Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-95/2025 05.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.2004-cü ildə Tovuz rayonu Əsrik Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 1 (bir) nəfər azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Əsrik Cırdaxan kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 01 fevral 2025-ci il tarixdə, saat 14 radələrində fahişəliklə məşğul olmaq üçün mənzil sahəsini vermiş Şahid3 məxsus ünvan 1 ünvanında gəlir əldə etmək məqsədi ilə Şahid7 onun və tanışı Şahid8 Şahid4, Şahid6 və Şahid5 ilə cinsi əlaqədə olmalarını təmin etmək üçün cəmi 500 manat məbləğində pul alıb, bu vəsaitdən sonuncuların hər birinə 60 (altmış) manat məbləğində, mənzil sahəsini qeyd olunan məqsədlə vermiş Şahid3 isə 30 manat məbləğində pul verəcəyini vəd edərək, qalan 290 manat məbləğində pul vəsaitini isə özünə qazanc götürməklə Şahid4, Şahid6 və Şahid5 fahişəliyə cəlb etmiş, 01 fevral 2025-ci il tarixdə saat 14:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan X6 Baş İdarəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanına keçirilmiş baxış zamanı həmin ünvanda qadınları fahişəliyə cəlb edən Təqsirləndirilən şəxs, sonuncunun fahişəliyə cəlb etdiyi Şahid4, Şahid6, Şahid5 və həmin qadınlarla cinsi əlaqədə olmaq üçün gəlmiş müştərilər Şahid7 və Şahid8 müəyyən olunmuş, həmçinin cinsi əlaqə zamanı istifadə olunan iki ədəd qoruyucu və qadınları fahişəliyə cəlb etmək müqabilində Təqsirləndirilən şəxs Şahid7 aldığı 5 ədəd 100 (bir yüz) manatlıq pul əskinazları aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, hal-hazırda Tovuz rayonu, Əsrik Cırdaxan kəndində qeydiyyatda olmaqla həmin kənddə ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, lakin buna baxmayaraq Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən qadın gözəllik salonunda dırnaq ustası işləyir və müəyyən vaxtlarda fahişəliklə məşğul olaraq dolanışığını təmin edir. Bildirmişdir ki, o, işlədiyi qadın gözəllik salonunda təxminən 7 aydır ki, işə düzəlmişdir. Həmin vaxtdan da indiyə kimi orada işləyən Şahid4 tanımışdır. O, Kəmaləni tanıyan zaman bilmişdir ki, Kəmalənin maddi vəziyyəti yaxşı deyil. O, Tovuz şəhər sakini Şahid3 da təxminən 7-8 aydır ki, tanıyır. Belə ki, Şahid3 Kəmalənin yaxını olduğu üçün o, Kəmalə ilə birlikdə Aybənizə məxsus olan ünvan 2 ünvanında yerləşən evinə bir neçə dəfə qonaq getmişdir. O, Təranə və Gülmiranı da işlədiyi salonda işləyən zaman tanımışdır. Təranə və Gülmiranın onun işlədiyi salonda gedib-gələn zaman söhbət əsnasında bilmişdir ki, həmin qızlar da fahişəliklə məşğul olur. Bunun üçün də onun həmin şəxslərlə münasibəti yaranmışdır. Bildirmişdir ki, o, Çingiz adlı şəxsi də ortaq tanışlarının vasitəsilə tanımışdır. Təxminən 31 yanvar 2025-ci il tarixlərində Çingiz onunla əlaqə saxlayaraq Tovuz rayonunda olduğunu və istirahət etmək üçün ona cinsi əlaqədə olmaq istədiyini bildirmiş və həmçinin ona demişdir ki, başqa qız da olsa yaxşı olar. O da Çingizə bir neçə elə tanış qadın olduğunu və həmin qadınlarla əlaqə saxlayıb sonradan onunla əlaqə saxlayacağını bildirmişdir. O, bundan sonra Kəmalə ilə əlaqə saxlayaraq kişi müştərinin olduğunu və cinsi əlaqədə olmaq istədiyini və bunun müqabilində ona pul verəcəyini bildirmiş və onunla razılaşdıqdan sonra o, Aybənizlə əlaqə saxlayaraq Kəmalə ilə birlikdə onlara gəlmək istədiyini bildirmişdir. O, Aybənizlə danışdıqdan sonra Çingizlə yenidən əlaqə saxlayaraq elə bir qadının olduğunu və eyni ilə də cinsi əlaqədə olmaq üçün mənzil təşkil edəcəyini demişdir. O, Kəmalənin şəklini Çingizə göndərdikdən sonra Çingiz həmin qadını bəyəndiyini ona demişdir. Bundan sonra o, Çingizə bildirmişdir ki, Kəmalə və onunla cinsi əlaqədə olmaq üçün 160 manat pul alacaq və o, Çingizlə razılaşmışdır. Həmin zaman o, Çingizə bildirmişdir ki, saat 19:00-da konum atacağı ünvana gəlsin. Həmin tarixdə saat 19:00 radələrində o, Kəmalə ilə birlikdə ünvan 3 ünvanında Şahid3 məxsus olan binanın həyətində Çingizin gəlməyini gözləmiş, bir qədər sonra Çingiz onların olduğu yerə gəlmiş və binanın həyətində salamlaşmışlar və onun qabaqcadan Şahid3 ilə razılaşması əsasında ona məxsus olan məzilə qalxmışlar. Həmin mənzil 5-ci mərtəbədə yerləşir. Onlar qapının ağzına çatdıqda o, evin qapısını döymüş və Şahid3 qapını açmış, evdə ondan başqa heç bir şəxs olmamışdır. Razılaşdıqları kimi o, ilk olaraq Çingizdən 160 (bir yüz altmış) manat məbləğində pul almışdır. Bundan sonra ilk olaraq o, Çingizlə təbii yolla bir dəfə 15-20 dəqiqə ərzində cinsi əlaqədə olmuşdur. Sonra Çingizlə cinsi əlaqədə olmaq üçün Kəmalə də evin yataq otağına keçmişlər. Bir qədər sonra Kəmalə və Çingiz evin yataq otağında cinsi əlaqədə olduqdan sonra onlar otaqdan çıxmışlar və o, Kəmaləyə 65 manat pulu vermişdir. Yerdə qalan 95 manat pulu isə özünə götürmüşdür. Həmin günü o, Şahid3 onun evində cinsi əlaqədə olmaqları müqabilində heç bir məbləğdə pul verməmişdir. Bundan sonra Kəmalə işi olduğu üçün çıxıb getməli olduğunu bildirmiş və çıxıb getmişdir. Həmin günün səhəri, yəni 01 fevral 2025-ci il tarixdə saat təxminən 11 radələrində Çingiz onunla telefon əlaqəsi saxlayaraq dostu ilə birlikdə olduğunu və istirahət etmək istədiklərini bildirmiş, o da Çingizə bu zaman qadınlar olduğunu demişdir. Həmin zaman o, Kəmalədən əlavə olaraq pul müqabilində cinsi əlaqədə olmaq üçün əvvəllər tanıdığı Şahid6 və Şahid5 ilə də telefon əlaqəsi saxlayaraq onlarla da razılaşmışdır. Həmçinin, həmin qadınların şəklini “Whatsapp” vasitəsilə Çingizə göndərmişdir. O, Çingizlə gətirəcəyi qızların müqabilində 500 (beş yüz) manat pul alacağını demiş və onlar 500 (beş yüz) manata razılaşmışlar. O, Çingizlə razılaşdıqdan sonra Şahid3 zəng edərək saat 14:00-da onun yaşadığı mənzilə müştərilər gətirəcəyini demişdir. Aybəniz isə ona hər qadına görə 10 manat pul alacağını bildirmiş və o, Aybənizlə razılaşmışdır. Daha sonra isə Çingizə zəng edərək qızları və görüşmək üçün ev hazır etdiyini bildirmişdir. O, Çingizə bildirmişdir ki, saat 14:00-da dünən atdığı konumda olsunlar. O da bundan sonra işlədiyi salona getmiş və Kəmalə ilə görüşmüş və Kəmaləyə məxsus avtomobilə əyləşərək Şahid3 məxsus olan onun yaşadığı evə getmişdir. Onlar binanın həyətində olan zaman Çingiz və Təvəkgülün binanın həyətində onalrı gözlədiyini görmüşlər və onlar bir-birləri ilə salamlaşaraq Aybəniz Quliyavaya məxsus olan mənzilə qalxmışlar. Qapını onlara Aybənizin özü açmış və onlar mənzilə daxil olmuşlar. Həmin zaman Aybəniz mənzildə tək olmuşdur. Onlar evə daxil olduqdan təxminən 10-15 dəqiqə sonra evə dəvət etdiyi Gülmira və Təranə də gəlmişlər. Bundan sonra Kəmalə və Təvəkgül cinsi əlaqədə olmaq üçün evin yataq otağına keçmişlər. Təxminən 10-15 dəqiqə sonra Kəmalə və Təvəkgül cinsi əlaqədən olduqdan sonra evin yataq otağından çıxmışlar. Bundan sonra isə Çingiz və Gülmira cinsi əlaqədə olmaq üçün evin yataq otağına keçmişlər. Onlar da təxminən 10-15 dəqiqə ərzində evin yataq otağında cinsi əlaqədə olmuşlar. Sonra o, Çingizlə əvvəlcədən razılaşması əsasında 500 (beş) yüz manat məbləğində pul almışdır. Bundan sonra isə Çingiz ona hər şeydən razı qaldığını bildirmişdir. Çingiz və Təvəkgül hazırlaşaraq evdən çıxmaq istəyən zaman qapınınn ağzında mülki geyimdə 4 nəfər şəxsin orada olduğunu görmüşdür. Həmin şəxslər özlərini təqdim edərək Daxili İşlər Nazirliyinin İnsan X6 İdarəsinin əməkdaşları olduqlarını deyib özlərinə məxsus olan vəsiqələri təqdim etmişlər. Həmin zaman bildirmişlər ki, onların olduqları mənzildə insan alveri cinayətinin törədilməsi barədə məlumat vardır. Mənzilin sahibi olan Şahid3 polis əməkdaşlarının mənzilə daxil olmasına və mənzilə baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən onların içərisində olduqları Şahid3 məxsus olan mənzilə baxış keçirilmişdir. Baxış keçirilən zaman evin yataq otağında qızların cinsi əlaqə zamanı istifadə etdikləri qoruyucular aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən edilən bütün proseslər telefon vasitəsilə lentə alınmışdır. Polis əməkdaşları tərəfindən ona müxtəlif suallar verilmiş, da həmin zaman bildirmişdir ki, Çingizlə əvvəldən razılaşması əsasında ona və yaxını olan Təvəkgülə 500 (beş yüz) manat müqabilində qızlar təşkil etmiş, həmçinin qabaqcadan Aybəniz Quıiyeva ilə razılaşaraq ona məxsus olan evə cinsi əlaqədə olmaq üçün müştərilər gətirəcəyini deyib onunla razılaşdıqdan sonra cinsi əlaqədə olmaq üçün mənzil də təşkil etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin 500 (beş yüz) manat və qızların cinsi əlaqədə olan zaman istifadə etdikləri qoruyucular içərisi boş olan zərfə qoyularaq qablaşdırılmışdır. Sonra isə polis əməkdaşları tərəfindən aparılan çəkiliş yekunlaşdırılmışdır. Sonra onları Daxili İşlər Nazirliyinin İnsan X6 Baş İdarəsinə dəvət etmişlər. Onlar da həmin idarəyə gedərək baş vermiş hadisələr barədə öz izahatlarını vermişlər. Təqsirləndirilən şəxs ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, o, ilk dəfə imiş ki, yuxarıda adları qeyd etdiyi şəxsləri fahişəliyə cəlb edərək maddi qazanc əldə etmiş, bundan başqa heç bir şəxsi fahişəliyə cəlb etməmişdir. O, həmin şəxslərlə əvvəlcədən razılaşmış, belə ki, onların hər birini nə 60 manat pul verəcəkmiş. O, 01 fevral 2025-ci il tarixdə Çingizlə danışan zaman ona cinsi əlaqədə olmaq üçün qadın və ev təşkil edəcəyini demiş və bundan sonra Şahid3 ilə razılaşaraq müştərləri ona məxsus olan mənzilə gətirəcəyini bildirmiş və Şahid3 isə ona demişdir ki, narahat olma bu ev problemsiz evdir. Həmçinin, o, gətirəcəyi qızlara görə Şahid3 ev qarşılığında 10 manat pul verəcəyini demiş və onlar razılaşmışlar. O, Şahid7 ona və dostu Təvəkgülə təşkil etdiyi 3 qıza və evə görə ümumilikdə 500 (beş yüz) manat pul almış, həmin puldan isə qadınların hər birinə 60 manat olmaqla 180 manat və ev sahibinə isə 3 nəfər qadının cinsi əlaqədə olmağı üçün 30 manat verəcəyini demişdir. Qalan 290 manat pulu isə özünə qazanc kimi götürəcəkmiş. Hazırda əməlindən səmimi peşman olmasını və himayəsində 1 (bir) nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Çingiz oğlu ifadəsində göstərdi ki, o, İnsan X6 Baş idarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı rütbəsini daşıyır. 01 fevral 2025-ci il tarixdə Baş İdarəyə Şahid3 Təqsirləndirilən şəxs ilə əlbir olaraq Azərbaycan Respublikasının vətəndaşı olan qadınları zor tətbiq etməklə, hədələməklə, zəiflik vəziyyətindən sui-istifadə etməklə qadınları iradəsi əleyhinə kişilərə intim xidmətlər göstərməyə məcbur etməsi barədə məlumat daxil olmuşdur. Məlumatda Şahid3 və Təqsirləndirilən şəxs insan alverinə məruz qoyduğu qadınları ünvan 1 ünvanında kişilərə təqdim etməsi qeyd edilmişdir. Həmin məlumat tərəfindən raportla Baş İdarə rəisinə məruzə olunduqdan sonra məlumatın yoxlanmasına dair əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, onun və əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 01 fevral 2025-ci il tarixdə saat 14:30-da ünvan 5 ünvanına gəlmişlər. Bundan sonra videoçəkiliş aparılmaqla mənzilin qapısını döymüşlər. Evin giriş qapısında onları şəxsiyyəti sonradan məlum olmuş Şahid3 qarşılamışdır. Onlar xidməti vəsiqələrini həmin şəxsə göstərərək DİN-in İnsan X6 Baş İdarəsinin əməkdaşları olduqlarını bildirərək əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərarı ona təqdim etməklə həmin qərarın icrası ilə bağlı həmin evə baxış keçirməli olduqlarını izah etmişlər. Şahid3 onların təklifini qəbul edib, evə baxışın keçirilməsinə dair etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazıb təqdim etmişdir. Baxış zamanı evin iki otaqdan və bir hamam otağından ibarət olması müəyyən edilmişdir. Videoçəkiliş aparılmaqla evin bütün otaqlarına baxış keçirilmişdir. Baxış zamanı evin yataq otağında iki kişi və dörd qadın aşkar olunmuşdur. Hamin şəxslərlə sorğusual aparılarkən kişilərin Şahid7, X3, qadınlarin isə Təqsirləndirilən şəxs, Şahid4, Şahid6 və Şahid5 olmaları müəyyən edilmişdir. Baxış zamanı evdə bir neçə fotoşəkil çəkilmişdir. Şifahi soğru zamanı Şahid3 hər şeyi etiraf edərək qeyd olunan evdə yaşadığını, həmin mənzildə Təqsirləndirilən şəxs tərəfindən fahişliyə cəlb edilən qadınların kişilərə intim xidmətlər göstərmələri üçün şarait yaratdığını, bunun müqabilində hər qadın üçün 10 manat aldığını, 01 fevral 2025-ci il tarixdə Elnurənin ona zəng vuraraq intim xidmətlər göstərmələri üçün 3 nəfər qadın gətirəcəyini, həmin qadınların kişi müştərilərlə cinsi əlaqədə olmalarına şərait yaradacağına görə ona 30 manat pul verəcəyinə dair razılaşdıqlarını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 01 fevral 2025-ci il tarixdə Şahid7 ona zəng edərək ondan özünün və tanışının cinsi əlaqədə olmaları üçün fahişəliklə məşğul olan üç qadın və həmin qadınlarla cinsi əlaqədə olmaq üçün mənzil istədiyini, Çingizdən bunun müqabilində 500 manat pul tələb etdiyini bildirmişdir. Sorğu zamanı Şahid7, X3, Şahid4, Şahid6 və Şahid5 da Təqsirləndirilən şəxs dediklərini təsdiq etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs təkif olunmuşdur ki, Şahid7 ona verdiyi 500 manat pulu təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs beş ədəd 100 manatlıq pulu təqdim edərək Şahid7 tərəfindən verilmiş pul olduğunu bildirmişdir. Eyni zamanda yataq otağında yerdən iki ədəd rezin qoruyucu aşkar edilmişdir. Təqdim olunmuş pul və rezin qoruyucular qablaşdırılaraq zərfə qoyulmuş və üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilərək möhürlənmişdir. Qeyd olunan ünvanda müvafiq sənədləşdirmə aparılması üçün şəraitin olmamasını nəzərə alaraq adları qeyd olunmuş həmin şəxsləri Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə həmin şəxslərin iştirakı ilə tərəfindən protokol tərtib olunmuş, baxış zamanı mənzildə çəkilmiş fotoşəkillər və videoçəkiliş protokola əlavə edilmişdir. Tərtib olunmuş protokol iştirakşılara ucadan oxunmuş, har hansı şikayət və irad daxil olmadığı üçün protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, halhazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda tək yaşayır. X2 vətən müharibəsi iştirakçısıdır və qazidir, 2-ci qrup əlildir, Vətən Müharibəsi veteranıdır, 2020-ci ildə Şuşa şəhərində xidmət apararaq orada yaşayır. Həmin vaxtdan da o, həmin mənzildə tək yaşayır. Özü 2-ci qrup əlildir və diabet xəstəsidir. Bildirmişdir ki, Daxili İşlər Nazirliyinin İnsan X6 Baş İdarəsində əvvəl vermiş olduğu izahatını təsdiq edərək qeyd etmişdir ki, təxminən 2024-cü ilin yay aylarından Dondar Quşçu kədində gözəllik salonuna gedərkən həmin salonda işləyən Kəmalə adlı qadınla tanış olmuşdur. Aralarında yaxın münasibət yaranmış, bir-birlərinin telefon nömrələrini götürmüşlər. O, ***-***-**-** nömrəsini istifadə edir. Bundan sonra ona lazım olduqda Kəmalə yaşadığı mənzilə gələrək ona xidmət göstərirmiş, Kəmalənin vasitəsilə Damla ləqəbli Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, 17 yanvar 2025ci il tarixdə doğum günündə qəflətən Elnurə və Kəmalə yaşadığı mənzilə gələrək onu təbrik etmişlər. O, Kəmaləgilin gələcəyindən məlumatsız olmuşdur. Elnurə ilə əlaqə saxlamırmış, Kəmalə ilə münasibəti isə yaxşı imiş. 31 yanvar 2025-ci il tarixdə Elnurə ilə Kəmalə yenidən yaşadığı mənzilə gəlmişlər. Bir neçə dəqiqə sonra qapı döyülmüşdür. Kəmalə demişdir ki, gələn kişi Elnurənin tanışıdır, birlikdə istirahət etməyə gedəcəklər. Qapını Elnurə açmışdır. Adını bilmədiyi təxminən 30 yaşlı hündürboy kişi mənzilə daxil olmuşdur. O, digər otağa keçmişdir. Kəmalə ilə Elnurə həmin şəxslərlə söhbət etməyə başlamışlar. Bundan sonra hər biri həmin kişi ilə yataq otağında cinsi əlaqədə olmuşlar. Həmin zaman Elnurə və Kəmalənin həmin şəxsdən nə qədər pul aldıqlarını bilməmişdir. Həmçinin, o, onlardan ona məxsus olan evdə cinsi əlaqədə olmaqları müqabilində heç bir məbləğdə pul almamışdır. 01 fevral 2025-ci il tarixdə saat 13:30 radələrində o, mənzildə olarkən Təqsirləndirilən şəxs ona zəng etmiş və ona məxsus olan evə gələcəyini demişdir. Həmçinin, Elnurə ona demişdir ki, onunla birlikdə bir neçə nəfər də həmin evə cinsi əlaqdə olmaq üçün gələcək. O, Elnurə ilə danışan zaman demişdir ki, cinsi münasibətdə olmaqları müqabilində ev üçün hər qıza görə 10 manat pul alacaq, Elnurə isə onun dedikləri ilə onunla razılaşmışdır. Bundan sonra Elnurə ilə Kəmalə gəlmişdir. Sonra 31 yanvar 2025-ci il tarixdə mənzilinə gəlmiş kişi ilə birlikdə başqa təxminən 30 yaşlarında olan bir kişi də gəlmişdir. Kəmalə ona demişdir ki, həmin kişilər yaşı az olan qızlarla cinsi əlaqədə olmaq istəyirlər və Elnurə əlavə olaraq evə 2 qız çağırıb. O, mənzildə çox adam olacağını, sonra problem olacağını demişdir. Bundan sonra qızlar gəlmiş, Elnurə aşağı düşərək qızları qarşılamış və taksinin pulunu vermişdir. Mənzilə qalxdıqdan sonra həmin kişilər Elnurə ilə söhbət etmişlər. Elnurə həmin kişilərdən 500 manat pul almış, o, bunları sonradan bilmişdir. 01 fevral 2025-ci il tarixdə onun yaşadığı evdə Elnurənin gətirdiyi Kəmalə və Gülmira adlı qadınlarla digər iki nəfər kişi cinsli şəxs cinsli əlaqdə olmuşlar. Bundan sonra o, evdə olan şəxsləri yola salan zaman qapının qarşısında polis əməkdaşları ilə qarşılaşmışdır. Onlar özlərini Daxili İşlər Nazirliyinin İnsan X6 Baş İdarəsinin əməkdaşları olduqlarını deyərək özlərinə məxsus olan vəsiqələri təqdim etmişlər. Həmin zaman bildirmişlər ki, onların olduqları mənzildə insan alveri cinayətinin törədilməsi barədə məlumat var. Bundan sonra o, polis əməkdaşlarının mənzilə daxil olmasına və mənzilə baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən ona məxsus olan mənzilə baxış keçirilmişdir. Baxış keçirilən zaman evin yataq otağından qoruyucular aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən edilən bütün proseslər telefon vasitəsilə lentə alınmışdır. Polis əməkdaşları tərəfindən Elnurə Çobanoyava müxtəlif suallar verilmişdir. Təqsirləndirilən şəxs isə bildirmişdir ki, Təvəkgül və Çingiz adlı şəxslərdən intim münasibətdə olmaq üçün 500 manat məbləğində pul alıbdır. Polis əməkdaşları tərəfindən həmin 500 (beş yüz) manat Təqsirləndirilən şəxs götürülmüş və içərisi boş olan zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra isə polis əməkdaşları tərəfindən aparılan çəkiliş yekunlaşmışdır. Sonra isə onları Daxili İşlər Nazirliyinin İnsan X6 Baş İdarəsinə dəvət etmişlər. Onlar da həmin idarəyə gedərək baş vermiş hadisələr barədə öz izahatlarını vermişlər. Şahid3 ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər bu növ cinayətlər görə məhkum olunmamışdır. Bildirmişdir ki, əvvəl belə bir hadisə olmamışdır. Yalnız bir dəfə 01 fevral 2025-ci il tarixdə onun Elnurə ilə razlaşması əsasında Elnurənin həmin tarixdə özü ilə gətirəcəyi hər bir qızın mənzildə cinsi əlaqədə olmağına görə 10 manat pul alacaqmış və o, bunun üçün Elnurə ilə razılaşmışdır. Bundan başqa belə bir hadisə olmamışdır. O, heç bir zaman qadınları fahişəliyə cəlb etməmiş, belə bir hal heç vaxt olmayıb, belə hal olsa bunu qonşular bilər və ondan şikayət edərdilər. Yalnız bir dəfə 01 fevral 2025-ci il tarixdə o, cinsi əlaqədə olmaq üçün özünə məxsus olan mənzili Elnurənin fahişəliyə cəlb etdiyi qadınların cinsi əlaqədə olması üçün vermişdir. Həmin günün də Təqsirləndirilən şəxs ona razılaşmaları əsasında hər qıza görə 10 manat pul verəcəkmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, halhazırda ünvan 6 ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, lakin buna baxmayaraq Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən qadın gözəllik salonunda işləyir. O, Təqsirləndirilən şəxs təxminən 7 aydır ki, tanıyır. Belə ki, Elnurə onun işlədiyi qadın gözəllik salonunda dırnaq ustası kimi fəaliyyət göstərir. Elnurə onun yanında işə başladıqdan sonra onunla olan yaxın münasibətindən sonra xəbəri olmuşdur ki, onun pula ehtiyacı var. Həmin zaman Təqsirləndirilən şəxs onun pula ehtiyacı olduğunu bildikdən sonra ona təklif etmişdir ki, onun tanışı olan kişilərlə pul qarşılığında cinsi münasibətdə olaraq maddi qazanc əldə etsin. Əvvəlcə o, Elnurə ilə razılaşmamış, lakin sonradan maddi ehtiyacı yaxşı olmadığı üçün Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Təqsirləndirilən şəxs ona əvvəlcə bildirmişdir ki, kişilərlə görüşmək üçün onun tanışı olan Aybəniz adlı şəxsin yaşadığı evdə görüşəcək. O, Elnurənin ona dediyi Şahid3 da təxminən 2 ildir ki, tanıyır. Onun Şahid3 ilə tanışlığı Aybənizin onun yanına, yəni işlədiyi salona gedib-gəldiyi üçün tanımışdır. Həmçinin, o, lazım olduqda Şahid3 məxsus olan evə də gedib ona evdə qulluq etmişdir. Qeyd etmişdir ki, Elnurə ilə razılaşdıqdan sonra Elnurə onu tanışı olan Tovuz şəhəri, Heydər Əliyev prospektində Əlillər binası deyilən binanın 5-ci mərtəbəsində yaşayan Aybəniz adlı qadının evinə aparmışdır. O, əvvəllər həmin evə gedib-gəldiyi üçün getdiyi evi və ev sahibini tanımışdır. Lakin əvvəllər o, həmin evə cinsi münasibətdə olmaq üçün getməmişdir. 31 yanvar 2025-ci il tarixdə Elnurə ona zəng edərək bildirmişdir ki, bir nəfər oğlan tanışı Tovuz rayonuna qonaq gəlib və cinsi əlaqədə olmaq üçün qadın lazımdır. Elnurə onunla danışan zaman ona bildirmişdir ki, ona cinsi münasibətdə olmağı müqabilində 60 manat pul verəcəkdir. O, Elnurənin bu dedikləri ilə razılaşmış və özünə məxsus olan “Hyundai Elantra” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Elnurənin dediyi yerə, yəni Şahid3 yaşadığı mənzilə getmişdir. O, Şahid3 məxsus olan mənzilin həyətinə çatan zaman Elnurənin binanın həyətində olduğunu görmüşdür. Həmin zaman Elnurənin yanında tanımadığı bir nəfər kişi cinsli adam da olmuşdur. O, Elnurə ilə danışdıqdan sonra Aybənizə məxsus olan evə qalxmışlar. Onlar evə daxil olan zaman qapını onlara Şahid3 açmışdır. Evdə həmin zaman Şahid3 başqa heç bir şəxs olmamışdır. Evə daxil olduqdan sonra o, Elnurənin yanına gələn oğlanla birlikdə evin yataq otağına keçmişlər. O və həmin oğlan evin yataq otağına keçən zaman Elnurə və Aybəniz digər otaqda qalmışlar. O, evin yataq otağına daxil olduqdan sonra Elnurənin tanışı olan oğlanla qoruyucu vasitəsilə təbii yolla cinsi əlaqədə olmuşdur. O, həmin oğlanla cəmi bir dəfə təxminən 5-10 dəqiqə ərzində cinsi əlaqədə olmuşdur. Həmçinin, ondan sonra həmin şəxslə Elnurənin özüdə cinsi əlaqdə olmuş və bundan sonra isə Elnurə ona yanında gələn oğlanla cinsi əlaqədə olduğu üçün 60 (altmış) manat pul vermişdir. O, həmin zaman Elnurənin Çingiz adlı oğlandan neçə manat pul aldığını dəqiq bilməmişdir. Lakin Elnurənin ona söz verdiyi kimi ona qabaqcadan dediyi 60 manatı verdikdən sonra o, Elnurənin ona verdiyi 60 (altmış) manatı götürmüş və həmin evdən çıxmışdır. Qalan şəxslər isə evdə qalmışlar. Həmin günün sabahı, yəni 01 fevral 2025-ci il tarixdə Elnurə ona ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edərək bildirmişdir ki, dünən gələn oğlanla yanında bir nəfər dostu da var və cinsi əlaqədə olmaq üçün qadın lazımdır. Həmçinin, ona demişdir ki, həmin oğlanların biri ilə cinsi münasibətdə olması üçün ona 60 (altmış) manat məbləğində pul verəcəkdir. O da pula ehtiyacı olduğu üçün Elnurənin bu sözləri ilə razılaşmışdır. Elnurə ilə danışdıqdan təxminən 30 dəqiqə sonra Elnurə onun işlədiyi salona gəlmiş və onlar ona məxsus olan avtomobillə Şahid3 məxsus olan binaya getmişlər. Onlar binanın həyətinə çatan zaman iki nəfər şəxsin onları orada gözlədiyini görmüşlər. Həmin şəxslərdən bir nəfəri onun bir gün əvvəl cinsi münasibətdə olduğu Çingiz idi, digərini isə birinci dəfə idi ki, görürmüşdür. Onlar həmin şəxslərlə binanın həyətində salamlaşdıqdan sonra Şahid3 məxsus olan yaşadığı evə qalxmışlar. Onları qapıda Aybənizin özü qarşılamış və həmin vaxt o evdə tək olmuşdur. Onlar evə daxil olan zaman Çingiz və yanında olan Təvəkgül özləri ilə birlikdə alıb gətirdikləri suları və şirin içəcəkləri içib, biraz nəfəslərini dərmək istədiklərini onlara demişlər. Bundan təxminən 15 dəqiqə sonra əvvəllər tanıdığı Təranə və Gülmiranın da onların olduqları evə gəldiyini görmüşdür. Həmin zaman o, Elnurədən iki nəfər qızın da nə üçün gəldiyini soruşmuşdur. Elnurə ona demişdir ki, oğlanlar çoxlu qız istəyiblər. Qızlar gəldikdən sonra o, ad və soyadını sonradan bildiyi Şahid8 ilə birlikdə cinsi əlaqədə olmaq üçün evin yataq otağına keçmişdir. Onlar evin yataq otağına geçdikdən sonra Təvəkgül adlı şəxs özü ilə gətirdiyi qoruyucudan istifadə edərək onunla bir dəfə təbii yolla təxminən 5-6 dəqiqə ərzində cinsi əlaqədə olmuşdur. Bundan sonra isə onlar evin yataq otağından çıxmışlar. Təvəkgül ona demişdir ki, onu gözlə hamama girib çıxsın bir gedək. Bundan sonra isə gələn digər oğlanla Gülmira cinsi əlaqədə olmaq üçün evin yataq otağına keçmişlər. Elmira və digər oğlan yataq otağından çıxana kimi Təvəkgül də hamam otağından çıxmışdır. Bundan sonra Şahid7 onlara bildirmişdir ki, onlar Bakıya çıxmalıdır, onların pulunu da Elnurəyə vermişdir. Lakin həmin zaman onlar Elnurəyə nə qədər pul verdiyini ona deməmişlər. Çingiz və Təvəkgül evdən çıxıb getmək istəyərkən qapını açan zaman mülki geyimdə 4 nəfər şəxsin qapının çıxışında olduğunu görmüşlər. Həmin şəxslər özlərini Daxili İşlər Nazirliyinin İnsan X6 Baş İdarəsinin əməkdaşları olduqlarını deyərək özlərinə məxsus olan vəsiqələri təqdim etmişlər. Həmin zaman bildirmişlər ki, onların olduqları mənzildə insan alveri cinayətinin törədilməsi barədə məlumat vardır. Mənzilin sahibi olan Şahid3 polis əməkdaşlarının mənzilə daxil olmasına və mənzilə baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən onların içərisində olduqları Şahid3 məxsus olan mənzilə baxış keçirilmişdir. Baxış keçirilən zaman evin yataq otağından onun və digər qızların cinsi əlaqə zamanı istifadə olunan qoruyucular aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən edilən bütün proseslər telefon vasitəsilə lentə alınmışdır. Polis əməkdaşları tərəfindən Elnurə Çobanoyava müxtəlif suallar verilmişdir. O da həmin zaman bilmişdir ki, Təvəkgül və Çingiz adlı şəxslərdən onlarla intim münasibətdə olmaqları müqabilində 500 manat məbləğində pul alıbdır. Polis əməkdaşları tərəfindən həmin 500 (beş yüz) manat Təqsirləndirilən şəxs götürülmüş və içərisi boş olan zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra isə polis əməkdaşları tərəfindən aparılan çəkiliş yekunlaşmışdır. Budan sonra isə onları Daxili İşlər Nazirliyinin İnsan X6 Baş İdarəsinə dəvət etmişlər. Onlar da həmin idarəyə gedərək baş vermiş hadisələr barədə öz izahatlarını vermişlər. Şahid4 ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanıdıqdan sonra o, onun maddi vəziyyətinin yaxşı olmadığını bilirmiş, o, ilk dəfə 31 yanvar 2025-ci il tarixdə, sonuncu dəfə isə 01 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs təklifi ilə tanımadığı şəxslərlə cinsi münasibətdə olmuşdur. 31 yanvar 2025-ci il tarixdə Çingiz adlı şəxslə onunla birlikdə Elnurənin özüdə cinsi münasibətdə olmuşdur. O, Təqsirləndirilən şəxs təklifi ilə Şahid3 məxsus olan Tovuz rayonu, Heydər Əliyev prospektində yerləşən mənzilində ümumilikdə iki dəfə, yəni 31 yanvar 2025-ci il tarixdə və 01 fevral 2025-ci il tarixlərində cinsi münasibətdə olmuşdur. Hər iki dəfə də həmin evdə ev sahibi olan Şahid3 həmin evdə olmuşdur. Təqsirləndirilən şəxs da ona demişdir ki, narahat olma ev sahibinin bütün proseslərdən xəbəri var, heç bir problem yoxdur, lakin o, dəqiq bilmirmiş ki, Təqsirləndirilən şəxs ev sahibi olan Şahid3 neçə manat pul verir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, halhazırda ünvan 8 ünvanında qeydiyyatdadır. Lakin buna baxmayaraq Tovuz rayonu, Qovlar şəhərində dəqiq bilmədiyi ünvanda 4 yaşlı qızı ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 2019-cu ildən Murad Məhərrəmovla qeyri-rəsmi ailə həyatı qurmuş, 2024-cü ildə isə ayrılmışdır. Muradla ayrıldıqdan sonra özünün və qızının maddi ehtiyacını ödəmək üçün evlərin təmizlənməsi işlərində, istixanlarda çalışmışdır. Bildirmişdir ki, Daxili İşlər Nazirliyinin İnsan X6 Baş İdarəsində əvvəl vermiş olduğu izahatını təsdiq edərək qeyd etmişdir ki, 2024cü ilin sonlarında Tovuz rayonu, Dondar Quşçu kəndində gözəllik salonuna gedərkən həmin salonu işlədən qadınla tanış olmuşdur. Tanışlıq zamanı həmin şəxs adının Damla olduğunu bildirmişdir. Hal-hazırda isə bilir ki, Damla ləqəbli həmin şəxs əslində Tovuz rayonu, Əsrik Cırdaxan kənd sakini Təqsirləndirilən şəxsdır. Aralarında olan söhbət zamanı Damla (Elnurə) onun subay olduğunu və maddi ehtiyaclarının olduğunu bilmiş və ona təklif etmişdir ki, onun tanışı olan kişilərlə pul qarşılığında cinsi əlaqədə olsun, bununla da maddi ehtiyaclarını təmin etsin. Əvvəlcə o, Elnurənin bu təklifi ilə razılaşmamış, lakin sonradan maddi ehtiyacı olduğu üçün uşağına baxmağa pulu olmadığı üçün razılaşmış və telefon nömrəsini Elnurəyə vermişdir. O, ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə edir. 01 fevral 2025-ci il tarixdə saat 11 radələrində o, qonşusu Təranə ilə birlikdə mağazada olarkən Elnurə Tərnanəyə zəng edərk müştəri oduğunu, qız istədiklərini onu da götürərək Aybəniz adlı qadının mənzilinə gəlməklərini, həmin mənzildə müştərilərlə cinsi əlaqədə olacaqlarını demişdir. Həmin zaman o, Təranənin yanında olduğu üçün Təranə ilə Elnurənin danışığında iştirak etmişdir. Aybənizi tanımasa da mənzildə əxlaqsızlıq yuvası açdığını, yəni mənzilini pul qarşılığında cinsi əlaqədə olmaq üçün başqa-başqa şəxslərə kirayə verdiyini bilmişdir. Elnurə ona və Təranəyə hər birinə 50 manat intim xidmət göstərməyə görə, 10 manat isə taksi pulu olmaqla 60 manat pul verəcəyini demişdir. Onlar Elnurənin dedikləri ilə razılaşmışlar. Elnurənin tapşırığına əsasən həmin tarixdə saat 14 radələrində Təranə ilə birlikdə taksi ilə Elnurənin dediyi ünvana, yəni Aybənizə Quliyevaya məxsus olan mənzilə getmişlər. Elnurənin Aybənizlə yaxın münasibətdə olduğunu, onların əlbir olaraq qadınları fahişəliyə cəlb etdiklərini, Aybənizin bu məqsədlə pul qarşılığında mənzilini Elnurəyə verdiyini bilmişdir. Aybənizin yaşadığı mənzil Tovuz şəhəri Heydər Əliyev porspektində dəqiq bilmədiyi binanın 5-ci mərtəbdə yerləşir. Mənzil 2 otaqlıdır. Təranə ilə birlikdə Aybəzinin mənzilinə gedərkən taksiyə verməyə pulları olmadığı üçün Elnurə onları binanın həyətində qarşılamış və taksinin pulunu vermişdir. Mənzilə qalxdıqda orada əlavə olaraq əvvəllər tanımadığı Aybəniz, 2 nəfər kişi və Kəmalə adlı qadın olmuşdur. Mənzilə daxil olduqda artıq kişilərdən biri Kəmalə ilə mənzilin yataq otağında cinsi əlaqədə olmuşlar. Bundan sonra digər kişi ilə o, yataq otağında cinsi əlaqədə olmuşdur. Saat 14:30 radələrində mənzilin qapsı döyülmüş, qapının kimin açdığını görməmişdir. Sonra mənzilə mülki geyimdə şəxslər daxil olmuşlar, Daxili İşlər Nazirliyinin İnsan X6 Baş İdarəsinin əməkdaşları olduqlarını deyərək özlərinə məxsus olan vəsiqələri təqdim etmişlər. Həmin zaman bildirmişlər ki, onların olduqları mənzildə insan alveri cinayətinin törədilməsi barədə məlumat vardır. Mənzilin sahibi olan Şahid3 polis əməkdaşlarının mənzilə daxil olmasına və mənzilə baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən onların içərisində olduqları Şahid3 məxsus olan mənzilə baxış keçirilmişdir. Baxış keçirilən zaman evin yataq otağından onun və digər qızların cinsi əlaqə zamanı istifadə etdikləri qoruyucular aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən edilən bütün proseslər telefon vasitəsilə lentə alınmışdır. Polis əməkdaşları tərəfindən Elnurə Çobanoyava müxtəlif suallar verilmişdir. O da həmin zaman bildirmişdir ki, Təvəkgül və Çingiz adlı şəxslərdən onlarla intim münasibətdə olmaqları müqabilində 500 manat məbləğində pul alıbdır. Polis əməkdaşları tərəfindən həmin 500 (beş yüz) manat Təqsirləndirilən şəxs götürülmüş və içərisi boş olan zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra isə polis əməkdaşları tərəfindən aparılan çəkiliş yekunlaşmışdır. Sonra isə onları Daxili İşlər Nazirliyinin İnsan X6 Baş İdarəsinə dəvət etmişlər. Onlar da həmin idarəyə gedərək baş vermiş hadisələr barədə öz izahatlarını vermişlər. Şahid5 ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanıdıqdan sonra Elnurə onu ilk dəfə imiş ki, fahişəliyə cəlb edərək pul müqabilində öz tanışı olan kişilərlə cinsi münasibətdə olmağına şərait yaratmışdır. O, Təqsirləndirilən şəxs təklifi ilə Şahid3 məxsus olan Tovuz rayonu, Heydər Əliyev prospektində yerləşən mənzilində cəmi bir dəfə Təqsirləndirilən şəxs təşkil etdiyi kişilərlə cinsi münasibətdə olmuşdur. O, həmin zaman kişilərlə təbii yolla cinsi münasibətdə olan zaman həmin evdə ev sahibi olan Şahid3 həmin evdə olmuşdur. Təqsirləndirilən şəxs da ona deyirmiş ki, narahat olma ev sahibinin bütün proseslərdən xəbəri var, heç bir problem yoxdur, həmçinin ev sahibi olan Şahid3 hər qız üçün 10 manat pul verir. Həmçinin o, bildirmişdir ki, onun səhətində heç bir problem yoxdur və onun ruhi əsəb kabinetlərində qeydiyyatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, halhazırda ünvan 10 ünvanda qızı ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Bildirmişdir ki, Daxili İşlər Nazirliyinin İnsan X6 Baş İdarəsində əvvəl vermiş olduğu izahatımı təsdiq edərək qeyd etmişdir ki, o, Damla ləqəbli Təqsirləndirilən şəxs təxminən 3-4 ildir ki, tanıyır. Belə ki, Elnurə əvvəllər Tovuz rayonu, Aşağı Quşçu kəndində ətir mağazasında işləyəndən tanımış, sonra isə gözəllik salonunda işləyən zaman onun yanına tez-tez gedibgəlmişdir. 01 fevral 2025-ci il tarixdə saat 11 radələrində o, qonşusu Gülmira ilə birlikdə mağazada olarkən Elnurə ona zəng edərək müştəri oduğunu, qız istədiklərini Gülmiranı da götürərək Aybəniz adlı qadının mənzilinə gəlməklərini, həmin mənzildə müştərilərlə cinsi əlaqədə olacaqlarını demişdir. Həmin zaman Aybənizi tanımasa da mənzildə əxlaqsızlıq yuvası açdığını, yəni mənzilini pul qarşılığında cinsi əlaqədə olmaq üçün başqa-başqa şəxslərə kirayə verdiyini bilmişdir. Elnurə ona və Gülmiraya hər birinə 50 manat intim xidmət göstərməyə görə, 10 manat isə taksi pulu olmaqla 60 manat pul verəcəyini demişdir. Onlar Elnurənin dedikləri ilə razılaşmışlar. Elnurənin tapşırığına əsasən saat 14 radələrində Gülmira ilə birlikdə taksi ilə Elnurənin dediyi ünvana, yəni Aybənizə Quliyevaya məxsus olan mənzilə getmişlər. Elnurənin Aybənizlə yaxın münasibətdə olduğunu, onların əlbir olaraq qadınları fahişəliyə cəlb etdiklərini, Aybənizin bu məqsədlə pul qarşılığında mənzilini Elnurəyə verdiyini bilmişdir. Aybənizin yaşadığı mənzil Tovuz şəhəri Heydər Əliyev porspektində dəqiq bilmədiyi binanın 5-ci mərtəbəsində yerləşir. Mənzil 2 otaqlı olmuşdur. Təranə ilə birlikdə Aybəzinin mənzilinə gedərkən taksiyə verməyə pulları olmamış, buna görə də Elnurə onları binanın həyətində qarşılamış və taksinin pulunu vermişdir. Mənzilə qalxdıqda orada əlavə olaraq əvvəllər tanımadığı Aybəniz, 2 nəfər kişi və Kəmalə adlı qadın olmuşdur. Mənzilə daxil olduqda artıq kişilərdən biri Kəmalə ilə mənzilin yataq otağında cinsi əlaqədə olmuşdur. Bundan sonra digər kişi ilə Gülmira yataq otağında cinsi əlaqədə olmuşlar. Gülmiradan sonra isə o, həmin oğlanlardan biri ilə cinsi əlaqədə olacaqmış, lakin həmin şəxslər cinsi əlaqədə olduqdan sonra cinsi əlaqədə olmaq istəmədiklərini və getmək istədiklərini demişlər. Saat 14:30 radələrində mənzilin qapısı döyülmüş, qapını kimin açdığını görməmişdir. Sonra mənzilə mülki geyimdə şəxslər daxil olmuşlar, Daxili İşlər Nazirliyinin İnsan X6 Baş İdarəsinin əməkdaşları olduqlarını deyərək özlərinə məxsus olan vəsiqələri təqdim etmişlər. Həmin zaman bildirmişlər ki, onların olduqları mənzildə insan alveri cinayətinin törədilməsi barədə məlumat vardır. Mənzilin sahibi olan Şahid3 polis əməkdaşlarının mənzilə daxil olmasına və mənzilə baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən onların içərisində olduqları Şahid3 məxsus olan mənzilə baxış keçirildmişir. Baxış keçirilən zaman evin yataq otağından onun və digər qızların cinsi əlaqə zamanı istifadə olunan qoruyucular aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən edilən bütün proseslər telefon vasitəsilə lentə alınmışdır. Polis əməkdaşları tərəfindən Elnurə Çobanoyava müxtəlif suallar verilmişdir. O da həmin zaman bilmişdir ki, Təvəkkül və Çingiz adlı şəxslərdən onların intim münasibətdə olmaqları müqabilində 500 manat məbləğində pul almışdır. Polis əməkdaşları tərəfindən həmin 500 (beş yüz) manat Təqsirləndirilən şəxs götürülmüş və içərisi boş olan zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra isə polis əməkdaşları tərəfindən aparılan çəkiliş yekunlaşmışdır. Sonra isə onları Daxili İşlər Nazirliyinin İnsan X6 Baş İdarəsinə dəvət etmişlər. Onlar da həmin idarəyə gedərək baş vermiş hadisələr barədə öz izahatlarını vermişlər. Şahid6 ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanıdıqdan sonra o, ilk dəfə 01 fevral 2025-ci il tarixdə fahişəliyə cəlb edərək pul müqabilində öz tanışı olan kişilərlə cinsi münasibətdə olmağına şərait yaratmışdır. Təqsirləndirilən şəxs onu pul qarşılığında fahişəliyə cəlb edərkən Şahid3 məxsus olan evə gedərək orada cinsi münasibətdə olacaqmış. O, Təqsirləndirilən şəxs təklifi ilə Şahid3 məxsus olan Tovuz rayonu, Heydər Əliyev prospektində yerləşən mənzilində cəmi bir dəfə Təqsirləndirilən şəxs təşkil etdiyi kişilərlə cinsi münasibətdə olacaqmış. O, həmin mənzildə olan zaman evdə ev sahibi olan Şahid3 həmin evdə olmuşdur. Təqsirləndirilən şəxs da ona deymişdir ki, narahat olma ev sahibinin bütün proseslərdən xəbəri var, heç bir problem yoxdur, həmçinin ev sahibi olan Şahid3 hər adam üçün 10 manat pul verir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, halhazırda ünvan 11 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Bildirmişdir ki, Elnurə adlı qadını tanışlıq saytında tanımış və tanışlıq əsnasında aralarında səmimi münasibət yaranmışdır. Təxminən 29-30 yanvar 2025-ci il tarixdə Elnurə ilə əlaqə saxlayaraq Tovuz rayonunda olduğunu bildirib, istirahət etmək üçün ona cinsi əlaqdə olmağı üçün bir qadın gətirməyini istəmiş, o isə elə bir qadının olduğunu və həmin qadının foto şəklini Whatsapp vasitəsilə ona göndərmişdir. O da qadını görərək bəyənmiş və sonra həmin qadınla cinsi əlaqdə olmaq müqabilində nə qədər pul verəcəyini soruşduqda Elnurə ona ümumilikdə 160 manat pul verəcəyini demiş və konum ataraq dediyi vaxtda həmin ünvanda olmağını istəmişdir. O da Elnurə ilə razılaşdıqdan sonra 31 yanvar 2025-ci il tarixdə saat təxminən 19 radələrində onun atdığı ünvana getmişdir. O, ora çatan zaman Elnurəni binanın həyətində bir nəfər qadınla görmüşdür. Bundan sonra Elnurənin ona əvvəlcədən dediyi, yəni təşkil etdiyi mənzilə qalxmışlar. Həmin mənzil 5-ci mərtəbədə yerləşirdi. Onlar qapının ağzına çatdıqda Elnurə mənzilin qapısını döymüş və bir nəfər qadın qapını açmışdır, evdə ondan başqa heç bir şəxs olmamışdır. Razılaşdıqları kimi o, ilk olaraq Elnurəyə 160 (yüz altmış) manat məbləğində pul vermişdir. Bundan sonra isə Elnurənin təşkil etdiyi Kəmalə adlı qadınla bir dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. O, Kəmalə adlı qadınla cinsi əlaqdə olduqdan sonra Elnurə ilə də bir dəfə təbii yolla 10-15 dəqiqə ərzində cinsi əlaqədə olmuşdur. Daha sonra isə Elnurəyə öz razılığını bildirmiş və həmin mənzildən çıxıb getmişdir. O, onların yanından çıxdıqdan sonra dostu Təvəkgüllə əlaqə saxlayaraq Tovuz şəhəri ərazisində onunla görüşmüşdür. Təvəkgüllə birlikdə olan zaman o, Elnurənin təşkil etdiyi qadınla cinsi əlaqdə olduğunu və yaxşı olduğunu ona demişdir. Sonra o, Təvəkgüllə birlikdə olan zaman Elnurə ilə telefon əlaqəsi saxlamışdır. Elnurə ilə əlaqə saxlayan zaman ona bildirmişdir ki, dostu ilə birlikdədir, Elnurə isə ona yeni qadınların olduğunu demişdir. Bundan sonra isə Elnurə ona Whatsapp vasitəsilə bir neçə qadın şəkilləri atmış və bildirmişdir ki, hansı qadından xoşumuz gələrsə ona bildirək. Həmçinin, Elnurə onlara qadınlarla cinsi əlaqdə olmaq üçün şərait də yaradacağını yəni mənzil təşkil edəcəyini demişdir. Bundan sonra onlar qadınlardan 3 nəfərini bəyənərək onların müqabilində nə qədər pul verəcəyini soruşduqda Elnurə onlardan ümumilikdə 500 (beş yüz) manat alacağını bildirib əvvəlcə getdiyi ünvana gəlməklərini istəmişdir. Həmçinin, Elnurə onlara demişdir ki, 3 nəfər qız və evi təşkil etməyinin müqabilində onlardan 500 manat pul alacaq. Elnurə 01 fevralı 2025-ci il tarixdə saat 14 radələrində həmin ünvanda görüşməli olduqlarını onlara demişdir. Həmin tarixdə saat 14 radələrində o, dostu Təvəkgüllə birlikdə bir gün əvvəl getdiyi ünvana getmişdir. Onlar binanın həyətində olan zaman Elnurənin hələ gəlmədiyini bilmişdir. Bir qədər sonra isə Elnurə Kəmalə adlı qadınla birlikdə gəlmişdir. Elnurəgil onlarla salamlaşaraq Aybəniz Quliyavaya məxsus olan mənzilə qalxmışlar. Qapını onlara Aybənizin özü açmış və onlar mənzilə daxil olmuşlar. Həmin zaman Aybəniz mənzildə tək olmuşdur. Onlar evə daxil olduqdan təxminən 10-15 dəqiqə sonra Elnurənin dəvət etdiyi Gülmira və Təranə adlı qadınlarda gəlmişlər. Bundan sonra Kəmalə və Təvəkgül cinsi əlaqədə olmaq üçün evin yataq otağına keçmişlər. Təxminən 10-15 dəqiqə sonra Kəmalə və Təvəkgül cinsi əlaqədə olduqdan sonra evin yataq otağından çıxmışlar. Bundan sonra isə o və Gülmira cinsi əlaqədə olmaq üçün evin yataq otağına keçmişlər. O, Gülmira ilə təxminən 10-15 dəqiqə ərzində evin yataq otağında təbii yolla cinsi əlaqədə olmuşdur. Sonra o, Elnurə ilə əvvəlcədən razılaşması əsasında 500 (beş yüz) manat məbləğində pul vermişdir. Həmçinin, o, Elnurənin göstərdiyi xidmətə görə öz razlığını bildirmişdir. Sonra isə o və Təvəkgül hazırlaşaraq evdən çıxmaq istəyən zaman qapının ağzında mülki geyimdə 4 nəfər şəxsin orada olduğunu görmüşdür. Həmin şəxslər özlərini təqdim edərək Daxili İşlər Nazirliyinin İnsan X6 Baş İdarəsinin əməkdaşları olduqlarını deyib özlərinə məxsus olan vəsiqələri təqdim etmişlər. Həmin zaman bildirmişlər ki, onların olduğu mənzildə insan alveri cinayətinin törədilməsi barədə məlumat var. Mənzilin sahibi olan Şahid3 polis əməkdaşlarının mənzilə daxil olmasına və mənzilə baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən onların içərisində olduqları Şahid3 məxsus olan mənzilə baxış keçirilmişdir. Baxış keçirilən zaman evin yataq otağında onlar cinsi əlaqə zamanı istifadə etdikləri qoruyucular aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən edilən bütün proseslər telefon vasitəsilə lentə alınmışdır. Həmin zaman onun Təqsirləndirilən şəxs verdiyi 500 manat pulu, Elnurə polis əmədaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin 500 (beş yüz) manat və cinsi əlaqədə olan zaman istifadə edilən qoruyucular içərisi boş olan zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra isə polis əməkdaşları tərəfindən aparılan çəkiliş yekunlaşdırılmışdır. Sonra isə onları Daxili İşlər Nazirliyinin İnsan X6 Baş İdarəsinə dəvət etmişlər. Onlar da həmin idarəyə gedərək baş vermiş hadisələr barədə öz izahatlarını vermişlər. Şahid7 ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə tanışlıq sayıtında tanış olmuş və bir neçə gün danışmış, sonra isə dostu ilə birlikdə Tovuz rayonuna qonaq gələn zaman onunla görüşmüşdür. Həmin zaman da Elnurə ilə söhbət edən zaman cinsi əlaqədə olmaq üçün tanış qadınlar olduğunu Elnurə ona bildirib, bundan sonra isə razılaşmaları əsasında Elnurə ona cinsi əlaqdə olmaq üçün qadın və mənzil təşkil etmişdir. O, Təqsirləndirilən şəxs onlara təşkil etdiyi Kəmalə adlı qadını ikinci dəfə imiş ki, görürmüş. Belə ki, 31 yanvar 2025-ci il tarixdə də o, Kəmalə ilə həmin mənzildə görüşmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs təşkil etdiyi cinsi əlaqdə olduğu mənzildə də ikinci dəfə imiş ki, olurmuş. O, Təqsirləndirilən şəxs ona təşkil etdiyi Kəmalə adlı qadınla ilk dəfə 31 yanvar 2025-ci il tarixdə ikinci dəfə isə 01 fevral 2025-ci il tarixdə dostu Təvəkgüllə cinsi əlaqədə olmuşdur. Birinci dəfə o, həmin mənzilə tək getmiş, ikinci dəfə isə dostu Təvəkgüllə birlikdə getmişdir, ilk dəfə 160 manat, ikinci dəfə isə 500 manat pul vermişdir. Məhkəmə iclasında Şahid2 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, İnsan X6 Baş idarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı rütbəsini daşıyır. 01 fevral 2025-ci il tarixdə Baş İdarəyə Şahid3 Təqsirləndirilən şəxs ilə əlbir olaraq Azərbaycan Respublikasının vətəndaşı olan qadınları zor tətbiq etməklə, hədələməklə, zəiflik vəziyyətindən sui-istifadə etməklə qadınları iradəsi əleyhinə kişilərə intim xidmətlər göstərməyə məcbur etməsi barədə məlumat daxil olmuşdur. Məlumatda Şahid3 və Təqsirləndirilən şəxs insan alverinə məruz qoyduğu qadınları ünvan 1 ünvanında kişilərə təqdim etməsi qeyd edilmişdir. Həmin məlumat raportla Baş İdarə rəisinə məruzə olunduqdan sonra məlumatın yoxlanmasına dair əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, onun və baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 01 fevral 2025-ci il tarixdə saat 14:30-da ünvan 5 ünvanına gəlmişlər. Bundan sonra videoçəkiliş aparılmaqla mənzilin qapısını döymüşlər. Evin giriş qapısında onları şəxsiyyəti sonradan məlum olmuş Şahid3 qarşılamışdır. Onlar xidməti vəsiqələrini həmin şəxsə göstərərək DİN-in İnsan X6 Baş İdarəsinin əməkdaşları olduqlarını bildirərək əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərarı ona təqdim etməklə həmin qərarın icrası ilə bağlı həmin evə baxış keçirməli olduqlarını izah etmişlər. Şahid3 onların təklifini qəbul edib, evə baxışın keçirilməsinə dair etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazıb təqdim etmişdir. Baxış zamanı evin iki otaqdan və bir hamam otağından ibarət olması müəyyən edilmişdir. Videoçəkiliş aparılmaqla evin bütün otaqlarına baxış keçirilmişdir. Baxış zamanı evin yataq otağında iki kişi və dörd qadın aşkar olunmuşdur. Hamin şəxslərlə sorğusual aparılarkən kişilərin Şahid7, X3, qadınlarin isə Təqsirləndirilən şəxs, Şahid4, Şahid6 və Şahid5 olmaları müəyyən edilmişdir. Baxış zamanı evdə bir neçə fotoşəkil çəkilmişdir. Şifahi soğru zamanı Şahid3 hər şeyi etiraf edərək qeyd olunan evdə yaşadığını, həmin mənzildə Təqsirləndirilən şəxs tərəfindən fahişliyə cəlb edilən qadınların kişilərə intim xidmətlər göstərmələri üçün şarait yaratdığını, bunun müqabilində hər qadın üçün 10 manat aldığını, 01 fevral 2025-ci il tarixdə Elnurənin ona zəng vuraraq intim xidmətlər göstərmələri üçün 3 nəfər qadın gətirəcəyini, həmin qadınların kişi müştərilərlə cinsi əlaqədə olmalarına şərait yaradacağına görə ona 30 manat pul verəcəyinə dair razılaşdıqlarını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 01 fevral 2025-ci il tarixdə Şahid7 ona zəng edərək ondan özünün və tanışının cinsi əlaqədə olmaları üçün fahişəliklə məşğul olan üç qadın və həmin qadınlarla cinsi əlaqədə olmaq üçün mənzil istədiyini, Çingizdən bunun müqabilində 500 manat pul tələb etdiyini bildirmişdir. Sorğu zamanı Şahid7, X3, Şahid4, Şahid6 və Şahid5 da Təqsirləndirilən şəxs dediklərini təsdiq etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs təkif olunmuşdur ki, Şahid7 ona verdiyi 500 manat pulu təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs beş ədəd 100 manatlıq pulu təqdim edərək Şahid7 tərəfindən verilmiş pul olduğunu bildirmişdir. Eyni zamanda yataq otağında yerdən iki ədəd rezin qoruyucu aşkar edilmişdir. Təqdim olunmuş pul və rezin qoruyucular qablaşdırılaraq zərfə qoyulmuş və üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilərək möhürlənmişdir. Qeyd olunan ünvanda müvafiq sənədləşdirmə aparılması üçün şəraitin olmamasını nəzərə alaraq adları qeyd olunmuş həmin şəxsləri Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə həmin şəxslərin iştirakı ilə tərəfindən protokol tərtib olunmuş, baxış zamanı mənzildə çəkilmiş fotoşəkillər və videoçəkiliş protokola əlavə edilmişdir. Tərtib olunmuş protokol iştirakşılara ucadan oxunmuş, har hansı şikayət və irad daxil olmadığı üçün protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında Şahid8 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, hal-hazırda Naxçıvan Muxtar Respublikası ünvan 12 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Nəsimi rayonu 3-cü mkr dairəsində yaşayır yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Çingiz adlı şəxsi ortaq dostları vasitəsilə tanımış və hazırda da tanışlıq münasibəti davam edir. Tanışı olan Çingiz Tovuz rayonunda olduqları müddətdə Çingiz bir qadınla danışan zaman dostu ilə birlikdə olduğunu bildirdikdən sonra həmin qadın Çingizə Whatsapp vasitəsilə bir neçə qadın şəkilləri atdıqdan sonra Çingiz həmin şəkilləri ona göstərib həmin danışdığı qadına şəkildə gördükləri qadınları bəyəndiklərini bildirib onunla razılaşdıqdan sonra təxminən 14 radələrində Çingizlə tanımadığı ünvana gedərək orada onları adını sonradan bildiyi Elnurə adlı qadın qarşılayaraq birlikdə mənzilə qalxmışlar. Mənzildə bir yaşlı qadın və Elnurədən başqa 3 qadın olduğunu görmüşdür. X8 kənara çəkərək aralarında danışıq olduqdan sonra ona yaxınlaşaraq hansı qadını bəyəndiyini soruşmuş, o, bəyəndiyi qadınla otağa keçmiş, orada cinsi əlaqədə olmuş və daha sonra qonaq otağına keçərək əyləşib Çingizi gözləmişdir. Sonra isə o və Çingiz hazırlaşaraq evdən çıxmaq istəyən zaman qapının ağzında mülki geyimdə 4 nəfər şəxsin orada olduğunu görmüşdür. Həmin şəxslər özlərini təqdim edərək Daxili İşlər Nazirliyinin İnsan X6 Baş İdarəsinin əməkdaşları olduqlarını deyib özlərinə məxsus olan vəsiqələri təqdim etmişlər. Həmin zaman bildirmişlər ki, onların olduğu mənzildə insan alveri cinayətinin törədilməsi barədə məlumat var. Mənzilin sahibi olan Şahid3 polis əməkdaşlarının mənzilə daxil olmasına və mənzilə baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən onların içərisində olduqları Şahid3 məxsus olan mənzilə baxış keçirilmişdir. Baxış keçirilən zaman evin yataq otağında onlar cinsi əlaqə zamanı istifadə etdikləri qoruyucular aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən edilən bütün proseslər telefon vasitəsilə lentə alınmışdır. Həmin zaman Çingizin Təqsirləndirilən şəxs verdiyi 500 manat pulu, Elnurə polis əmədaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin 500 (beş yüz) manat və cinsi əlaqədə olan zaman istifadə edilən qoruyucular içərisi boş olan zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra isə polis əməkdaşları tərəfindən aparılan çəkiliş yekunlaşdırılmışdır. Sonra isə onları Daxili İşlər Nazirliyinin İnsan X6 Baş İdarəsinə dəvət etmişlər. Onlar da həmin idarəyə gedərək baş vermiş hadisələr barədə öz izahatlarını vermişlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Tovuz Rayon İHB-nin Əsrik Cırdaxan kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci ildə anadan olmuş Damla adlı 1 (bir) nəfər azyaşlı uşağı var. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, himayəsində 1 (bir) nəfər azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təyin olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Yəni, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəzanın təyin edilməsi onun himayəsində olan və və anası tərəfindən təkbaşına böyüdülən xx.xx.2022-cı ildə anadan olmuş Damla adlı uşağın həyat şəraitinə təsir edəcəkdir. Belə ki, işdə olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1092/2023 nömrəli qətnaməsindən görünür ki, X4 ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat Şöbəsində 4301 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2022-cı ildə anadan olmuş Damla adlı uşağın iddiaçı Təqsirləndirilən şəxs himayəsində saxlanılması, 17 mart 2023-cü il tarixdən başlayaraq xx.xx.2022-cı ildə anadan olmuş Damlanın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün X1 hər ay 180 manat sabit pul məbləğində aliment alınaraq Təqsirləndirilən şəxs verilməsi qət edilmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 243.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasının təyin edilməsini məqsədə uyğun sayır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in onun təqsirli bilindiyi 243.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə cəza təyin olunmalı, cəzaçəkmə müddətinin əvvəli ictimai işlər növündə cəzasını çəkməyə başladığı tarixdən hesablanmalı, təyin edilmiş cəza müddəti ərzində onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, cəzanın icrasına nəzarət edən orqana yaşayış yerini dəyişdirdikdə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, eyni zamanda onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan cinsi əlaqə zamanı istifadə olunan iki ədəd qoruyucu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan C56491428, C18505841, A12359660, C78010385 və C92760938 nömrəli 5 ədəd 100 manatlıq pul əskinazları hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə tutulmalıdır. İşdə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 400 (dörd yüz) saat ictimai işlər cəzasına məhkum edilsin. Cəzanın əvvəli ictimai işlər növündə cəzanı çəkməyə başladığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəzanın icrasına nəzarət edən orqana yaşayış yerini dəyişdirdikdə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan cinsi əlaqə zamanı istifadə olunan iki ədəd qoruyucu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan C56491428, C18505841, A12359660, C78010385 və C92760938 nömrəli 5 ədəd 100 manatlıq pul əskinazları hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə tutulsun. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-95/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-95/2025
05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver