Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-96/2025 19.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Əlimərdanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs – Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 24 yanvar 2023-cü il tarixdən başlayaraq xx.xx.2015-ci ildə anadan olmuş X1, xx.xx.2016-cı ildə anadan olmuş X3 və xx.xx.2020-ci ildə anadan olmuş X2 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsinə dair Tovuz Rayon Məhkəməsinin 2(062)-2620/2023 saylı 13 sentyabr 2023-cü il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Tovuz Rayon Məhkəməsinin 26 yanvar 2024-cü tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə və həmin məhkəmənin 07 may 2024-cü il tarixli 3(062)-355/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528-1.1ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinib 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq, icra sənədlərindəki tələblərin icra etməsi üçün ona 07 avqust 2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraqları niyyəti ilə cinayət təqibi başlaması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 24 fevral 2025-ci il tarixə kimi 7800 (yeddi min səkkiz yüz) manat məbləğində alimenti ödəməyərək məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməkdən yayınmaqla ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs elan olunan ittihamda özünü təqsirli bilərək məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə evlənib ailə qurmuşlar. Onunla birgə yaşayışlarından üç uşağı anadan olmuşdur. İlahə ilə aralarında olan narazılığa görə ayrılmışlar. Uşaqların saxlanması üçün barışıq sazişi bağlayaraq hər ay hər uşaq üçün 150 manat aliment ödəməyə maddi imkanının çatmasını bildirmişdir. Sonradan maddi imkanı zəif olduğundan alimenti ödəyə bilməmişdir. Tovuz Rayon Məhkəməsinin qərarı icra şöbəsinə göndərildikdən sonra o alimentdən ödəmələr etmiş, lakin ödənişləri tam edə bilmədiyindən borcu yığılmışdır. Hazırda yığılmış borcunu tam ödəmişdir. 19 avqust 2025-ci il tarixə qalmış 2870 manat borcunu da bu gün ödəməklə ittihamda nəzərdə tutulan borcu tam bağlamışdır. Onun barəsində olan cinayət işi məhkəmənin icraatında olduğu zaman borcunu tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Odur ki, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində və ərizəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ona borclu olduğu 7800 manat aliment pulunu tam olaraq ödədiyinə görə heç bir şikayət və tələbinin qalmadığı üçün onunla barışmış, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Cinayət işinin 12-13-cü vərəqəsində olan 13 sentyabr 2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, 24 yanvar 2023-cü il tarixdən başlayaraq tərəflərin birgə yaşayışlarından xx.xx.2015-ci ildə anadan olmuş Əsmət, xx.xx.2016-cı ildə anadan olmuş Ayan və xx.xx.2020-ci ildə anadan olmuş Osman adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 150 manat aliment alınaraq Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Cinayət işinin 34-35-ci vərəqəsində olan Tovuz Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli 3(062)-55/2024 saylı inzibati qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilmişdir. İşin 34-35-ci vərəqəsində olan Tovuz Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli 3(062)-355/2024 saylı inzibati qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilmişdir. Cinayət işinə əlavə edilmiş, Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs borclu olduğu 7800 (yeddi min səkkiz yüz) manat borcunu tam olaraq ödəmiş, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi qalmamışdır. İşə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli 1(062)-96/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təyin olunmuş 29 iyul 2025-ci il tarixli məhkəmə iclasına üzrlü səbəb olmadan gəlmədiyi üçün onun barəsində axtarış elan edilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanununun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması barədə əsaslar olduqda cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4-cü, 39.1.6–39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməli, cinayət məsuliyyətindən azad edilməklə, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ödənilməmiş ziyan və ekspertiza xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 43-cü və 343-347-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti və şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №1(062)-96/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-96/2025
19.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver