Məhkəmə qərarları › İş №1(062)-86/2025

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-86/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-86/2025 24.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs X1 və müdafiəçisi Müdafiəçi iştirakı ilə 24 iyun 2025-ci il tarixdə Tovuz şəhərində, xx.xx.1986-cı ildə Gədəbəy rayonu Novosaratovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Gədəbəy rayonu Novosaratovka kəndində qeydiyyatında olmaqla həmin ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 mart 2025-ci il tarixdə, saat 17 radələrində Tovuz rayonu Aşağı Öysüzlü kəndində tanışı Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində sonuncu ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncunun sağlamlığına qəsdən az ağır zərər vurmaq qərarına gəlmiş, bu niyyətlə sonuncuya yumruq və təpik zərbələri ilə vuraraq və sonuncunun əlində olan mobil telefonu almaq üçün qəsdən onun sağ əlinin V barmağını təbii bükülmə istiqamətinin əksinə qatlayaraq ona sağ bazu nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilməyən və sağ əlin V barmağının distal falanqasının qəlpəli sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərdi ki, hazırda Gədəbəy rayonu Saratovka kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır. Tovuz rayonu Aşağı Öysüzlü kəndində yaşayan Zərərçəkmiş şəxs 4 (dörd) ildir ki, tanıyır. Belə ki, Zərərçəkmiş şəxs ilə 2021-ci ildə Gədəbəy rayonu, Saratovka kəndində tanış olmuşdur. Həmin dövrdə Zərərçəkmiş şəxs Saratovka kəndində aşpaz işləmişdir. Tanış olduqları gündən bu günə kimi onun Zərərçəkmiş şəxs ilə aralarında heç bir ədavətləri olmamışdır. xx.xx.2025-ci il tarixdə o, tanışı Zərərçəkmiş şəxs tanışı Gədəbəy rayonu, Saratovka kənd sakini Fazil adlı şəxsin avtomobili ilə Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən sonuncuya məxsus fərdi yaşayış evinə aparmışdır. Zərərçəkmiş şəxs yaşadığı evə düşürüb yenidən Gədəbəy rayonuna geri qayıtmışdır. Növbəti gün, yəni xx.xx.2025-ci il tarixdə o, Bakı şəhərinə xəstəxanaya getməli olduğu üçün öz geyim əşyalarını ütülətmək məqsədilə Zərərçəkmiş şəxs yaşadığı evə getmişdir. O, Zərərçəkmiş şəxs evinə gedən zaman yolboyu pivə içmişdir. xx.xx.2025-ci il tarixdə saat 16 radələrində o, Zərərçəkmiş şəxs yaşadığı evin önündə taksidən düşmüşdür. Bu zaman evin giriş qapısından bir ədəd asma qıfıl asıldığını və evin işıqlarının yanılı vəziyyətdə olduğunu görüb Gülbahara zəng etmiş, sonuncu ona evdə olmadığını bildirdikdə o, işıq sayğacından işıqları söndürmüşdür. Daha sonra yenidən taksi avtomobilinə əyləşib oradan Tovuz rayonu, Dondar Quşçu kəndi ərazisinə getmişdir. Orada Əli adlı şəxsin kafesində Zərərçəkmiş şəxs kafeyə gəlib gəlmədiyini soruşmuşdur. Gülbaharı orada da görə bilmədikdə yenidən yaşadığı evə geri qayıtmışdır. O, ikinci dəfə Gülbaharın yaşadığı evin önünə çatdıqda işıqların yanılı olduğunu görmüş və özü ilə ütülətməyə gətirdiyi şalvarını evin giriş qapısından asıb piyada oradan uzaqlaşmışdır. Bundan sonra yenidən Gülbahara zəng etmiş və harada olduğunu soruşmuşdur. Bu zaman Gülbahar ona evdə olduğunu demişdir. Bundan sonra o, Gülbaharın evinə geri qayıtmışdır. Giriş qapıdan içəri, həyətə daxil olmuşdur. O, evin həyətində olanda Gülbahar və sonuncunun qonşusu, adını xatırlamadığı bir yaşlı qadının da orada olduğunu görmüşdür. Bildiyi qədərilə həmin yaşlı qadın şəhid anasıdır və Gülbaharın qonşusudur. O, həyətə daxil olduqda Gülbahar ona əsəbi formada demişdir ki, “sən kimsən ki mənim evimin darvazasına öz şalvarını asırsan ?” O, ütülüməyi üçün asdığını dedikdə əsəbi-əsəbi üzərinə gəlib “sənə görə mənə söz gəldi” deyib əlində tutduğu, içərisinə sənədlərini topladığı bir ədəd çantasından yapışmış və əlindən almağa çalışmışdır. O, çantasını verməmək üçün Gülbaharı özündən uzaqlaşdırmışdır. Bu zaman aralarında mübahisə yaranmışdır. O, Gülbaharı uzaqlaşdırmaq üçün əli ilə sonuncunun əlindən tutaraq geriyə doğru aparıb zor tətbiq etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ondan əl çəkmişdir. Onlar aralandıqdan sonra orada olan yaşlı qadın ondan çıxıb getməyini istəmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs evindən çıxıb getmişdir. Bundan sonra o, bir daha Zərərçəkmiş şəxs görməmiş, ancaq telefon danışıqları olmuşdur. Hazırda əməlindən səmimi peşman olmasını, zərəçəkmiş şəxslə barışmağa cəhd etməsini, xəstəliyini nəzərə alaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Tovuz rayonu Aşağı Öysüzlü kəndində yaşayır. Təqsirləndirilən şəxs 2022-ci il tarixdən tanıyır. Belə ki, o, 2022-ci ildə Gədəbəy rayonu Novo Saratovka kəndində yerləşən “Xan” şadlıq sarayında aşpaz işləyən dövrdə həmin kənd sakini Təqsirləndirilən şəxslə tanış olub, bir müddət qeyri-rəsmi birlikdə yaşamışlar. Təxminən 01 (bir) il əvvəl o, Təqsirləndirilən şəxs ayrılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onunla mütəmadi olaraq münaqişə etməyə başlamışdır. Hətta bir neçə dəfə ona fiziki zor tətbiq etmişdir. O, 03 mart 2025-ci il tarixdə işlədiyi “Xan” şadlıq sarayında işdən çıxmış və Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən yaşadığı evə gəlmişdir. O, işdən çıxdıqdan sonra da Təqsirləndirilən şəxs ona tez-tez zəng edib ünvanına deyilməsi etik normalara sığmayan nalayiq ifadələr işlətmişdir. xx.xx.2025-ci il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs ona zəng etmişdir. O, Təqsirləndirilən şəxs yenə nalayiq ifadələr işlədəcəyini bildiyi üçün onun telefon zəngini açmamışdır. Bilmişdir ki, sərxoşdur və özündə deyil. Buna görə də, Təqsirləndirilən şəxs yaşadığı evə gəlməməsi üçün evinin giriş qapısına küçədən bir ədəd asma qıfıl asmışdır ki, gəlib evinə baxdıqda evdə olmadığını görüb çıxıb getsin. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində o, yaşadığı evdə olan zaman küçədə, evinin önündə avtomobil dayandığının səsini eşidib evinin pəncərəsindən küçəyə boylanmışdır. Bu zaman tanımadığı taksi avtomobilin dayandığını və Təqsirləndirilən şəxs avtomobildən düşüb evinin yanında gəzişdiyini görmüşdür. Təqsirləndirilən şəxs bir neçə dəfə giriş qapını əli ilə sirkələyib “Ay Bahar, ay Bahar” deyə qışqırmağa başlamışdır. O, Təqsirləndirilən şəxs sərxoş olduğunu görüb səsini çıxarmamış və evində gözləmişdir. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs gəldiyi avtomobil ilə oradan uzaqlaşdığını görmüşdür. Həmin vaxt yaşadığı evin işıqları da sönmüşdür. O, bir qədər də gözləyib Təqsirləndirilən şəxs evinin önündən tam uzaqlaşdığından əmin olduqdan sonra küçəyə çıxıb işıq sayğacına yaxınlaşmış və baxdıqda sayğacdan yaşadığı evin işığının bilərəkdən söndürüldüyün görüb yenidən yandırmış və yaşadığı evə daxil olmuşdur. O, daxil olduqdan bir neçə saniyə sonra yaşadığı evin həyətinə açılan giriş qapısının çırpılaraq açıldığını görmüşdür. Daha sonra Təqsirləndirilən şəxs sərxoş halda yaşadığı evin içərisinə daxil olmuşdur. Həmin vaxt yaşadığı evdə o və Təqsirləndirilən şəxs başqa hər hansı bir şəxs olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evin içərisinə daxil olduqda qışqıraraq ona nalayiq söyüşlər, ifadələr işlədib onu təhqir etməyə başlamış və ondan səsini yazdırıb-yazdırmadığını soruşmuşdur. O, da səsini yazdırmadığını demişdir. Bu zaman Təqsirləndirilən şəxs ondan telefonunu istəmişdir. Belə ki, ona məxsus mobil telefonda Təqsirləndirilən şəxs əvvəllər ona qarşı etdiyi qanunsuz davranışlarına, ifadələrinə dair səs yazıları varmış və buna görə də Təqsirləndirilən şəxs həmin səs yazılarını telefonundan silmək məqsədilə telefonuna baxmaq istəmiş, lakin o, telefonunu verməmişdir. Telefonunu vermək istəmədiyini görən Təqsirləndirilən şəxs əlindən zorla telefonunu almağa cəhd etmişdir. Nəticədə onlar mübahisə etməyə başlamışlar və hər iki əli ilə telefonunu möhkəm sıxıb saxladığını görən Təqsirləndirilən şəxs əsəbləşib telefonu tutduğu sağ əlinin barmaqlarını sərt və zorakı formada tutaraq geriyə doğru sıxıb zor tətbiq etmişdir. Həmin vaxt o, qışqırıb müqavimət göstərsə də, gücü çatmadığı üçün sona qədər müqavimət göstərə bilməmişdir. Nəticədə Təqsirləndirilən şəxs sağ əlinin V barmağını, yəni ən kiçik barmağını zor tətbiq edərək sındırmışdır. Təqsirləndirilən şəxs bununla kifayətlənməyib yumruqla qoluna çiyninə vurmağa başlamış, daha sonra isə boynundan tutub sıxıb saxlamışdır. O, həmin vaxt qışqırıb birtəhər Təqsirləndirilən şəxs özündən uzaqlaşdırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs evin içərisindən həyətə çıxmışdır. Bu zaman dayısının gəlini, onunla qonşu olan şəhid Vüqar Poladovun anası Şahid2 yaşadığı evə daxil olub onun xəsarət aldığını görüb Təqsirləndirilən şəxs irad tutmuşdur ki, nə istəyirsən camaatdan. Həmin ərəfədə o, Bakı şəhərində yaşayan bacısı Şahid1 zəng edib Təqsirləndirilən şəxs yaşadığı evə gələrək ona xəsarət yetirdiyini, söyüb təhqir etdiyini bildirib 102 xidməti zəng mərkəzinə müraciət edərək bu barədə bildirməsini istəmişdir. Bundan sonra bacısı Aytən Şəmilova 102 xidməti zəng mərkəzinə zəng edib məlumat vermişdir. Aradan bir qədər keçdikdən sonra polis əməkdaşları yaşadığı evə gəlmiş, lakin həmin vaxt Təqsirləndirilən şəxs Qaçıb getmişdir. Polis əməkdaşları gəldikdən sonra o, Tovuz RMX-na müraciət etmişdir. Təqsirləndirilən şəxs ilə aralarındakı münaqişə təxminən 15 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs Mehtap oğlunun onun sağlamlığına xəsarət yetirdiyi vaxtda hər ikisi yaşadığı evin içərisində yataq otağında olmuşlar və həmin vaxt evində başqa hər hansı bir şəxs olmamışdır. Təqsirləndirilən şəxs Mehtap oğlunun sağlamlığına xəsarət yetirən zaman hər hansı əşya və ya alətdən istifadə etməmişdir. Hazırda Midxətlə barışmır və ona qanuni cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, hazırda Xırdalan qəsəbəsində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır. Zərərçəkmiş şəxs onun bacısıdır. xx.xx.2025-ci il tarixdə saat 17:50 dəqiqədə o, Xırdalan qəsəbəsində yaşadığı evdə olan zaman bacısı Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefona zəng edərək ağlaya-ağlaya tanışı Təqsirləndirilən şəxs bacısının yaşadığı evə gələrək onu söyüb təhqir etdiyini, eyni zamanda zor tətbiq edərək barmağını sındırdığını, bədəninin müxtəlif hissələrinə yumruq zərbələri vuraraq xəsarət yetirdiyini deyib ondan təcili Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə zəng etməyini xahiş etmişdir. Bundan sonra o, bacısı Gülbaharla telefon danışığını sonlandırıb ardınca 102 xidməti zəng mərkəzinə zəng etmiş və bacısı Gülbaharın yaşadığı evdə döyülməsi barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs Mehtap oğlunu tanıyır. Belə ki, Təqsirləndirilən şəxs bacısının tanışı kimi tanıyır, amma Təqsirləndirilən şəxs ilə bacısı Zərərçəkmiş şəxs arasında əvvəllər münaqişələr olduğundan məlumatsızdır. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, hazırda Tovuz rayonu Aşağı Öysüzlü kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda təqaüdçüdür. Zərərçəkmiş şəxs onun həmkəndlisi, eyni zamanda qonşusudur. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində o, yaşadığı evdə olan zaman Zərərçəkmiş şəxs bacısı Gültəkin ona zəng edərək Zərərçəkmiş şəxs yaşadığı ev də bir nəfər şəxsin döydüyünü və kömək üçün Gülbaharın evinə getməyini xahiş etmişdir. O, da dərhal yaşadığı evdən çıxıb Zərərçəkmiş şəxs yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxs yaşadığı evə girdikdə tanımadığı bir nəfər şəxsin Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətdiyini, Zərərçəkmiş şəxs isə ağlaya-ağlaya üzü, saçı səliqəsiz halda ona doğru gəlib sağ əlinin ən kiçik barmağını Təqsirləndirilən şəxs tərəfindən sındırıldığını və sağlamlığına xəsarət yetirildiyini demişdir. O, Gülbaharın barmağına baxdıqda əlinin və barmağının şişkin halda olduğunu görmüşdür. Bundan sonra o, Təqsirləndirilən şəxs mane olmağa, onu oradan qovmağa çalışmışdır. Daha sonra Təqsirləndirilən şəxs oradan çıxıb getmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına xəsarət yetirdiyini həmin vaxt görməmişdir. Belə ki, o, bu barədə hadisədən sonra bilmişdir. Cinayət işinin 92-93-cü vərəqəsində olan tələbnamədən Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı müəyyən edilir. İşin 9-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3 xx.xx.2025-ci il tarixli 280 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sağ əlin barmağının distal falanqasının qəlpəli sınığı və sağ bazu nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə əmələ gələ bilməsi istisna edilmir. Qeyd edilən xəsarətlərdən sağ əlin V barmağının distal falanqasının sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələri (yumruq, təpik və s.) ilə endirilmiş zərbə təsiri nəticəsində əmələ gələ bilməsi istisna edilmir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs 29 mart 2025-ci il tarixdə şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs vuraraq ona az ağır bədən xəsarətləri yetirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl tam sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət işinin 91-ci vərəqəsində olan xasiyyətnamədən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən edilir. İşin 80-ci vərəqəsində olan Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2711 nömrəli sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Cinayət işinin 80-ci vərəqəsində olan Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Baş Nazirinin 21 aprel 2021-ci il tarixli 250 s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İşin 81-ci vərəqəsində olan Azərbaycan Respublikasının Müharibə Veteranı vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Cinayət işinin 47-ci vərəqəsində olan 30 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 85-ci vərəqəsində olan 02 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 may 2025-ci il tarixdə Tovuz RPŞ-nin MSY-dən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışığa cəhd etməsini, müharibə iştirakçısı olmaqla Azərbaycan Respublikasının suverenliyi uğrunda döyüşlərdə iştirak etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respubliksaı CM-nin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni, əsaslı və cəzanın məqsədlərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs 30 aprel 2025-ci il tarixdən 02 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. İş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 70-ci maddəsinin tətbiq olunmasına əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gədəbəy rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerninin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 343- 347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək tərk etməsinə və yaşadığı Gədəbəy rayon ərazisi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerninin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydə alındığı vaxtdan hesablansın. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti və şiakyəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar