Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-9/2025 13.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, İsmayılov Emil İsrayıl oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X1 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Tovuz rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1988-ci ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olan, orta təhsilli, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin(bundan sonra mətn üzrə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən, satış məqsədi olmadan, xeyli miqdarda, yəni 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 5,64 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək əynində olan tünd göy rəngli şalvarın sağ yan cibində saxlamış, 28 may 2024-cü il tarixdə, saat 17:00-da Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz şəhəri, M.Musayev küçəsində saxlanэlaraq Tovuz rayon polis єцbəsinə dəvət olunmuє və Tovuz єəhəri, M.Musayev kьзəsi 27 ьnvanэnda yerləєən Tovuz rayon polis єцbəsinin inzibati binasэnda həmin tarixdə saat 17:20-dən saat 17:45-dək olan müddət ərzində üzərində keçirilmiş şəxsi axtarış zamanı qanunsuz olaraq əldə edib üzərində saxladığı 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 5,64 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı, polisin nəzarəti altına vermə qətimkan tədbirində olarkən o ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmiş və göstərmişdir ki, onun üzərinə baxış Polis Şöbəsinin əməliyyat otağında keçirilmiş, həmin vaxt hər hansı video çəkiliş aparılmamışdır. Daha sonra isə çəkilişlə baxış keçirilmişdir. Məhkəmə tərəfindən barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilib, həbs qətimkan tədbiri seçildikdən sonra məhkəmədə verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, ona polis əməkdaşları tərəfindən təzyiqlər edilir. O ibtidai istintaq zamanı ifadəsini polis əməkdaşlarının təzyiqi altında vermişdir. Ona yaşamağa imkan vermirlər. O buna görə də özünə xəsarət yetirir.Bu səbəbdən də məhkəməyə gəlməkdən qorxmuşdur. Orxan adlı şəxsə görə o həbs edilmişdir. Məhkəmə iclası Orxana görə dəfələrlə təxirə salınmışdır. O artıq məhkəmələrə gedib-gələ bilmir. Orxan onunla üz-üzə gəlməkdən çəkinir deyə məhkəmənin çağırışına gəlmir. Odur ki, əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onlara Bəhruz adlı şəxsin üzərində narkotik vasitə daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, onlar da həmin əməliyyat məlumatı əsasında Orxan adlı baş əməliyyat müvəkkili ilə birikdə Bəhruz adlı şəxsə yaxınlaşmışlar.X11 Rayon Polis Şöbəsinə dəvət etmiş, təhqiqatçının otağında baxış keçirilən zaman üzərindən bir karopka marixuana aşkar edilmişdi. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Tovuz rayon polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki,Tovuz şəhəri, Musa Musayev küçəsində yaşayan əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs ilə heç bir qohumluq əlaqələri, ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması və üzərində gəzdirməsi və narkotik vasitədən istifadə etməsi barədə ona məlumatlar daxil olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz olaraq narkotik vasitə saxlamasında üzərində gəzdirməsində və narkotik vasitədən istifadə etməsində şübhəli olduğu üçün onun qanunsuz əməlinin ifşa olunması və qanunsuz olaraq saxladığı və üzərində gəzdirdiyi narkotik vasitələrin dövriyyədən çıxarılmasının təmin edilməsi üçün xx.xx.2024-cü il tarixdə soraqlaşma təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Həmin qərar Tovuz rayon polis şöbəsinin rəisi tərəfindən təsdiq olunmuşdur. xx.xx.2024-cü il tarixdə onlara məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs Tovuz şəhəri M.Musayev küçəsindədir. Bu məlumat daxil olan kimi o Tovuz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Tovuz şəhəri M.Musayev küçəsində müəyyən etmişlər. Onlar ona yaxınlaşaraq özlərini təqdim edib ona polis əməkdaşları olduqlarını bildirmişlər və ona qanunsuz olaraq narkotik vasitə saxlamasında və üzərində gəzdirməsində şübhəli olduğunu, buna görədə onlarla birlikdə Tovuz RPŞ-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Tovuz RPŞ-nə gəlməyə etiraz etməmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə saat 17 radələrində Tovuz RPŞ-nin inzibati binasına gətirmişlər. O, bu barədə raportla rəisə məruzə etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və qanuni tədbir görülməsi Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı X3 həvalə edilmişdir. Bundan sonra təhqiqatçı Elmar Rüstəmov tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və onun öz istəyi ilə Tovuz rayon vəkil bürosunun vəkili Müdafiəçi onun müdafiəçisi kimi dəvət etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan əvvəl ona qanunvericiliyə uyğun olaraq hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra vəkilin və şəxsi axtarışda iştirak edən polis əməkdaşı Şahid2 və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan edilmiş əşya narkotik vasitə olan qurudulmuş marixuananın olduğunu bildirərək əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellafona bükülü çıxarıb təqdim etmişdir. Həmin Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellafon bükülü açılaraq içərisinə baxış keçirilmiş və baxış zamanı həmin bükümün içərisindən yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzədiyi müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin təqdim etdiyi kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır, həmin marixuananı o, xx.xx.2024-cü il tarixdə Tovuz şəhəri ərazisindən keçən dəmiryol relsinin kənarından yerdən taparaq özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Daha sonra həmin şəffaf rəngli bükümdə olan kütlə sellafon bükümlə birlikdə elektron tərəzisində çəkilmişdir və həmin kütlənin bükümlə birlikdə ümumi çəkisi 8,76 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində ətraflı şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərində əldə edilməsi, saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş л ədəd şəffaf rəngli bükümün içərisində olan kütlə ilə birlikdə 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmışdır və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 nömrəli möhürü ilə möhürlənərək zərfin üzəri Təqsirləndirilən şəxs, vəkili Müdafiəçi, baxışda iştirak edən NMQ-nun əməliyyat müəvəkkili Şahid2 və onun tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlənin narkotik vasitə olub olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün təhqiqatçı Elmar Rüstəmov tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş də aparılmışdır. Bu barədə protokol tərtib olunmuşdur, protokol doğru tərtib olunduğu üçün heç bir əlavəsi və etirazı olmamışdır. Buna görədə protokol doğru tərtib edildiyindən o da həmin protokola imza etmişdir.Onda Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə hər hansı bir məlumat yoxdur.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı kimdən alması barədə onda məlumat yoxdur. Təqsirləndirilən şəxs özünün deməsinə görə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı o, xx.xx.2024-cü il tarixdə Tovuz şəhərinin ərazisindən keçən dıəmiryol relsinin kənarından yerdən tapıb özü istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, onun oğlu Bəhruzu evlərindən aparmışlar. Polis əməkdaşları oğlu ilə iki saat söhbət edib sonra buraxacaqlarını bildirsələr də, iki gündən sonra onu buraxmışlar. ər. Gəlib hər dəfə Bəhruzu axtarırlar deyə o da bezdiyindən özünə xəsarətlər yetirir.Əgər o narkotik vasitədən istifadə etsəydi o hiss edərdi.Əvvəllər istifadə edib. İndi isə içki içsə də narkotikdən istifadə etmir. Şəxsi axtarış və götürmə aparılması haqqında 28 may 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə saat 17:20-dən saat 17:45-dək şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı onun əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə sonradan məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən təmiz çəkisi 5,64 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsinin 29 may 2024-cü il tarixli, 16/627 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Təqsirləndirilən şəxs götürülmüş kütlə” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 5,64 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuanadan 0,02 qram tədqiqata sərf edildikdən sonra 5,62 qram qalıq qalmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası Narkoloji Dispanserin 07 iyun 2024-cü iltarixli, 1011 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatirik Ekspertiza Mərkəzi PHŞ X6 Şöbəsinin xx.xx.2024-cü il tarixli, 373 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb biçmək və idarə etmək iqtidarında olmuşdur və hal-hazırda o, öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törədərkən anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyyacı yoxdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir.Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. İş üzrə xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 5,64 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.1;177.2.1;177.2.3-ci maddələri ilə təqsirli bilinərək 3 (üç) il 6 ay A,M.E.; 3 il 6 ay şərti sınaq müddəti tətbiq edilmişdir. Tovuz rayon məhkəməsinin 15.09. 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.3, 177.2.4, 66.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum edilmişdir. Milli Məclisin xx.xx.2016-cı il tarixli “AMNİS” qərarının 1.2 bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilib. Tovuz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Tovuz rayon Məhkəməsinin qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 02 ay 19 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilıə azad edilib. Tovuz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Tovuz rayon Məhkəməsinin qərarı ilə 01 il 04 ay 06 gün A.M.E. cəzası ilə əvəz edilib vəxx.xx.2022-ci il də şöbənin qeydiyyatından çıxarılıb. Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 04 ay 23 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İşdə olan Tovuz Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 3(062)-506/2024 nömrəli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə materiala xitam verilmişdir. İşdə olan digər bir işə aid hökmdən görünür ki, Şahid1 iştirak etdiyi başqa bir iş üzrə bəraət hökmü çıxarılmışdır. Məhkəmə qeyd edir ki, cinayət işinin başlanmasına səbəb və əsas ünvan 2 ünvanda da yaşayan Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, xeyli miqdarda, yəni 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 5,64 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək əynində olan tünd göy rəngli şalvarın sağ yan cibində saxlaması, 28 may 2024-cü il tarixdə, saat 17:00-da Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz şəhəri, M.Musayev küçəsində saxlanэlaraq Tovuz rayon polis єцbəsinə dəvət olunaraq Tovuz єəhəri, M.Musayev kьзəsi 27 ьnvanэnda yerləєən Tovuz rayon polis єцbəsinin inzibati binasэnda həmin tarixdə saat 17:20-dən saat 17:45-dək olan müddət ərzində üzərində keçirilmiş şəxsi axtarış zamanı qanunsuz olaraq əldə edib üzərində saxladığı 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 5,64 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülməsi barədə toplanmış ilkin yoxlama materialı olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs verilmiş ittiham onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuana ilə bağlıdır. Ona verilmiş ittihamın əsasını əməliyyat tədbirini həyata keçirmiş iki nəfər polis əməkdaşlarının ifadələri, şəxsi axtarış və götürmə aparılması protokolu və video çəkiliş təşkil edir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə verilmiş ittiham öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən “Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır”. Qeyd edilən Məcəllənin 349.5.1-ci maddəsinin məzmunundan görünür ki, məhkəmənin cinayət işi üzrə gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini sübut kimi qəbul edir. X9 məhkəmədə verdiyi ilkin ifadəsində özünü təqsirli bilsə də, onun tərəddüd içərisində ifadə verməsi açıq-aydın sezilirdi. Buna baxmayaraq o yenə də polis əməkdaşı Şahid1 məhkəmə istintaqında ifadə verməsini xahiş etməklə, özünün təqsirli olmasına dair verdiyi ifadəsini şübhə altına almışdır. Yəni, özünü təqsirli hesab edən şəxs, məhkəmə iclasına çağırılmış, ancaq məhkəmə iclasına gəlməmiş şahidin ifadəsinin elan edilməklə tədqiq edilməsində və bununla da məhkəmə araşdırılmasının yekunlaşdırlmasında maraqlı olmalı idi. Məhkəmə həmin şəxs barəsində qətimkan tədbrini dəyişdirib, həbs seçdikdən sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməmiş, israrla əməliyyat tədbirini həyata keçirmiş Şahid1 məhkəməyə çağırılaraq dindirilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin müxtəlif cür ifadələr verməsi ilə bağlı onu qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 19.7 və 91.5.10-cu maddələrinə görə, təqsirləndirilən şəxs ifadə verməyə, cinayət prosesini həyata keçirən orqana hər hansı materiallar təqdim etməyə və onlara hər hansı yardım göstərməyə borclu deyil, özünə qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək, habelə haqqında irəli sürülmüş ittihama dair izahat vermək və izahat verməkdən imtina etmək hüquqlarının sahibidir. Məhkəmə istintaqında müəyyən edilmiş yeni hal–təqsirlədirilən şəxsin məhkəmə araşdırması zamanı verdiyi, ibtidai istintaqda göstərdiklərindən fərqli olan ifadəsi ilə yanaşı, həmçinin, digər proses iştirakçılarının məhkəmə istintaqı dövründə bildirdikləri əsasında aşkar edilir. Şəxs bəlkə də 10 iclasdır ki, Şahid1 məhkəmədə iştirakının təmin edilməsini xahi edir. Əməliyyat tədbirini həyata keçirən şəxsin məhkəməyə gəlməməsi təqsirləndirilən şəxsin ziyanına şərh edilə bilıməz. Məhz bu kimi hallarda təqsirləndirilən şəxsin ifadəsində irəli sürülmüş yeni dəlillərin yoxlanılması Şahid1 məhkəmə istintaqında iştirakını labüd edir. Cinayət prosessual qanunvericiliyinin təməl prinsiplərindən birini təşkil edən, insan hüquq və əsas azadlıqlarının məcmusuna daxil olan və Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsində əksini tapan təqsirsizlik prezumpsiyası prinsipi dayanır ki, həmin prinsipə görə cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Cinayət-prosessual qanunvericiliyinin istinad edilən müddəalarından göründüyü kimi, təqsirləndirilən şəxs ifadə vermək hüququnun icra formasının seçilməsində tamamilə azaddır, qanunverici onun üzərinə bununla bağlı hər hansı məhdudiyyətin qoyulması halını müəyyən etmir, o cümlədən, müdafiə hüququnun səmərəli həyata keçirilməsi məqsədilə cinayət təqibinin istənilən mərhələsində özünə qarşı ifadə verməmək hüququ ilə ehtiva edilən ifadələrin dəyişməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilərək, yeni sübutlar toplamalı, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsinə dair verdiyi ifadəni sübut kimi qəbul edir. Məhkəmə, məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 ifadəsini sübut kimi qəbul etmir. Əvvəla təqsirləndirilən şəxs iddia edir ki, narkotik vasitə ona Orxan adlı əməliyyatçı tərəfindən verilmişdir. Bu zaman o Şahid2lə bağlı hər hansı fikir irəli sürməmiş, təkcə Orxan adlı şəxsin dindirilməsini istəmişdir. Murad polis əməkdaşı olmaqla onun ibtidai istintaq zamanı vermiş olduğu ifadədən fərqli ifadə verməsi gözlənilən də deyildir.Buna baxmayaraq onun ifadəsi işin digər halları ilə şübhə altına alınır. Belə ki, axtarış və götürülmə aparılması barədə video görüntülərə baxış keçirilən zaman təhqiqatçı tərəfindən Bəhruz Məhərəmovdan üzərində qanunla daşınması, saxlanılması qadağan olan hər hansı əşyanın olub-olmaması soruşulur, Bəhruz Məhərəmov isə cibindən bir büküm marixuananı təhqiqatçıya təqdim etdikdən sonra, onun üzərində axtarış davam etdirilir. Üzərində şəxsi axtarış müfəssəl formada aparılmasına baxmayaraq, üzərindən aşkar edilmiş əşyaların, o cümlədən siqaret qutusunun içərisindəki siqaretlər yoxlanılmır. Halbuki, narkotik vasitədən istifadə edən şəxsin onu siqaret bükümlərinə dolduraraq istifadə etməsi və üzərindəsaxlaması qaçılmazdır. Bu işdə isə təhqiqatçı siqaret qabının ağzını açmaqla kifayətlənmiş, içərisində olan siqaret dənələrinin isə heç biri yoxlanılmamışdır. Bu da təhqiqatın formal keçirilməsindən xəbər verir. Yəni, Bəhruzun iddia etdiyi kimi marixuananın ona öncədən verilməsindən xəbər verir. Çünki təhqiatçı əmindir ki, Bəhruzun üzərində Bəhruzun təhqiqata təqdim etdiyi bükümdən başqa narkotik vasitə ola bilməzdi. Bəhruz iddia edir ki, həmin büküm də əməliyyatçı tərəfindən ona verilmişdir. Sanki təhqiqatçı da bundan xəbərdarmış kimi davranırdı. Odur ki, həmin axtarış və götürmə barədə video görütülərin və bununla bağlı tərtib edilmiş protokolun da hüquqi qüvvəsi yoxdur. Eyni zamanda məhkəmə onu qeyd edir ki, axtarış və götürmə istintaq hərəkəti aparlan zaman əməliyyatçıların az qalsın ki, qəh-qəhə çəkib gülməkləri də başa düşülən deyildir. Bir şəxsin müqəddəratı həll olunduğu halda insan həyatına biganə yanaşıb, əməliyyatı həyata keçirən polis əməkdaşlarının gülməkləri onların məsuliyyətinin dərəcəsindən xəbər verir. Bu məsuliyyətlə keçirilmiş əməliyyat tədbiri ilə əldə edilmiş məlumatların ciddiliyinə güvənilməsi şəxsin əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi ilə nəticələnə bilər. Daxili işlər orqanları əməkdaşlarının X7 Preambulasında göstərilmişdir ki, Azərbaycan Respublikasının daxili işlər orqanlarında fəaliyyətin məqsədyönlü təşkili və həyata keçirilməsi əməkdaşların şəxsi, mənəvi və işgüzarlıq keyfiyyətlərindən, insanlarla ünsiyyət qurmaq bacarığından bilavasitə asılıdır. Cəmiyyətin etibarı isə – saf mənəviyyat, xalqa və dövlətə sədaqətli xidmət, dürüstlük kimi mühüm keyfiyyətlər sayəsində əldə edilir. Fəaliyyətin səmərəliliyi həm də insanların dəstəyi və inamı, əməkdaşların cəmiyyətə münasibəti və davranışı, ictimai asayişin və qanunçuluğun qorunmasındakı rolu, insan ləyaqətinə və fərdin əsas hüquq və azadlıqlarına hörməti ilə bağlı olduğundan daxili işlər orqanları əməkdaşlarının (bundan sonra - əməkdaşlar) Kodeksin tələblərinə riayət etməsi daxili işlər orqanlarının nüfuzunun yüksəldilməsinin zəruri şərtlərindən biridir. CPM-nin 86.3-cü maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı səlahiyyətləri daxilində istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. Həmin Məcəllənin 86.4.8 və 86.4.9-cu maddələrinə əsasən təhqiqatçı cinayət prosesində iştirak edən şəxslərin vəsatətlərinə və cinayət işinin icraatı ilə əlaqədar digər şəxslərin ərizə və digər müraciətlərinə baxmaq; cinayət prosesində iştirak edən şəxslərin şikayətlərinə baxmaq kimi hüquqları həyata keçirir. Azərbaycan Respublikasının CPM-in 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə Şahid1 məhkəmə istintaqında iştirakının təmin edilməsi üçün dəfələrlə məhkəmə iclaslarını təxirə salmışdır. O isə hər vəchlə məhkəmə iclasında gəlməkdən yayınmışdır. Təqsirləndirilən şəxslə israrla məhkəmədən onun gəlməsini xahiş etməsinə baxmayaraq Şahid1 məhkəmə iştiraqkını təmin etmək mümkü olmamışdır. Cinayət Prosessual Məcəllənin 19.4.5-ci maddəsinə əsasən əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək hüquququnu təmin etməlidir. Təqsirləndirilən şəxsin bu hüququ təmin edilmədən onun ziyanına ifadə vermiş şahidin ifadəsi məhkəmə iclasında tədqiq edilərək sübut kimi qəbul edilə bilməz. Şahidin gətirilməsinin təmin edilməsi məhkəmənin vəzifəsi olsa da, məhkəmə CPMdə nəzərdə tutulmuş imkanlardan maksimum dərəcədə isrifadə edərək şahidin məhkəmə iclasında iştirakının təmin edilməsi istiqamətində lazımi tədbirlər görmüşdür. Əməliyyat tədbirinə rəhbərlik edən, təqsirləndirilən şəxsin ifşasında dolayısı ilə sonadək “maraqlı” olan bir şahidin məhkəmədə iştirakının təmin edilməsinə nail olunmaması təqsirıləndirilən şəxsin gözündə məhkəməni ədalət mühakiməsinin həyata keçirməsi istiqamətində “gücsüz” göstərir. Dəfələrlə məhkəmə iclasları həmin şahidə görə təxirə salınmışdır. Təqsirləndirilən şəxs israrla Orxan adlı polis əməkdaşının gəlməsini tələb edir. Təqsirləndirilən şəxsin öncədən Orxanın gəlməyəcəyini bilməsi mümkün deyildir. Yəni, Orxanın gəlməməsindən təqsirləndiriıən şəxsin müdafiə taktikası kimi istifadə etməsi halları mövcud ola bilməz. Şahidin məhkəmə iclasında iştirakdan yayınması təqsirləndirilən şəxsin şahid barədə dediklərinin doğru olduğunu özündə ehtiva edir. Əməliyyat tədbirini həyata keçirib, ona rəhbərlik edən əməliyyatçının məhkəməyə gəlməməsi təqsirləndirlən şəxin xeyrinə həll edilməlidir. Şahidin gəlməməsi təqsirləndirilən şəxsin xeyrinə həll edilməklə təqdirləndiriılən şəxsin məhkəmədən gözləntisi bərpa edilməklə onun həm də pozulmuş hüququ bərpa edilmiş olur. Şahidin məhkəmə iclaslarında iştirakının təmin edilməsi qeyri-müəyyən olduğundan, şahidin hər hansı üzürlü səbəblər də olmadan məhkəmənin çağırışına gəlməkdən yanınması müəyyən edildiyindən və şahid polis əməkdaşı olaraq onun başqa cür məhkəməyə gətirilməsi mümkün olmadığından məhkəmə bu halı təqsirləndirilən şəxsin xeyrinə həll etmişdir. Eyni zamanda qanuni qüvvəyə minmiş Tovuz rayon Məhkəməsinin digər şəxslə bağlı bir hökmündən də görünür ki, Şahid1 iştirak etdiyi əməliyyat tədbirində əvvəllər də bu kimi hallara yol verilmiş, həmin əməliyyat tədbirində hazırda məhkəmə istintaqından yayınan Şahid1 da iştirak etmişdir. Odur ki, onun iştirak etdiyi əməliyyat tədbirləri və bu tədbirlər nəticəsində əldə edilmiş sübutlar daha müfəssəl sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs sanki əməliyyat müvəkkillərinin nəzarəti altında hərəkət edir. Onun əməliyytçıların ona qarşı qərəzli olmaqları barədə dediklərini məhkəmə inandırıcı hesab edir. Belə ki, Tovuz rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 3(062)-506/2024 nömrəli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə materiala xitam verilmişdir. Həmin qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Tovuz şəhəri Mərdan Musayev küçəsində xidmətdə olarkən o Təqsirləndirilən şəxsla rastlaşmış, Bəhruz ictimai qaydanı pozmuşdur. Göründüyü kimi Bəhruz əməliyyatçıların maraq dairəsində olmuşdur. Həmin qərarla Bəhruzun əməlində inzibati xəta tərkibinin olmaması qərara alınmışdır. Məhkəmə eyni zamanda məhkəmə istintaqı zamanı dindirlmiş şahid Məhərrəmova Sevdanın ifadəsini də sübut kimi qəbul edir. Belə ki, onun da məhkəmə istintaqında verdiyi ifadəsindən müəyyən edilir ki, Bəhruz küçədən deyil, evindən polis şöbəsinə aparılmışdır. Onun ifadəsini şübhə altına alan iş materiallarında hər hansı hallar mövcud deyildir. Dövlət ittihamçısının həmin şahidin məhkəmədə dindirilməsinə verdiyi etirazı məhkəmə əsassız hesab edir. Belə ki, dövlət ittihamçısı bildirir ki, həmin şahid,yəni Bəhruzun anası məhkəmə iclaslarında olmuş, o məhkəmə iclasında tədqiq edilmiş sübutlardan xəbərdardır. Məhkəmə qeyd edir ki,əvvəla Cinayət Prosessual Məcəllədə məhkəmə iclasında iştirak etmiş şahidin dindirilməsini qadağan edən hər hansı müddəa mövcud deyildir. Şahidin bilə-bilə yalan ifadə verdiyi müəyyən edildiyi halda CPM-də bununla bağlı hüquqi tədbirlərin görülməsi nəzərdə tutulmuşdur və şahid buna görə cinayət məsuliyyəti daşıyır. Eyni zamanda şahid hər hansı məhkəmə istintaqı keçirilərkən məhkəmə zalında da olmamışdır. Bəhruz polisin nəzarəti altına vermə qətimkan tədbirində olarkən məhkəmədə aparılmış istintaqla bağlı anasına məlumat vermək, anasını bil-bilə yalan ifadə verməyə hazırlamaq imkanları da olmuşdir. Odur ki, bu hal şahidin mıəhkəmə zalında oturması ilə əlaqələndirilə bilməz. Onsuz da hər bir halda şahid ifadəsi digər sübutlarla yanakı qiymətləndirilir. Yuxarıda göstərilən hallar həmin şahidin ifadəsinin səmimi olmasına dəlalət edir. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İttihamın əsasını təşki edən polis əməkdaşlarının ibtidai istintqda verdikəri ifadələrini məhkəmə sübut kimi qəbul etmir. Beləki, həmin polis əməkdaşları əməliyyatçılardan ibarət olmaqla əməliyyat axtarış fəaliyyətini həyata keçirən şəxslərdir ki, onların təqsirləndirilən şəxsin vəziyyətini yüngülləşdirən başqa cür ifadələr verməsi də gözlənilən deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 125.21-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-nin 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. Sübutların mümkünlüyünə dair qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 139cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələbedir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında da əksini tapmışdır. Həmin qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. İstər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin dispoziyasında nəzərdə tutulan cinayət əməlinin törədilməsində onun təqsirli olması sübuta yetməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə ittiham verilməsini Azərbaycan Respublikası CPMnin 8.0.2, 9.1.2, 9.1.3, 10.1, 10.5, 11.1, 12.1, 12.3. 21.1,21.2, 21.3, 28.1, 28.2-ci maddələrinin tələbləri baxımından əsassız hesab edir. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi) məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxslərə müvafiq olaraq tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilmələri, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilmələri nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altna vermə qətimkan tədbiri dərhal ləğv edilməlidir. CPM-nin 353.5.2-ci maddəsinə əsasən məhkəmə hökmü çıxarılanadək bəraət almış şəxs barəsində qətimkan tədbirlərinin seçildiyi halda onun dərhal ləğv edilməsi bəraət hökmünün nəticəvi hissəsində göstərilməlidir. İş üzrə mülki iddia və müsadirə olunacaq əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 42, 344-347, 349, 351, 352, 353, 356, 357 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dərhal ləğv edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-9/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-9/2025
13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver