Məhkəmə qərarları › İş №1(062)-86/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-86/2024

20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-86/2024 20.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 iştirakları ilə xx.xx.1999-cu ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, İİ Qarabağ müharibəsi veteranı, evli, himayəsində 1 (bir) nəfər azyaşlı uşağı olan, Füzuli Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3cü maddəsi ilə təqsirli bilinib 600 manat cərimə cəzasına məhkum edilmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ona təyin edilmiş 600 manat cərimə cəzası qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 ay müddətinə islah işləri cəzası ilə əvəz edilmiş, cəzasını çəkməmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə, istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs1 məxsus olmaqla Tovuz rayonu Əyyublu kəndinin ərazisində yerləşən təmir sexinin qarşısında saxladığı “Kamaz” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən 02 ədəd, hər biri 100 (bir yüz) manat dəyərində olmaqla cəmi 200 (iki yüz) manat dəyərində olan, Polşa Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper gücə malik, 513x223x223 ölçülü, istifadəyə yararlı “Bass” markalı akkumlyatorları oğurlamış, yəni Zərərçəkmiş şəxs1 məxsus 02 ədəd cəmi 200 (iki yüz) manat dəyərində akkumulyatorları gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə, istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs2 məxsus Tovuz rayonu Cəlilli kəndində avtomobillərin ehtiyat hissələrinin satışı mağazasının qarşısına qoyulmuş “Kraz” markalı yük avtomobilinə aid 01 ədəd, 600 (altı yüz) manat dəyərində, keçmiş SSRİ-də istehsal olunmuş, işlək vəziyyətdə olan, istifadəyə yararlı dirsəkli valı və 04 ədəd, hər birinin dəyəri 50 (əlli) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat dəyərində silindirləri oğurlamış, yəni Zərərçəkmiş şəxs2 məxsus cəmi 800 (səkkiz yüz) manat dəyərində avtomobil hissələrini gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə, istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs3 məxsus Tovuz rayonu Cəlilli kəndində avtomobillərin ehtiyat hissələrinin satışı mağazasının qarşısında saxladığı “Kamaz” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən 02 ədəd, hər biri 120 (bir yüz iyirmi) manat dəyərində olmaqla cəmi 240 (iki yüz qırx) manat dəyərində, Türkiyə Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper gücə malik, 530x223x223 ölçülü, istifadəyə yararlı “Tunç” markalı akkumulyatorları və həmin yük avtomobilinin kabinasının ayaqlıq hissəsinə qoyulmuş 01 ədəd, 400 (dörd yüz) manat dəyərində, Rusiya Federasiyasında istehsal olunmuş, istifadəyə yararlı, “Kamaz” markalı yük avtomobilinə aid yanacaq nasosunu, 01 ədəd, 500 (beş yüz) manat dəyərində, Rusiya Federasiyasında istehsal olunmuş, istifadəyə yararlı, “Kamaz” markalı yük avtomobilinə aid mühərriki işə salma cihazını və 01 ədəd, 170 (bir yüz yetmiş) manat dəyərində Rusiya Federasiyasında istehsal olunmuş, işlək vəziyyətdə olan, “Kamaz” markalı yük avtomobilinə aid enerji ötürücünü oğurlamış, yəni Zərərçəkmiş şəxs3 məxsus cəmi 1410 (bir min dörd yüz on) manat dəyərində avtomobil hissələrini gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə vahid niyyətlə əhatə olunan qəsdlə 07 fevral 2024-cü il tarixdə, istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs6 məxsus olmaqla rənglənməsi üçün Tovuz rayonu Düz Cırdaxan kəndi ərazisində Şahid3 təmir sexinin qarşısında saxladığı “MAN” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən 02 ədəd, hər biri 140 (bir yüz qırx) manat dəyərində olmaqla cəmi 280 (iki yüz səksən) manat dəyərində olan, Türkiyə Respublikasında istehsal edilmiş, 12 voltluq, 190 amper gücə malik, 520x223x223 ölçülü, istifadəyə yararlı “İnci”markalı akkumlyatorları oğurlamış, yəni Zərərçəkmiş şəxs6 məxsus 02 ədəd cəmi 280 (iki yüz səksən) manat dəyərində akkumulyatorları gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə vahid niyyətlə əhatə olunan qəsdlə 08 fevral 2024-cü il tarixdə, istintaqa dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxs4 məxsus olmaqla Tovuz rayonu, Qovlar şəhərində yerləşən “Qara Petrol” yanacaq doldurma məntəqəsinin qarşısında saxladığı “Kamaz” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən 02 ədəd, hər biri 140 (bir yüz qırx) manat dəyərində olmaqla cəmi 280 (iki yüz səksən) manat dəyərində olan, Türkiyə Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper gücə malik, 530x223x223 ölçülü, istifadəyə yararlı “Mutlu” markalı akkumlyatorları oğurlamış, yəni Zərərçəkmiş şəxs4 məxsus 02 ədəd cəmi 280 (iki yüz səksən) manat dəyərində akkumulyatorları gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə vahid niyyətlə əhatə olunan qəsdlə 08 fevral 2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə, istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs5 məxsus Tovuz rayonu Əyyublu kəndinin ərazisində yerləşən qum-çınqıl karxanasının qarşısında saxladığı “Shacman” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən 02 ədəd, hər biri 140 (bir yüz qırx) manat dəyərində olmaqla cəmi 280 (iki yüz səksən) manat dəyərində olan, Türkiyə Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper gücə malik, 530x223x223 ölçülü, istifadəyə yararlı “İnci”markalı akkumlyatorları oğurlamış, yəni Zərərçəkmiş şəxs5 məxsus 02 ədəd cəmi 280 (iki yüz səksən) manat dəyərində akkumulyatorları gizli olaraq talamışdır. Göstərilən xüsusatlar məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyi və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır və hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur və 2020-ci il tarixli “44 X2” iştirakçısıdır. 2019-cu ildə Bakı şəhəri ərazisində Tovuz rayonunda yaşayan Günay adlı qadınla tanış olmuş, onların arasında qeyri-rəsmi sevgi münasibəti başlamışdır. O, həmin Günay adlı qadınla arabir vaxt edib Bakı şəhəri və Tovuz rayonu ərazilərində görüşmüşdür. 27 yanvar 2024-cü il tarixdə həftənin 6-cı günü olduğundan iş olmadığı üçün Nefçala rayonundan çıxıb Tovuz rayonuna gəlmişdir. O, 27 yanvar 2024-cü il tarixdə, təxminən saat 17 radələrində Tovuz rayonuna çatıb taksilərdən birinə əyləşərək Günay adlı qadının yaşadığı Tovuz rayonu Yuxarı Öysüzlü kəndinə gəlmişdir. Onun niyyəti həmin gün Günay adlı qadının evində qalmaq və növbəti gün, yəni 28 yanvar 2024-cü il tarixdə, həftənin bazar günü Nefçala rayonuna qayıtmaq olmuşdur. Lakin o, Günay adlı qadınla yaxşı vaxt keçirdiyi üçün Nefçala rayonuna geri qayıda bilməmişdir. Ona görə də bir neçə gün də artıq qalıb Günay adlı xanımla vaxt keçirmək qərarına gəlmişdir. O, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində Günay adlı xanımın evində qaldığı zaman arabir Günay adlı qadının baş etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobili götürüb Tovuz rayonu ərazisində yerləşən marketlərə gedib bazarlıq edib geri qayıtmışdır. 30 yanvar 2024-cü il tarixdə o, bir də baxmışdır ki, pul qabında cəmi 5 (beş) manat pul qalmışdır. O, pulunun bitdiyini Günay adlı qadına deməyə utanmış və bir qədər öz-özünə götür-qoy etdikdən sonra oğurluq etmək qərarına gəlmişdir. O, 30 yanvar 2024-cü il tarixdə Günay adlı qadının Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən ata evində olarkən, axşam saat 23 radələrində Günay adlı qadından avtomobilini idarə etmək üçün icazə almışdır. Bu zaman Günay adlı qadın onan haraya getdiyini soruşmuşdur. O da Günaya marketə gedəcəyini bildirmişdir. Həmin vaxt Günay adlı qadın ona heç bir narazılıq etmədən avtomobili ilə marketə getməyinə icazə vermişdir. O, Günayın avtomobilini işə salıb Tovuz şəhəri istiqamətində hərəkətə başlamışdır. O, avtomobili idarə edən zaman yol boyu düşünmüşdür ki, Şəmkir rayonuna gedib oradan keçən avtomobil yolunun kənarında dayanmış yük avtomobillərinin akkumlyatorlarını oğurlasın. Ona görə də o, idarə etdiyi avtomobil ilə 31 yanvar 2024-cü il tarixdə, saat 01 radələrində Şəmkir rayonu ərazisinə daxil olmuşdur. Bu zaman o, bir qədər Şəmkir rayonu ərazisindən keçən avtomobil yolunun kənarında dayanmış “Kamaz” markalı, qeydiyyat nömrə nişanını xatırlamadığı yük avtomobilini görüb idarə etdiyi avtomobili kənara çəkib saxlamışdır. O, ətrafa göz gəzdirib heç kəsin olmadığına əmin olduqdan sonra idarə etdiyi avtomobildən düşüb “Kamaz” markalı yük avtomobilinə yaxınlaşmışdır. Həmçinin onu da qeyd etmişdir ki, o, Günayın avtomobilində olan açar dəsti qabından bir ədəd təxminən 18-19-luq avtomobil açarı götürmüşdür. O, “Kamaz” markalı yük avtomobilinə yaxınlaşıb avtomobilin üzərində olan 2 ədəd akkumlyatoru əlində olan açarla açaraq götürüb Günayın avtomobilinin yük yerinə qoymuşdur. Sonra o, avtomobili işə salıb Tovuz rayonu Yuxarı Öysüzlü kədinə Günay adlı qadının yaşadığı evə geri qayıtmışdır. O, Günay adlı qadının yaşadığı evə çatanda Günay yatmışdır. O, 31 yanvar 2024-cü il tarixdə təxminən saat 11 radələrində Günay adlı qadından avtomobilini götürməyi üçün icazə alıb Şəmkir rayonuna gəlmiş və orada “Kraz yolu” adlanan ərazidə yerləşən metal qəbulu yerinə gəlmiş və orada olan əvvəlcədən tanıdığı və Elşad adlı şəxsə oğurladığı iki ədəd akkumlyatorları 100 (yüz) manata satmışdır. Sonra o, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə olan müddət ərzində Tovuz rayonu Əyyublu kəndinin ərazisində dayanmış “Kamaz” markalı yük avtomobilindən 2 ədəd “Boss” markalı akkumlyatoru, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə Tovuz rayonu Cəlilli kəndində yerləşən avtomobillərin ehtiyat hissələrinin satış mağazasının qarşısında dayanmış “Kraz” markalı yük avtomobilinə məxsus 1 ədəd və “Traktor” markalı yük avtomobilinə məxsus 4 ədəd silindiri, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə Tovuz rayonu Cəlilli kəndində yerləşən avtomobillərin ehtiyat hissələrinin satış mağazasının qarşısında dayanmış “Kamaz” markalı yük avtomobilindən 2 ədəd akkumlyatoru, 1 ədəd mühərriki işə salma cihazını (el arasında “startel”-deyilən cihazı), 1 ədəd enerji ötürücünü və 1 ədəd yanacaq nasosunu, 2024-cü ilin fevral ayının 8-də Tovuz rayonu Qovlar şəhərində yerləşən “Qara Petrol” yanacaqdoldurma məntəqəsinin qarşısında dayanmış “Kamaz” markalı yük avtomobilindən bir ədəd akkumlyatoru və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə Tovuz rayonu Əyyublu kəndində yerləşən daş karxanasının qarşısında dayanmış “Kamaz” markalı yük avtomobilindən 2 ədəd akkulmyatoru gizli yolla talayaraq oğurlamışdır. O, bu barədə qeyri-rəsmi münasibətdə olduğu Günay adlı qadına heç bir məlumat verməmişdir. Həmçinin o, Tovuz rayonu ərazisindən oğurladığı yük avtomobillərinə məxsus akkumlyatorları və digər avadanlıqları aparıb Şəmkir rayonu ərazisində yerləşən metal qəbulu yerinə Elşad adlı şəxsə satmışdır. Lakin Elşad adlı şəxsə ona satdığı akkumlyatorların və yük avtomobillərinə aid olan digər əşyaların oğurluq olduğunu deməmişdir. Həmin oğurluq əməlini o, törətmişdir. Belə ki, o, 07 fevral 2024cü il tarixdə, təxminən saat 23 radələrində Tovuz rayonu Düz Cırdaxan kəndi ərazisinən keçən avtomobil yolunun yaxınlığında olan avtomobil təmiri sexinin qarşısında dayanmış “MAN” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı yük avtomobilindən 2 ədəd akkumlyator oğurlamışdır. O, Tovuz rayonu ərazisindən oğurladığı yük avtomobillərinə aid olan akkumlyator və digər əşyaları sataraq ümumilikdə təxminən 1000 (bir min) manata yaxın qazanc əldə etmişdir. O, “Kraz” markalı yük avtomobilinə aid olan ağır çəkili bir ədəd valı bir tərəfindən iki əli ilə tutaraq çevirə-çevirə “Prius” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoymuşdur. O, bu barədə hər hansı şəxs və ya şəxslərə məlumat verməmiş, nə də ki, onun etmiş olduğu oğurluq əməli barədə hər hansı şəxs və ya şəxslərin məlumatı olmamışdır. Ona Tovuz rayonu ərazisində törətmiş olduğu oğurluq əməlini icra edərkən və yaxud icra etməzdən əvvəl hər hansı şəxs və ya şəxslər köməklk etməmişdir. O, bu əməli tək törətmişdir. O, Tovuz rayonu ərazisində etmiş olduğu oğurluq cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə vurmuş olduğu maddi ziyanları ibtidai istintaq zamanı tamamilə ödəyib həmin şəxslərlə barışmış və sonuncuların ondan heç bir şikayət və tələbləri yoxdur. Hazırda əməlindən peşman olmasını, himayəsində 1 (bir) nəfər azyaşlı uşağının olmasını və İİ Qarabağ müharibəsi veteranı olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Tovuz rayon Əyyublu kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. “Kamaz” markalı, **-DU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili var. Həmin avtomobili ilə yük daşıyır. Bundan əlavə, Tovuz rayonu Əyyublu kəndi ərazisində yerləşən sexdə avtomobil təmiri ilə məşğul olur. 01 fevral 2024-cü il tarixdə saat 15 radələrində özünə məxsus olan “Kamaz” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilində olan yükü boşaldıb qeyd olunan ərazidə işlədiyi sexin qarşısında saxlamışdır. Həmin gün saat 21 radələrində işlədiyi sexdən çıxıb yaşadığı evə getmişdir. Avtomobili mütəmadi olaraq həmin sexin qarşısında saxlayır. 02 fevral 2024-cü il tarixdə, saat 16 radələrində özünə məxsus olan “Kamaz” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilini avtomobil yuma məntəqəsinə vermək üçün avtomobildə əyləşib avtomobili işə salmaq istədikdə avtomobilin işə düşmədiyini görmüşdür. Avtomobilinə baxış keçirdikdə həmin avtomobildə olan 02 ədəd, Polşa Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper, 513x223x223 ölçülü, işlək vəziyyətdə olan, yenisindən seçilməyən, heç bir zədəsi və sınığı olmayan, istifadəyə yararlı “Bass” markalı akkumulyatorun oğurlandığını aşkar etmişdir. Cinayət nəticəsində ona maddi ziyan dəymişdir. Məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən onun sonuncudan heç bir şikayət və tələbinin olmamasını bildirdi. Odur ki, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, Tovuz rayonu Əyyublu kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Atasının Tovuz rayonu Əyyublu kəndi ərazisində yerləşən daş karxanası var. Həmin karxanada bir neçə “Kamaz” markalı avtomobil işləyir. Həmin avtomaşınlar ona məxsusdur. Avtomaşınlardan birini təmir etdikdən sonra həmin karxananın qarşısında saxlamışdır. Həmin avtomaşına gündüz nəzarət etsə də, gecə vaxtları həmin avtomaşına nəzarət edilməmişdir. 08 fevral 2024-cü il tarixdən 09 fevral 2024-cü il tarixə keçən gecə naməlum şəxs (şəxslər) tərəfindən qeyd olunan ünvanda yerləşən daş karxanasının qarşısından “SHACMAN” markalı avtomaşından 02 ədəd, Türkiyədə istehsal olunmuş, 12 voltluq, 190 amper, 530x223x223 ölçülü, işlək vəziyyətdə olan, yenisindən seçilməyən, heç bir zədəsi və sınığı olmayan, istifadəyə yararlı “İnci” markalı akkumulyatorlar oğurlanmışdır. Baş vermiş cinayət nəticəsində ona maddi ziyan dəymişdir. Məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən onun sonuncudan heç bir şikayət və tələbinin olmamasını bildirdi. Odur ki, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanda yaşayır. 2024-cü ilin fevral ayının 7-si axşam saatlarında Bakı şəhərində yerləşən hava limanından təyyarə ilə işlə bağlı Polşa Respublikasına getmişdir. Həmin gün Polşa Respublikasına getməmişdən qabaq səhər saatlarında yaşadığı Tovuz rayonunda olarkən özünə məxsus “MAN” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini sürüb Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisindən keçən avtomobil yolunun yaxınlığında olan Şahid3 məxsus təmir sexinin qarşısında saxlamışdır. Çünki həmin avtomobil Nizami adlı usta tərəfindən rənglənməli idi. “MAN” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Nizami adlı ustaya təhvil verib həmin gün Bakı şəhərinə, oradan da Polşa Respublikasına işlə bağlı getmişdir. 11 fevral 2024-cü il tarixdə, təxminən saat 12 radələrində Polşa Respublikasında olarkən usta Şahid3 ona zəng edərək yük avtomobilini təmir üçün sexə aparmaq istəyən zaman avtomobilin enerji cihazının, yəni akkumlyatorunun olmaması səbəbindən mühərrikin işə düşmədiyini və ondan avtomobilə aid olan 02 ədəd akkumlyatoru götürüb-götürmədiyini soruşmuşdur. Bu zaman Şahid3 “MAN” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən 02 ədəd akkumlyatoru götürmədiyini və 02 ədəd akkumlyatorun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Həmin vaxt usta Şahid3 ondan nə etməyini soruşduqda Şahid3 məsləhət görmüşdür ki, ona məxsus “MAN” markalı, **- CC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən 02 ədəd akkumlyatorların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması ilə bağlı Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat versin. Sonra polisə məlumat verilmişdir. 23 fevral 2024-cü il tarixdə Polşa Respublikasından qayıtmış, 03 mart 2024-cü il tarixdə Tovuz rayonuna gəlmiş, 06 mart 2024-cü il tarixdə Tovuz rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib özünə məxsus “MAN” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilimdən 02 ədəd, Türkiyədə istehsal olunmuş, 12 voltluq, 190 amper, 530x223x223 ölçülü, işlək vəziyyətdə olan, yenisindən seçilməyən, heç bir zədəsi və sınığı olmayan, istifadəyə yararlı, təxminən 4-5 ay olar ki, yenisini satın alaraq istifadə etdiyim “İnci” markalı akkumulyatorun oğurlanması barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona hər biri 140 manat olmaqla, 280 manat dəyərində akkumulyatorları oğurlanmışdır. Məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən onun sonuncudan heç bir şikayət və tələbinin olmamasını bildirdi. Odur ki, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, Tovuz rayon Cəlilli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Cəlilli kəndində yük avtomobillərinin ehtiyat hissələrinin satışı dükanı var. Həmin dükanda işlənmiş vəziyyətdə olan yük avtomobillərinin ehtiyat hissələrinin satışı ilə məşğul olur. Hər gün özünə məxsus dükanı səhər saat 09 radələrində açıb, axşam saat 19 radələrinə qədər yük avtomobillərinin ehtiyat hissələrinin satışı ilə məşğul olur. Avtomobilin bəzi ehtiyat hissələrini dükanın qarşısına qoyub gedir. Həmişə olduğu kimi xx.xx.2024-cü il tarixdə özünə məxsus dükanda satış etdikdən sonra həmin gün axşam saat 19 radələrində dükanın qapısını qıfıl ilə bağlayıb evinə getmişdir. xx.xx.2024-cü il tarixdə səhər saat 09 radələrində dükanın qarşısına gələndə dükanın qarşısına qoyduğu 01 ədəd, 600 manat dəyərində olan, Sovetlər İttifaqında istehsal olunmuş, işlək vəziyyətdə olan, yenisindən seçilməyən, heç bir zədəsi və sınığı olmayan, istifadəyə yararlı, “Kraz” markalı yük avtomobilinə aid val və 04 ədəd, hər birinin dəyəri 50 manat olmaqla, 200 manat dəyərində Rusiya Federasiyasında istehsal olunmuş, işlək vəziyyətdə olan, yenisindən seçilməyən, heç bir zədəsi və sınığı olmayan, istifadəyə yararlı, traktora məxsus silindirlərin naməlum şəxs və şəxslər tərəfindən oğurlanmasını müəyyən etmişdir. İki gün ərzində işi olduğu üçün Tovuz RPŞ-nə gəlib ərizə yaza bilməmişdir. Sonra isə Tovuz RPŞ-nə gəlib şikayət ərizəsi yazmışdır. Ona ümumilikdə 800 (beş yüz) manat maddi ziyan dəymişdir. İstintaq zamanı verdiyi ərizədən göründüyü kimi təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən onun sonuncudan heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, Gəncə şəhəri, Yeni qəsəbə bina 21, ev 17də qeydiyyatda olmaqla orada yaşayır və sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Belə ki, onun Tovuz rayon Cəlili kəndində metal alqı-satqı məntəqəsi var və həmin məntəqədə müxtəlif növ metalların alqı-satıqısı ilə məşğul olur. Özünə məxsus metal alqı məntəqəsinə aldığı müxtəlif metalları **-CT-*** dövlət-qeydiyyat nişanlı “Kamaz” markalı avtomobili ilə gətirir. 2024-cü ilin yanvar ayının axırlarında Bakı şəhərindən Tovuz rayonuna gələn zaman Qobustan rayonu ərazisində “Kamaz” markalı avtomobilin ehtiyat hissələri dükanından 1070 (bir min yetmiş) manat dəyərində olan 01 ədəd Rusiya Federasiyasında istehsal olunmuş, işlək vəziyyətdə olan, yenisindən seçilməyən, heç bir zədəsi və sınığı olmayan, istifadəyə yararlı, “Kamaz” markalı yük avtomobilinə aid mühərriki işə salma cihazının (el arasında “startel”-deyilən cihazı), 01 ədəd, Rusiya Federasiyasında istehsal olunmuş, işlək vəziyyətdə olan, yenisindən seçilməyən, heç bir zədəsi və sınığı olmayan, istifadəyə yararlı, “Kamaz” markalı yük avtomobilinə aid enerji ötürücünün (el arasında “dinamo” deyilən cihazı), 01 ədəd, Rusiya Federasiyasında istehsal olunmuş, işlək vəziyyətdə olan, yenisindən seçilməyən, heç bir zədəsi və sınığı olmayan, istifadəyə yararlı, “Kamaz” markalı yük avtomobilinə aid yanacaq nasosu almışdır. Həmin aldığı ehtiyat hissələrini “Kamaz” markalı avtomobilin sərnişin oturacağının ayaqaltısına qoymuşdur. Aldığı ehtiyat hissələrinin hər biri işlənmiş vəziyyətdə idi. Tovuz rayonuna gəldikdən sonra özünə məxsus “Kamaz” markalı yük avtomobilini metal alqı-satqı məntəqəsinin qarşısında saxlamışdır. Özü metal alqı-satqı məntəqəsində qaldığı üçün “Kamaz” markalı yük avtomobilinin qapılarını açıq qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində yorğun olduğu üçün metal alqı-satqı məntəqəsində yatmışdır. xx.xx.2024-cü il tarixdə səhər saat 11 radələrində “Kamaz” markalı yük avtomobilinin yanına çatanda naməlum şəxslər tərəfindən avtomobilin ümumi dəyəri 600 manat olan 02 ədəd, Türkiyə Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper, 530x223x223 ölçülü, işlək vəziyyətdə olan, yenisindən seçilməyən, heç bir zədəsi və sınığı olmayan, istifadəyə yararlı “Tunç” markalı akkumulyatorun üzərindən sökülüb götürüldüyünü, habelə “Kamaz” markalı yük avtomobilinin kabinasından isə 1070 (bir min yetmiş) manat olan, 01 ədəd Rusiya Federasiyasında istehsal olunmuş, işlək vəziyyətdə olan, yenisindən seçilməyən, heç bir zədəsi və sınığı olmayan, istifadəyə yararlı, “Kamaz” markalı yük avtomobilinə aid mühərriki işə salma cihazının (el arasında “startel”deyilən cihazı), 01 ədəd, Rusiya Federasiyasında istehsal olunmuş, işlək vəziyyətdə olan, yenisindən seçilməyən, heç bir zədəsi və sınığı olmayan, istifadəyə yararlı, “Kamaz” markalı yük avtomobilinə aid enerji ötürücünün (el arasında “dinamo”-deyilən cihazı), 01 ədəd, Rusiya Federasiyasında istehsal olunmuş, işlək vəziyyətdə olan, yenisindən seçilməyən, heç bir zədəsi və sınığı olmayan, istifadəyə yararlı, “Kamaz” markalı yük avtomobilinə aid yanacaq nasosunun oğurlandığını müəyyən etmişdir. O, Tovuz RPŞ-nə gəlib ərizə yazmışdır. Ona ümumilikdə 1670 (bir min altı yüz yetmiş) manat dəyərində maddi ziyan dəymişdir. İstintaq zamanı verdiyi ərizədən göründüyü kimi təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən onun sonuncudan heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. “Kamaz” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili var. 2024-cü ilin fevral ayının 7-də gecə vaxtı “Kamaz” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilini Tovuz rayonu Qovlar şəhərində yerləşən “Qara petrol” yanacaq doldurma məntəqəsinin qarşısında saxlamışdır. Təxminən fevral ayının 08-də naməlum şəxs (şəxslər) tərəfindən qeyd olunan ünvanda yerləşən YDMnin qarşısında saxladığı “Kamaz” markalı, **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilindən 02 (iki) ədəd Türkiyə Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper, 530x223x223 ölçülü, işlək vəziyyətdə olan, yenisindən seçilməyən, heç bir zədəsi və sınığı olmayan, istifadəyə yararlı “Mutlu” markalı akkumlyator oğurlanmışdır. Qeyd olunan akkumlyatorların oğurlanması nəticəsində ona maddi ziyan dəymişdir. İstintaq zamanı verdiyi ərizədən göründüyü kimi təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən onun sonuncudan heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında Şahid1 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, Tovuz rayon Yuxarı Öysüzlü kəndində yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Şirvan şəhər sakini Təqsirləndirilən şəxs təxminən 5 ildir ki, tanıyır. Aralarında qeyri-rəsmi sevgi münasibəti olmuşdur. 5 il ərzində arabir imkan tapdıqca ya Bakı şəhərində, ya Şirvan şəhərində, ya da ki, Tovuz rayonunda görüşmüşlər. “Toyota Prius” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili qeyri-rəsmi münasibətdə olduğu Təqsirləndirilən şəxs özünə lazım olan vaxtlarda ondan icazə alaraq götürüb idarə etmişdir. Lakin həmin avtomobili idarə etməsi üçün Təqsirləndirilən şəxs etibarnamə verməmişdir. Təqsirləndirilən şəxs axırıncı dəfə onun yanına 27 yanvar 2024-cü il tarixdə gəlmişdir. 27 yanvar 2024-cü il tarixdə Yuxarı Öysüzlü kəndinə gələrək onunla bir neçə gün vaxt keçirmişdir. Təqsirləndirilən şəxs 27 yanvar 2024-cü il tarixdə evinə gəldiyi vaxtdan Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən etmiş olduğu oğurluq əməllərinə görə 2024-cü ilin fevral ayının dəqiq xatırlamadığı günündə tutulduğu vaxtadək o, axşamlar ona məxsus “Toyota Prius” markalı, **-UX- *** dövlət qeydiyyat nişanlı avtomobili ondan icazə alaraq götürüb marketə getmək və rayon mərkəzinə düşmək adı ilə evdən çıxmış və bir neçə saat sonra geri qayıtmışdır. Onun Təqsirləndirilən şəxs Tovuz rayonu ərazisində olan yük avtomobillərinin akkumlyatorlarını və digər avadanlıqlarını oğurlamasından xəbəri olmamış və bu barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs Tovuz rayonu ərazisində oğurluq etməsində Tovuz rayon polis şöbəsinə dəvət edildikdən sonra məlumatı olmuşdur. Məhkəmə iclasında Şahid2 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, Şəmkir şəhəri, Cavanşir küçəsi, ev 37-də qeydiyyatda olmaqla ünvan 5 ünvanda əlvan metalların qəbulu işi ilə məşğul olur. Onun Təqsirləndirilən şəxs ilə aralarında ədavət və yaxud düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs bir ildir ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin yay aylarında onun “Toyota-Prius” minik markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə tək gələrək ona bir neçə dəmir parçaları satmışdı. Həmin vaxt Təqsirləndirilən şəxs hərbi formada olmuş, ona həmin dəmir parçalarının lazımsız olduğunu deyərək onları müəyyən qiymətə satmışdır. Ona görə də həmin vaxtdan aralarında tanışlıq münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs da özünü onun yanında hər zaman mədəni apardığından ona qarşı güvən və etibar hissi yaratmışdır. Əvvəlcədən üzdən tanıdığı, Tovuz rayon sakini, sonradan adını Məhəmməd kimi bildiyi həmin şəxs təxminən 31 yanvar 2024-cü il tarixdə, dəqiq xatırlamadığı saatda işlədiyi metal qəbulu məntəqəsinə yenə “Toyota-Prius” minik markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə tək gələrək yararsız dəmir parçaları gətirib ona “metallom” qiymətinə satmışdır. Həmin gün Təqsirləndirilən şəxs ona akkumlyator satıb-satmadığını xatırlamır. Çünki, ona etibar etdiyindən onun satmış olduğu malların özünə məxsus dəftərdə qeydiyyatını aparmamışdır. Həmin gün Təqsirləndirilən şəxs bunun qarşılığında nə qədər pul verdiyini də xatırlamır. 07 fevral 2024-cü il tarixdə, səhər saat 09:15 radələrində Məhəmməd yenidən ona məxsus metal qəbulu məntəqəsinə 2 ədəd “Kamaz” markalı avtomobilinə aid akkumlyator və bir ədəd markasını bilmədiyi nəqliyyat vasitəsinə aid olan təxminən 100 kq çəkidə mühərrik valını idarə etdiyi “Toyota-Prius” minik markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə özü tək gətirib ona ümumilikdə 144 (yüz qırx dörd) manata satmışdır. Məhəmməd ona satdığı malları qəbul edərkən bu səfər özündə qeydiyyat aparsada onun şəxsiyyət vəsiqəsinin kserosurətini alıb özümdə saxlamamışdır. Məhəmmədin şəxsiyyət vəsiqəsinin kserosurətini almamaqda səbəbi odur ki, Məhəmmədi əvvəlcədən tanımış və ona bir mədəni insan kimi etibar etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs 144 (yüz qırx dörd) manat pulu götürüb çıxıb getmişdir. 09 fevral 2024-cü il tarixdə, saat 16 radələrində ünvan 6 ünvanında olan zaman Tovuz rayon polis şöbəsinin əvvəlcədən tanımadığı və adlarını bilmədiyi əməkdaşları gələrək Məhəmməd adlı şəxsin ona oğurluq akkumlyatorlar və digər avadanlıqlar satdığını deyib metal qəbulu məntəqəsinə baxış keçirmək istəmişlər. O, da könüllü qaydada polis əməkdaşlarına şərait yaradaraq əlvan metal qəbulu məntəqəsinə öz iştirakı ilə baxış keçirilməsini təmin etmişdir. Baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs ona satmış olduğu 02 (iki) ədəd yük avtomobilinə aid olan “Tunç” markalı akkumlyator və bir ədəd markasını bilmədiyi nəqliyyat vasitəsinə aid olan təxminən 100 kq çəkidə mühərrik valı maddi sübut qismində götürülmüşdür. Satın aldığı əşyaların qeydiyyatını apardığı dəftər dolduğu üçün təxminən bir aya yaxındır ki, məhv edərək yandırmışdır. Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayının sonundan fevral ayının 7-dək olan müddət ərzində ona satmış olduğu əşyaların oğurluq olduğundan xəbəri olmamışdır. Çünki həmin vaxt Təqsirləndirilən şəxs həmin əşyaları haradan əldə etdiyini soruşanda Təqsirləndirilən şəxs həmin əşyaların özünə məxsus olduğunu demişdir. Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayının 31-də müəyyən çəkidə yararsız dəmir parçalarının məbləğini xatırlamadığı qiymətə, 07 fevral 2024-cü il tarixdə isə Təqsirləndirilən şəxs ona 02 ədəd “Kamaz” markalı avtomobilə aid akkumlyatoru və bir ədəd markasını bilmədiyi nəqliyyat vasitəsinə aid olan təxminən 100 kq çəkidə mühərrik valını ona ümumilikdə 144 (yüz qırx dörd) manata satmışdır. Məhkəmə iclasında Şahid3 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, Tovuz şəhəri, H.Əliyev prospekti, dalan 1-də yaşayır. Təxminən 40 ilə yaxındır ki, avtomobil rəngsazı işləyib ailəsini dolandırır. Təmir sexi Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisində yerləşir. 07 fevral 2024-cü il tarixdə, səhər saatlarında əvvəlcədən tanıdığı Tovuz rayon sakini Zərərçəkmiş şəxs6 özünə məxsus “MAN” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini ona məxsus təmir sexinin qarşısında saxlayıb həmin yük avtomobilini rəngləməyini xahiş etmişdir. Zərərçəkmiş şəxs6 hazırda əlində olan işi yekunlaşdırdıqdan sonra onun avtomobilini rəngləyəcəyini demişdir. Zərərçəkmiş şəxs6 özünə məxsus “MAN” markalı yük avtomobilini ona təhvil verib Bakı şəhərinə getmişdir. 08 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs6 məxsus “MAN” markalı yük avtomobilinin mühərrikini işə salmaq istəyəndə mühərrik işə düşməmişdir. Baxdıqda avtomobildə olan 02 ədəd akkumlyatorun yerində olmadığını görmüşdür. Həmin vaxt 02 ədəd akkumlyatorun Zərərçəkmiş şəxs6 özü tərəfindən götürüldüyünü güman etmişdir. Başı digər işlərə qarışdığından bu barədə Zərərçəkmiş şəxs6 məlumat verməyi yadından çıxartmışdır. 11 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs6 məxsus “MAN” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini təmir etmək üçün yerini dəyişmək istədikdə mühərriki yenidən işə salmaq istəyən zaman birdən yadına düşmüşdür ki, avtomobildə olan 02 ədəd akkumlyatorun yeri boşdur və həmin gün Zərərçəkmiş şəxs6 zəng edərək yük avtomobilini təmir üçün sexə aparmaq istəyən zaman avtomobilin akkumlyatorunun olmamağı səbəbindən mühərrikinin işə düşmədiyini və Zərərçəkmiş şəxs6 avtomobilə aid olan 02 ədəd akkumlyatoru götürüb-götürməməyi barədə soruşmuşdur. Zərərçəkmiş şəxs6 ona özünə məxsus “MAN” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən 02 ədəd akkumlyatoru götürmədiyini və böyük ehtimal ki, 02 ədəd akkumlyatorun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib bu barədə polisin 102 xidmətinə məlumat verməyini məsləhət görmüşdür. O, da 11 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək 02 ədəd akkumlyatorun oğurlanması barədə məlumat vermişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmətəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/1404 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta bazar qiyməti ayrı-ayrılıqda nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur:

1. 02 ədəd Polşa Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper, 513x223x223 ölçülü, işlək vəziyyətdə olan, yenisindən seçilməyən, heç bir zədəsi və sınığı olmayan, istifadəyə yararlı “Bass” markalı akkumulyatorun hər biriinin qiyməti 100 manat-cəmi 200(iki yüz) manat;

2. 01 ədəd Sovetlər İttifaqında istehsal olunmuş, işlək vəziyyətdə olan, yenisindən seçilməyən, heç bir zədəsi və sınığı olmayan, istifadəyə yararlı, “Kraz” markalı yük avtomobilinə aid valın aydın deyil;

3. 04 ədəd Rusiya Federasiyasında istehsal olunmuş, işlək vəziyyətdə olan, yenisindən seçilməyən, heç bir zədəsi və sınığı olmayan, istifadəyə yararlı, “Traktor” markalı yük avtomobilinə aid silindirin- aydın deyil;

4. 02 ədəd Türkiyə Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper, 530x223x223 ölçülü, işlək vəziyyətdə olan, yenisindən seçilməyən, heç bir zədəsi və sınığı olmayan, istifadəyə yararlı “Tunç” markalı akkumulyatorun qiyməti 120 manat, cəmi 240 manat;

5. 01 ədəd Rusiya Federasiyasında istehsal olunmuş, işlək vəziyyətdə olan, yenisindən seçilməyən, heç bir zədəsi və sınığı olmayan, istifadəyə yararlı, “Kamaz” markalı yük avtomobilinə aid mühərriki işə salma cihazının (el arasında “startel”deyilən cihaz); aydın deyil;

6. 01 ədəd Rusiya Federasiyasında istehsal olunmuş, işlək vəziyyətdə olan, yenisindən seçilməyən, heç bir zədəsi və sınığı olmayan, istifadəyə yararlı, “Kamaz” markalı yük avtomobilinə aid enerji ötürücünün (el arasında “dinamo”-deyilən cihaz); aydın deyil;

7. 01 ədəd Rusiya Federasiyasında istehsal olunmuş, işlək vəziyyətdə olan, yenisindən seçilməyən, heç bir zədəsi və sınığı olmayan, istifadəyə yararlı, “Kamaz” markalı yük avtomobilinə aid yanacaq nasosunun; aydın deyil;

8. 02 ədəd Türkiyə Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper, 530x223x223 ölçülü, işlək vəziyyətdə olan, yenisindən seçilməyən, heç bir zədəsi və sınığı olmayan, istifadəyə yararlı “Mutlu” markalı akkumulyatorun; qiyməti 140 manata, cəmi 280 manat;

9. 02 ədəd Türkiyədə istehsal olunmuş, 12 voltluq, 190 amper, 530x223x223 ölçülü, işlək vəziyyətdə olan, yenisindən seçilməyən, heç bir zədəsi və sınığı olmayan, istifadəyə yararlı “İnci” markalı akkumulyatorun qiyməti 140 manata, cəmi 280 manat dəyərindədi. İş materiallarında olan Şirvan Şəhər İHB-nin 1 nömrəli Sahə İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Abasov X1 Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib 600 manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Füzuli Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1-xx-xx- 2023 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib 600 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarına əalvə edilmiş Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(032)-96/2023 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində Füzuli Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1-xx-xx-2023 saylı hökmü ilə təyin edilmiş 600 manat məbləğində cərimə cəzası, qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 ay müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası icra edilmədiyi üçün aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 06 ay müddətə islah işləri cəzası çəkilməmiş qalmaqdadır. İş materiallarında olan vəsiqələrdən görünür ki, Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. İş materiallarında olan vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs İİ Qarabağ müharibəsi zamanı veteran olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il tarixdə anadan olmuş Həsən adlı 1 (bir) nəfər azyaşlı uşağı vardır. İş materiallarında olan zərərçəkmiş şəxslərin ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurlmuş maddi ziyan tamamilə ödənilmişdir. Hazırda onların təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, cəmiyyətdə müsbət xarakterizə olunmasını, müharibə iştirakçısı və veteranı olmasını, himayəsində 1 (bir) nəfər azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməklə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin hümanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamının 10.3-cü bəndində qeyd edilmişdir ki, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsasları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli “Məhkəməhüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanına əsasən, cəza siyasətinin hümanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi tövsiyyə edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2024cü il tarixdən 14 fevral 2024-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində saxlanılmışdır. Ona görə də Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, həmin müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 07:00-dək yaşadığı Şirvan şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.3 və 68.3.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan bir ədəd valın sahibi Zərərçəkmiş şəxs2 və iki ədəd “Tunç” markalı akkumlyatorların sahibi Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ödənilməmiş əvvəlki qərarla, yəni Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzası azadlığın məhdudlaşdırılması cəzasının bir gününə islah işlərinin iki günü bərabər tutulması qaydası ilə hesablanmaqla 06 (altı) ay islah işləri cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına tamamilə toplanılmaqla üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün müddət ona təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şirvan şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd valın sahibi Zərərçəkmiş şəxs2 və iki ədəd “Tunç” markalı akkumlyatorların sahibi Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar