küt əşyanın ( əşyaların) təsirindən onun ölümündən az əvvəl, yəni, qərarın təsviri hissəsində göstərilən 18 oktyabr 2024-cü il tarixdə əmələ gəlmişdir, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqələri vardır və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Qeyd edilən xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni, sərnişini olduğu avtomobilin digər hərəkətdə olan avtomobillə toqquşması nəticəsində əmələ gəlməsi istisna edilmir. X3 ölümünə səbəb nəqliyyat travması nəticəsində baş vermiş kəllə qapağı sümüklərinn sınığı, baş beyin qişları altına, toxumalarına və mədəciklərə qansızmalar olmuşdur. X3 ölümü 19 oktyabr 2024-cü il tarixdə saat 06:06 dəqiqədə Tovuz RMX-da baş vermişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Tovuz rayon şöbəsinin 02 noyabr 2024-cü il tarixli, 911 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər-sağ tərəfli İİİ və İV qabırğaların yerdəyişməli, V qabırğanın isə xətti sınığı, hər iki diz diz oynaqlarının əzilmiş-cırılmış yaraları halında qançır şişkinliyi, sağ bud nahiyəsinin hematoması, hər iki baldır nahiyələrinin sıyrıqları küt əşyanın təsirindən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna olunmur və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurma əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni, sürücüsü olduğu avtomobilin digər hərəkətdə olan avtomobillə toqquşması nəticəsində əmələ gəlməsi istisna edilmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Tovuz rayon şöbəsinin 22 aprel 2025-ci il tarixli, 346 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs3 bədən səthində aşkar olunmuş xəsarətlərtravmatik şok ilə müşayiət edilən hər iki bud sümüklərinin qəlpəli, yerdəyişməli sınığı, sol tərəfli X qabırğaının yerdəyişməli sınığı, sağ dirsək sümüyünün sınığı küt əşyanın təsirindən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna olunmur və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs3 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni, sərnişini olduğu avtomobilin digər hərəkətdə olan avtomobillə toqquşması nəticəsində əmələ gəlməsi istisna edilmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Tovuz rayon şöbəsinin 22 aprel 2025-ci il tarixli, 348 nömrəli rəyi müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər-sol bazu sümüyünün kəskin yerdəyişməli qapalı sınığı, sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası küt əşyanın təsirindən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna olunmur və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurma əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni, sərnişini olduğu avtomobilin digər hərəkətdə olan avtomobillə toqquşması nəticəsində əmələ gəlməsi istisna edilmir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin kompleks məhkəmə yol-nəqliyyat hadisələri, yol-nəqliyyat trasoloji və yol-nəqliyyat məhkəmə-texniki ekspertizasının 14 aprel 2025-ci il tarixli 8/3308 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1.2.4a. Baxışa təqdim olunmuş VAZ-21011 markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükan sistemi hadisədən əvvəl saz vəziyyətdə olmuşdur. Yəni, avtomobilin sükan sisteminin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. 3.Nəqliyat vasitələri arasında ilkin kontakt anında toqquşma VAZ-21011 markalı, **- BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə VAZ-2106 markalı **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi arasında təxminən 15-20 dərəcə bucaq altında baş vermişdir. 4b.5.İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-21011 markalı, **-BU- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-cü hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.
6. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-2106 markalı ** BB *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqtəyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. - Hadisə yerinə baxış keçirilməsi haqqında tərtib olunmuş 18 oktyabr 2024-cü il tarixli protokolla müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi Tovuz–Zəyəm avtomobil yolunun Tovuz rayon Aşağı Quşçu kəndi ərazisində avtomobil yolunun üzü Tovuz şəhəri istiqamətində, yəni, sağ çiynində, torpaq yolda baş vermişdir.Yolun örtüyü asfalbetondur və düzdür.Hadisə zamanı yer quru olmuşdur.Yolun eni 7(yeddi) metrdir. Hadisə yerinin fotocədvəli və sxemi tərtib olunaraq protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir. - Sərxoşluq hallarını bütün növlərinin təyini məqsədi ilə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 11819 №-li protokoldan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş vəziyyətdə olmamışdır. - Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə bilavasitə tabe olan Tovuz RQİ və TB şöbəsindən daxil olmuş 25 oktyabr 2024-cü il tarixli, 1118 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 03 may 2024-cü tarixdən 01 may 2034-cü il tarixədək “B1,B,C1,C” kateqoriyalı, BD-316813 saylı sürücülük vəsiqəsi verilmişdir. Onun adı sürücülük vəsiqəsindən məhrum edilənlər siyahısında yoxdur. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14” Tovuz rayon Mərkəzi Xəstəxanası” X10 22 oktyabr 2024-cü il tarixli 18-1-76/2-1006 /2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Tovuz RMX PHŞ-i Poliklinika şöbəsində həkim-psixiatrın və həkim narkoloqun dispanser qeydiyyatında dayanmır. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğuna dair məlumat yoxdur. - «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - Əyyublu kənd icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Məmmədov X1 yaşadığı müddət ərzində özünü həmişə nizam-intizamlı aparmış, sakinlər tərəfindən Əyyublu kənd İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində göstərilmişdir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 42-ci maddəsinin İ hissəsinə görə, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmaması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, onun ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, hadisədən sonra xəstəxanaya getməsini, eləcə də məhkəmə iclaslarında zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə, ailə vəziyyətinə, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaqla yanaşı, onun islah olunaraq, cəmiyyətin normal üzvünə çevrilməsi perspektivlərini də nəzərdə tutmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında əsas cəza kimi yalnız azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların dairəsi və bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə təqsirləndirilən şəxsə bundan da yüngül cəza növünün təyin olunmasına, yaxud onun şərti məhkum olunmasına imkan vermir. Göstərilən cinayət qanunu normaları və cəza təyin edilərkən nəzərə alınan hallara əsaslanaraq, eləcə də Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edə bilməməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının 5 (beş) il müddətə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasının isə 2 (iki) il 6 (altı) ay müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də, ona azadlıqdan məhrum etmə və nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzalarının göstərilən həddən artıq müddətə təyin edilməsinə zərurət, eləcə də qanunla müəyyən edilmiş əsas cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsində göstərilmişdir ki, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkir. Azərbaycan Respublikası 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Buna görə də, Azərbaycan Respublikası CPM-in 175.1-ci maddəsinə əsasən “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Maddi sübut kimi tanınmış «VAZ 2106» minik markalı, ** BB *** dövlət qeydiyyat nişanlı və «VAZ 21011» minik markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 250 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə,
H ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «VAZ 2106» minik markalı, ** BB *** dövlət qeydiyyat nişanlı və «VAZ 21011» minik markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 250 (iki yüz əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Sədrlik edən: Pərvanə İsaqlı