Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-87/2023 04.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, müdafiəçiləri Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Tovuz rayonu, Əyyublu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, Tovuz rayonu Əyyublu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri, xx.xx.1983-cü il tarixdə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Tovuz rayonu, Əyyublu kəndində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri, xx.xx.1983-cü il tarixdə Tovuz rayonu, Əyyublu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.2 və 32.5, 177.2.3-2-ci maddələri təqsirləndirilmələrinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində təkrar, ictimai əhəmiyyətli elektrik xəttinə münasibətdə özgənin əmlakını gizli оlaraq talamışdır. Belə ki, o, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs2 və X13 ilə qabaqcadan əlbir olаn bir qrup şəxs təşkil edərək xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində “Kür” çayının Tovuz rayonu Əyyublu kəndi ərazisindən keçən hissəsinin sahilində Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus bir baş, 320 kiloqram diri çəkiyə malik, 1600 (bir min altı yüz) manat dəyərində iri buynuzlu heyvanı oğurlamış, yəni Zərərçəkmiş şəxs3 məxsus 1600 (bir min altı yüz) manat dəyərində bir baş iribuynuzlu heyvanı gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları X13, Təqsirləndirilən şəxs2 və cinayət yolu ilə əldə edilmiş əmlakı pul müqabilində satmağı vəd etmiş Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşmiş, bundan sonra qrupun digər üzvləri X13 və Təqsirləndirilən şəxs2 ilə birlikdə 26 aprel 2022-ci il tarixdə, saat 01 radələrində Tovuz rayonu Əyyublu kəndində “Kürün qırağı” adlanan açıq ərazidə yerləşən həmin kənd sakini Zərərçəkmiş şəxs2 məxsus artezian quyusunu elektrik enerjisi ilə təmin edən hər bir metrinin qiyməti 6 (altı) manat olmaqla, 60 metr uzunluğunda 360 (üç yüz altmış) manat dəyərində olan elektrik naqillərini və hər bir metrinin qiyməti 3 (üç) manat olmaqla, 70 metr uzunluğunda 210 (iki yüz on) manat dəyərində olan elektrik naqillərini oğurlamış, yəni Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 570 (beş yüz yetmiş) manat dəyərində elektrik naqillərini gizli olaraq talamış, bundan sonra həmin əmlakı satıb pul əldə etmək məqsədilə 26 aprel 2022-ci il tarixdə, istintaqa məlum olmayan vaxtda Tovuz rayonu, Əyyublu kəndində yerləşən Təqsirləndirilən şəxs3 məxsus fərdi yaşayış evində sonuncuya vermişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları X13, Təqsirləndirilən şəxs2 və cinayət yolu ilə əldə edilmiş əmlakı pul müqabilində satmağı vəd etmiş Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşmiş, bundan sonra qrupun digər üzvləri X13 və Təqsirləndirilən şəxs2 birlikdə 29 aprel 2022-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Tovuz rayonu Əyyublu kəndi ərazisində yerləşən artezianı elektrik enerjisi ilə təmin edən istismara yararlı, hər bir metrinin qiyməti 0,35 manat olmaqla 3000 metr uzunluğunda 4 damarlı (hər damarı təxminən 2,2 mm) izolyasiyasız, 1050 (bir min əlli) manat dəyərində aliminium materialdan olan naqili, hər bir metrinin qiyməti 1,50 manat olmaqla 300 metr uzunluğunda, qara rəngli izolyasiyalı, içərisindən hər biri izolyasiyalı 3 damarlı (hər damarı təxminən 1,5 mm) naqil keçən 450 (dörd yüz əlli) manat dəyərində kabeli oğurlamış, yəni Zərərçəkmiş şəxs1 məxsus cəmi 1500 (bir min beş yüz) manat dəyərində əmlakını gizli olaraq talamış, bundan sonra həmin əmlakı satıb pul əldə etmək məqsədilə 29 aprel 2022-ci il tarixdə, sааt 10 radələrində Tovuz rayonu, Əyyublu kəndində yerləşən Təqsirləndirilən şəxs3 məxsus fərdi yaşayış evində sonuncuya vermişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində təkrar, ictimai əhəmiyyətli elektrik xəttinə münasibətdə özgənin əmlakını gizli оlaraq talamışdır. Belə ki, o, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs1 və X13 ilə qabaqcadan əlbir olаn bir qrup şəxs təşkil edərək xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində “Kür” çayının Tovuz rayonu Əyyublu kəndi ərazisindən keçən hissəsinin sahilində Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus bir baş, 320 kiloqram diri çəkiyə malik, 1600 (bir min altı yüz) manat dəyərində iri buynuzlu heyvanı oğurlamış, yəni Zərərçəkmiş şəxs3 məxsus 1600 (bir min altı yüz) manat dəyərində bir baş iribuynuzlu heyvanı gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışı X13 və cinayət yolu ilə əldə edilmiş əmlakı pul müqabilində satmağı vəd etmiş Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşmiş, bundan sonra qrupun digər üzvü X13 ilə birlikdə, 25 aprel 2022-ci il tarixdə, gecə saat 01 radələrində "xxxx" MMC-yə məxsus Tovuz rayonu, Əyyublu kəndində yerləşən fərdi yaşayış evlərinin süni işıqlandırılmasında istifadə olunması məqsədilə layihə üzrə çəkilmiş və layihə tam başa çatmadığından gərginliyə qoşulmamış elektrik dirəklərinə bağlanmış hər bir metrinin qiyməti 1,20 manat (bir manat iyirmi qəpik) dəyərində olmaqla 250 metr uzunluğunda, 300 (üç yüz) manat dəyərində AS 50/8 markalı, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasında "xxxx" MMC şirkəti tərəfindən istehsal olunmuş, istismara tam yararlı, 10 kv-lıq aliminium materialdan olan ictimai əhəmiyyətli elektrik naqillərini oğurlamış, yəni zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə məxsus 300 (üç yüz) manat dəyərində elektrik naqillərini gizli olaraq talamış, bundan sonra həmin əmlakı satıb pul əldə etmək məqsədilə 25 aprel 2022-ci il tarixdə, istintaqa məlum olmayan vaxtda Tovuz rayonu, Əyyublu kəndində yerləşən Təqsirləndirilən şəxs3 məxsus fərdi yaşayış evində sonuncuya vermişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları X13, Təqsirləndirilən şəxs1 və cinayət yolu ilə əldə edilmiş əmlakı pul müqabilində satmağı vəd etmiş Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşmiş, bundan sonra qrupun digər üzvləri X13 və Təqsirləndirilən şəxs1 ilə birlikdə, 26 aprel 2022-ci il tarixdə, saat 01 radələrində Tovuz rayonu Əyyublu kəndində “Kürün qırağı” adlanan açıq ərazidə yerləşən həmin kənd sakini Zərərçəkmiş şəxs2 məxsus artezian quyusunu elektrik enerjisi ilə təmin edən hər bir metrinin qiyməti 6 (altı manat) manat olmaqla, 60 metr uzunluğunda 360 (üç yüz altmış) manat dəyərində olan elektrik naqillərini və hər bir metrinin qiyməti 3 (üç) manat olmaqla, 70 metr uzunluğunda 210 (iki yüz on) manat dəyərində olan elektrik naqillərini oğurlamış, yəni Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 570 (beş yüz yetmiş) manat dəyərində elektrik naqillərini gizli olaraq talamış, bundan sonra həmin əmlakı satıb pul əldə etmək məqsədilə 26 aprel 2022-ci il tarixdə, istintaqa məlum olmayan vaxtda Tovuz rayonu, Əyyublu kəndində yerləşən Təqsirləndirilən şəxs3 məxsus fərdi yaşayış evində sonuncuya vermişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları X13, Təqsirləndirilən şəxs1 və cinayət yolu ilə əldə edilmiş əmlakı əldə etməyi, onlardan istifadə etməyi və həmin əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd etmiş tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində, qrupun digər üzvləri tanışları X13 və Təqsirləndirilən şəxs1 ilə birlikdə, 29 aprel 2022-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Tovuz rayonu Əyyublu kəndi ərazisində yerləşən artezianı elektrik enerjisi ilə təmin edən istismara yararlı, hər bir metrinin qiyməti 0,35 manat olmaqla 3000 metr uzunluğunda 4 damarlı (hər damarı təxminən 2,2 mm) izolyasiyasız, 1050 (bir min əlli) manat dəyərində aliminium materialdan olan naqili, hər bir metrinin qiyməti 1,50 manat olmaqla 300 metr uzunluğunda, qara rəngli izolyasiyalı, içərisindən hər biri izolyasiyalı 3 damarlı (hər damarı təxminən 1,5 mm) naqil keçən 450 (dörd yüz əlli) manat dəyərində kabeli oğurlamış, yəni Zərərçəkmiş şəxs1 məxsus cəmi 1500 (bir min beş yüz) manat dəyərində əmlakını gizli olaraq talamış, bundan sonra həmin əmlakı satıb pul əldə etmək məqsədilə 29 aprel 2022-ci il tarixdə, saat 10 radələrində Tovuz rayonu, Əyyublu kəndində yerləşən Təqsirləndirilən şəxs3 məxsus fərdi yaşayış evində sonuncuya vermişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində təkrarən, ictimai əhəmiyyətli elektrik xəttinə münasibətdə cinayət yolu ilə əldə edilmiş əmlakı əldə etməyi, onlara sahiblik və onlardan istifadə etməyi və həmin əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd edərək özgənin əmlakını gizli оlaraq talamışdır. Belə ki, o, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə, kömək etmək üçün cinayət yolu ilə əldə edilmiş əmlakı pul müqabilində satmağı vəd edərək tanışları X13 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşmiş, bundan sonra qrupun digər üzvləri X13 və Təqsirləndirilən şəxs2 birlikdə, 25 aprel 2022-ci il tarixdə, gecə saat 01 radələrində "xxxx" MMC-yə məxsus Tovuz rayonu, Əyyublu kəndində yerləşən fərdi yaşayış evlərinin süni işıqlandırılmasında istifadə olunması məqsədilə layihə üzrə çəkilmiş və layihə tam başa çatmadığından gərginliyə qoşulmamış elektrik dirəklərinə bağlanmış hər bir metrinin qiyməti 1,20 manat (bir manat iyirmi qəpik) dəyərində olmaqla 250 metr uzunluğunda, 300 (üç yüz) manat dəyərində AS 50/8 markalı, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasında "xxxx" MMC şirkəti tərəfindən istehsal olunmuş, istismara tam yararlı, 10 kv-lıq aliminium materialdan olan ictimai əhəmiyyətli elektrik naqillərini oğurlamış, yəni zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə məxsus 300 (üç yüz) manat dəyərində elektrik naqillərini gizli olaraq talamış, bundan sonra həmin əmlakı pul müqabilində satıb pul əldə etmək məqsədilə 25 aprel 2022-ci il tarixdə, istintaqa məlum olmayan vaxtda yaşadığı Tovuz rayonu, Əyyublu kəndində yerləşən fərdi yaşayış evində almışdır. Bundan başqa o, təkrarən özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə, kömək etmək üçün cinayət yolu ilə əldə edilmiş əmlakı pul müqabilində satmağı vəd edərək tanışları X13, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşmiş, bundan sonra qrupun digər üzvləri X13, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə, 26 aprel 2022-ci il tarixdə, saat 01 radələrində Tovuz rayonu Əyyublu kəndində “Kürün qırağı” adlanan açıq ərazidə yerləşən həmin kənd sakini Zərərçəkmiş şəxs2 məxsus artezian quyusunu elektrik enerjisi ilə təmin edən hər bir metrinin qiyməti 6 (altı manat) manat olmaqla, 60 metr uzunluğunda 360 (üç yüz altmış) manat dəyərində olan elektrik naqillərini və hər bir metrinin qiyməti 3 (üç) manat olmaqla, 70 metr uzunluğunda 210 (iki yüz on) manat dəyərində olan elektrik naqillərini oğurlamış, yəni Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 570 (beş yüz yetmiş) manat dəyərində elektrik naqillərini gizli olaraq talamış, bundan sonra həmin əmlakı pul müqabilində satıb pul əldə etmək məqsədilə 26 aprel 2022-ci il tarixdə, istintaqa məlum olmayan vaxtda yaşadığı Tovuz rayonu, Əyyublu kəndində yerləşən fərdi yaşayış evində almışdır. Bundan başqa o, təkrarən özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə, kömək etmək üçün cinayət yolu ilə əldə edilmiş əmlakı pul müqabilində satmağı vəd edərək tanışları X13, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşmiş, bundan sonra qrupun digər üzvləri X13, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə, 29 aprel 2022-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Tovuz rayonu Əyyublu kəndi ərazisində yerləşən artezianı elektrik enerjisi ilə təmin edən istismara yararlı, hər bir metrinin qiyməti 0,35 manat olmaqla 3000 metr uzunluğunda 4 damarlı (hər damarı təxminən 2,2 mm) izolyasiyasız, 1050 (bir min əlli) manat dəyərində aliminium materialdan olan naqili, hər bir metrinin qiyməti 1,50 manat olmaqla 300 metr uzunluğunda, qara rəngli izolyasiyalı, içərisindən hər biri izolyasiyalı 3 damarlı (hər damarı təxminən 1,5 mm) naqil keçən 450 (dörd yüz əlli) manat dəyərində kabeli oğurlamış, yəni Zərərçəkmiş şəxs1 məxsus cəmi 1500 (bir min beş yüz) manat dəyərində əmlakını gizli olaraq talamış, bundan sonra həmin əmlakı pul müqabilində satıb pul əldə etmək məqsədilə 29 aprel 2022-ci il tarixdə, saat 10 radələrində yaşadığı Tovuz rayonu, Əyyublu kəndində yerləşən fərdi yaşayış evində almışdır. Bununla da, Təqsirləndirilən şəxs3 Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.2 və 32.5, 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Tovuz rayonu, Əyyublu kəndində yaşayır. Rəsmi olaraq hər hansı bir yerdə işləmir. Evlidir, 7 (yeddi) övladı var. Tovuz rayon Əyyublu kənd sakinləri Təqsirləndirilən şəxs2 və X9 tanıyır. Həmkəndliləri olan həmin şəxslərlə aralarında hər hansı bir ədavəti olmamışdır. 22 fevral 2022-ci tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs2 və Yasin İbrahimov ilə birlikdə Kür çayının kənarında yerləşən yataqdan iribuynuzlu heyvan oğurlayaraq kəsib ətindən istifadə etmək fikrinə gəlmişlər. Bu məqsədlə həmin gün axşam saatlarında ona məxsus “VAZ 21011” markalı dövlət qeydiyyat nişanlı avtomobillə Kür çayının Tovuz rayonu, Əyyublu kəndi ərazisində yerləşən sahilyanı ərazisinə getmiş, həmin əraziyə çatanda havanın qaranlıq olduğunu fürsət bilib hər hansı bir şəxsin onları görməyəcəyindən əmin olub həmin vaxt nəzarətsiz şəkildə ərazidə olan iribuynuzlu heyvanlardan 1 (bir) baş, erkək cinsli dananı tutaraq yerə yıxmış, daha sonra özləri ilə apardıqları bıçaqla heyvanın başını kəsmişlər. Bundan sonra birlikdə heyvanın başını, ayaqlarını və digər daxili orqanlarını çıxarıb Kür çayına atmış, dərisini isə necə gəldi soymağa başlamışlar. Daha sonra o, oğurlayaraq kəsdikləri dananın dərisini təmizlədikləri hissədən təxminən 5-6 kiloqram ət kəsib götürmüş və özünəməxsus avtomobilə yerləşdirmiş və növbəti gün yaşadığı evə gətirərək ailə üzvlərinə qarğı yığmağa gedərkən Kür çayının sahilyanı ərazisində yerləşən fermada işləyən çoban dostunun verdiyini bildirmişdir. Ailə üzvləri həmin ətin çoban tərəfindən nə münasibətlə verildiyini soruşduqda canavar tərəfindən heyvanın parçalandığını və buna görə də, həmin əti pay etdiyini ailə üzvlərinə bildirmişdir. O və ailə üzvləri həmin ətin xoşagəlməz qoxu verdiyini gördükdə əti suda qaynatdıqdan sonra yaşadığı evin həyətindəki itə vermişlər. Beləliklə, ailə üzvləri ətin oğurluq olduğunu bilməmişlər. Daha sonra o, həmkəndliləri Yasin və Taciəddinlə birlikdə təxminən 1-2 kilo əti kəsərək orada qaladıqları ocağın külünə atmışlar. Onlar özləri üçün 01 litr araq aparmış, ocaqda yarı bişmiş halda olan əti və özləri götürdükləri 2 (iki) ədəd çörəyi yeyib, apardıqları arağı da orada içmişlər. Oğurlayaraq kəsdikləri dananın digər hissəsini torpaqda çuxur qazaraq həmin çuxura basdırmış, üzərinə isə selofan sərib bilinməməsi üçün üzərini torpaqla örtmüşlər. Təxminən 2-3 gün sonra onlar yenidən oğurlayaraq kəsdikləri dananı basdırdıqları əraziyə gedərək heyvanın cəsədini basdırdıqları çuxurdan çıxarmışlar və ətin iy verməyə başladığını görüb həmin çuxurdan çıxarıb çuxuru yenidən bir qədər də dərin qazmışlar və təkrar əti selofana bükərək quyuya basdırmışlar. 25 aprel 2022-ci il tarixdə günorta saatlarında mərhum Yasin İbrahimov istifadəsində olan mobil telefonla zəng edərək ona yaşadığı evə gəlməsini xahiş etmiş, o, da öz növbəsində onunla razılaşmış və Yasin İbrahimovun yaşadığı evə getmişdir. Həmin vaxt həmkəndlisi Təqsirləndirilən şəxs2 də orada olmuşdur. Yasin İbrahimov ona gecə birlikdə oğurluğa getməyi təklif etmiş, o, da öz növbəsində həmin təkliflə razılaşmışdır. Bundan sonra həmkəndlisi Təqsirləndirilən şəxs2 və Yasin İbrahimovla birlikdə sonuncunun yaşadığı evdə yemək yeyib içki içdikdən sonra həmin gün saat 00 radələrində onlar birlikdə ona məxsus “VAZ-21011” markalı avtomobil ilə evdən çıxmışlar. X14 həmkəndliləri Zərərçəkmiş şəxs2 fermasından birlikdə oğurluq etmək təklifini irəli sürmüş, o və həmkəndlisi Təqsirləndirilən şəxs2 isə həmin təkliflə razılaşmışlar. Bundan sonra Yasin İbrahimov həmkəndliləri Təqsirləndirilən şəxs3 zəng edərək gecə oğurluğa gedəcəklərini və oğurluq malın, yəni alüminium və mis kabellərinin olacağını bildirmişdir. Təqsirləndirilən şəxs3 isə saat 00:00 radələrinə kimi gətirə biləcəkləri halda həmin əşyaları alacağını, lakin 00 radələrindən gec olsa növbəti gün səhər 06 radələrində gətirməli olacaqlarını bildirmişdir. X20 Sarıyevlə razılaşdıqdan sonra xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində onlar birlikdə ona məxsus “VAZ-21011” markalı avtomobil ilə həmkəndliləri Zərərçəkmiş şəxs2 məxsus, Tovuz rayonu, Əyyublu kənd ərazisində yerləşən fermanın olduğu əraziyə getmişlər. Həmin əraziyə çatdıqda avtomobildən düşmüşlər. Bundan sonra Yasin İbrahimov və o, Zərərçəkmiş şəxs2 məxsus artezian quyusundan alüminium xəttini kəlbətinlə kəsərək yerə atmışlar. Təqsirləndirilən şəxs2 isə yerdəki kabel xətlərini toplamışdır. Daha sonra onlar işlərini bitirdikdən sonra Yasin İbrahimov təxminən gecə saat 03 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs3 zəng etmiş, lakin sonuncu telefonlarına cavab vermədiyi üçün onlar birlikdə Zəyəm çayının kənarında ona məxsus avtomobildə gecələmiş, səhər saat 06 radələrində yenidən Təqsirləndirilən şəxs3 zəng etmişlər, bu zaman da Təqsirləndirilən şəxs3lə telefon əlaqəsi saxlaya bilmədiklərini gördükdə onlar birlikdə Təqsirləndirilən şəxs3 yaşadığı evə getmişlər. Evin qarşısına çatdıqda X20 Sarıyevin yatdığı otağın pəncərəsini döyərək sonuncunu oyatmışdır. Bundan sonra Təqsirləndirilən şəxs3 küçəyə çıxaraq onlardan aparmış olduqları oğurluq əşyaları götürmüşdür. Oğurladıqları alüminium və mis kabelləri Yusif adlı şəxs onlardan 62 (altmış iki) manat məbləğində pul qarşılığında alacağını bildirmişdir. Daha sonra onlar oğurluq nəticəsində əldə etdikləri 62 (altmış iki) manat məbləğində qazancdan 6 (altı) manat ona məxsus avtomobilə benzin yanacağı tökmüşlər, qalan puldan isə hər birinə 18 (on səkkiz) manat pul düşmüşdür. xx.xx.2022-ci il tarixdə o, Yasin İbrahimova zəng edərək gecə oğurluğa getməyi təklif etmişdir. Həmin vaxt Yasin İbrahimov yaşadığı evdə həmkəndliləri Təqsirləndirilən şəxs2lə birlikdə olmuş, X5 də oğurluğa getmək istədiyini bildirmişdir. Həmin gecə onlar saat 23 radələrində ona məxsus “VAZ-21011” markalı avtomobili ilə həmkəndliləri Zərərçəkmiş şəxs1 məxsus Tovuz rayonu, Əyyublu kənd ərazisində yerləşən fermaya getmişlər. Yasin İbrahimov Təqsirləndirilən şəxs3 zəng edərək bu gecə oğurluğa gedəcəyini və oğurluq malının, yəni alüminium və mis naqillərinin olacağını bildirmişdir. Təqsirləndirilən şəxs3 bu dəfə də razılaşmışdır. Onlar birlikdə Şıxəliyə məxsus Tovuz rayon Əyyublu kənd ərazisində yerləşən fermanın yerləşdiyi əraziyə çatdıqdan sonra o, işıq dirəklərinə çıxaraq elektrik naqillərini kəsib yerə atmağa başlamış, Yasin İbrahimov ilə Taciəddin isə yerdə naqilləri toplayıb yığmışlar. Onlar həmin artezian quyusu arasında olan bütün alüminium naqilləri, eyni zamanda yatağa gedən 2 (iki) ədəd alüminium naqilləri də kəsərək götürmüşlər. Onlar oğurluq etdikdən sonra səhər tezdən 05 radələrində Təqsirləndirilən şəxs3 yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs3 onların gətirdikləri alüminium və mis naqilləri tərəzi ilə çəkisini müəyyən edib pulunu gün ərzində verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs3 onlara ilkin ödəniş olaraq 20 (iyirmi) manat verərək, qalıq pulu isə gün ərzində verəcəyini demişdir. Onlar 20 (iyirmi) manatı götürüb kənddəki dükandan özlərinə 3 (üç) qutu siqaret, 4 (dörd) ədəd isə “GO” spirtli enerji içkisi almışlar. Həmin gün günorta saatlarında xatırladığı qədər Yasin İbrahimov ona və həmkəndlisi Taciəddinə sonuncu dəfə Zərərçəkmiş şəxs1 fermasından oğurladıqları alüminium və mis naqilləri Təqsirləndirilən şəxs3 164 manata satdığını bildirmişdir. Həmin puldan o, 6 (altı) manat benzin pul götürdükdən sonra qalıq pulu öz aralarında bölmüşlər. xx.xx.2022-ci il tarixdə günorta saat 16 radələrində Yasin İbrahimov ona telefonla zəng edərək öz yaşadığı evə dəvət etmiş, o da sonuncunun dəvətinə uyğun olaraq Yasin İbrahimovun yaşadığı evə getmişdir. Həmin vaxt həmkəndlisi Təqsirləndirilən şəxs2 də orada olmuşdur. Onlar birlikdə bir qədər araq içdikdən sonra Yasin İbrahimov “Bəlkə gecə yenə də ov etməyə çıxaq” deyə oğurluğa getməyi təklif etmiş, o isə daha “ov” edəcək yer qalmadığını zarafatla bildirmişdir. Onlar “ov” dedikdə oğurluq etmək üçün əraziləri nəzərdə tutmuşlar. Onlar yeyib içdikdən sonra dəqiq ünvan müəyyən etmədən həmin gecə saat 00 radələrində ona məxsus avtomobil ilə Yasin İbrahimovun yaşadığı evdən çıxmışlar və bir neçə kilometr yaşadıqları Əyyublu kəndindən üzü Kür çayı istiqamətində uzaqlaşdıqdan sonra yol kənarında artezian quyusuna rast gəlmişlər. Bu zaman avtomobildən düşüb transformatora yaxınlaşmışlar və Yasin İbrahimov cibində olan göy rəngli kəlbətini çıxararaq transformatordan elektrik şitinə gələn mis kabelləri kəsəcəyini bildirmiş, həmkəndlisi Təqsirləndirilən şəxs2 Yasinə ayaqlarının nəm olmasını və kəlbətinin tok keçirmək ehtimalının da olmasını nəzərə alaraq ehtiyatlı olmasını demişdir. Onlar əvvəl həmin artezian quyusundan konkret nə qədər alüminum və mis kabeli oğurlamaqları barəsində razılığa gəlməmişlər. Həmin artezian quyusuna yaxınlaşmaqda məqsədləri isə sadəcə həmin artezian quyusunda elektrik cərəyanının olub-olmadığını müəyyən etmək olmuşdur. Daha sonra o və həmkəndlisi Təqsirləndirilən şəxs2 artezian quyusunun yaxınlığında durmuş, Yasin İbrahimov isə ətrafı dəmir setka ilə hasarlanmış artezian quyusunun transformatoruna yaxınlaşmış və bir ayağını transformatorun ətrafı boyunca dörd tərəfli çəkilmiş dəmir hasara, digər ayağını isə transformatorun dəmir ayaqlığına, yəni dirəyinə yerləşdirərək transformatorun üzərinə çıxmışdır. Daha sonra transformatorun elektrik kabelinin birini əlindəki kəlbətinlə kəsmiş, bu zaman hər hansı bir hadisə baş verməmiş, lakin növbəti elektrik kabelini kəsdikdə anidən elektrik cərəyanının vurması nəticəsində Yasin İbrahimov transformatorun üzərindən bir neçə metr yuxarı qalxaraq torpağın üzərinə düşmüşdür. Həmin vaxt ətrafı sayrışan işığın bürüdüyünü görüb həmkəndliləri Yasini tok vurduğunu başa düşmüşlər. Bir neçə saniyə gözlədikdən sonra onlar Yasin İbrahimova yaxınlaşmışlar və sonuncunun cəsədini transformatorun çəpərinin içərisindən çıxararaq avtomobilə tərəf aparmışlar. Daha sonra X6 üzərinə torpaq töküb elektriki bədənindən çıxarmaq istəmiş, lakin buna nail olmamışdır. X16 yaşadığı evdən bir yerdə çıxdıqları üçün sonuncunu həmin yerdə qoyub qaçmağın ağıllı fikir olmadığını düşünmüş və ona məxsus avtomobil ilə Tovuz rayonu, Əyyublu kəndində yerləşən Taciəddinin yaşadığı evin qarşısına getmişlər. Onlar orada olarkən Yasin İbrahimovun əmisi Nizam və Elnurun qardaşı Kəmaləddin adlı şəxslər də həmin əraziyə gəlmişlər. Nizam adlı şəxs Yasin Mirzəyevin cəsədinə baxdıqdan sonra “DİNin 102 XZM”-nə məlumat vermiş, bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. O, Zərərçəkmiş şəxs3 və X10 əvvəllər tanımamışdır. X19, Təqsirləndirilən şəxs2 və onun oğurlayıb və kəsdikləri erkək dananın Kaman və Duman adlı şəxslərə məxsus olmasını sonradan bilmişdir. Həmçinin o, bildirmişdir ki, həmkəndliləri Təqsirləndirilən şəxs2, mərhum X13 ilə birlikdə sonuncunun elektrik cərəyanı vurması nəticəsində öldüyü gecə Tovuz rayonu, Əyyublu kənd ərazisində yerləşən sonradan ona məlum olan X12 idarəsinin balansında olan 04B/169 nömrəli arteziana məxsus elektrik naqillərinin nə qədər hissəsini oğurlamaq barəsində qabaqcadan öz aralarına hər hansı bir danışığa getməmişlər. Onlar təsadüfən həmin artezian quyusuna yaxınlaşmışlar və həmin artezian quyusunda elektrik cərəyanı olub-olmadığını yoxlamaq məqsədilə artezian quyusuna İbrahimov Yasin yaxınlaşmışdır. O, müxtəlif vaxtlarda etmiş olduğu oğurluq hadisələri nəticəsində əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmkəndlisi Təqsirləndirilən şəxs3 ayrı-ayrı vaxtlarda həmkəndliləri Təqsirləndirilən şəxs2, mərhum X13 ilə birlikdə etmiş olduqları oğurluq əməlləri barəsində əvvəlcədən məlumat vermişlər. Təqsirləndirilən şəxs3 də oğurluq yolla əldə etdikləri alüminium və mis kabelləri alacağına dair əvvəlcədən söz verərək onlardan həmin alüminium və mis kabelləri pul qarşılığında almışdır. Hazırda etdiyi əmələ görə çox peşmandır. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanı tam olaraq ödəmişlər. Digərlərini də ödəyəcəklər. Qeyd olunanlara əsasən yüngül cəza verilməklə ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Əyyublu kəndində yaşayır. Rəsmi olaraq hər hansı bir yerdə işləmir. Evlidir. Tovuz rayon Əyyublu kənd sakinləri Təqsirləndirilən şəxs1 və X9 tanıyır. Həmkəndliləri olan həmin şəxslərlə aralarında hər hansı bir ədavəti olmamışdır. 22 fevral 2022-ci tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs1 və Yasin İbrahimov ilə birlikdə Kür çayının sahilyanı ərazisində yerləşən fermadan iribuynuzlu heyvan oğurlayaraq kəsib ətindən istifadə etmək fikrinə gəlmişlər. Bu məqsədilə həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs1 məxsus “VAZ 21011” markalı avtomobillə Kür çayının Tovuz rayonu, Əyyublu kəndi ərazisində yerləşən sahilyanı ərazilərinə getmiş, həmin əraziyə çatanda havanın qaranlıq olduğunu fürsət bilib hər hansı bir şəxsin onları görməyəcəyindən əmin olub həmin vaxt nəzarətsiz şəkildə ərazidə olan iribuynuzlu heyvanlardan bir baş, erkək cinsinə aid dananı tutaraq yerə yıxmış, daha sonra isə özləri ilə apardıqları bıçaqla heyvanın başını kəsmişlər. Bundan sonra birlikdə heyvanın başını, ayaqlarını və digər daxili orqanlarını çıxarıb Kür çayına atmış, dərisini isə necə gəldi soymağa başlamışlar. Daha sonra həmkəndlisi Təqsirləndirilən şəxs1 oğurlayaraq kəsdikləri dananın dərisini təmizlədikləri hissədən təxminən 5-6 kiloqram ət kəsib götürmüş və özünəməxsus avtomobilə yerləşdirmişdir. Bundan sonra o, həmkəndliləri Yasin və Elnurla birlikdə təxminən 1-2 kilo əti kəsəsrək orada qaladıqları ocağın külünə atmışlar. Onlar özləri üçün 01 litr araq aparmış, ocaqda yarı bişmiş halda olan əti və özləri ilə birlikdə götürdükləri 2 (iki) ədəd çörəyi yeyib, apardıqları arağı da orada içmişlər. Oğurlayaraq kəsdikləri dananın digər hissəsini torpaqda çuxur qazaraq həmin çuxura basdırmış, üzərinə isə selofan sərib bilinməməsi üçün üzərini torpaqla örtmüşlər. Təxminən 2-3 gün sonra onlar yenidən oğurlayaraq kəsdikləri dananı basdırdıqları əraziyə gedərək heyvanın cəsədini basdırdıqları çuxurdan çıxarmışlar və ətin iy verməyə başladığını görüb həmin çuxurdan çıxarıb çuxuru yenidən bir qədər də dərin qazmışlar və təkrar əti selofana bükərək quyuya basdırmışlar. Bu hadisədən bir neçə ay sonra, yəni xx.xx.2022-ci il tarixdə Yasin İbrahimov ona sonuncunun yaşadığı evdə olarkən Tovuz rayonu, Əyyublu kəndində mərkəz küçədən Tovuz rayonu, Düz Qırıqlı kəndi istiqamətində növbəti küçədə hazırda adını dəqiq bilmədiyi şirkət tərəfindən elektrik naqili çəkildiyini demiş və həmin elektrik naqillərini birlikdə oğurlamağı təklif etmişdir. O, da Yasin İbrahimovla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə gecə saat təxminən 02:30 radələrində o, Yasin İbrahimovla birlikdə sonuncuya məxsus traktor ilə oğurluq etməyi planlaşdırdıqlar küçəyə getmişlər. Onlar oğurluğa getməmişdən əvvəl Yasin İbrahimov həmkəndlisi Təqsirləndirilən şəxs3 istifadəsində olan mobil telefonla zəng edərək gecə oğurluq kabel və elektrik naqillərinin olacağını əvvəlcədən bildirmişdir. Təqsirləndirilən şəxs3 də öz növbəsində problem olmadığını və həmin naqilləri alacağını bildirmişdir. Daha sonra onlar həmin küçəyə çatdıqda elektrik naqillərinin bir ucunun işıq dirəyinə bağlı, qalan hissəsinin isə dəst şəkildə dirəkdən asılı vəziyyətdə elektrik cərəyanından ayrılmış vəziyyətdə yerləşdirildiyini görmüş, bundan sonra Yasin İbrahimov işıq dirəyinin pillələri ilə yuxarı çıxaraq özü ilə apardığı kəlbətini naqillərdə elektrik cərəyanının olub-olmadığını yoxlayaraq kəsərək aşağı düşürmüşdür. Elektrik naqili ağır olduğuna görə onlar naqili kəlbətinlə 2 (iki) hissəyə bölmüşlər və hərəsi bir hissəsini götürərək traktorun yaxınlığına aparıb yerləşdirmişlər. Həmin vaxt onlar traktoru bir küçə aralıda saxlamış və oğurlamış olduqları alüminium naqilləri traktorun qoşqu hissəsinə yerləşdirmişlər. Oğurluq etdikdən sonra Yasin İbrahimov ona sabah günorta saatlarına kimi oğurladıqları alüminium naqilləri sataraq əldə etdiyi puldan onun da payını verəcəyini demişdir. Həmin gün günorta saatlarında Yasin İbrahimov ona oğurlamış olduqları alüminium naqilləri 65 (altmış beş) manat pul qarşılığında Tovuz rayonu, Əyyublu kənd ərazisində Təqsirləndirilən şəxs3 satdığını bildirmişdir. O, Yasin İbrahimovla birlikdə oğurlamış olduqları alüminium naqillərin çəkilərini hazırda xatırlamadığını, bu barədə Yasin İbrahimovun ona məlumat vermədiyini və onun da bu barədə sonuncudan soruşmadığını bildirmişdir. Yasin İbrahimov oğurluq nəticəsində əldə etdikləri 65 (altmış beş) manat qazancdan 15 (on beş) manat yanacaq pulu və həmkəndlisi Təqsirləndirilən şəxs3 verdiyini deyərək qalıq 50 (əlli) manat məbləğində pulu ikisinin arasında yarı şəkildə bölmüşdür. Həmçinin 4 (dörd) manat da ona bir neçə gün əvvəl araq aldığı üçün borcu olduğuna görə ona ümumilikdə 29 (iyirmi doqquz) manat vermişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında X21 rayonu, Əyyublu kənd ərazisində yerləşən yaşadığı evdə spirtli içki olan araq içərkən Yasin İbrahimov ona birlikdə həmkəndliləri Zərərçəkmiş şəxs2 məxsus fermadan alüminium və mis kabel və naqillər oğurlamağı təklif etmişdir. O, da həmin təkliflə razılaşmışdır. Onlar həmçinin planlaşdırdıqları oğurluq barədə həmkəndliləri Təqsirləndirilən şəxs1 da məlumat verərək sonuncuya da oğurluqda iştirak etməyi təklif etmişlər. Təqsirləndirilən şəxs1 də öz növbəsində onlarla razılaşmışdır. Bundan sonra Yasin İbrahimov onların yanında həmkəndliləri Təqsirləndirilən şəxs3 zəng edərək həmin gecə oğurluğa gedəcəklərini və yeni oğurluq malın, yəni alüminium və mis kabellərin olacağını bildirmiş, Təqsirləndirilən şəxs3 isə saat 00:00 radələrinə kimi gətirə biləcəkləri halda alacağını, lakin 00 radələrindən gec olsa növbəti gün səhər 06 radələrində gətirmələrini bildirmişdir. X17 razılaşdıqdan sonra xx.xx.2022-ci il tarixdə saat 01 radələrində onlar birlikdə Təqsirləndirilən şəxs1 məxsus “VAZ-21011” markalı avtomobil ilə Zərərçəkmiş şəxs2 məxsus, Tovuz rayonu, Əyyublu kənd ərazisində yerləşən fermanın olduğu əraziyə getmişlər. Həmin əraziyə çatdıqda avtomobildən düşmüşlər və X22 Mirzəyevlə birlikdə Zərərçəkmiş şəxs2 məxsus artezian quyusundan alüminium xəttini kəlbətinlə kəsərək yerə atmış, o da yerdəki kabel xətlərini toplamışdır. Daha sonra Təqsirləndirilən şəxs3 onların telefon zənglərinə cavab vermədiyi üçün saat 03 radələrində Zəyəm çayının kənarında Təqsirləndirilən şəxs1 avtomobilində gecələmişlər. Həmin gün saat 06 radələrində yenidən Təqsirləndirilən şəxs3 zəng etmişlər, sonuncu ilə bu dəfə də telefon əlaqəsi saxlaya bilmədikdə onlar birlikdə Təqsirləndirilən şəxs3 yaşadığı evə getmişlər. Evin qarşısına çatdıqda X18 yatdığı otağın pəncərəsindən sonuncunu səsləyərək oyatmışdır. Bundan sonra Təqsirləndirilən şəxs3 gələrək onlardan apardıqları oğurluq əşyaları götürmüşdür. O, çəkisini xatırlamadığı oğurladıqları alüminium və mis kabel və naqilləri Təqsirləndirilən şəxs3 62 (altmış iki) manat məbləğində pul qarşılığında satdıqlarını bildirmişdir. Onlar oğurluq nəticəsində əldə etdikləri 62 (altmış iki) manat məbləğində qazancdan 6 (altı) manat Təqsirləndirilən şəxs1 avtomobilinə benzin yanacağı tökmüşlər, qalan puldan isə hər birinə 18 (on səkkiz) manat pul düşmüşdür. Təqsirləndirilən şəxs3 onlardan satın aldığı alüminium və mis kabel və naqilləri oğurluq olduğunu bildiyi halda onlardan müəyyən pul qarşılığında satın almışdır. xx.xx.2022ci il tarixdə Yasin İbrahimovun yaşadığı evdə yeyib-içərkən həmkəndlisi Təqsirləndirilən şəxs1 Yasinə zəng etmiş və bu gecə yaxşı oğurluq mal olacağını demişdir. Yasin İbrahimov telefon danışığı zamanı ona da birlikdə oğurluğa getməyi təklif etmiş, o, da öz növbəsində razılığını bildirmişdir. Həmin gecə saat 23 radələrində Yasin İbrahimov kəlbətin və dəmir ayaqlıqlarını götürərək Təqsirləndirilən şəxs1 “VAZ-21011” markalı avtomobili ilə həmkəndliləri Zərərçəkmiş şəxs1 məxsus Tovuz rayonu, Əyyublu kənd ərazisində yerləşən fermaya getmişlər. Yasin İbrahimov Təqsirləndirilən şəxs3 zəng edərək bu gecə oğurluğa gedəcəyini və oğurluq malının, yəni alüminium və mis naqillərini olacağını bildirmişdir. Təqsirləndirilən şəxs3 bu dəfə də razılaşmışdır. O, həmin yataqda hər hansı bir şəxsin olubolmadığını əvvəlcədən bilməmişdir. Onlar birlikdə həmin fermanın yerləşdiyi əraziyə çatdıqdan sonra Elnur işıq dirəklərinə çıxaraq elektrik naqillərini kəsib yerə atmağa başlamış, Yasin İbrahimov ilə o, isə yerdə naqilləri toplayıb yığmışlar. Onlar həmin artezian quyusu arasında olan bütün alüminium naqilləri kəsib götürmüşlər. Daha sonra isə yatağa gedən iki ədəd alüminium naqilləri də kəsərək götürmüşlər. Onlar oğurluq etdikdən sonra səhər tezdən 05 radələrində Təqsirləndirilən şəxs3 yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs3 onların gətirdikləri alüminium və mis naqilləri tərəzi ilə çəkisini müəyyən edib pulunu gün ərzində verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs3 onlara ilkin ödəniş olaraq 20 (iyirmi) manat verərək, qalıq pulu isə gün ərzində verəcəyini demişdir. Onlar 20 (iyirmi) manatı götürüb kənddəki dükandan özlərinə 3 (üç) qutu siqaret, 4 (dörd) ədəd isə “GO” spirtli enerji içkisi almışlar. Daha sonra həmin gün günorta saatlarında xatırladığı qədər Yasin İbrahimov ona və həmkəndlisi Təqsirləndirilən şəxs1 sonuncu dəfə Zərərçəkmiş şəxs1 fermasından oğurladıqları alüminium və mis naqilləri Təqsirləndirilən şəxs3 164 manata satdığını bildirdi. xx.xx.2022-ci il tarixdə günorta saat 16 radələrində Yasin İbrahimov və o, sonuncunun evində oturub yeyib içmişlər. Bundan sonra Yasin İbrahimov həmkəndlisi Təqsirləndirilən şəxs1 telefonla zəng edərək sonuncunu yaşadığı evə dəvət etmişdir. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs1 avtomobili ilə Yasin İbrahimovun yaşadığı evə gəlmiş və onlar birlikdə bir qədər araq içdikdən sonra Yasin İbrahimov “Bəlkə gecə yenə də ov etməyə çıxaq” deyə oğurluğa getməyi təklif etmişdir. Təqsirləndirilən şəxs1 isə daha “ov” edəcək yer qalmadığını zarafatla bildirmişdir. Onlar “ov” dedikdə oğurluq etmək üçün əraziləri nəzərdə tutmuşlar. Onlar yeyib içdikdən sonra dəqiq ünvan müəyyən etmədən həmin gecə saat 00 radələrində Yasin İbrahimovun yaşadığı evdən çıxmışlar və həmkəndlisi Təqsirləndirilən şəxs1 avtomobili ilə bir neçə kilometr yaşadıqları Əyyublu kəndindən üzü Kür çayı istiqamətində uzaqlaşdıqdan sonra yol kənarında artezian quyusuna rast gəlmişlər. Bu zaman avtomobildən düşüb transformatora yaxınlaşmışlar və Yasin İbrahimov cibində olan göy rəngli kəlbətini çıxararaq transformatordan elektrik şitinə gələn mis kabelləri kəsəcəyini bildirmiş, o, sonuncuya ayaqlarının nəm olmasını və kəlbətinin tok keçirmək ehtimalının da olmasını nəzərə alaraq ehtiyatlı olmasını demişdir. Onlar əvvəl həmin artezian quyusundan konkret nə qədər alüminum və mis kabeli oğurlamaqları barəsində razılığa gəlməmişlər. Həmin artezian quyusuna yaxınlaşmaqda məqsədləri isə sadəcə həmin artezian quyusunda elektrik cərəyanının olub-olmadığını müəyyən etmək üçün yaxınlaşmışlar. Daha sonra o və həmkəndlisi Təqsirləndirilən şəxs1 artezian quyusunun yaxınlığında durmuş, Yasin İbrahimov isə ətrafı dəmir setka ilə hasarlanmış artezian quyusunun transformatoruna yaxınlaşmış və bir ayağını transformatorun ətrafı boyunca dördtərəfli çəkilmiş dəmir hasara, digər ayağını isə transformatorun dəmir ayaqlığına, yəni dirəyinə yerləşdirərək transformatorun üzərinə çıxmışdır. Daha sonra transformatorun elektrik kabelinin birini əlindəki kəlbətinlə kəsmiş, bu zaman hər hansı bir hadisə baş verməmiş, lakin növbəti elektrik kabelini kəsdikdə anidən elektrik cərəyanının vurması nəticəsində Yasin İbrahimov transformatorun üzərindən bir neçə metr yuxarı qalxaraq torpağın üzərinə düşmüşdür. Həmin vaxt ətrafı sayrışan işığın bürüdüyünü görüb həmkəndliləri Yasini tok vurduğunu başa düşmüşlər. O, həmin vaxt şokda olmuşdur. Bir neçə saniyə gözlədikdən sonra onlar Yasin İbrahimova yaxınlaşmışlar və sonuncunun cəsədini transformatorun çəpərinin içərisindən çıxararaq avtomobilə tərəf aparmışlar. O, Yasin İbrahimovun üzərinə torpaq töküb elektriki bədənindən çıxarmaq istəmiş, lakin buna nail olmamışdır. X16 yaşadığı evdən bir yerdə çıxdıqları üçün sonuncunu həmin yerdə qoyub qaçmağın ağıllı fikir olmadığını düşünmüş və həmkəndlisi Elnurun avtomobili ilə Tovuz rayonu, Əyyublu kəndində yerləşən öz yaşadığı evin qarşısına getmişlər. Onlar orada olarkən Yasin İbrahimovun əmisi Nizam və Elnurun qardaşı Kəmaləddin adlı şəxslər də həmin əraziyə gəlmişlər. Nizam adlı şəxs Yasin Mirzəyevin cəsədinə baxdıqdan sonra “DİN-in 102 XZM”-nə məlumat vermiş, bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. O, həmkəndliləri Təqsirləndirilən şəxs1, mərhum X13 ilə birlikdə sonuncunun elektrik cərəyanı vurması nəticəsində öldüyü gecə Tovuz rayonu, Əyyublu kənd ərazisində yerləşən sonradan ona məlum olan X12 idarəsinin balansında olan 04B/169 nömrəli arteziana məxsus elektrik naqillərinin nə qədər hissəsini oğurlamaq barəsində qabaqcadan öz aralarında hər hansı bir danışığa getməmişlər. Onlar təsadüfən həmin artezian quyusuna yaxınlaşmışlar və həmin artezian quyusunda elektrik cərəyanı olub-olmadığını yoxlamaq məqsədilə artezian quyusuna İbrahimov Yasin yaxınlaşmışdır. Həmçinin o, müxtəlif vaxtlarda etmiş olduğu oğurluq hadisələri nəticəsində əldə etdiyi pulları öz gündəlik tələbatları üçün, yeyib-içmək üçün xərcləmişdir. Həmkəndlisi Təqsirləndirilən şəxs3 ayrı-ayrı vaxtlarda həmkəndliləri Təqsirləndirilən şəxs1, mərhum X13 ilə birlikdə etmiş olduqları oğurluq əməlləri barəsində əvvəlcədən məlumat vermişlər. O, da oğurluq yolla əldə etdikləri alüminium və mis kabelləri alacağına dair əvvəlcədən söz verərək onlardan həmin alüminium və mis kabelləri pul qarşılığında almışdır. Hazırda etdiyi əmələ görə çox peşmandır. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanı tam olaraq ödəmişlər. Digərlərini də ödəyəcəklər. Qeyd olunanlara əsasən yüngül cəza verilməklə ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmənin iclasında Təqsirləndirilən şəxs3 ittiham olunduğu əməli törətməkdə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Tovuz rayonu, Əyyublu kəndində yaşayır. Rəsmi olaraq hər hansı bir yerdə işləmir. Məişət tullantılarının arasından əlvan metallar toplayıb satmaqla özünün və ailə üzvlərinin gündəlik tələbatlarını qarşılamağa çalışır. X1 uzun müddətdir ki, tanıyır, Yasin İbrahimovla əvvəllər aralarında hər hansı bir ədavətləri olmamışdır. Təqsirləndirilən şəxs1 və “Qaqaş” ləqəbi ilə tanıdığı Təqsirləndirilən şəxs2 da onun həmkəndliləridir. O, həmin şəxsləri də uzun müddətdir ki, tanıyır, əvvəllər aralarında hər hansı bir ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə Yasin İbrahimov istifadəsində olan mobil telefonla ona zəng edərək satmaq istədiyi alüminium naqillərinin olduğunu bildirmişdir. O, Yasin İbrahimova avtomobilinin nasaz vəziyyətdə olduğunu bildirərək yaşadığı evə gəlməsini xahiş etmiş, Yasin İbrahimov da onunla razılaşaraq gələcəyini bildirmişdir. Həmin gün Yasin İbrahimov onun yaşadığı evə tək gələrək özü ilə apardığı təxminən 30-35 kiloqram izoliyasiyalı, yəni örtükləri yandırılmamış formada alüminium naqilləri özünə məxsus olduğunu deyərək satmaq istədiyini bildirmiş, o isə əlavə danışıq etmədən həmin əşyaları Yasin İbrahimovdan xatırladığı qədər 65 (altmış beş) manat məbləğində pul qarşılığında satın almışdır. O, həmin əşyaların oğurluq olduğunu bilməmişdir. xx.xx.2022 axşam saatlarında Yasin İbrahimov ona zəng edərək mis və alüminium əşyaların olacağını bildirmiş, o isə Yasin İbrahimova hər hansı bir problemin olmadığını, həmin mis və alüminium əşyaları satın alacağını bildirmiş, xx.xx.2022-ci il tarixdə, saat 06 radələrində Yasin İbrahimov həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə birlikdə onun yaşadığı evə gedərək özləri ilə birlikdə apardıqları mis və alüminium kabel və naqilləri ona 62 (altmış iki) manat məbləğində pula satmışlar. X3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə onun yaşadığı evə apardıqları alüminium və mis kabel və naqillərin üzəri izoliyasiyalı olmuş, ona görə də o, həmin kabel və naqilləri növbəti gün yaşadığı Tovuz rayonu, Əyyublu kənd ərazisində Zəyəm çayının kənarında köhnə maşın təkərləri yandırarkən ocağın içərisinə ataraq yandırmış və təmizlənmiş şəkildə həmin alüminium və mis kabelləri yolda səyyar əlvan metal qəbul edən tanımadığı şəxslərə hazırda xatırlamadığı məbləğə satmışdır. O, həmin alüminium və mis kabel və naqilləri yandırarkən həmin əşyaların yararlı vəziyyətdə olduğunu görmüş və həmin əşyaların oğurluq olduğunu başa düşmüş, lakin bu barədə hər hansı bir şəxsə məlumat verməmişdir. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə Yasin İbrahimova borclu olduğu 62 manat pulu verdikdə sonuncu dəfə ona satmış olduqları alüminium və mis kabel və naqillərin oğurluq əşyalar olduğunu başa düşdüyünü bildirmiş və Yasin İbrahimovdan həmin alüminium və mis kabelləri haradan oğurladıqlarını soruşmuşdur. Bu zaman mərhum Yasin İbrahimov ona yaşadıqları Əyyublu kəndinin Kür çayının sahilyanı ətraf ərazilərində yerləşən artezian quyularından kəsərək oğurladığını bildirərək hər hansı bir narahatlıq hissi yaşamağa ehtiyyac olmadığını demişdir. Belə ki, ehtiyyatlı işlədikləri üçün hər hansı bir şəxsin xəbəri olmayacağını demişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə səhər saat 06 radələrində X3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sonuncuya məxsus avtomobil ilə mis və alüminium naqilləri onun yaşadığı evə aparmışlar. O, apardıqları alüminium və mis naqilləri çəkilərini müəyyən edib pulunu verəcəyini onlara bildirmişdir. Bundan sonra həmin gün saat təxminən 09 radələrində o, həmin oğurluq olduğunu bildiyi alüminium və mis naqillərin çox olduğunu görüb bir qədər narahatlıq hiss keçirmiş, belə ki, oğurluq hadisəsinin açılacağından narahat olmuşdur. Buna görə də mərhum Yasin İbrahimova zəng edərək sonuncunu yaşadığı evə dəvət etmişdir. Bundan sonra həmin gün saat təxminən 10 radələrində Yasin İbrahimov onun yaşadığı evə gəlmiş, o, Yasin İbrahimova həmin kabelləri almaqdan qorxduğunu bildirmişdir. Bu vaxt Yasin İbrahimov həmin kabellərin çəkisini müəyyən etməyi ondan xahiş etmiş, o, kabelləri tərəzi ilə çəkdikdən sonra alüminium 114 kq və mis naqillərin çəkisi 3 kq olmuşdur. Yasin İbrahimov bu çəkilər barədə Elnur və Taciəddinə məlumat verməməsini ondan xahiş etmiş, o isə Yasin İbrahimovla razılaşmış və birlikdə həmin kabelləri yaşadığı evin qarşısında tanımadığı səyyar metal alan şəxsə birlikdə satmışlar. Onlar satdıqları alüminium və mis naqilləri 282 manat məbləğində pul əldə etmişlər. Həmin puldan Yasin ona 42 manat məbləğində pul vermişdir. Həmçinin bu barədə hər hansı bir şəxsə məlumat verməməsini, eyni zamanda kabellərin çəkiləri və əldə etdiyimiz qazanc barədə Elnur və Taciəddinə də məlumat verməməsini ondan xahiş etmişdir. O, da Yasin İbrahimovla razılaşmışdır. Həmin hadisənin baş verdiyi günün növbəti günü o, X4 Tovuz rayonu, Əyyublu kənd ərazisində artezian quyusundan oğurluq edərkən elektrik cərəyanının vurması nəticəsində öldüyünü bilmişdir. O, Yasin İbrahimovun ayrı-ayrı vaxtlarda 2022-ci ilin aprel ayı ərzində ona zəng edərək satılası alüminium və mis əşyalarının olacağını bildirməsini etiraf etmiş, lakin telefon danışıqları zamanı ona həmin əşyaların oğurluq əşyalar olacağı barəsində hər hansı bir söz demədiyini bildirmişdir. O, özü xx.xx.2022-ci il tarixdə X3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hazırda çəkisini dəqiq xatırlamadığı çəkidə alüminium və mis kabel və naqillər satın aldıqdan sonra həmin mis kabel və naqillərin izoliyasiyalı və işlək vəziyyətdə olduğunu gördükdə həmin əşyalar oğurluq nəticəsində əldə edildiyini başa düşmüşdür. Bundan sonra o, X3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurluq əməlləri törətdiyini bilmiş və bu barədə Yasin İbrahimova bildirmiş, sonuncu ona bu barədə heç kəsə bildirməməsini təklif edərək ehtiyyatlı şəkildə oğurluq etdikləri üçün hər hansı bir şəxsin onlardan şübhələnməyəcəyini demişdir. O, bundan sonra həmin alüminium və mis kabel və naqillərlə yanaşı növbəti dəfə də X3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 eyni qaydada oğurluq olduğunu bildiyi alüminium və mis kabel və naqillər satın almışdır. Belə ki, növbəti dəfə Yasin İbrahimov ona zəng edərək yeni alüminium və mis kabel və naqillərin olacağını bildirmiş, o Yasinə problem olmadığını alacağımı demişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Yasin İbrahimov digər həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə birlikdə 114 kq çəkidə alüminium və 3 kq isə mis kabelləri yaşadığı evə gətirmiş, o, həmin kabellərin oğurluq olduğunu bilmiş, lakin çəkisinin çox olduğu üçün oğurluq hadisəsinin aşkar olunacağından narahat olduğunu bildirərək almaqdan imtina etdiyini demişdir. Həmin 114 kq çəkidə alüminium və 3 kq isə mis kabelləri həmin gün Yasin İbrahimovla birlikdə tanımadığı bir nəfər səyyar əlvan metal alqı-satqısı ilə məşğul olan şəxsə yaşadığı evin qarşısında 282 manata satmışlar və əldə etdikləri puldan Yasin İbrahimov ona 42 manat pul vermişdir. O, ayrı-ayrı vaxtlarda həmin şəxslərdən cinayət yolu ilə əldə edildiyini bildiyi oğurluq əşyaları alarkən əməlinin qanunsuz olduğunu dərk etmişdir. Həmkəndliləri ayrı-ayrı vaxtlarda ümumilikdə ona xatırladığı qədər 5 dəfə metal satmışlar, o, 4-cü dəfə ona əlvan metal satmağa gətirəndə onların oğurluq etdiklərini bilmişdir. O, həmkəndliləri X13, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ondan başqa hər hansı bir şəxsə alüminium və mis əşyalar satıbsatmamalarını bilməmişdir. O, mərhum X13, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyri-qanuni yolla əldə etdikləri əlvan metalları satın aldıqdan sonra həmin metalları səyyar metal alan tanımadığı şəxslərə satmış və həmin şəxslərə həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. O, həmkəndliləri mərhum X13, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyri-qanuni yolla əldə etdikləri əlvan metalları satın alarkən həmin şəxslərə qeyri-qanuni yolla əldə etdikləri əlvan metalları alacağına dair əvvəlcədən vəd verməmişdir. Bununla belə etdiyi əmələ görə çox peşmandır. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanı tam olaraq ödəmişlər. Digərlərini də ödəyəcəklər. Qeyd olunanlara əsasən yüngül cəza verilməklə ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən zaman Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Tovuz rayonu Əyyublu kəndində yaşayır və kənd ərazisində yerləşən “Kolluçəpər” adlanan yerdə ferması var. Fermanı müxtəlif şəxslərə yaz qabağı 5-6 aylıq icarəyə verir. Yatağın yaxınlığında, təxminən fermadan 100 (yüz) metr aralıda su artezianı var. Həmin artezian təxminən 14 ildir ki, istifadəyə verilmişdir. Belə ki, öz şəxsi vəsaiti hesabına artezianı qazdırıb istifadəyə vermişdir. Arteziandan tək özü istifadə edir, kənar heç kim istifadə etmir. Artezianın normal işləməsi üçün hava yolu ilə 3000 metr uzunluğunda aliminium materialdan hazırlanmış 6-7 jilalı elektrik xətti çəkilmişdir. Həmin xəttin mənbəyi Şəmkir rayon Bayramlı kəndindən başlayır. 14 il ərzində həmin artezian fasiləsiz olaraq istismar edilmişdir. Suyu içməyə yararlı deyil, yalnız təsərrüfat təyinatlıdır. Kənddən uzaq oduğundan yalnız fermanın ehtiyacı üçün istifadə edilmişdir. Eyni zamanda həmin ərazidə tərəflərindən ağaclar əkilmiş və taxıl səpilmişdir. Həmin bitkilərin suvarılması artezian vasitəsi ilə edilmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 09 radələrində Tovuz rayonu, Əyyublu kəndində yerləşən fermaya nəzarət etmək üçün getdikdə fermadan aralıda olan arteziana təxminən 3000 metr uzunluğunda hava xətti ilə gələn elektrik naqilinin, artezian quyusuna gedən 300 metr uzunluğunda 3 jilalı kabelin oğurlandığını müəyyən etmişdir. xx.xx.2022-ci il tarixdə bu barədə polis şöbəsinə məlumat vermişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən qanunamüvafiq hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən zaman Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Tovuz rayonu Əyyublu kəndində yaşayır. Rəsmi olaraq kənd təsərrüfatı ilə məşğul olaraq özünün və ailə üzvlərinin gündəlik tələbatlarını qarşılamağa çalışır. 25 aprel 2022-ci il tarixdən 02 may 2022-ci il tarixədək olan müddət ərzində Tovuz rayonu, Əyyublu kənd ərazisində yerləşən özüməməxsus fermasınan 60 (altmış) metr uzunluğunda artezian kabeli və 70 (yetmiş) metr uzunluğunda elektrik kabeli gizli olaraq oğurlanaraq ona ümumilikdə 570 (beş yüz yetmiş) manat məbləğində maddi ziyan dəyməsi ilə nəticələnmiş oğurluq hadisəsinin mahiyyəti ilə bağlı bildirir ki, müntəzəm olaraq fermaya gedərək fermaya və eyni zamanda ferma ətrafındakı əkin sahələrinə nəzarət edir. Fermadan təxminən 400 (dörd yüz) metr məsafədə yerləşən 1 (bir) ədəd artezian quyusu var. Artezian quyusundan istifadə edərək yaşadığı kənd sakinlərinə əkin sahələrinin suvarılması üçün müəyyən pul müqabilində saatlıq istifadə hüququ verir. Artezian quyusundan fermasına qədər uzanan uzunluğu 70 (yetmiş) metr olan elektrik kabeli olmuşdur. 2022-ci ilin aprel ayının sonlarında həmkəndlisi Pərviz zəng edərək ona məxsus artezian quyusunun işləmədiyini, artezian quyusuna məxsus elektrik kabellərinin sökülərək oğurlandığını bildirmişdir. Həmin vaxt Əyyublu kənd ərazisində yerləşən özünə məxsus əkin sahəsində idi. Pərvizlə danışdıqdan sonra artezian quyusunun yerləşdiyi əraziyə gəlmiş, artezian quyusuna məxsus elektrik kabellərinin 60 (altmış) metr hissəsinin və eyni zamanda artezian quyusundan fermasına çəkilmiş elektrik naqillərinin 70 (yetmiş) metr uzunluğunda olan hissəsinin sökülərək oğurlandığını görmüşdür. Həmin vaxt baş vermiş hadisə barəsində Tovuz RPŞ-nin Qovlar PB-nə gedərək baş vermiş oğurluq hadisəsi ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Artezian quyusundan oğurlanmış kabellərin uzunluğu 60 (altmış) metr olmuş, kabelinin içərisində 15 ədəd olmaqla mis tərkibli naqillər yerləşmiş, eyni zamanda oğurluq baş verən tarixdə həmin növ kabelin bir metri 6 (altı) manat məbləğində olmuşdur. Həmçinin artezian quyusundan fermasına qədər çəkilmiş elektrik naqillərinin uzunluğu 70 (yetmiş) metr olmuş, alüminium tərkibli olmaqla oğurluq olan tarixdə bir metr naqilin qiyməti 3 (üç) manat məbləğində olmuş, beləliklədə oğurluq hadisəsi nəticəsində ona 570 (beş yüz yetmiş) manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən qanunamüvafiq hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid1 ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Əyyublu kəndində yaşayır. Rəsmi olaraq Əyyublu kəndi 2 saylı uşaq baxçasında işləyir. Zərərçəkmiş şəxs1 həyat yoldaşıdır. 2007-ci ildə əri Zərərçəkmiş şəxs1 özünə məxsus ailə büdcələri ilə Əyyublu kənd ərazisində yerləşən şəxsi torpaq mülklərində ferma və həmin fermadan təxminən 100 metr məsafədə yerləşən artezian quyusu fəaliyyətə başlatmışdır. Həmin fermanı 2022-ci ilin may ayında həmkəndliləri hal-hazırda adını xatırlamadığı bir nəfər şəxsə icarəyə vermişlər. Artezian quyusu isə icarəyə verilməmişdir. Həmin dövrdə qeyd olunan artezian quyusundan fermaya qədər olan məsafədə yerüstü çəkilmiş 100 metr uzunluğunda elektrik kabeli olmuşdur. Həmin elektrik naqili istifadəyə tam yararlı, iki jilalı olmaqla üzəri qara rəngli örtüklə izoliyasiya olunmuş formada olmuşdur. Həmçinin artezian quyusundan Şəmkir rayonu Bayramlı kəndinə doğru 1000 metr uzunluğunda ayrı-ayrılıqda olmaqla 3 ədəd izoliyasıyasız, alüminium materialından olan elektrik naqili olmuşdur. xx.xx.2022-ci il tarixdə əri Zərərçəkmiş şəxs1 yaşadıqları evə gələrək bildirmişdir ki, Tovuz rayonu, Əyyublu kənd ərazisində yerləşən icarəyə vermiş olduqları fermadan və həmin fermanın yaxınlığında yerləşən artezian quyusundan 100 metr uzunluğunda elektrik kabeli və 3000 metr uzunluğunda isə elektrik naqilinin naməlum şəxs(lər) tərəfindən oğurlanmışdır. 100 metr uzunluğunda elektrik kabeli və 3000 metr uzunluğunda isə elektrik naqilindən başqa ümumilikdə 300 manat dəyərində artezian quyusunun transformatorunun ehtiyyat hissələri və eyni zamanda artezian quyusundan transformatora qədər yeraltı çəkilmiş izoliyasiyalı alüminium kabel də oğurlanmışdır. Əri Zərərçəkmiş şəxs1 oğurluq hadisəsi barədə Tovuz RPŞ-nin Qovlar PB-nə gedərək ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq cinayəti nəticəsində ümumilikdə 4000 manat məbləğində maddi zərər dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid3 ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Əyyublu kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır. ünvan 2yının kənarı” olaraq bilinən ərazidə şəxsi mülkiyyətində olan ferması vardır. 2017-ci ildən həmin fermadan təyinatına uyğun olaraq iribuynuzlu və xırdabuynuzlu olmaqla mal-qara saxlayaraq heyvandarlıq təsərrüfatı ilə məşğul olur. Xatırladığı qədər 2021-ci ilin sentyabr-oktyabr aylarından qeyd etdiyi təsərrüfatının idarə edilməsində kömək göstərilməsi məqsədilə Daşkəsən rayon sakini Zərərçəkmiş şəxs3 adlı şəxsi və ailə üzvlərini fermasında çoban olaraq qabaqcadan razılaşdırılmış şəxsi mülkiyyətində olan fermasında işə götürmüşdür. Belə ki, Zərərçəkmiş şəxs3 və ailə üzvləri ilə özlərinə məxsus heyvanları şəxsi mülkiyyətində olan fermada saxlamaq şərtilə heyvandarlıq təsərrüfatına köməklik göstərəcəklərinə boyun olmuşlar. 2022-ci ilin xatırladığı qədər fevral-mart aylarında Zərərçəkmiş şəxs3 şəxsi istifadəsində mobil telefonla istifadəsində olan mobil telefona zəng edərək Tovuz rayonu, Əyyublu kənd ərazisində yerləşən şəxsi mülkiyyətində olan fermasından özünəməxsus bir ədəd erkək, yerli cinsə aid danasının naməlum şəxs(lər) tərəfindən oğurlandığını bildirmişdir. Bu zaman xatırladığı qədər yaşadığı Tovuz rayonu, Əyyublu kənd ərazisində olmuşdur. Daha sonra fermasında çoban olaraq işləyən Zərərçəkmiş şəxs3 baş vermiş hadisə barəsində AR DİN-in “102 xidməti zəng mərkəzi”nə zəng edərək məlumat vermişdir. Tovuz RPŞ-nin Qovlar polis bölməsinin əməkdaşları ilə birlikdə fermanın yerləşdiyi əraziyə getdikdə fermanın yaxınlığında qan izləri aşkar olunmuşdur. Bu zaman məlum olmuşdur ki, fermasında çoban olaraq işləyən Zərərçəkmiş şəxs3 məxsus bir baş erkək, yerli cinsə aid olan dananı oğurlayan naməlum şəxs(lər) onu kəsdikdən sonra özləri ilə aparıblar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X11 məxsus bir baş dana Tovuz rayonu Əyyublu kəndinin ərazisində, Kür çayının sahilindən oğurlanmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-yə məxsus naqillər Tovuz rayonu Əyyublu kəndinin ərazisində yerləşən dəmir dirəkdən kəsilərək oğurlanmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus elektrik naqillərı Tovuz rayonu, Əyyublu kəndində yerləşən ona məxsus artezianın ətrafında olan elektrik dirəyindən və yerdən çıxardılmaqla kəsilərək oğurlanmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus elektrik naqillərı Tovuz rayonu Əyyublu kəndinin ərazisində yerləşən ona məxsus artezianın ətrafında olan tranformatordan və artezian quyusuna gedən hissələrdən kəsilərək oğurlanmışdır. «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə cinayət işi başlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən cərimə cəzasının əvəz edildiyi 400 saat ictimai işlər cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilmiş və üzərində qəti olaraq 01 il 01 ay azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində məlumat yoxdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/6210 saylı rəyindən görünür ki, 1 baş erkək və yerli cins diri çəkisi təxminən 320 kq olan boz rəngli sağlam dananın 2022-ci ilin fevral ayına olan qiyməti 1600 manat; -250 metr uzunluğunda AS 50/8 markalı bir metrinin çəkisi 195 qram olan, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikaısnda "xxxx" MMC şirkəti tərəfindən istehsal olunan, istismara tam yararlı 10 kv-lıq alüminium materialdan olan elektrik naqilinin 2022-ci ilin aprel-may aylarına olan qiyməti 300.00 (250 x 1.20) manat; nümunəsi təqdim edilmiş 4 damarlı (hər damarı təxminən 2,2 mm) izolyasiyasız, alüminium materialdan naqilin 3000 metri 2022-ci ilin aprel-may aylarına olan qiyməti 1050,0 ( 3000x 0,35) manat və nümunəsi təqdim edilmiş qara rəngli izolyasiyalı, içərisindən hər biri izolyasiyalı 3 damarlı (hər damarı təxminən 1,5 mm) naqil keçən kabelin 300 metri 2022-ci ilin aprel- may aylarına olan qiyməti 450,00 (m300x 1,50) manatdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3- 2-ci maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yenidən ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3- 2-ci maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yenidən ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.2 və 32.5, 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddəsində göstərilmişdir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə və neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə onlara istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi sübut edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 01 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci, Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci, Təqsirləndirilən şəxs3 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.2 və 32.5, 177.2.3-2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin hər birinin əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində azyaşlı uşaqların olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın yarısından çox hissəsinin ödənilməsini, zərərçəkmiş şəxslərdən ikisinin ondan hər hansı şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ziyanın yarısından çox hissəsinin ödənilməsini, zərərçəkmiş şəxslərdən ikisinin ondan hər hansı şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə təqsirləndirilən şəxs X2 törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində azyaşlı uşaqların olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın yarısından çox hissəsinin ödənilməsini, zərərçəkmiş şəxslərdən ikisinin ondan hər hansı şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi oğurluq cinayətlərinin xarakterini, həmin əməllərə görə cəzalarını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, onlara təqsirləndirildikləri maddələr üzrə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.2 və 32.5, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-87/2023
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-87/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver