Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-90/2023 17.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs və nümayəndəsi X1 iştirakları ilə xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 26 fevral 2023-ci il tarixdə, saat 18:10 radələrində Tovuz rayonu Əyyublu kəndində keçmiş qayınanası Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətində keçmiş həyat yoldaşı X2 istifadəsində olan mobil telefon nömrəsini müəyyənləşdirmək məqsədilə həmin telefonu sonuncunun əlindən aldıqdan sonra, Zərərçəkmiş şəxs müdaxilə edərək telefonu ondan geri almış, bu zaman aralarında yaranmış mübahisə zamanı qızı Gülnar İsrafilovanın gözü qarşısında, оna əzab verdiyini dərk edərək rəhmsiz və qəddarcasına Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla ardıcıl zərbələr vuraraq sonuncuya burun nahiyəsinin burun sümüyünün minimal yerdəyişmiş sınığı və burun tənəffüsünün davamlı pozulması ilə müşayiət edilən qançır-şişkinliyi, sol qaş-burun nahiyəsinin və sol əng nahiyəsinin əzilmişcırılmış yaraları, sağ hər iki göz qapaqlarının və sağ gözaltı nahiyənin, sol hər iki göz qapaqlarının və sol gözaltı nahiyənin, sağ bazu nahiyəsinin qançırları, alın nahiyəsinin qançır-şişkinliyi kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs sağlamlığına xüsusi amansızlıqla qəsdən az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırda ünvan 1 ünvanında daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır. Hər hansı bir yerdə işləmir. Şahid1 tanıyır. Şahid1 ilə 2018-ci ilin oktyabr ayında ailə həyatı qurmuş, birgə nikahlarından Nadir adlı bir oğlu vardır. 2023-cü ilin yanvar ayında Tovuz rayon məhkəməsinin müvafiq qərarı ilə rəsmi olaraq nikahlarına xitam verilmiş və ayrılmışlar. Şahid1 ilə rəsmi şəkildə ayrıldıqdan sonra ona oğlu Nadir ilə həftənin 02 (iki) günü görüş hüququ verilmişdir. O, görüş günləri oğlu Nadir ilə görüşmək məqsədilə Tovuz rayonu Əyyublu kəndi ərazisində yerləşən, keçmiş qayınanası Zərərçəkmiş şəxs yaşadığı evə gedərək oğlu Nadiri həmin evdən götürüb, sonradan görüş vaxtı bitdikdə yenidən sonuncunu Zərərçəkmiş şəxs yaşadığı evə gətirmişdir. 26 fevral 2023-cü il tarixdə saat 14 radələrində o, oğlu Nadir ilə görüşmək məqsədilə keçmiş qayınanası Zərərçəkmiş şəxs Tovuz rayonu Əyyublu kəndində yerləşən yaşadığı evə gedərək oğlu Nadiri götürmüş və həmin gün saat 18 radələrində özüməməxsus avtomobil ilə yenidən oğlu Nadiri anası Şahid1 təhvil vermək məqsədilə sonuncunun və keçmiş qayınanası Zərərçəkmiş şəxs yaşadıqları evə getmişdir. O, fərdi yaşayış evinin giriş qapısından içəri daxil olub Şahid1 uca səslə bir neçə dəfə səsləyərək çağırmış, bundan sonra yaşayış evinin giriş qapısından sol tərəfdə yerləşən ikimərtəbəli evdən keçmiş qayınanası Zərərçəkmiş şəxs çıxmış və nəvəsi Nadiri səsləyərək çağırmışdır. O isə Gülnarı səsləməkdə davam etmişdir. Bunu gördükdə Zərərçəkmiş şəxs ona qızı Gülnarın həmin vaxt evdə olmadığını bildirmiş, lakin o, həmin vaxt Şahid1 evin giriş qapısından sağ tərəfdə yerləşən yardımçı tikilidə (əl damında) olduğunu görüb sonuncunun olduğu otağa doğru yaxınlaşmış və otağın giriş qapısının yaxınlığında dayanaraq Gülnarı səsləməyə davam etmişdir. Onun otağa yaxınlaşdığını gördükdə keçmiş qayınanası Zərərçəkmiş şəxs ikimərtəbəli evin pilləkənləri ilə həyətə düşərək tez şəkildə ona yaxınlaşmış və qışqıra-qışqıra qızı ilə artıq boşandığını və nə haqla yaşadığı evə daxil olub Gülnarı səslədiyini ondan soruşmuşdur. O isə həmin vaxt Zərərçəkmiş şəxs qısa müddətli də olsa Gülnarı görmək istədiyini, sonuncuya deyiləcək sözünün olduğunu bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs özü qızı Gülnarın həmin vaxt olduğu otağın qapısını döyərək qızı Gülnarı səsləmiş və otaqdan çıxmasını tələb etmişdir. Bundan sonra Şahid1 qapını açmış, keçmiş qayınanası Zərərçəkmiş şəxs isə əsəbi halda otağın giriş qapısından bir qədər uzaqlaşıb yenidən otağa daxil olmuşdur. O, həmin vaxt Şahid1 ilə danışaraq sonuncudan istifadəsində olan mobil nömrəni ona bildirməsini, beləliklə də oğlu Nadirlə maraqlanmaq istədiyini bildirdikdən sonra Şahid1 ona artıq rəsmi ayrıldıqlarını və danışılacaq bir sözün olmadığını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs təkidlə ondan yaşadığı evdən çıxıb getməsini tələb etmişdir. O, otağa daxil olduqda Gülnarın əlində mobil telefon olduğunu görmüş, bir qədər danışdıqdan sonra Şahid1 ona istifadəsində olan mobil nömrəsini bildirməməsi səbəbindən o, həmin vaxt sonuncudan əlində tutmuş olduğu mobil telefonu anidən çəkib almışdır. Bu vaxt Zərərçəkmiş şəxs ona doğru yaxınlaşmış və Gülnarın mobil telefonunu geri qaytarmasını və yaşadığı evdən çıxıb getməsini tələb etmişdir. O, telefonu həmin vaxt geyinmiş olduğu gödəkçənin cibinə qoyub geriyə, yəni evin həyətinə açılan giriş qapıya doğru getməyə çalışmış, Zərərçəkmiş şəxs və sonuncunun qızı Gülnar onunla həmin vaxt evin həyətində yaxalaşaraq onun almış olduğu mobil telefonu ondan geri qaytarmağa çalışmışlar. Beləliklə, o, Zərərçəkmiş şəxs və sonuncunun qızı Şahid1 birtəhər aralanıb küçəyə çıxmış, küçədə o, avtomobilinə doğru yaxınlaşdıqda ardınca küçəyə çıxan Zərərçəkmiş şəxs və Gülnar onun ünvanına nalayiq ifadələr işlədərək ondan əl çəkməmiş və yaxalaşmağa davam etmişlər. Bundan sonra Zərərçəkmiş şəxs çətinliklə də olsa onun cibindən qızı Gülnara məxsus mobil telefonu götürməyə nail olmuşdur. Yenidən onun ünvanına nalayiq ifadələr işlədərək yaşadıqları evin giriş qapısına doğru gedərək evin həyətinə daxil olmuşlar. O, keçmiş qayınanası Zərərçəkmiş şəxs və sonuncunun qızı Gülnarın mobil telefonunu aldıqdan sonra da onun ünvanına nalayiq ifadələr işlətməkdə davam etdiklərini gördükdə anidən əsəbləşərək özündən çıxmış və hirsli halda onların arxası ilə evin həyətinə daxil olmuşdur. Evin giriş qapısından daxil olduqdan sonra həyətdə ilk əvvəl ayaq zərbəsilə (təpiklə) Gülnarın ayağına vuraraq sonuncunu yerə yıxmış, daha sonra isə keçmiş qayınanası Zərərçəkmiş şəxs doğru gedərək bir-birinin ardınca sonuncunun sifət nahiyəsinə əli ilə, həmçinin ayağına təpiklə zərbələr endirmişdir. Daha sonra o, evin həyətindən küçəyə daxil olmuş və avtomobilinə əyləşərək oradan uzaqlaşaraq birbaşa yaşadığı evə getmişdir. O, Zərərçəkmiş şəxs və sonuncunun qızı Şahid1 həmin şəxslərin onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün sadəcə qorxutmaq niyyətilə onlara toxunmuşdur. O, həmin şəxslərə fiziki zor tətbiq etməmişdir. O, Zərərçəkmiş şəxs sifət nahiyəsinə əli ilə toxunarkən niyyəti sonuncuya ailə üzvlərinin gözü qarşısında əzab və iztirab vermək olmamışdır. Belə ki, o, sadəcə onu qorxutmaq fikrində olmuşdur. Həmçinin Şahid1 da eyni niyyətlə toxunmuşdur. Ona görə də ona qarşı Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə irəli sürülmüş ittihamı qəbul etmir, yalnız həmin maddənin birinci hissəsi cinayət əməli törətdiyini etiraf etmişdir. Baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs yaşadığı evdə quraşdırılmış müşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntünün təhrif olunduğunu bildirmişdir. Həmçinin baş vermiş hadisə zamanı o, özündə olmadığı üçün ətrafda olmuş şəxsləri hazırda dəqiq xatırlamır. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsinin tərkibi yoxdur. O özünü CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilir. Odur ki, məhkəmədən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, hazırda Tovuz rayonu Əyyublu kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır. Rəsmi olaraq ünvan 3 Şahid1 onun qızıdır. Qızı Şahid1 23 yanvar 2023-cü il tarixdə rəsmi olaraq Tovuz rayon məhkəməsinin qərarı ilə keçmiş əri Təqsirləndirilən şəxs ayrılmışdır. Qızı Şahid1 Təqsirləndirilən şəxsla rəsmi nikahından Nadir adlı bir azyaşlı övladları vardır. Rəsmi olaraq boşanmalarına baxmayaraq, keçmiş kürəkəni Təqsirləndirilən şəxs qızı Gülnarla yenidən barışmaq məqsədilə dəfələrlə Tovuz rayonu Əyyublu kəndində yerləşən ona məxsus fərdi yaşayış evinə gələrək ona və ailə üzvlərinə fiziki zorakılıq göstərmək yolu ilə hədə-qorxu gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində o, qızı Şahid1 ilə birlikdə yaşadığı evdə olarkən keçmiş kürəkəni Təqsirləndirilən şəxs nəvəsi Nadir Kazımovla birlikdə onun yaşadığı evə gəlmişlər. Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə keçmiş kürəkəni Təqsirləndirilən şəxs övladı ilə həftənin 2 günü görüş icazəsi verilmişdir. Həmin gün də o, yaşadığı evin ikinci mərtəbəsində hazırlıq məşğələsi keçən zaman Təqsirləndirilən şəxs övladı ilə görüş vaxtı bitdiyi üçün övladını yenidən onlara geri qaytarmağa gəlmiş, bundan sonra Təqsirləndirilən şəxs evin həyətinə daxil olub uca səslə Şahid1 səsləmişdir. Həmin vaxt o, hazırlıq məşğələsi keçdiyi otaqdan çıxaraq həyətə daxil olmuş və keçmiş kürəkəni Təqsirləndirilən şəxs qızı Şahid1 yaşadıqları evdə olmadığını bildirmiş, lakin Təqsirləndirilən şəxs ona qulaq asmayaraq yenidən qızı Gülnarı səsləməyə davam etmişdir. O, Təqsirləndirilən şəxs özbaşına hərəkətini dayandırmayacağını görüb qızı Gülnarın həmin vaxt olduğu otağa yaxınlaşaraq sonuncunu səsləmiş və bayıra çıxmasını demişdir. Bu vaxt kürəkəni Təqsirləndirilən şəxs da həmin otağa yaxınlaşmış, bundan sonra qızı Gülnar otağın qapısını açmışdır. Həmin vaxt keçmiş kürəkəni Təqsirləndirilən şəxs Gülnardan sonuncunun istifadəsində olan mobil nömrəni bildirməsini istəmiş, həmçinin qızı Gülnara “instagram” sosial şəbəkəsində yazdığı mesajlara niyə cavab vermədiyini soruşmuşdur. Qızı Gülnar isə artıq rəsmi şəkildə ayrıldıqlarından ünsiyyət saxlamalarının yersiz olduğunu bildirmişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs 15 dəqiqə müddət ərzində çıxıb getməsə polisə məlumat verəcəyi barədə xəbərdarlıq edib yenidən hazırlıq məşğələsi keçdiyi otağa daxil olmuş, bundan təxminən 10 dəqiqə sonra qızı Gülnarın uca səslə qışqırmasını eşidib dərhal hazırlıq otağından çıxaraq qızı Gülnarın olduğu otağa doğru getmişdir. Həmin otağa yaxınlaşdıqda keçmiş kürəkəni Təqsirləndirilən şəxs Gülnara məxsus mobil telefonu sonuncunun əlindən zorla alıb evinin giriş qapısına doğru getdiyini görmüşdür. O, həmin vaxt Təqsirləndirilən şəxs yaxınlaşaraq qızının mobil telefonunu geri qaytarmasını tələb etmiş, lakin Təqsirləndirilən şəxs qızının mobil telefonunu əlində tutaraq verməməyə çalışmışdır. Təqsirləndirilən şəxs evin həyətindən küçəyə çıxaraq avtomobilinə doğru yaxınlaşdıqda o, avtomobilin sürücü əyləşən qapısına doğru yaxınlaşaraq telefonu verməsə getməsinə mane olacağımı demiş, bundan sonra o, Təqsirləndirilən şəxs mobil telefonu könüllü geri qaytarmayacağını gördükdə sonuncuya müqavimət göstərərək çətinliklə də olsa qızına məxsus “Samsung” markalı, “A23” modelli telefonu geri almış və qızı Gülnarla birlikdə hirsli-hirsli yaşadığı evin həyətinə daxil olmuşdur. Fərdi yaşayış evinin giriş qapısından evin həyətinə daxil olduqda Təqsirləndirilən şəxs da onun ardınca evin həyətinə daxil olmuş və əvvəl qızı Gülnarı təpiklə vurub yerə yıxaraq sonuncunun ayaq və bədənin müxtəlif nahiyələrinə zərbələr endirmiş, bundan sonra ona doğru gələrək onu itələmiş və ayaq nahiyəsindən təpiklə, həmçinin bir-birinin ardınca sifət nahiyəsinə yumruq zərbələri vurmuşdur. Həmin vaxt ətrafda yalnız qızı və keçmiş kürəkəni Təqsirləndirilən şəxs olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yaşadıqları evi tərk etmişdir. Təqsirləndirilən şəxs tərəfindən yumruqla onun sol qaş, göz və burun nahiyəsindən fiziki xəsarətlər yetirilmişdir. Bundan sonra qohumu X7 idarə etdiyi avtomobil ilə Tovuz RPŞ-yə, daha sonra isə Tovuz RMX-ya getmişlər. O, xəstəxanaya getdikdən sonra qızı Gülnar qardaşı İsrafil Əsgərova zəng edərək həmkəndliləri, polis əməkdaşı Şahid4 zəng edib sonuncuya baş verən hadisələr barədə məlumat verərək yaşadıqları evə gəlməsini xahiş etmişdir. Qızı Şahid1 qohumu Vasif Musayevin yaşadığı evə, o isə xəstəxanaya getmişlər. Sonradan o və ailə üzvləri yaşadıqları evin giriş qapısında quraşdırılmış müşahidə kamerasına baxdıqda xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs əlində bir ədəd bıçaqla yenidən yaşadıqları evin önünə gələrək evin giriş qapısına bir-birinin ardınca təpiklə zərbələr vurması, eyni zamanda həmin vaxt orada olmuş polis əməkdaşı, həmkəndliləri Şahid4 Təqsirləndirilən şəxs sakitləşdirərək sonuncudan bıçağı aldığını görmüşlər. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir, sonuncu ona və ailə üzvlərinə fiziki xəsarət yetirmişdir. Hazırda xx.xx.2023-cü il tarixdə keçmiş kürəkəni Təqsirləndirilən şəxs yaşadığı evin həyətində ona və qızı Şahid1 yumruq və təpik zərbələri ilə vuraraq sağlamlığına xəsarət yetirməsinin videogörüntülərinin qeydə alındığı 01 ədəd diski könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs tərəfindən yaşadığı evdə ona xəsarətlər yetirilərkən ətrafda həmin hadisənin dəqiq təfərrüatlarını görə biləcək şəxslərdən qonşusu X4 olmuş və sonuncu Təqsirləndirilən şəxs ona xəsarət yetirməsindən bir neçə dəqiqə sonra hadisə yerinə gəlmişdir. Həmçinin, Təqsirləndirilən şəxs tərəfindən ona xəsarət yetirilməsi təxminən 1 dəqiqə ərzində baş vermiş, lakin onların münaqişəsi təxminən 15 dəqiqə davam etmişdir. Hazırda o, Təqsirləndirilən şəxs şikayətçidir. Ona həbslə bağlı olan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi X3 zərərçəkmiş şəxsin göstərdiklərini bir daha təsdiq edərək, məhkəmədən Təqsirləndirilən şəxs barəsində qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, hazırda Tovuz rayonu Əyyublu kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda da yaşayır. Keçmiş əri Təqsirləndirilən şəxs ilə 23 yanvar 2023-cü il tarixdə rəsmi olaraq Tovuz rayon məhkəməsinin vasitəsilə ayrılmışlar. Onun Təqsirləndirilən şəxsla rəsmi nikahlarından Nadir adlı bir azyaşlı övladları vardır. Rəsmi olaraq boşanmaqlarına baxmayaraq, keçmiş əri Təqsirləndirilən şəxs onunla yenidən barışmaq məqsədilə dəfələrlə sosial şəbəkə üzərindən ona mesajlar yazaraq, eyni zamanda Tovuz rayonu Əyyublu kəndində yerləşən yaşadıqları evə gələrək ona və ailə üzvlərinə fiziki zorakılıq göstərmək yolu ilə hədə-qorxu gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində o, anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs oğlu Nadirlə birlikdə yaşadıqları evə gəlmişlər. Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə Samirlə birgə nikahları dövründə doğulmuş Nadir adlı azyaşlı övladılarının onun himayəmdə saxlanılmasına, eyni zamanda Təqsirləndirilən şəxs övladı ilə həftənin 2 günü görüş icazəsi verilmişdir. Həmin gün də övladı ilə görüş vaxtı bitdiyi üçün Təqsirləndirilən şəxs övladını yenidən ona geri qaytarmağa gəlmişdir. Həmin vaxt o, yaşadığı evin birinci mərtəbəsində yerləşən otaqda, anası Zərərçəkmiş şəxs isə evin ikinci mərtəbəsində məktəbdənkənar tədris üçün nəzərdə tutulmuş otaqda olmuşlar. Təqsirləndirilən şəxs evin həyətinə daxil olduqdan sonra uca səslə onu səsləməyə başlamış, o isə Təqsirləndirilən şəxsla qarşılaşmamaq üçün otaqdan çıxmamış, lakin Təqsirləndirilən şəxs onu səsləməyinə davam etmişdir. Bundan sonra anası Zərərçəkmiş şəxs məktəbdənkənar tədris üçün nəzərdə tutulmuş otaqdan çıxaraq həyətə daxil olmuş və Təqsirləndirilən şəxs onun evdə olmadığını demişdir, lakin Təqsirləndirilən şəxs ona qulaq asmayaraq yenidən onu səsləməyə davam etmişdir. Bundan sonra anası Zərərçəkmiş şəxs onun olduğu otağa yaxınlaşaraq həyətə çıxmasını tələb etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs da həmin otağa yaxınlaşmış, o, Təqsirləndirilən şəxs onu görmədən çıxıb getməyəcəyindən, beləliklə də problem yaşadacağından narahat olub otağın qapısını açmışdır. Bu zaman Təqsirləndirilən şəxs otağa daxil olaraq ondan istifadəsində olan mobil nömrəsini Təqsirləndirilən şəxs bildirməsini istəmiş, həmçinin ondan “instagram” sosial şəbəkəsində yazdığı mesajlara niyə cavab vermədiyini soruşmuş, o isə artıq rəsmi şəkildə ayrıldıqları üçün ünsiyyət saxlamalarının yersiz olduğunu bildirmişdir. Bundan sonra anası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs çıxıb getməsə polisə məlumat verəcəyi barədə xəbərdarlıq edib yenidən məktəbdənkənar tədris üçün nəzərdə tutulmuş otağa daxil olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ondan istifadəsində olan mobil nömrəni Təqsirləndirilən şəxs bildirməsini təkrarən tələb etmiş, o, istifadəsində olan mobil nömrəsini ona bildirməyəcəyini dedikdə isə zorla əlindən mobil telefonunu almağa çalışmışdır. Həmin vaxt o, uca səslə qışqırmağa başlamış və onun qışqırıq səsini eşidən anası Zərərçəkmiş şəxs dərhal onun yanına gəlmişdir. Anası Zərərçəkmiş şəxs gəldikdə Təqsirləndirilən şəxs artıq ona məxsus mobil telefonu əlindən zorla alıb həyətdə yaşadıqları evin giriş qapısına doğru getmişdir. Bundan sonra anası Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncudan onun istifadəsində olan mobil telefonunu geri qaytarmasını tələb etmiş, Təqsirləndirilən şəxs isə ondan zorla almış olduğu mobil telefonu əlində tutaraq verməməyə çalışmışdır. Bundan sonra Təqsirləndirilən şəxs evin həyətindən küçəyə çıxmış, daha sonra avtomobilinə doğru yaxınlaşdıqda anası Zərərçəkmiş şəxs avtomobilin sürücü əyləşən qapısına doğru yaxınlaşaraq Təqsirləndirilən şəxs telefonu verməsə getməsinə mane olacağını demiş, o isə həmin vaxt giriş qapısının yaxınlığında olmuşdur. Ətrafda isə hər hansı bir şəxs olmamışdır. Təqsirləndirilən şəxs ona məxsus mobil telefonu könüllü geri qaytarmayacağını gördükdə anası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs müqavimət göstərərək sonuncudan çətinliklə də olsa ona məxsus “Samsung”markalı “A23” modelli telefonu geri almış və yenidən evin həyətinə doğru yaxınlaşmış, telefonu ona geri qaytarıb evin həyətinə daxil olduqda Təqsirləndirilən şəxs da onların ardınca yenidən həyətə daxil olaraq əvvəl onun üzərinə hücum edərək ayağı ilə onun ayaq nahiyəsindən zərbə ilə vurmuş, zərbənin təsirindən o, dərhal yerə yıxılmış, bundan sonra Təqsirləndirilən şəxs onun bədəninin müxtəlif yerlərinə ayaq zərbələri ilə xəsarət yetirməyə davam etmişdir. Onun yerə yıxıldığını və Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyini anası Zərərçəkmiş şəxs gördükdə cəld şəkildə ona doğru yaxınlaşaraq Təqsirləndirilən şəxs mane olmağa çalışmış, lakin sonuncu həmin vaxt anası Zərərçəkmiş şəxs itələyərək əvvəl təpiklə anası Zərərçəkmiş şəxs ayaq nahiyyəsinə, daha sonra isə sifət nahiyəsinə bir-birinin ardınca bir neçə yumruq zərbələri endirərək xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs xəsarət yetirərək döyməsi təxminən 10 saniyə davam etdi. Həmin vaxt ətrafda bizdən başqa hər hansı bir şəxs olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadıqları evi tərk etmişdir. Təqsirləndirilən şəxs tərəfindən yumruqla anası Zərərçəkmiş şəxs sol qaş, göz və burun nahiyəsindən fiziki xəsarətlər yetirilmişdir. Bundan sonra qohumlarının avtomobili ilə Tovuz RPŞ-yə, daha sonra isə Tovuz RMX-ya getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, hazırda Tovuz rayonu Əyyublu kəndində daimi pasport qeydiyyatında olmaqla həmin kənddə yaşayır. Hər hansı bir yerdə işləmir. Zərərçəkmiş şəxs tanıyır. Belə ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi, eyni zamanda qonşusudur. Təqsirləndirilən şəxs da tanıyır. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qızı Gülnarın keçmiş əridir. Bildiyi qədər Təqsirləndirilən şəxs və Şahid1 rəsmi olaraq bir-birlərindən ayrılmışlar. Rəsmi olaraq ayrılmalarına baxmayaraq, Təqsirləndirilən şəxs mütəmadi olaraq Zərərçəkmiş şəxs və sonuncunun ailə üzvlərinin yaşadığı evə gələrək keçmiş arvadı Gülnar və sonuncunun ailə üzvləri ilə münaqişə yaradır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində o, yaşadığı evin bağında işləyərkən küçədə səs-küy eşitmiş və nə baş verdiyini aydınlaşdırmaq məqsədilə küçəyə çıxmışdır. O, küçəyə çıxdıqda artıq Təqsirləndirilən şəxs və qonşusu Zərərçəkmiş şəxs və sonuncunun qızı Gülnar arasında münaqişə başa çatmışdır. Eyni zamanda arvadı Şahid3 və həmkəndlisi Şahid4 də küçədə olmuşlar. Həmin vaxt Zərərçəkmiş şəxs üz nahiyəsi qan içərisində olmuş və ətrafda olan insanlar sonuncuya kömək etməyə çalışmışlar. Bundan sonra Zərərçəkmiş şəxs və ailə üzvləri sonuncunun qohumu Vasif adlı şəxsin avtomobili ilə xəstəxanaya getmişlər. Şahid4lə o, baş vermiş hadisə barədə danışarkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə həmin əraziyə, yəni Zərərçəkmiş şəxs və ailə üzvlərinin yaşadığı evin qarşısına gəlmiş və idarə etdiyi avtomobili dayandıraraq avtomobildən düşmüşdür. Təqsirləndirilən şəxs avtomobildən düşüb evin giriş qapısına doğru yaxınlaşmış və qapının bağlı olduğunu gördükdə geri çəkilərək anidən zərbə ilə evin giriş qapısına bir-birinin ardınca təpiklə zərbələr endirməyə başlamışdır. O, həmin vaxt Təqsirləndirilən şəxs əlində bir ədəd bıçaq görmüşdür. Daha sonra o, yaşadığı evə daxil olmuş və bundan sonra baş verən hadisələr barədə hər hansı bir məlumatı olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən qonşusu Zərərçəkmiş şəxs xəsarətlər yetirilərkən ətrafda həmin hadisənin dəqiq təfərrüatlarını görə biləcək şəxslərdən orada arvadı Şahid3, Zərərçəkmiş şəxs qızı Gülnar və həmkəndlisi Şahid4 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, hazırda Tovuz rayonu Əyyublu kəndində daimi pasport qeydiyyatında olmaqla həmin kənddə yaşayır. Rəsmi olaraq Tovuz rayonu Əyyublu kəndi Rövşən Alıyev adına tam orta məktəbdə müəllimə işləyir. Zərərçəkmiş şəxs tanıyır. Belə ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi, eyni zamanda qonşusudur. O, həmçinin Təqsirləndirilən şəxs da tanıyır. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qızı Gülnarın keçmiş əridir. Onun bildiyi qədər Təqsirləndirilən şəxs və Şahid1 rəsmi olaraq ayrılmışlar. Rəsmi olaraq ayrılmalarına baxmayaraq, Təqsirləndirilən şəxs mütəmadi olaraq Zərərçəkmiş şəxs və sonuncunun ailə üzvlərinin yaşadığı evə gələrək keçmiş arvadı Gülnar və sonuncunun ailə üzvləri ilə münaqişə yaradır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində o, yaşadığı evdə olarkən küçədə səs-küy eşitmiş və nə baş verdiyini aydınlaşdırmaq məqsədilə küçəyə çıxmışdır. Həmin vaxt küçədə Zərərçəkmiş şəxs və sonuncunun qızı Gülnarın Təqsirləndirilən şəxs yaxalaşaraq münaqişə etdiklərini, həmçinin sonuncudan mobil telefonu geri qaytarmasını tələb etdiklərini görmüşdür. O, həmin şəxslərin münaqişə etdiyini gördükdə həmin şəxslərə doğru yaxınlaşmış və Təqsirləndirilən şəxs Raisə və qızı Gülnarın istəyinə uyğun mobil telefonu verməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs mobil telefonu Zərərçəkmiş şəxs geri qaytarmışdır. Daha sonra Zərərçəkmiş şəxs və sonuncunun qızı Gülnar Təqsirləndirilən şəxs barəsində əsəbi halda nalayiq ifadələr işlədərək evin həyətinə daxil olmuşlar. Bu zaman Təqsirləndirilən şəxs geri qayıdaraq Raisənin və Gülnarın arxası ilə həyətə daxil olmuşdur. O da Təqsirləndirilən şəxs arxası ilə gedərək evin həyətinə daxil olmaq istədikdə Gülnarın yerə yıxıldığını görmüş və qapını örtüb geri qayıtmışdır. Bir neçə saniyə sonra Təqsirləndirilən şəxs evin həyətindən küçəyə çıxmış və avtomobilinə əyləşərək uzaqlaşmışdır. Bundan sonra o, evin həyətinə daxil olmuş və qonşusu Zərərçəkmiş şəxs üz nahiyəsinin qan içərisində olduğunu görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs və sonuncunun qızı Gülnara Təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirilmişdir. O, həmin vaxt küçədə olduğundan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və sonuncunun qızı Gülnara necə xəsarət yetirməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, hazırda Tovuz rayonu Əyyublu kəndində daimi pasport qeydiyyatında olmaqla həmin kənddə yaşayır. Rəsmi olaraq Tovuz RPŞ-də məsul növbətçi vəzifəsində çalışır. Zərərçəkmiş şəxs tanıyır. Belə ki, Zərərçəkmiş şəxs oğlu İsrafil ilə yaxın dostluq münasibətləri vardır. Eyni zamanda Təqsirləndirilən şəxs da tanıyır. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qızı Gülnarın keçmiş əridir. Təqsirləndirilən şəxs və Şahid1 rəsmi olaraq bir-birlərindən ayrılmışlar. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində dostu İsrafil onun mobil telefonuna zəng edərək ondan yaşadıqları evə getməsini xahiş etmiş, o, İsrafildən nə baş verdiyini soruşduqda sonuncu ona Təqsirləndirilən şəxs ailə üzvlərini narahat etdiyini və münaqişə yarandığını bildirmişdir. İsrafil həmin vaxt Bakı şəhərində olduğu üçün ondan yaşadığı evə getməsini xahiş etmişdir. O, dərhal özünə məxsus avtomobil ilə dostu İsrafilin yaşadığı evə doğru hərəkət etmişdir. O, yolboyu eyni zamanda istifadəsində olan mobil telefonla Tovuz RPŞ-nin Qovlar polis bölməsindən aidiyyəti polis əməkdaşlarının da dostu İsrafilin yaşadığı evə dəvət etmişdir. Bir neçə dəqiqə sonra dostu İsrafilin ailə üzvlərinin yaşadığı evə çatmış, bundan sonra avtomobildən düşdükdə Təqsirləndirilən şəxs orada olmamış, eyni zamanda dostu İsrafilin ailə üzvlərinin yaşadığı evin giriş qapısı bağlı olmuşdur. Həmin vaxt ətrafda olan tanımadığı bir uşaq İsrafilin ailə üzvlərinin yaşadıqları evdə olmadığını bildirmişdir. O, həmin vaxt istifadəsində olan mobil telefonla dostu İsrafilin anası Zərərçəkmiş şəxs zəng etmiş, o, Zərərçəkmiş şəxs ilə telefonla danışan zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə həmin əraziyə, yəni İsrafilin ailə üzvlərinin yaşadığı evin qarşısına gəlmiş və idarə etdiyi avtomobili dayandıraraq avtomobildən düşmüşdür. Təqsirləndirilən şəxs avtomobildən düşüb evin giriş qapısına doğru yaxınlaşmış və qapının bağlı olduğunu gördükdə geri çəkilərək anidən zərbə ilə evin giriş qapısına bir-birinin ardınca təpiklə zərbələr endirməyə başlamışdır. O, həmin vaxt ona doğru yaxınlaşmış və Təqsirləndirilən şəxs əlində 1 (bir) ədəd bıçağın olduğunu görmüşdür. Bundan sonra o, Təqsirləndirilən şəxs əlində tutduğu bıçağı almaq məqəsilə sonuncuya yaxınlaşmış, Təqsirləndirilən şəxs həmin vaxt əlində tutduğu bıçağı ona verməyərək idarə etdiyi avtomobilin sükanı arxasına əyləşmiş, o, həmin vaxt dərhal Samirə yaxınlaşaraq bir əli ilə sonuncunun sinə nahiyyəsindən oturacağa doğru sıxaraq digər əli ilə əlindəki bıçağı almağa çalışmış və Təqsirləndirilən şəxs müvaqimətinə baxmayaraq sonuncunun əlindəki bıçağı əlindən almağa müvəffəq olmuşdur, lakin bıçağı aldıqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili işə salaraq həmin yerdən uzaqlaşıb getmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin 27 fevral 2023-cü il tarixli, 117 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - burun nahiyəsinin burun sümüyünün minimal yerdəyişmiş sınığı və burun tənəffüsünün davamlı pozulması ilə müşayiət edilən qançır-şişkinliyi, sol qaş-burun nahiyəsinin və sol əng nahiyəsinin əzilmiş-cırılmış yaraları, sağ hər iki göz qapaqlarının və sağ gözaltı nahiyənin, sol hər iki göz qapaqlarının və sol gözaltı nahiyənin, sağ bazu nahiyəsinin qançırları, alın nahiyəsinin qançır-şişkinliyi küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə psixiatrik ekspertiza mərkəzi” publik hüquqi şəxsin 15 may 2023-cü il tarixli, 276 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kəskin polimorf pozuntudan sonrakı psixopatabənzər davranış XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) 23.0 xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs kəskin polimorf pozuntudan sonrakı psixopatabənzər davranış XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) 23.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik mülayim ifadəli olması səbəbindən o, hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı vəziyyətdə olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarında olan 102 saylı Mənzil-Kommunal İstismarı sahəsinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Videogörüntülərin qeydə alındığı diskə baxış keçirilməsi haqqında” 19 mart 2023-cü il tarixli protokoldan görünür ki, 26 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncunun qızı X2 gözü qarşısında yumruq və ayaq zərbələri ilə xəsarət yetirməklə sağlamlığına zərər vurmuşdur. Məhkəmə iclasında araşdırılmış sübutlarla və işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Ona görə də Təqsirləndirilən şəxs 26 fevral 2023-cü il tarixdə baş vermiş cinayət hadisəsində təqsirinin qismən olmasına dair ifadəsinə məhkəmə tənqidi yanaşaraq, onu qeyri-səmimi hesab etməklə, onun ifadəsini mötəbər sübut kimi qəbul etmir. Belə ki, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, üzləşdirmə protokolu, videodisklə və iş materialları ilə tamamilə təkzib olunur. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də o, məhkəməyə verildiyi maddə ilə təqsirli bilinməli və həmin maddənin sanksiya daxilində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İş materialları ilə təsdiqini tapır ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətmişdir. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü CM-nin 127.2.2-ci maddəsi ilə deyil, CMnin 127.1-ci maddəsi ilə təqsirli bilməsinə dair dəlillərinə münasibətdə onu qeyd edir ki, həqiqətən də onun əməli xüsusi amansızlıq kimi qiymətləndirilməlidir. Belə ki, video çəkilişin əks edildiyi DVD-R formatlı diskə baxış keçirilərkən də müəyyən edilir ki, Təqsirləndirilən şəxs davranışları qarşısındakı şəxsi incitmək,sanki əzab vermək və amansız rəftarla müşayət edilir. Samir qaynanasının öz evində repetitorluqla məşğul olmaqla həmin evdə az yaşlı uşaqların dərs keçməsini qabaqcadan bilmiş və uşaqların gözləri önündə Gülnarı və qaynanasını incitməklə onlarda utanc hissi yaratmışdır. Bu kimi hallar amansız rəftarı özündə ehtiva edir. Belə ki, pedoqoji fəaliyyətlə məşğul olan müəllimin şəxsiyyətinin ələ salınması xüsusi amansızlığın əlamətləri kimi nəzərə alınan hal kimi səciyyələndirilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayətprosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 127.2.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində bir nəfər uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmasına zərurət olmadığı qənaətinə gəlir və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Təqsirləndirilən şəxs uşağına bağlı olmaqla valideynlik hüquqlarının həyata keçirməsi üçün mücadilə edir, hazırda da keçmiş arvadı ilə barışaraq ailə münasibətlərini bərpa etmək istəyir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs uşağı ilə ünsiyyət hüququnun təmin edilməsinə dair məhkəmə qətnaməsi mövcuddur və o məhz uşağı ilə ünsiyyətdə olduqdan sonra uşağını anasının yanına, yəni keçmiş qaynanası gilə aparan zaman mübahisə başlamışdır. Bu da onu deməyə əsas verir ki, Samir barədə azadlıqdan məhrum etmə ilə bağlı cəzanın təyin edilməsi uşağın da mənafeyinə uyğun deyildir. Yəni, uşaq atadan ayrı yaşasa da, atanın uşaqla ünsiyyəti onlar arasında bağların qırılmasına əngəl yaradır. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərci yoxdur. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-90/2023
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-90/2023
17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver