Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-85/2024 29.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi2, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Şahid1 iştirakı ilə, xx.xx.2003-cü il tarixdə Tovuz rayonu, Çatax kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Tovuz rayonu, Çatax kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə, saat 20 radələrində sahiblik hüququ Şahid3 məxsus olan “Vaz 21214” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan Tovuz-Böyük Qışlaq avtomobil yolunun Tovuz rayonu, Böyük Qışlaq kəndi ərazisindən keçən hissəsi ilə üzü Tovuz rayonu, Çatax kəndi istiqamətində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərini pozaraq, həmin tələblərə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyərək öz hərəkətini davam etdirib idarəetməni itirərək avtomobili aşırmış, nəticədə ehtiyatsızlıqdan həmin avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs sol bud sümüyünün 1/3 hissəsinin yerdəyişməli sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda Tovuz rayonu, Çatax kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda da yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur. Onun Zərərçəkmiş şəxsla münasibəti yaxşı olmuş, aralarında əvvəllər ədavətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində o, sahiblik hüququ atası İlqar Qədirova məxsus **-DF-*** dövlət qeydiyyat nişanlı, “Niva” markalı avtomobili yaşadığı kəndin ərazisində idarə etmək üçün yaşadığı evdən küçəyə idarə edərək çıxartmışdır. Həmin vaxt qonşusu Zərərçəkmiş şəxs ondan hara getdiyini soruşmuş, o, isə Zərərçəkmiş şəxs yaşadığı kənddə sahiblik hüququ atasına məxsus avtomobil ilə gəzəcəyini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs qardaşı Şahid2la birlikdə idarə etdiyi avtomobildə gəzdirməyini ondan xahiş etmiş, o da razılaşmışdır. Təxminən 3-4 dəqiqədən sonra Zərərçəkmiş şəxsla qardaşı Şahid2 onun idarə etdiyi “Niva” markalı avtomobilə yaxınlaşıb içərisinə əyləşmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin arxa oturacağında, Şahid2 isə avtomobilin qabaq oturacağında oturmuşlar. Beləliklə, o, idarə etdiyi avtomobillə hərəkət etməyə başlamış, yolboyu dostu Taciri də piyada görüb idarə etdiyi avtomobilə mindirmişdir. Bundan sonra idarə etdiyi avtomobil ilə asfalt yola çıxıb üzü Tovuz rayonu, Böyük-Qışlaq kəndi istiqamətində hərəkət etmişdir. O, Tovuz rayon Böyük-Qışlaq kəndi ərazisinə çatdıqdan sonra yenidən idarə etdiyi avtomobili döndərib, üzü yaşadığı Tovuz rayonu, Çatax kəndi istiqamətinə doğru idarə etmişdir. Həmin vaxt idarə etdiyi, sahiblik hüququ atasına məxsus “Niva” markalı avtomobili 60 km/saat sürət həddi ilə idarə etmişdir. Tovuz rayonu, Böyük- Qışlaq kəndinin mərkəzində olan döngəli yolda o, idarə etdiyi avtomobil ilə dönən zaman avtomobilin rolu, yəni sükanı anidən kilitlənmiş və o, idarə etməni itirmiş, nəticədə idarə etdiyi avtomobil yolun hərəkət hissəsində aşaraq yolun kənarında olan su borusuna vurulmuş və nəticədə təkərləri üzərində dayanmışdır. Həmin vaxt sərnişin oturcağının arxasında oturan Zərərçəkmiş şəxs sol ayağından xəsarət almışdır. Ancaq nə o, nə dostu Tacir, nə də Şahid2 hər hansı bir bədən xəsarəti almamışlar. O, tez atası İlqara zəng edib yol-nəqliyyat hadisəsi törətdiyini demişdir. O, atası İlqar ilə danışdıqdan təxminən 10 dəqiqə sonra yol ilə keçən həmkəndlisi Salman gəlib onun yol-nəqliyyat hadisəsi törətdiyini görmüş, bundan sonra Zərərçəkmiş şəxs, onu və İlkini öz avtomobilinə qoyub yaşadıqları evə aparmışdır. Dostu Tacir isə çıxıb getmişdir. İdarə etdiyi “Niva” markalı avtomobil ilə yol-nəqliyyat hadisəsi törətdiyi yerdə qalmışdır. O, yaşadığı evə çatanda atası X3 atası Şahid1 yaşadığı evə dəvət etdiyini görmüşdür. Onlar evə çatdıqdan sonra Şahid1 oğlu Heydərdən nə baş verdiyini soruşmuş, Heydər də atası Şahid1 onun yol-nəqliyyat hadisəsi törətdiyini, nəticədə sol ayağından xəsarət aldığını bildirmişdir. Bundan sonra Şahid1 hər iki oğlu olan Heydər və İlkini özü ilə birlikdə yaşadığı evə aparmışdır. xx.xx.2023-cü il tarixdə atası İlqar Qədirov ilə qonşusu Vidadi Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar. Şahid1 atası İlqar Qədirova şikayətinin olmadığını demişdir. Bu səbəbdən də atası İlqar Qədirov və o, polisə heç bir məlumat verməmişlər. O, hadisədən əvvəl idarəetməni idarə etdiyi avtomobilin sükanı kilitləndiyi üçün itirmiş, həmin vaxt idarə etdiyi avtomobilin qarşısına anidən hər hansı bir maneə çıxmamış və sükan kilitləndiyi üçün o, idarəetməi itirmiş və hadisənin qarşısını almaq üçün qabaqlayıcı tədbir görə bilməmişdir. O, hadisədən əvvəl ayıq olmuşdur. Onun etibarnaməsi olmamışdır. Hazırda etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi üçün cəhd etmiş, lakin mümkün olmamışdır. Zərərçəkmiş şəxsin tələb etdiyi 25000 manatı ödəməyə gücü çatmır. Bununla belə dəymiş ziyanın əvəzi kimi 1000-1500 manat pul ona verməyə hazırdır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 3 ünvanda da yaşayır. ünvan 4 alır. Təqsirləndirilən şəxs həmkəndlisidir. Onun Təqsirləndirilən şəxsla münasibəti yaxşı olmuş, aralarında ədavətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində o, yaşadığı evdə olan zaman tanışı Təqsirləndirilən şəxs ona zəng edərək sahiblik hüququ atasına məxsus **-DF-*** dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobil ilə yaşadığı Hacılar kəndi ərazisində yerləşən bacısı evinə getmək istədiyini deyib onunla birlikdə getməyi təklif etmişdir. O, da Təqsirləndirilən şəxs təklifini qəbul edib sonuncu ilə birlikdə qardaşı Şahid2 da özü ilə aparıb getmişdir. O, da qardaşı Şahid2 etiraz etməmişdir. Bundan sonra o, qardaşı İlkinlə birlikdə tanışı Təqsirləndirilən şəxs idarə etdiyi “Niva” markalı avtomobilə əyləşmişlər. O, avtomobilin arxa oturacağında, qardaşı Şahid2 isə avtomobilin qabaq sərnişin oturacağında oturmuşdur. Həmin vaxt o və qardaşı İlkindən başqa minik avtomobilində sərnişin qismində hər hansı bir şəxs əyləşməmişdir. Daha sonra onlar birlikdə Təqsirləndirilən şəxs bacısı evinə getmişlər. Orada işlərini bitirdikdən sonra avtomobili Tovuz rayonu, Hacılar kəndi istiqamətində hərəkət etdirmişlər. Onlar Tovuz rayonu, Hacılar kəndi ərazisində Təqsirləndirilən şəxs idarə etdiyi Niva markalı minik avtomobili ilə hərəkətdə olarkən həmin kənddə yerləşən həmin kənd sakini Fikrət adlı şəxsə məxsus kafenin qarşısında dayanıb Təqsirləndirilən şəxs təklifi ilə avtomobildən düşüb kafeyə daxil olmuşlar. Kafedə olan zaman Təqsirləndirilən şəxs 03 bakal pivə içmiş, bundan sonra yenidən kafedən çıxmışlar. Bundan sonra Təqsirləndirilən şəxs onlara Tovuz rayonu, Böyük-Qışlaq kəndinə gedərək gəzməyi təklif etmiş, o və qardaşı İlkin də Təqsirləndirilən şəxsla razılaşmışlar. Bundan sonra yenidən avtomobilə əyləşmişlər və Təqsirləndirilən şəxs idarə etdiyi “Niva” markalı avtomobil ilə Tovuz rayon Böyük-qışlaq kəndinə doğru hərəkət etmişdir. Tovuz rayonu, Böyük-Qışlaq kəndinin mərkəzində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili dayandırmış və avtomobilin hərəkət istiqamətini dəyişib üzü Tovuz rayonu, Çatax kəndi istiqamətinə doğru hərəkətinə davam etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sürət həddi bir qədər yüksək olmuş, ancaq o, “Niva” markalı avtomobilin hərəkət sürətinin dəqiq neçə olduğunu görməmişdir. Beləliklə, Tovuz rayon Böyük-Qışlaq kəndi ərazisində anidən Təqsirləndirilən şəxs idarə etdiyi “Niva” markalı avtomobilin idarəetməsini itirmiş və idarə etdiyi avtomobil yoldan çıxaraq aşmışdır. Yol-nəqliyyat hadisəsi zamanı o, sol ayağının hara dəyməsini bilməsə də, sol ayağının diz nahiyəsində ağrılar olduğunu hiss etmişdir. Yol-nəqliyyat hadisəsindən sonra avtomobildən əvvəl Təqsirləndirilən şəxs, ardınca isə sonuncunun dostu Tacir və qardaşı İlkin düşmüşlər. Bundan sonra Tacir onu qucağına alıb avtomobildən yerə düşürmüşdür. Təqsirləndirilən şəxs da yeznəsi Salmana zəng edib atası İlqarın Niva markalı avtomobili ilə yol-nəqliyyat hadisəsi törətdiyini deyib, Salmandan kömək istəmiş, təxminən 10 dəqiqə keçdikdən sonra Salman adlı şəxs özünə məxsus VAZ- 2107 markalı avtomobili ilə hadisə yerinə gəlmiş, onu, qardaşı Şahid2 və Təqsirləndirilən şəxs yaşadığı evə aparmışdır. O, yaşadığı evin önünə çatdıqdan sonra hadisə barədə məlumat əldə edən atası Şahid1 ilə Firuzun atası İlqar yaşadığı evə gəlmişlər. Atası Şahid1 ondan nə baş verdiyini soruşduqda o, Təqsirləndirilən şəxs atasına məxsus “Niva” markalı avtomobili sonuncunun oğlu Firuz idarə edən zaman qəfildən avtomobilin idarə etməsini itirib aşaraq yol nəqliyyat hadisəsi törətdiyini və həmin vaxt sol ayağından xəsarət aldığını bildirmişdir. Atası Şahid1 ondan sonra qardaşı İlkindən də hadisənin necə baş verdiyini soruşmuş, qardaşı Şahid2 da atası Vidadiyə heç bir xəsarət almadığını və hadisənin onun bildirdiyi formada baş verdiyini demişdir. Bundan sonra atası Şahid1 onu və qardaşı Şahid2 yaşadığı evə aparmışdır. Bundan sonrakı dövrlərdə xəstəxanaya müraciət etmiş və müalicə almışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Ümumi olaraq 25000 manat qiymətləndirirlər. Təqsirləndirilən şəxs həm ona dəymiş ziyanı ödəməli, həm də ağır cəzaya məruz qalmalıdır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saat 19 radələrində o, yaşadığı evdə olan zaman həmkəndlisi Firuz oğlu Heydərə zəng etmişdir. Oğlu Heydər də Firuzun zənginə cavab vermişdir. Firuz oğlu Heydərə öz avtomobili ilə bacısı evinə getdiyini, onunla yoldaşlı bacısı evinə getməyi demişdir. X5 ilə danışdıqdan sonra ondan icazə alıb, digər oğlu İlkin ilə birlikdə evdən çıxıb Firuzun idarə etdiyi ağ rəngli **-DF-*** dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobilə ilə getmişdir. Oğlu Heydər evdən getdikdən təxminən 2 saat sonra o, oğlu Heydərə zəng edib harda olduğunu soruşmuşdur. Oğlu Heydərdə ona demişdir ki, yoldadılar gəlirlər. Aradan bir saat keçdikdən sonra Firuzun atası ona İlqar ona zəng etmişdir. O da, İlqarın zənginə cavab vermişdir. İlqar ona demişdir ki, evlərinin qabağındadır, evdən çölə çıx səninlə işim var. O, da tez yaşadığı evdən çıxmışdır. O evdən çölə çıxanda oğlu Heydər və İlkin İlqarın kürəkəninin avtomobilini arxa oturacağında oturduğunu görmüşdür. O, oğlu Heydərdən nə baş verdiyini soruşmuşdur. Oğlu Heydər də ona Tovuz rayon Böyük-qışlaq kəndində Firuzun idarə etdiyi avtomobil ilə avtoqəza elədiyini deyib, sol ayağının ağrıdığını bildirmişdir. O, tez digər oğlunun İlkindən xəsarəti olub-olmadığını soruşmuşdur. Oğlu İlkin isə ona özünün xəsarət almadığını, ancaq digər oğlu Heydərin sol ayağının ağrıdığını demişdir. Həmin gün hava qaranlıq olduğu və oğlu Heydər ona ayağında çox ağrı olmadığını dediyi üçün o, onu həkimə gətirməmişdir. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə o, İlqar ilə birlikdə oğlu Heydəri Tovuz rayon “Farm Qafur” tibb mərkəzinə aparmışdır. Bundan sonra o, da 28 avqust 2023-cü il tarixdə oğlu Heydəri götürüb Qazax RMX-na Fəxrəddin həkimin yanına aparmışdır. Bundan bir müddət sonra isə o, İlqar və oğlu Firuzun onun yaşadığı evə gəlib oğlu Heydər ilə maraqlanmadığına əsəbləşmişdir və xx.xx.2023-cü il tarixdə Tovuz RPŞ-nə gəlib şikayət ərizəsi yazmışdır. O, baş vermiş hadisə barədə xüsusi bir niyyətlə gizlətməmişdir. Ona oğlunun müalicəsi üçün yalnız 600 manat maddi dəstək göstərilmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur. xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində o, özünə məxsus VAZ- 2107 minik markalı avtomobil ilə Tovuz-Böyük Qışlaq avtomobil yolu ilə Böyük Qışlaq kəndi ərazisindən üzü Çatax kəndinə doğru hərəkətdə olan zaman həmin avtomobil yolunun Böyük Qışlaq kəndi ərazisindən keçən hissəsində bir neçə nəfər şəxslərin toplaşdığını görmüş və idarə etdiyi avtomobili yol kənarında dayandırıb avtomobildən düşmüşdür. Bundan sonra həmin şəxslərə yaxınlaşmışdır. Bu zaman qohumu Təqsirləndirilən şəxs da həmin şəxslərin arasında görmüşdür. Təqsirləndirilən şəxs ona atasına məxsus Niva markalı avtomobili hərəkət etdirərkən idarəetməni itirməsi və yol-nəqliyyat hadisəsi törətməsi, hadisə nəticəsində tanışı Zərərçəkmiş şəxs xəsarət alması barədə məlumat vermişdir. Bundan sonra ondan Zərərçəkmiş şəxs avtomobili ilə yaşadığı evə aparmasını xahiş etmişdir. O, da etiraz etməmiş və özünə məxsus avtomobili ilə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və sonuncunun qardaşı Şahid2 yaşadıqları evə aparmışdır. Daha sonra isə baş vermiş hadisə barədə hər birinin ailə üzvlərinə bildirmişlər. Beləliklə, o, hadisə yerinə sonradan gəldiyi üçün hadisənin necə baş verdiyi barədə məlumatı yoxdur. Sürücü Təqsirləndirilən şəxs hadisə baş verən zaman sərxoş olmamışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, hazırda Tovuz rayonu, Çatax kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda da yaşayır. ünvan 5ır. Təqsirləndirilən şəxs onun həmkəndlisi, eyni zamanda qonşusudur. Onun Təqsirləndirilən şəxsla ilə münasibəti yaxşı olmuş, aralarında ədavətləri olmamışdır. Zərərçəkmiş şəxs isə onun qardaşıdır. xx.xx.2023-cü ildə, saat 19 radələrində o, yaşadığı evdə olan zaman Firuz qardaşı Heydərə zəng edərək atası İlqara məxsus **-DF-*** dövlət qeydiyyat nişanlı, “Niva” markalı avtomobil ilə bacısı evinə getmək istədiyini bildirib birlikdə getməyi qardaşı Zərərçəkmiş şəxs təklif etmişdir. Qardaşı Heydər də atası Şahid1la telefon əlaqəsi saxlayıb icazə aldıqdan sonra razılaşmışdır. Qardaşı Heydər yaşadıqları evdən çıxan zaman o, da qardaşı Heydərə onunla getmək istədiyini demişdir. Qardaşı Heydər də ona etiraz etməmişdir. Bundan sonra o və qardaşı Heydər Firuzun idarə etdiyi “Niva” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. O, avtomobilin qabaq sərnişin oturacağında, qardaşı Heydər isə avtomobilin arxa oturacağında oturmuşdur. Bundan sonra birlikdə Firuzun bacısı evinə getmişlər. Firuz bacısı evində işini bitirdikdən sonra gəlib avtomobilə əyləşmiş və avtomobili Tovuz rayonu, Hacılar kəndinə tərəf sürmüşdür. Yolüstü onlar gedib Tovuz rayonu, Hacılar kədində yerləşən kafeyə daxil olmuşlar, kafedə Firuz və dostu Tacir hərəsinə 3 bakal pivə içmişlər. Firuz ilə dostu Tacir pivələrini içdikdən sonra onlar kafedən çıxmışlar. Bundan sonra Firuz onlara Tovuz rayonu, Böyük-Qışlaq kəndində gəzməyi təklif etmişdir. Onlar da Firuz ilə razılaşmışlar. Firuz atası İlqara məxsus “Niva” markalı avtomobili Tovuz rayon Böyük-Qışlaq kəndinə tərəf sürmüşdür. Tovuz rayonu, Böyük-Qışlaq kəndinin mərkəzindən Firuz idarə etdiyi avtomobili saxlamış və avtomobilin hərəkət istiqamətini dəyişib üzü Tovuz rayonu, Çatax kəndi istiqamətində idarə etmişdir. Həmin vaxt Firuzun idarə etdiyi avtomobilin sürəti biraz yüksək olmuşdur. Ancaq o, Firuzun idarə etdiyi avtomobilin sürətini görmədiyi üçün dəqiq hansı sürət ilə idarə etdiyini deyə bilmir. Tovuz rayon Böyük-Qışlaq kəndi ərazisində qonşusu Firuz anidən idarə etdiyi “Niva” markalı avtomobilin idarəetməsini itirib yol nəqliyyat hadisəsi törətmişdir. Bundan sonra baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil yol kənarında aşmışdır. Yol-nəqliyyat hadisəsi zamanı qardaşı Heydər sol ayağının diz nahiyəsində xəsarət almışdır. Yol-nəqliyyat hadisəsindən sonra avtomobildən öz təşəbbüsləri ilə düşmüşlər. Qardaşı Zərərçəkmiş şəxs isə qucağına alıb avtomobildən yerə endirmişlər. Firuz da yeznəsi Salmana zəng edib atası İlqarın maşını ilə yol-nəqliyyat hadisəsi törətdiyini deyib, ondan köməklik istəmişdir. Aradan təxminən 10 dəqiqə keçdikdən sonra Salman özünə məxsus “VAZ-2107” markalı avtomobili ilə gəlmiş və onu, qardaşı Heydəri və Firuzu yaşadıqları evə tərəf aparmışdır. Tacir isə Firuzun avtomobilinin yanında qalmışdır. O, yaşadığı evin yanına çatmış və həmin vaxt atası Şahid1 ilə Firuzun atası İlqar yanına gəlmişdir. Atası Vidadi qardaşı Heydərdən nə baş verdiyini soruşmuşdur. Qardaşı Heydər də atası Vidadiyə Təqsirləndirilən şəxs atası İlqara məxsus “Niva” markalı avtomobili idarə edən zaman qəfildən avtomobilin idarə etməsini itirib yol-nəqliyyat hadisəsi törətdiyini və həmin vaxt sol ayağından xəsarət aldığını bildirmişdir. Atası Vidadi ondan da hadisənin necə baş verdiyini soruşmuşdur. O, da atası Vidadiyə heç bir xəsarət almadığımı demişdir. Atası Vidadi onu və qardaşı Heydəri yaşadıqları evə aparmışdır. Həmin gün qardaşı Heydərin sol ayağı şişsə də, ayağında çox ağrı olmamışdır. xx.xx.2023-cü atası Şahid1 qonşuları İlqar ilə qardaşı Heydəri Tovuz rayonunda yerləşən “Farm-Qafur” tibb mərkəzinə aparmışdır. O, yol-nəqliyyat hadisəsi zaman heç bir xəsarət almamışdır. Hadisədən əvvəl qaranlıq olduğundan həmin vaxt yola dəqiq diqqət yetirmədiyimdən sürücü Firuzun idarəetməni niyə hansı səbəbə görə itirməsi, idarə etdiyi avtomobilin qarşısına anidən hər hansı bir maneə çıxıb-çıxmamasını xatırlamır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Məhkəmə tibb ekspertizasının 22 noyabr 2023-cü il tarixli, 934 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol bud sümüyünün orta 1/3 hissəsinin yerdəyişməli sınığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş xx.xx.2024-cü tarixli 8/585 №-li ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Niva markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Tovuz RQİ və TB şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 484 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək BD-306511 saylı “B1, B” dərəcəli sürücülük vəsiqəsi verilmişdir. Həmin vətəndaşın adı sürücülük vəsiqəsindən məhrum edilənlər siyahısında yoxdur. Nəqliyyat vasitəsinin AD 187094 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21214” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil Tovuz rayonu, Çatax kəndində yaşayan Şahid3 məxsusdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğuna dair məlumat yoxdur. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində göstərilmişdir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 263.1-ci maddəsi cinayətlərin təsnifatına görə az böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, onun ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini həmin əmələ görə cəzasını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən X2 təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-85/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-85/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver