Məhkəmə qərarları › İş №1(062)-93/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-93/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-93/2024 24.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Müdafiəçilər Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2,Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 iştirakları ilə

1. xx.xx.1994-cü ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş

Təqsirləndirilən şəxs1

2. xx.xx.1993-cü ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş

Təqsirləndirilən şəxs2

3. xx.xx.1991-ci ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş

Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə,

M ü ə y y ə n e t d i:

Təqsirləndirilən şəxs1 özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 24 dekabr 2023-cü il tarixdə, 02 radələrində Zərərçəkmiş şəxs4 məxsus olmaqla sonuncunun yaşadığı Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evinin qarşısında saxladığı iki təkərli qoşqunun üzərinə quraşdırılmış və əkin sahəsinin suvarılması üçün nəzərdə tutulmuş SMP markalı, A-41 nömrəli su nasosuna aid 750 (yeddi yüz əlli) manat dəyərində olan yağ və su radiatorlarını və su nasosuna aid 150 manat dəyərində “kollektor” adlı ehtiyat hissəsini oğurlamış, yəni Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 900 (doqquz yüz) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 24 dekabr 2023-cü il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs5 məxsus olmaqla sonuncunun yaşadığı Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evinin qarşısında saxladığı iki təkərli qoşqunun üzərinə quraşdırılmış və əkin sahəsinin suvarılması üçün nəzərdə tutulmuş SMP markalı, A-41 nömrəli su nasosuna aid 750 (yeddi yüz əlli) manat dəyərində olan yağ və su radiatorlarını oğurlamış, yəni Zərərçəkmiş şəxs5 məxsus ümumilikdə 750 (yeddi yüz əlli) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 29 dekabr 2023-cü il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs6 məxsus Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində sonuncunun əkin sahəsinin kənarında saxladığı Belarusiya Respublikasında istehsal olunmuş traktorun ön hissəsində yerləşən dəmir metaldan hazırlanmış hər biri 45 (qırx beş) manat olmaqla 6 ədəd, 270 (iki yüz yetmiş) manat dəyərində dəmir tarazlıqları oğurlamış, yəni Zərərçəkmiş şəxs6 məxsus ümumilikdə 270 (iki yüz yetmiş) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 29 dekabr 2023-cü il tarixdə, 03 radələrində Zərərçəkmiş şəxs3 məxsus olmaqla sonuncunun yaşadığı Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən fərdi yaşayış evinin qarşısında saxladığı “KAMAZ 55111” markalı, **-BU- *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərindən 02 ədəd, hər biri 200 (iki yüz) manat dəyərində olmaqla 400 (dörd yüz) manat dəyərində Qazaxıstan Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper gücə malik, 513x223x223 ölçülü, istifadəyə yararlı “Bars” markalı akkumlyatorları oğurlamış, yəni Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 400 (dörd yüz) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 29 dekabr 2023-cü il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus olmaqla sonuncunun yaşadığı Tovuz rayonu Baqqallı kəndində asfalt örtüklü yolun kənarında saxladığı “KAMAZ 55111” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərindən 01 ədəd, 200 (iki yüz) manat dəyərində Qazaxıstan Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper gücə malik, 513x223x223 ölçülü, istifadəyə yararlı “Nomad” markalı akkumlyatoru və 01 ədəd, 80 (səksən) manat dəyərində Türkiyə Respublikasında istehsal olunmuş, 12 voltluq, 45 amper gücə malik, 278x175x190 ölçülü, istifadəyə yararlı “Sigma” markalı akkumlyatoru oğurlamış, yəni Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 280 (iki yüz səksən) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 29 dekabr 2023-cü il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus olmaqla sonuncunun yaşadığı Tovuz rayonu, Qovlar şəhərində yerləşən “Aysu” şadlıq evinin qarşısında saxladığı “KAMAZ 55111” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərindən 01 ədəd, 270 (iki yüz yetmiş) manat dəyərində Qazaxıstan Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper gücə malik, 530x223x223 ölçülü, istifadəyə yararlı “Energy” markalı akkumlyatoru və 01 ədəd, 250 (iki yüz əlli) manat dəyərində, Qazaxıstan Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper gücə malik, 530x223x223 ölçülü, istifadəyə yararlı “Modile” markalı akkumlyatoru oğurlamış, yəni Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 520 (beş yüz iyirmi) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs2 özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 24 dekabr 2023-cü il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs4 məxsus olmaqla sonuncunun yaşadığı Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evinin qarşısında saxladığı iki təkərli qoşqunun üzərinə quraşdırılmış və əkin sahəsinin suvarılması üçün nəzərdə tutulmuş SMP markalı, A-41 nömrəli su nasosuna aid 750 (yeddi yüz əlli) manat dəyərində olan yağ və su radiatorlarını və su nasosuna aid 150 manat dəyərində “kollektor” adlı ehtiyat hissəsini oğurlamış, yəni Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 900 (doqquz yüz) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 24 dekabr 2023-cü il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs5 məxsus olmaqla sonuncunun yaşadığı Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evinin qarşısında saxladığı iki təkərli qoşqunun üzərinə quraşdırılmış və əkin sahəsinin suvarılması üçün nəzərdə tutulmuş SMP markalı, A-41 nömrəli su nasosuna aid 750 (yeddi yüz əlli) manat dəyərində olan yağ və su radiatorlarını oğurlamış, yəni Zərərçəkmiş şəxs5 məxsus ümumilikdə 750 (yeddi yüz əlli) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 29 dekabr 2023-cü il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs6 məxsus Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində sonuncunun əkin sahəsinin kənarında saxladığı Belarusiya Respublikasında istehsal olunmuş traktorun ön hissəsində yerləşən dəmir metaldan hazırlanmış hər biri 45 (qırx beş) manat olmaqla 6 ədəd, 270 (iki yüz yetmiş) manat dəyərində dəmir tarazlıqları oğurlamış, yəni Zərərçəkmiş şəxs6 məxsus ümumilikdə 270 (iki yüz yetmiş) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 29 dekabr 2023-cü il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs3 məxsus olmaqla sonuncunun yaşadığı Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən fərdi yaşayış evinin qarşısında saxladığı “KAMAZ 55111” markalı, **-BU- *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərindən 02 ədəd, hər biri 200 (iki yüz) manat dəyərində olmaqla 400 (dörd yüz) manat dəyərində Qazaxıstan Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper gücə malik, 513x223x223 ölçülü, istifadəyə yararlı “Bars” markalı akkumlyatorları oğurlamış, yəni Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 400 (dörd yüz) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 29 dekabr 2023-cü il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus olmaqla sonuncunun yaşadığı Tovuz rayonu Baqqallı kəndində asfalt örtüklü yolun kənarında saxladığı “KAMAZ 55111” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərindən 01 ədəd, 200 (iki yüz) manat dəyərində Qazaxıstan Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper gücə malik, 513x223x223 ölçülü, istifadəyə yararlı “Nomad” markalı akkumlyatoru və 01 ədəd, 80 (səksən) manat dəyərində Türkiyə Respublikasında istehsal olunmuş, 12 voltluq, 45 amper gücə malik, 278x175x190 ölçülü, istifadəyə yararlı “Sigma” markalı akkumlyatoru oğurlamış, yəni Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 280 (iki yüz səksən) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 29 dekabr 2023-cü il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus olmaqla sonuncunun yaşadığı Tovuz rayonu, Qovlar şəhərində yerləşən “Aysu” şadlıq evinin qarşısında saxladığı “KAMAZ 55111” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərindən 01 ədəd, 270 (iki yüz yetmiş) manat dəyərində Qazaxıstan Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper gücə malik, 530x223x223 ölçülü, istifadəyə yararlı “Energy” markalı akkumlyatoru və 01 ədəd, 250 (iki yüz əlli) manat dəyərində, Qazaxıstan Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper gücə malik, 530x223x223 ölçülü, istifadəyə yararlı “Modile” markalı akkumlyatoru oğurlamış, yəni Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 520 (beş yüz iyirmi) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs3 özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 24 dekabr 2023-cü il tarixdə, 02 radələrində Zərərçəkmiş şəxs4 məxsus olmaqla sonuncunun yaşadığı Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evinin qarşısında saxladığı iki təkərli qoşqunun üzərinə quraşdırılmış və əkin sahəsinin suvarılması üçün nəzərdə tutulmuş SMP markalı, A-41 nömrəli su nasosuna aid 750 (yeddi yüz əlli) manat dəyərində olan yağ və su radiatorlarını və su nasosuna aid 150 manat dəyərində “kollektor” adlı ehtiyat hissəsini oğurlamış, yəni Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 900 (doqquz yüz) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 24 dekabr 2023-cü il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs5 məxsus olmaqla sonuncunun yaşadığı Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evinin qarşısında saxladığı iki təkərli qoşqunun üzərinə quraşdırılmış və əkin sahəsinin suvarılması üçün nəzərdə tutulmuş SMP markalı, A-41 nömrəli su nasosuna aid 750 (yeddi yüz əlli) manat dəyərində olan yağ və su radiatorlarını oğurlamış, yəni Zərərçəkmiş şəxs5 məxsus ümumilikdə 750 (yeddi yüz əlli) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 29 dekabr 2023-cü il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs6 məxsus Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində sonuncunun əkin sahəsinin kənarında saxladığı Belarusiya Respublikasında istehsal olunmuş traktorun ön hissəsində yerləşən dəmir metaldan hazırlanmış hər biri 45 (qırx beş) manat olmaqla 6 ədəd, 270 (iki yüz yetmiş) manat dəyərində dəmir tarazlıqları oğurlamış, yəni Zərərçəkmiş şəxs6 məxsus ümumilikdə 270 (iki yüz yetmiş) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 29 dekabr 2023-cü il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs3 məxsus olmaqla sonuncunun yaşadığı Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən fərdi yaşayış evinin qarşısında saxladığı “KAMAZ 55111” markalı, **-BU- *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərindən 02 ədəd, hər biri 200 (iki yüz) manat dəyərində olmaqla 400 (dörd yüz) manat dəyərində Qazaxıstan Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper gücə malik, 513x223x223 ölçülü, istifadəyə yararlı “Bars” markalı akkumlyatorları oğurlamış, yəni Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 400 (dörd yüz) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 29 dekabr 2023-cü il tarixdə, 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus olmaqla sonuncunun yaşadığı Tovuz rayonu Baqqallı kəndində asfalt örtüklü yolun kənarında saxladığı “KAMAZ 55111” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərindən 01 ədəd, 200 (iki yüz) manat dəyərində Qazaxıstan Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper gücə malik, 513x223x223 ölçülü, istifadəyə yararlı “Nomad” markalı akkumlyatoru və 01 ədəd, 80 (səksən) manat dəyərində Türkiyə Respublikasında istehsal olunmuş, 12 voltluq, 45 amper gücə malik, 278x175x190 ölçülü, istifadəyə yararlı “Sigma” markalı akkumlyatoru oğurlamış, yəni Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 280 (iki yüz səksən) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 29 dekabr 2023-cü il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus olmaqla sonuncunun yaşadığı Tovuz rayonu, Qovlar şəhərində yerləşən “Aysu” şadlıq evinin qarşısında saxladığı “KAMAZ 55111” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərindən 01 ədəd, 270 (iki yüz yetmiş) manat dəyərində Qazaxıstan Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper gücə malik, 530x223x223 ölçülü, istifadəyə yararlı “Energy” markalı akkumlyatoru və 01 ədəd, 250 (iki yüz əlli) manat dəyərində, Qazaxıstan Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper gücə malik, 530x223x223 ölçülü, istifadəyə yararlı “Modile” markalı akkumlyatoru oğurlamış, yəni Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 520 (beş yüz iyirmi) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Göstərilən xüsusatlar məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, ekspert rəyi və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Qovlar şəhərində yaşayır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanışlarıdır. xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində tanışı Asif mobil telefonuna zəng edib bildirdi ki, İnqilabla birlikdə pivə içmək istəyirlər, onunda onlarla getməyini istəyirlər. O da Asiflə razılaşmışdır. Asif İnqilabla birlikdə yaşadığı ünvana gəlmiş və onlar İnqilabın idarə etdiyi “VAZ 2107” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobillə pivə içmək üçün Tovuz rayonu Alakol kəndinə getmişlər. Lakin orada kafe bağlı olduğu üçün onlar Tovuz rayonu Əyyublu kəndinə getmişlər. Burada “Ayxan” kafesində 10 manat civarında pivə içmişlər. Həmin hesabı özü vermişdir. İnqilab “Ayxan” kafedə pivə içərkən kafeni bəyənmədiyini, başqa bir yerdə pivə içmək istədiyini istəmişdir. Təklif etmişdir ki, Şəmkir rayonu Zəyəm Cırdaxan kəndində tanıdığı kafe var. Oraya gedə bilərlər. Bundan sonra Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndinə həmin kafeyə gəlmişlər. Orada masaların birində təxminən 30-40 dəqiqə olub pivə içmişlər. xx.xx.2023-cü il tarixdə saat 02:00 radələrində kafedən çıxmışlar. Zəyəm-Cırdaxanda içdikləri pivələrə görə 18 manat hesabı Asiflə İnqilab vermişlər. Zəyəm-Cırdaxan kəndində pivə içdiyi həmin kafenin qarşısında göy rənli “Belorus” markalı traktor dayanmışdır. Asif İnqilaba təklif etmişdir ki, həmin traktorun üzərində olan dəmir tarazlayıcıları (qruzları) oğurlayıb satsınlar. Daha sonra Asif ona bildirmişdir ki, o, dəmir tarazlayıcıları traktorun üzərindən sökərkən ətrafda gözətçilik etsin. İnqilab da şübhə oyatmamaq üçün yenidən kafeyə girmişdir. Asif həmin traktorun 06 (altı) ədəd dəmir tarazlayıcıları sökmüşdür. Onun köməkliyi ilə həmin tarazlayıcıları İnqilabın avtomabilinin salonuna yerləşdirmişlər. Oğurlanmış dəmir tarazlayıcıları İnqilabgilin ünvan 3də yerləşən evlərinə aparmışlar. İnqilab həmin altı ədəd dəmir tarazlayıcıları həyətlərində olan çardağın altındakı taxta rəfin içərisində gizlətmişdir. Bundan sonra onlar evlərinə getmişlər. Təxminən 30 dəqiqə sonra Asif ona zəng edərək evdən 19 və 22 nömrəli açar götürüb çölə çıxmağını təklif etmişdir. Asifin dediyi açarları götürüb evin qarşısına çıxmışdır. Onlar onu evin qarşısından götürmüşlər. İnqilabın avtomobilinə əyləşəndə onlardan hara gedəcəyini soruşmuşdur. Onlar şəhərdə gəzmək istədiklərini demişlər. Onlar Qovlar şəhərinə gəlmişlər. Orada Asif üzərində pul olub-olmamağını soruşduqda ona üzərində pul olmadığını demişdir. Belə dedikdə Asif onlara Tovuz rayonu Dondar Quşçu kənd “preyezd”inə getməyi təklif etmişdir. İnqilabın avtomobili ilə “Dondar preyezd”inə gəlmişlər. Orada Asif dükanların birindən özünə və İnqilaba spirtli içki “Goo” almışdır. Bundan sonra Asif, İnqilabdan avtomobili Tovuz rayonu Dondar Quşçu kəndi ərazisinə sürməyini istəmişdir. İnqilabda avtomobili Tovuz rayonu Dondar Quşçu kəndinə sürmüşdür. Kəndin təxminən 400-450 metr girişində yolun sol tərəfində evin qarşısında **-BU-*** dövlət qeydiyyat nömrəli xaki rəngli “KAMAZ” markalı yük avtomobili dayanmışdır. Asif İnqilaba həmin yük avtomobilinin akumulyatorunu oğurlanmasını təklif etmişdir. İnqilab və o ilk öncə razı olmasalarda sonra Asiflə razılaşmışlar. İnqilab öz avtomobilini KAMAZ-ın qarşısında saxlamışdır. Asiflə avtomobildən düşüb KAMAZ markalı yük avtomobilinə yaxınlaşmışlar. KAMAZ-ın qarşısında dayanıb gözətçilik etmişdir. Asif isə akumulyatoru sökməyə başlamışdır. Akkumlyatorun üzəri zəncirlə bağlanmışdır. Asif açarla həmin zənciri qırıb iki ədəd akumulyatoru götürüb İnqilabın avtomobilinin salonuna yerləşdirmişdir. Həmin vaxt İnqilab avtomobilində onları gözləmişdir. Tovuz rayonu Dondar Quşçu kəndindən çıxıb Qovlar şəhərinə doğru hərəkət etmişlər. Tovuz rayonu Aşağı Quşçu kəndindən küçəndə yolun sol kənarında **-DL-*** qeydiyyat nişanlı KAMAZ markalı avtomobili görmüşlər. Asif həmin yük avtomobilinin də akumulyatorunu sökməyi təklif etdikdə onunla razılaşmışlar. İnqilab isə avtomobilində gözləmişdir. Onunla Asif KAMAZ-a yaxınlaşmışlar. O, yenə də gözətçilik etmişdir. Asif isə KAMAZ avtomobilinin boltla bağlanmış iki ədəd akkumlyatorunu söküb İnqilabın VAZ-2107 markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoymuşlar. Daha sonra isə oradan Qovlar şəhərinə doğru gəlmişlər. Qovlar şəhərində “Aysu” şadlıq sarayının qarşısında Asif İnqilabdan avtomobili dayandırmağı təklif etmişdir. Həmin yerdə **-BK-*** qeydiyyat nişanlı qırmızı rəngli KAMAZ dayanmışdır. Asiflə avtomobildən düşüb həmin KAMAZ markalı yük avtomobilinə yaxınlaşmışlar. İnqilab isə avtomobilində onları gözləmişdir. Asif açarla akumulyatorun üzərində olan zənciri qırdıqdan sonra iki ədəd akkumlyatoru götürmüşdür. Həmin vaxt ətrafda yenə də gözətçilik etmişdir. Həmin akkumlyatorları İnqilabın avtomobilinin salonuna yığmışlar. Bundan sonra İnqilabla Asif onu evinə aparmışlar. Yolda İnqilab demişdir ki, “oğurlanmış akkummlyatoru öz evlərinə aparıb orada saxlayacaqdır”. Onu evinə düşürdükdən sonra Asiflə İnqilab çıxıb getmişlər. İnqilab, Asif və o, həmçinin xx.xx.2023-cü il tarixdə gecə saatlarında Tovuz rayonu Aşağı Quşçu kəndində sökülmüş vəziyyətdə olan traktorun iki ədəd radiatorunu söküb oğurlamışlar. Həmin radiatorları xx.xx.2023-cü il tarixdə, səyyar metal alışverişi ilə məşğul olan, tanımadığı və dövlət qeydiyyat nömrəsini bilmədiyi şəxsə, 100 manat pula satmışlar. Payına həmin puldan 32 manat pul düşmüşdür. Bütün oğurluqları əvvəlcədən razılaşıb etmişlər. Oğurladıqları əşyalar Qovlar şəhərində İnqilabın evində saxlanılmışdır. Hazırda əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin böyük hissinə dəymiş ziyanı ödəməsini nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Qovlar şəhərində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, dolanmaq üçün fəhləliklə məşğuldur. Qovlar şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 dostarıdır, onlarla tez-tez görüşüb bir yerdə oturub çay içir. xx.xx.2023-cü il tarixdə dostu İnqilabla birlikdə Qovlar şəhərində evlərin birində malyar işi görmüşlər. İşi qurtardıqdan sonra qərara gəlmişlər ki, bir yerdə əyləşib pivə içsinlər. Həmin gün saat 20:00 radələrində o, Röyalın mobil telefonuna zəng etmiş və ona bildirmişdir ki, İnqilabla birlikdə pivə içmək istəyir, onun da onlarla getməyini təklif etmişdir. Röyal razılaşmış və İnqilabla birlikdə Röyalın yaşadığı ünvana gəlib və onu götürüb İnqilabın idarə etdiyi “VAZ- 2107” markalı **-CN-*** dövlət qeydiyyan nişanlı ağ rəngli avtomobillə pivə içmək üçün Tovuz rayonu Alakol kəndinə getmişlər. Lakin orada olan kafe bağlı olduğu üçün Tovuz rayonu Əyyublu kəndində getmişlər. Orada “Ayxan” kafesində əyləşib 10 manatlıq pivə içmişlər. Həmin hesabı Röyal vermişdir. “Ayxan” kafesində pivə içərkən kafeni bəyənmədiyini, başqa bir yerdə pivə içmək istədiyini demişdir. Röyal təklif etmişdir ki, Şəmkir rayon Zəyəm Cırdaxan kəndində tanıdığı kafe var. Oraya gedə bilərlər. Bundan sonra Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndinə Röyalın dediyi kafeyə getmişlər. Orada pivə içmişlər. Həmin kafedə təxminən 30-40 dəqiqə olmuşlar. Zəyəm Cırdaxan kəndində kafedə 18 manat pulu onunla İnqilab vermişdir. xx.xx.2023-cü il tarixdə saat 02:00 radələrində kafedən çıxmışlar. Zəyəm- Cırdaxan kəndində həmin kafenin qarşısında göy rənli “Belarus” markalı traktor saxlanılmışdır. İnqilaba təklif etmişdir ki, traktorun üzərində olan dəmir qruzları oğurlayıb satsınlar və Röyala dəmir qruzları traktorun üzərindən sökərkən ətrafda gözətçilik etsin, gələn olarsa xəbərdar etsin. İnqilab isə şübhə oyatmamaq üçün yenidən kafeyə qayıtmışdır. Traktorun 06 (altı) ədəd dəmir qruzunu sökmüş və Röyalın köməkliyi ilə qruzları İnqilabın avtomobilinin salonununa yükləmişdir. Oğurlanmış qruzları İnqilabgilin ünvan 3-də yerləşən evinə aparmışlar. İnqilab altı ədəd dəmir qruzu həyətdə olan çardaxın altındakı taxta rəfin içərisində gizlətmişdir. Bundan sonra Röyalı evlərinə aparmışlar. İnqilabla Röyalı evlərinə düşürdükdən sonra spirtli içki olan “Goo” alıb içmişlər. İnqilabla aralarında razılğa gəlmişlər ki, rayonu gəzib yolun kənarında olan avtomobillərin üzərindən avtomobil akkumulyatorları oğurlasınlar. Razılaşdıqdan sonra Röyalı evlərinə düşürdükldən təxminən 30 dəqiqə sonra ona zəng edərək evdən 22 və 19 nömrəli açar götürüb çölə çıxmağını istəmişdir. Röyal dediyi açarları götürüb evin qarşısına çıxmışdır. Onu evin qarşısından götürmüşdür. Röyal avtomobilə əyləşəndən sonra ona oğurluq barədə fikirlərini demişlər. Röyal da onlarla razılaşmışdır. Qovlar şəhərində Röyaldan üzərində pul olub-olmamağını soruşduqda Röyal üzərində pul olmadığını demişdir. Belə olduqda Tovuz rayonu Dondar Quşçu kənd “priyezdinə” getməyi təklif etmişdir. Onlar İnqilabın avtomobili ilə “Dondar priyezdinə” gəlmişlər. Orada dükanların birindən özünə və İnqilaba spirtli içki “Goo” və siqaret almışdır. Bundan sonra İnqilabdan avtomobili Tovuz rayonu Dondar Quşçu kəndinə sürməyi təklif etmişdir. İnqilabın avtomobili Tovuz rayonu Dondar Quşçu kəndinə gəlmişdir. Kəndin təxminən 400-450 metr girişində yolun sol tərəfində evin qarşısında **-BU-*** dövlət qeydiyyat nömrəli xaki rəngli “KAMAZ” markalı yük avtomobili dayanmışdır. İnqilaba həmin yük avtomobilinin akkumulyatorunu oğurlamağı təklif etmişdir. Onların hər ikisi onunla razılaşmışdır. Bundan sonra İnqilab öz avtomobilini KAMAZ-ın qarşısında saxlamışdır. Röyalla avtomobildən düşüb KAMAZ markalı yük avtomobilinə yaxınlaşmışlar. Röyal KAMAZ-ın qarşısında dayanmış, özü isə akkumulyatorun üzərinə bağlanmış zənciri açarla qırmış və iki ədəd akkumulyatoru söküb Röyalla birlikdə İnqilabın avtomobilinin salonuna yerləşdirmişlər. Həmin vaxt İnqilab avtomobildə olmuşdur. Tovuz rayonu Dondar Quşçu kəndindən çıxıb Qovlar şəhərinə doğru hərəkət etmişlər. Tovuz rayonu Aşağı Quşçu kəndindən keçəndə yolun sol kənarında **-DL-*** dövlət qeydiyyat nişanlı Kamaz markalı avtomobil görmüşlər. Bu avtomobilində akkumlyatorunnu sökmək qərarına gəlmişlər. İnqilab avtomobili saxlamış, onunla Röyal maşından düşüb avtomobilə yaxınlaşmışlar. Röyal yanımda dayanmış və özü isə həmin yük KAMAZ-nın iki ədəd akkumulyatorunu sökmüşdür. Akkumulyatorlar boltla bağlandığından boltu açarla açmışdrı. Akkumulyatorları İnqilabın VAZ- 2107 markalı **-CN-*** qeydiyyan nişanlı avtomobilin yük yerinə qoymuşlar. Sonra isə Qovlar şəhərinə doğru getmişlər. Qovlar şəhərində “Aysu” şadlıq sarayının qarşısında İnqilabdan avtomobili dayandırmasını təklif etmişdiir. Həmin yerdə **-BK-*** qeydiyyat nişanlı qırmızı rəngli yük KAMAZ-ı dayanmışdır. Röyalla avtomobildən düşüb KAMAZ markalı yük avtomobilinə yaxınlaşmışlar. İnqilab isə avtomobilində onları gözləmişdir. Açarla akkumulyatorun üzərində olan zənciri qırmış və iki ədəd akkumulyatoru götürmüşdür. Həmin akkumulyatorları da İnqilabın avtomobilinin salonuna yığmışlar. Bundan sonra İnqilabla Röyalı evlərinə aparmışlar. Yolda İnqilab demişdir ki, “oğurlanmış akkumulyatorları evlərinə aparıb orada saxlayacaqdır.” Röyalı evə düşürdükdən sonra İnqilabgilin evinə gəlmişlər. Evə çatanda gecə saat 05-06 radələri olardı. Onların evə girdiklərini heç kim bilməmişdir. Oğurladıqları əşyaları evin çardağında taxta rəfin içərisinə qoymuşlar. Bundan sonra evinə getmişdir. İnqilab və Röyal, həmçinin o, xx.xx.2023-cü il tarixdə gecə saatlarında Tovuz rayonu Aşağı Quşçu kəndində sökülmüş vəziyyətdə olan traktorun iki ədəd radiatorunu söküb oğurlamışlar. Həmin radiatorları xx.xx.2023-cü il tarixdə tanımadığı metal alışı ilə məşğul olan şəxsə 100 manat pula satmışlar. Onun payına həmin puldan 33 manat pul düşmüşdür. Bütün oğurluqları əvvəlcədən razılaşıb etmişlər. Hazırda əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin böyük hissinə dəymiş ziyanı ödəməsini nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Qovlar şəhərində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, dolanmaq üçün gündəlik fəhləliklə məşğul olur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dostlarıdır. Onlarla tez-tez bir yerdə oturub çay içir. xx.xx.2023-cü il tarixdə dostu Asiflə birlikdə Qovlar şəhərində evlərin birində “malyar” işi görmüşlər. İşi qurtardıqdan sonra qərara gəlmişlər ki, bir yerdə əyləşib pivə içsinlər. Asif saat 20:00 radələrində Röyalın mobil telefonuna zəng etmişdir. Ona bildirmişdir ki, pivə içmək istəyirlər, sonuncuya onlarla getməyi təklif etmişdir. Röyal razılaşmış və sonuncular onun avtomobili ilə Röyalın yaşadığı ünvana gəlmiş və onu götürüb idarə etdiyi “VAZ-2107” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobillə pivə içmək üçün Tovuz rayonu Alakol kəndinə getmişlər. Lakin orada olan kafe bağlı olduğu üçün onlar Tovuz rayonu Əyyublu kəndinə getmişlər. Orada “Ayxan” adlı kafedə əyləşib 10 manatlıq pivə içmişlər. Həmin hesabı Röyal vermişdir. Asif “Ayxan” adlı kafedə pivə içərkən kafeni bəyənmədiyini, başqa bir yerdə pivə içmək istədiyini demişdr. Röyal təklif etmişdir ki, Şəmkir rayonu Zəyəm Cırdaxan kəndində tanıdığı kafe var. Oraya gedə bilərlər. Bundan sonra Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndinə Röyalın dediyi kafeyə getmişlər. Orada masaların birində əyləşib pivə içmişlər. Həmin kafedə təxminən 30-40 təqiqə olmuşlar. xx.xx.2023-cü il tarixdə saat 02:00 radələrində kafedən çıxmışlar. Pivənin 18 manat hesabı Asiflə özü vermişdir. Zəyəm-Cırdaxan kəndində pivə içdiyi adını bilmədiyi həmin kafenin qarşısında göy rənli “Belarus” markalı traktor saxlanılmışdır. Asif onlara təklif etmişdir ki, həmin traktorun üzərində olan dəmir qruzları oğurlayıb satsınlar. Daha sonra o, Röyala bildirmişdir ki, dəmir qruzları traktorun üzərindən sökərkən Röyal ətrafda gözətçilik etsin, özü isə şübhə oyatmamaq üçün yenidən kafeyə girmişdir. Asif həmin traktorun 06 (altı) ədəd dəmir qruzunu söküb Röyalın köməkliyi ilə qruzları onun avtomobilinin salonuna qoymuşlar. Həmin oğurladıqları dəmir qruzları yaşadığı ünvan 3-də yerləşən evinə aparmışlar. Həmin altı ədəd dəmir qruzu həyətdə olan çardaxın altındakı taxta rəfin içərisində gizlətmişdir. Bundan sonra Röyalı evlərinə aparmışlar. Röyalı evlərinə düşürdükdən sonra spirtli içki “Goo” alıb içmişlər. Sonra Asiflə razılığa gəlmişlər ki, rayonu gəzib yolun kənarında olan avtomobillərin üzərindən avtomobil akkumulyatorları oğurlasınlar. Razılaşdıqdan sonra təxminən 30 dəqiqə sonra Röyala zəng edərək evdən 22 və 19 nömrəli açar götürüb çölə çıxmağını istəmişlər. Röyal dediyi açarları götürüb evin qarşısına çıxmışdır. Onu evin qarşısından götürmüşlər. Röyal avtomobilə əyləşəndən sonra onlar ona öz fikrini demişlər. Röyal da onlarla razılaşmışdır. Qovlar şəhərində Asif Röyaldan üzərində pul olub-olmamağını soruşduqda Röyal üzərində pul olmadığını bildirmişdir. Belə olduqda Asif Tovuz rayonu Dondar Quşçu kənd priyezdinə getməyi təklif etmişdir. Onun avtomobili ilə “Dondar priyezdinə” gəlmişlər. Orada Asif dükanların birindən özünə və ona spirtli içki “Goo” və siqaret almışdır. Bundan sonra Asif ondan avtomobili Tovuz rayonu Dondar Quşçu kəndinə sürməyi təklif etmişdir. X7 kəndinə sürmüşdür. Kəndin təxminən 400- 450 metr girişində yolun sol tərəfində evin qarşısında **-BU-*** dövlət qeydiyyat nömrəli xaki rəngli “KAMAZ” markalı yük avtomobili dayanmışdır. Asif demişdir ki, həmin yük avtomobilinin akkumulyatorunu oğurlasınlar. Onlarda razılaşmışlar. Avtomobilini KAMAZ-ın qarşısında saxlamışdır. Röyalla Asif avtomobildən düşüb KAMAZ markalı yük avtomobilinə yaxınlaşmışlar. Röyal KAMAZ-ın qarşısında dayanıb gözətçilik etmişdir. Asif isə iki ədəd akkumulyatoru sökdükdən sonra Röyalla götürüb onun avtomobilinin salonuna yerləşdirmişlər. Həmin vaxt avtomobildə onları gözləmişdir. Tovuz rayonu Dondar Quşçu kəndindən çıxıb Qovlar şəhərinə doğru hərəkət etmişlər. Tovuz rayonu Aşağı Quşçu kəndində küçədə yolun sol kənarında **-DL-*** dövlət qeydiyyat nişanlı Kamaz markalı avtomobil görmüşdür. Asif həmin yük avtomobilinin də akkumulyatorunu sökməyi təklif etmişdir. Onlar razılaşmışalr. Özü isə avtomobildə gözləmişdir. Röyal Asiflə KAMAZ markalı avtomobilin iki ədəd akkumulyatorunu sökdükdən sonra akkumulyatorları idarə etdiyi “VAZ- 2107” markalı **-CN-*** dövlət qeydiyyan nişanlı avtomobilin yük yerinə qoymuşlar. Daha sonra isə avtomobilinə minib Qovlar şəhərinə doğru hərəkətdə olmuşlar. Qovlar şəhərində “Aysu” şadlıq sarayının qarşısında Asif ona avtomobili dayandırmağı təklif etmişdir. Burada **-BK-*** dövlət qeydiyyat nişanlı qırmızı rəngli yük KAMAZ dayanmışdı. Asif Röyalla avtomobildən düşüb həmin KAMAZ markalı yük avtomobilinə yaxınlaşmışlar, o isə yenə də avtomobilində gözləmişdir. Onlar Kamazın iki ədəd akkumulyatorunu söküb oğurlayıb avtomobilinin salonuna qoymuşlar. Bundan sonra Röyalı evlərinə aparmışalar. Yolda demişdir ki, oğurladıqları akkumulyatorları evinə aparıb orada saxlayacaqdır. Röyalı evə düşürdükdən sonra onun evinə gəlmişlər. Evə çatanda gecə saat 05-06 radələri olardı. Onların evə girdiyini heç kim bilmədi. Oğurladıqları əşyaları evin çardağında taxta rəfin içərisinə qoymuşlar. Bundan sonra Asif evlərinə getmişdir. Röyal və Asif, həmçinin o, xx.xx.2023-cü il tarixdə gecə saatlarında Tovuz rayonu Aşağı Quşçu kəndində sökülmüş vəziyyətdə olan traktorun iki ədəd radiatorunu söküb oğurlamışlar. Həmin radiatorları xx.xx.2023-cü il tarixdə tanımadığı metal alışı ilə məşğul olan şəxsə 100 (yüz) manat pula satmışlar. Onun payına həmin puldan 33 manat pul düşmüşdür. Oğurladıqları əşyaları Qovlar şəhərində evində saxlamışlar. Hazırda əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin böyük hissinə dəymiş ziyanı ödəməsini nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Qovlar şəhəri Fizuli küçəsi ev 4-də ailə üzvlərilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. X1 məxsus “Kamaz” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili var. Həmin yük avtomobil ilə müxtəlif rayonlardan ot və ya yonca kipi alıb Tovuz rayonunun müxtəlif kəndlərdində satır. xx.xx.2023-cü il tarixdə Yevlax rayonundan ot və yoncanın qarışığı olan kip (pres) almış və satmaq üçün Tovuz rayonuna geri qayıtmışdır. “Kamaz” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili iriqabaritli olduğu üçün, təxminən 1 ildir ki, yaşadığı evin yaxınlığında yerləşən “Aysu” şadlıq sarayının qarşısında saxlayır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində qeyd edilən avtomobili kip ilə yüklənmiş vəziyyətdə yenə “Aysu” şadlıq sarayının qarşısında saxlamış və qapılarını kilidləyərək yaşadığı evə getmişdir. Səhəri günü, yəni xx.xx.2023-cü il tarixdə, səhər saatlarında şəxsi işi ilə əlaqədar olaraq marşrutla Tovuz rayon Aşağı Quşçu kəndinə getmişdir. Kəndin mərkəzində kənd sakinlərindən, kiminsə “Kamaz” markalı avtomobilindən akumulyatorunun oğurlandığını eşitmişdir. Dərhal oradan çıxıb “Kamaz” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanına gəlmişdir. Avtomobilin akumulyator yerinə baxdıqda akkumulyator yerinin kilidinin zəncirinin qırıq olduğunu görmüşdür. Akumulyatorlar olan yerə baxdıqda hər iki akkumlyatorun yerində olmadığını görmüşdür. Məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixə keçən gecə “Kamaz” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini “Aysu” şadlıq sarayının qarşısında saxladıqdan sonra, naməlum şəxs və ya şəxslər avtomobilin akkumlyatorun zəncirini qıraraq hər iki 190-lıq akkumulyatorları oğurlamışdır(lar). Akkumlyatorların hər ikisi Qazaxıstan Respublikasında istehsal olunmuş, 01 ədəd, 12 voltluq, 190 amper, 530x223x223 ölçülü istifadəyə yararlı, “Energy” markalı və 01 ədəd 12 voltluq, 190 amper, 530x223x223 ölçülü, istifadəyə yararlı “Modile” markalı akkumulyatorlar olmuşdur. Cinayət nəticəsində ona maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, təqsirləndirilən şəxslərə qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Tovuz rayon Baqqallı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Tovuz rayonu Baqqallı kənd orta məktəbində müəllim işləyir. Özünə məxsus “Kamaz” markalı yük maşını var. **-DL-*** dövlət qeydiyyat nömrə nişanlı “Kamaz” markalı yük maşını 2023-cü ilin sentyabr ayında almışdır. Alarkən həmin akkumulyatorlar da yük maşının üzərində olmuşlar. Həmin yük maşını ilə Tovuz rayonundan Bakı şəhərinə, Bakı şəhərindən isə Tovuz rayonuna yük daşımaqla ailəsinin tələbatlarını ödəyir. Onunla birlikdə oğlu Şahid5 da gedib-gəlir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində idarə etdiyi “Kamaz” markalı, **-DL-*** dövlət qeydiyyat nömrə nişanlı yük maşınına Tovuz rayonundan Bakı şəhərinə aparmaq üçün yük yığıb, Tovuz rayonu Aşağı Quşcu kəndində yolun kənarında saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində oğlu ilə “Kamaz” markalı yük maşının qoşqu və arxa yük yerinin üzərinə çadır örtüyü çəkmişlər. Səhəri günü, yəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında oğlu Şahid5 yükü boşaltmaq üçün Bakı şəhərinə yola çıxacaqdırlar. Həmin günü Maqsud “Kamaz”ın mühərrikini işə salmaq istəsədədə, yük maşını işə düşməmişdir. Səbəbini öyrənmək üçün yük maşının cərəyan mənbəyini (akkumulyatorunu) yoxlamaq qərarına gəlmişdir. Maqsud akkumulyatorların yerində olmamasını görüb bu barədə ona telefonla zəng edərək məlumat vermişdir. O da öz növbəsində dərhal 102 xidmətinə müraciət etmişdir. Akkumulyatorları xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçə gecə naməlum şəxs və ya şəxslər oğurlamaqla ona maddi ziyan vurmuşdur. Həmin akkumlyatorlardan biri Qazaxıstan Respublikasında istehsal olunmuş, 01 ədəd 12 voltluq, 190 amper, 513x223x223 ölçülü, istifadəyə yaralı qiyməti 200 (iki yüz) manata olan “Nomad” markalı, digəri isə Türkiyədə istehsal olunmuş 01 ədəd, 12 voltluq, 45 amper, 278x175x190 ölçülü, istifadəyə yararlı, qiyməti 80 (səksən) manata olan “Sigma” markalı akkumlyator olmuşdur. Baş vermiş cinayət nəticəsində ona maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən onun sonunculardan heç bir şikayət və tələbinin olmamasını bildirdi. Odur ki, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, Tovuz rayonu Dondar Quşçu kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Özünə məxsus “Kamaz” markalı **-BU-*** qeydiyyat nişanlı yük avtomobili var. Həmin yük avtomobili ilə tikinti üçün nəzərdə tutulmuş daş və kubik daşıyır. Yük avtomobilini hər gün Tovuz rayonu Dondar Quşçu kəndində evinin qarşısında saxlayır. xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində evə gəlmiş və maşınını evin qarşısında saxlayaraq evə getmişdir. Səhəri günü, yəni xx.xx.2023-cü il tarixdə, saat 08:30da “Kamaz” markalı yük avtomobilinə yaxınlaşarkən avtomobilin iki ədəd akkumulyatorunun yerində olmadığını görmüşdür. Ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər ona məxsus “Kamaz” markalı **-BU-*** qeydiyyat nişanlı yük avtomobilinin iki ədəd akumulyatorunu oğurlamışdır(lar). İki ədəd akumulyatorların oğurlanması nəticəsində ona maddi zərər dəymişdir. Həmin akkimlyatorlar Qazaxıstan Respublikasında istehsal olunmuş 12 voltluq, 190 amper, 513x223x223 ölçülü, istifadəyə yararlı “Bars” markalı akkumlyatorlar olmuşdur. Baş vermiş cinayət nəticəsində ona maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən onun sonunculardan heç bir şikayət və tələbinin olmamasını bildirdi. Odur ki, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, Tovuz rayonu Aşağı Quşçu kəndində ailə üzvlərilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Torpaq sahəsini sulamaq üçün SMP markalı A-41 nömrəli su nasosunu iki təkərli qoşqunun üzərində quraşdırmışdır. Həmin qoşqunu Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evinin qarşısında, yəni küçədə, düz yolun kənarında saxlamışdır. 24 dekabr 2023-cü il tarixdə qoşqunun üzərində olan, su nasosunu traktora qoşub sahəyə aparmalı idi. 24 dekabr 2023-cü il tarixdə səhər saatlarında küçəyə çıxdı ki, qoşqunu sahəyə aparsın, qoşquya yaxınlaşarkən su nasosuna aid yağ radiatorunun, su radiatorunun və su nasosuna aid dəyəri 150 manat olan “kollektor” adlı ehtiyat hissəsinin oğurlanmasını müəyyən etmişdir. Oğurluq nəticəsində ona ümumillikdə 900 (doqquz yüz) manat maddi ziyan dəymişdir. Baş vermiş cinayət nəticəsində ona maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən onun sonunculardan heç bir şikayət və tələbinin olmamasını bildirdi. Odur ki, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, Tovuz rayon Aşağı Quşçu kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğuldur. Torpaq sahəsini sulamaq üçün özünə məxsus olan, istifadəyə yararlı SMP markalı A-41 nömrəli su nasosunu iki təkərli qoşqunun üzərində quraşdırmışdır. Həmin qoşqunu isə Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evinin qarşısında, yəni küçədə, düz yolun kənarında saxlamışdır. 24 dekabr 2023-cü il tarixdə qoşqu üzərində olan həmin su nasosunu traktora qoşub sahəyə aparmalı idi. 24 dekabr 2023-cü il tarixdə səhər saatlarında qardaşı oğlu Samir evinə gələrək dedi ki, “mənim su nasosuna aid yağ radiatorunu, su nasosuna aid su radiatoru və su nasosuna aid “kollektoru” oğurlayıblar. Bundan sonra onlar birlikdə ona məxsus qoşquya yaxınlaşmışlar. Baxmışlar ki, su nasosuna aid yağ radiatoru, su radiatoru 24 dekabr 2023-cü il tarixə keçən gecə oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumillikdə 750 (yeddi yüz əlli) manat maddi ziyan dəymişdir. Baş vermiş cinayət nəticəsində ona maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən onun sonunculardan heç bir şikayət və tələbinin olmamasını bildirdi. Odur ki, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində ailə üzvlərilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, kənd təsərrüfatı işləri ilə məşğuldur. Özünə məxsus “Belarus MTZ 892 ” markalı 90m584 dövlət qeydiyyat nişanlı traktoru lizinqlə xx.xx.2016-cı il tarixdən almışdır. Həmin traktorla kənddə əkin-biçin işləri görür. Traktoru həmkəndlisi Şahid1 onun xahişinə əsasən müvəqqəti olaraq istifadə etməkdən ötrü vermişdir. Bakı şəhərində olan zaman Elçin 29 dekabr 2023-cü il tarixdə ona zəng edib dedi ki “xx.xx.2023-cü il tarixdə axşam saatlarında pay torpaqlarında işlədikdən sonra traktoru torpaq sahəsinin kənarında saxlayıb evə getmiş, səhəri gün, yəni 29 dekabr 2023-cü il tarixdə traktorun yanına gələndə traktorun qarşısında olan 8 (səkkiz) ədəd hər biri 45 kiloqram çəkidə, dəmir balanslaşdırıcının 6 (altı) ədədinin yerində olmadığını aşkar edib, oğurlandığını bilmişdir. Bundan sonra bu barədə məlumat vermək üçün Şəmkir rayon X12 Polis Bölməsinə gedib ərizə ilə müraciət etmişdir.” Zəyəm polis bölməsində araşdırma aparıldıqdan sonra material Tovuz rayon Polis Şöbəsinə göndərilmişdir. Materialın nə üçün Tovuz RPŞ-nə göndərilməsi ilə maraqlandıqda traktorundan oğurluq edən şəxslərin Tovuz rayon Qovlar şəhər sakinləri Təqsirləndirilən şəxs1, X6 və Təqsirləndirilən şəxs2 adlı şəxslər olmasını və həmin şəxslərin barəsində burada istintaq aparıldığını bilmişdir. Oğurlanmış dəmir tarazlayıcıların hər birinin çəkisi 45 kiloqram idi. İstintaq zamanı verdiyi ərizədən göründüyü kimi təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən onun sonuncudan heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, Tovuz RPŞnin sahə polis nəfəri vəzifəsində işləyir. 30 dekabr 2023-cü il tarixdə Qovlar şəhəri H.Hacıyev küçəsi 58 №-li evdə yaşayan Təqsirləndirilən şəxs3 atası X5 məxsus fərdi yaşayış evinin həyətində olan yardımçı tikiliyə baxış keçirilməsində iştirak etmişdir. Baxış Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Elmar Rüstəmov tərəfindən aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 adlı şəxslər iştirak etmişlər. Həmin şəxsləri əvvəllər tanımamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlar tərəfindən oğurlanmış, sonradan adlarını bildiyi, Şəmkir rayon Zəyəm-Cırdaxan kənd sakini Şahid1 məxsus, 06 ədəd “Belarus” markalı traktora məxsus, istifadəyə yararlı, traktorun ön hissəsinin qalxmasının qarşısını almaq üçün traktorun ön hissəsində yerləşən, dəmir metaldan hazırlanmış 45 kiloqramlıq dəmir tarazlıqlar (qruz) Qovlar şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus, 01 ədəd istifadəyə yararlı “Energy” markalı və 01 ədəd istifadəyə yararlı “Modile” markalı akkumulyatorları, Tovuz rayonu Baqqallı kənd sakini Zərərçəkmiş şəxs2 məxsus, 01 ədəd istifadəyə yararlı “Nomad” markalı və 01 ədəd istifadəyə yararlı “Sigma” markalı akkumulyatorları, Aşağı Quşçu kənd sakini Zərərçəkmiş şəxs3 məxsus, 02 ədəd istifadəyə yararlı “Bars” markalı akkumulyatorları gizlətdikləri yerdən çıxardıb polisə təqdim etmişlər. Həmin əşyalar təhqiqatçı tərəfindən protokol yazılaraq götürülmüş, foto-şəkillər çəkilmiş, tərtib edilmiş protokola o da imza etmişdir. Burada həmin cinayətin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən oğurlanması müəyyən edilmişdir. Məhkəmə iclasında Şahid1 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində ailə üzvlərilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, kənd təsərrüfatı işləri ilə məşğuldur. Özünə məxsus “Belarus” markalı traktorla kənddə əkin-biçin işləri görür. xx.xx.2023-cü il tarixdə axşam saatlarında pay torpaqlarında işlədikdən sonra traktoru torpaq sahəsinin kənarında saxlayıb evinə getmişdir. Səhəri gün, yəni 29 dekabr 2023-cü il tarixdə traktorun yanına gələndə traktorun qarşısında olan, Belarusiya Respublikasında istehsal olunmuş, yenisindən seçilməyən, heç bir zədəsi və sınığı olmayan, istifadəyə yararlı, traktorun ön hissəsinin qalxmasının qarşısını almaq üçün traktorun ön hissəsində yerləşən, dəmir metaldan hazırlanmış 8 (səkkiz) ədəd, hər biri 45 kiloqram çəkidə, dəmir balanslaşdırıcının 6 (altı) ədədinin yerində olmadığını və oğurlandığını görüb bu barədə məlumat vermək üçün Şəmkir rayon X12 Polis Bölməsinə gedib ərizə ilə müraciət etmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə hadisə olan yerə getmişlər. Hadisə nəticəsində ona dəymiş ziyanın məbləği barədə bir fikir deyə bilməz. Oğurlanmış dəmir tarazlayıcıların hər birinin çəkisi 45 kiloqram olmuşdur. Məhkəmə iclasında Şahid2 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, Tovuz RPŞ-nin sahə polis nəfəri vəzifəsində işləyir. 29 dekabt 2023-cü il tarixə keçən gecə Tovuz rayon Dondar Quşçu kəndində Zərərçəkmiş şəxs3 istifadəsində olan KAMAZ-55111 markalı **-BU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin iki ədəd akkumlyatorlarının naməlum şəxs və ya şəxslər tərərfindən oğurlanması barədə Zərərçəkmiş şəxs3 vermiş olduğu ərizə ilə əlaqədar Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Elmar Rüstəmov tərəfindən hadisə yerinə baxış aparılmasında iştirak etmişdir. Burada müəyyən olundu ki, həqiqətən KAMAZ-55111 markalı **-BU-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Dondar Quşçu kəndində Zərərçəkmiş şəxs3 evini qarşısında nəzarətsiz vəziyyətdə saxlanılmış və bundan istifadə edən naməlum şəxs və ya şəxslər avtomobilin iki ədəd akkumlyatorlarını çıxardıb oğurlanmışlar. Baxış aparılması barədə təhqiqatçı tərəfindən baxış protokolu tərtib edilərək foto-şəkillər çəkilmişdir. Protokola imza etmişdir. Sonradan həmin cinayətin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən oğurlanması müəyyən edilmişdir. Məhkəmə iclasında Şahid3 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, Tovuz RPŞ-nin növbətçi hissəsində sürücü vəzifəsində işləyir. 29 dekabt 2023-cü il tarixə keçən gecə Tovuz rayon Aşağı Quşçu kəndində Tovuz rayon Baqqallı kənd sakini Zərərçəkmiş şəxs2nnu istifadəsində olan KAMAZ-55111 markalı **-DL- *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin iki ədəd akkumlyatorlarının naməlum şəxs və ya şəxslər tərərfindən oğurlanması barədə həmin şəxsin vermiş olduğu ərizə ilə əlaqədar Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Dayaq Süleymanov tərəfindən hadisə yerinə baxış aparılmasında iştirak etmişdir. Burada müəyyən olundu ki, həqiqətən KAMAZ-55111 markalı **-DL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Aşağı Quşçu kəndində asfalt yolun kənarında nəzarətsiz vəziyyətdə saxlanılmış və bundan istifadə edən naməlum şəxs və ya şəxslər avtomobilin iki ədəd akkumlyatorlarını çıxardıb oğurlamışlar. Baxış aparılması barədə təhqiqatçı tərəfindən baxış protokolu tərtib edilərək foto-şəkillər çəkilmişdir. Protokola o da imza etmişdir.Sonradan həmin cinayətin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən oğurlanması müəyyən edilmişdir. Məhkəmə iclasında Şahid5 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, Tovuz rayon Baqqallı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Atası Zərərçəkmiş şəxs2 məxsus “Kamaz” markalı yük maşını var. Atası həmin avtomaşını etibarnamə ilə ona vermişdir. O, həmin yük maşını ilə daş daşıyaraq ailəsinin tələbatını ödəyir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində idarə atasını idarə etdiyi “Kamaz” markalı, **-DL-*** dövlət qeydiyyat nömrə nişanlı yük maşınına Tovuz rayonundan Bakı şəhərinə aparmaq üçün yük yığıb, Tovuz rayonu Aşağı Quşcu kəndində yolun kənarında saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində o və atası “Kamaz” markalı yük maşının qoşqu və arxa yük yerinin üzərinə çadır örtüyü çəkmişlər. Səhəri günü, yəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında o, yükü boşaltmaq üçün Bakı şəhərinə yola çıxacaqdırlar. Həmin günü o, “Kamaz”ın mühərrikini işə salmaq istəsədə də, yük maşını işə düşməmişdir. Səbəbini öyrənmək üçün yük maşının cərəyan mənbəyini (akkumulyatorunu) yoxlamaq qərarına gəlmişdir. O, akkumulyatorların yerində olmamasını görüb bu barədə atasına telefonla zəng edərək məlumat vermişdir. Atası da öz növbəsində dərhal 102 xidmətinə müraciət etmişdir. Həmin akkumlyatorlardan biri Qazaxıstan Respublikasında istehsal olunmuş, 01 ədəd 12 voltluq, 190 amper, 513x223x223 ölçülü, istifadəyə yaralı qiyməti 200 (iki yüz) manata olan “Nomad” markalı, digəri isə Türkiyədə istehsal olunmuş 01 ədəd, 12 voltluq, 45 amper, 278x175x190 ölçülü, istifadəyə yararlı, qiyməti 80 (səksən) manata olan “Sigma” markalı akkumlyator olmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 X14 X4 12 fevral 2024-cü il tarixli 94 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 yüngül dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində) davranış pozuntuları ilə XBT (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F70.1. xəstəliyindən əziyyət çəkir. Lakin həmin xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı vəziyyətdə olmuşdur. Ona anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmiş Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 hazırda da öz hərkətlərini qiymətləndirmək, hərəklərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 X14 X4 10 may 2024-cü il tarixli 323 №-li rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 Aqil oğlunun əqli inkişafında gerilik əlaməttəri müşahidə olunmur. Təqsirləndirilən şəxs2 Aqil oğlu EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZĞUNTUSU ÖZÜNÜ KƏSMƏLƏRLƏ XBT 10-cu baxış ) F60.3 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F60.3. xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlanmətləri az ifadəli olması səbəbindən o yaranmış şəraitin mahiyyətin dərk etmək və davranışının mümkün nəticələrini görə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 Aqil oğlunun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 Aqil oğlu EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZĞUNTUSU ÖZÜNÜ KƏSMƏLƏRLƏ XBT 10-cu baxış ) F60.3 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F60.3. xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlanmətləri az ifadəli olması səbəbindən səbəbindən o yaranmış şəraitin mahiyyətin dərk etmək və davranışının mümkün nəticələrini görə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur.O hal-hazırda da öz hərəkəliniq iymətəndirmək hərəkətlıərinə hesabatvvarmək vıə və öz hərəkətlərini idrə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 Aqil oğlunun əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli 9 / 1098 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 1-01 ədəd Qazaxıstan Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper, 530x223x223 ölçülü, işlək vəziyyətdə olan, yenisindən seçilməyən, heç bir zədəsi və sınığı olmayan, istifadəyə yararlı “Energy” markalı akkumulyatorun qiyməti 270 manat, 2-01 ədəd Qazaxıstan Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper, 530x223x223 ölçülü, işlək vəziyyətdə olan, yenisindən seçilməyən, heç bir zədəsi və sınığı olmayan, istifadəyə yararlı “Modile” markalı akkumulyatorun qiyməti 250 manat, 3-01 ədəd Qazaxıstan Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper, 513x223x223 ölçülü, işlək vəziyyətdə olan, yenisindən seçilməyən, heç bir zədəsi və sınığı olmayan, istifadəyə yararlı “Nomad” markalı akkumulyatorun qiyməti 200 manat, 4-01 ədəd Türkiyədə istehsal olunmuş, 12 voltluq, 45 amper, 278x175x190 ölçülü, işlək vəziyyətdə olan, yenisindən seçilməyən, heç bir zədəsi və sınığı olmayan, istifadəyə yararlı “Sigma” markalı akkumulyatorun qiyməti 80 manat, 5-02 ədəd Qazaxıstan Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper, 513x223x223 ölçülü, işlək vəziyyətdə olan, yenisindən seçilməyən, heç bir zədəsi və sınığı olmayan, istifadəyə yararlı “Bars” markalı akkumulyatorun bir ədədinin qiyməti 200 manat, cəmi 400 manat, 6-06 ədəd, Belorusiya Respublikasında istehsal olunmuş, “Belorus” markalı traktora məxsus, yenisindən seçilməyən, heç bir zədəsi və sınığı olmayan, istifadəyə yararlı, traktorun ön hissəsinin qalxmasının qarşısını almaq üçün traktorun ön hissəsində yerləşən, dəmir metaldan hazırlanmış 45 kiloqramlıq dəmir tarazlıqlar (qruzun) hər birinin qiyməti 45 manat olmaqla cəmi 270 manat qiymətləndirilmişdir. İş materiallarında olan Tovuz Rayon İHB-nin Qovlar şəhər İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Tovuz Rayon İHB-nin Qovlar şəhər İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Tovuz Rayon İHB-nin Qovlar şəhər İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 mühkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan zərərçəkmiş şəxslərin ərizələrindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən onlara vurlmuş maddi ziyan tamamilə ödənilmişdir. Hazırda onların təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilir. Onların bu əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də onlar, həmin maddələr ilə təqsirli bilinib, sanksiyası daxilində cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, cəmiyyətdə müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməklə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, cəmiyyətdə müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməklə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs3 cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, cəmiyyətdə müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməklə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin hümanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamının 10.3-cü bəndində qeyd edilmişdir ki, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsasları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanına əsasən, cəza siyasətinin hümanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi tövsiyyə edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmələrini qanuni və əsaslı olmaqla onların islah olunmaları, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs3 atası X5 məxsus fərdi yaşayış evinin həyətində olan yardımçı tikilidən aşkar olunaraq götürülmüş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən oğurlanmış Şəmkir rayonu Zəyəm Cırdaxan kənd sakini Zərərçəkmiş şəxs6 məxsus 06 ədəd “Belarus” markalı traktora aid, istifadəyə yararlı, traktorun ön hissəsinin qalxmasının qarşısını almaq üçün traktorun ön hissəsində yerləşən, dəmir metaldan hazırlanmış 45 kiloqramlıq dəmir tarazlıqlar (qruz), Tovuz rayonu, Qovlar şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd, Qazaxıstan Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper, 530x223x223 ölçülü, istifadəyə yararlı “Energy” markalı və 01 ədəd, Qazaxıstan Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper, 530x223x223 ölçülü istifadəyə yararlı “Modile” markalı akkumulyatorlar, Tovuz rayonu, Baqqallı kənd sakini Zərərçəkmiş şəxs2 məxsus, 01 ədəd, Qazaxıstan Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper, 513x223x223 ölçülü, istifadəyə yararlı “Nomad” markalı və 01 ədəd, Türkiyədə istehsal olunmuş, 12 voltluq, 45 amper, 278x175x190 ölçülü ,istifadəyə yararlı “Sigma” markalı akkumulyatorlar, Tovuz rayonu Aşağı Quşçu kənd sakini Zərərçəkmiş şəxs3 məxsus 02 ədəd, Qazaxıstan Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper, 513x223x223 ölçülü, istifadəyə yararlı “Bars” markalı akkumulyatorların sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə,

H ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudyyət qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudyyət qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.

3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudyyət qoyulsun. Təqsirləndirilən şəxs3 üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs3 atası X5 məxsus fərdi yaşayış evinin həyətində olan yardımçı tikilidən aşkar olunaraq götürülmüş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən oğurlanmış Şəmkir rayonu Zəyəm Cırdaxan kənd sakini Zərərçəkmiş şəxs6 məxsus 06 ədəd “Belarus” markalı traktora aid, istifadəyə yararlı, traktorun ön hissəsinin qalxmasının qarşısını almaq üçün traktorun ön hissəsində yerləşən, dəmir metaldan hazırlanmış 45 kiloqramlıq dəmir tarazlıqlar (qruz), Tovuz rayonu, Qovlar şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd, Qazaxıstan Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper, 530x223x223 ölçülü, istifadəyə yararlı “Energy” markalı və 01 ədəd, Qazaxıstan Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper, 530x223x223 ölçülü istifadəyə yararlı “Modile” markalı akkumulyatorlar, Tovuz rayonu, Baqqallı kənd sakini Zərərçəkmiş şəxs2 məxsus, 01 ədəd, Qazaxıstan Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper, 513x223x223 ölçülü, istifadəyə yararlı “Nomad” markalı və 01 ədəd, Türkiyədə istehsal olunmuş, 12 voltluq, 45 amper, 278x175x190 ölçülü ,istifadəyə yararlı “Sigma” markalı akkumulyatorlar, Tovuz rayonu Aşağı Quşçu kənd sakini Zərərçəkmiş şəxs3 məxsus 02 ədəd, Qazaxıstan Respublikasında istehsal olunmuş, 12 voltluq, 190 amper, 513x223x223 ölçülü, istifadəyə yararlı “Bars” markalı akkumulyatorların sahiblərinə qaytarılması nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar