Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-91/2024 19.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Ucar rayonu Bərgüşad kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs – Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 noyabr 2024-cü il tarixdə, Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Bakı şəhərində yerləşən Milli Onkoloji Mərkəzdə tanış olduğu ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs onkoloji xəstəlikdən əziyyət çəkən bacısı oğlu X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində olan nüfuzlu tanışlarının vasitəsi ilə əlillik təqaüdü düzəldəcəyinə və bununla da X3 "xxxx" MMC tərəfindən 11000 (on bir min) manat məbləğində tibbi sığorta pulunun alınmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs tərəfindən 2022-ci ilin noyabr ayından 2023-cü ilin iyun ayınadək olan müddət ərzində hissə-hissə olmaqla "xxxx" ASC-də ona məxsus olan 6762 6121-0612-7845 nömrəli kart hesabına 6500 (altı min beş yüz) manat məbləğində pul vəsaitinin Tovuz şəhəri, Şəhriyar küçəsində fəaliyyət göstərən “Ayxan Market”, Tovuz şəhəri, H.Aslanov küçəsində fəaliyyət göstərən “Bravo Market”, Tovuz şəhəri, M.Əzizbəyov küçəsində fəaliyyət göstərən “Sultan Market”, Tovuz şəhəri, Şəhriyar küçəsində fəaliyyət göstərən “Oba Market”, Tovuz şəhəri, H.Aslanov küçəsində fəaliyyət göstərən “Oba Market”, Tovuz şəhəri, Sabir küçəsində fəaliyyət göstərən "xxxx" MMC, "xxxx" ASC-nin Tovuz rayon filialında, Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində fəaliyyət göstərən “Bazar Store” və Tovuz rayonu Aşağı Quşçu kəndinin ərazisində fəaliyyət göstərən “Tovuz-Asan” xidmət mərkəzində yerləşən ödəmə terminallarından köçürülməsinə nail olub ələ keçirərək, Zərərçəkmiş şəxs məxsus cəmi 6500 (altı min beş yüz) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa, o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Bakı şəhərində yerləşən Milli Onkoloji Mərkəzdə tanış olduğu ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs barəsində dişinin sağlam olmaması haqqında ekspertiza təyin etdirərək rəy alacağı və həmin xəstəliyə görə ona əlillik təqaüdü düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs dəqiq günü və vaxtı istintaqa məlum olmayan 2023cü ilin may ayında Bakı şəhəri, Yasamal rayonu 20 yanvar metrostansiyasının yaxınlığında 2000 (iki min) manat məbləğində nağd pul vəsaitini əlbəəl və 2023-ci ilin may ayından 2023-cü ilin dekabr ayına qədər olan müddət ərzində sonuncu tərəfindən hissə-hissə olmaqla "xxxx" ASC-də ona məxsus olan 6762 6121-0612-7845 nömrəli kart hesabına 6250 (altı min iki yüz əlli) manat məbləğində pul vəsaitinin Tovuz şəhəri, Şəhriyar küçəsində fəaliyyət göstərən “Ayxan Market”, Tovuz şəhəri, H.Aslanov küçəsində fəaliyyət göstərən “Bravo Market”, Tovuz şəhəri, M.Əzizbəyov küçəsində fəaliyyət göstərən “Sultan Market”, Tovuz şəhəri, Şəhriyar küçəsində fəaliyyət göstərən “Oba Market”, Tovuz şəhəri, H.Aslanov küçəsində fəaliyyət göstərən “Oba Market”, Tovuz şəhəri, Sabir küçəsində fəaliyyət göstərən "xxxx" MMC, "xxxx" ASC-nin Tovuz rayon filialı, Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində fəaliyyət göstərən “Bazar Store” və Tovuz rayonu Aşağı Quşçu kəndinin ərazisində fəaliyyət göstərən “Tovuz-Asan” xidmət mərkəzində yerləşən ödəmə terminallarından köçürülməsinə nail olub ələ keçirərək, Zərərçəkmiş şəxs məxsus cəmi 8250 (səkkiz min iki yüz əlli) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa, o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhərində yerləşən Milli Onkoloji Mərkəzdə tanış olduğu ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs Rusiya Federasiyasının vətəndaşı olan bacısı oğlu X2 verdiyi "xxxx" MMC tərəfindən 11000 (on bir min) manat məbləğində pul vəsaitinin verilməsini təmin etmək üçün Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini alacağı adı ilə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin aprel ayından 2023-cü ilin sentyabr ayına qədər olan müddət ərzində Zərərçəkmiş şəxs tərəfindən hissə-hissə olmaqla "xxxx" ASC-də ona məxsus olan 6762 6121-0612-7845 nömrəli kart hesabına 4000 (dörd min) manat məbləğində pul vəsaitinin Tovuz şəhəri, Şəhriyar küçəsində fəaliyyət göstərən “Ayxan Market”, Tovuz şəhəri, H.Aslanov küçəsində fəaliyyət göstərən “Bravo Market”, Tovuz şəhəri, M.Əzizbəyov küçəsində fəaliyyət göstərən “Sultan Market”, Tovuz şəhəri, Şəhriyar küçəsində fəaliyyət göstərən “Oba Market”, Tovuz şəhəri, H.Aslanov küçəsində fəaliyyət göstərən “Oba Market”, Tovuz şəhəri, Sabir küçəsində fəaliyyət göstərən "xxxx" MMC, "xxxx" ASC-nin Tovuz rayon filialında, Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində fəaliyyət göstərən “Bazar Store” və Tovuz rayonu Aşağı Quşçu kəndinin ərazisində fəaliyyət göstərən “Tovuz-Asan” xidmət mərkəzində yerləşən ödəmə terminallarından köçürülməsinə nail olub ələ keçirərək, Zərərçəkmiş şəxs məxsus cəmi 4000 (dörd min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərdi ki, Aybəniz adlı qadını üç ildir ki, tanıyır, onu Ayka kimi çağırır, əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Həmin şəxslə təsadüfən avtobusda tanış olmuşdur. Belə ki, Bakı şəhərindən avtobusla gələn vaxtı tanış olmuşlar. İkisi də yan-yana oturmuşlar. Həmin vaxtı ona Tovuz rayonundan olduğunu bildirib özünün mobil telefon nömrəsini, o da ona özünün mobil telefon nömrəsini vermişlər. Aybənizin mobil telefon nömrəsi 050 970-26-00-dır. Bundan sonra aralarında səmimi münasibət yaranmış, daim bir-birilə mobil telefonla zəng edib əlaqə saxlamışlar. Aybəniz onun evli olduğunu bilirdi, belə ki, özü ona bu barədə demişdir. Aybənizin özünün deməsinə görə iranlı Səid adlı oğlanla evlidir, hətta ona demişdir ki, “İrana gedib gəlmişdir.” Kənddə mərhum anası X4 adına 2 hektar torpaq sahasi var. Burada yonca əkib becərməklə sonradan yığıb pres halında presin bir ədədini 4 ( dörd) manatdan satır. Anası 2024-cü ilin yanvar ayının axırında vəfat etmişdir. 2022-ci ilin may ayında Aybənizlə Bakı şəhərində adını bilmədiyi otelda 3 (üç) gün qalmış və orada dəfələrlə cinsi əlaqədə olmuşlar. Həmin vaxtı ona əkin sahəsi olduğu və əkin sahəsinin istifadə edilməsi üçün pul lazım olduğunu dedikdə Aybəniz onunla razılaşmış, sonra ona verdiyi, istifadə etdiyi “Beynalxalq Banka” məxsus kartın hesabına müxtəlif vaxtlarda xahişinə əsasən 5.000 ( beş min ) manat pul köçürmüşdür. O da həmin pulu götürüb əkinə xərcləmiş, sonradan həmin pulu Aybənizin şəxsən özünə Tovuz şəhərində olan evində anasının yanında vermişdir. Pulu verdiyi vaxtı xatırlamır. Tovuz şəhərində onun evində dəfələrlə olmuş, hətta ona dörd ədəd iri qutularda müxtəlif vaxtlarda üzüm, heyva da gətirmişdir. Aybənizin evində olduğu müddətlərdə anası evdə olmayanda Aybənizlə dəfələrlə cinsi əlaqədə olmuşdur. Sonradan Aybənizin bacısı oğlu gəlib onlarla qalmağa başlayanda onlara gəlməyi azaltmışdır. Aybənizin bacısı oğlunun əvvəllər harada yaşamasını bilmir. Amma, adının Emin olduğunu bilir. Həmin şəxslə münasibəti yaxşı olmuşdur. Sonradan xahişinə əsasən Aybəniz həmin karta müxtəlif vaxtlarda dən, ot alver etməyi üçün ona 5.000 (beş) min manat pul göndərmişdir. O da bunun müqabilində Aybənizə 6.000 (altı min) manat pul qaytarmalı idi. Belə ki, Aybənizlə anası pul üstündə söhbət eləmiş və anası Aybənizdən qeyd edilən pulun faizlə götürməsinə razılıq vermişdir. Amma neçə faizdən pulu almasını anası ona deməmişdir. Sonradan 2023-cü ilin oktyabr ayında həmin pulu, yəni, 6.000 (altı min) manat məbləğində pulu Bakı şəhərində Aybənizə “20 yanvar dairəsində” qaytarmışdır. Zənginə əsasən Aybəniz Bakı şəhərinə gəlmişdir. Həmin vaxtı ikisi olmuşlar. Sonradan isə adını xatırlamadığı otelə gedib bir neçə gün onunla qalmış, orada razılıq əsasında onunla cinsi əlaqədə olmuşdur. Aybənizə pulu qaytarmış və ona mərhum anası özünün qızıllarına vermişdir. Zərərçəkmiş şəxs bacısı oğlu X3 xəstəliklə əlaqədar "xxxx" mərkəzi tərəfindən 11.000 ( on bir min ) manat tibbi sığorta üçün pul almağı vəd etməmiş və ondan qeyd edilən pulu almamışdır. Pulu özünün əkin sahəsinin inkişafı üçün almış, hər dəfə də 5.000 ( beş min ) manat pul almış və artıqlaması ilə qaytarmışdır. Zərərçəkmiş şəxs 2023-cü ilin may ayında Akademik Mirqasımov adına Respublika Xəstəxanasında dişi barədə sağlamlıq ekspertizası təyin olunması, dişin sağlam olmaması barədə rəy alacağı və həmin xəstəliyə görə əlillik təqaüdünü ona cəmi 8250 (səkkiz min iki yüz əlli ) manat pul müqabilində düzəldəcəyini vəd etməmiş, ondan 2000 (iki min ) manat pul almış, həmin pulu əkin sahəsi üçün almış, və sonradan qaytarmışdır. Zərərçəkmiş şəxs 4000 (dörd min ) manat pul almamış, ona da söz verməmişdir ki, qardaşı oğlu Eminə Azərbayan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini alacaqdır. Zərərçəkmiş şəxs 2022-ci ilin noyabr ayından 2023-cü ilin iyun ayına, 2023-ci ilin may ayından 2023-cü ilin dekabr ayına qədər olan dövrlərdə istifadə etdiyi "xxxx" ASC-yə məxsus 6762 6121-0612-7845 №-li plastik kart hesabına cəmi 16750 (on altı min yeddi yüz əlli) manat pul kartdan özü çıxardıb Aybənizlə qabaqcadan danışdıqlarına əsasən əkin sahəsinin inkişafı üçün xərcləmişdir. Hal-hazırda ona 5000 (beş min) manat pul borcu qalmış, onu da qaytarmağa söz verir. Aybənizlə təsadüfən avtobusda tanış olmuş, Milli Onkoloji mərkəzində olmamış və Səidə adlı qadını da tanımır və orada Aybənizdən həkim rəyinin alınmasından ötrü 250 (iki yüz əlli) manat pul almamışdır. Zərərçəkmiş şəxs 600 (altı yüz) manat pul istəməmiş və DİN-də işləyən Əsgər adlı şəxsi tanımır. Qeyd etdiyi məbləğləri Zərərçəkmiş şəxs onu aldatmaq məqsədi ilə almamışdır. Pulları borc şəklində almışdır. Azad olunduqdan sonra Zərərçəkmiş şəxs borc kimi aldığı pulu qaytarmaq fikri var. Odur ki, barəsində bəraət verilməsini xahiş etdi. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Tovuz şəhəri A.Hüseyn küçəsi 9 №li evdə yaşayır. Rəsmi olaraq Tovuz Telekommunikasiya qovşağında debitor mühəndisi vəzifəsində işləyir. X5 bacısı oğludur və həmin şəxs onkoloji xəstədir. X1 Federasiyasının vətəndaşıdır. 2022-ci ilin noyabr ayında Emin müalicə və müayinə üçün yaşadığı evə gəlmişdir. 2022-ci ilin noyabr ayında bacısı oğlu Eminlə birlikdə onun üçün əlillik təqaüdü düzəltmək üçün Bakı Onkologiya mərkəzinə getmişdir. Burada Səidə adlı nevropotoloq həkimin qəbulunda olmuşlar Həkim sənədlərin tam olmadığını və sənədlərin tərcümə olunmalı olduğunu demişdir. Kabinetdən çıxıb xəstəxanada həkimin otağının qarşısında telefonla danışan zaman əvvəllər tanımadığı,sonradan tanıdığı Ucar rayon sakini Təqsirləndirilən şəxs ona yaxınlaşaraq hər hansı köməklik lazım olub-olmadığını soruşmuşdur. Yusifə bacısı oğlu Eminə əlillik təqaüdü düzəltmək üçün gəldiyini demişdir. Yusif ona əvvəl həmin xəstəxanada işlədiyini, həkim tanışının olduğunu və ona köməklik edə biləcəyini demişdir. Yusif ondan Səidə həkimin rəy verməsi üçün 250 manat pul istəmişdir.250 (iki yüz əlli) manat pulu ona elə orada vermişdir. Yusif pulu götürüb yuxarı mərtəbəyə qalxmışdır. Daha sonra üçü də birlikdə Səidə həkimin otağına getmişlər. Səidə həkim onlara rəyi yazıb vermişdir.Yusif ona Ramin adlı həkim tanışının olduğunu və bacısı oğluna 11000 (on bir min )manat tibbi sığorta üçün pul almaqda köməklik edə biləcəyini də demişdir. Bundan sonra Eminlə birlikdə Tovuz rayonuna qayıtmışlar. Yusif ondan hər gün hissə hissə Eminin işi üçün pul istəmişdir. 2022-ci ilin noyabr ayından 2023-cü ilin iyun ayına qədər Yusifin oan göndərdiyi,həmin şəxsin öz adına olan "xxxx" ASC-yə məxsus 6762 6121-0612-7845 nömrəli karta hissə hissə Eminin əlillik təqaüdünün və tibbi soğortanın alınması üçün 6500 ( altı min beş yüz ) manat pul göndərmişdir.Yusif ona tibbi sığortanı qısa müddətdə düzəldəcəyini demişdir. Dişini Tovuz rayonunda stomatoloq işləyən Elfaq adlı həkimə düzəltdirmişdir. Elfaq həkim ona keyfiyyətsiz diş düzəltdiyi üçün onun barəsində əvvəl Tovuz rayon Polis Şöbəsinə, daha sonra isə Tovuz rayon Məhkəməsinə müraciət etmişdir. Tovuz rayon Məhkəməsi iddia ərizəsini təmin etməmiş və məhkəmə ona sağlamlıq ekspertizası təyin olunmalı olduğunu demişdir. O da həmin vaxt Yusifə bu barədə zəng edib dedikdə Yusif onu Bakı şəhərinə çağırmışdır. 2023-cü ilin may ayında Bakı şəhərinə gedib Yusiflə görüşmüşdür. Yusifin mobil telefon nömrəsi ***-***-**-** və ***- ***-**-**-dir. Onunla birlikdə Mirqasımov adına Bakı şəhər Xəstəxanasına getmişlər. Xəstəxanada Yusif onu adını bilmədiyi həkimin otağına aparmışdır.Həkim ona damağımda palip və kista olduğunu demişdir. Yusif ona da əlillik təqaüdü düşdüyünü və rəy almaq lazım olduğunu demiş və Yusif bunun üçün ondan 2000 (iki min ) manat pul istəmişdir. Yusifə 2000 (iki min ) manat pulu xəstəxanada vermişdir. Yusifin kiməsə pul verdiyini görməmişdir. Daha sonra xəstəxanadan çıxıb Tovuz rayonuna qayıtmışdır.Yusif dişinin rəyinin düzəlməsi üçün ondan hissə-hissə 6250 (altı min iki yüz əlli) manat pul istəmişdir. 2022-ci ilin may ayından 2023-cü ilin dekabr ayına qədər hissə hissə Yusifin göndərdiyi və həmin şəxsin adına olan "xxxx" ASC-yə məxsus 6250 6121-0612-7845 nömrəli karta 6250 (altı mmin iki yüz əlli ) manat pul göndərmişdir. İlk göndərdiyi 2000 ( iki min ) manat pulu Yusif ona həmin həkimin alıb onu aldatdığını demişdir.Bacısı oğlu X1 vətəndaşı olduğu üçün müvəqqəti qeydiyyat vəsiqəsi almışdır. Yusif özü 2023-cü ilin fevral ayında, daha dəqiq tarixini xatırlamır, Tovuz şəhərinə evinə gəlmişdir. Yusif burada ona demişdir ki, “bacın oğlu İİ qrup əlil olduğu üçün 11000 manat sığorta pulu alacaqdır və o öz adına şəxsiyyət vəsiqəsi aldıqdan sonra "xxxx" mərkəzi tərəfindən Eminin kart hesabına bu pul köçürüləcəkdir. “Həmin vaxtı Eminin adına kart hesabı yox idi. Kart hesabı da şəxsiyyət vəsiqəsi əsasında açılır. Həmin vaxtı Yusif pul istəməmişdir. 2023-cü ilin aprel ayında Eminin pensiya kartına 220 (iki yüz iyirmi ) manat pul köçməli idi. Lakin Eminin şəxsiyyət vəsiqəsi olmadığı üçün pulun köçürülməsi dayandırılmışdır. Yusifə telefonu ilə zəng edib bu barədə dedikdə Yusif ondan 600 (altı yüz ) manat pul istəmiş və demişdir ki, “həmin pulu DİN-də işləyən Əsgər adlı şəxsə verib onun vasitəsi ilə X3 şəxsiyyət vəsiqəsinin düzəlməsinə kömək edəcəkdir.”O da həmin pulu Yusifin yuxarıda qeyd edilən,yəni, "xxxx" ASC-yə məxsus 6762 6121-0612- 7845 nömrəli kart hesabına köçürmüşdür. Sonradan Yusif “işin düzəlməyəcəyini və pulun az olmasını deyib hər dəfə məbləği artırmaqla ondan hissə-hissə cəmi 3400 (üç min dörd yüz ) manat pul almışdır. Həmin pul vəsaitini onun vermiş olduğu kart hesabına 2023-cü ilin aprel ayından 2023-cü ilin sentyabr ayına kimi köçürməklə vermişdir. Sonradan Yusifin onu aldatdığını hiss edib özünün mobil telefonu ilə Yusifə zəng edib şəxsiyyət vəsiqəsinin nə vaxt alınacağını, Eminə tibbi sığortanın nə vaxt köçəcəyini və dişi üçün həkim rəyinin nə vaxt veriləcəyini soruşduqda Yusif ona qısa müddət ərzində bütün işlərin qaydaya düşəcəyini demişdir. Yusifin onu aldatdığını başa düşüb sonradan Eminə şəxsiyyət vəsiqəsi almaq üçün 03 sentyabr 2023-cü il tarixdə X10 Xidmət Mərkəzinə müraciət etmişdir. Asan Xidmət Mərkəzində 05 sentyabr 2023-cü il tarixdə Eminə şəxsiyyət vəsiqəsi verilmişdir.Yusifin onu aldatdığına əmin olub ondan verdiyi pulları geri qaytarmasını istəmişdir. Yusif ona qısa müddət ərzində pulu qaytaracağına söz versədə, pulunu geri qaytarmamışdır. Bu barədə xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə məlumat vermişdir. Yusif onun etibarından sui-istifadə edərək ondan cəmi 18750 (on səkkiz min yeddi yüz əllli ) manat pulu dişi üçün həkim rəyi almaqda, əlillik təqaüdü düzəltməkdə, bacısı oğlu Emin üçün isə şəxsiyyət vəsiqəsi almaqda, tibbi sığorta və əlillik təqaüdü düzəltməkdə köməkdarlıq edəcəyini vəd edərək alıb heç bir köməklik etməyərək ona qarşı dələduzluq etmişdir. Hazırda ona dəymiş zərər ödənilməmişdir, ondan şikayəyçidir və ağır cəza verilməsini xahiş edir. İş üzrə Şahid məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, heç yerdə işləmir, təqaüdçüdür. Zərərçəkmiş şəxs övladıdır, subaydır və onunla birlikdə yaşayır. Təqsirləndirilən şəxs təxminən bir ilə yaxındır ki, tanıyır. Belə ki, Yusifi ilk dəfə 2023-cü ilin fevral ayında evinə gələn zaman tanımışdır. Yusifin onlara gəlməkdə məqsədi isə nəvəsi Eminə təqaüd düzəltmək olmuşdur. Yusif yaşadığı evə daha sonra üç və ya təxminən dörd dəfə gəlmiş və onun evində qalmışdır. X8 vasitəsilə ilə özünə və nəvəsi Eminə təqaüd düzəltmək istəyindən məlumatı olmuşdur. Aybəniz onun yanında Yusifə pul verməsə də, dəfələrlə Aybəniz yanında olarkən Yusif qızının mobil telefonuna zəng edərək ondan pul istəmişdir, qızı Aybəniz isə ondan müəyyən məbləğdə pul götürərək Yusifə göndərmişdir. Belə ki, qızı Aybəniz ondan təxminən dörd dəfə pul almışdır ki, Yusifə göndərsin. Aybəniz ondan ilk dəfə 2000 manat, daha sonra 500 manat, daha sonra 400 manat və sonuncu dəfə isə 1800 manat məbləğdə pul almışdır ki, Yusifə göndərsin. Qızı Aybəniz həmin pulları Yusifə Tovuz rayonunda yerləşən terminallardan göndərmişdir. Daha sonra məlumatı olmuşdur ki, Yusif qızı Aybənizi aldadaraq onun etibarından suiistifadə edib qızına qarşı dələduzluq etmişdir. Belə ki, Yusifin qızı Aybənizə verdiyi vədlər yalan olmuşdur. Bu səbəbdən də qızı Aybəniz Yusif barəsində polisə rəsmi ərizə verərək şikayət etmişdir. X11 özünə və nəvəsi Eminə təqaüd düzəltdirmək məqsədilə ümumilikdə 18750 (on səkkiz min yeddi yüz əlli) manat məbləğində pul verdiyindən məlumatı olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl kifayət qədər sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmalıdır və o həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. İşin 1-ci cild 32-33-cü vərəqələrində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 06 yanvar 2014-cü il təvəlldülü Adil və 21 avqust 2015-ci il təvəllüdlü Ayxan adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. Cinayət işi İ cild 181-183-cü vərəqədə olan Tovuz Rayon Məhkəməsinin 09 mart 2024-cü il tarixli 4(062)-7/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 mart 2024-cü il tarixdən hesab olunmaqla 24 aprel 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İşin İ cild 191-195-ci vərəqələrində olan Gəncə Apelyasiya Məhkəməsinin 19 mart 2024-cü il tarixli 4(104)-46/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. Cinayət işi İ cild 238-239-cu vərəqəsində olan 13 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işi İ cild 243-247-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Pisixiatrik Ekspertiza Mərkəzi” X12 tərəfindən verilmiş 02 may 2024-cü il tarixli 17 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinnin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən onda aşkar edilən paranoid şizofreniya xəstəliyi remissiya (yaxşılaşma) vəziyyətində olmuş, buna görə də hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs halhazırkı hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinn təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda öz öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs halhazırki hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. İşdə olan Tovuz Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli 1(062)- 91/2024 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə olunmuş Tovuz RPŞ tərəfindən tərtib olunmuş 21 iyun 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2024-cü il tarixdə Ucar şəhərində saxlanılaraq Tovuz RPŞ-nin MSY-nə təhvil verilmişdir. İşə əlavə olunmuş və məhkəmə iclas zalında baxış keçirilmiş Tovuz Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli qərarı əsasında "xxxx" MMC-dən əldə olunmuş məktubdan və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda Tovuz rayonu ərazisində olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu zərərdən ödəmə etmək istəyini, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və cəzanın məqsədlərinə uyğun hesab edir. İş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 62-ci və 70-ci maddələrinin tətbiq olunmasına əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 21 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu, həbs qətimkan tədbirində və ev dustaqlığı qətimkan tədbirində olduğu 01 ay 17 gün ona təyin olunmuş cəzadan çıxılmalıdır. Cinayət işi üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 343- 347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu, həbs qətimkan tədbirində və ev dustaqlığı qətimkan tədbirində olduğu 01 ay 17 gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı tarixdən yəni 21 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmdən 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti və şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №1(062)-91/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-91/2024
19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver