Məhkəmə qərarları › İş №1(062)-8/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-8/2024

20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-8/2024 20.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Müdafiəçi Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1975-ci il tarixdə Gədəbəy rayonu Sovetabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu Şahdağ kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 08 may 2023-cü il tarixdə, saat 14:00 radələrində Tovuz rayonu ərazisində yerləşən Ceyrançöl qış otlaq sahəsində arvadı Şahid2 mobil telefonuna kontur göndərib zəng edərək ondan xoşlandığını deməsi səbəbindən aralarında yaranmış qısqanclıq zəminində mübahisə zamanı çomaqla çoban yoldaşı Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl bir neçə zərbə vuraraq sonuncuya sol qulaq seyvanının qançır-şişkinliyi və səthi yarası, bel və sağ kürək nahiyələrinin qançırları, sağ bud nahiyəsinin sıyrıqları kimi sağlamlığa zərər vurmadıqlarından dərəcələri təyin edilməyən və başın sol təpə-ənsə nahiyəsinin qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi kimi dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə iclasında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Dolanmaq üçün ayrı-ayrı fermerlərin fermasında çobanlıq etmişdir. O, 2020-ci ildən Gədəbəy rayon sakini Şahid1 Çeyrançöl qış otlaq sahəsinin Tovuz rayonundan keçən hissəində yerləşən fermasında çoban kimi işləmişdir. Bunun üçün Ələsgər ona ayda 250 manat pul vermişdir. Ələsgərin yatağında ondan başqa əlavə üç nəfər çoban vardır. Ələsgərin yatağında ona məxsus 30 baş xırdabuynuzlu (qoyun) və bir baş iribuynuzlu (inək) malqarası olmuşdur. Zərərçəkmiş şəxs da onun kimi Ələsgərin yatağında çobandır. X1 fermasına 2022-ci ilin payızında gəlmişdir. Asiman subaydır. O, isə arvadı Şahid2 ilə birlikdə Ələsgərin yatağına gəlmişdir. Kəmalə fermada yüngül işlərdə ona kömək etmiş və yemək bişirmişdir. Zərərçəkmiş şəxs ilə münasibəti həmişə normal olmuşdur. Aralarında ədavət və ya düşmənçilik olmamışdır. Hətta Asiman tək olduğu üçün tez-tez onu olacağa çağırmış və Asiman onlarla yemək yemişdir. xx.xx.2023-cü il tarixdə o, arvadı Kəmalə Nazim qızını Gədəbəy rayonu Şahdağ kəndinə evlərinə göndərmişdir. Çünkü kənddə əkmiş olduqları kartofun dibini yığmaq lazım idi. X4 rayonundan 07 may 2023-cü il tarixdə yatağa qayıtmışdır. Fermaya gəldikdə arvadı Kəmalə ona, onlarla yataqda çoban işləyən Asiman Məhərrəm oğlunun ona 10 manatlıq danışıq kartı yüklədiyini, eyni zamanda ondan xoşlandığını və onunla yaxın münasibətdə olmaq istədiyini deməsini bildirmişdir. O, bunları bildikdə həmin gün Asimana bu barədə heç nə deməmişdir. xx.xx.2023-cü il tarixdə köç yaylağa getdiyi üçün arvadı Kəmaləni Gədəbəy rayonu Şahdağ kəndinə yola salmışdır. Özü isə mal-qaranı otlağa aparmışdır. Asiman da öz növbəsində qoyunları otlağa aparmışdır. O, qərara gəlmişdir ki, Asimanla otlaqda görüşüb məsələyə aydınlıq gətirsinlər. O, günortaya kimi Asimanla görüşə bilməmişdir. Günorta saatlarında o, Asimanla fermer Ələsgərin yatağına aid otlaq sahəsində qarşılaşmışdır. O, Asimandan nə üçün arvadı Kəmaləyə zəng etdiyini, ona kontur göndərdiyini və əxlaqsız təklif etdiyini demişdir. Asiman isə Kəmaləyə zəng edərək əxlaqsız təkliflər etdiyini etiraf etməmişdir. Asiman ona, ancaq Kəmalənin mobil nömrəsinə 10 manatlıq kontur göndərdiyini bildirmişdir. Bu səbəbdən onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Asimanla o, bir-birini söymüşdür. Bu zaman Asiman əlində olan çomaqla onun sol qoluna zərbə vurmuşdur. Daha sonra başı ilə onun üzünə zərbə vurmuşdur. O, da əsəbləşib əlindəki çomaqla Asimanın bədənin müxtəlif hissələrinə və başına zərbələr vurmuşdur. O, Asimanı çomaqla vurduqdan sonra Asiman yatağa geri qayıtmış, o isə mal-qaranın qarşısına getmişdir. xx.xx.2023cü il tarixdə saat 14:00 radələrində Zərərçəkmiş şəxs Ceyrançöl qış otlaq sahəsinin Tovuz rayonundan keçən hissəsində yerləşən Ələsgərin adlı şəxsin fermasının otlaq sahəsində o, əlində olan çomaqla bədənin müxtəlif hissələrinə vuraraq o, döymüşdür. Həmin vaxt o, otlaq sahəsində tək olmuşdur. Aralarında olan dava-dalaş təxminən 2-3 dəqiqə çəkmişdir. Dava-dalaş zamanı Asiman da onu döymüşdür. Asimanı vurduğu çomaq hazırda Ələsgər Zirəddin oğlunun yatağındadır. O, səhv etdiyini və etdiyi hərəkətdən peşman olduğunu bildirmişdir. Hazırda əməlindən peşman olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. O, dolanmaq üçün ayrı-ayrı fermerlərin mal-qara yatağında çobanlıq etmişdir. xx.xx.2022-ci ildən Gədəbəy rayon sakini Şahid1 Ceyrançöl qış otlaq sahəsinin Tovuz rayonundan keçən hissəsində yerləşən yatağında çobanlıq edir. Bunun üçün Ələsgər ona ayda 300 manat pul vermişdir. Təqsirləndirilən şəxs və onun arvadı Şahid2 də Ələsgərin yatağında çoban olmuşdur. Onun sonuncularla münasibəti həmişə yaxşı olmuşdur. Aralarında heç vaxt narazılıq olmamışdır. Onlar bir ailə kimi mehriban olmuşdur. Rasimin arvadı Kəmalə ona bacı əvəzidir. Fermada olanda dəfələrlə ona yemək-içmək vermişdir. O, hətta Ələsgərdən 5000 (beş min) manat pul alaraq Kəmaləyə borca pul vermişdir. xx.xx.2023-cü il tarixdə Kəmalə Ələsgərin fermasından şəxsi işi ilə əlaqədar Gədəbəy rayonu Şahdağ kəndinə evlərinə getmişdir. Kəmalə Gədəbəy rayonunda olarkən ondan mobil nömrəsinə kontur göndərməsini xahiş etmişdir. Belə ki, Kəmalə ona internet paketi götürüb oğlu ilə danışaçağını demişdir. O, da (051) 501-97-60 nömrəsindən Kəmalənin mobil nömrəsinə kontur göndərmişdir. Eyni zamanda Kapital Bank kartı vasitəsi ilə 18 manat ümumilikdə Kəmalənin mobil nömrəsinin balansına pul göndərmişdir. Lakin o, Kəmaləyə əxlqasız təklif etməmişdir. xx.xx.2023-cü il tarixdə Kəmalə Gədəbəy rayonundan Ələsgərin yatağına gəlmişdir. Lakin həmin gün onun Kəmalə ilə heç bir ünsiyyəti olmamışdır. Səhəri gün köç yaylağa getməli idi. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Kəmalə köçlə birlikdə yenidən Gədəbəy rayonuna yaylağa qayıtmışdır. Rasimlə o, Ələsgərin yatağında qalmışdır. Mal-qaranın bir hissəsi fermada olduğu üçün o, qoyunların bir qismini götürüb örüş sahəsinə aparmışdır. Günorta saat 14:00-da Rasim örüşdə olarkən onun yanına gəlmişdir. Rasim ona nə üçün onun arvadı Kəmalənin mobil nömrəsinə kontur göndərdiyini demişdir. O, isə Rasimə onun arvadı Kəmalənin mobil telefonuna öz istəyi ilə kontur göndərdiyini bildirmişdir. Bu səbəbdən onların arasında narazılıq yaranmışdır. Rasim onunla mübahisə etməyə başlamışdır. Mühahisə zamanı Rasim əlində olan çomaqla onun bədəninin müxtəlif hissələrinə vurmuşdur. Rasimin vurduğu çomaq zərbəsindən biri onun başına dəymişdir. Nəticədə onun başında küt ağrı başlamışdır. Bundan sonra o, huşunu itirdiyi üçün olanları xatırlamamışdır. Rasim onu döydükdən bir müddət sonra Ələsgər onların yanına örüş sahəsinə gəlmişdir. Ələsgər onun halının pis olduğunu görüb yatağa aparmışdır. Rasim isə örüş sahəsində qalmışdır. Yatağa gəldikdən sonra o, özünü daha da pis hiss etdiyi Ələsgər öz avtomobili ilə onu Tovuz rayonu Hunanalar kəndinə gətirmişdir. Orada olarkən Ələsgər təcili yardımın 103 qaynar xəttinə zəng etmiş və bir müddət sonra oraya təcili yardım avtomobili ilə həkimlər gəlmişdir. Həkimlər onu Tovuz rayon Mərkəzi Xəstəxanasına aparmışdır. O, ayılanda artıq Tovuz Rayon Mərkəzi Xəstəxanasında olduğunu bilmişdir. Həkimlər ona yardım etmişdir. Onu Təqsirləndirilən şəxs döyərək xəsarət yetirmişdir. O, Rasim Bayram oğlunun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Hazırda o, Təqsirləndirilən şəxs şikayətçidir. Ona ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. Latın qrafikalı əlifba ilə yazıboxumağı bacarır. Təqsirləndirilən şəxs onun əridir. Onlar 25 ildir rəsmi evlidirlər. Birgə nikahdan üç övladları vardır. Onlar 2020-ci il tarixdən Ələsgər adlı Gədəbəy rayon sakinin Ceyrançöl qış otlaq sahəsinin Tovuz rayonundan keçən hissəsində yerləşən fermasında çobanlıq edir. X5 mal-qarasını otarmış, o, isə fermada yüngül işlərdə ərinə köməklik etmiş və yemək bişirmişdir. Zərərçəkmiş şəxs da Ələsgərin yatağında onlar kimi çobanlıq etmişdir. Asiman 2022-ci ilin payızında Ələsgərin yatağına gəlmişdir. Asiman subaydır və yataqda olacaqda tək yaşamışdır. Onunla münasibəti həmişə normal olmuşdur. Aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2023-cü il tarixdə o, Gədəbəy rayonuna Şahdağ kəndinə getmişdir. O, yataqdan Gədəbəy rayonuna gedəndən sonra onun (050) 405-31-68 mobil nömrəsinə tanımadığı nömrədən 10 manatlıq kontur gəlmişdir. O, həmin mobil nömrəyə zəng etmişdir. Aydın olmuşdur ki, onun mobil nömrəsinə kontur yükləyən onlarla birlikdə çobanlıq edən Zərərçəkmiş şəxsdur. O, Asimandan nə üçün onun mobil nömrəsinə kotur yüklədiyini demişdir. Asiman isə ondan xoşlandığını, onunla yaxın münasibət qurmaq istədiyini bildirmişdir. O, da əsəbləşib Asimanı söymüşdür. Bundan sonra o, Asimanın onun mobil nömrəsinə göndərdiyi 10 manatlıq danışıq kartında olan konturu onun özünə geri göndərmişdir. Asiman bir daha ona zəng etməmişdir. 07 may 2023-cü il tarixdə o, Gədəbəy rayonundan geri Ələsgərin yatağına gəlmişdir. İlk öncə Asimanın etdiyi hərəkət barədə Ələsgərə məlumat vermişdir. Ələsgər Asimanı tənbeh edəcəyini və yataqdan çıxardacağını demişdir. Sonra isə əri Rasimə Asimanın etdiyi hərəkəti danışmışdır. Həmin gün Asiman yatağa gəlməmişdir. Bu səbəbdən Rasim onunla söhbət edə bilməmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında malqara yaylağa getdiyi üçün Ələsgər sürücü ilə onu Gədəbəy rayonuna yola salmışdır. Əri Rasim və Asiman isə yataqda qalmışdır. O, yataqdan çıxdıqdan sonra Rasim Asimanla davadalaş etmişdir. Belə ki, Rasim əlində olan çomaqla otlaq sahəsində Asimana xəsarət yetirmişdir. Bu barədə o, Rasimin özündən eşitmişdir. Rasim xx.xx.2023-cü il tarixdə gecə saatlarında ona zəng edərək Asimanı çomaqla döyərək xəsarət yetirdiyini bildirmişdir. O, bunu bildikdən sonra yenidən Tovuz rayonuna qayıtmışdır. Əri Bayramov X2 ona sataşdığı üçün döymüşdür. Məhkəmə iclasında Şahid1 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Kiçik fermerdir. Belə ki, Çeyrançöl qış otlaq sahəsinin Tovuz rayonundan keçən hissəində ferması vardır. Həmin fermada iri və xirdabuynuzlu mal-qara saxlamışdır. Təqsirləndirilən şəxs 2020ci ildən onun fermasında çobanlıq edir. Həmin vaxtdan arvadı Şahid2 də yataqda işləmişdir. O, bunun üçün Rasimə ayda 250 manat pul vermişdir. Rasim özünə məxsus 30 baş xırdabuynuzlu mal-qarasını da onun fermasında saxlamışdır. Zərərçəkmiş şəxs da onun çobanıdır. O, yatağa 2022-ci ilin payızında gəlmişdir. xx.xx.2023-cü il tarixdə Rasimin arvadı Kəmalə ona Asimanın onu narahat etməsi və əxlaqsız təklif edərək onunla yaxın münasibətdə olmaq istəməsi barədə məlumat vermişdir. O, Kəmaləyə narahat olmamasını, Asimanın barəsində tədbir görəcəyini demişdir. Həmin vaxt Kəmalənin əri Rasim də orada olmuşdur. Kəmalənin dediyini Rasim də eşitmişdir. O, fikirləşmişdir ki, mal-qaranı yaylağa yola saldıqdan sonra Asimanı çobanlıqdan çıxartsın. O, xx.xx.2023-cü il tarixdə səhər saatlarında köçü yola salmışdır. Kəmalə də köçlə birlikdə Gədəbəy rayonuna getmişdir. Rasimlə Asiman isə yataqda qalmışdır. Onlar sürünü otlağa aparmışdır. O, köçü yola saldıqdan sonra yataqdan Tovuz rayonuna gəlmişdir. Geri yatağa qayıdanda Rasimlə Asimanın dalaşdığını bilmişdir. Belə ki, o, yatağa qayıdanda Asimala Rasimin otlaq sahəsində bir yerdə olduğunu görmüşdür. O, avtomobilini onların yanına sürmüşdür. Yaxınlaşanda görmüşdür ki, Asimanın başında xəsarət vardır. Nə baş verdiyini soruşanda Asiman Rasimin çomaqla onu döydüyünü demişdir. Bundan sonra o, Asimanı öz avtomobilinə əyləşdirib yatağa gətirmişdir. Yataqda Asimanın halı pisləşdiyi üçün təcili yardıma zəng etmişdir. O, öz avtomobili ilə Asimanı Tovuz rayonu Hunanlar kəndinə gətirmişdir. Orada təcili yardım avtomobilinə əyləşdirmiş və həkimlər onu Tovuz rayon Mərkəzi xəstəxanasına gətirmişdir. Rasimlə Asimanın dalaşmağını o, görməmişdir. O, Asimangilin yanına çatanda artıq onlar dalaşıb qutarmışdır. Asimanın xəsarəti olduğu üçün onu yatağa sonra isə xəstəxanaya aparmışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” birliyi publik hüquqi şəxsin Tovuz rayon şöbəsinin 10 may 2023-cü il tarixli 327 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər: başın sol təpə-ənsə nahiyəsinin qapalı kəllə beyin travması və baş beyin silkələnməsi ilə müşayiət edilən qançır-şişkinliyi, sol qulaq seyvanının qançır-şişkinliyi və səthi yarası, bel və sağ kürək nahiyələrinin qançırları, sağ bud nahiyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilrədi. Həmin xəsarətlərdən başın sol təpə-ənsə nahiyəsinin qapalı kəllə beyin travması və baş beyin silkələnməsi ilə müşayiət edilən qançır-şişkinliyi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. İş materiallarında olan Gədəbəy Rayon İHB-nin Şahdağ kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutların məcmusuna obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, qeyd olunan maddənin sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və cəmiyyətdə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 07:00-dək yaşadığı Gədəbəy rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gədəbəy rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar