Məhkəmə qərarları › İş №1(062)-91/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-91/2023

14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-91/2023 14.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Tovuz rayonu Düz Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, evli, himayəsində 3 (üç) nəfər azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Düz Cırdaxan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq ələ keçirtmək məqsədi və tamah niyyəti ilə 2023-cü ilin mart ayının birinci ongünlüyünün əvvəllərində saat 15 radələrində Tovuz rayonu Düz Cırdaxan kəndinin ərazisində yerləşən, Tovuz şəhəri E.Quliyev küçəsi ev 52-də qeydiyyatda olmaqla Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal qəsəbəsi kənar dairəvi yol 20 A-da yaşayan Zərərçəkmiş şəxs məxsus 9 saylı şərab emalı məntəqəsinə məntəqənin giriş qapısından qanunsuz olaraq daxil olub oradan sonuncuya məxsus 2500 manat dəyərində 1 ədəd diametri 2,7 metr, uzunluğu 3 metr, dəmirinin qalınlığı 0,5 mm olan 15 ton tutumu olan işlənmiş vəziyyətdə olan, heç bir sınığı zədəsi olmayan dəmir çəni cəmi 2500 (iki min beş yüz) manat dəyərində əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirtmək məqsədi və tamah niyyəti ilə 2023-cü ilin mart ayının birinci ongünlüyünün sonlarında saat 15 radələrində Tovuz rayonu Düz Cırdaxan kəndinin ərazisində yerləşən, Tovuz şəhəri E.Quliyev küçəsi ev 52-də qeydiyyatda olmaqla Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal qəsəbəsi kənar dairəvi yol 20 A-da yaşayan Zərərçəkmiş şəxs məxsus 9 saylı şərab emalı məntəqəsinə məntəqənin giriş qapısından qanunsuz olaraq daxil olub oradan sonuncuya məxsus 2500 manat dəyərində 1 ədəd diametri 2,7 metr, uzunluğu 3 metr, dəmirinin qalınlığı 0,5 mm olan 15 ton tutumu olan işlənmiş vəziyyətdə olan, heç bir sınığı zədəsi olmayan dəmir çəni cəmi 2500 (iki min beş yüz) manat dəyərində əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirtmək məqsədi və tamah niyyəti ilə 2023-cü ilin mart ayının ikinci ongünlüyünün əvvəllərində saat 15 radələrində Tovuz rayonu Düz Cırdaxan kəndinin ərazisində yerləşən, Tovuz şəhəri E.Quliyev küçəsi ev 52-də qeydiyyatda olmaqla Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal qəsəbəsi kənar dairəvi yol 20 A-da yaşayan Zərərçəkmiş şəxs məxsus 9 saylı şərab emalı məntəqəsinə məntəqənin giriş qapısından qanunsuz olaraq daxil olub oradan sonuncuya məxsus 2500 manat dəyərində 1 ədəd diametri 2,7 metr, uzunluğu 3 metr, dəmirinin qalınlığı 0,5 mm olan 15 ton tutumu olan işlənmiş vəziyyətdə olan, heç bir sınığı zədəsi olmayan dəmir çəni cəmi 2500 (iki min beş yüz) manat dəyərində əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirtmək məqsədi və tamah niyyəti ilə 2023-cü ilin mart ayının ikinci ongünlüyünün ortalarında saat 15 radələrində Tovuz rayonu Düz Cırdaxan kəndinin ərazisində yerləşən, Tovuz şəhəri E.Quliyev küçəsi ev 52-də qeydiyyatda olmaqla Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal qəsəbəsi kənar dairəvi yol 20 A-da yaşayan Zərərçəkmiş şəxs məxsus 9 saylı şərab emalı məntəqəsinə məntəqənin giriş qapısından qanunsuz olaraq daxil olub oradan sonuncuya məxsus 2500 manat dəyərində 1 ədəd diametri 2,7 metr, uzunluğu 3 metr, dəmirinin qalınlığı 0,5 mm olan 15 ton tutumu olan işlənmiş vəziyyətdə olan, heç bir sınığı zədəsi olmayan dəmir çəni cəmi 2500 (iki min beş yüz) manat dəyərində əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirtmək məqsədi və tamah niyyəti ilə 2023-cü ilin mart ayının üçüncü ongünlüyündə saat 15 radələrində Tovuz rayonu Düz Cırdaxan kəndinin ərazisində yerləşən, Tovuz şəhəri E.Quliyev küçəsi ev 52-də qeydiyyatda olmaqla Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal qəsəbəsi kənar dairəvi yol 20 A-da yaşayan Zərərçəkmiş şəxs məxsus 9 saylı şərab emalı məntəqəsinə məntəqənin giriş qapısından qanunsuz olaraq daxil olub oradan sonuncuya məxsus 2500 manat dəyərində 1 ədəd diametri 2,7 metr, uzunluğu 3 metr, dəmirinin qalınlığı 0,5 mm olan 15 ton tutumu olan işlənmiş vəziyyətdə olan, heç bir sınığı zədəsi olmayan dəmir çəni cəmi 2500 (iki min beş yüz) manat dəyərində əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirtmək məqsədi və tamah niyyəti ilə 2023-cü ilin mart ayının sonlarında saat 13 radələrində Tovuz rayonu Düz Cırdaxan kəndinin ərazisində yerləşən, Tovuz şəhəri E.Quliyev küçəsi ev 52-də qeydiyyatda olmaqla Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal qəsəbəsi kənar dairəvi yol 20 A-da yaşayan Zərərçəkmiş şəxs məxsus 9 saylı şərab emalı məntəqəsinə məntəqənin giriş qapısından qanunsuz olaraq daxil olub oradan sonuncuya məxsus 875 (səkkiz yüz yetmiş beş) manat dəyərində 1 ədəd diametri 2,7 metr, uzunluğu 3 metr, dəmirinin qalınlığı 0,5 mm olan 15 ton tutumu olan işlənmiş vəziyyətdə olan, gövdəsinin yarı hissəsi çürümüş vəziyyətdə olan dəmir çəni cəmi 875 (səkkiz yüz yetmiş beş) manat dəyərində əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə ümumilikdə 875 (səkkiz yüz yetmiş beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, hal-hazırda Tovuz rayonu Düz Cırdaxan kəndində yaşayır, heç bir yerdə işləmir. Tovuz şəhər sakini Zərərçəkmiş şəxs tanıyır, onun Zərərçəkmiş şəxs ilə uzaq qohumluq əlaqələri var, həmçinin heç bir ədavətləri və düşmənçilikləri olmamışdır. Onun Rəşad ilə sözügedən hadisə baş verənə kimi yaxşı münasibəti olmuşdur. Zərərçəkmiş şəxs onun yaşadığı evin yaxınlığında yerləşən 9 saylı Şərab Emalı məntəqəsini özəlləşdirib öz adına sənədləşdirmişdir. O, həmin 9 saylı Şərab emalı məntəqəsinin Zərərçəkmiş şəxs məxsus olduğunu bilmişdir. Həmin 9 saylı Şərab Emalı məntəqəsi uzun müddətdir ki, fəaliyyət göstərmir. X12 məntəqəsinin həyətində çoxlu sayda müxtəlif tonnajlı dəmir çənlər olmuşdur. Həmin çənlər uzun müddətdir ki, işləməmiş və yağışın-suyun altında çürümüşlər. Həmin çənlərin bir çoxu çürümüş yararsız hala düşmüş vəziyyətdədirlər. Həmin məntəqənin gözətçisi, nəzarətçisi yoxdur, uzun müddətdir ki, həmin məntəqəyə heç kim nəzarət etmir. Onun pula ehtiyyacı olmuş, buna görə də qərara gəlmişdir ki, həmin çənlərdən birini satsın, pul əldə etsin, borcunu versin. Bu məqsədlə o, 2023-cü ilin mart ayının əvvəllərində dəmir alqı-satqısı ilə məşğul olan Tovuz şəhər sakini Yaşar adlı tanışı ilə görüşüb sonuncuya demişdir ki, onda 15 tonluq dəmir çən var, həmin çəni satır. Yaşar çənin formasını ondan soruşmuş, o da X12 məntəqəsinin həyətində gördüyü 15 tonluq çənin formasını Yaşara bildirmişdir. Yaşar ona demişdir ki, həmin çəni 1000 manata ala bilər. O, Yaşarla razılaşmış və Yaşara demişdir ki, “çən məndədir, gətirə bilərəm”. Yaşar ona demişdir ki, “çəni gətir mənim seximə düşürt”. O, Tovuz şəhərində yaşayan tanışı evakuator sürücüsü Fizuliyə zəng vurub demişdir ki, “mənim çənim var həmin çəni Yaşara satmışam evakuatorla gəl həmin çəni aparaq Yaşara verək". O, Yaşara zəng vurub demişdir ki, “Fizulinin evakuatoru ilə çəni gətirirəm, maşının pulunu sən verərsən”. Yaşar onunla razılaşmışdır. O, Fizuliyə demişdir ki, “bizim evin yanındakı şərab emalı məntəqəsinin yanına gəl”. Təxminən mart ayının əvvəllərində gündüz saat təxminən 14 radələrində Fizuli idarə etdiyi evakuatorla şərab emalı məntəqəsinin qarşısına gəlmişdir. O, Fizuliyə demişdir ki, “evakuatoru məntəqənin içərisinə sür çəni oradan maşına yükləyək”. Fizuli avtomobili məntəqənin içərisinə sürmüş, məntəqənin içərisində olan onun göstərdiyi bir ədəd 15 tonluq dəmir çəni evakuatorun üstünə qaldırmış, sonra o da Fizulinin maşınına minmişdir. O, Yaşara zəng vurub demişdir ki, “çəni gətirirəm”. Yaşar ona demişdir ki, “sexə gətirin”. O, Yaşara demişdir “mənim işim var tələsirəm, gəl stadionun yanında təhfil götür”. Bundan sonra o, Fizulinin evakuatoru ilə Tovuz şəhər stadionunun yanına getmiş, orada həmin 9 saylı şərab emalı məntəqəsinin həyətindən götürüb Fizulinin idarə etdiyi evakuatora yüklədiyi 15 ton tutumu olan dəmir çəni Yaşara təhfil verib Yaşardan 1000 manat pulu almış və sonra çıxıb getmişdir. Həmin Yaşardan aldığı pulu öz ehtiyyaclarına xərcləmişdir. Bundan 3-4 gün sonra yenə pula ehtiyyacı olduğu üçün o, yenə həmin çənlərdən birini də satmaq qərarına gəlmişdir. Bu məqsədlə Tovuz rayonu Azaflı kəndində dəmir tullantıları qəbul edən “Şaka” ləqəbli Şahid1 zəng vurub demişdir ki, “məndə 15 tonluq dəmir çən var, satıram”. Dilqəm həmin çənin harada olduğunu soruşanda o, Dilqəmə demişdir ki, “Düz Cırdaxan kəndinə gəl səni gözləyirəm”. X10 kəndinə gəlmiş və o, sonuncuya məntəqəyə aparmış, orada Şaka çənlərdən birini seçib həmin çənin qiymətini soruşmuş, o da həmin çəni 1200 manata demişdir. Lakin Dilqəm onunla razılaşmamış, həmin çənə 1000 manat verə biləcəyini bildirmişdir. O, Dilqəmlə razılaşmış və bundan sonra Tovuz rayonu Düz Cırdaxan kəndində yaşayan Rasim adlı evakuator sürücüsünü çağırmış və Rasimə demişdir ki, “bu çəni Azaflı kəndinə aparmaq lazımdır”. Rasim ondan yol pulu olaraq 60 manat pul istəmiş, o da sonuncu ilə razılaşıb demişdir ki, “gəl çəni aparaq”. 2023-cü ilin birinci ongünlüyünün ortalarında saat 15 radələrində Rasim məntəqəyə gəlmiş və o, məntəqənin həyətindəki çəni Rasimə göstərib demişdir ki, “bu çəni maşına yüklə”. Rasim onun göstərdiyi çəni evakuatora yükləmiş, o da evakuatora minmiş və birlikdə Tovuz rayonu Azaflı kəndinə Şaka kimi tanıdığı Şahid1 həmin kənddə dəmir alqısatqısı ilə məşğul olduğu məntəqəyə aparmışdır. Onlar orada həmin 15 ton tutumu olan dəmir çəni düşürmüşlər. O, Dilqəmdən 1000 manat pul almış, Rasimə yol haqqı olaraq 60 manat pul vermiş, qalan pulu öz ehtiyyaclarına xərcləmişdir. Həmin çəni satdığı gündən bir neçə gün sonra təxminən 2023-cü ilin mart ayının ikinci ongünlüyünün əvvəllərində yenə pula ehtiyyacı olduğundan o, yenə Dilqəmə zəng vurub demişdir ki, “çənin birinidə satıram”. Dilqəm həmin çəni almaq istədiyini bildirmiş, o da yenə Rasim adlı evakuator sürücüsünə zəng vurmuş və Rasimə demişdir ki, “həmin çənlərdən birini də Azaflı kəndinə aparmaq lazımdır, gəl həmin çəni Azaflı kəndinə apar”. Həmin günü saat 15 radələrində Rasim evakuator maşını ilə gəlmiş və onun göstərdiyi çəni məntəqənin həyətindən evakuatora yükləmişdir. Sonra o da Rasimin maşınına minmişdir. Onlar çəni Azaflı kəndinə aparıb Şahid1 dəmir tullantıları qəbul etdiyi məntəqəyə düşürmüşlər. O, həmin çənə görə Dilqəmdən 1000 manat pul almış, Dilqəm yol pulu olaraq Rasimə 60 manat pul vermişdir. Bundan təxminən 4-5 gün sonra, təxminən mart ayının ikinci ongünlüyünün ortalarında yenə pula ehtiyyacı olduğu üçün həmin çənlərdən birini də satmaq qərarına gəlmişdir. Bu məqsədlə Düz Cırdaxan kəndində dəmir tullantıları qəbul edən Seymura zəng vurub demişdir ki, “məndə 15 tonluq dəmir çən var satıram, almaq istəyirsənmi?”. Seymur çənin harada olmasını soruşanda o, Seymura demişdir ki, “bizim evin yanındakı şərab emalı məntəqəsinin qarşısına gəl, səni gözləyirəm”. Onlar danışandan bir az keçmiş Seymur gəlmiş və o, məntəqənin həyətindəki çənləri göstərib demişdir ki, “bu çənlərin hamısı mənimdir, birini satıram”. Seymur çənlərə baxıb demişdir ki, “neçəyə verirsən?”. O da demişdir ki, “1000 manat satıram”. Seymur onunla razılaşmışdır. Seymur həmçinin ona demişdir ki, “çəni məntəqəyə göndər, yol pulunu özüm verəcəm”. O, yenə Rasimə zəng vurub çağırmış, Rasim gələndə həmin çənlərdən birini göstərib demişdir ki, “bu çəni apar Seymurun məntəqəsinə düşürt, yol pulunu Seymur özü verəcək”. Rasim 2023-cü ilin mart ayının ikinci ongünlüyünün ortalarında gündüz saat 14 radələrində çənlərdən birini evakuatorun üstünə yükləyib çıxıb getmişdir. O, həmin çəni Seymura verdiyi gündən bir neçə gün sonra Seymura zəng vurub pulu istəyəndə Seymur ona demişdir ki, “hazırlayıb sənə zəng vuracam”. Aradan bir az keçəndən sonra Seymur ona zəng vurub demişdir ki, “pul hazırdır, gəl apar”. O, Düz Cırdaxan kəndinə gedib orada Seymurun dəmir tullantıları qəbul etdiyi məntəqənin qarşısında Seymurla görüşmüşdür. Seymur ona 1000 manat pul vermiş və o da pulu alıb yenə öz ehtiyyaclarına xərcləmişdir. Bundan 3-4 gün sonra təxminən mart ayının üçüncü ongünlüyünün əvvəllərində yenə pula ehtiyyacı olduğu üçün çənlərdən birini də satmaq qərarına gəlmişdir. O, Seymura zəng vurub demişdir ki, çənlərdən birini də satır. Həmin günü Seymur ona zəng vurub demişdir ki, “bir nəfər çəni almaq istəyən var”. O, Seymurun dəmir tullantıları məntəqəsinin qarşısına getmişdir. Orada bir nəfər tanımadığı adamı Seymur ona göstərib demişdir ki, “bu çəni almaq istəyir”. Həmin adam çənə baxmadan ona demişdir ki, “çəni alıram”. O, həmin şəxslə çənin bir ədədini 1000 manata razılaşmışdır. Həmin adam çıxarıb bəri başdan çənin pulunu, yəni, 1000 manatı ona vermiş və ona demişdir ki, “çəni Seymurun dəmir tullantıları qəbul etdiyi məntəqənin qarşısına göndər, maşının pulunu mən verəcəm”. O, mart ayının üçüncü ongünlüyünün əvvəllərində gündüz saat 14 radələrində yenə Rasimə zəng vurub demişdir ki, “çənlərdən birinidə Seymurun məntəqəsinin qarşısına aparmaq lazımdır, gəl çənin birini də apar Seymurun məntəqəsinin qarşısına düşürt, yol pulunu onlar verəcəklər”. O, zəng vurandan biraz sonra Rasim gəlmiş və o, göstərdiyi çənlərdən birini evakuatora yükləyib aparmışdır. O, həmin çəni satdığı şəxsi tanımır, həmin şəxsin adını və soyadını da bilmir. Həmin şəxs özü ona demişdir ki, Ağsatafa rayonunda yaşayır. Ona elə gəlir ki, həmin şəxs Seymurun tanışı olmuşdur. Bundan bir neçə gün sonra Tovuz şəhərində yaşayan Yağmur ona zəng vurub demişdir ki, “səndə çən varmı?”. O da demişdir ki, “çən yoxdur, satmışam”. Həmin gündən bir neçə gün sonra 2023-cü ilin mart ayının sonlarında yenə ona pul lazım olduğu üçün çənlərdən birini də satmaq qərarına gəlmişdir. Bu məqsədlə Tovuz şəhərində yaşayan Yaşarın oğlu Yağmura zəng vurub demişdir ki, “bir dənə çəni satıram”. Yağmur soruşmuşdur ki, “neçəyə verirsən?”. O da demişdir ki, 1000 manata satır. Yağmur ona demişdir ki, “mənə çörək pulu ver”. O da demişdir ki, “950 manat verərsən”. Yağmur da onunla razılaşmışdır. Həmin günü saat 13 radələrində o, Rasimə zəng vurub demişdir ki, “çənlərdən birini də satmışam, həmin çəni yükləyib Asan Xidmətin qarşısına aparmaq lazımdır”. Rasim 2023-cü ilin mart ayının sonlarında saat 14 radələrində evakuator maşını ilə gəlmiş və həmin məntəqədəki çənlərdən birini evakuatora yükləmişdir. O, Rasiminin evakuator maşınına minmiş və Asan Xidmət mərkəzinin qarşısına getmişlər. Orada Yağmurla görüşmüş və Yağmur ona 500 manat vermiş və demişdir ki, “qalan pulu da verəcəm”. O, 500 manat pulu Yağmurdan alıb maşından düşüb geri qayıtmışdır. Yağmur da Rasimin maşını ilə çəni aparmış və o, Rasimə demişdir ki, yol pulunu Yağmur verəcək, çünki belə danışmışlar ki, yol pulunu Yağmur özü versin. Yağmur çəni aparıb gedəndən təxminən bir saat sonra ona zəng vurub demişdir ki, “çən çürükdür, qaytarıram”. O da Yağmura demişdir ki, “qaytar gətir pulunu qaytarım”. Sonra Yağmur ona demişdir ki, “metalloma verəcəm”. O da demişdir ki, versin. O, həmin 9 saylı şərab emalı zavodunun həyətinə qanunsuz daxil olub oradan cəmi 6 ədəd hər birinin 15 ton tutumu olan dəmir çənləri oğurlayıb satmışdır. Çənləri satdığı şəxslərə demişdir ki, həmin çənlər özünə məxsusdur. Həmin şəxslərə çənlərin oğurluq olmasını bildirməmişdir. Evakuator sürücüləri Rasimə və Fizuliyə də həmin çənlərin oğurluq olmasını bildirməmişdir. Onlara da demişdir ki, öz çənləridir, pula ehtiyyacı olduğu üçün satır. O, həmin çənlərin hamısını 2023-cü ilin mart ayının əvvəlindən mart ayının sonuna qədər olan müddət ərzində hissə-hissə satmışdır. Onun həmin çənlərin hamısını satmaq məqsədi olmamışdır. Onun pula ehtiyyacı olanda həmin çənlərdən birini satıb pulunu ehtiyyaclarına xərcləmiş, sonra yenə pula ehtiyyacı olduğu üçün digərlərini oğurlayıb satmışdır. O, Zərərçəkmiş şəxs məxsus məntəqənin həyətindən cəmi 6 (altı) ədəd 15 ton tutumu olan çən oğurlamış və həmin çənləri yuxarıda adlarını göstərdiyi şəxslərə satmışdır. O, həmin məntəqədən 8 ədəd çən oğurlamamışdır. Həmin məntəqədə 7-8 ildir ki, yalnız 6 ədəd çən olduğunu görmüşdür. Hadisədən sonra zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı tam ödəməklə sonuncu ilə barışıq əldə etmişdir. Hazırda əməlindən peşman olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, halhazırda Tovuz şəhəri E.Quliyev küçəsi ev 52-də qeydiyyatda olmağına baxmayaraq, faktiki olaraq Bakı şəhəri Yasamal rayonu yeni Yasamal qəsəbəsi, kənar dairəvi yol 29A ünvanında yaşayır, sahibkardır. O, 27 fevral 2003-cü il tarixdə Tovuz rayonu Düz Cırdaxan kəndində yerləşən 9 saylı şərab emalı məntəqəsini qanunvericiliyə uyğun özəlləşdirərək sənədləşdirmişdir. Həmin mətəqəyə texniki pasport verilmişdir. xx.xx.2016-cı il tarixdə isə Daşınmaz Əmlakın Dövlət Reyestrindən öz adına çıxarış alımışdır. Həmin obyektin təyinatı hazırda əmlak kompleksi kimi müəssisədir. Torpaq sahəsinin ölçüsü 2.76386 kv.m, daşınmaz əmlakın ümumi sahəsi 25.1 kvadratmetrdir. Hazırda qeyd olunan sahədə sahikarlıq fəaliyyəti göstərilmir. Əvvəllər o, həmin məntəqəyə nəzarətçi qoymuşdur, sonradan həmin nəzarətçidə ölmüşdür, həmin vaxtdan həmin məntəqə nəzarətsiz qalmışdır. Sonuncu dəfə o, qeyd olunan həmin müəssisəyə 2015-ci ilin mart ayında getmişdir. Həmin vaxt müəssisənin həyətində səkkiz ədəd 15 tonluq dəmir çən olmuşdur. Həmin çənlər dəmir-qara metaldandır. Hər biri ayaqlıq şəklində yerə bərkidilmiş və içərisi boş olmuşdur. Oraya nəzarəti heç kəsə tapşırmamışdır. Yəni uzun illərdir ki, müəssisə nəzarətsizdir. Müəssisənin ətrafında fərdi yaşayış evləri var. Həmin evlərdən biri Nofəl və Pənah adlı şəxslərə məxsusdur. xx.xx.2023-cü il tarixdə ona məxsus olan müəssisəyə baxmaq üçün Tovuz rayonu Düz Cırdaxan kəndinə getmişdir. Müəssisənin həyətini gəzərkən orada olan 08 ədəd 15 tonluq dəmir çənlərin yerində olmadığını aşkar etmişdir. Həmin çənlərin yerləşdiyi sahəyə baxanda görmüşdür ki, 8 ədəd dəmir çənlər oğurlanıb, həmin çənlər dayaqlardan qoparılaraq oğurlanmışdır. Həmin çənlərin hər birinin 2000-2500 manat maddi dəyəri vardır. Oğurluq nəticəsində ona ümumilikdə 20000 (iyrimi min) manat dəyərində maddi ziyan dəymişdir. Ona məxsus Tovuz rayonu Düz Cırdaxan kəndində yerləşən keçmiş 9 saylı şərab emalı məntəqəsində olan 8 ədəd 15 tonluq dəmir çəni 2015-ci ildən xx.xx.2023-cü ilədək olan müddətdə oğurlamışdır. Sonradan ona məlum olmuşdur ki, ona məxsus məntəqədəki dəmir çənləri məntəqənin yaxınlığında yaşayan Təqsirləndirilən şəxs oğurlayıb müxtəlif şəxslərə satmışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən onun sonuncudan heç bir şikayət və tələbinin olmamasını bildirdi. Odur ki, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənmiş, hazırda onun sonuncudan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, hal-hazırda Тоvuz şəhəri E.Quliyev küçəsi ev 13-də yaşayır, evlidir, orta təhsillidir, fərdi əməklə məşğul olmaqla dəmir məmulatlarının alqı-satqısı ilə məşğul olur. Onun əsl adı Əbülfət olmasına baxmayaraq, hamı onu Yağmur kimi tanıyır. Tovuz rayonu Düz Cırdaxan kənd sakini Təqsirləndirilən şəxs tanıyır, onun İlkinlə heç bir qohumluq əlaqələri və ədavətləri olmamışdır. O, Təqsirləndirilən şəxs Tovuz rayon polis şöbəsinin əməkdaşı olduğunu bilmişdir. 26 mart 2023-cü il tarixdə günorta saat 13:30da İlkin ona zəng vurub demişdir ki, bir ədəd dəmir çəni var, həmin çəni satır. O, İlkindən soruşmuşdur ki, həmin çən neçə tonluqdur. İlkin də ona demişdir ki, 15 tonluq çəndir. O, İlkindən bir də soruşmuşdur ki, çənə harada baxa bilər. Təqsirləndirilən şəxs da ona demişdir ki, maşın bazarının yanındadır, orada baxa bilər. O, Tovuz rayonu Aşağı Quşçu kəndinin ərazisində yerləşən maşın bazarının yanına gedən vaxt Tovuz Asan Xidmət mərkəzinin qarşısında İlkinlə rastlaşmışdır. Orada İlkin ona demişdir ki, “maşın bazarının yanında evakuatordadır, get orada bax”. Təqsirləndirilən şəxs həmin çəni 900 manata satdığını bildirmişdir. O, İlkindən ayrılıb maşın bazarının yanına getmişdir. Orada Rasim adlı evakuator sürücüsü ilə görüşmüş və çənin evakuatorun üstündə olduğunu görmüşdür. O, çənə baxıb görmüşdür ki, çənin bir hissəsi çürümüş vəziyyətdədir. O, Rasimin telefonu ilə İlkinə zəng vurub demişdir ki, “bu çən çürükdür, mən bunu almıram”. İlkin əvvəlcə evakuatorun sürücüsü Rasimə demişdir ki, “apar Qartal şadlıq evinin yanındakı Seymurun məntəqəsinə düşürt”. Rasim İlkinə demişdir ki, “onların pulları yoxdur”. Rasim belə deyəndə İlkin Rasimə demişdir ki, “apar Hüseyinə ver”. İlkin belə deyəndə o, demişdir ki, “gəl aparaq Şəmkir rayonu Sabirkənd kəndindəki dəmir yığan məntəqəyə verək”. İlkində də ona demişdir ki, “sata bilirsən apar sat, Rasimin pulunu ver üstündə də 20-30 manat sənə qalsın”. Bundan sonra onlar Sabirkənd kəndinə getmişlər. Orada dəmir yığan məntəqədə çənə baxmışlar və çürük olduğu üçün çəni almamışlar. Onlar İlkinə zəng vurub demişlər ki, “burada da almırlar”. İlkin demişdir ki, “aparın X6 verin”. Bundan sonra Rasimlə o, həmin çəni gətirib Aşağı Quşçu kəndinin ərazisində yerləşən Hüseyinin dəmir yığılan məntəqəsinə getmişlər. Orada Hüseyin çəni çəkmiş və həmin çənə görə ona 580 manat pul vermişdir. O da həmin puldan 125 manatını Rasimə vermiş, öz maşınına da 10 manatlıq benzin tökmüşdür. X11 Xidmət mərkəzinin qarşısında görüşüb ona 400 manat pul vermiş, ona isə 30 manat pul qalmışdır. O, həmin çənin oğurluq olmasını bilməmiş, həmçinin xəbəri olmamış, həmin çənin oğurluq olduğunu bilsədi, həmin çəni satmazdı və dərhal polisə məlumat verərdi. Bundan əlavə 23 mart 2023-cü il tarixdə o, Tovuz rayonu Azaflı kənd sakini Şahid1 bir ədəd həmin Təqsirləndirilən şəxs ona satdığı həmin çənə oxşar eyni formalı 15 tonluq çəni 1300 manat almış, həmin çəni adını və ünvanını bilmədiyi təsadüfən tanış olduğu Şəmkir rayon sakininə 1400 manata satmışdır. Həmin şəxs 156 xidmətinin nömrəsini xatırlamadığı evakuatoru ilə gəlib həmin çəni götürüb aparmışdır. O, həmin çəni satdığı şəxslə telefonda tanış olmuş, həmin şəxsin adını, soyadını və yaşadığı ünvanı bilmir, ancaq bilmişdir ki, həmin şəxs Şəmkir rayonundandır. Həmin şəxsin telefon nömrəsini telefonunun yaddaşına qeyd etmədiyi üçün nömrəsini hazırda xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, hal-hazırda Тоvuz rayonu Cəlilli kəndində qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır, evlidir, fərdi əməklə məşğul olur, beləki dəmir məmulatlarının alqısatqısı ilə məşğul olur. Tovuz rayonu Düz Cırdaxan kəndində yaşayan Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir qohumluq əlaqəsi, ədavəti və düşmənçiliyi olmamışdır. Onu bir həmkəndlisi kimi tanıyır. 2023-cü ilin mart ayının ikinici ongünlüyündə Təqsirləndirilən şəxs ona zəng vurub demişdir ki, məndə dəmir çən var almaq istəyirsənsə gəl bax, o da ona demişdir ki, istəyən olur, istəyən olsa deyər. Onlar danışandan sonra bir nəfər məntəqəyə gəlib ondan 15 tonluq dəmir çən istəmiş, o da ona demişdir ki, var gətirdə bilər, səhər gəlsin. O, İlkinə zəng vurub demişdir ki, çənə baxmaq istəyir, İlkin ona demişdir ki, onların evin yanına gəlsin orada gözləyir. O, Tovuz rayonu Düz Cırdaxan kəndində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında İlkinlə görüşmüş, İlkin onu evlərinin yanında yerləşən Şərab Emalı zavodunun həyətinə aparmışdır. Orada təxminən 4-5 ədəd 15 tonluq dəmir çənlər olmuşdur. İlkin həmin çənləri ona göstərib demişdir ki, “bu çənlər mənimdi, zavodun sahibi bunları mənə pay verib məndə onlardan birini satıram”. O, həmin çənlərə baxmışdır, çənlərdən bir neçəsi çürümüş vəziyyətdə olmuşdur, iki ədədi yaxşı vəziyyətdə olmuşdur. O, həmin çənlərdən birinin yaxşı vəziyyətdə olduğunu görüb həmin çəni göstərib demişdir ki, bu çəni almaq istəyir. İlkin həmin çəni 1300 manata satdığını bildirəndə o, onunla razılaşmamışdır, ona demişdir ki, bu çənə 1000 manat verə bilər. İlkin onunla razılaşmışdır, o İlkinə demişdir ki, çəni göndər gəlib məntəqədən çənin pulunu götürərsən, İlkin ona demişdir ki, Rasimi göndər qoy gəlib aparsın. O, İlkinlə danışıb razılaşdığı günün səhəri Cəlilli kəndində yaşayan evakuator sürücüsü Rasimi çağırıb ona demişdir ki, “İlkindən çən almışam, həmin çəni zavoddan gətirmək lazımdı”. Rasim həmin çəni zavoddan onun işlədiyi məntəqəyə gətirmək üçün yol haqqı olaraq ondan 40 manat pul istəmişdir, o ona demişdir get çəni gətir sonra pulunu verəcəkdir. Həmin günü gündüz saatlarında o, İlkinə zəng vurub demişdir ki, Rasimin evakuatorunu göndərir çəni gətirsin, İlkin də ona demişdir ki, göndər. O, Rasimə deyəndən təxminən 40 dəqiqə sonra Rasim idarə etdiyi evakuatorun üstündə həmin o zavodun həyətində seçdiyi çəni gətirmiş, həmin çəni məntəqəyə onun göstərdiyi yerə düşürmüşdür. O da Rasimə yol haqqı olaraq 40 manat pul vermişdir, Rasim maşını sürüb çıxıb getmişdir. Həmin günü ondan çən istəyən şəxs məntəqənin qarşısına gəlib həmin çəni satı- satmadığını soruşmuşdur, o da ona demişdir ki, satır. Həmin şəxs demişdir ki, Qazax rayonunda yaşayır, ancaq o, onun adını soyadını yaşadığı ünvanı bilmir. O, həmin şəxslə çəni 1100 manata razılaşmışdır, həmin şəxs 1100 manat pulu ona verib çəni nömrəsini və markasını xatırlamadığı avtomobilin yük yerinə yükləyib çıxıb getmişdir. O, həmin çəndən cəmi 60 manat qazanc əldə etmişdir. O, həmin günü İlkinə zəng vurub demişdir ki, gəl pulunu apar, İlkin məntəqəyə gəlmiş o, 1000 manat pulu İlkinə vermişdir, İlkin pulu alıb çıxıb getmişdir. Həmin çəni alan şəxsin adını, soyadını, yaşadığı ünvanı bilmir, o ona demişdir ki, Qazax rayonunda yaşayır, ancaq o, onun Qazax rayonun hansı kəndində yaşadığını bilməmişdir. Bundan bir neçə gün sonra təsadüfən onun dəmir tullantıları qəbul etdiyi məntəqəyə gələn bir nəfər şəxs ondan soruşmuşdur ki, sizdə satlıq 15 tonluq dəmir çən olurmu? O, ona demişdir ki, “bir nəfərdə var idi, ondan soruşum görüm satırmı”. O, İlkinə zəng vurub demişdir ki, bir nəfər gəlib həmin çəndən axtarır, çəni satırsanmı. İlkin ona bildirmişdir ki, satır, o həmin şəxslə İlkini danışdırmışdır, onlar telefonda danışıb razılaşmışlar. Bundan sonra o, çıxıb öz işinin arxasınca getmişdir. O, həmin şəxsi tanımır, təsadüfən məntəqəyə gəlmişdir, o da onunla İlkini telefonda tanış etmişdir, bundan sonra həmin şəxsin İlkindən çəni alıb-almamasından xəbəri olmamışdır. O, həmin çənin oğurluq olmasını bilməmiş, xəbəri olmamışdır, bilsəydi həmin çəni almazdı və dərhal polisə məlumat verərdi. Bir daha bildirmişdir ki, İlkin onu inandırmışdır ki, həmin çənləri zavodun sahibi ona verib ona görə də o da ona inanıb ondan həmin çəni almışdır. Eyni zamanda İlkini uşaqlıq vaxtından tanıyır, onunla qonşu kənddə yaşayırlar, İlkin polis əməkdaşı olub, ona görə də inanmışdır ki, o yalan danışmaz. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, halhazırda Товуз şəhəri S.Vurğun küçəsi ev 10, mənzil 1-də qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır, evlidir, orta təhsillidir. "xxxx" MMC-də evakuator sürücüsü işləyir. Tovuz rayonu Düz Cırdaxan kənd sakini Təqsirləndirilən şəxs tanımışdır, onunla heç bir qohumluq əlaqəsi və ədavəti yoxdur. Təxminən 2023-cü ilin mart ayının əvvəllərində günorta saatlarında İlkin onun mobil telefonuna zəng vurub demişdir ki, onun 15 tonluq dəmir çəni var, həmin çəni Düz Cırdaxan kəndindən Tovuz şəhərinə aparmaq lazımdır. O, İlkindən soruşmuşdur ki, birdən problemli olar, sonuncu isə ona demişdir ki, “öz çənimdi, heç bir narahatçılıq yoxdur”. İlkin ona demişdir ki, həmin çəni moykaları üçün almışdır, indi moykanı satmışlar, pula ehtiyyacı var ona görə satır. O, İlkinə demişdir ki, yol haqqı olaraq 40 manat alacaq, İlkin onunla razılaşmışdır, ona demişdir ki, Düz Cırdaxan kəndinə onların evinin yanına getsin. O, idarə etdiyi “İSUZİ” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobillə 2023-cü ilin mart ayının əvvəllərində günorta saatlarında Tovuz rayonu Düz Cırdaxan kəndinə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişdir. İlkin evlərinin qarşısında onu gözləmişdir. İlkin ona demişdir ki, avtomobili evin yan tərəfinə həyətə sür, çən oradadır. O, avtomobili İlkinin yaşadığı evin sol tərəfinə sürmüşdür. Orada bir neçə çən olmuşdur, bir ədəd çən isə kənarda olmuşdur. İlkin həmin kənarda olan çəni ona göstərib demişdir ki, “həmin çən mənimdi, çəni moyka üçün almışdım, indidə moykanı satmışıq buna görə çəni satıram”. O, İlkinin göstərdiyi dəmir çəni maşının yük yerinə qaldırmışdır. Sonra İlkin də onun maşınına minmişdir. O, avtomobili sürmüş, Tovuz şəhərində mərkəzi stadionun yanında maşını saxlamışdır. İlkin kiməsə zəng vurmuşdur, aradan bir az keçəndən sonra Tovuz şəhər sakini Yaşar onların yanına gəlmişdir.Yaşarla İlkin öz aralarında söhbət etdikdən sonra İlkin çıxıb getmiş, Yaşar ona demişdir ki, maşını dəmiryolunun kənarına onun sexinin qarşısına sürsün. O, maşını sürüb Tovuz şəhərində Dəmiryolunun kənarında yerləşən Yaşarın dəmir tullantıları sexinin qarşısına getmişdir. Orada Yaşar sexin qarşısını göstərib demişdir ki, çəni oraya düşürt. O, Yaşarın göstərdiyi yerə çəni düşürtmüşdür, Yaşar ona yol haqqı olaraq 40 manat pul vermişdir. Bundan sonra maşını sürüb öz işinin arxasınca getmişdir. Həmin gündən təxminən 3-4 gün sonra İlkin yenə ona zəng vurmuşdur. Ona demişdir ki, “həmin çəndən birini də satmışam onu aparmaq lazımdır, lakin o, fikirləşmişdir ki, İlkin əvvəlcə ona demişdi ki, həmin çənin birini almışam, indi ikincisini də satır buna görə də onun hərəkətlərindən şübhələnmiş, ona demişdir ki, işi var gedə bilmir və getməmişdir. İlkin onu əmin etmişdir ki, həmin çən onundu, həmin çəni özlərinin moykasına almışlar moykanı satıblar. İndi özünün pula ehtiyyacı olduğu üçün satır. O, həmin çənin oğurluq olmasını bilməmiş, xəbəri olmamışdır. Bilsəydi həmin çəni aparmazdı və dərhal polisə məlumat verərdi. İlkin onu inandırmışdır ki, həmin çənlər ona məxsusdur, ona görə də İlkinə inanmışdır. Məhkəmə iclasında Şahid1 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, hal hazırda Тоvuz rayonu Azaflı kəndində qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır, evlidir, ali təhsillidir, Azaflı kənd tam orta məktəbində psixoloq müəllim vəzifəsində işləyir, eyni zamanda sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Tovuz rayonu Aşağı Quşçu kəndinin ərazisində onun tikinti materialları mağazası var və o, həmin mağazada tikinti materiallarının alqı-satqısı ilə məşğul olur. Həmin mağazanın Azaflı kəndində anbarı yerləşir. Həmin anbara o, aldığı müxtəlif tikinti materiallarını yığır. 14 mart 2023-cü il tarixdə Tovuz şəhərində yaşayan tanışı Tofiq adlı şəxs ona zəng vurub demişdir ki, “16 tonluq satlıq dəmir çənlər var, almaq istəyirsənmi?”. O, Tofiq adlı şəxsə demişdir ki, “malın keyfiyyətinə baxım, görüm çürüyü yoxdusa alaram”. Tofiq ona demişdir ki, “gəl gedək göstərim”. O, Tovuz şəhərinə gəlib Tovuz şəhərində Tofiqlə görüşmüşdür. Tofiq onun yanında İlkin adlı şəxsə zəng vurub demişdir ki, “çənə baxmağa gəlirik”. Bundan sonra onlar Tofiqlə birlikdə Tovuz rayonu Düz Cırdaxan kəndinə getmişlər. Orada əvvəllər tanımadığı İlkin adlı bir nəfərlə görüşmüşlər. İlkin onları öz evlərinə dəvət etmişdir. Onlar İlkinin yaşadığı evin həyətinə girmiş, həmin evin həyətində oturub söhbət etmişlər. Həmin evin həyətindən baxanda görünmüşdür ki, evin həyətinə girəndə sağ tərəf hissədə 5 ədəd dəmir çənlər var. İlkin həmin çənləri ona göstərib demişdir ki, həmin çənlərin hamısı özünə məxsusdur, çənlərdən birini satır. O, İlkindən çənin qiymətini soruşanda İlkin ona demişdir ki, çəni 1200 manata satır. Bundan sonra onlar küçəyə çıxıb evin yanında yerləşən darvazası açıq vəziyyətdə olan qarşısına zibil tökülmüş yerə getmişlər. Orada beş ədəd 15 tonluq dəmir çənlər olmuşdur. O, həmin çənlərə baxmış və onlardan üçü yaxşı, iki ədədi isə çürük vəziyyətdə olmuşlar. O, həmin çürüyü az olan bir ədəd çəni göstərib həmin çəni almaq istədiyini, lakin çənin 1200 manata dəymədiyini bildirmişdir. O, belə deyəndə Tofiq ona demişdir ki, “buradan mənə də pul düşəcək”. Lakin o, 1200 manata razılaşmayanda endirim etmişlər. Onlar çəni 1020 manata razılaşmışlar və əlavə olaraq bir çənə görə Tofiqə 90 manat pul verməli olmuşlar. O, həmin şəxslərlə razılaşmış və İlkinə demişdir ki, “gətirin mənim anbarıma qoyun, ondan sonra pulunu al”. Həmin gündən iki gün sonra yəni 16 mart 2023-cü il tarixdə gündüz saat 16 radələrində İlkin ona zəng vurub demişdir ki, “çəni gətirirəm”. O da demişdir ki, “gətir gözləyirəm”. İlkin üzdən tanıdığı Rasim adlı evakuator sürücüsü ilə birlikdə bir ədəd 15 tonluq çəni gətirib anbara düşürmüşdür. O, həmin çənə görə İlkinə 1020 manat pul vermiş, həmin şəxslər çəni düşürüb pulu alıb çıxıb getmişlər. 19 mart 2023-cü il tarixdə saat 9 radələrində İlkin ona zəng vurub demişdir ki, “çənin o birinidə satıram istəyirsən gətirim”. O da İlkinə demişdir ki, “gözləyirəm gətir gəl”. Aradan bir az keçəndən sonra İlkin yenə həmin Rasim adlı evakuator sürücüsü ilə bir ədəd çəni gətirmiş, anbara düşürmüş və o, İlkinə 1020 manat verəndə İlkin ona demişdir ki, “mənə əlavə 100 manat da ver”. O da əlavə olaraq İlkinə 100 manat da vermişdir. Bundan sonra o, Tofiqə əvvəlcə 90 manat, sonra isə 30 manat cəmi 120 manat pul vermişdir. O, həmin çənin bir ədədini Tovuz şəhərində yaşayan Yaşarın oğlu Yağmura 1300 manata satmış, o biri çən isə anbarda qalmışdır. Bundan bir neçə gün sonra Tovuz rayon polis şöbəsininm əməkdaşı onun yanına gəlib ondan çən alıb-almadığını soruşanda o, polis əməkdaşına İlkin adlı şəxsdən iki ədəd çən aldığını, həmin çənin bir ədədini Yağmura satdığını, o birinin isə hazırda anbarda olduğunu bildirmişdir. Həmin çənin biri hazırda anbardadır. O, həmin çəni istintaqa təqdim etmişdir. O, həmin çənlərin oğurluq olmasını bilməmiş və xəbəri olmamışdır. Oğurluq olduğunu bilsəymiş həmin çənləri almayacaqmış və bu barədə dərhal polisə məlumat verərmiş. İlkin ona demişdir ki, polis əməkdaşıdır, Ağstafa rayonunda işləyir. İlkin onu inandırmışdır ki, həmin çənlər özünə məxsusdur. O da İlkinə inanıb həmin çənləri İlkindən almışdır. Məhkəmə iclasında Şahid2 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, hal-hazırda Тоvuz şəhəri Aşağı Öysüzlü yaşayış ərazisində qeydiyyatdadır və faktiki olaraq Tovuz şəhəri E.Quliyev küçəsi ev 13-də yaşayır, evlidir, orta təhsillidir, fərdi əməklə məşğul olur. Belə ki, dəmir məmulatlarının alqısatqısı ilə məşğul olur. Tovuz rayonu Düz Cırdaxan kənd sakini Təqsirləndirilən şəxs tanıyır, onun Təqsirləndirilən şəxsla heç bir qohumluq əlaqələri və ədavətləri olmamış, İlkini bir polis əməkdaşı kimi tanımışdır. Təxminən mart ayının birinci ongünlüyündə İlkin onun mobil telefonuna zəng vurub demişdir ki, “məndə 18 tonluq dəmir çən var, həmin çəni satıram”. O da Təqsirləndirilən şəxs demişdir ki, “həmin çən zavodun çənidir, sənin çənin deyil”. Təqsirləndirilən şəxs da ona demişdir ki, “öz çənimizdir, atam almışdı atamın çənidi satıram”. O, İlkindən soruşmuşdur ki, çəni neçəyə verir. İlkin həmin çənin bir ədədini 1200 manata demişdir. Lakin o, razılaşmamış, sonradan isə 1000 manata razılaşmışlar. O, həmin çənə baxmamış, çünki həmin çənləri zavodun həyətində görmüş, həmin çənlərin hansı vəziyyətdə olmasını bilmişdir. Buna görədə o, həmin çəni 1000 manata almağa İlkinlə razılaşmış və demişdir ki, “çəni gətir mənim seximə düşürt pulunu al get”. O, İlkinə demişdir ki, çəni aparıb onun Tovuz şəhərində Dəmiryolunun kənarında yerləşən sexinə düşürsün. Lakin İlkin ona demişdir ki, tələsir stadionun yanına gəlir oraya gəlsin. Onlar telefonla danışandan bir az sonra İlkin stadionun yanına gəlmiş və o, stadionun yanında İlkinlə görüşüb çənə baxıb İlkinə həmin çənə görə 1000 manat pul vermiş, İlkin də pulu ondan alıb çıxıb getmişdir. O, evakuator sürücüsü Füzuliyə demişdir ki, çəni onun sexinin qarşısına düşürtsün. Evakuator sürücüsü Füzuli çəni aparıb onun Tovuz şəhərində dəmiryolun kənarında yerləşən sexinə düşürmüşdür. O da Füzuliyə yol haqqı olaraq 40 manat pul vermişdir, Füzuli yol pulunu alıb çıxıb getmişdir. Həmin çəni aldığı gündən təxminən 6- 7 gün sonra tanımadığı dəmir alıcısına həmin çəni 1100 manata satmış, həmin çəndən 100 manat qazanc əldə etmişdir. O, həmin çənin İlkinin yaşadığı evin yanında yerləşən Tovuz şəhər sakini Zərərçəkmiş şəxs məxsus şərab emalı məntəqəsinin çəni olduğunu bilməmişdir. O, həmin çəni aldığı gündən iki gün sonra İlkin yenə ona zəng vurub demişdir ki, həmin çənin bir dənəsini də satır. O, bilmişdir ki, istəmir müştəri olsa alar. O, həmin çənin oğurluq yolu ilə əldə olunmasını bilməmişdir, xəbəri olmamışdır, bilsəydi həmin çəni almazdı və dərhal polisə məlumat verərdi. İlkin onu inandırmışdır ki, həmin çənləri onun mərhum atası alıb, o da pula ehtiyyacı olduğu üçün həmin çənin bir ədədini satır. Həmin çəni satdığı şəxsi tanımır, həmi çəni alan adam təsadüfən onun dəmir tullantıları qəbul etdiyi sexə gəlib çəni orada görüb almışdır. Həmin şəxsin çəni apardığı avtomobilin markasını və nömrəsini xatırlamır. Həmin çəni alan şəxsin adını soyadını və yaşadığı ünvanı bilmir. Məhkəmə iclasında Şahid4 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, hal-hazırda Тоvuz şəhəri 28 may küçəsi ev 5-də qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır, evlidir, fərdi əməklə məşğul olur. Belə ki dəmir məmulatlarının alqı-satqısı ilə məşğul olur. Tovuz şəhərində yaşayan Şahid3 tanıyır, onun İlkinlə heç bir qohumluq əlaqələri və ədavətləri olmamışdır. Əbülfət və atası Yaşar da dəmir məmulatlarının alqı-satqısı ilə məşğul olurlar. Əbülfəti o, Yağmur kimi tanıyır. Yağmur ona dəfələrlə dəmir çən satmışdır. 27 mart 2023-cü il tarixdə Yağmur ona zəng vurub demişdir ki, 15 tonluq dəmir çən var, həmin çəni satır. O da Yağmura demişdir ki, “gətir baxım”. Yağmur Rasim adlı evakuator sürücüsünün evakuatorunun üstündə 1 ədəd 15 ton tutumu olan, çürümüş vəziyyətdə olan dəmir çən gətirmişdir. O, həmin çənə baxıb demişdir ki, “çən çürükdür, ancaq çəkib çəki ilə mettalom kimi götürə bilərəm”. Yağmur onunla razılaşmışdır. O, həmin çəni çəkmiş, 1 ton 750 kiloqram gəlmişdir. O, dəmirin hər bir kiloqramına 34 qəpik olmaqla Yağmura cəmi 580 manat məbləğində pul verib həmin çəni götürmüşdür. Həmin vaxt Yağmurun və evakuator sürücüsü Rasimin çənin yanında çənlə birlikdə şəkillərini çəkmiş, bundan sonra çəni qəbul etmişdir. Yağmur həmin pulu ondan alıb çıxıb getmişdir. Həmin çən hal-hazırda onun dəmir məmulatları qəbul etdiyi Tovuz rayonu Dondar Quşçu kəndinin ərazisində yerləşən məntəqədədir. Sonradan polis əməkdaşları məntəqəyə gəlib həmin çənə baxış keçirən vaxt ona məlum olmuşdur ki, həmin çəni Tovuz rayonu Düz Cırdaxan kəndində yaşayan Təqsirləndirilən şəxs Düz Cırdaxan kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus olan X7 oğurlayıb Yağmura satmış, Yağmur da həmin çəni ona satmışdır. Həmin çən hazırda anbardadır, həmin çəni istintaqa təqdim etmişdir. O, həmin çənin oğurluq olmasını bilməmiş, xəbəri olmamış, bilsəymiş həmin çənləri almayacaqmış və dərhal polisə məlumat verərmiş. O, bir daha bildirmişdir ki, Yağmur dəmir məmulatlarının alqı-satqısı ilə məşğul olur. O, dəfələrlə Yağmurdan dəmir çənlər almışdır. Buna görə də Yağmura inanmış və fikirləşmişdir ki, həmin çəni kimdənsə pul ilə alıb üstünə əlavə pul qoyub ona satır. Məhkəmə iclasında şahid X1 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, hal-hazırda Товуз rayonu Cəlilli kəndində qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır, evlidir, orta təhsillidir, "xxxx" MMC-də evakuator sürücüsü işləyir. Tovuz rayonu Düz Cırdaxan kənd sakini Təqsirləndirilən şəxs polis əməkdaşı kimi tanımışdır, onunla heç bir qohumluq əlaqəsi və ədavəti yoxdur, onunla heç münasibəti olmamışdır. 14 mart 2023-cü il tarixdə günorta saatlarında İlkin onun mobil telefonuna zəng vurub demişdir ki, onun 14 tonluq dəmir çənləri var, həmin çənləri Düz Cırdaxan kəndində yerləşən X7 Azaflı kəndinə aparmaq lazımdı. O, İlkindən soruşmuşdur ki, birdən problemli olar, o isə demişdir ki, “öz çənlərimdi heç bir narahatçılıq yoxdur”. O, İlkinə demişdir ki, “yol haqqı olaraq 60 manat alacam”, İlkin onunla razılaşmış və ona Düz Cırdaxan kəndinə Şərab Zavoduna gəlməsini demişdir. O, idarə etdiyi “İSUZİ” markalı ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobillə 14 mart 2023-cü il tarixdə Tovuz rayonu Düz Cırdaxan kəndində yerləşən Şərab emalı zavodunun qarşısına getmişdir. İlkin zavodun qarşısında onu gözləmişdir. İlkin ona demişdir ki, avtomobili zavodun həyətinə sürsün. O, avtomobili zavodun həyətinə sürmüşdür. Zavodun həyətində təxminən 7-8 ədəd 14-15 tonluq dəmir çənlər olmuşdur. İlkin həmin çənlərdən birini ona göstərib demişdir ki, bu çəni maşına yüklə. O da İlkinin özünün göstərdiyi dəmir çəni maşının yük yerinə qaldırmışdır. Sonra İlkin də onun maşınına minmişdir. O avtomobili sürmüşdür Azaflı kəndində “Qərib Seyid” adlanan qəbristanlığın yanında İlkin ona Şaka kimi tanıdığı şəxsin dəmir tullantıları yığdığı anbarı göstərib demişdir ki, maşını anbarın qarşısına sürmüşdür. O, avtomobili anbarın qarşısına sürmüşdür. Həmin anbarın sahibi Şaka kimi tanıdğı Şahid1 anbarın küncünü göstərib demişdir ki, çəni oraya düşürmüşdür.O, Şahid1 göstərdiyi yerə çəni düşürtmüşdür. Bundan sonra İlkinlə birlikdə oradan çıxıb Dondar Pöriyezi adlanan yerə gəlmişlər. İlkin orada ona yol haqqı olaraq 60 manat pul vermişdir özüdə maşından düşüb çıxıb getmişdir. O da maşını sürüb öz işinin arxasınca getmişdir. Həmin gündən təxminən 3-4 gün sonra yenə İlkin yenə ona zəng vurmuşdur. O, yenə ona demişdir ki, həmin çəndən birini də Şakanın anbarına aparmaq lazımdır. O, yenə İlkindən soruşmuşdur ki, birdən problem olar, sonra onu incidəllər. İlkin onu əmin etmişdir ki, həmin çənlər onundu heç bir narahatçılıq yoxdu. Bundan sonra o onunla razılaşmışdır və həmin günü günorta saatlarında o yenə Düz- Cırdaxan kəndinə yerləşən Şərab emalı zavodunun həyətinə getmişdir. İlkin yenə orada onu gözləmişdir. O, zavodun həyətinə maşını sürmüşdür, İlkin götərdiyi çəni maşına yükləmişdir. Orada yenə İlkindən soruşmuşdur ki, birdən sonra problem olar, o yenə onu inandırıb demişdir ki, öz çənlərimdi nə problem ola bilər. O, həmin çəni də aparıb Azaflı kəndində yerləşən Şahid1 məxsus anbarın qarşısına düşürmüşdür. Həmin çəni aparanda İlkin onunla getməmişdir, ona demişdir ki, sənin pulunu Dilqəm orada çəni düşürəndə verəcək. O, həmin çəni düşürəndən sonra Dilqəm ona yol haqqı olaraq 50 manat vermişdir. O, çəni düşürüb çıxıb öz işinin arxasınca getmişdir. Bundan təxminən 4-5 gün sonra İlkin yenə ona zəng vurub demişdir ki, həmin çənlərdən birini Cəlilli kəndində yerləşən Seymurun dəmir tullantıları yığdığı anbara aparmaq lazımdır. O, həmin çəni aparmaq üçün yol haqqı olaraq 40 manat pul istəmişdir, İlkin onunla razılaşmışdır. Bundan sonra o yenə gündüz saatlarında idarə etdiyi avtomobillə Şərab Emalı zavodunun qarşısına getmişdir. İlkin zavodun qarşısında dayanıb təkcə onu gözləmişdir. O, avtomobili zavodun həyətinə sürmüşdür, İlkin göstərdiyi çəni avtomobilə yükləmişdir. İlkin demişdir ki, bu çəni apar Cəlilli kəndində Seymurun məntəqəsinə düşürt, yol pulunu Seymur verəcək. O, həmin çəni aparıb Cəlilli kəndində yerləşən Seymurun dəmir tullantıları yığdığı anbarına düşürtmüşdür. Seymur ona yol haqqı olaraq 40 manat pul vermişdir. Bundan təxminən 3-4 gün sonra İlkin ona zəng vurub demişdir ki, çənlərdən birinidə Seymurun sexinin qabağına aparmaq lazımdı, orada səni gözləyirlər, yol pulunuda həmin adam verəcək. O, yenə məntəqənin həyətinə maşını sürmüşdür orada İlkin onu gözləmişdir, orada İlkinin ona göstərdiyi çəni evakuatorun yük yerinə yükləyib, Cəlilli kəndinə Seymurun məntəqəsinin qarşısına getmişdir. Orada onu bir nəfər tanımadığı orta yaşlı kişi gözləmişdir. O, onunla görüşüb ona yol pulu olaraq 40 manat pul vermişdir, sonra çəni yolun kənarına həmin adamın göstəriyi yerə düşürüb çıxıb öz işinin arxasınca getmişdir. O, həmin adamı tanımır, onun adını soyadını yaşadığı yeri bilmir. Onun üzünü hazırda xatırlamır, onu indi görsə tanımaz. Həmin gündən təxminən 6-7 gün sonra İlkin yenə ona zəng vurub demişdir ki, həmin çənlərdən birini Tovuz şəhər sakini Yağmura satmışam, çəni götür Yağmur səni maşın bazarının qarşısında gözləyəcək. O, yenə avtomobili sürüb Düz-Cırdaxan kəndində yerləşən Şərab Emalı zavodunun qarşısına getmiş, orada İlkin ona göstərdiyi çəni maşına yükləyib Aşağı-Quşçu kəndində yerləşən Maşın Bazarının qarşısına getmişdir. Orada Yağmur onu gözləmiş, Yağmur ona demişdir ki, Şəmkir rayonu Sabirkənd kəndinə getməlidirlər. Yağmur maşına minmişdir o yük yerində çən olan idarə etdiyi evakuatoru Şəmkir rayonu Sabirkənd kəndinə sürmüşdür, orada tanımadığı bir yerdə Yağmur maşını saxladıb orada çəni tanımadığı şəxsə göstərmişdir. Həmin adam çənə baxıb demişdir ki, çən çürükdü çəni götürməmişdir. Yağmur orada kiminləsə telefonla danışmışdır, sonra ona demişdir ki, maşını sür Aşağı-Quşçu kəndinə gedək. O, maşını sürüb Aşağı-Quşçu kəndinə Dondar Priyezi adlanan yerdə Hüseyn adlı şəxsin dəmir tullantıları yığdığı sexin qarşısına getmişdir. Yağmur həmin çəni Hüseynə satmışdır, o çəni Hüseyinin dəmir tullantıları yığdığı yerdə düşürmüşdür. Bundan sonra Yağmurdan yol haqqı olaraq 110 manat pul almışdır. Bundan sonra o maşını sürüb öz işinin arxasınca getmişdir. O, həmin çənlərin oğurluq olmasını bilməmişdir, xəbəri olmamışdır, bilsəydi həmin çənləri aparmazdı və dərhal polisə məlumat verərdi. İlkin onu inandırmışdır ki, həmin çənlər ona məxsusdur, o da ona inanmışdır, çünki o elə bilmişdir ki, İlkin polis əməkdaşıdır ona görədə İlkinə inanmışdır, ondan şübhələnməmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmətəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/2810 saylı rəyindən görünür ki, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən dəmir çənlərin orta istismar müddəti, orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin mart ayına olan tarixə orta bazar qiyməti ayrı-ayrılıqda nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur: - 6 ədəd hər birinin diametri 2,7 metr, uzunluğu 3 metr, dəmirinin qalınlığı 0,5 mm olan 15 ton tutumu olan işlənmiş vəziyyətdə olan, heç bir sınığı zədəsi olmayan dəmir çən - 15000 (6 əd x 2500) manat; - 1 ədəd diametri 2,7 metr, uzunluğu 3 metr, dəmirinin qalınlığı 0,5 mm olan 15 ton tutumu olan işlənmiş vəziyyətdə olan, heç bir sınığı zədəsi olmayan dəmir çən - 2500 manat; - 1 ədəd diametri 2,7 metr, uzunluğu 3 metr, dəmirinin qalınlığı 0,5 mm olan 15 ton tutumu olan işlənmiş vəziyyətdə olan, gövdəsinin yarı hissəsi çürümüş vəziyyətdə olan dəmir çənin 1 kiloqramı dəmir qırıntı kimi - 0,50 manat. İş materiallarında olan Tovuz Rayon İHB-nin Düz Cırdaxan kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci ildə anadan olmuş Mələk, xx.xx.2014-cü ildə anadan olmuş Zərifə və xx.xx.2019-cu ildə anadan olmuş Uğur adlı 3 nəfər azyaşlı uşaqları vardır. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddələr ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, cəmiyyətdə müsbət xarakterizə olunmasını, himayəsində 3 nəfər azyaşlı uşaqlarının olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin hümanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamının 10.3-cü bəndində qeyd edilmişdir ki, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsasları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli “Məhkəməhüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanına əsasən, cəza siyasətinin hümanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi tövsiyyə edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 07:00-dək yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar