Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-97/2023 23.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Tovuz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, məhkumluğu olmayan, orta təhsilli, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə dəqiq günü və vaxtı istintaqa məlum olmayan 2022-ci ilin mart ayında, günorta saatlarında Tovuz rayonu Yuxarı Öysüzlü kənd sakini Zərərçəkmiş şəxs2 xx.xx.2016-cı il tarixdə vəfat etməklə Tovuz rayonu Yuxarı Öysüzlü kənd qəbiristanlığında dəfn olunmuş atası mərhum X1 qəbirüstü abidəsi üzərinə qoyulmuş qara mərmər daşdan hazırlanmış 28 santimetr hündürlüyündə, 4 santimetr qalınlığında, 14 santimetr enində, 23 kiloqram çəkidə olan 1 ədədinin dəyəri 120 (bir yüz iyirmi) manat olmaqla 2 ədəd, cəmi 240 (iki yüz qırx) manat dəyərində güldanları oğurlamış, yəni Zərərçəkmiş şəxs2 məxsus 240 (iki yüz qırz) manat dəyərində iki ədəd güldanları gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə dəqiq günü və vaxtı istintaqa məlum olmayan 2022-ci ilin iyul ayında, günorta saatlarında, Tovuz rayonu Yuxarı Öysüzlü kənd sakini Zərərçəkmiş şəxs9 xx.xx.2016-cı il tarixdə vəfat etməklə Tovuz rayonu Yuxarı Öysüzlü kənd qəbiristanlığında dəfn edilmiş övladı X8 qəbirüstü abidəsi üzərində qara mərmər daşdan hazırlanmış 28 santimetr hündürlüyündə, 4 santimetr qalınlığında, 14 santimetr enində, 23 kiloqram çəkidə olan 1 ədədinin dəyəri 120 (bir yüz iyirmi) manat olmaqla 2 ədəd, cəmi 240 (iki yüz qırx) manat dəyərində güldanları oğurlamış, yəni Zərərçəkmiş şəxs9 məxsus 240 (iki yüz qırz) manat dəyərində iki ədəd güldanları gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə dəqiq günü və vaxtı istintaqa məlum olmayan 2022-ci ilin iyul ayında, günorta saatlarında, Tovuz şəhər sakini Zərərçəkmiş şəxs4 17 yanvar 2016-cı il tarixdə vəfat etməklə Tovuz şəhər qəbirstanlığında dəfn olunmuş mərhum atası X5 qəbirüstü abidəsi üzərindən qara mərmər daşdan hazırlanmış, 28 santimetr hündürlüyündə, 4 santimetr qalınlığında, 14 santimetr enində, 23 kiloqram çəkidə olan 1 ədədinin dəyəri 120 (bir yüz iyirmi) manat olmaqla 2 ədəd, cəmi 240 (iki yüz qırx) manat dəyərində güldanları oğurlamış, yəni Zərərçəkmiş şəxs4 məxsus 240 (iki yüz qırz) manat dəyərində iki ədəd güldanları gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə dəqiq günü və vaxtı istintaqa məlum olmayan 2023-cü ilin yanvar ayında Tovuz şəhər sakini Zərərçəkmiş şəxs3 Tovuz şəhər qəbirstanlığında dəfn olunmuş 04 fevral 2008-ci il tarixdə vəfat etmiş mərhum babası X3 və 07 aprel 2021-ci il tarixdə vəfat etmiş mərhum bibisi X6 qəbirüstü abidələri üzərindən qara mərmər daşdan hazırlanmış, 28 santimetr hündürlüyündə, 4 santimetr qalınlığında, 14 santimetr enində, 23 kiloqram çəkidə olan 1 ədədinin dəyəri 120 (bir yüz iyirmi) manat olmaqla 4 ədəd, cəmi 480 (dörd yüz səksən) manat dəyərində güldanları oğurlamış, yəni Zərərçəkmiş şəxs3 məxsus 480 (dörd yüz səksən) manat dəyərində dörd ədəd güldanları gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə dəqiq günü və vaxtı istintaqa məlum olmayan xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Tovuz rayonu Aşağı Öysüzlü kənd sakini Zərərçəkmiş şəxs1 31 yanvar 2021-ci il tarixdə vəfat etməklə Tovuz rayon Aşağı Öysüzlü kənd qəbirstanlığında dəfn edilmiş oğlu X9 qəbirüstü abidəsi üzərindən qara mərmər daşdan hazırlanmış, 28 santimetr hündürlüyündə, 4 santimetr qalınlığında, 14 santimetr enində, 23 kiloqram çəkidə olan 1 ədədinin dəyəri 120 (bir yüz iyirmi) manat olmaqla 2 ədəd, cəmi 240 (iki yüz qırx) manat dəyərində güldanları oğurlamış, yəni Zərərçəkmiş şəxs1 məxsus 240 (iki yüz qırz) manat dəyərində iki ədəd güldanları gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında ailə üzvləri ilə - yəni atası Mahir Hüseynov, anası Sevda Tağıyeva, arvadı Aytən Hüseynova və 2022-ci ildə doğulmuş azyaşlı qızı Suraya Hüseynova ilə birlikdə yaşayır. X16 məxsus Qazel markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edərək yük daşımaqla məşğul olur. Əvvəllər atası X12 qəbirstanlıqlara qəbir daşı daşımaqla məşğul olmuş, o, da atasına kömək etmiş, sonralar atası xəstəliyi ilə əlaqədar işləyə bilməmiş, atasına məxsus avtomobillə o işləmişdir. O, mütəmadi olaraq Tovuz şəhər qəbirstanlığından qəbir daşlarını idarə etdiyi avtomobilə yükləyərək sifariş olunan kənd qəbirstanlığına daşımışdır. O, ilk dəfə təxminən bir il əvvəl yəni 2022-ci ilin mart ayında Mahir adlı şəxsin Tovuz şəhər “Tatlar” adlanan qəbirstanlığında yerləşən qəbir daşı düzəldilən sexindən qara mərmərdən hazırlanmış baş daşını sifariş əsasında sexdə olan tal vasitəsilə maşına yükləyib Tovuz rayon Yuxarı Öysüzlü kənd qəbirstanlığına aparmış, kimin qəbiri olmasını xatırlamamış, ora Mahirin sexində işləyən Arif adlı usta ilə getmiş, Arif orada qəbir daşını mərhumun qəbri üstünə qoymuş, həmin vaxtı qəbiristanlıqda boş dayanıb Arifin işini qurtarmasını gözləmişdir. Arif təxminən beş saata yaxın qəbirüstə işləmiş, o, həmin müddətdə qəbiristanlıqda olan zaman ağ daşlı qəbirlərin arasında olan qara mərmərdən hazırlanmış kişi qəbrini görmüş, mərhumun adını xatırlamamış, ancaq qəbirin baş daşı sintetik materialdan olan qırmızı rəngli süni güllərlə bağlanmışdır. Qəbir daşı o biri qəbirlərdən seçilmiş, qəbirin sağ və sol tərəflərində qara mərmərdən hazırlanmış güldanlar qoyulmuşdur. Həmin güldanları oğurlamaq qərarına gəlmişdir. O, ətrafda kənar şəxslərin olmasını görüb Arifi düşürdüb gəldikdən sonra oğurluq etməyi qərara almışdır. Arif baş daşını qəbrin üstünə qoymuş və bundan sonra onu gətirib Mahirin sexinə düşürmüşdür. Orada iş olmadığını görüb maşını Tovuz rayonu Yuxarı Öysüzlü kənd qəbirstanlığına sürmüş, həmin vaxt tək olmuş, günorta saatları olmuş, həmin qəbrə yaxınlaşmış, qəbrin baş daşının sağ və sol tərəflərinə vurulmuş 2 ədəd güldanı əli ilə qopartmış, ətrafda heç kimin olmadığını görüb həmin 2 ədəd güldanı götürüb maşınına gətirmiş, maşına qoyub oradan uzaqlaşmışdır. Sonra həmin güldanları 2022-ci ilin təxminən aprel və ya may ayı ərzində Mahirin özünə sexdə cütünü 60 manata satmışdır. Güldanların oğurluq olması barədə heç kimə, o cümlədən Mahirə heçnə deməmişdir. Pulu ailənin ehtiyacına xərcləmişdir. Bundan başqa yenə qəbiristanlıqdan oğurluq etmək fikrinə düşmüş, bu məqsədlə gününü və saatını dəqiq xatırlamadığı 2022-ci ilin iyul ayında yenə də Tovuz rayon Yuxarı Öysüzlü kənd qəbirstanlığından cavan bir oğlanın qəbrinin sinə daşının sağ və sol tərəflərinə vurulmuş cəmi iki ədəd qara güldanı tək olaraq oğurlamışdır. Həmin qəbrin ətrafında digər qara mərmərdən hazırlanmış başqa qəbirlər olmuşdur. Bu qəbrin baş daşının üzərində qırmızı şal-lent bağlanmış və şal-lentin ortasında sintetik materialdan hazırlanmış süni qırmızı və sarı güllərdən hazırlanmış gül dəsti bağlanmışdır. Həmin güldanları əli ilə qopardıb götürmüş, sonradan tanımadığı şəxsə cütünü 50 (əlli) manata satmışdır. Güldanların oğurluq olması barədə heç kimə deməmiş, pulu ailəsinin ehtiyaclarına xərcləmişdir. Bundan başqa yenə qəbiristanlıqdan oğurluq etmək fikrinə düşmüş, bu məqsədlə günü və saatını dəqiq xatırlamadığı 2022-ci ilin iyul ayında Tovuz şəhər “Tatlar” qəbirstanlığına getmiş, orada adını xatırlamadığı yaşlı bir kişinin, qara mərmərdən hazırlanmış qəbirüstü abidəsinin sinə daşının sağ və sol tərəflərinə vurulmuş cəmi iki ədəd qara mərmərdən hazırlanmış güldanı qəbirstanlıqda heç kimin olmadığını görüb əli ilə qopardıb oğurlamışdır. Bu güldanları kimə satmadığı və nə qədər pul aldığını xatırlamamışdır. Bundan başqa yenə qəbiristanlıqdan oğurluq etmək fikrinə düşmüş, bu məqsədlə günü və saatını dəqiq xatırlamadığı 2023-cü ilin yanvar ayında Tovuz şəhəri “Tatlar” qəbirstanlığında ətrafı dəmir torla hasarlanmış 2 ədəd müxtəlif şəxslərə, biri yaşlı kişiyə, o birisi isə orta yaşlı qadına məxsus olan qara mərmərdən hazırlanmış cəmi iki ədəd qəbrin ətrafına vurulmuş hər birində 1 cüt olmaqla, cəmi 2 cüt, yəni 04 ədəd güldanı əli ilə qopardıb oğurlamışdır. Həmin şəxslərin adlarını xatırlamır. Bu güldanları da əli ilə qoparmışdır. Həmin vaxt tək olmuşdur. Həmin güldanları Tovuz şəhər qəbirstanlığında sexi olan Ravil adlı şəxsə cütünü 60 (altmış) manata, cəmi 120 manata satmışdır. Ravilə həmin güldanların oğurluq olmasını deməmişdir. Pulu ehtiyacına xərcləmişdir. Sonuncu dəfə 2023-cü ilin mart ayının sonlarına yaxın Tovuz rayon Aşağı Öysüzlü qəbirstanlığında tanımadığı, ətrafı qara rənglə rənglənmiş dəmir reşotka ilə hasarlanmış, cavan bir oğlanın qara mərmərdən hazırlanmış qəbirin üzərindən iki ədəd gül qabı oğurlamışdır. Həmin güldanları kimə neçə manata satmağını xatırlamır. Həmin pulu öz ehtiyaclarına xəsrcləmişdir.Oğurluq edəcəyi barədə əvvəlcədən, nə də ki, sonra heç kəsə heç nə deməmişdir. Hazırda törətdiyi əməldən peşmançılıq hissi keçirir. Eyni zamanda dəymiş ziyan bütövlükdə onun tərəfindən ödənilmişdir. Ona görə də barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmənin iclasında iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, atası X4 2016-cı il tarixdə rəhmətə getmişdir. Onu Tovuz rayon Yuxarı Öysüzlü kənd qəbirstanlığında dəfn etmiş və üstünə qara mərmər daşdan baş daşı qoydurmuşdur. Sinə daşının üstündə qara mərmərdən sağ və sol tərəflərdə iki ədəd gül qoyulması üçün gül qabı, güldan qoydurmuşdur. Mütəmadi olaraq gedib atasının qəbrini ziyarət etmiş, təxminən bir il bundan əvvəl, 2022-ci ilin mart ayında gedib atasının qəbrinin üstünə baxanda iki ədəd gül qabının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Əvvəl şikayət etməmiş, daha sonra fikirləşmişdir ki, həmin şəxs kimdirsə başqa adamların da baş daşının üstündən gül qablarını oğurlaya bilər. Ona görə də xx.xx.2023-cü il tarixdə Tovuz RPŞ-nə gələrək atasının baş daşının üstündən gül qablarının oğurlanması barədə ərizə ilə müraciət etmişdir.Ondan əvvə qəbrə 2022-ci ilin fevral ayında baş çəkmişdir. Gül qablarının oğurlanması nəticəsində ona maddi ziyan dəymişdir. Ona sonradan məlum olmuşdur ki, oğurluğu Təqsirləndirilən şəxs etmişdir. Ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyindən ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmənin iclasında iştirak edən Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Tovuz şəhərində ailəsi ilə birlikdə yaşayır. X2 atasdır. Atası xx.xx.2016-cı ildə infarktdan vəfat etmiş və atasını Tovuz şəhər qəbirstanlığında dəfn etmişdir. Atasının qəbirüstü abidəsi Jitomir istehsallı qara mərmərdən Şəmkir rayon ərazisində qəbir sexində hazırlanmışdır. Qəbirüstü abidəyə 3000 manat xərci çıxmışdır. Təxminən 9 ay əvvəl, yəni, 2022-ci ilin iyul ayında qəbirə baş çəkdikdə qəbirüstü abidənin üstünə qoyulmuş 02 ədəd qara mərmərdən hazırlanmış güldanların oğurlandığını aşkar etmişdir. Qəbrə sonuncu dəfə 2022-ci ilin mart ayında baş çəkmişdir, dəqiq gününü və vaxtını xatırlamır. Oğrunu axtarsa da tapa bilməmişdir. Güldanların oğurlanması nəticəsində ona maddi ziyan dəymişdir. Güldanlar qəbirüstü abidəyə sağ və sol tərəflərdən yapışqan ilə yapışdırılmışdır. Qəbrə başqa ziyan vurulmamışdır. Sonradan Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən qəbirlərdən güldan oğurlayan şəxsin tutulduğunu eşitmiş, ona sonradan məlum olmuşdur ki, oğurluğu Təqsirləndirilən şəxs etmişdir. Ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyindən ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Tovuz şəhər qəbirstanlığında atasına məxsus sexdə usta işləyir. Tovuz şəhər sakini Təqsirləndirilən şəxs iki ildir ki, tanıyır. Həmin şəxsin atası Mahiri də tanıyır. Onlarla münasibəti normaldır. Mahir əvvəllər sifariş əsasında Gəncə şəhərindən qəbirstanlığa özünə məxsus “Qazel” markalı nömrəsini bilmədiyi avtomobili ilə qəbir daşları gətirirdi. O, da həmin daşlar üzərində sifariş əsasında işləyirdi. Həmin daşlar mərmər və qranitdən hazırlanır. Bu daşlar Gəncə şəhərindən mərhumun qohumunun sifarişi əsasında gətirilir və qırx mərasiminə bir həftə qalmış qəbirüstü abidə verilmiş təklifə əsasən hazırlanıb qəbrin üstünə quraşdılır, ətrafı betonla bərkidilir. Sifariş əsasında qara mərmər Ukrayna Respublikasının Jitomor vilayətindən gətirilir. Bu daşlar möhkəmliyinə və ucuzluğuna görə daha münasibdir. Həmin mərmər daşları Gəncə şəhərinə tırlar və dəmiryol vasitəsi ilə gətirilir və burada qəbir sexlərinə paylanılır. Qəbirüstünə qoyulmuş fiqurlu qara güldanlar da Jitomir vilayətində hazırlanır. Belə ki, həmin güldanın yonma aparatları onlarda olmadığından güldanlar Jitomirdə hazırlanır və gətirilir. Yerində onun cütünün qiyməti 90 manatdır. Onlar isə cütünü mərhumun qohumunun sifarişinə əsasən 100 manata verirlər. Həmin güldanlar qəbirüstü abidənin sağ və sol tərəflərinə sement və qranit yapışqanı vasitəsi ilə quraşdırılır və əldən də qopartmaq mümkündür. Təqsirləndirilən şəxs atası Mahir işləmədiyindən Mehman özü atasının əvəzinə sürücü kimi işləyir və həmin avtomobili özü idarə edib qəbirstanlığa qəbir daşları gətirir. Təxminən bir il əvvəl, daha dəqiq tarixini xatırlamır, yəni, 2022-ci ilin mart və iyul aylarında Təqsirləndirilən şəxs cütü 50 manata işlənməmiş vəziyyətdə olan Jitomir mərmərdən hazırlanmış müxtəlif vaxtlarda altı ədəd qara güldanlar almışdır. Mehman ona “Gəncə şəhərindən gətirdiyi yükün pulunun əvəzinə aldığını” demişdir. Ondan həmin güldanları neçəyə satdığını soruşduqda pula ehtiyacı olduğu üçün ikisini 50 manata satdığını demişdir. O, da həmin güldanlara cəmi 150 (bir yüz əllli) manat pul verib götürmüşdür. Sonradan həmin güldanları xatırlamadığı müxtəlif şəxslərin qəbirüstü abidələrinə qoymuşdur. Hal-hazırda bu güldanlardan iki ədədi onda qalmışdır. Bu güldanların oğurluq olmasını bilməmiş, bilsəydi almaz idi. Sadəcə olaraq Mehmanın Gəncə şəhərindən qəbir daşları gətirməsini və bu işlə məşğul olmasını bildiyi üçün onun danışdığı sözə inanıb həmin güldanları ondan almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Tovuz şəhər qəbirstanlığında Yuxarı Öysüzlü kənd sakini Etibar adlı şəxsə məxsus sexdə 10 il olar ki, usta işləyir. Tovuz şəhər sakini Təqsirləndirilən şəxs həmin vaxtdan tanıyır. Həmin şəxsin atası Mahiri də tanıyır. Onlarla münasibəti normaldır. Mahir əvvəllər sifariş əsasında Gəncə şəhərindən qəbirstanlığa özünə məxsus “Qazel” markalı nömrəsini bilmədiyi avtomobili ilə qəbir daşları gətirirdi. Təqsirləndirilən şəxs atası Mahir işləmədiyindən Mehman özü atasının əvəzinə sürücü kimi işləyir və həmin avtomobili özü idarə edib qəbirstanlığa qəbir daşları gətirir. Təxminən bir il əvvəl, yəni, 2022-ci ilin aprel-may aylarında, daha dəqiq tarixini xatırlamır, o, Təqsirləndirilən şəxs cütü 50 manata işlənməmiş vəziyyətdə olan Jitomir mərmərdən hazırlanmış müxtəlif vaxtlarda iki ədəd qara güldan almışdır. Mehman ona Gəncə şəhərindən gətirdiyi yükün pulunun əvəzinə aldığını və satacağını demişdir. Ondan həmin güldanları neçəyə satdığını soruşduqda Mehman ona ikisini 50 manata satdığını demişdir. O, da həmin güldanlara cəmi 50 (əlli) manat pul verib götürmüşdür. Hal-hazırda bu güldanlar onda qalmışdır.Bu güldanların oğurluq olmasını bilməmişdir,bilsəydi almaz idi. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Tovuz şəhəri mərkəzi qəbirstanlığında qəbir daşı düzəltməklə məşğul olur, onun baş daşı sexi var. Tovuz şəhəri, S.Məmmədov küçəsi, ev 35 ünvanında yaşayan Təqsirləndirilən şəxs onun sexindən özünə məxsus Qazel markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomaşını ilə qəbirstanlıqlara qəbir daşı daşıyır. Təxminən bir il əvvəl, yəni, 2022-ci ilin may ayında Təqsirləndirilən şəxs onun yanına iki ədəd qara mərmərdən hazırlanmış gül qabı (güldan) gətirərərək gül qabının cütünü, yəni iki ədədini ona babasının qəbir daşı adlı ilə 50 manata satmışdır. Aldığı gül qablarının cütünü başqa bir şəxsin qəbir daşının üstündə 55 manata satmışdır. Gül qablarını alanda oğurluq olduğunu bilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Şübhəli şəxs qismində tutulma barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində qeyd olunan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Tovuz RPŞ-nin MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı məhkumluğu yoxdur. Baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs ona satdığı 2 ədəd qara mərmər daşdan hazırlanmış güldanları təqdim etmiş, güldanlarda heç bir zədə aşkar olunmamış, güldanlar 28 sm hündürlükdə, 4 sm qalınlıqda, 14 sm enində və 23 kq çəkidədir.Həmin güldanlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs ona satdığı 2 ədəd qara mərmər daşdan hazırlanmış güldanları təqdim etmiş, güldanlarda heç bir zədə aşkar olunmamış, güldanlar 28 sm hündürlükdə, 4 sm qalınlıqda, 14 sm enində və 23 kq çəkidədir.Həmin güldanlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023cü il tarixli, 9/3699 nömrəli rəyindən görünür ki, 01 cüt (2 ədəd) qara mərmərdən hazırlanmış, istismara yararlı, üzərində heç bir zədəsi olmayan, hündürlüyü 28 sm, divarının qalınlığı 4 sm, eni 14 sm, çəkisi 23 kq olan bir ədəd güldanın 2022-ci ilin aprel ayından 2023-cü ilin mart ayına qədər orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 240 manat (2 ədəd x 120 manat =240 manat) müəyyən edilmişdir. Tovuz şəhər İƏD üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə hər hansı şikayət ərizəsi və ləkələyici material daxil olmamışdır. Doğum haqqında AZ İV 698399 saylı şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü Surayə adlı uşağın atası Təqsirləndirilən şəxs, anası isə X7r. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-cimaddəsində göstərilmişdir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsi 177.2.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 01 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 18-cu bəndində göstərilmişdir ki, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, habelə himayəsində azyaşlı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətlərinin xarakterini, həmin əməllərə görə cəzasını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi müvəqqəti saxlama yerində saxlanıldığı müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Maddi sübut kimi tanınmış 04 ədəd güldan qanuni sahiblərinə qaytarılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış və Tovuz RPŞ-nin maddi sübutların saxlama anbarına təhvil verilmiş 04 (dörd) ədəd güldan qanuni sahiblərinə qaytarılsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-97/2023
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-97/2023
23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver