Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-85/2025 05.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Tovuz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1999-cu il tarixdə Tovuz rayonu, Aşağı Ayıblı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olan, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 1 ay 21 gün gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, yəni bir ədəd sarı rəngli kağız bükümdə təmiz çəkisi 14,50 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş mariuxananı əldə edərək əynində olan qara rəngli gödəkçənin sol yan iç cibində saxlamış, 19 aprel 2025-ci il tarixdə, saat 03:46 dəqiqədə Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz rayonu, Əyyublu kəndi ərazisində asfalt yolun kənarında piyada hərəkətdə olan zaman saxlanılaraq həmin tarixdə saat 03:46 dəqiqədən saat 04:02 dəqiqəyədək olan müddət ərzində üzərinə keçirilmiş baxış zamanı bir ədəd sarı rəngli kağız bükümdə, təmiz çəkisi 14,50 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş mariuxana onun əynində olan qara rəngli gödəkçənin sol yan iç cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə aludəçisidir və narkotik vasitə olan marixuanadan istifadə edir. 2024-cü ilin oktyabr ayında o, kənd qəbiristanlığının yanından öz istifadəsi üçün narkotik vasitə hesab edilən marixuana toplamışdır. O, həmin narkotik vasitəni özü istifadə etmək üçün toplamışdır. Həmin narkotik vasitəni satmaq niyyəti olmamışdır. Həmin narkotik vasitəni yaşadığı evin dam örtüyünün üzərində qurutmuşdur. O, həmin narkotik vasitəni sarı rəngli kağız bükümün içərisinə qoymuşdur. xx.xx.2025-ci il tarixdə gecə saat 03 radələridə o, həmin narkotik vasitəni əynində olan qara rəngli gödəkçənin sol iç yan cibinə qoymuş və kənd qəbirstanlığının yaxınlığında istifadə etmək üçün gedirmiş. O, yolun kənarı ilə piyada hərəkətdə olan zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışlar. Onlardan bir nəfəri özünə məxsus mobil telefonla videoçəkiliş aparırmış. Həmin 3 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və ondan üzərində narkotik vasitə olduğundan şübhələndiklərini, üzərinə baxış keçirəcəklərini demişlər. Baxış keçirilməzdən əvvəl ondan üzərində əldə edilməsi, daşınması, saxlanılması, və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığı soruşulmuşdur. O, polis əməkdaşlarına üzərində qanunla saxlanması, istifadəsi, daşınması, gəzdirilməsi qadağan olunmuş əşya olduğunu deyərək əynində olan qara rəngli gödəkçənin sol iç yan cibindən bir ədəd sarı rəngli kağız büküm çıxarıb təqdim etmişdir. Onun təqdim etdiyi bir ədəd sarı rəngli kağız bükümə açılaraq baxış keçirilmişdir. Həmin kütlə yaşıl rəngli kəskin iyli ilkin görünüşdən qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra sarı rəngli kağız bükümdə olan kütlə elektron tərəzidə çəkilmişdir. Həmin kütlə sarı rəngli kağız büküm ilə birlikdə 19,28 qram təşkil etmişdir. Daha sonra sarı rəngli kağız bükümdə olan kütlə bir ədəd zərfə qoyulub qablaşdlırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onu Tovuz RPŞ-yə gətirmişlər. O, bir otağa daxil olmuş, onun hüquqlarının müdafiə edilməsi üçün ona vəkillərin siyahısı təqdim edilmişdir. O da həmin siyahıdan Müdafiəçi1 seçmişdir. Müdafiəçim Müdafiəçi1 iştirakı ilə həmin zərfə açılıb yenidən baxış keçirilmişdir. Həmin vaxt yenidən üzərində aşkar edilmiş bir sarı rəngli kağız bükümdə olan kütlə yenidən tərəzidə çəkilmiş və həmin zaman bir ədəd sarı rəngli kağız bükümdə olan kütlə yenidən 19,28 qram təşkil etmişdir. Daha sonra bir ədəd sarı rəngli kağız bükümdə olan kütlə bir ədəd zərfə qoyulub qablaşdırldı və zərfin ağzı Azərbaycan Respubkllikası DİN-nin 177 nömrəli möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütləni narkotik vasitə olub-olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X5 Bölməsinə göndərilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, 2024-cü ilin oktyabr ayında kənd qəbirstanlığının yanından özünün istifadəsi üçün narkotik vasitə hesab edilən marixuana toplamış, həmin marixuananı yığan zaman onun yanında heç bir şəxs olmamış və heç bir şəxs görməmişdir. O, üzərindən aşkar edilmiş narkotik maddə olan qurudulmuş marixuananı gələcəkdə özü istifadə edər deyə üzərində saxlamışdır. Belə ki, üzərindən aşkar edilərək götürülmüş narkotik maddə olan qurudulmuş marixuananı heç vaxt satmaq fikri və məqsədi olmamışdır. O, həmin narkotik vasitəni yalnız özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Onun üzərində narkotik vasitə olan qurudulmuş marixuana olması barədə heç kimin məlumatı olmamışdır. Belə ki, o, bu barədə heç kimə heç bir söz deməmiş və məlumat verməmişdir. Şahid1 İnqilab oğlu öz ifadəsində bildirmişdir ki, o, Tovuz RPŞ-si, CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Rütbəcə polis baş leytenantıdır. Tovuz RPŞ-də İB-də istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə bildirmişdir ki, o, Tovuz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyirəm. Rütbəcə polis baş leytenantıdır. Tovuz RPŞ-nin İstintaq Bölməsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirlən zaman bildirmişdir ki, xx.xx.1999-cu il tarixdə, Tovuz rayonu, Aşağı Ayıblı kəndində qeydiyyatda olmaqla Tovuz rayonu, Əyyublu kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ona görə də həmin şəxslə heç bir ədavəti, düşmənçiliyi və qohumluq əlaqəsi yoxdur. 19 aprel 2025-cü il tarixində Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri barəsində onu deyə bildirmişdir ki, həmin tarixdə, saat 03 radələrində o, Tovuz RPŞ-də xidmətini davam etdirirmiş. Bu zaman o, Tovuz rayonu, Əyyublu kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda, gəzdirməkdə şübhəli olması və hal-hazırda Tovuz rayonu, Əyyublu kəndi ərazisində olması barədə məlumat alıb bu barədə raportla Tovuz RPŞ-nin rəhbərliyinə məruzə etmiş və rəhbərlik tərəfindən ona həmin şəxsin ifşa edilməsi ilə bağlı göstəriş verilmişdir. Ondan sonra o, Tovuz RPŞ-nin, NMQ-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Tovuz RPŞ-nin, CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs saxlanılaraq Tovuz RPŞ-yə gətirilməsi, yəni əməliyyat-axtarış tədbirində onların birlikdə iştirak etmələri göstərişi verilmişdir. Beləliklə də, Tovuz RPŞ-nin, NMQ-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Tovuz RPŞ-nin, CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə o, həmin gün saat 03 radələrində avtomobilə əyləşib Tovuz rayonu, Əyyublu kəndi istiqamətində hərəkətə başlamışlar və Təqsirləndirilən şəxs yerinin müəyən edilərək tutub üzərinə baxış keçirilməsi üçün əməliyyat-axtarış tədbirləri keçirmşlər. Onlar Tovuz rayonu, Əyyublu kəndi ilə hərəkət edən zaman Tovuz rayonu, Əyyublu kənd sakini Təqsirləndirilən şəxs Tovuz rayonu, Əyyublu kəndində qəbiristanlığa gedən asfalt yolun kənarı ilə yavaş-yavaş piyada yeriyərək hərəkət etdiyini görmüşlər. Bundan sonra onlar vaxt itirmədən avtomobil Eşqin Zamanova yaxın bir məsafədə saxlamışlar və avtomobildən yerə enərək piyada hərəkətdə olan Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Ardı ilə xidməti vəsiqələrini Təqsirləndirilən şəxs göstərib polis əməkdaşı olduqlarını bildirərək özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər. Həmin zaman o və Tovuz RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Eyni zamanda da Tovuz RPŞ-nin CAB-ın əməliyyat müvəkkli, polis leytenantı Şahid3 tərəfindən edilən bütün hərəkətlər dayandırılmadan kamera vasitəsilə videogörüntüyə alınmışdır. Bundan sonra isə onlar Təqsirləndirilən şəxs hansı səbəblə bağlı şübhəli olduğunu izah etmişlər. Belə ki, ona üzərində narkotik vasitə olduğundan şübhələndiklərini bu səbəbdən onun üzərinə Tovuz rayonu, Əyyublu kəndi ərazisində asfalt yolun kənarında baxış keçirəcəklərini bildirmişlər. Həmçinin, Təqsirləndirilən şəxs hərəkətdə olduğu Tovuz rayonu, Əyyublu kəndi ərazisində asfalt yolun kənarında üzərində baxış keçirməklərinə etirazının olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs onlara heç bir etirazının olmadığını demişdir. Baxış keçirməzdən əvvəl ondan üzərində əldə edilməsi, daşınması, saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuș hər hansı əșya olub-olmadığı soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və dașınması və istifadə olunması qanunla qadağan edilmiş əșya olduğunu deyərək əynində olan qara rəngli gödəkçənin sol iç yan cibindən bir ədəd sarı rəngli kağız bükümdə narkotik maddə hesab edilən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanaya bənzəyən kütləni çıxarıb təqdim etmişdir. Həmin bir ədəd sarı rəngli kağız bükümə açılaraq baxış keçirilmişdir. Baxıș zamanı bir ədəd sarı rəngli kağız bükümünün içərisində, narkotik maddə marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sarı rəngli kağız bükümü olan kütlə bir ədəd elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin siqaret qutusu ilə birlikdə çəkisi 19,28 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd sarı rəngli kağız bükümdə olan narkotik maddə hesab edilən marixuanaya bənzər kütlə, bir ədəd sarı rəngli kağız bükümlə birlikdə zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs Tovuz rayon Polis Şöbəsinə gətirilmiş və üzərindən aşkar edilərək götürülmüş kütləyə vəkilin iştirakı ilə yenidən açılaraq baxış keçirilməsi üçün rəhbərliyə raportla məruzə etmişdir. Bundan sonra vəkil Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütləyə açılaraq yenidən baxış keçirilmişdir. Həmin kütlənin çəkisi kağız bükümlə birlikdə 19,28 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd sarı rəngli kağız bükümdə olan kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlənin narkotik vasitə olub-olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Azərbaycan Respubikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X5 Bölməsinə göndərilməsindən ötrü Tovuz RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçı, polis kapitanı X1 tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, o və digər əməliyyat müvəklillərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirən zaman götürülmüş qurudulmuş mariuxana ilkin baxış zamanı elektron tərəzidə çəkilmişdir. Məhkəmə-bioloji ekspertizasında isə həmin narkotik vasitə olan qurudulmuş marixuananın bir ədəd sarı rəngli kağız bükümü olmadan təmiz çəkisi qeyd olunmuşdur. Məhkəmə-bioloji ekspertizasının tərəzisinin daha dəqiq olmasını nəzərə alıb ekspertiza rəyində göstərilən miqdar əsas götürülməlidir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hər hansı şəxs və ya şəxslərə satması və ya digər formada verməsi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 inqilab oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin üstünün yoxlanılması haqqında 19 aprel 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 03:46 dəqiqədən saat 04:02 dəqiqəyədək olan müddət ərzində X4 üstünə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç yan cibindən bir ədəd sarı rəngli kağız bükümdə sonradan məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən təmiz çəkisi 14,50 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında 19 aprel 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 05:02-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə video çəkiliş aparılmaqla saat 05:12 dəqiqədən saat 05:24 dəqiqəyədək əməliyyat-axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş bir ədəd DİN-nin 177 nömrəli möhürü ilə möhürlənmiş zərfə baxış keçirilən zaman həmin zərfin içərisində bir ədəd sarı rəngli kağız bükümdə olan sonradan məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən təmiz çəkisi 14,50 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 bölməsinin 19 aprel 2025-ci il tarixli, 16/370 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazılar və imzalar olan kağız paketdəki, bir ədəd sarı rəngli kağız bükümdə təmiz çəkisi 14,50 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuanadan 0,04 qram tədqiqata sərf edildikdən sonra 14,46 qram qalıq qalmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 08 may 2025-ci il tarixli, 751 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Tovuz rayon X3 Hüquqi Şəxsin 30 aprel 2025-ci il tarixli, 18-1-76/2-508/2025 №-li məktubundan görünür ki, xx.xx.1999-cu ildə Tovuz rayonu, Aşağı Ayıblı kəndində doğulmuş, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs( şəxsiyyət vəsiqəsi AA*******, FİN kodu xxxxxxx) “Tovuz RMX” PHŞ-i Poliklinika şöbəsində 2022-ci ildən “Narkomaniya” diaqnozu ilə narkoloji kabinetdə qeydiyyatdadır. Psixiatriya kabinetində qeydiyyatda dayanmır. 19 may 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla təmiz çəkisi 14,50 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. Məhkəmə yuxarıda göstərilən sübutlara əsaslanaraq ittihamda qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlmiş, rədd edilməli olan digər sübutlar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət törətməkdə öz təqsirini etiraf etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilmişdir. Beləliklə, cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmiş, onun əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən qurudulmuş marixuana daxil olmaqla aşağı həddi təmiz halda 5 qram olduqda xeyli miqdar, 500 qram olduqda külli miqdar, 50000 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.5. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət törədilməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” 19 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2025-ci il tarixdə, saat 05:02-də tutulmuşdur. Tovuz RPŞ-nin İB-nin müstəntiqi polis baş leytenantı Cavid Məmmədovun 20 aprel 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Tovuz RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 21 aprel 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 01 il 02 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 09 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 01 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarına əlavə edilən Tovuz Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 1(062)-147-2023 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını (CM-59.2) onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almışdır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmışdır (CM-61.1.1). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.5. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 61.1. Cəzanı ağırlaşdıran hallar aşağıdakılardır: 61.1.1. cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi... 65.1. Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 05 avqust 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəmə iclas zalından həbs edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut-narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 05 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut –Tovuz RPŞ-nin saxlancına verilmiş 14.46 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 32.40 manat (otuz iki manat qırx qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №1(062)-85/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-85/2025
05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver